nəfərdən başqasına ötürülməsi Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilməlidir.
Əks halda bu razılaşma hüquqi baxımdan etibarsız sayılır. İxtiralara sahibkarlıq
varislik prinsipi ilə ötürülür.
Patentləşdiriləcək yenilik Respublika Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinə rəsmi iddia ərizəsi verilməklə qeydiyyatdan
keçirilir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
□
Müəlliflər haqqında məlumat;
□
İxtiranın tətbiqini tam izah etməklə təsviri;
□
İxtianın məzmununu tam ifadə edən düsturu;
□
İxtiranın anlanılması üçün lazım olan cizgilər və digər materiallar;
□
Referat.
Sənaye modelini qeydiyyatdan keçirmək üçün verilən ərizəyə aşağıdakı
məlumatlar daxildir:
□
Müəlliflər haqqında məlumatlar da daxil olmaqla patent üçün ərizə;
□
Məmulun xarici görünüşü haqqında tam və dolğun məlumat verən
təsvirlər;
□
Məmulun ümumi görünüşü haqqında cizgi, erqonomik sxem;
□
Sənaye nümunəsinin təsviri;
□
Sənaye obrazının vacib əlamətlərinin siyahısı.
Ərizə patent idarəsinə daxil olduqdan sonra orada onun formal ekspertizası
başlayır. Bu prosesdə patent qanununda nəzərdə tutulan sənədlərə əsasən
verilən yeniliyin patentə yararlılıq qabiliyyəti yoxlanılır. Yoxlamanın nəticəsi
müsbət olduqda, yəni verilən ixtiranın, mövcud elmi- texniki durumun
səviyyəsində yenilik olması sübut edildikə, müəllifə patent hüququ verilir.
Dostları ilə paylaş: