Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə3/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   80
Tədqiqat üsulları

Elmin  yaranması  üçün  şərtlər.  Özü-özlüyündə  texnologiyanın  inkişafı 
elmə çevrilmir. 
Elmin yaranması üçün ilkin şərtlər bunlardır: 
–  Mifoloji sistemlərin tənqid edilməsi və dağılması; 
–  İstehsalın kifayət qədər yüksək inkişaf səviyyəsi, əqli və fiziki əməyin 
ayrılması; 
–  Zəngin mədəniyyət. 
Elmin əsas inkişaf mərhələləri. Orta Əsrlər dövründə islam dünyasının 
Yaxın Şərqdən və Orta Asiyadan olan alimləri (İbn-Sina, Əl-Biruni, Əl-Xarəzmi, 
Nəsrəddin  Tusi  və  s.)  elmin  inkişafına  böyük  töhfə  vermişlər.  Onlar  Qədim 
Yunan ənənələrindən də istifadə etmişlər. 
Həmin dövrdə Avropada elm Xristian dininin təsiri altında idi. Bu da orta 
əsrlərdə  Avropada  elmin  spesifik  formasına  –  sxolastikaya  –  gətirdi. 
Sxolastika ehkam fikirlərinin rasional metodika ilə birləşməsinə əsaslanan dini 
fəlsəfə  növüdür.  Universitetlər  (ilk  növbədə  Paris  universiteti  –  Sorbonna) 
Avropa elminin mərkəzinə çevrildilər. 
Əl-kimya (islam şərqində yaranmışdır) və astrologiyanın inkişafı da müasir elm 
üçün baza rolunu oynamışdır. 
Müasir anlamda elm Yeni Dövrdə (16-17-ci əsrlər) inkişaf edən kapitalist 
istehsalının tələbatlarının təsiri altında təşəkkül tapır. Bu zaman müşahidə ilə 
yanaşı  eksperimentdən  də  istifadə  olunmağa  başladı.  Bununla  da 
nəzəriyyənin  təcrübə  ilə  yoxlanılması  imkanları  meydana  gəlir  (Qaliley, 
Kepler, Dekart, Hüygens, Nyuton və s.) 


 
 
17-ci  əsrin  sonu  – 18-ci  əsrin  ortasında mexanikanın uğurları universal 
dünyagörüşü  kimi  dünyanın  mexanistik  mənzərəsinin  yaranmasına  gətirdi 
(Eyler, Lomonosov, Laplas). 
19-cu  əsrdə  enerjinin  saxlanması  və  çevrilməsi  qanunu,  kimyəvi 
elementlərin dövri cədvəli (Mendeleyev) meydana gəldi. 
19-cu  əsrin  2-ci  yarısında  elm  istehsala  yaxınlaşdı,  elmdə  kollektiv 
əməyin rolu kəskin artdı. 
20-ci  əsr  üçün  elm  və  texnikanın  sıx  əlaqəsi,  elmin  istehsal  qüvvəsinə 
çevrilməsi, elmin ictimai rolunun güclənməsi xarakterikdir. 
  1.Magistrantlara elmi tədqiqatların anlayışları və metodları, həmçinin 
metodologiyanın əsasları barədə biliklərin aşılanması; 
2. 
Elmi metodların tətbiqi və praktiki vərdişlərin formalaşdırılması, həmçinin 
elmi tədqiqatın aparılması üçün metodikası proqramının işlənib hazırlanması: 
3. 
Elmi tədqiqatların həyata keçirilməsi prosesində etik normaların 
aşılanması və məaavi keyfiyyətlərin tərbiyə edilməsi; 
Elmi tədqiqatların aşağıdakı növlərini bir- birindən fərqləndirirlər: 
• 
Fundamental tədqiqatlar, tətbiqi perspektivlərindən asılı olmayaraq, 
əsas etibarilə yeni bilgilərin yaradılması məqsədi daşıyır. 
• 
Tətbiqi fədqiqatlar, konkret məsələlərin həlli, praktiki məqsədlərə nail 
olmağa istiqamətləndirilmiş yeni biliklərin tətbiqi. 
• 
Monofənn tədqiqatı ayrı bir elm çərçivəsində həyata keçirilir. 
• 
Fənlərarası tədqiqat müxtəlif sahə mütəxəssislərinin iştirakını tələb edir 
və bir neçə elmi fənnlərin qovuşmasında həyata keçirilir. 
• 
Kompleks  tədqiqat  metod  və  metodika  sistemlərinin  köməyilə  həyata 
keçirilir  və  bunların  köməyilə  alimlər,  öyrənilən  reallığın  müəyyən  vacib 
parametrlərinin maksimal (və yaxud optimal) mümkün ola bilən saylarını əldə 


 
 
etməyə çalışırlar. 
• 
Biramilli və ya analitik tədqiqatlar reallığın bir, daha vacib olan aspektinin 
aydınlaşdırılmasına istiqamətləndirilmiş olur. 
• 
Axtarış tədqiqatı, mövzu üzrə işləmə perspektivinin müəyyənləş-
dirilməsinə və elmi məsələlərin həlli yollarının axtatrışına yönəldilmiş olur. 
»  Kritik  tədqiqat  mövcud  nəzəriyyənin,  modelin,  hipotezanın  (fərziyyənin), 
qanunun  və  s.  təkzib  edilməsi  məqsədilə  və  yaxud  iki  mövcud  alternativ 
fərziyyədən hansının reallığı daha dəqiq proqnozlaşdırdığını müəyyənləşdirmək 
məqsədilə aparılır. Kritik tədqiqatlar o sahələrdə aparılır ki, burada dərin elmi 
və empirik biliklər ehtiyatı toplanılmışdır və eksperimenti həyata keçirmək üçün 
sınaqdan keçirilmiş metodikalar mövcuddur. 
• 
Dəqiqləşdirici  tədqiqatlar.  Tədqiqatların  ən  geniş  yayılmış  növüdür. 
Burada  məqsəd  —  nəzəriyyənin,  faktların  və  empirik  qanunauyğunluqların 
doğru olduğunu təsdiq etdiyi sərhədlərin müəyyənləşdirilməsidir. Adətən, ilkin 
eksperimental  nümunə  ilə  müqayisədə,  tədqiqatın  aparıldığı  şərtlər,  obyekt, 
metodika dəyişdirilir. Bununla da əvvəlki alınmış nəzəri biliklərin, rallığın hansı 
oblastında doğru olduğu dəqiqləşdirilir. 
• 
Canlandırıcı  tədqiqatlar.  Bu  cür  tədqiqatların  məqsədi  —  alınmış 
nəticələrin 
doğru, 
etibarlı 
və 
obyektivliyinin 
düzgünlüyünü 
müəyyənləşdirməkdir. İstənilən tədqiqatın nəticəsi, digər tədqiqatçı tərəfindən 
yerinə yetirilən analoji eksperiment sayəsində təkrar olunmalıdır. Ona görə də 
yeni effekt, qanunauyğunluq, yeni metodikanın yaradılması kəşf olunanda ilkin 
tədqiqatçıların aldığı nəticələrin yoxlanılmasına yönəlmiş çoxlu sayda candırıcı 
tədqiqatlar  aparıla  bilər.  Candırıcı  tədqiqat  —  bütün  elmin  əsasıdır. 
Deməli,eksperimentin konkret metodu və metodikası intersubyektiv olmalıdır, 
yəni tədqiqatların gedişatmda yerinə yetirilən əməliyyatlar, istənilən tədqiqatçı 
mütəxəssis tərəfindən canlandırıla bilməlidir. 
• 
İşlənib  hazırlanma  —  elmi  tədqiqatdır,  konkret  fundamental  və  tətbiqi 
tədqiqatların nəticələrini praktikada reallaşdırır. 


 
 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin