Sosial inikasın (insan cəmiyyətində) səviyyələri. Şüurun mahiyyətindən
danışmazdan əvvəl qeyd edək ki, insanın şüuru fəaliyyətinə onun fikirləri, duyğuları,
təsəvvürləri, hissləri, iradəsi, xarakteri və s. daxildir.
İnsanın şüuru onun psixikasının bir hissəsidir, çünki psixika şüurdan əlavə şüuraltı
və qeyri-şüuri prosesləri də ehtiva edir. Psixika - orqanizmin xarici gerçəkliyin hissi və
ümumiləşdirilmiş obrazlarını yaratmaq və onların tələblərinə uyğun şəkildə cavab
vermək qabiliyyətidir. İnsan psixikası dedikdə onun daxili, subyektiv aləminə mənsub
olan hadisələr sistemi, şüuri proseslər dedikdə insanların təfəkkür və iradəsindən keçən
psixi hadisələr və fəaliyyət növləri nəzərdə tutulur. Şüuraltı hadisələr isə insan
təfəkkürünün nəzarətindən kənarda qalan və buna görə də kifayət qədər nəzarət oluna
bilməyən mənəvi hadisələrdir.
13
Şüurun nə olduğunu izah etmək üçün onun materiyaya, obyektiv reallığa
münasibətini aydınlaşdırmaq lazımdır. Aləmin rəngarəng hadisələrini maddi və ideal
hadisələrə ayırmaq olar. Maddi hadisələr obyektiv surətdə, insandan kənarda və ondan
asılı olmadan mövcud olub "materiya" anlayışında ümumiləşdirilmişdir. Maddi
hadisələrdən fərqli olaraq ideal, mənəvi hadisələr ikinci, maddi hadisələrdən törəmə olub
"şüur" anlayışında ifadə olunurlar. Şüur anlayışı prinsip etibarilə maddi komponentləri
ehtiva etmir. Bununla yanaşı, bu anlayışı təyin etmək, şüurun nə olmasını
aydınlaşdırmaq yalnız ona görə mümkün olur ki, materiya və şüurun ümumi cəhətləri
vardır. Bunsuz materiya və şüur heç bir münasibətdə ola bilməzdi.
Materiya və şüurun münasibətində iki məsələni - şüurun beyinə münasibəti ilə,
şüurun maddi aləmə münasibətini bir-birindən fərqləndirmək lazımdır. Şüurun beyinə
münasibəti məsələsi şüurun ontoloji aspekti adlanıb bundan ibarətdir ki, şüur yüksək
təşəkküllü materiyanın - insan beyninin xarici aləmi özündə əks etdirmək kimi ayrıca bir
xassəsidir. Bu mənada şüur beyindən ayrılmazdır. Müasir fiziologiya müəyyən etmişdir
ki, bütün psixi fəaliyyətin əsasını beyində və xüsusilə onun böyük yarımgürəciklərinin
qabığında baş verən müəyyən maddi proseslər, o cümlədən fizioloji, biofiziki,
neyrodinamik proseslər təşkil edir. Predmet və hadisələr insana təsir edərək onun
beynində müəyyən maddi proseslər yaradır və bu zaman şüur həmin maddi proseslərin
daxili halı kimi, ideal proses kimi meydana gəlir.
Elm və praktika inandırıcı şəkildə sübut edir ki, insan beyni onun psixi fəaliyyətinin
orqanıdır. Beyin inikas funksiyasını həyata keçirən və daima təkmilləşən mürəkkəb
sistem, incə və həssas aparatdır. İnsan beyninin böyük yarımgürəcikləri təxminən 20
milyard əsəb hüceyrəsindən təşkil olunmuşdur. Məlum olduğu kimi, sistemin
mürəkkəblik dərəcəsi təkcə onun elementlərinin zənginliyi ilə deyil, həm də əlaqələrinin
sayı ilə müəyyən olunur. Bu baxımdan insan beyni nəhəng, praktiki olaraq saysız-
hesabsız funksional əlaqələri nümayiş etdirir. Beynin fəaliyyətindən xaricdə şüur
mövcud deyil. Şüur beynin daxili halı, onun funksiyasıdır, lakin bununla belə şüur
idealdır və ona fiziki xarakteristikalar isnad verilə bilməz.
14
Psixofiziologiya, fiziologiya, ali əsəb fəaliyyəti fiziologiyası və başqa elmlərin
eksperimental məlumatları təkzibedilməz faktlarla sübut edir ki, şüur beyindən
ayrılmazdır, şüuru materiyadan ayırmaq mümkün deyil. Özünün mürəkkəb biokimyəvi,
fizioloji, neyrodinamik əsəb prosesləri ilə birlikdə götürülən beyin öz xassəsi olan
şüurun daşıyıcısı, onun maddi substratıdır.
Qeyd etmək lazımdır ki, şüurun beyinə münasibəti onun mürəkkəb təbiətini açmaq
üçün də kifayət deyil. Belə ki, psixi hadisələrin fizioloji mexanizmi gerçəkliyi subyektiv
obrazlarla əks etdirən psixikanın məzmunu ilə eynilik təşkil etmir. Şüurun spesifik
xüsusiyyəti onun qnoseoloji aspektində, insan beynindən kənarda mövcud olan maddi
aləmə münasibətində daha qabarıq meydana çıxır.
Maddi aləmə münasibətdə şüur onun insan beynində ali, məqsədəuyğun,
funksional, sosial inikasıdır. Subyektiv reallıq olan şüur obyektiv reallığın insan
beynində ideal inikasıdır. Gerçəkliyi adekvat, doğru, düzgün əks etdirən şüur maddi
aləm ilə, əks etdirdiyi predmet və hadisələr ilə eynilik təşkil etmir. Fikrimizdə,
təsəvvürümüzdə mövcud olan, qavradığımız dünya ilə gerçək dünya heç də eyni şey
deyildir. Şüur maddi dünyanın obrazı, şəkli, inikası olub, mahiyyəti etibarilə idealdır.
Onda cisim dəyişdirilmiş şəkildə, ideal formada əks olunur. Obraz, inikas həqiqidirsə,
maddi olanı doğru əks etdirirsə, deməli, məzmunu etibarilə obyektivdir. Lakin bununla
belə o, maddi ilə eyni olmayıb, ona nəzərən ikinci və ondan törəmədir. Şüurun bütün
formaları ideal olub, insanın mənəvi dünyasını təşkil edir.
Şüur anlayışına obyektiv aləmin müxtəlif inikas formaları daxildir. Buraya insanı
gerçək aləmlə bilavasitə əlaqələndirən elementar inikas formalarından (duyğu, qavrayış,
təsəvvür) tutmuş beynin yüksək məhsulu olub, cisim və hadisələrin dərin mahiyyətini,
onların qanunauyğun əlaqələrini əks etdirən abstrakt təfəkkürə qədər hər şey (anlayış,
mühakimə, əqli nəticə) daxildir. Bundan belə bir nəticə çıxır ki, şüur və abstrakt
təfəkkür eyni mənalı deyil. Abstrakt təfəkkür şüurun təzahür formalarından yalnız biri,
onun yüksək dərəcəsidir. Lakin şüurun bütün elementləri bir-birilə əlaqədardır. Duyğu,
qavrayış, təsəvvür fikrin mənbəyidir. Bunlarsız fikir yoxdur. Bununla belə duyğu da,
15
qavrayış da fikri xarakter daşıyır. Beləliklə, özünün bütün aspektlərində - istər beynin
xassəsi kimi, istərsə də obyektiv reallığın beyində inikası kimi şüur öz təbiəti etibarilə
idealdır.
Şüurun meydana gəlməsini və inkişafını təmin edən xarici və daxili amillər
determinatorlar adlanır. Şüurun xarici determinatorları təbiət və cəmiyyətdir. Buna
görə də şüurun məzmununa təbiət və cəmiyyət haqqında fikirlər daxildir. Bu mənada
şüur obyektiv aləmin subyektiv obrazıdır.
Şüur yalnız insana məxsus hadisə olub, müəyyən ictimai həyat şəraitində meydana
gəlmişdir. Məhz əməyə əsaslanan ictimai həyat insanı və onun şüurunu
Dostları ilə paylaş: |