Kafedra: «İctimai elmlər»


Obyektiv və subyektiv idealizmin



Yüklə 448,49 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix12.05.2022
ölçüsü448,49 Kb.
#57728
1   2   3   4   5   6   7   8   9   ...   15
298 felsefe m N4shuur onun mensheyi ve mahiyyeti qiyabi

Obyektiv və subyektiv idealizmin qədim və müasir nümayəndələri şüuru (ruhu), 

hansı şəkildə olmasından asılı olmayaraq ("Dünya ruhu", "Mütləq ideya", insan şüuru və 

s.)  maddi  gerçəkliyin  əsasına  qoymuş,  onu  materiyaya  nisbətən  müəyyənedici  və  ilkin 

substansiya hesab etmişlər. Platondan Hegelə qədər, Fixte, Şellinq, Berkli və başqaları 

real gerçəkliyin şüurdan asılı olduğunu müxtəlif formalarda əsaslandırmağa çalışmışlar. 

C.Berkli  şüurun  ("ruhun")  müəyyənediciliyini,  onun  fəallığı  ilə  əsaslandırırdı.  Hegel 

şüuru  "subyektiv  ruh"  adlandırsa  da.  nəhayət  onu  "obyektiv  ruhla"  eyniləşdirdi.  Yeni 

dövrün  xüsusilə  XVII  -  XVIII  əsərlərin  fəlsəfəsində  şüura  münasibətdə  də  müəyyən 

dəyişikliklər  baş  vermişdir.  R.Dekart  iddia  edirdi  ki,  şüur  (ruh)  gerçəkliyin 

mövcudluğunu  şərtləndirir.  O,  deyirdi  ki,  əgər  mən  müəyyən  hadisə  və  prosesin 

mövcudluğuna etiraz edirəmsə, deməli "Mən fikirləşirəm". Lakin ancaq mövcud olanlar 

haqqında  fikirləşmək  ola  bilər.  Deməli,  "mən  fikirləşirəmsə,  mən  mövcudam".  "Əgər 

fikirləşməyim kəsilsə, deməli, mövcud deyiləm". Onun fikrincə ancaq "fikirləşən əşya - 

ruh, zəka, şüur  -  mövcudluğun  əsasıdır". "Ruh,  şüur  fikirləşir, can, bədən  hərəkət edir, 

yaşayır".  Şüur,  təfəkkür  "fikirləşən  substansiyanın"  fəaliyyətidir,  müstəqil  mövcuddur, 

bədəndən,  maddi  olandan  asılı  deyildir.  Materiya  da  "fikirləşən  substansiyadan"  asılı 

deyildir.  Dekart  bununla  da  şüura  münasibətdə  materializm  və  idealizm  mövqelərini 

birləşdirməyə çalışır, lakin etiqada deyil, zəkaya, idraka üstünlük verirdi. 

Yeni dövr filosoflarından olan T.Hobbs təfəkkürün əsasını duyğuların təşkil etdiyi, 

duyğuların isə insanın bədən üzvlərinin və daxili hissələrinin hərəkəti nəticəsi olduğunu 




 

təsdiq  edirdi.  Ona  görə  şüur,  insan  bədəninin  daxili  orqanlarının  hərəkəti  nəticəsidir. 



XVIIİ  əsr  fransız  materialisti  G.Helvetsi  isə  iddia  edirdi  ki,  şüur  insan  və  heyvan 

orqanizminin  hiss  etmək  və  yaddaş  qabiliyyətinin  nəticəsidir,  şüurun  mənbəyi  maddi 

xarici aləmdir, vasitəsi isə duyğulardır. Biz nəyi görmürük, eşitmirik, toxunmuruq, onlar 

insan əqli üçün əlçatmazdır: "şüur beynin funksiyasıdır". 

XVIII  əsr  materializminə  mənsub  olan  bəzi  filosoflar  isə  (B.Spinoza,  D.Didro, 


Yüklə 448,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin