Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 82 -
- Bərabərehtimallı hadisələr ən böyük
entropiyaya malikdir.
3) İnformasiyanın miqdarı Xartli düsturu ilə
müəyyən edilir. Əgər informasiya “hə” və ya “yox”
cavabı ilə verilən cümlədən ibarətdirsə, ondakı
informasiya 1 bitdən çox deyil, bərabərehtimallı
hadisələr üçün 1 bitə bərabərdir, bərabər olmayan
ehtimallı hadisələr üçün isə 1 bitdən kiçikdir.
4) İnformasiya entropiyanın azalmasına
bərabərdir.
İ=H 1 – H 2 İnformatika kursunda ən mühüm anlayışlar
informasiya, informasiyanın ölçülməsi, ölçü vahidləri,
informasiya daşıyıcıları, işarə, simvol, model, kod və
s.-dir. Müəllim bu anlayışların düzgün mənimsdilməsi
üçünbütün orta məktəb informatika kursu boyunca
informatika tədrisinin əsas məqsədlərini –
ümumtəhsil, inkişafetdirici və praktik məqsədləri
diqqət mərkəzində saxlamalıdır. İnformatikanın əsas
anlayışlarının mənimsədilməsində aşağıdakı prinsiplər
gözlənilməlidir: [18]
1) Sistemlilik prinsipi. Kursun öyrədilməsində
şagirdin fikrində bütün anlayışların ardıcıl sistemi
qurulmalıdır. Yəni şagird kurs boyu hansı mövzunu
hansı ardıcıllıqla öyrənəcəyini qabaqcadan dərk
etməlidir.