Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 85 -
tərəfindən, avtomatlaşdırılmış kompüterlər vasitələrlə
aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı
olaraq
müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın
məsafəli ötürmələrdə kabellərdən, uzaq
məsafəli
ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf,
peyk rabitəsi və s.) istifadə edilir. Müasir
kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə
uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator -
demodulyator) adlanan
xüsusi qurğudan istifadə
edilir.
Informasiyanın ötürülməsi üçün istifadə olunan
yardımçı vasitələrə informasiyanın ötürülmə vasitələri
deyilir.
Bunlara misal olaraq telefon, radio, televizor,
kompüteri göstərmək olar.
İnformasiyanın ötürülməsi sxemi belədir:
İnformasiya mənbəyi – informasiyanın ötürmə
vasitələri – informasiyanın qəbuledicisi.
Amerikalı riyaziyyatçı Klod Şennon
informasiyanın kodlaşdırılması nəzəriyyəsini
işləyib
hazırlamışdır. Bu nəzəriyyə həm də informasiyanın
ötürülməsi zamanı yaranan küylərin qarşısını almaq
üçün üsul verir. Nəzəriyyəyə görə,
rabitə xətti ilə
ötürülən informasiyanın dəqiq çatdırılması üçün kod
bir az daha artıq olmalıdır. Məsələn, telefonla
danışdıqda səsimiz eşidilmirsə, nə edə bilərik? –
sözləri bir daha təkrar edərik – deməli, informasiyanın