Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə49/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   166
2015-332

Sinonimlər 
 
Yazılışı  və  deyilişi  müxtəlif  olan,  lakin  eyni  və  ya  yaxın 
mənaları  bildirən  sözlərə  sinonimlər  deyilir.  Məsələn:  gözəl-


 
72 
göyçək,  mehriban-səmimi,  yandırmaq-alışdırmaq,  ürək-könül  və 
s.  Bəzi  sinonimlər  istənilən  məqamda  bir-birini  əvəz  edə  bilir: 
eynək-çeşmək-gözlük.  Bəzi  sinonimlər  isə  yaxın  mənaları  ifadə 
edirlər, onların bir-birini tam əvəz etməsi həmişə mümkün olmur. 
Məsələn,  gözəl  fikir  demək  olar,  amma  göyçək  fikir  demək 
düzgün deyil. Halbuki bu sözlər sinonimlərdir. 
 Sinonim  cütlər  eyni  nitq  hisssəsinə  aid  olurlar.  Danışıq 
zamanı  üslubi  effekt  və  səlislik  yaratmaq,  lüzumsuz  təkrarlara 
yol verməmək, fikrin daha təsirli, ifadəli və dəqiq ifadə edilməsi 
məqsədilə  rəngarəng  sinonimlərdən  istifadə  olunur  ki,  onlar 
nitqin  təsir  gücünü  artırır,  emosionallıq  və  ekspressivlik  yaradır 
ki,  onlar  incə  məqamları  ifadə  etmək  üçün  geniş  və  rəngarəng 
üslubi imkanlara malikdir. Danışan fikir və hisslərini daha dəqiq 
ifadə  etmək  üçün  sinonim  cərgəyə  məxsus  lazımi  sözü  yerində 
elə işlədir  ki,  bu,  nitqdə  dəqiqliyi  yaradır,  eyni  zamanda  ahəng-
darlığı təmin edir. 
 Leksik  vasitələrdən,  o  cümlədən  sinonimlərdən  istifadə 
şifahi  nitqə  bir  növ  yaradıcı  xarakter  verir.  Natiqlər,  müəllimlər 
və  başqaları  hərə  öz  bacarığı,  nitq  tutumu  və  lüğət  ehtiyatının 
səviyyəsi  dairəsində  sinonimlər  işlətməyə  çalışırlar.  Sinonimlər 
vasitəsilə  yaranan  rəngarənglik  nitqi  maraqlı  edir,  dinləyicilər 
belə  danışıq  tərzini  rəğbətlə  qarşılayırlar.  Dilimizin  leksikası  si-
nonimlik baxımından olduqca zəngindir: qoçaq, igid, cəsur, qorx-
maz,  qəhrəman;  güc,  qüvvə,  taqət;  el,  vətən,  diyar,  yurd,  oba, 
ocaq; keçid, aşırım; dünya, aləm, cahan, kainat; üz, sifət, bəniz, 
camal,  surət;  xoşbəxtlik,  səadət;  iftixar,  qürur;  söz,  deyim; 
gələcək,  istiqbal;  ayrılıq,  hicran;  incə,  zərif,  nəfis,  lətif;  tək, 
tənha; od, atəş; səs, səda, avaz və s. 
 Nümunələrdən göründüyü kimi, sinonim cərgələri əmələ gə-
tirən  komponentlərin  hər  biri  öz  semantik  dairəsinə  görə  digər-
lərindən  fərqləndiyi  üçün  mənaca  tam  üst-üstə  düşmür.  Onların 


 
73 
hər  biri  həmin  cərgədəki  əsas  sözü  müəyyən  cəhətdən  aydın-
laşdırır, dəqiqləşdirir. 
 Nitqdə sinonimlərdən aşağıdakı məqsədlərlə istifadə olunur:  
a)  nəzərdə  tutulmuş  fikrin  daha  təsirli,  emosional,  dəqiq  və 
incə məna çalarında dinləyiciyə çatdırılması;  
b)məzmundan asılı olaraq müəyyən məna koloriti (məsələn, 
komiklik, liriklik və s.) yaratmaq;  
c) nitqin etik normalarını gözləmək, dil vahidlərindən ictimai 
nəzakət  qaydalarına  uyğun  istifadə  etmək,  kobud,  qaba,  eyibli 
sözlərin (vulqarizmlərin) işlənməsinə yol verməmək;  
ç) nitqdə lüzumsuz təkrarlardan qaçmaq;  
 Sinonim vasitələrdən istifadə  natiqlik sənətində xüsusi əhə-
miyyət kəsb edir. Müşahidələr göstərir ki, kifayət qədər söz ehti-
yatına malik olan, sözləri yerində işlətməyi bacaran şəxsin nitqi 
aydın, cazibədar və təsirli olur.  
 Dilin  sinonimik  imkanları,  üslubi  funksiyalarını  yaxşı  mə-
nimsəyən natiq nəzərdə tutduğu fikri dinləyiciyə çatdırmaq üçün 
söz  seçməkdə  çətinlik  çəkmir,  zəngin,  emosional  və  ekspressiv 
ifadə  vasitələrindən  bacarıqla  istifadə  edə  bilir  ki,  bu  da  nitqin 
təsir  gücünü  artırır.  Natiq  öz  danışığında  (eləcə  də  yazısında) 
leksik  sinonimlərlə  yanaşı,  sinonim  frazeoloji  vahidlərdən  də 
istifadə etməyi bacarmalıdır. Məsələn: dili dolaşmaq – dili topuq 
vurmaq,  gözə  gəlmək  –  göz  dəymək,  evinə  od  vurmaq  –külünü 
göyə  sovurmaq,  rəhmətə  getmək  –  dünyasını  dəyişmək,  hör-
mətdən  düşmək  –  nüfuzunu  itirmək  və  s.  sinonim  frazeoloji 
vahidlər  nitqin  emosionallığını, təsir  gücünü, ifadəliliyini artırır, 
onun xəlqiliyini təmin edir. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin