4
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Məlum olduğu üzrə, dildəki hər bir xüsusi ad
– onomastik vahid ictimai-tarixi inkişafın məhsuludur. Onomalogiyanın
maraq doğuran və sanballı tədqiqatların intensiv olaraq artdığı sahələrindən
biri də poetik onomastikadır. Linqvistika ilə üslubiyyatın qovuşma nöqtə-
sində həyata keçirilən bu cür araşdırmalar dilin üslubi-semantik imkanları-
nın üzə çıxarılmasında, linqvistik potensialın səfərbər edilməsində, dildəki
polisemantizm və obrazlılıq keyfiyyətlərinin tədqiq olunmasında böyük
əhəmiyyət kəsb edir. Yazıçıların yaradıcılıq üslubunu tədqiq etmək mühüm
elmi-nəzəri əhəmiyyət kəsb edir. Hər bir dilin onomastik sisteminin aşkara
çıxarılmasında bədii ədəbiyyat ən zəngin mənbə rolunu oynayır. Bədii ədə-
biyyatın dilində onomastik vahidlərin işlənməsi ədəbi dil baxımından xü-
susi əhəmiyyət kəsb edir. Onomastik leksikadan bədii əsərlərdə istifadə
dilin onomastik mənzərəsinin aşkara çıxarmaqla yanaşı, əsərin yazıldığı
dövrün ictimai-siyasi vəziyyəti ilə bağlı müəyyən təəssüratlar yaradır.
Çünki ad ictimai-siyasi proseslərlə sıx bağlı olur.
Onomastik sistemin bədii əsərlər əsasında arasırılması müasir dilçi-
liyin ən aktual mövzularındandır. Poetik onomastikanın tədqiqi məhz bədii
əsərlərdəki xüsusi adların üslubi xüsusiyyətləri, əsərin bədii təsir gücünün
artmasında onomastik vahidlərin rolu və s. kimi məsələlərlə bağlıdır. Bədii
əsərlərin poetik onomastikası, yəni onun üslubi linvistik xüsusiyyətləri
özlüyündə cox məsələləri ehtiva edir. Burada bədii əsərlərə verilən addan
tutmuş, oradakı adların komik təbiətiə, əsərdəki bədiiliyi şərtləndirən va-
sitəyə çevrilməsinə qədər bütün məsələlər özünün əksini tapır. Bu baxım-
dan onomastikanın ən zəngin sahələrindən olan antroponimka və toponimi-
ka daha geniş imkanları ilə seçilməkdədir.
Böyük dramaturq, nasir, “Molla Nəsrəddin”in banisi, satira ustası, ki-
çik hekayələrin böyük ustadı kimi şöhrət qazanmış Cəlil Məmmədquluza-
dənin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri vardır. Gör-
kəmli ədibin poetik dil sahəsində əldə etdiyi uğurların böyük bir qismi
onun onomastik vahidlərdən, xüsusilə antroponim və toponimlərdən məq-
sədyönlü istifadə etməsi sayəsində mümkün olmuşdur.
“Söz ustasının yenilik məharəti sözdə olan potensial mənalardan biri-
ni bədii məqsədə, üslubi maneraya uyğun fəallaşdırmaqda, hərəkətə gətir-
məkdə özünü göstərir. Sözdəki mənaları yazıçı qayəsinə görə növbə-
5
ləşdirmək, onlardan bədii məqsədə ən çox münasib olanını görmək isə əsl
sənətkarların həmişə icad etdiyi dil əməliyyatıdır. Üslubi seçmə budur
1
.
Məhz yuxarıda sadalanan faktlar seçilən mövzunun aktuallığını şərtləndirir.
Dostları ilə paylaş: