məruz qalan cansız cisim mühitin əlverişli və qeyri-əlverişli təsirlərini bir-birindən
fərqləndirmir, əlverişsiz təsirlərdən uzaqlaşıb əlverişli təsirlərə uyğunlaşa bilmir. Passiv
inikas formalarında bir obyektin qarşılıqlı təsir zamanı digər obyektdə buraxdığı iz bu
sonuncunun fəaliyyətində oriyentir rolunu oynaya bilmir. Məsələn, günəş şüası daşı
qızdırsa da, onun fəallığının artmasına təsir göstərmir. Qeyd edək ki, təsir izinin olunan
predmetə oxşarlığı, onların fiziki eyniyyəti (məs., güzgüdə və suda əksin alınması) ən
sadə inikas halı sayıla bilər Bu halda inikas mövcud olsa da, sözün dəqiq mənasında
hələ obraz yoxdur. Güzgü onda nəyin əks olunmasına qarşı tamamilə "biganədir",
11
güzgüdə yaranan obraz isə yalnız bizim üçün obrazdır, lakin o, güzgü üçün obraz
deyildir. Bu halda surət ilə orijinalın struktur oxşarlığı hələlik ətraf aləmdə düzgün
oriyentasiya götürməyə, inikas effektlərinin imkanlarından rasional istifadə etməyə,
fəallıq göstərməyə və müəyyən hərəkətləri icra etməyə imkan vermir.
Dostları ilə paylaş: