onların üslubi xüsusiyyətləri” adlanır. C.Məmmədquluzadə yaradı-
cılığında üslubi baxımdan maraq doğuran linqvistik vahidlərdən biri də
metaforik toponimlərdir. Məlum olduğu kimi, metafora – bir əşya və ya
hadisənin bənzər əlamətlərini başqa əşya, obyekt və hadisəyə köçürməkdir.
Metaforik toponimlər də məhz müəyyən əlamətlərə görə adlandırılmış coğ-
rafi obyektləri əhatə edir. Bu cür toponimlərə istər Azərbaycanın toponimi-
kasında, istər ümumilikdə bədii ədəbiyyatımızda, istərsə də C.Məmməd-
quluzadə yaradıcılığında sıx-sıx təsadüf etmək mümkündür. Elə ədibin ən
geniş işlətdiyi Danabaş toponimi metafora yolu ilə düzələrək, heyvan adı
ilə (“dana”) bədən üzvünün (“baş”) kombinasiyasından əmələ gəlmişdir.
“Poct qutusu” hekayəsində Novruzəlinin yaşadığı İtqapan kəndinin adı da
“it” zoonimi ilə onun atributu olan “qapmaq” feilinin kombinasiyasından
düzəlmiş toponimdir.
“Ucuzluq” hekayəsindəki metaforik toponim də maraqlı üslubi mə-
qamda işlənmişdir. Belə ki, yazıçı burada rus dilində işlənən toponimin
Azərbaycan dilində kalkasını verməklə üslubi məqsədini gerçəkləşdirmiş,
metaforik toponimin daşıdığı məzmun yükünü azərbaycanlı oxucu üçün
açıqlamağa nail olmuşdur: “Müdir mənə bu barədə bir cavab verməyib
spiçkanı alışdırdı və papirosunu tüstüləyib soruşdu ki, mən bu yayı hansı
yaylaqda idim. Mən cavab verdim ki, Barjom yaylağında idim. Müdir də öz
tərəfindən mənə söylədi ki, o da mədən sularının “Dəmir su” yaylağında
idi ki, rusca “Jeleznovodsk” deyirlər”
1
.
II fəslin beşinci yarımfəsli “Cəlil Məmmədquluzadənin dram
Dostları ilə paylaş: |