Tula şəhri olub mənim vətənim™
2
.
Pyesdə İstəkanın monoloqunda o zamankı çar Rusiyası vilayətlərin-
dən daha çox cəza məkanı, sürgün yeri kimi məşhur olan Sibir toponiminin
adı çəkilir ki, bu da obrazın ovqatının təqdimi üçün üslubi mahiyyət daşı-
yır.
“Kişmiş oyunu” pyesinin bədii mətnində Nurəlinin dilindən nağıl da-
nışılarkən Şah Abbas dövründə İranın paytaxtı olmuş İsfahan toponiminin
adı çəkilir: “Amma raviyani-əxbar və naqilani-asar belə rəvayət ediblər ki,
bir gün İsfahanda Şah Abas öz barigahında əyləşib vəzirinə dedi”
3
.
Burada Mirzə Cəlil xalq nağıllarının ənənəvi giriş formullarından is-
tifadə edərək, təqdim etdiyi obrazın xarakterini açmağa nail olmuş və bu
məqsədlə yarıreal, yarıəfsanəvi mahiyyət daşıyan İsfahan toponimindən
uğurla istifadə etmişdir. Əsərin sonrakı hissələrində də gerçək toponimlər-
dən üslubi məqsədlə istifadə edilmişdir. “Çox bic, hiyləgər adama da el
arasında “İsfahan lotusu” deyilirdi.
Əgər “Kişmiş oyunu”nda xronotop (yunan mənşəli xronotop sözünün
mənası «zaman-məkan» deməkdir) bədii dəqiqliklə göstərilirsə, “Ölülər”də
bu cür dəqiqliyi görmürük ki, bu da, heç şübhəsiz, bu əsərdəki hadisələrin
daha geniş bir məkan və zaman daxilində baş verdiyini nəzərə çatdırmaq
üçün C.Məmmədquluzadənin istifadə etdiyi üslubi vasitə kimi qiymət-
ləndirilə bilər: “Əhvalat vaqe olur İrəvan şəhərlərinin birində, iyirmi il
bundan irəli”
4
. “Ölülər”də ağlabatmaz bir xəbərin – ölünün dirilməsinin baş
verdiyi məkan da əsərdə üslubi məqamda işlənmişdir və o dövrdə mistika
1
C.Məmmədquluzadə. Dörd cilddə. I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664 səh. s. 357
2
Yenə orada, s.359
3
Yenə orada, s. 371
4
Yenə orada, səh. s. 382.
20
və xurafatın, cəhalətin vətəni kimi ad çıxarmış İranın vilayətlərindən biri,
daha doğrusu, Xorasan vilayətidir. Bu vilayətin mərkəzi Məşhəd şəhərinin,
İsfahanın da adı çəkilir və əsərin mənfi qəhrəmanı Şeyx Nəsrullahın vətəni
və möcüzə göstərdiyi bir məkan kimi təqdim edilir. Əslində, Şeyxin mar-
şrutunun bu cür əcayib şəkildə cızılması da toponimlərin üslubi özəlliyinin
göstəricisidir və “İrəvan şəhərlərinin birinin” əhalisinin təkcə əqli cəhətdən
deyil, coğrafi biliklər baxımından da tam cahil olduqlarını nəzərə çatdırmaq
məqsədi daşıyır.
Beləliklə, Mirzə Cəlilin uydurma toponimlərdən gen-bol istifadə etdi-
yi bədii nəsri ilə müqayisədə dramaturgiyasında daha çox gerçək toponim-
lərdən faydalandığını, onların da zəngin üslubi özəlliklərini təqdim etdiyini
söyləmək mümkündür.
Dissertasiyanın məzmunu ilə əlaqədar aşağıdakı nəticələr alınmışdır:
1. Onomastik vahidlərin rəngarəng üslubi imkanları və çalarları
Mirzə Cəlilin satirik üslubunun əldə etdiyi ideya-estetik uğurun əsas
qaynaqlarından biridir. Yazıçı şəxs adlarını öz poetik üslubuna daxil edər-
kən özündən əvvəlki klassik Azərbaycan ədəbiyyatının, şifahi xalq
ədəbiyyatının və canlı danışıq dilinin ənənələrindən geniş istifadə etməklə
həm də bədii-üslubi məna yükü daşıyan ad yaradıcılığında öz ənənələrini
gerçəkləşdirməyə nail olmuşdur. Başqa sözlə, onun yaradıcılığında istifadə
olunmuş onomastik vahidlər Mirzə Cəlil komizminin ərsəyə gəlməsində
mühüm vasitələrdən biri kimi çıxış etmişdir.
2. Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında, xüsusən bədii
nəsrində şifahi xalq ədəbiyyatından,canlı xalq danışıq dilindən, islam tarixi
və mədəniyyətindən, klassik Azərbaycan və Şərq ədəbiyyatından gələn
xeyli miqdarda antroponimvardır ki, onlar yazıçının satirik üslubunun
tələbləri ilə komik məzmun kəsb etmişlər.
3. Gerçək məqamda işlədilən şəxs adları əsasən yazıçının hüsn-
rəğbət bəslədiyi, ciddi münasibət göstərdiyi, yaşadığı cəmiyyətdə işlək olan
şəxs adlarıdır.
4.Qadın azadlığı uğrunda yorulmaz mübarizlərdən biri olan Mirzə
Cəlilin əsərlərində işlətdiyi əksər qadın obrazları müsbət planda verilmiş,
bu səbəbdən yazıçının rəğbət bəslədiyi qadın adlarının əksəriyyəti gerçək
məqamda işlədilmişdir. Ara-sıra ironik çalar kəsb edən qadın adları isə
yumoristik üslubun sərgilənməsinə xidmət edir.
5.
Mirzə
Cəlilin
bədii nəsrində passiv antroponimlər və
köməkçi adlar da rəngarəng üslubi funksiyalar daşıyırlar.
6.
C.Məmmədquluzadənin bədii yaradıcılığında toponimlərin
çox böyük və zəngin kommunikativ, informativ, ekspressiv və üslubi
21
funksiyaları və poetik imkanları vardır. C.Məmmədquluzadənin bədii
əsərlərində işlənmiş həqiqi, yəni bədii fantaziyanın məhsulu olmayıb,
tarixən olmuş və ya hazırda mövcud olan konkret coğrafi obyekti, inzibati-
ərazi vahidini ifadə edən toponimlər də geniş yayılmışdır. Yazıçının bədii
əsərlərində istifadə etdiyi həqiqi, yaxud gerçək toponimlər əsas etibarilə
müəllifin yaşayıb-yaratdığı coğrafi regionla bağlı olsalar da, Azərbaycan-
dan yaxın və uzaq xaricə aid coğrafi obyektləri ifadə edən toponimlər də az
deyildir.
7. Cəlil Məmmədquluzadənin bədii nəsrində uydurma toponimlər
müxtəlif üslubi funksiyaları yerinə yetirməsi ilə diqqəti cəlb edir.Bu üslubi
funksilayar arasında ən birincisi kimi, uydurma toponimin satirik
səslənməsi ilə ifadə etdiyi coğrafi məkanın əhalisini tənqidi yöndə
xarakterizə etməsidir.Adları komik səslənən, xüsusilə də bəzi zo-
onimlərdən düzəlmiş uydurma toponim adlandırdığımız yer adları əslində
həqiqi toponimlərdir.
8. Avropa və rus mənşəli toponimlərin Cəlil Məmmədquluzadə yara-
dıcılığındakı əsas üslubi xüsusiyyətləri – Qərbin Şərqi istismarını eyham
yolu ilə təsvir etmək və Şərqin Qərbdən mədəni geriliyinə işarə vurmaqdır.
Dissertsiyanın mövzusu ilə əlaqədar müəllifin aşağıdakı əsərləri çap
olunmuşdur:
1.
Cəlil Məmmədquluzadənin bədii nəsrində antroponimlərin bəzi üslubi
xüsusiyyətləri. Filologiya məsələlərı (VI buraxılış) – Bakı, ”Örnək” nəş.,
1996, s.64-65
2.
Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında toponimlərin bəzi
üslubi xüsusiyyətləri. Filologiya məsələlərı (VII buraxılış) – Bakı, ”Örnək”
nəş., 1996, s.38-41
3.
Cəlil Məmmədquluzadənin bədii əsərlərində mürəkkəb adların üslubi xü-
susiyyətləri. Tədqiqlər – 5. Nəsimi adına Dilçilik İnstitutu. Bakı, “Elm”,
1999, s.153-156
4.
Cəlil Məmmədquluzadənin bədii əsərlərində adların fonetik, üslubi
xüsusiyyətləri. Tədqiqlər – 5. Nəsimi adına Dilçilik İnstitutu. Bakı, “Elm”,
1999, s.156-158
5.
Cəlil Məmmədquluzadə dramaturgiyasında adların üslubi xüsusiy-
yətləri. Dissertantların elmi konfransı. Nəsimi adına adına Dilçilik İnstitutu.
Tezislər (13-14 sentyabr). Bakı, 1999, s.22
6.
Cəlil
Məmmədquluzadənin bədii yaradıcılığında ləqəblərin işlənmə
xüsusiyyətləri. Tədqiqlər – 2. Bakı, 2004, s.270-272
7.
Cəlil
Məmmədquluzadə nəsrində
metaforik
toponimlər.
Tədqiqlər – 3, Bakı, 2004, s.268- 273
22
8.
Cəlil Məmmədquluzadənin bədii əsərlərində köməkçi adların üslu-
bi xüsusiyyətləri. Tədqiqlər, 2007, №2, s.233-238
9.
Cəlil Məmmədquluzadənin nəsrində leksik yolla düzələn onomas-
tik vahidlərin üslubi xüsusiyyətləri. Elmi axtarışlar. AMEA-nın Nizami adı-
na Ədəbiyyat İnstitutu. Bakı, “Səda” nəş, 2007, s. 246-252
10. Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında qohumluq əlaqələ-
ri bildirən antroponimlər. Tədqiqlər – 2. Nəsimi adına Dilçilik İnstitutu.
2009, s.122-129
11. Cəlil Məmmədquluzadənin dramlarında toponimlərin üslubi xüsu-
siyyətləri. Terminologiya məsələləri. Bakı, “Elm”, 2011, №2, s.135-141
12. Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında passiv antroponim-
lər. Filologiya məsələləri. 2011, №8, Bakı, “Elm və təhsil”, s.146-150
13. Cəlil Məmmədquluzadənin satirik üslubunda antroponim və topo-
nimlərin məqsədyönlü istifadəsi. Filologiya məsələləri, X buraxılış, Bakı,
2013, “Elm və təhsil”, s. 301-308
14. Cəlil Məmmədquluzadənin dramlarında antroponimlərin üslubi xü-
susiyyətlər. Dilçilik İnstitutunun Əsərləri. 2013, II buraxılış, s.129-134
15. Use of personal names in actual and situations (on the basis of the
artistic works by Jalil Mammadgulizadeh). Europäische Fachhochschule
Europen Applied Sciences, # 6 – 2014, s.62 – 64
16. Uydurma toponimlər və onların üslubi xüsusiyyətləri (Cəlil Məm-
mədquluzadənin bədii əsərləri əsasında). “I sələflər və xələflər “ mövzusun-
da konfrans materialları, 22-25 oktyabr, Bakı, “Elm və təhsil”, 2014, s.261-
264
17. Ədəbi dil onomastikasında klassik və dini onovahidlərin üslubi xü-
susiyyətləri (Cəlil Məmmədquluzadənin bədii əsərləri əsasında). Termino-
logiya məsələləri, № 2, Bakı, “Elm”, 2015, s. 119-126
18. Cəlil Məmmədquluzadənin bədii əsərlərində antroponimlərin işlən-
mə məqamları. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq
Konfrans: Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırış-
lar. Bakı, “Elm və təhsil”, 2016, s. 213-216.
19. Cəlil Məmmədquluzadənin bədii əsərlərində qadın obrazları.
Müasir dilçiliyin aktual problemləri” adlı Beynəlxalq Konfrans. Bakı,
2016, 24-25 noyabr 2016, s.238-239
20. Cəlil Məmmədquluzadənin bədii əsərlərinin dil və üslub
xüsusiyyətləri. Akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş
“Ağamusa Axundov və Azərbaycan filologiyası Beynəlxalq Konfrans”
Bakı, 2017, səh. 484-486.
|