Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 129 -
XIV. Azyaşlı məktəblilər üçün öyrədici kompüter proqramları və inkişafetdirici oyunlar 1.
Öyrədici kompüter proqramları.
2.
Öyrədici proqramların istifadəsinin metodik
xüsusiyyətləri.
3.
Inkişafetdirici kompüter oyunları.
4.
Inkişafetdirici kompüter oyunlarının psixoloji-
pedaqoji xüsusiyyətləri.
Öyrədici kompüter proqramları. Məktəblərin
kompüterlərlə təmin olunması ilə paralel olaraq
müxtəlif mövzularda öyrədici proqramların tərtib
edilməsi işi də başlandı. İlk öyrədici proqram 90-cı
illərdə Robotlandiya idi. Bu proqram paketi ibtidai
siniflərdə informatika üçün nəzərdə tutulmuşdu və 3
məzmun xəttini əhatə edirdi - informasiya, alqoritm
və kompüter.
Psixoloqlar belə hesab edirlər ki, 11 yaşına kimi
uşaqların məntiqi təfəkkürü güclü inkişaf edir. Bu
səbəbdən informatikanı öyrənməyə məhz 1-ci sinifdən
başlamaq lazımdır. Kompüter proqramları və
kompüter oyunlarından istifadə zamanı kiçik yaşlı
məktəblilərlə işin psixoloji-pedaqoji xüsusiyyətləri
nəzərə alınmalıdır.