Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 94 -
Kompüterdə simvol şəkilli informasiyanın təsviri. Kompüterdə mətn informasiyası da analoji
olaraq emal edilir. Hər bir hərf kompüterə daxil
ediləndə o, müəyyən ədədlə əvəz olunur, yəni
kodlaşdırılır. Mətnlər kompüterdə ədədlər şəklində
emal edilir. Emal edilmiş informasiyanı çıxış
qurğusuna verəndə də ədədlər dekodlaşdırılaraq
yenidən mətn formasında ekrana və ya printerə
çıxarılır. Mətn şəklində olan informasiyanın
kompüterdə təsviri üçün kompüterin əlifbası adlanan
simvollardan istifadə edilir. Müəllim mövzunun
izahına başlarkən əvvəlcə həmin əlifba haqqında
şagirdlərə məlumat verməlidir:
Əlifba 256 simvoldan ibarətdir.
Hər bir simvol yaddaşda 1 bayt yer tutur.
Hər bir simvol 8 dənə ikilik koddan ibarətdir.
[18, s.230]
Bütün ədədlər kompüterdə yalnız iki rəqəmin
(bizim adət etdiyimiz on rəqəmdən fərqli olaraq) 0 və
1-in vasitəsilə təsvir olunur. Başqa sözlə, kompüter
adətən ikilik say sistemində işləyir. Bu halda
informasiyanın emalı üçün yaradılan qurğular daha
sadə olur.
Ona görə də ixtiyarı informasiya kompüterdə
rəqəmlər vasitəsilə təsvir olunduğundan belə
informasiyalar rəqəmli və ya rəqəmsal adlanır.