Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 110 -
obyektin özü ilə deyil, modeli ilə işləyirlər? 1-cisi,
obyekt öyrənilən zaman orijinal özü mövcud olmaya
bilər. O ya keçmişdə qalmış, ya da gələcəkdə
düzəldiləcək obyekt ola bilər. Dinozavrların nəslinin
kəsilməsi, Yerdə həyatın əmələ gəlməsi nəzəriyyəsi
və s. kimi. 2-cisi, orijinal çoxsaylı mürəkkəb
xüsusiyyətlərə malik ola bilər. Modeldə isə yalnız
tədqiqatçını maraqlandıran xüsusiyyətlər nəzərə alınır.
3-cüsü, model obyektin ümumiləşməsi ola bilər.
Məsələn, maneken real insanın standartı, obrazıdır. 4-
cüsü, müəyyən səbəblərdən orijinal tədqiqatçı üçün
əlçatmaz ola bilər. Məsələn, molekullar çox kiçikdir,
dağlar, planetlər çox böyükdür, ona görə onların
modellərindən istifadə edilir.
Təqdimolma formasına görə modellərin 2 növü
var – maddi modellər və informasiya modelləri.