Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə47/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   166
2015-332

                                      Azərbaycan yazısı 
 
 Azərbaycan çox qədim bir ölkədir. Burada sakin olan insan-
lar ən qədim zamanlardan təxminən daş dövründən başlayaraq öz 
fikir  və  düşüncələrini  başqalarına  çatdırmaq  üçün  primitiv  şə-
kildə  yazıdan  bir  vasitə  kimi  istifadə  etmişlər.  Belə  bir  mülahi-
zəni  Azərbaycan  ərazisində  olan  qədim  abidələr,  xalqın  tarixi 
adət və ənənələri aydın sübut edir. 
Azərbaycanlılar  hələ  qədim  zamanlarda  xətli  yazının  əmələ 
gəlməsi üçün əsas amillərdən biri olan əşya vasitəsilə fikrin ifadə 
edilməsi üsulundan istifadə etmişlər. Bu vasitə xalq arasında çox 
geniş  yayılmışdır.  Əşya  vasitəsilə  fikrin  ifadə  edilməsi  dünya 
xalqları  həyatında  çox  müxtəlifdir.  Belə  ki,  bunlardan  bəzisi 
müəyyən  qrup  xalqlarda  bir-birinə  oxşayır.  Bəzisi  isə  tamamilə 
fərqlənir. Azərbaycanlıların da bu məqsədlə istifadə etdikləri va-
sitələrin bəzisi digər xalqların işlətdiyi vasitələrə oxşayır. 
Qədim zamanlardan başlayaraq, azərbaycanlılar müəyyən əş-
ya,  xüsusən  də  qab  hazırlandıqda  onun  üstündə  insan,  heyvan, 
quş,  bitki  və  s.müxtəlif  şəkil  və  naxışlar  çəkmişlər.  Məsələn, 
Azərbaycanın tunc dövrünə aid son vaxtlar arxeoloqlar tərəfindən 


 
70 
Mingəçevirdə  tapılmış  saxsı  qablar,  naxış,  insan  və  heyvan  şə-
killəri ilə bəzəklidir. 
Bütün  bunlar  və  ya  bu  tipli  digər  şəkillər  əslində  yazıdır. 
Çünki  burda  müəyyən  ardıcıl  fikir  izah  olunmur.  Deməli,  hər 
şəkli yazı adlandırmaq olmaz. Yazı adlanan şəkillər müəyyən ha-
disəni,  əhvalatı  əks  etdirir.  Azərbaycanda  belə  şəkillər  vardır. 
Bunlar  Azərbaycanda  şəkli  yazıdan  istifadə  olunduğunu  aydın 
göstərir. 
Azərbaycanlılar sonralar yazının digər tiplərindən də istifadə 
etmişlər.  Lakin  ardı-arası  kəsilməyən  işğallar  ölkəni  talan  etmiş 
və onun mədəniyyətinə mənfi təsir etmişdir.VII əsrin ortalarında 
ərəblər  Azərbaycanı  işğal  etdikdən  sonra  azərbaycanlıların 
işlətdikləri  yazı  sistemi  sıradan  çıxarılmışdır.  Bundan  sonra 
Azərbaycan yazısında uzun zaman ərəb əlifbası işlədilmişdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin