Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 115 -
həlli, yemək yeyilməsi, dağılmış əşyaların yerdən
yığılması, telefonla dostuna zəng etmək, krossvordun
həll edilməsi və s. kimi proseslərdə şagirdlər dövrləri
– yəni təkrarlanan hərəkətləri ayırd etməyi öyrənirlər.
Bu proseslərin hər biri üçün təkrarlanan hərəkətlər və
bu hərəkətlərin sayı tapılır. Misalların həlli prosesində
bir misalın həlli təkrarlanan hərəkət, misalların sayı
isə bu hərəkətlərin sayıdır. Bunun kimi, krossvordun
həllində sözlərin tapılması təkrarlanan hərəkət,
tapılmalı sözlərin sayı isə təkrarlanan hərəkətlərin
sayıdır. Suyun bir qabdan digərinə tökülməsi, qum
saatı ilə vaxtın ölçülməsi məsələləri də alqoritm
anlayışının öyrədilməsində istifadə oluna bilər.
Müəllim “5 və 8 litrlik iki qabdan istifadə etməklə 6
litr suyu krandan boş qaba necə tökmək olar?”, “7 və
11 dəqiqəlik qum saatları ilə 15 dəqiqə vaxtı necə
qeyd etmək olar?“ tipli məsələlərdən istifadə edə
bilər. Bu tip məsələlərin həllini aşağıdakı kimi
cədvəllər vasitəsilə göstərmək əlverişlidir:
tutum
Əməliyyat
5
8
6
1-ci addım
0
8
0
2-ci addım
5
3
0