Alqoritmləşdirmə istiqamətində tədrisin məzmunu. Alqoritm anlayışının daxil edilməsi
zamanı şagirdlərin diqqətini ona yönəltmək lazımdır
ki, alqoritm tərtib edərkən əsas obyekt olaraq
alqoritmin icraçısı götürülür. İcraçı elə bir obyekt və
ya subyektdir ki, alqoritm onun üçün qurulur. İcraçı
sözünün mənasını başa salmaq üçün müəllim uşaqlara
belə suallarla müraciət edə bilər:
- Ananız sizi mağazaya göndərərkən sizə nə
almaq haqqında dəqiq tapşırıqlar verir: Nə
almalısınız? Nə qədər miqdarda almalısınız? və sairə.
Bu halda siz ananızın qurduğu alqoritmin icraçısı
olursunuz.
Daha sonra alqoritmin icrası anlayışını daxil
edərkən şagirdlərin diqqətini belə bir istiqamətə