Yunis Ġmrə,
"
Salam olsun
"
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!
225
Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara salam olsun!
Tənim ortaya açıla,
Yaxasız köynək biçilə,
Bizi asan vəch ilə
Yuyanlara salam olsun!
Kimsə durmaz qəsdimizə,
Gedər olduq dostumuza,
Namaz üçün üstümüzə
Duranlara salam olsun!
Bu qaydadı, gələn gedər
Əcəl ki var bizi güdər.
Bizim halımızdan xəbər
Soranlara salam olsun!
Dərviş Yunus söylər sözü,
Yaş doludur iki gözü
Bilməyən nə bilsin bizi?!
Bilənlərə salam olsun!
S. Vurğunun"
Vaqif
" pyesindən bu hissəni rollar üzrə ifadəli
söyləmək
Qacar(heyrətlə)
Aha, baş əyməyir hüzurumda bu!
Şeyx.
Yoxdur vicdanında qanun qorxusu.
Qacar(Vaqifə)
Şair, hökmdarın hüzurundasan!
Vaqif.
Bunu sizsiz belə düşünürm mən.
Qacar.
Bəs baş əymədiniz!
Vaqif.
Əymədim, bəli!
Əyilməz vicdanın böyük heyəli.
Qacar.
Qılınclar toqquşub iş görən zaman.
Neylər dediyiniz quru birr vicdan?
226
Vaqif.
Vicdan dedikləri bir həqiqətdir,
Beşiyi, məzarı əbədiyyətdir.
Qacar.
Bəs zindan necədir, qaranlıq zindan?!
Vaqif.
Soyuq məzara da zinətdir insan.
Qacar.
Yenə göylərdədir şair xəyalın?!
Vaqif.
Əzəldən hüdudu yoxdur kamalın.
Qacar.
Aha, sınayırdım idrakınızı.
Doğrudan, bir şair görürəm sizi.
Xoşbəxt xəlq eyləmiş sizi yaradan!
Vaqif.
Dünyada qalacaq yalnız yaradan!
Qacar.
Çox gözəl, çox gözəl, inanın ki, mən
Sizin ruhunuzu sevdim ürəkdən.
Bu dövlət, bu cəlal, bu şanlı saray,
Göylərin büsatı o ulduz, o ay,
Sizə tapşırılsın bu gündən gərək
Ancaq bir şərtim var.
Vaqif.
Buyurun, görək!
Qacar.
Gərək fars dilində yazsın sənətkar.
Vaqif.
Farsın Xəyyamı var, Firdovsisi var,
Nə çoxdur onlarda böyük sənətkar.
Azəri yurdunun oğluyam mən də,
Az- az uydururam yeri gələndə.
Qacar.
Yaxşı, gəl əl götür bu inadından.
Bu qədər naşükür olmasın insan!
Vaqif.
Aldada bilməmiş dünyanın varı
Bir məslək eşqiylə yaşayanları.
Mən ellər bağında azad bir quşam.
Mənsəbə, şöhrətə satılmamışam!
Vəzir.
Yaxş da...Çarıqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı bəlkə?
Vaqif.
Günəşi örtsə də qara buludlarr,
Yenə günəş adlı bir qüdrəti var.
227
Qacar.
Görürəm, günəşə iştahan vardır.
Vaqif.
Günəşdən gizlənən yarasalardır.
Şeyx.
Buna qulaq asmaq çətin peşədir.
Vaqif.
Niyə, qulağınız çoxdan şeşədir –
Böhtan eşidəndə qızarıb yanar,
Doğru söz gələndə pambıq tıxanar.
Vəzir.
Sizin sözünüzün kəsəri azdır.
Vaqif.
Oxuyan bülbüldür, dinləyən qazdır!
Vəzir.
Of... Məndə olsaydı bundakı hünər!
Vaqif.
Ağılsız köpəklər ulduza hürər.
Qacar (vəzirə) Di ver cavabını, nə durmusan? Din!
Nə, yenə döyünür sarsaq gözlərin!
Vaqif.
Neyləsin, yazığın nə günahı var?
İşıq güclənəndə çaşar yarasalar.
Şeyx(kinayəilə)Şairə sənətdir tikanlı sözlər
Vaqif.
Sözdən qızarmaz ki, bozarmış üzlər.
( Qapıçı daxil olur)
Qapıçı
Şahım, bir qoca var, gəlsin içəri?
Qacar.
De, gəlsin.
( Vidadi daxil olub təzim edir)
Vidadi.
Hakimin höküm, hünəri
Onun vicdanilə qardaş olmalı!
Bizə qalmayacaq dünyanın malı…
( Vaqifi göstərərək)
Şairdir, qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var.
O ölsə, dağlar da dil deyib ağlar.
Əfv edin, yaxşılıq qalır yadigar.
Qacar.
Dinin düşmənidir, o ölsün gərək!
Vidadi.
Xeyir O, Vaqifdir, eşqə gələrək!
Bəzən qamçılayır zəmanəsini,
Allah da çox sevir şeirin səsini.
228
Qacar.
Allah da çox sevir? Allaha yalvar,
Onun məndən də çox qüdrəti var.
Əgər bacarırsa, qoy sağ saxlasın.
Vidadi.
Siz hökmdarsınız...
Qacar.
Yaxşı, qoca, mən
Artıq əl çəkirəm ölüm fikrindən.
Ancaq... kəsəcəyəm yazan əlini,
Bir də həcv deyən acı dilini.
Razısan?
Vaqif.
Razıyam, böyük hökmdar!
Mərhəmət sahibi olur ağalar.
Eyb etməz, sizə də çatar bir əvəz.
Qatır cinsisiniz doğub törəməz.
Qacar.
Vaqif, indi get,
Saray həyatını büsbütün tərk et.
Gərək yaşamasın qədirnaşünas!
Vaqif.
Sənsə həqiqətin ağzına daş bas!
Mən az görməmişəm bu sarayları,
Burda göyə çıxan ahu vayları…
Görmüşəm şahların vəfasını mən,
Xanların zülmünü, cəfasını mən.
Görmüşəm zamanın min rüzgarını,
Dustaq anaların göz yaşlarını.
Nifrət! Qan çanağı taclara nifrət!
Var olsun azadlıq, bir də məhəbbət!
Fərqanə Zülfüqarovanın ―XIX əsrin sonu -XX əsrin əvvəllərində
ingilis ədəbiyyatı(Bakı, ―Elm və təhsil‖, 2012, 156 səh.)‖ monoqra-
fiyasından.Fikrimizcə, nitq mədəniyyəti fənni ümumən insan
konsepsiyasına əsaslanmalıdır.
―Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası- ümumi
qanun ola bilsin, sənin iradənin əxlaq qaydası eyni zamanda
229
ümumi qanunvericilik prinsipi qüvvəsinə malik olsun‖
Hər bir şəxs əxlaq nümunəsi olaraq nitqində, əməlində örnək
olmağı bacarmalıdır.Fikrimizcə, hər bir gəncin tələbatları müxtə-
lifdir - maddi, ruhi, mənəvi və s. İnsan bu neqativ emosiyalardan
daim qurtulmağa çalışır. Hər bir tələbə, insan öz - özlüyündə
dəyərlidir çünki, bəzən insan Tanrının özü kimi möcüzə yaradır.
Dəyərli varlıq olan ana cəmiyyət üçün hər bir ixtisas sahiblərini
dünyaya gətirərək onları tərbiyələndirib boya-başa çatdırır.
Qeyd edək ki, müasir gənc intellektual varlıq olmalıdır. O,
ailədə və cəmiyyətdə, təhsil aldığı ali məktəbdə maraq oyandırmağı
bacarmalıdır və etibar, hörmət, inam qazanmalıdır.Çünki, insanları
maraqlandırmaq lazımdır. Bu zaman intellekt çox önəmlidir.
Əslində günəşin qabağında məşəllər və atəşfəşanlıqlar solub
öz işığını itirdiyi kimi qadın ağlı hətta düha və gözəllik də xeyir-
xah qəlbin yanında nurunu itirir. Həqiqət yalanı örtə bilmədiyi ki-
mi, əyri də düzə kölgə sala bilməz.Alman filosofu A.Şopenhaue-
rə görə, ―Dünyada bircə yalan danışan məxluq var – insan‖.
Ümumiyyətlə insan bütün işlərinin tez sona çatmasına tələsir, əsl
sonluğun gəlib çatmasını isə heç vaxt istəmir… Çünki onun ba-
şına nə qədər faciələr, əzab-əziyyətlər gəlsə də, o, xoşbəxtliklə
keçən günlərinin sorağıyla yaşayır və ümidlə dəyərli günlərini
gözləyir. İnsanın xoşbəxtliyi və bədbəxtliyi onun ürəyində məs-
kən salmışdır. Hər bir varlıq öz səadətini özü qazanmalıdır, əgər
buna nail ola bilmirsə, öncə özü günahkardır, burada zamanı,
Allahı, dövləti günahlandırmaq düzgün deyil. Xoşbəxtlik və bəd-
bəxtlik nə qədər taledən asılıdırsa, bir o qədər də insanın öz mə-
nəviyyatından asılıdır. Qeyd edək ki, insanın həyatında fasiləsiz
xoşbəxtlik və bədbəxtlik ola bilməz. Xoşbəxtlik ardınca bədbəxt-
lik, bədbəxtlik ardınca xoşbəxtlik gəlir. Müasir gəncin intellek-
tual inkişafı dedikdə onun haqqları, yuridik savad, nitq mədəniy-
yəti, faktlar, hisslərin tənzimlənməsi, nizamlanması, mənəvi-psi-
xoloji təsir, kosmopolitik zövqlər mədəniyyət, hüdudsuz ümidlər,
230
peyğəmbərlərin nəticələri, intuitik emprik faktlar ( such as God-
vin inspired flights of intuition) şamil olunur.Belə insanları çox
vaxt yaşayış tərzi qane etmir, o missiyasını qoruyub saxlamaqla
yanaşı həyatın rəngarəng axarına qatılaraq ictimai şüurunun intel-
lektual səviyyədə inkişafına doğru can atır.Hər bir tələbə həyatda
özünün mənəvi rolunu, mənəvi gücünü, maraqlarını, həyatın yeni
stimulunun axarının açarını xüsusi enerji ilə bərpa etməli oldu-
ğunu dərk etməyi bacarmalıdır. Bu da onun daxili azadlığının –
şəxsi, fərdi, ictimai-mental duyumudur və ideoloji bəlalardan
qurtuluşudur.İnsanın cinsindən asılı olmayaraq qadının və ya
kişinin özünüdərki ilə bağlı fikirlər alman alimi K.Yaspersin di-
ni-mistik fəlsəfəsində özünün daha qatı, daha radikal, daha aydın
ifadəsini tapdı. Onun yazdığı kimi, insanın düşüncəsi prinsipcə
elmi yox, başqa bir təfəkkür - „mən‖i xatırlayan, „mən‖i oyadan,
„mən‖i özümə gətirən, „mən‖i dəyişdirən bir təfəkkür olmalıdır
(―Die Schuldfrage. Lebensfragen der deutschen Politik‖).
İngilis filosofu A.Toynbinin fikrincə, bu dünyanın özəyi
mənəvi başlanğıcdır, yaradıcılıq ehtirasıdır, spesifik mədəniyyət
sərvətlərinin məcmusudur (―A Religious Belief‖).
Son illər müasir gəncin özünüdərki ilə çox dəyişik və ya ona
müsbət mənada təsir etmə formaları üzə çıxıb. Mənə elə gəlir ki,
bu təsirlərdən ən başlıcası isə yad planetlərin yaşadığımız yer
planetinə müxtəlif üsullarla təsirlərinin olmasıdır. Məncə, bu
məqam dünyanın düşünən insanlarında planetimizdə vahid dünya
yaratmaq ideyasını irəli sürməsi ilə özünü göstərir. Bununla
bərabər, indi müasir dünyada yaranmış bu yanaşma tərzi insanın
ruhunun dərinliyinə varmaqla reallaşdırılmasının mümkünlüyü
daha optimal yol kimi göstərilir.Hər bir gəncin yeni həyati an-
laşmasında ekzistensializm və seyr vasitəsilə din birləşmiş olur.
Burada fəlsəfənin insanın dünyada ali vəzifəsinə münasibəti açıq-
aşkar hiss olunur. Amerika filosofu Karl Raymund Popper kliniki
ölüm keçirmiş şəxsin cənnəti təsvir etməsi barədə yazırdı: Mən
231
orada 1) ruhi mehribanlıq; 2) sonsuz eşq; 3) işıq, qəlb gördüm...
(―Objective Knowledge‖ )
Fikrimizcə, hər bir gənc nitq mədəniyyətini, dilini təkmilləş-
dirməklə yanaşı hər şeydən əvvəl insani dəyərlərə əsaslanaraq
hərəkət etməlidir.
Dostları ilə paylaş: |