Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 93 -
o,
Vaşintondan
Baltimora
qədər
olan
ilk
eksperimental teleqraf xətti yaratmışdır. Bu sistemdə
uzun siqnallar tire, qısa siqnallar nöqtə ilə işarə
edilirdi. Sistem qeyri-simmetrik idi, yəni işarə mətndə
nə qədər az işlənirdisə, o qədər çox simvolla
kodlaşdırılırdı. Məsələn, E (.), T (-) ilə, Q(---.-) 4
simvolla kodlaşdırılırdı.
İnformasiyanın kodlaşdırılması onun müəyyən
təqdimolunma formasına salınması prosesidir.
Dar mənada “kodlaşdırma” termini dedikdə
informasiyanın bir təqdimetmə formasından digərinə
çevrilməsi başa düşülür. Kompüter yalnız ədədi
informasiya ilə işləyir. Ona görə də bütün digər
informasiyalar (səs, şəkil, cihazların göstəriciləri və
s.) kompüterdə emal olunması üçün ədədi formaya
çevrilməlidir. Məsələn, musiqi səsini ədədi formaya
çevirmək üçün kiçik zaman fasilələrində müəyyən
tezliklərdə onun intensivliyi ötürülür. İntensivlik
ədədlərlə ifadə olunur. Bu ədədlərin özləri də sonra
xüsusi qayda ilə yenidən kodlaşdırılaraq (ikilik say
sistemində) rəqəmlər şəklində kompüterə ötürülür.
Bu proses cihaz və qurğular vasitəsilə aparıldığından,
burada insan iştirak etmir. Biz, sadəcə, səsləri
kompüter proqramları vasitəsilə lazım olan şəkildə
emal edirik. Məsələn, müxtəlif səsləri bir-birinin
üzərinə yazırıq, onlara müxtəlif effektlər veririk və s.