Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 81 -
bərabərdir. Qeyd edək ki, belə yanaşmadan yuxarı
siniflər və ali məktəb tələbələri istifadə edə bilər.
Hesablama texnikasında bit ən kişik vahid
qəbul edilmişdir.
1 b=8 bit
1Kb=1024 b
1 Mb=1024 Kb
1 Qb=1024 Mb
1Tb= 1024 Qb
Müəllim informasiyanın entropiya mənasında
izahını vermək üçün fikirlərini aşağıdakı kimi şərh
edə bilər. [15, s.116-120]
1)
Bir çox hadisələr təsadüfidir və bu və ya
digər
ehtimalla
baş
verir.
Bu
cür
informasiyaların – təsadüfi hadisələr haqqında
informasiyaların üzərinə müəyyən şərtlər
qoyulur.
2)
Qeyri-müəyyənliyi təyin etmək üçün
entropiya anlayışından istifadə edilir. Entropiya
(H) aşağıdakı kimi funksiya şəklində verilir.
H=log 2 N Entropiya sistemlərdəki dağınıqlığı bildirir.
Entropiyanın aşağıdakı xassələri var:
- Bir neçə asılı olmayan hadisədən ibarət
mürəkkəb hadisənin entropiyası həmin hadisələrin
entropiyaları cəminə bərabərdir.