Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə64/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   166
2015-332


partiya, komsomol, pioner və s. 
b)Xüsusi  terminlər.  Məsələn:  semantika,  fonologiya,  tembr, 
akustika... 
Terminlər emosional və obrazlılıq cəhətə malik deyildir. Eyni 
zamanda bu qrup sözlərdə nəvazişlik çalarlığı da olmur. Məsələn:  
 
 Odur... odur... Qəhrəmanım toz içində nəfəs alır,  
Ekskavator boz dağlara haray çəkir, nərə salır... 
 
Yaxud: 
 
Ekskavator tənələri lay-lay açıb, lay-lay qazır,  
Qoca alim saxsı yığıb yer altında tariz yazır...  
                                           (Səməd Vurğun) 
 
 Bu  misallardakı  ekskavator  sözü  öz  mənasında  işlənilərək 
maşının  bir  növünün  adını  bildirir  və  bundan  əlavə  heç  bir 
emosionallıq və sair xüsusiyyətə malik deyildir. 
 Lakin  terminlər  ədəbi  dilin  bədii  üslubundan  başqa  digər 
üslubları  üçün,  xüsusən  elmi  üslub  üçün  xarakterik  dil  vahid-


 
91 
ləridir. Ümumiyyətlə, terminlər elmi üslubu şərtləndirən ən başlı-
ca ünsürlərdir. Bunlarsız elmi üslub təsəvvür edilə bilməz. 
 Termin  necə  yaranır?  Bu  suala  ətraflı  cavab  vermək  üçün 
hər şeydən əvvəl qeyd edilməlidir ki, dildəki terminlərin hər biri 
müəyyən tələbat əsasında əmələ gəlir. Zərurət olmadan, özbaşına 
heç bir termin yaranmır. 
Termin  yaradıcılığında  iki  mənbədən  istifadə  olunur.  Bun-
laradan birinci və başlıcası dilin öz daxili imkanları, ikincisi isə 
başqa  dillərin  vasitələridir.  Hazırda  termin  tətbiqi  işində,  başqa 
dillərdən ən çox rus və Avropa dillərinə müraciət edilir. 
 Yuxarıda  göstərilən  hər  iki  mənbə  əsasında  termin  yaradıcı-
lığının bir neçə prinsipi vardır. Termin tərtib edilərkən dilimizin öz 
xüsusiyyətləri  nəzərə  alınmır,  onun  qayda  və  qanunlarına  əsas-
lanırlar. 
 Termin yaradıcılığında aşağıda qeyd olunan üç əlamət hök-
mən diqqət mərkəzində durmalıdır: 
1)Terminin təkmənalılığı. Təkmənalılıq termin üçün ən baş-
lıca  əlamətlərdən  biridir.  Termin  çoxmənalı  olduqda  onun  elmi 
əhəmiyyəti  nisbətən  azalır,  çünki  çoxmənalı  terminlər  elmi  an-
layışların aydın əks olunmasına lazımi imkan yaratmır. 
Dilimizdəki  terminlərin,  o  cümlədən  dilçiliyə  dair  terminlə-
rin  bəziləri  çoxmənalıdır.  Məsələn,  frazeologiya  termini  iki  mə-
nada  –  birincisi,  dildə  olan  ifadə  və  ibarələrin  məcmusu  (fra-
zeoloji tərkib), ikincisi isə frazeoloji tərkib haqqında elm məna-
sında işlənilir. Eləcə də ifadə və ibarə terminləri dilçilik ədəbiy-
yatında ayrı-ayrı dilçilər tərəfindən çox müxtəlif mənada işlədilir. 
Bəzi dilçilər ifadə termini altında iki və daha artıq sözdən ibarət 
olan  hər  cür  birləşmələri  nəzərdə  tutur,  bəzi  dilçilər  isə,  əksinə, 
həmin mənada ibarə terminindən istifadə edir və s. 
Dilimizdə  bu  kimi  çoxmənalı  terminlər  bəzən  anlaşılmazlıq 
və  dolaşıqlıq  yaradır.  Lakin  bu,  keçici  xarakter  daşıyan  haldır; 
gec-tez belə terminlərin dəqiqləşdiriləcəyinə şübhə etmək olmaz. 


 
92 
2)Terminin  az  komponentliyi.  Terminlərin  az  komponentli 
olması da onun yaxşı əlamətlərindəndir. Məlumdur ki, müəyyən 
anlayış bir sözlə əks olunanda onu mənimsəmək, yadda saxlamaq 
və ondan istifadə etmək də asan olur: məsələn, nida, neologizm, 
həmcins,  xitab,  sadalama,  lüğət,  filoloq,  dodaqlanma,  məsdər, 
tarixizm, şəkilçi, əlifba və s. 
Termin tətbiqində bu və ya digər anlayışın, imkan daxilində, 
bir sözlə əks etdirilməsi vacibdir. 
3)Terminin  sinonimsizliyi.  Terminlərin  əsas  əlamətlərindən 
biri  də  onların  sinonimlərinin  olmaması  ilə  əlaqədardır.  Bu  əla-
mətə əsasən dildə hər bir anlayış ancaq bir terminlə əks olunma-
lıdır. Bir anlayışa dair bir neçə terminin, yəni terminoloji dublet-
lərin  olması  elmi  anlayışların  mənimsənilməsini  müəyyən  dərə-
cədə çətinləşdirir. 
Müasir  dilimizdə  bir  anlayışın  müxtəlif  terminlərlə  ifadə 
edilməsi halları vardır; məsələn: Lüğətçi – leksikoqraf, lüğətçilik 
–  leksikoqrafiya,  lüğətşünas  –  leksikoloq,  lüğətşünaslıq  –  leksi-
kologiya,  mənaşünaslıq  –  semasilogiya,  mənşəşünaslıq  –  etimo-
logiya, fəal – aktiv və s. 
Geniş şəkildə müvazi işlənən bu terminlərin və həmin qəbil-
dən olan digər terminlərin birini müəyyənləşdirib istifadə etmək, 
şübhəsiz ki, daha məqsədə müvafiq hesab edilməlidir. 
Hər  bir  elm  sahəsinə  aid  terminlər  sistem  təşkil  edir.  Lakin 
bu  sistem  həmişə  stabil  olaraq  qalmır,  müəyyən  dövrlər  ərzində 
onda  bəzi  dəyişikliklər  etmək  dürüstləşdirilmə,  dəqiqləşdirilmə 
aparmaq  ehtiyacı  doğrudur  ki,  bunun  da  nəticəsində  terminlər 
sistemi daha da təkmilləşir. 
Terminlər sistemindəki dəyişiklik bir neçə səbəbdən baş verə 
bilir. Həmin səbəblərdən ən başlıcaları bunlardır: 
a)Terminin  ifadə  etdiyi  anlayışın  xarakterinin,  yaxud  həm-
çinin dəyişilməsi əsasında. 
b)Terminin aid olduğu elmin inkişaf etməsi nəticəsində.  


 
93 
Bu  səbəblərə  görə terminlər  sistemindəki  bir  sıra  termin  ta-
mamilə köhnələ bilir. Azərbaycan dilçiliyində vaxtilə işlənən bə-
zi terminlərin köhnələrək yeni terminlərlə əvəz olunmasını buna 
misal göstərmək olar: 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin