hiss etdiyini, düşündüyünü və yaşadığını əlaqələndirir. Bir çox filosoflar şüuru dünyanın
möcüzələr möcüzəsi kimi, insana bəlli edilən ən böyük və ilahi hədiyyə kimi
müəyyənləşdirirlər. Yalnız şüur vasitəsilə öz–özünə “mən” kimi təqdim olunur. “Mən”
isə mənəvi varlığın ən yüksək zirvəsinə yüksələndir. Burada iztirab və məhəbbət,
dostluq, sevinc və s. hissləri mühüm yer tutur. Şüur– dünyanın təkcə möcüzəsi deyil,
Fəlsəfi fikirlər tarixində şüur problemi özünün həllinin iki səviyyəsinə malikdir.
Birincisi, hansı şeylərin şüura verilməsi və orada mövcudluğu üsullarının təsviri ilə
əlaqədardır. Fəlsəfi dildə bu şüur fenomenin təsviridir. İkincisi, bu məqsəd daşıyır ki,
şüurun özünün mümkünlüyü, daha dəqiq desək, fenomeninin özünün izahıdır. Antik və
yeni dövr fəlsəfəsində göstərilən səviyyələr fərqləndirilmirdi, ona görə də belə hesab
edilirdi ki, şeylərin şüurda mövcudluğunun üsulları təsvir olunubsa, deməli şüurun
təbiəti məsələsi həll olunmuşdur. XX əsrdə filosoflar şüurun müstəqilliyi imkanlarını
xüsusi qeyd etməyə başladılar. Şüur ayrıca predmet və yaxud şey kimi mövcud
5
olmadığına görə onu dərk etmək, təsvir etmək, müəyyənləşdirmək olduqca çətindir. Bizə
hər şey şüurun sayəsində verilmişdir. O, bizim bütün qavrayışlarımızı, hisslərimizi,
fikirlərimizi bir an içində əlaqələndirir, özü də bütün bunları bizdən asılı olmayaraq,
nəzarətimizdən kənarda, razılığımız olmadan edir. Bu əlaqələr zənginliyindən şüuru
kənarlaşdırmaq olmaz, çünki şüursuz onlar mövcud ola bilməz. Ona görə də XX əsrə
qədər fəlsəfə şüurda şeylərin mövcudolma üsullarının təsviri ilə məşğul idi. XX əsrdə isə
vəziyyət dəyişmişdir. Alimlər şüur haqqında daha çox suallar verir və onları müxtəlif
formada cavablandırırdılar. Dünyanın izahını asanlaşdırmaq, obrazların qavrayışı şüur
fenomenini izah etməyə bərabərdir.
Qeyd etmək lazımdır ki, hər bir dövr şüur nədir? – sualına öz təsəvvürlərinə uyğun
cavabını da vermişdir. Nəticədə bir dövrdə şüur adlanan şey, digər dövrlərdə şüur
adlanmırdı. Şüur haqqında təsəvvürlər hakim dünya görüşü qaydaları ilə sıx əlaqədə
olmuşdur. Təsadüfi deyildir ki, antik kosmosentrizm, orta əsrlərin teosentrizmi və Yeni
dövrün antroposentrizmi şüurun müxtəlif anlamlarını formalaşdırmışdır. Öz növbəsində
bu və ya digər dövr adamlarının şüuru necə başa düşmələrindən, onların dünya obrazları,
onların mənəviyyatı necə başa düşmələri, siyasət, incəsənət və s. asılı idi. Çünki şüur
həmişə real həyatın dililə çulğalaşmışdır. Şüur – qeyri–maddidir. Şüuru təsvir etmək
Dostları ilə paylaş: