Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 101 -
Məsələn, maşın sözündəki bitlər yığımının
ədəd və ya simvolların şərti olmasını maşın
müəyyənləşdirir. [6, s. 45]
Neyman ilk olaraq təklif etmişdir ki, yalnız
verilənlər deyil, proqramlar da ikilik kodlar şəklində
kompüterin yaddaşında saxlanılmalıdır. Neyman
arxitekturalı kompüterlərin
əsas blokları
aşağıdakılardır:
Idarəetmə bloku və hesabi-məntiqi qurğu –
mərkəzi prosessorda yerləşir;
əməli yaddaş;
xarici yaddaş;
giriş-çıxış qurğuları.
Adətən arxitektura aşağıdakı sxem üzrə öyrədilir:
Əvvəlcə kompüterin istifadəsi, sonra isə əsas
qurğuları (yaddaş, prosessor, giriş-çıxış qurğuları) və
onların iş prinsipləri öyrədilir. Bu zaman müəllim hər
bir qurğunu əyani şəkildə göstərməli, onlarla davranış
qaydalarını izah etməlidir.
Arxitektura anlayışını izah etmək üçün belə bir
analogiyadan istifadə etmək məqsədəuyğundur.
Kompüter informasiya ilə işləmək üçün lazım olan
qurğudur. Onu insan ilə müqayisə etsək görərik ki,
insan da kompüter kimi informasiya ilə işləyir –
1)informasiyanı özündə saxlayır, 2)emal edir, 3)qəbul