Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 77 -
subyektiv və kibernetik.
Metodik ədəbiyyatlarda
informasiya və onun ölçülməsinə aşağıdakı
yanaşmalar da mövcuddur: [18, s.203-210]
1) semantik (məzmun); 2)
kompüter; 3)
kibernetik.
İbtidai siniflərdə informasiya anlayışının
aşağıdakı şəkildə, subyektiv
formada öyrədilməsi
məqsədəuyğundur:
Subyektiv yanaşma. İnformasiyanın
öyrənilməsi üçün müəllim aşağıdakı suallardan
istifadə edə bilər:
-
Siz informasiyanı haradan alırsınız?
Şagirdlərin cavabları təxminən belə olacaq:
-
Kitablardan, radio və televiziyadan. Daha
sonra müəllim bu gün şagirdlərin aldığı informasiya
ilə maraqlanır:
-
Bu gün hansı informasiyanı almısıniz?
Şagird:
-
Hava haqqında məlumat. Müəllim:
-
Deməli, siz bu məlumatı alana qədər
havanın necə olacağını bilmirdiniz. İnformasiyanı
alandan sonra bunu öyrəndiniz. Beləliklə,
müəllim
şagirdlərlə birgə informasiyanın
nə demək olduğunu
müəyyən edir:
İnformasiya bizim müxtəlif mənbələrdən
aldığımız biliklərdir. Bu tərifdən sonra informasiyanın