yaratmışdır. Buna görə də insan şüurunun məzmununun bir hissəsini ictimai
hadisələrin inikası təşkil edir. Beləliklə, insan beyninin funksiyası olan şüur, həm də
ictimai praktikanın məhsuludur. Bu o deməkdir ki, cəmiyyətdən həmişəlik təcrid
olunmuş adamda şüur ola bilməz.
Şüurun başlıca funksiyalarından biri insanın davranış və hərəkətlərini
tənzimləməkdir.
Deyilənlər göstərir ki, yüksək dərəcədə təşəkkül tapmış materiyanın, yəni insan
beyninin xarici aləmi psixi əks etdirmək xassəsi kimi yaranan şüur materiyanın uzun
sürən təkamülünün nəticəsi, ictimai inkişafın məhsuludur.
Dostları ilə paylaş: |