Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 86 -
miqdarını artırmaqla və ya sözün hər bir baş hərfini
həmin hərflə başlayan sözlə deməyə çalışarıq. Misal
üçün, Şennon – şəhər, ev, nöqtə, naqil, otaq, nağıl. Bu
zaman istifadə edilən köməkçi sözlər elə seçilməlidir
ki, onlar dilimizdə tez-tez işlənən və aydın başa
düşülən sözlər olsun.
İnformasiya kompüterlərdə kodlaşdırılaraq
saxlanılır və istifadəçilərə çatdırılır. Bu isə infor-
masiyanın diskret və ya rəqəmsal formaya çevrilməsi
sayəsində baş verir. Nöqtə və tirelərdən ibarət olan
Morze əlifbası informasiyanın kodlaşdırılmasına
misaldır. Kompüterdə informasiya 0 və 1-lərlə
kodlaşdırılır. Bu, fiziki cəhətdən iki dayanıqlılıq
vəziyyətinə - lampanın yanması (1) və sönməsinə (0)
uyğundur.
İnformasiyanın ötürülməsini borulardan suyun
axması ilə müqayisə etmək olar. Bu misalda ötürmə
vasitəsi borulardır. Borudan vahid zamanda keçən
suyun miqdarı L/san və ya m
3
/san ilə ölçülür. Analoji
olaraq olaraq informasiyanın ötürülməsi bit/san,
bayt/san ilə ölçülür. Şagirdlərin bu prosesi daha yaxşı
başa düşmələri üçün onlara belə bir tapşırıq vermək
olar – kitabın 1 səhifəsini oxuyun, vaxtı qeyd edin, 1
sətirdəki simvolların orta sayını tapın, sonra isə bütün
səhifədəki simvolların sayını hesablayın. Bu səhifənin
informasiya həcmini (baytlarla) müəyyən edin. Daha