Elmin yaranması üçün şərtlər. Özü-özlüyündə texnologiyanın inkişafı
elmə çevrilmir.
Elmin yaranması üçün ilkin şərtlər bunlardır:
– Mifoloji sistemlərin tənqid edilməsi və dağılması;
– İstehsalın kifayət qədər yüksək inkişaf səviyyəsi, əqli və fiziki əməyin
ayrılması;
– Zəngin mədəniyyət.
Elmin əsas inkişaf mərhələləri. Orta Əsrlər dövründə islam dünyasının
Yaxın Şərqdən və Orta Asiyadan olan alimləri (İbn-Sina, Əl-Biruni, Əl-Xarəzmi,
Nəsrəddin Tusi və s.) elmin inkişafına böyük töhfə vermişlər. Onlar Qədim
Yunan ənənələrindən də istifadə etmişlər.
Həmin dövrdə Avropada elm Xristian dininin təsiri altında idi. Bu da orta
əsrlərdə Avropada elmin spesifik formasına – sxolastikaya – gətirdi.
Sxolastika ehkam fikirlərinin rasional metodika ilə birləşməsinə əsaslanan dini
fəlsəfə növüdür. Universitetlər (ilk növbədə Paris universiteti – Sorbonna)
Avropa elminin mərkəzinə çevrildilər.
Əl-kimya (islam şərqində yaranmışdır) və astrologiyanın inkişafı da müasir elm
üçün baza rolunu oynamışdır.
Müasir anlamda elm Yeni Dövrdə (16-17-ci əsrlər) inkişaf edən kapitalist
istehsalının tələbatlarının təsiri altında təşəkkül tapır. Bu zaman müşahidə ilə
yanaşı eksperimentdən də istifadə olunmağa başladı. Bununla da
nəzəriyyənin təcrübə ilə yoxlanılması imkanları meydana gəlir (Qaliley,
Kepler, Dekart, Hüygens, Nyuton və s.)
17-ci əsrin sonu – 18-ci əsrin ortasında mexanikanın uğurları universal
dünyagörüşü kimi dünyanın mexanistik mənzərəsinin yaranmasına gətirdi
(Eyler, Lomonosov, Laplas).
19-cu əsrdə enerjinin saxlanması və çevrilməsi qanunu, kimyəvi
elementlərin dövri cədvəli (Mendeleyev) meydana gəldi.
19-cu əsrin 2-ci yarısında elm istehsala yaxınlaşdı, elmdə kollektiv
əməyin rolu kəskin artdı.
20-ci əsr üçün elm və texnikanın sıx əlaqəsi, elmin istehsal qüvvəsinə
çevrilməsi, elmin ictimai rolunun güclənməsi xarakterikdir.
1.Magistrantlara elmi tədqiqatların anlayışları və metodları, həmçinin
metodologiyanın əsasları barədə biliklərin aşılanması;
2.
Elmi metodların tətbiqi və praktiki vərdişlərin formalaşdırılması, həmçinin
elmi tədqiqatın aparılması üçün metodikası proqramının işlənib hazırlanması:
3.
Elmi tədqiqatların həyata keçirilməsi prosesində etik normaların
aşılanması və məaavi keyfiyyətlərin tərbiyə edilməsi;
Elmi tədqiqatların aşağıdakı növlərini bir- birindən fərqləndirirlər:
•
Fundamental tədqiqatlar, tətbiqi perspektivlərindən asılı olmayaraq,
əsas etibarilə yeni bilgilərin yaradılması məqsədi daşıyır.
•
Tətbiqi fədqiqatlar, konkret məsələlərin həlli, praktiki məqsədlərə nail
olmağa istiqamətləndirilmiş yeni biliklərin tətbiqi.
•
Monofənn tədqiqatı ayrı bir elm çərçivəsində həyata keçirilir.
•
Fənlərarası tədqiqat müxtəlif sahə mütəxəssislərinin iştirakını tələb edir
və bir neçə elmi fənnlərin qovuşmasında həyata keçirilir.
•
Kompleks tədqiqat metod və metodika sistemlərinin köməyilə həyata
keçirilir və bunların köməyilə alimlər, öyrənilən reallığın müəyyən vacib
parametrlərinin maksimal (və yaxud optimal) mümkün ola bilən saylarını əldə
etməyə çalışırlar.
•
Biramilli və ya analitik tədqiqatlar reallığın bir, daha vacib olan aspektinin
aydınlaşdırılmasına istiqamətləndirilmiş olur.
•
Axtarış tədqiqatı, mövzu üzrə işləmə perspektivinin müəyyənləş-
dirilməsinə və elmi məsələlərin həlli yollarının axtatrışına yönəldilmiş olur.
» Kritik tədqiqat mövcud nəzəriyyənin, modelin, hipotezanın (fərziyyənin),
qanunun və s. təkzib edilməsi məqsədilə və yaxud iki mövcud alternativ
fərziyyədən hansının reallığı daha dəqiq proqnozlaşdırdığını müəyyənləşdirmək
məqsədilə aparılır. Kritik tədqiqatlar o sahələrdə aparılır ki, burada dərin elmi
və empirik biliklər ehtiyatı toplanılmışdır və eksperimenti həyata keçirmək üçün
sınaqdan keçirilmiş metodikalar mövcuddur.
•
Dəqiqləşdirici tədqiqatlar. Tədqiqatların ən geniş yayılmış növüdür.
Burada məqsəd — nəzəriyyənin, faktların və empirik qanunauyğunluqların
doğru olduğunu təsdiq etdiyi sərhədlərin müəyyənləşdirilməsidir. Adətən, ilkin
eksperimental nümunə ilə müqayisədə, tədqiqatın aparıldığı şərtlər, obyekt,
metodika dəyişdirilir. Bununla da əvvəlki alınmış nəzəri biliklərin, rallığın hansı
oblastında doğru olduğu dəqiqləşdirilir.
•
Canlandırıcı tədqiqatlar. Bu cür tədqiqatların məqsədi — alınmış
nəticələrin
doğru,
etibarlı
və
obyektivliyinin
düzgünlüyünü
müəyyənləşdirməkdir. İstənilən tədqiqatın nəticəsi, digər tədqiqatçı tərəfindən
yerinə yetirilən analoji eksperiment sayəsində təkrar olunmalıdır. Ona görə də
yeni effekt, qanunauyğunluq, yeni metodikanın yaradılması kəşf olunanda ilkin
tədqiqatçıların aldığı nəticələrin yoxlanılmasına yönəlmiş çoxlu sayda candırıcı
tədqiqatlar aparıla bilər. Candırıcı tədqiqat — bütün elmin əsasıdır.
Deməli,eksperimentin konkret metodu və metodikası intersubyektiv olmalıdır,
yəni tədqiqatların gedişatmda yerinə yetirilən əməliyyatlar, istənilən tədqiqatçı
mütəxəssis tərəfindən canlandırıla bilməlidir.
•
İşlənib hazırlanma — elmi tədqiqatdır, konkret fundamental və tətbiqi
tədqiqatların nəticələrini praktikada reallaşdırır.
|