Kafedra: «İctimai elmlər»


Funksional  inikasın  ən  yüksək  səviyyəsi  sosial  inikasdır



Yüklə 448,49 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix12.05.2022
ölçüsü448,49 Kb.
#57728
1   ...   7   8   9   10   11   12   13   14   15
298 felsefe m N4shuur onun mensheyi ve mahiyyeti qiyabi

Funksional  inikasın  ən  yüksək  səviyyəsi  sosial  inikasdır.  O,  ictimai  şüurun 

bütün  formalarını,  habelə  inikasın  insan  psixikasının,  şüurun  fəaliyyəti  ilə  bağlı  olan 

fərdi inikasın yeni sahəsi - şüur, abstrakt təfəkkür formalaşır. 

İnikasın  canlı  təbiət  üçün  səciyyəvi  olan  ilk  forması  qıcıqlanmadır.  Qıcıqlanma 

orqanizmin  müəyyən  qıcıqlandırıcıların  təsirinə  sadə,  spesifik  cavab  reaksiyasıdır. 

(Məsələn, bitkilər günəş işığının təsiri ilə öz ləçəklərini yumur və açırlar). 




12 

 

Orqanizmin psixikayaqədərki forması olan qıcıqlamna zamanı onun xarici təsirlərə 



cavab  reaksiyası  bütünlüklə  orqanizmin  daxili  enerjisi  hesabına  baş  verir.  Bu  halda 

xarici qıcıqlandırıcının enerjisi orqanizmdə yalnız daxili proseslər törədir. 

Canlı təbiətdə inikasın inkişafının növbəti mərhələsi həssaslıq, duymaq qabiliyyəti 

olmuşdur. Canlılar üçün səciyyəvi qıcıqlanmadan fərqli olaraq duyğu yalnız heyvan və 

insan  üçün  xarakterikdir.  Duyğuda  xarici  qıcıqlandırma  enerjisi  şüur  faktına  çevrilir. 

Qıcıqlanma  kimi  duyğu  da  xarici  aləmin  orqanizmə  təsirinin  nəticəsidir.  Həm  də  bu 

halda  orqanizmin  cavab  verdiyi  xarici  qıcıqlandırıcılar  dairəsi  xeyli  genişdir.  İndi 

orqanizm  rənglərə,  qoxulara,  səslərə  reaksiya  göstərir,  dadı  duyur,  istini,  soyuğu, 

rütubəti  qavrayır  və  başqa  mexaniki,  fiziki  təsirlərə  cavab  verir.  Orqanizmdə  yalnız 

müəyyən xarici təsirləri qavraya bilən orqanlar yaranır. Orqanizm inkişaf etdikcə onun 

duyğuları da get-gedə  zəngin və  rəngarəng olur,  ətraf  mühitə uyğunlaşmaq  qabiliyyəti 

artır,  mühitlə  xüsusi  əlaqə  orqanı  -  mərkəzi  əsəb  sistemi  meydana  gəlir.  İnikas 

formalarının  təkamülü  ilə  yanaşı,  onun  gerçəkliyə  adekvatlıq  dərəcəsi  də  artır.  O 

getdikcə differensiallaşaraq orqanizmə ətraf mühit haqqında daha çox informasiya verir. 

Heyvan  psixikasının  yüksək  inkişaf  səviyyəsi  və  inkişafın  yüksək  adekvatlıq  dərəcəsi 

inikasın ali forması olan insan şüurunu yaratmışdır. 




Yüklə 448,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin