Elmin yarandığı vaxt və yer. Bu barədə bir çox fikirlər vardır:
• İnsanın praktiki və idrak fəaliyyəti ilə (bəşəriyyətin ilk dövrlərindən);
• Qədim Misirdə və Babilistanda;
• Qədim Yunanıstanda (b.e.ə. 5-ci əsr), bu dövrdə ayrı-ayrı bilik
sahələri: həndəsə (Evklid), mexanika (Arximed), astronomiya (Ptolemey)
natural fəlsəfədən ayrılmağa başladılar;
• İslam dininin gəlişi ilə Yaxın və Orta Şərq ölkələrində və şimali
Afrikada;
• Qərbi Avropada (13-14-cü əsrlər, R. Bekon);
• Bəziləri hesab edirlər ki, müasir mənada elm 16-17-ci əsrlərdə
meydana gəlmişdir (Kepler, Hüygens, Qaliley, Nyuton);
• Bəziləri hesab edirlər ki, 17-ci əsrdə elmin sosial statusunun tanınması
ilə (1662-ci ildə London Kral cəmiyyəti, 1666-cı ildə Paris elmlər
Akademiyası);
• Bəzi tarixçilər elmin yaranmasını 19-cu əsrə aid edirlər (ali təhsilin
inkişafı, Almaniyada universitetlər – məşhur alim V. Humboldt).