Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 104 -
informasiyanı daxili yaddaşdan (RAM) götürür və
emal nəticəsində alınan informasiyanı yenə də RAM
yaddaşa verir. İnformasiya ətraf mühitə çıxış
qurğularında verilir.
Bu sxemin şagirdlər tərəfindən düzgün başa
düşülməsi və dərk edilməsi çox vacibdir. Xüsusilə
şagirdlər başa düşməlidirlər ki, informasiya
prosessorda emal edildikdən sonra operativ yaddaşa
verilir və daha sonra bu yaddaşdan xarici yaddaş
daşıyıcılarına ötürülür. Həmçinin şagirdə izah
olunmalıdır ki, kompüter ona verilən proqramları
yerinə yetirən bir qurğudur.
Giriş
qurğusu
Hesabi-
məntiqi
qurğu
Yaddaş
qurğusu
idarə
etmə
qurğusu
Çıxış
qurğusu