müsahibə metodunun yazılı şəklidir. Bu metodun tətbiqində başlıca məsələ
anketin məzmunlu, dəqiq tərtib edilməsidir. Anketləşdirmə müsahibəyə
nisbətən sərt məntiqi konstruksiyaya malikdir. Anket üçün suallar əvvəlcədən
seçilir və mümkün olan yazılı cavablar da müəyyənləşdirilir. Anket sorğusu
həmişə eksperimentatorun respondentlərlə üzbəüz ünsiyyətdə olmasını tələb
etmir. Bu metod tədqiqata daha çox şagirdi cəlb etmək imkanı verir.
Anketləşdirmə ehtimallara əsaslanır. Tədqiqatın məqsədinə uyğun verilən
suallara şagirdlərin cavabları təhlil olunur, kütləvi materialla ilkin tanışlıq
həyata keçirilir. Hazırda
pedaqoji tədqiqatlarda açıq və gizli, adlı və adsız və s. anket sorğularından
istifadə olunur.
Müşahidə tədqiqat metodu kimi. Pedaqoji - psixoloji tədqiqatların təşkilində
ən çox istifadə olunan x^ə geniş yayılmış metod müşahidə metodudur.
Müşahidə bizi əhatə edən varlığın uzun müddət ərzində məqsədə yönəlmiş,
planlı şəkildə qavranılmasıdır. Müşahidə bizi əhatə edən varlığı dərketmə
mənbəyi olmaqla fikrimizə təkan verir.
Eksperiment. Tədqiqat işində eksperiment mühüm əhəmiyyət kəsb edir.
Belə ki, bu metoddan istifadə edərkən tədqiqatçı ilk növbədə öyrənmək
istədiyi məsələyə daha tez nail olmaqdan ötrü tələb edilən vəziyyəti özü
yaradır; sonra hansı şəraitdə daha yaxşı nəticə almağı bilmək məqsədilə
prosesin gedişini istədiyi vaxt dəyişdirir; daha sonra əldə etdiyi məlumatın
dəqiqlik dərəcəsini müəyyənləşdirmək üçün təcrübəni dəfələrlə təkrar edir;
nəhayət öyrəndiyi pedaqoji prosesi daha düzgün və ətraflı qeyd etməkdən
ötrü lazımi texniki vasitələri də hazırlayır.
Bütün bunlar isə hər hansı bir prosesi dərindən və düzgün tədqiq etməyə
imkan verir.
Müsahibə. Araşdırılan məsələ ilə bağlı müəyyən faktlar, hadisələr haqqında
hər hansı insan qrupunun
ictimai rəyini öyrənmək, məlumat almaq məqsədi
ilə aparılır.
Müsahibə - bu sadəcə bildiyimiz, həmişə etdiyimiz söhbət deyildir. Müsahibə
metodu -pedaqoji psixoloji tədqiqatlarda əvvəlcədən hazırlanmış plan
əsasında keçirilən məqsədli sölıbətdir.Müsahibənin kimlərlə və nə
məqsədlə aparılacağı, hansı sualların və nə üçün məhz həmin sualların
veriləcəyi əvvəlcədən ətraflı ölçülüb biçilir. Bu metod əsasən informasiya
əldə etmək və ya müşahidə zamanı aydın olmayan məsələləri
aydınlaşdırmaq məqsədilə aprılır. Tədqiqat metodu kimi müsahibə daha
canlı və təbii səciyyə daşıyır.
Test — prosesin öyrənilən tərəfini ciddi nəzarət olunan şəraitdə
obyektiv öyrənməyə imkan verən məqsədyönlü, hamı üçün eyni
zamanda keçirilən yoxlamadır. Başqa yoxlama metodlarından fərqli
olaraq test dəqiqliyi, sadəliyi, avtomatlaşdırma imkanları ilə seçilir. Test,
hər şeydən əvvəl, təlim müvəffəqiyyətini yoxlamaq üçün tətbiq olunur.
Bu məqsədlə “müvəffəqiyyət”, “yekun”, “sürət” və “əqli inkişaf
səviyyəsini” müəyyənləşdirən testlərdən geniş istifadə edilir.
Dostları ilə paylaş: