Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 114 -
yönəltmək lazımdır: alqoritmi icra etmək üçün
icraçıya nələr lazımdır (ilkin verilənlər – pul, ərzaq,
ədədlər və s.). Məsələn, riyazi məsələni həll etmək
üçün icraçı ədədlərdən istifadə edir. Sizə lazım olan
insanın telefon nömrəsini tapmaq üçün isə onun adı,
soyadı, ata adı, ünvanı, telefon kitabçası və s. kimi
ilkin verilənlər lazımdır. Bütün bu məlumatları daxil
etdikdən sonra müəllim şagirdlərə alqoritmin nə
olduğunu və daha sonrakı dərslərdə alqoritmin
xassələrini, növlərini, qurulmasını, blok –sxemlərlə
təsvirini və s. öyrədir. [18, s.271-277]
Alqoritm – qarşıya qoyulan məsələni həll etmək
üçün yerinə yetirilən əməliyyatlar ardıcıllığıdır.
Latınca – qayda-qanun deməkdir. Alqoritm 780-850-
ci illərdə Xarəzmdə yaşamış məşhur özbək alimi
Məhəmməd ibn Musa əl-Xarəzminin adının latın
hərflərilə olan yazılışıyla bağlıdır. Əl-Xarəzminin
yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə
olunması sayəsində avropalılar mövqeli say sistemi ilə
tanış olmuş, onluq say sistemini və bu say sistemində
hesab qaydalarını alqoritm adlandırmışlar.
Alqoritm məzmun xəttinin tədrisində şagirdlər 3-
cü sinifdən xətti, budaqlanan və dövri alqoritmləri
blok-sxemlər vasitəsilə təsvir etməyi öyrənir, onlara
aid müxtəlif məzmunlu tapşırıqları yerinə yetirirlər.
Məsələn, riyaziyyat dərsindən evə verilmiş misalların