Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


Müzakirəyə təqdim olunan əsas müddəalar



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   2   3   4   5   6   7   8   9   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

Müzakirəyə təqdim olunan əsas müddəalar: 

–  Hər bir bədii  və  ya publisistik əsər  meydana gəldiyi  dövrəqədərki 

dil  xüsusiyyətlərini  özündə  mühafizə  edir.  C.Məmmədquluzadənin  bədii 

əsərləri ana dilimizin XIX əsr, hətta ondan  əvvəlki  dövrlərdə lüğət tərkibi, 

işləklik vəziyyəti və üslubi çalarları ilə bağlı məlumatlarla zəngindir.  

–  Bədii  əsərlərin,  xüsusilə  də  C.Məmmədquluzadə  kimi  klassiklərin 

əsərlərinin  dil  və üslub xüsusiyyətlərinin  linqvistik tədqiqata cəlb  edilməsi 

həmin  əsərin  yarandığı  dövrdə  ümumxalq  və  eləcə  də  ədəbi  dildə  özünü 

göstərən dil faktlarını elmi əsaslar üzərində  müəyyənləşdirməyə imkan ya-

radır. 


–  Şəxs və yer adları aid olduqları dövrün  ictimai-siyasi prosesləri ilə 

sıx  bağlı  olduğundan  bədii  əsərlərin,    xüsusilə  klassik  əsərlərin  onomastik 

leksikasının tədqiqi həmin dövrə aid ictimai-siyasi mənzərə ilə bağlı dolğun 

məlumat verir. 

– Onomastik  vahidlərin  nəsrə  gətirilməsi  bədii  əsərin  dilinin 

xəlqiliyini, sadəliyini təmin etməyə xidmət edir. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin