partla ürəyim!
Nida cümləsinin sonunda nida işarəsi qoyulur.
Azərbaycan dili və nitq mədəniyyəti
205
Sadə cümlənin şəxsə görə növləri
Sadə cümlənin şəxsə görə növləri mübtədanın olub--
olmaması ilə müəyyənləşir. Bu cəhətdən sadə cümlələr şəxsli və
şəxssiz cümlələrə ayrılır. Mübtədası olan cümlələrə şəxsli,
olmayan cümlələrə isə şəxssiz cümlələr deyilir.
Şəxsli cümlələrin növləri aşağıdakılardır:
a) müəyyən şəxsli cümlələr
b) qeyri-müəyyən şəxsli cümlələr
c) ümumi şəxsli cümlələr
Mübtədası olan və ya buraxılsa da, asanlıqla bərpa oluna
bilən cümlələr müəyyən şəxsli cümlələr adlanır. Müəyyən
şəxsli cümlənin iki növü olur:
1) mübtədası olan müəyyən şəxsli cümlə;
Mən bu söhbəti üç gündür gözləyirdim (Anar); Əmir və
vəzir belə bir tədbir görmüşdülər (M.S.Ordubadi); Kəhər
qulaqlarını şəkləmişdi (F.Kərimzadə).
2) mübtədası təsəvvür olunan müəyyən şəxsli cümlə;
Bir məktəbdə oxumuşdular (Anar); Qocanın gözlərinin
açılmasına çox təəccüb etdik (Ə.Haqverdiyev); Uçurumun
kənarına tərəf aşırdı (C.Cabbarlı).
İş və hərəkətin qeyri-müəyyən şəxsə aid olduğunu bildirən
sadə cümlələrə qeyri-müəyyən şəxsli cümlə deyilir.
Qeyri-müəyyən şəxsli cümlələrdə iş və hərəkətin icraçısı
olur, iş bir və ya bir qrup şəxs tərəfindən icra edilir. Lakin həmin
şəxslər qeyri-müəyyən şəkildə qalır və bir mübtəda kimi
cümlədə öz ifadəsini tapa bilmir. Belə cümlələrin xəbəri, əsasən,
feillə ifadə olunur və III şəxsin cəmində olur. Məs: Sizdən xahiş
edirlər; Adamın atasını belə yandırarlar; Onu bu işə vadar
etmişlər; Deyirlər ki, toy olacaq (Ü.Hacıbəyov); Mənə Zərnigar
deyərlər (M.İbrahimov); Səni özbaşına qoymazlar (İ.Şıxlı).
Samirə Mərdanova
206
Qeyri-müəyyən şəxsli cümlələrdə çox vaxt elə bil, sanki,
deyəsən, guya ki və s. kimi modal sözlər işlənir. Məs: Elə bil,
dünyanı mənə bağışladılar. Sanki, onu gör-mürdülər.
Hərəkət və hökmün eyni zamanda hamıya aid olduğunu
bildirən sadə cümlələrə ümumi şəxsli cümlələr deyilir. Ümumi
şəxsli cümlələrdə iş görən konkret şəxs kimi deyil, ümumi
şəkildə nəzərdə tutulur. Buna görə də belə cümlələr daha çox
atalar sözləri, məsəllər, hikmətli sözlərdən (aforizmlərdən)
ibarət olur. Məs: Cücəni payızda sayarlar. Nə tökərsən aşına, o
çıxar qaşığına.
Atalar sözləri, məsəllər və hikmətli sözlər nitqi zəngin-
ləşdirir, onun təsir gücünü artırır. Buna görə də bir çox natiqlər,
yazıçılar öz nitqlərində, əsərlərində bu zəngin ifadələrdən usta-
lıqla istifadə edirlər.
Bütün atalar sözü və məsəllər ümumi şəxsli cümlə deyil.
Çünki bəzi atalar sözü və məsəllərdə mübtəda iştirak etdiyi üçün
belə cümlələr müəyyən şəxsli cümlə hesab olunur. Məs: İşləməyən
dişləməz. İgid ölər, adı qalar. Kor tutduğunu buraxmaz.
Nümunələrdən göründüyü kimi, ümumi şəxsli cümlələrin
xəbəri II şəxsin təkində və III şəxsin cəmində olur.
Ümumi və qeyri-müəyyən şəxsli cümlələrdən fərqli olaraq
şəxssiz cümlələrdə subyekt qeyri-müəyyən və ya ümumi
şəkildə də özünü göstərə bilmir, şəxs qətiyyən olmur. Belə
cümlələrin xəbəri III şəxsin təkində olur və həm ismi, həm də
feili xəbərlə ifadə olunur. Məs: Evdə sakitlikdir. Günortadan
ötürdü.
Bəzi cümlələrdə predikativliyin morfoloji göstəricisi
olmur. Adlıq cümlə adlanan belə sintaktik vahidlərdə predika-
tivlik intonasiya ilə bildirilir. Məs: Bakı. Neft daşları. Günorta-
çağı. Nahar vaxtı. (M.İbrahimov).
Mübtəda əsasında formalaşan bu cümlələr ismin adlıq
halında olan isim və ismi birləşmələrlə ifadə olunur.
Adlıq cümlələrdən daha çox bədii üslubda – şeirdə, dram
əsərlərinin remarkalarında istifadə edilir. Məs:
Azərbaycan dili və nitq mədəniyyəti
207
...Uzun yol.
Sərnişinlər,
Bir də Bakı vağzalı.
İzdiham.
Qara qarışqa kimi
Qaynaşan
adam,
adam. (R.Rza)
Həsrətli gözlər. Pərişan saçlar. Titrək dodaqlar. (R.Rza)
Bəzən məqalələrdə və plan tərtibində də adlıq cümlələrdən
istifadə olunur. Əsasən yazılı nitqdə işlənən bu cümlələr nitqdə
yığcamlıq, aydınlıq və konkretlik yaradır.
Dahi sənətkarlar obrazlılıq yaratmaq məqsədilə öz əsər-
lərində adlıq cümlələrdən məharətlə istifadə edirlər.
Dilimizdə elə cümlələr də vardır ki, onlar müəyyən fikir
ifadə edir, lakin onlarda hər hansı cümlə üzvünü müəyyən etmək
mümkün deyil. Bu cür cümlələrə üzvlənməyən cümlələr
deyilir.Üzvlənməyən cümlələrin əsas növü söz-cümlədir. Adın-
dan da göründüyü kimi, bu cümlələr bir sözdən ibarət olur.
Lakin hər söz söz-cümlə hesab oluna bilməz. Söz-cümlələr hə,
bəli, yox, xeyr, əsla, qətiyyən, heç, heç də kimi ədatlar, ah, aha,
oho, ey, əfsus və s. kimi nidalar və əlbəttə, sözsüz, baş üstə, göz
üstə, şübhəsiz kimi modal sözlərlə ifadə olunur və xüsusi
intonasiya ilə tələffüz edilir. Məs: - Hazırdırmı o arayışlar? –
Bəli! – Onda verin bəri, qol çəkim! – Baş üstə! (S.Rəhimov); -
Aha! Bu ki Əlibala imiş! (M.İbrahimov).
Söz cümlələr ən çox dialoqlarda, qarşılıqlı replikalarda
işlədilir. Məs:
- Məşədi İman, ola bilərmi ki, bir on gün səbr edəsiniz?
- Xeyr, Hacı.
- Bəsdir, Fəridə! Sən bununla məni də təhqir eləyirsən.
-Qətiyyən. Mən yalnız hiss etdiklərimi deyirəm.
(İ.Əfəndiyev)
Samirə Mərdanova
208
Mürəkkəb cümlə
İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhət-
dən birləşməsinə mürəkkəb cümlə deyilir. Sadə cümləyə nisbə-
tən mürəkkəb cümlə insan nitqinin nisbətən sonrakı inkişaf
mərhələlərində formalaşmışdır. Yəni əvvəlcə bərabərhüquqlu
sadə cümlələr yaranmış, sonra onlar birləşərək tabesiz mürəkkəb
cümlələri əmələ gətirmiş, daha sonra ziddiyyət, səbəb, nəticə,
şərt və s. kimi əlaqələr dərk olunduqca tabeli mürəkkəb cümlələr
formalaşmışdır.
Sadə cümlələrdən fərqli olaraq mürəkkəb cümlələrin iki və
daha artıq qrammatik əsası olur. Mürəkkəb cümləni təşkil edən
sadə cümlələr yalnız müəyyən şəxsli cümlələrdən ibarət olmur.
Onlardan biri və ya hər ikisi qeyri-müəyyən şəxsli, şəxssiz və
ümumi şəxsli cümlələrdən ibarət ola bilər. Məs:
Deyirlər ki, gələn il qəbul imtahanlarını yeni qayda ilə
keçirəcəklər.Məlumdur ki, yaxın günlərdə sənədlərə baxılacaq.
Atalar yaxşı deyib, palaza bürün, elnən sürün.
Mürəkkəb cümlənin komponentləri arasında məna və
qrammatik əlaqələr bir sıra vasitələrlə (bağlayıcılar və bağlayıcı
sözlərlə, ədatlarla, intonasiya ilə) ifadə olunur. Tabesiz
mürəkkəb cümlələrdə tabe etməyən (və, amma, ancaq, lakin,
gah və s.) bağlayıcılar, tabeli mürəkkəb cümlələrdə tabe edən
bağlayıcılar (ki, çünki, əgər, hərçənd, ona görə ki və s.) işlənir.
Məs:
Min il yola baxdı qulağı səsdə, ancaq dəyişmədi ömrün
mənası! (S.Vurğun)
Görürsən ki, səni necə çox istəyirəm (İ.Şıxlı).
Bağlayıcı sözlər (kim, kim ki, nə, necə, neçə və s.) və
ədatlar (-sa, -sə, -mı, -mi, -mu, -mü) tabeli mürəkkəb cümlənin
komponentlərini bağlamağa xidmət edir. Məs:
Kim ki, ad qoymuşdur qoca dünyada,
Onu öz dostları vermişdir bada (N.Gəncəvi).
Sənin ürəyin varsa, mən canımı qurban elərəm (İ.Şıxlı).
Azərbaycan dili və nitq mədəniyyəti
209
Pərişan evə bir balaca gec gəldimi, anası ağır intizara
düşürdü (İ.Şıxlı).
Mürəkkəb cümlənin tərkib hissələrinin əlaqələndirilmə-
sində başqa vasitələrlə yanaşı, intonasiyanın da mühüm rolu
vardır. Başqa vasitələr olduqda da, intonasiyadan istifadə edilir.
Lakin heç bir başqa vasitə olmadıqda, tərkib hissələrini əlaqə-
ləndirmək üçün əsas yük intonasiyanın üzərinə düşür. Məs:
Nə qədər ömrüm var, gəzib dolaşacam (İ.Şıxlı).
Mən bilirəm, təqsir mənim yoldaşımdadır (Ə.Vəliyev).
Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr vahid
intonasiya və vahid məna altında birləşməlidir. Əks halda,
mürəkkəb cümlə formalaşa bilməz.
Bəzən tərkibində feili sifət, feili bağlama və məsdər
tərkibləri olan sadə cümlələr mürəkkəb cümlələrlə qarışdırılır.
Məs:
Biz evə çatanda işıq söndü.
Biz evə çatmışdıq ki, işıq söndü.
Göründüyü kimi, birinci cümlə sadə cümlədir. Çünki
burada işlənən feili bağlama tərkibi (biz evə çatanda) xəbər kimi
formalaşmır və mübtədanın icra etdiyi işi bildirmir. Lakin ikinci
cümlə mürəkkəb cümlədir. Çünki burada xəbər tam şəkildə
formalaşır və mübtədanın icra etdiyi işi bildirir.
Həmçinin tərkibində ara söz və ara cümlələr olan sadə
cümlələr də mürəkkəb cümlələrə bənzəyir. Məs:
Adama elə gəlirdi ki, nəzərləri ilə yerin yeddi qatına
nüfuz etmək istəyir (Ə.Abasquliyev).
Göründüyü kimi, bu cümlənin birinci hissəsi (adama elə
gəlir) müstəqil işlənə bilmir, modallıq məzmunu daşıyır,
danışanın ifadə etdiyi fikrə münasibəti əks etdirir və buna görə
də ara söz (və ya ara cümlə) hesab olunur.
Mürəkkəb cümlələrin nitqimizdə böyük əhəmiyyəti var-
dır. Xüsusilə elmi üslubda mürəkkəb cümlə ilə ifadə edilmiş
fikir sadə cümlədə ifadə edilmiş fikirdən üstünlüyü ilə seçilir.
Bunun üçün aşağıdakı cümlələri müqayisə edək:
Samirə Mərdanova
210
1. Tələbələr imtahana yaxşı hazırlaşmışdılar. Qış
imtahan sessiyası uğurla başa çatdı.
2. Qış imtahan sessiyası uğurla başa çatdı, çünki tələ-
bələr imtahana yaxşı hazırlaşmışdılar.
Göründüyü kimi, fikrin ifadəsində ikinci variant daha
üstündür, yəni oxucu, yaxud dinləyici tərəfindən bu variant daha
aydın başa düşülür. Ümumiyyətlə, mürəkkəb cümlənin, xüsusilə
tabeli mürəkkəb cümlənin qrammatik quruluşu elədir ki, burada
gerçəkliyə məxsus məntiqi münasibət daha dəqiq ifadə edilir.
Mürəkkəb cümlənin əsas xüsusiyyəti onun daha geniş imkana
malik olmasından və çevik forma sayılmasından ibarətdir. Ona
görə də nitqdə yeri düşdükcə mürəkkəb cümlələrdən düzgün
istifadə etməyi bacarmaq lazımdır.
Mürəkkəb cümlənin növləri.
Tabesiz mürəkkəb cümlələr.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr sintaktik
əlaqələrlə əlaqələnir. Bu cəhətdən mürəkkəb cümlələri iki qrupa
ayırırlar: tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr.
Tabesiz mürəkkəb cümlələr bərabərhüquqlu sadə cümlə-
lərin məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir.
Məs: Kür çayının həzin şırıltısı eşidilir, qarşıdan əsən xəfif külək
kəndin havasını meşənin rütubətli ətri ilə doldururdu
(M.Hüseyn).
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında
müxtəlif məna əlaqələri mövcuddur. Həmin məna əlaqələri bun-
lardır:
Zaman əlaqəsi. Zaman əlaqəli tabesiz mürəkkəb
cümlələrdə eyni zamanda baş verən hadisələr sadalanır, başqa
sözlə, belə cümlələrin tərkib hissələrindəki iş, hərəkət, hadisə
eyni zamanda olur. Bu cümlələrin tərkib hissələri ya ancaq
sadalama intonasiyası, ya da intonasiya ilə yanaşı tabesizlik
bağlayıcılarından birinin vasitəsilə bağlanır. Məsələn:
Azərbaycan dili və nitq mədəniyyəti
211
Hərdən təzə evlərin şifer və dəmir damları aram-aram
tappıldayırdı, həyətdə təzə əkilmiş ağacların yarpaqları orda--
burda diksinib titrəyirdi (İ.Hüseynov). Yayda bu hovuzda
uşaqlar çiməcək, tramplin düzələcək (Ə.Yusifov). Zeynəb
danışdıqca buxağı əsərdi və yağlı, şişkin yanaqları ilə qalın qaş-
larının arasında itmiş gözlərindən hirs yağardı (Ə.Yusifoğlu).
Bu cümlələrdə zaman əlaqəsi sadalanma intonasiyası,
xəbərlərin eyni zamanda olması, tabesizlik bağlayıcısı (və) ilə
ifadə olunmuşdur. Bundan əlavə, hər üç misalda mürəkkəb cüm-
lələrin tərkib hissələri üçün zaman zərflikləri (hərdən, yayda,
Zeynəb danışdıqca) müştərəkdir.
Tabesiz mürəkkəb cümlənin zaman əlaqəsində olduğunu
müəyyən etmək üçün zaman zərfliklərindən (bu vaxt, bu
zaman, eyni zamanda, bu əsnada, bu halda və s.) istifadə etmək
olar. Məs:
Lalə çiçəklərin ətrini sinəsinə çəkdikcə yarası sağalır, bu
halda ayrılığın acıları canından çıxırdı.
Həmçinin zaman əlaqəli mürəkkəb cümləni təyin etmək
üçün tərkib hissələrinin yerini dəyişmək mümkündür, çünki bu
cümlələrdə hadisələr eyni zaman daxilində baş verdiyi üçün
məna dəyişmir. Məs:
Onun dizləri titrəyir, əli əsir, ürəyi döyünür, gözünə müx-
təlif şeylər görünürdü. – Onun gözünə müxtəlif şeylər görünür,
dizləri titrəyir, əli əsir, ürəyi döyünürdü.
Ardıcıllıq əlaqəsi. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb
cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən
hadisələr sadalanır. Bu cümlələrin tərkib hissələri ya ancaq
sadalama intonasiyası ilə, ya da sadalama intonasiyası ilə yanaşı
tabesizlik bağlayıcılarından birinin vasitəsilə bağlanır. Məs:
Qapı təkrar açıldı, Güllübəyim xala əlində badya içəri
girdi (İ.Əfəndiyev).
Ardıcıllıq əlaqəsində də ortaq zaman zərfliklərindən
(sonra, sonra da, bir azdan, bir qədər ötəndən sonra) istifadə
edilir. Məs: Sel kimi yağış tökməyə başladı, bir azdan səmada
Samirə Mərdanova
212
günəş göründü, daha bir qədər ötəndən sonra isə uzaqlardan
suyun yerindən oynadıb bir-birinə çırpdığı qaya parçalarının
vahiməli səsi eşidilməyə başladı (M.İbrahimov).
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib
hissələrin ardıcıllığını və onların arasındakı nisbi zaman fərqini
ifadə etmək üçün bəzən birinci cümlədə əvvəl, əvvəlcə, ikinci
cümlədə isə sonra, sonra da sözləri (zaman zərflikləri) işlədilir.
Məs:
Ağarzagilin pəncərəsi qabağında əvvəl maşın səsi eşidildi,
sonra da qapıları döyüldü (G.Hüseynoğlu).
Zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr bə-
zən qarışdırılır. Buna görə də bəzi məqamlara diqqət yetirmək
lazımdır:
1. Zaman əlaqəsində hadisələr eyni zamanda baş verdiyi
üçün tərkib hissələrin yerini dəyişmək olur. Ardıcıllıq əlaqəsin-
də isə bu mümkün deyil.
2. Zaman əlaqəsinin xəbəri ismi xəbər ola bildiyi halda,
ardıcıllıq əlaqəsinin xəbəri yalnız feili xəbər ola bilir.
3. Ardıcıllıq əlaqəsinə sonra zaman zərfliyini artıra
bildiyimiz halda, zaman əlaqəli mürəkkəb cümlədə bu zərfdən
istifadə etmək mümkün olmur.
Səbəb-nəticə əlaqəsi. Səbəb-nəticə məna əlaqəsində iki
tərkib hissə olur. Birinci tərkib hissə səbəbi, ikinci tərkib hissə
həmin səbəbdən doğan nəticəni bildirir. Tabesiz mürəkkəb
cümlənin bu növünün feilləri çox zaman feilin eyni zaman
şəkilçilərini qəbul edir. Bu cümlələrin tərkib hissələri ya ancaq
intonasiya ilə, ya da intonasiya ilə yanaşı tabesizlik bağlayıcı-
larından biri ilə bağlanır. Məs:
Qatar yerindən tərpəndi, vağzaldakı adamlar da
dağılışdılar (S.Rəhimov).
Şıdırğı yağış yağmağa başladı və toplaşanlar tələsik
dağılışdılar (İ.Hüseynov).
Səbəb-nəticə əlaqəli cümlələrlə ardıcıllıq əlaqəli cümlələr
bir-birinə çox bənzəyir. Çünki hər iki cümlədə hadisələr
Azərbaycan dili və nitq mədəniyyəti
213
müəyyən ardıcıllıqla baş verir.Yaxud bəzən ardıcıllıq əlaqəsində
də səbəb-nəticə çaları olur, ancaq bu çaların olması mütləq
deyil. Səbəb-nəticə əlaqəsində isə bu mütləqdir. Məs:
Əzizin dizi titrədi, yavaşcadan çamadanın üstündə oturdu
(S.Rəhimov).
Salman köksünü ötürüb açarı burdu, motor söndü (Ə.Ha-
cızadə).
Aydınlaşdırma əlaqəsi. Aydınlaşdırma əlaqəsində birinci
tərəfdə ifadə olunan fikir ikinci tərəf vasitəsilə aydınlaşdırılır.
Bu cümlələrin tərkib hissələri ya intonasiya, ya da aydınlaşdırma
bağlayıcıları ilə (yəni, məsələn) əlaqələnir. İntonasiya ilə
bağlandıqda, tərkib hissələri arasında iki nöqtə və ya nöqtəli
vergül qoyulur. İkinci tərkib hissədə əgər bir sadə cümlə varsa,
iki nöqtə, əgər bir neçə cümlə işlənibsə, nöqtəli vergül qoyulur.
Məs:
Ağlım balaca kəsəndən bir şey mənim üçün aydın idi:
atam heç bir işdən qorxmurdu (Q.Xəlilov).
Dünyanın işi belədir; aş yoldaşı çox, iş yoldaşı yox
(M.İbrahimov).
Qeyd edilən nümunələrdən aydın olur ki, aydınlaşdırma
əlaqəli tabesiz mürəkkəb cümlələrdə, adətən, ikinci yerdə duran
cümlə birincini izah edir, lakin tək-tək hallarda bunun əksi də
baş verir. Bu zaman əgər mürəkkəb cümlənin tərkib hissələri
intonasiya ilə əlaqələnirsə, tərəflər arasında tire işarəsi qoyulur.
Məs:
Qurban dərs oxuyur, Süleyman məktub yazır, Murad şəkil
çəkir – hər kəs öz işindədir.
Bəzən tərkibində ümumiləşdirici söz olan sadə cümlələr
aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrlə qarışdırılır.
Lakin unutmaq olmaz ki, ümumiləşdirici sözlər həmcins
üzvlərlə birlikdə işlənir.
Qarşılaşdırma əlaqəsi. Tabesiz mürəkkəb cümlənin bu
növünün tərkib hissələrində ifadə olunan iş və hadisələr
qarşı-qarşıya qoyulur. Qarşılaşdırma əlaqəsi intonasiya,
Samirə Mərdanova
214
qarşılaşdırma bağlayıcıları (amma, ancaq, fəqət, lakin, isə) və
antonim sözlər vasitəsilə əlaqələnir. Məs:
Məktəbdə bütün uşaqlar ayaqqabı geyirdi, təkcə mən çarıq
geyirdim (Q.Xəlilov).
Camaat iş görür, taxıl becərir, mən isə sənin üçün bazara
taxıl daşıyıram (İ.Əfəndiyev).
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib
hissələri arasında bəzən bununla belə, yenə də və s. sözlər də
işlədiliir. Məs:
Mehman, Züleyxaya qarşı bu qədər haqsızlıq etmisən,
yenə də sənin hörmətini saxlayır (S.Rəhimov).
Bölüşdürmə əlaqəsi. Bölüşdürmə əlaqəsində tərkib
hissələrindəki iş, hadisə ya növbə ilə bir-birini əvəz edir, ya da
onlardan yalnız birinin mümkünlüyü bildirilir. Tabesiz mürək-
kəb cümlələrin bu növü yalnız bölüşdürmə bağlayıcılarının kö-
məyi ilə (ya, ya da, gah da və s.) düzəlir. Bölüşdürmə bağlayı-
cılarından ya, ya da bağlayıcılarının işləndiyi cümlələrdə iki
işdən birinin mümkünlüyü ifadə olunur, gah, gah da
bağlayıcılarının işləndiyi cümlələrdə isə baş verən hadisələr
növbəli şəkildə əvəz edilir. Məs:
Ya sən məni gözlənilən rüsvayçılıqdan qurtarmalısan, ya
da mən özüm dərdimə dərman tapmalıyam (S.Rəhimov).
Qızdırmalı adam kimi, onun bədənini gah üşütmə tutur,
gah hərarət bürüyürdü (M.İbrahimov).
Tabesiz mürəkkəb cümlələrdə ixtisarlar
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində bəzən
eyni sözlərdən və ya qrammatik vasitələrdən istifadə edilir.
Həmin söz və ya qrammatik vasitələr hər iki tərkib hissədə eyni
vəzifə daşıyarsa, ifadəni daha səlis etmək, təkrara yol verməmək
üçün onlardan biri ixtisar edilir. Lakin belə ixtisarlar tabesiz
mürəkkəb cümlənin ümumi məzmununa və quruluşuna xələl
gətirmir.
Azərbaycan dili və nitq mədəniyyəti
215
Geniş yayılmış ixtisarlar bunlardır:
a) Tabesiz mürəkkəb cümlənin tərkib hissələrində eyni
sözlə ifadə olunan xəbərlərdən biri ixtisar edilir; məs: Həbibə ilə
biz ibtidai məktəbdən ayrılmışdıq. Mən müəllim texnikumuna, o
isə evə getmişdi (Mir Cəlal). Onun atası Heydər də uzun idi,
anası Sayad da (Ə.Vəliyev). Şahlar sahildə lövbər salmış gəmi-
lərə, mən isə dənizə baxırdım (İ.Əfəndiyev).
b) Mürəkkəb feillə ifadə olunmuş xəbərdə təkrarlanan
köməkçi feil ixtisar edilir; məs: Musiqi onu öz qanadlarına alıb
uçurmağa, qara badamı gözləri əllərinin ahəngi ilə sola, sağa
süzülməyə başladı (Ə.Cəfərzadə).
c) Feilin hekayə formasının əlaməti idi təkrarlandıqda
ixtisar edilir; məs: Sanki qızın həmin gecə açılan dili bağlanmış,
o susacağına and içmişdi (S.Rəhimov). Atlar kişnəyir, hey-
vanlar mələşir, toyuq-cücə qaqqıldaşır, itlər hürüşürdü
(S.Dağlı).
İdi ismi xəbərlərlə də işlənərkən təkrarlanırsa, ixtisar
edilir; məs: Bu gecə hər şey gözəl və qəşəng, hər kəs xoşbəxt və
bəxtəvər idi (Ə.Vəliyev).
d) Xəbərlik kateqoriyasının şəkli əlaməti ixtisar edilir;
məs: Sözdə vəd edən çoxdur, lakin əməl edənlər az (M.İbrahi-
mov). Gəlin xanım, Muğan çöllərinə girmək asan, çıxmaq
çətindir (M.İbrahimov).
Tabesiz mürəkkəb cümlədə ixtisarlar fikrin ifadəsini
ağırlaşdırmamaq məqsədi daşıyır. Əgər yuxarıdakı tabesiz
mürəkkəb cümlələrin hər birində ixtisar edilmiş şəkilçiləri və
sözləri öz yerinə qoysaq, onda fikrin ifadəsi ağırlaşar, həmin
cümlələr arasındakı sıx əlaqə qırılar, pozular. İxtisarlar cüm-
lələrin oxunuşunu rəvanlaşdırır, axıcı edir, ayrı-ayrı fikirlər ara-
sında rabitə yaradır, cümlələr bir-biri ilə daha möhkəm bağlanır
və bunun nəticəsində tabesiz mürəkkəb cümlə fikrin ifadəsini
daha səlis, daha ifadəli və yığcam verə bilir. Buna görə də
mürəkkəb cümlənin bu növündən daha çox istifadə edilir.
Samirə Mərdanova
216
Tabeli mürəkkəb cümlələr
Tabeli mürəkkəb cümlələrin tərkib hissələrindən biri
qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Asılı
cümlələr əsas cümlələri izah edir, aydınlaşdırır. Əsas cümlə baş,
asılı olan cümlə isə budaq cümlə adlanır.
Budaq cümlələr baş cümləni iki yolla izah edir: ya baş
cümlənin müəyyən bir üzvünü, ya da onun ümumi məzmununu
şərh edir. Məs:
Mən bilirdim ki (nəyi?), belə qorxulu yerlərdə hamı
ehtiyatlı olacaqdır (İ.Əfəndiyev).
Salmanın imkanı olsa idi, oradan birbaş evə gedərdi
(M.Hüseyn).
Burada birinci cümlədə - baş cümlədə vasitəsiz tamamlıq
buraxılmış, onun əvəzində ikinci cümlə - budaq cümlə işlənmiş-
dir. Bu cür cümlələri sadə cümləyə çevirdikdə, budaq cümlə baş
cümlədə çatışmayan üzvün yerində işlənə bilir (Mən belə qor-
xulu yerdə hamının ehtiyatlı olacağını bilirdim). Ümumiyyətlə,
tabeli mürəkkəb cümlələrin növlərini tədris edərkən onları sadə
cümlələrə çevirmək məqsədəuyğun hesab olunur.
İkinci cümlədə budaq cümlə bütövlükdə baş cümlənin
məzmununu açır, izah edir. Belə cümlələri sadə cümləyə çevir-
mək olmur, yalnız dolayı yolla baş cümlə əsasında budaq
cümləyə sual (nə şərtlə?) verilir.
Budaq cümlələrin dilimizdə bir çox növləri vardır:
Mübtəda budaq cümləsi. Mübtəda budaq cümləsi baş
cümlədə ya işarə əvəzliyi ilə ifadə olunmuş mübtədanı izah edir,
ya da olmayan mübtədanın əvəzində işlənir və mübtədanın
suallarına (kim?, nə?) cavab verir. Mübtəda budaq cümləsi, adə-
tən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı vasitəsi ilə
bağlanır. Məs:
O da məlumdur ki, Qaracalar camaatı işlək və mərd
adamlardır (İ.Hüseynov).
Azərbaycan dili və nitq mədəniyyəti
217
Bir aydan çox idi ki, Xatun oğlundan nigaran qalmışdı
(S.Rəhimov).
Birinci cümlədə budaq cümlə (Qaracalar camaatı işlək və
mərd adamlardır) baş cümlədə o əvəzliyi ilə ifadə olunmuş
mübtədanı izah etmişsə, ikinci cümlədə budaq cümlə (Xatun
oğlundan nigaran qalmışdı) baş cümlədə olmayan mübtədanın
əvəzində işlənmişdir.
Budaq cümlənin baş cümlədən əvvəl gəldiyi mübtəda
budaq cümlələrində kim, kim ki, kimin ki, hər kim və s. kimi
bağlayıcı sözlər işlənir. Məs:
Kimin ki, ağlı, bacarığı var, udur (M.İbrahimov).
Bu zaman ikinci cümlədə, yəni baş cümlədə əvəzlik-qəlib
və -sa2 şəkilçisi də işlənə bilər. Məs:
Hər kim cəsarət edib irəli çıxdı, o mənim bu iti qılıncımla
qarşılaşacaq (M.İbrahimov).
Kim çox çalışsa, o imtahanlardan yaxşı qiymət alacaq.
Bu cümlələri sadələşdirən zaman bağlayıcı söz, əvəzlik--
qəlib və tabelilik bağlayıcısı ixtisar olunur.
Xəbər budaq cümləsi. Xəbər budaq cümləsi baş cümlənin
əvəzlik-qəliblə ifadə olunmuş xəbərini izah edir və ismi xəbərin
suallarına (kimdir?, nədir?, nədəndir?, oradadır?, nə oldu?,
necədir? və s.) cavab verir. Xəbər budaq cümləli tabeli mürək-
kəb cümlədə əvəzlik qəlib (odur, budur, o idi, bu idi, elədir,
belədir, eləsən, beləsən, oradadır, buradadır, burası idi, orasın-
dadır, onun üçündür, bunun üçündür), demək olar ki, həmişə
işlənir. Baş cümlənin xəbəri, əsasən, ismi xəbərli olur.
Tabeli mürəkkəb cümlənin bu növündə, adətən, baş cümlə
budaq cümlədən əvvəl işlənir. Bu zaman tərkib hissələri
intonasiya və ki bağlayıcısı ilə bağlanır. Məs:
Əsl insan odur ki, nəfsinə qalib gəlməyi bacarsın
(İ.Əfəndiyev).
Bəzən budaq cümlə baş cümlədən əvvəl gəlir və baş
cümləyə bağlayıcı sözlərlə bağlanır. Məs:
Hər kim tez gəlsə, bu yer onundur.
Samirə Mərdanova
218
Verilmiş cümləni sadələşdirsək, budaq cümlə baş cüm-
lədəki əvəzlik-qəlibi əvəz edəcək: Bu yer tez gələnindir.
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrin aşağı-
dakı formaları da var: Niyyətin hara idi, mənzilin də oradır;
Birlik harada, dirilik də orada.
Tamamlıq budaq cümləsi. Tamamlıq budaq cümləsi baş
cümlənin xəbərini tamamlayır. Tamamlıq budaq cümləsi baş
cümlədə olmayan, lakin təsəvvür edilən və ya işarə əvəzliyi ilə
ifadə olunan tamamlığı izah edir, konkretləşdirir. Forma
xüsusiyyətlərinə görə mübtəda budaq cümləsinə oxşasa da,
ondan fərqli olaraq tamamlığın suallarına (kimi?, nəyi?, kimə?,
nəyə?, kimdə?, nədə?, kimdən? və s.) cavab verir və əsasən baş
cümlənin feili xəbərinə aid olur.
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədə, adə-
tən, baş cümlə budaq cümlədən əvvəl gəlir və intonasiya və ki
bağlayıcısı ilə əlaqələnir. Məs:
Bilirəm, sən dünyanın ən alicənab qadınısan (İ.Əfəndi-
yev).
Cahandar ağa gördü ki, hamı hazırdır (İ.Şıxlı).
Budaq cümlə baş cümlədən əvvəl də gələ bilər. Bu zaman
budaq cümlədə kim, kim ki, kimi, kimə, hər kəs ki bağlayıcı
sözləri və -sa
2
şəkilçisi işlənir. Baş cümlədə isə buna uyğun
olaraq əvəzlik-qəlib işlənə də bilər, işlənməyə də bilər. Məs:
Kim ki vətəni haqda düşünmür, ona vətəndaş demək
olmaz (M.Cəlal).
Hər kəsi gözüm tutar, ürəyim sevər, alaram (Ə.Haq-
verdiyev).
Tamamlıq vasitəli və vasitəsiz olduğu kimi, tamamlıq
budaq cümlələri də vasitəli və vasitəsiz olur; məs:
Vasitəsiz tamamlıq budaq cümləsi: Nəriman başa düşdü
(nəyi?) ki, gəlirləri o qədər də az deyil (M.İbrahimov).
Vasitəli tamamlıq budaq cümləsi: Artıq mən inandım
(nəyə?) ki, hələ ömrümün ən gözəl çağları irəlidədir
(M.Hüseyn).
Azərbaycan dili və nitq mədəniyyəti
219
Təyin budaq cümləsi. Təyin budaq cümləsi baş cümlənin
isimlə (ya da isimləşmiş sözlərlə) ifadə olunmuş üzvlərindən
birinə aid olur, onu izah edir və təyinin suallarına (necə?, nə
cür?, hansı?) cavab verir. Adətən, təyin budaq cümləli tabeli
mürəkkəb cümlənin baş cümləsində o, bu, elə, belə, həmin, bir,
elə bir, o qədər və s. kimi əvəzlik-qəliblər işlənir.
Təyin budaq cümləsi əksər halda baş cümlədən sonra gəlir
və ona ki bağlayıcısı ilə bağlanır. Məs:
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəmj
Mən bir sönməz ulduzam ki, daim işıq saçaram
Mən bir oyaq bülbüləm ki, güldən-gülə uçaram.
(C.Cabbarlı)
Təyin budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və
baş cümləyə necə, hansı, kimi, kimə, hər kimi, hər kəsi və s.
kimi bağlayıcı sözlərlə və -sa
2
şəkilçisi ilə bağlanır. Məs: Kimə
etibar edirsən, o adama da tapşıraq.
Bəzən təyin budaq cümləsində nə qədər, nə qədər ki bağ-
layıcı sözü, baş cümlədə isə o qədər, bir o qədər əvəzlik--
qəlibləri işlənir. Belə cümlələri zərflik budaq cümlələri ilə
qarışdırmaq olmaz. Bu zaman əvəzlik-qəlibdən sonra gələn nitq
hissəsini nəzərə almaq lazımdır. Əgər əvəzlik-qəlibdən sonra
isim gələrsə təyin, feil gələrsə zərflik budaq cümləsi sayılır.
Məs:
Nə qədər adam var, o qədər dəvətnamə hazırlamalıyıq.
Nə qədər işləyəcəyik, o qədər qazanacağıq.
Zərflik budaq cümləsi. Zərflik budaq cümlələri baş
cümlənin feillə ifadə olunmuş xəbərinə aid olub, onun ifadə
etdiyi hərəkəti, hal-vəziyyəti və s. müxtəlif cəhətdən izah edir.
Bu baxımdan zərflik budaq cümləli tabeli mürəkkəb cümlənin
altı növü vardır:
1. Tərzi-hərəkət budaq cümləsi
Samirə Mərdanova
220
2. Zaman budaq cümləsi
3. Yer budaq cümləsi
4. Kəmiyyət budaq cümləsi
5. Səbəb budaq cümləsi
6. Məqsəd budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi. Tərzi-hərəkət budaq
cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir.
Adətən, tərzi-hərəkət budaq cümləsi baş cümlədə zərflik yerində
işlənən elə, belə əvəzlik qəliblərinin məzmununu açır, necə?, nə
cür? suallarından birinə cavab verir və baş cümlənin feili
xəbərinə aid olur.
Tabeli mürəkkəb cümlənin bu növündə baş və budaq
cümlənin yeri sabit deyil. Bəzən baş cümlə budaq cümlədən
əvvəl, bəzən isə sonra gəlir. Baş cümlə əvvəl gəldikdə, əlaqə
intonasiya və tabelilik bağlayıcıları ilə yaranır. Məs:
Elə oxu ki, mən də başa düşüm.
Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.
Budaq cümlə əvvəl gəldikdə, baş cümləyə bağlayıcı söz-
lərlə (necə, nə cür, necə ki, hər necə və s.), -sa
2
şəkilçisi ilə
bağlanır. Məs:
Necə bilirəm, elə də eləyəcəyəm (İ.Şıxlı).
Bakıda necə yaşayırlarsa, kənddə də biz elə yaşamalıyıq
(Ə.Vəliyev).
Budaq cümlə əvvəl gələndə əvəzlik-qəlib ixtisar oluna
bilər: Necə istəyirsən, elə də geyin – Necə istəyirsən, geyin.
Bəzən budaq cümlədə müqayisə məzmunu bildirən
sanki, elə bil ki modal sözləri işlənir. Məs:
Rəqqasə elə oynayırdı ki, sanki göydən yerə enmiş bir
mələk idi (M.Hüseyn).
Zaman budaq cümləsi. Zaman budaq cümləsi baş
cümlədəki işin, hərəkətin zamanını bildirir və zaman zərfliyinin
suallarına (nə vaxt?, nə zaman?, haçan?) cavab verir.
Zaman budaq cümləli tabeli mürəkkəb cümlədə də baş
cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə
Azərbaycan dili və nitq mədəniyyəti
221
əvvəl gəldikdə, ki tabelilik bağlayıcısından və o vaxt, onda, o
zaman, o vədə, nə vaxt ki, elə bir vaxtda və s. kimi əvəzlik--
qəliblərdən istifadə olunur. Məs:
O zaman xoşbəxt olaram ki, arzularım yerinə yetsin,
oğlum qayıtsın (M.Cəlal).
Budaq cümlə əvvəl gəldikdə, o zaman, o gün ki, o vaxt
ki, nə zaman ki, nə vaxt ki, haçan ki, elə ki və s. bağlayıcı
sözlərdən istifadə olunur. Məs:
Nə vaxt k i dediyimi yerinə yetirdin, məndən xoş üz
görəcəksən (İ.Hüseynov).
Yer budaq cümləsi. Yer budaq cümləsi baş cümlədəki
hərəkətin yerini bildirir və haraya?, harada?, haradan? sual-
larından birinə cavab verir. Yer budaq cümləsi, adətən, baş
cümlədən əvvəl gəlir və ona ki bağlayıcısı, haraya, harada,
haradan, bəzən də o yerə ki, o yerdən ki, bir yerə ki, bir
yerdə ki və s. bağlayıcı sözləri vasitəsilə bağlanır. Həmin bağla-
yıcı sözlərin qarşılığı olaraq baş cümlədə oraya, orada, oradan
və s. kimi əvəzlik-qəliblər işlənir. Bu zaman əlaqə vasitəsi kimi
–sa
2
şəkilçisi də işlənə bilər. Məs:
O yerdə ki iş var, orada hər şey var (Ə.Vəliyev).
Harada çətin iş var, mən gərək oraya gedəm?
(İ.Əfəndiyev)
Kəmiyyət budaq cümləsi. Kəmiyyət budaq cümləsi baş
cümlədəki hərəkətin, əlamətin miqdarını bildirir və nə qədər?
sualına cavab verir. Kəmiyyət budaq cümləsi də, əsasən, baş
cümlədən əvvəl işlənir.
Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında,
əsasən, nə qədər, nə qədər ki, hər nə qədər və s. kimi
bağlayıcı sözlər iştirak edir və bunların müqabilində baş
cümlədə o qədər, bir o qədər, bir elə və s. kimi
əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir. Bundan
əlavə, budaq cümlənin xəbərinə -sa
2
şəkilçisi də artırıla bilər.
Məs:
Samirə Mərdanova
222
Torpağı nə qədər əzizləsən, bir o qədər çox pambıq
götürərsən (Ə.Vəliyev).
Adam nə qədər kiçiklik eləsə, bir o qədər böyüyür
(M.İbrahimov).
Bəzi hallarda kəmiyyət budaq cümləsi hərəkətin deyil,
əlamətin kəmiyyətini bildirir. Məs:
Abbas nə qədər yumşaq ürəkli və mehribandırsa, lazım
gəldikdə, bir o qədər sərt və inadkardır (İ.Şıxlı).
Səbəb budaq cümləsi. Səbəb budaq cümləsi baş cümlə-
dəki hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə?, nə üçün,
nəyə görə?, nə səbəbə? suallarından birinə cavab verir. Səbəb
budaq cümləli tabeli mürəkkəb cümlədə baş cümlə budaq
cümlədən əvvəl gəlir, bu zaman ki, çünki, ona görə ki, ondan
ötrü ki və s. bağlayıcılar əlaqə vasitəsi kimi işlənir. Məs:
Bizim bu yerlərin yazını çox sevirəm, ona görə ki, havası
cansıxıcı deyil (İ.Əfəndiyev).
Axır vaxtlar Cahandar ağa lap sərt və inadkar olmuşdu,
çünki Şamxalın hərəkəti ona çox toxunmuşdu (İ.Şıxlı).
Qeyd: Başqa tabelilik bağlayıcılarından fərqli olaraq
cünki səbəb bağlayıcısı yalnız səbəb budaq cümlələrində işlənir.
Tabeli mürəkkəb cümlənin bu növündə bəzən baş cümlədə
əvəzlik-qəlib işlənir: Uşaq doğulanda ona görə ağlayır ki,
bilir bütün müsibətləri qabaqdadır (S.Qədirzadə).
Bəzən səbəb budaq cümləsi əlamətin səbəbini izah edir:
Gör oranın suyu necə dadlıdırsa, ördəklər başlarını sudan
çıxarmaq istəmirlər (C.Əlibəyov).
Səbəb budaq cümləli tabeli mürəkkəb cümləni
sadələşdirərkən budaq cümlə feili sifət tərkibi+qoşma şəklində
işlənir: Mən xoşbəxtəm ki, sənin kimi bacım var. Sənin kimi
bacım olduğu üçün xoşbəxtəm.
Məqsəd budaq cümləsi. Məqsəd budaq cümləsi baş
cümlədəki hərəkətin məqsədini bildirir və niyə?, nə üçün?, nə
məqsədlə? suallarından birinə cavab verir. Məqsəd budaq
Azərbaycan dili və nitq mədəniyyəti
223
cümləsində də baş cümlə əvvəl gəlir, bu zaman k i bağlayıcısı
əlaqə vasitəsi olur. Məs:
Atlılar gecəyarısı kəndə yetdilər ki, hamı yatan vaxt
başlarının üstünü alsınlar (M.İbrahimov).
Çox vaxt baş cümlədə ona görə ki, ondan ötrü ki sözləri
əvəzlik-qəlib rolunda iştirak edir. Məs:
Ağabacı ona görə bu sözləri bərkdən deyirdi ki, heç
olmasa Əminə xanım eşitsin (Elçin).
Məqsəd budaq cümləsi sadələşəndə məsdər tərkibi+
qoşma şəklində işlənir: Biz zəhməti ona görə çəkirik ki, əsl
insan kimi yaşayaq. Biz zəhməti əsl insan kimi yaşamaq üçün
çəkirik.
Səbəb və məqsəd cümlələri bəzən qarışdırılır. Bu zaman
həmin cümlələrin xəbərinə diqqət yetirmək lazımdır. Budaq
cümlənin xəbəri feilin xəbər şəkli ilə ifadə olunmuşsa səbəb,
feilin əmr şəkli ilə ifadə olunmuşsa məqsəd bildirəcəkdir. Məs:
O sevinirdi ki, (nə səbəbə?) qızı istədiyi yerə qəbul olub.
Mükafat verirlər ki, (nə məqsədlə?) yaxşı işləyəsiniz.
Şərt budaq cümləsi. Şərt budaq cümləsi baş cümlədəki
hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab verir.
Şərt budaq cümləsi, adətən, baş cümlədən əvvəl gəlir və –sa
2
şəkilçisi, əgər, hərgah, madam ki, indi ki, bir halda ki
bağlayıcılarının iştirakı ilə yaranır. Məs:
Əgər bu yazı həyatda kiməsə lap azacıq da kömək edə
bilsə, mən özümü xoşbəxt sanaram (Q.Xəlilov).
Şərtimiz pozulsa, günahı özünüzdə görün (H.Abbaszadə).
Bəzən baş cümlə budaq cümlədən əvvəl gəlir. Bu zaman
ki bağlayıcısı və bu şərtlə, o şərtlə, bir şərtlə kimi qəlib
sözlərdən istifadə olunur. Məs:
Maşınları bir şərtlə göndəririk ki, saat doqquz tamamda
burada olsunlar (C.Əlibəyov).
Digər budaq cümlələrdən fərqli olaraq, şərt budaq cümləsi
baş cümlənin müəyyən üzvünə deyil, onun ümumi məzmununa
Samirə Mərdanova
224
aid olur, izah edir. Buna görə də belə cümlələri, adətən,
sadələşdirmək olmur.
Qarşılıq-güzəşt budaq cümləsi. Qarşılıq-güzəşt budaq
cümləsi də şərt budaq cümləsi kimi baş cümlədə söylənən fikrə
bütövlükdə aid olur, onu izah edir. Burada budaq cümlə baş
cümlədəki hər hansı suala cavab vermir. Qarşılıq-güzəşt budaq
cümləsi, adətən, baş cümlədən əvvəl gəlir, baş cümlənin
məzmunu budaq cümlənin məzmununa qarşı qoyulur və budaq
cümlə ona güzəştə gedir. Budaq cümlə baş cümlə ilə nə qədər?
bağlayıcı sözü, -sa
2
şəkilçisi və da, də, belə ədatları ilə
əlaqələnir. Məs:
Koxa sərtliyini bir az yumşaltsa da, güzəştə getmək
fikrində deyildi (İ.Hüseynov).
Əhməd nə qədər çalışsa da, müvəffəqiyyət qazana bilmədi.
Bəzən qarşılıq-güzəşt budaq cümləsinin baş cümləyə
bağlanmasında hərçənd, hərçənd ki, doğrudur, düzdür kimi
sözlərdən, amma, ancaq, lakin, fəqət kimi tabesizlik bağlayıcı-
larından istifadə edilir. Məs:
Hərçənd siz bu işi görübsünüz, amma mən razı deyiləm
(Ə.Haqverdiyev).
Verilmiş nümunələrdən göründüyü kimi, qarşılıq-güzəşt
cümləli tabeli mürəkkəb cümlələrdə xəbərlərdən biri təsdiqdə,
digəri isə inkarda olur.
Qarşılıq-güzəşt cümlələrini sadə cümləyə çevirmək
mümkün olur, lakin bu zaman budaq cümlə sadə cümlənin xü-
susiləşmiş zərfliyi yerində işlənir. Məs:
Gün batsa da, hər tərəf aydın görünürdü (mürəkkəb
cümlə).
Gün batmasına baxmayaraq, hər tərəf aydın görünürdü
(sadə cümlə).
Azərbaycan dili və nitq mədəniyyəti
225
Sintaktik normalar
Sintaktik norma qrammatikanın ikinci hissəsi olan sintak-
sis şöbəsini əhatə edir və dilin qrammatik quruluşunun nitq
prosesindəki fəaliyyətini tənzimləyir.
Sintaktik norma sintaktik vahidlərin – söz birləşməsi,
cumlə və cümlə üzvlərinin düzgün qurulması və əlaqələndiril-
məsi qaydasıdır. Bura sintaktik əlaqə formaları (uzlaşma, idarə,
yanaşma), cümlə üzvlərinin bir-birilə əlaqələndirilməsi kimi
qaydalar daxildir. Sintaktik norma həmçinin cümlədə eyni sözün
təkrarına və sintaktik sıranın pozulmasına yol verilməməsi
tələbini də qarşıya qoyur.
Ədəbi dilin sintaktik normalarına aşağıdakı qaydaları daxil
edə bilərik:
1. Mübtəda ilə xəbərin uzlaşması.
a) Nitqdə sintaktik əlaqələrin pozulması sintaktik normanın
pozulması deməkdir. Məsələn, uzlaşma əlaqəsinə görə, III
şəxsin cəmində mübtəda cansız əşya ilə ifadə olunduqda,
xəbər təkdə olmalıdır. Yəni əgər “Çaylar daşır” əvəzinə
“Çaylar daşırlar” işlənərsə, uzlaşma əlaqəsi pozular. Bu isə
sintaktik normanın pozulması deməkdir. Amma bədii üslubda
bu hal norma pozuntusu sayılmır; məs: “Dağlar, daşlar dilə
gəldilər”. Bəzən müəlliflər bədii əsərdə obrazlılıq yaradarkən bu
cür cümlələr qura bilərlər.
b) Mübtəda toplu isimlə (camaat, xalq, əhali, ordu və s.)
ifadə olunduqda da cümlənin xəbəri yalnız tək halda olur. Məs:
Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir.
c) Həmcins mübtədalarla xəbərin uzlaşmasında da
müəyyən qaydalar vardır. Məsələn, “Mən və dostum “Uzaq
sahillərdə” filmini izlədim”, yaxud “Görüşə siz və onlar dəvət
olunublar” cümlələrində uzlaşma əlaqəsi, yəni sintaktik
norma pozulmuşdur. Sintaktik qaydaya görə, cümlədə həmcins
mübtədalardan biri I şəxs əvəzliyi olarsa, xəbər I şəxsin
cəmində, mübtəda II və III şəxslərdə olarsa, xəbər II şəxsin
Samirə Mərdanova
226
cəmində olmalıdır. Deməli, sintaktik normaya görə, “Mən və
dostum “Uzaq sahillərdə” filmini izlədik”, yaxud “Görüşə siz
və onlar dəvət olunubsunuz” olmalıdır.
2. Cümlə üzvlərinin sırası.
Nitq prosesində cümlə üzvləri müəyyən düzülüş
qaydasına tabe olmalıdır. Qrammatik qaydaya görə, mübtəda
əvvəldə (təyin varsa, təyindən sonra), xəbər cümlənin sonunda
işlənir. Tamamlıqlar mübtədadan sonra, xəbərdən əvvəl, zərflik-
lər isə daha çox xəbərin yanında gəlir. Təyin bir qayda olaraq,
təyinlənəndən əvvəl işlənir. Məsələn:
Hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq
(mübtəda + təyin + tamamlıq + zərflik + xəbər).
Məqsəddən asılı olaraq, bəzən zaman, səbəb və məqsəd
zərflikləri cümlənin əvvəlində də gələ bilər. Məs: Axşam narın
yağış yağırdı. Xəstələndiyi üçün Aydan dərsə gəlməmişdi.
Əgər cümlə üzvləri yerini dəyişərsə, bu sintaktik normanın
pozulması deməkdir. Lakin bədii əsərlərdə, xüsusilə, şeirlərdə,
şüarlarda söz sırası pozula bilər. Bədii ədəbiyyatda bu hal ob-
razlılıq yaradan vasitələrdən biri – inversiya kimi səciy-
yələndirilir. Məsələn:
a) Sağalsın yaralar, axmasın qanlar,
Sevinsin insanlar, gülsün insanlar (S.Rüstəm).
b) Yaşasın Azərbaycan!, Qalx ayağa, Ana Vətən!
3. Eyni sözün təkrarı.
Qrammatik qaydaya görə, cümlədə və ya abzasın
əvvəlində işlədilən isimlər sonra gələn cümlədə (eləcə də
abzasda) şəxs əvəzlikləri və ya münasib söz və ifadələrlə əvəz
olunmalıdır. Məs: Əgər Heydər Əliyevə həsr olunmuş məqalə-
nin ilk cümləsi “Heydər Əliyev” sözü ilə başlayırsa, sonrakı
abzas və cümlələrdə bunun yerinə “o” əvəzliyindən, “böyük
şəxsiyyət”, “Ulu öndər”, “Ümummilli lider” və s. kimi söz və
ifadələrdən istifadə olunmalıdır. Bu zaman həm təkrarçılığın
qarşısı alınar, həm də sintaktik normanın tələbi pozulmaz.
Ümumiyyətlə, nitqdə təkrarçılıq, yəni eyni söz və ifadələrdən
Azərbaycan dili və nitq mədəniyyəti
227
istifadə olunması sintaktik normanı pozduğu kimi, oxucu və ya
dinləyicini də yorur, hövsələdən çıxarır. Məsələn, aşağıdakı
cümlələrdə bunun bir daha şahidi oluruq:
Araşdırmalar araşdırılır.
Yanğını söndürmək üçün yanğınsöndürən çağırdılar.
Xilasetməyə gələn xilasedicilər xeyli çalışdılar.
Bu fəaliyyət XX əsrin əvvəllərində fəallaşdı.
Kömpüterdə kompüteri öyrənirəm
Onun yazdığı yazını oxudum.
Nitqdə bu cür qüsurlara yol verməmək üçün təkrar
olunan sözlərdən biri ixtisar olunmalı, ya da yaxınmənalı başqa
bir sözlə əvəz edilməlidir.
Samirə Mərdanova
228
YEDDİNCİ MÜHAZİRƏ
ÜSLUBİYYAT
Dil vahidlərinin müxtəlif üslublarda məqsədəuyğun işlə-
dilməsini öyrənən dilçilik sahəsinə üslubiyyat deyilir. Üslubiy-
yatın vahidi üslubdur. “Üslub” ərəb sözü olub, tərz, üsul məna-
sını ifadə edir. Bəzən bu sözün əvəzinə latın mənşəli “stil”
sözündən də istifadə olunur.
Üslub üslubiyyata nisbətən geniş anlayışdır. Bu sözə
dilçilikdən başqa ədəbiyyatşünaslıqda (Füzuli üslubu, Vaqif
üslubu), incəsənətdə (barokko, qotik üslub), hətta məişətdə
(modern üslub, avanqard üslub) də rast gəlinir.
“Uslub” və “üslubiyyat” terminləri qədim dövrlərdən
paralel şəkildə işlənir. “Üslub” – tərz, üsul, “üslubiyyat” - isə
müxtəlif sahələrə aid üslublardan bəhs edən elm mənasında
işlədilir. Bu anlayışların tarixi çox qədimdir. Belə ki, qədim
yunanlar və romalılar üslubiyyatı natiqlik sənətinin tərkib
hissəsi adlandırmış, üslubu isə təsviretmə, inandırma, sübutetmə
vasitəsi kimi qiymətləndirmişlər. Böyük yunan filosofu və natiqi
Aristotel də özünün “Ritorika” əsərində bu məsələyə toxunaraq
demişdir: “Üslubun qiyməti onun aydınlığındadır. ...Əgər nitq
aydın deyilsə, deməli, danışan öz məqsədinə nail ola bilməz”.
Qədim Romanin məşhur natiqi Siseronun da üslubiyyat
haqqında dəyərli fikirləri vardır: “Əsl natiq o şəxsdir ki, adi
işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta
səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe
tutan bir üslubda danişmağı bacarsın”.
Azərbaycanda isə üslublar, mənbələrə görə, XIII əsrdə,
ədəbi dilin formalaşdığı dövrdə yaranmışdır. Bu dövrdə iki
üslub özünü daha qabarıq göstərirdi:
1. Klassik-kitab üslubu
2. Danışıq-folklor üslubu
Azərbaycan dili və nitq mədəniyyəti
229
Klassik-kitab üslubunda əcnəbi söz və elementlər,
danışıq-folklor üslubunda isə xalq dili ifadələri üstünlük təşkil
edirdi. Sonrakı dövrlərdə artıq digər üslublar yaranıb inkişaf
etməyə başladı.
Üslub və üslubiyyat bir çox dilçilərin və ədəbiyyatçıların
diqqətini cəlb etmişdir. Məs, rus dilçilərindən V.Vinoqradov,
M.Kojina, Azərbaycan dilçilərindən Ə.Dəmirçizadə, A.Tağıza-
də, X.Xocayev və b. bu sahəni tədqiq etmişlər.
Üslubiyyat dilçiliyin bir sahəsi olan nitq mədəniyyəti ilə
bağlıdır. Hər iki sahənin problemləri ümumidir, tələffüz norma-
ları və işlənmə qaydaları eynidir. Lakin nitq mədəniyyəti dil
vasitələrinin ədəbi dil normalarına uyğunluğunu öyrəndiyi
halda, üslubiyyat dildəki üslubların meydana gəlməsini və dilin
ifadə vasitələrindən müxtəlif üslublarda məqsədəuyğun istifadə
edilməsini öyrənən elm sahəsidir.
Üslubiyyat ədəbi dil və norma anlayışları ilə də sıx bağlı-
dır. Ədəbi dilin normaları olduğu kimi, üslubi normalar da
mövcuddur. Üslubi normalar ədəbi dil normalarına nisbətən
daha sərbəstdir. Hər üslubun özünəməxsus normaları vardır.
Məs: bədii üslubda söz sırasının pozulması (inversiya), dialekt
sözlərdən, vulqarizmlərdən, varvarizmlərdən istifadə etmək
üslubi norma sayılır. Bu üslubi normadan əsərdə bədii-estetik
təsiri qüvvətləndirmək, bədii obraz və lövhələr yaratmaq,
müxtəlif emosional hisslər ifadə etmək üçün istifadə olunur.
Müasir Azərbaycan dilinin üslublar
si stemi
Hər bir dilin özünəməxsus üslublar sistemi və onlardan
istifadə formaları var. Azərbaycan dilində bu özünü 2 formada
göstərir:
1. Fərdi üslub
2. Funksional üslublar
Samirə Mərdanova
230
Funksional üslublardan fəqli olaraq, fərdi üslub xüsusi
səciyyə daşıyır və əsasən bir şəxsə və ya müəllifə aid olur. Burada
hər hansı bir müəllif xalq dilindən gələn dil vasitələrindən öz arzu
və zövqünə, mövzu və məqsədinə uyğun istifadə edərək fərdi
dəst-xət, üslub yaradır. Fərdi üslub müəllifin təhsili, dünyagörüşü,
yaşadığı dövr və təcrübəsi ilə bağlıdır. Məs: Sabir üslubu, Vaqif
üslubu və s. Bəzən bir neçə müəllif də eyni bir üslubda yaza bilər,
məs: mollanəsrəddinçilərin üslubu (C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, Ö.F. Nemanzadə və b.), füyuzatçıların üslubu
(Ə.Hüseynzadə, M.Hadi və b.) və s.
Fərdi üslubdan fərqli olaraq, funksional üslublar ümumi
xarakter daşıyır və milli ictimai təfəkkürün əsas sahələrini əhatə
edir. Hər bir üslubun özünəməxsus funksiyası və rolu var. Bu
baxımdan funksional üslublar bir neçə qrupa ayrılır:
1. Bədii üslub
2. Elmi üslub
3. Publisistik üslub
4. Rəsmi-işgüzar üslub
5. Məişət üslubu
6. Epistolyar üslub
Üslublar bir-birindən özünəməxsus cəhətləri ilə fərqlənir.
Məsələn, obrazlılıq, məcazilik, bədii təsvir və ifadə vasitələrinin
bolluğu bədii üslub üçün, terminlərin sıxlığı və mürəkkəb
cümlələrin işləkliyi elmi üslub üçün, sərbəstlik, təbiilik və nitq
etiketlərindən istifadə isə məişət üslubu üçün xarakterikdir.
Üslublar müxtəlif cəhətləri ilə fərqlənsələr də, onların hamısı
eyni bir ədəbi dilin üslubları olub, fonetik, leksik və qrammatik
normalara tabedir.
Bədii üslub. Bədii təsvir və ifadə vasitələri.
Bədii üslub milli bədii təfəkkürün ifadəsi olub, obrazlı,
emosional nitq formasıdır. Bədii üslub bədii əsərlərin (şeir,
hekayə, roman, dram və s.) dilidir. Bədii əsərdə obrazlılığın
Azərbaycan dili və nitq mədəniyyəti
231
yaranmasında bədii təsvir və ifadə vasitələri ilə yanaşı müxtəlif
vasitələr (sinonimlər, antonimlər, omonimlər, xitablar, intona-
siya, nida və s.) də iştirak edir.
Bədii üslubda bədii təsvir və ifadə vasitələrinin böyük rolu
var, bu üslubu onlarsız təsəvvür etmək mümkün deyil. Bədii
təsvir vasitələri məcazi mənada işlənən söz və ifadələrdir. Buna
görə onlara bəzən məcazlar da deyilir. Məcazlara epitet, təşbeh,
metafor, metonimiya, sinekdoxa, simvol daxildir. Bədii təsvir
vasitələrindən fərqli olaraq, bədii ifadə vasitələri, əsasən, cümlə,
tam fikir şəklində çıxış edir. Buna görə də onlara sintaktik və ya
üslubi fiqurlar deyilir. Bədii ifadə vasitələri dedikdə, mübaliğə,
litota, kinayə, bədii sual, təzad, təkrir və inversiya nəzərdə
tutulur.
Bədii təsvir vasitələrini nəzərdən keçirək:
Epitet – yunan sözü olub, “əlavə” deməkdir. Epitet
məcazi mənalı söz olub, əşyanın əvvəlinə artırılır və onu təyin
edir. Məs: sərv boylu, kaman qaşlı, ahu baxışlı və s. Buna görə
də epitetlərə bəzən bədii təyin də deyirlər. Bədii təyinlər məcazi
mənada işlənməsinə görə qrammatik təyinlərdən fərqlənir; məs:
qırmızı yanaq (qrammatik təyindir, həqiqi mənadadır);
lalə yanaq, alma yanaq, gül yanaq (bədii təyindir, məcazi
mənadadır).
Çənlibeldən səni deyib gəlmişəm
Alma gözlü, qız birçəkli Qırat gəl.
Dəmir yerinə polad geyib gəlmişəm,
Alma gözlü, qız birçəkli Qırat gəl.
(“Koroğlu”dastanından)
Epitet öz formasına görə I növ təyini söz birləşməsinin
birinci tərəfi kimi işlənir.
Təşbeh - ərəb sözü olub, “oxşatmaq”, “bənzətmək”
mənasını ifadə edir. Ədəbiyyatşünaslıqda bəzən təşbeh əvəzinə
bənzətmə termini də işlədilir. Bir əşyanın özündən daha qüvvətli
Samirə Mərdanova
232
başqa bir əşyaya bənzədilməsinə təşbeh deyilir. Təşbehlərin
yaranmasında 4 ünsür iştirak edir: bənzəyən, bənzədilən,
bənzətmə qoşması və bənzətmə əlaməti. Məs:
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
(M.P.Vaqif)
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər.
(M.Ə.Sabir)
Burada üz və yerdəkilər - bənzəyən, lalə və quş - bənzədi-
lən, tək və kimi - bənzətmə qoşması, qızarmaq və uçmaq -
bənzətmə əlamətidir. Bu cür təşbehlərə müfəssəl (ərəbcə-ətraflı,
geniş) təşbehlər deyilir. Bəzən təşbeh 2 ünsürün iştirakı ilə
yaranır:
Dəhanın sədəfdir, dişlərin inci,
Sanasan ağızın püstədir, ay qız.
***
Camalın günəşdir, qəmərdir üzün.
(M.P.Vaqif)
Burada təşbehin 2 ünsürü- bənzəyən (dəhanın, dişlərin,
ağızın, camalın, üzün) və bənzədilən (sədəf, inci, püstə, günəş,
qəmər) iştirak edir. Bənzədilən xəbər yerində işlənir. Belə
təşbehlərə mükəmməl təşbehlər deyilir.
Metafor - yunan sözü olub, “köçürmək” mənasını ifadə
edir. Şərq ədəbiyyatında bu anlayış istiarə sözü ilə ifadə olunur.
Hər ikisi eyni mənanı ifadə edir. Bir əşyanın əlamətinin həmin
Azərbaycan dili və nitq mədəniyyəti
233
əşyanın adı çəkilmədən başqa bir əşya üzərinə köçürülməsinə
metafor deyilir. Məs:
Əzizim ulu dağlar,
Çeşməli, sulu dağlar
Burda bir iğid ölmüş,
Göy kişnər, bulud ağlar.
Bəzi xüsusiyyətlərinə görə metafor təşbehə bənzəyir,
lakin metaforda bənzəyən və bənzədilən tərəflərdən yalnız biri
iştirak edir.
Metonimiya – yunan sözü olub, “addəyişmə” mənasını
bildirir. Bədii dildə müəyyən cisim və hadisəni bildirən söz
əvəzinə onun ilə əlaqədar başqa bir sözün işlədilməsi yolu ilə
yaranan məcaz növünə metonimiya deyilir. Məs:
Zal onu alqışladı.
Bu cümlədə əslində zal deyil, zaldakı adamlar nəzərdə
tutulur.
Yaxud:
Doğma sözlər üçün darıxan hanı?
Deyin, qoy dinləsin: “Danışır Bakı!
(S.Rüstəmxanlı)
Bu nümunədə Bakıdakı diktor əvəzinə Bakı sözü işlədil-
məklə metonimiya yaradılmışdır.
Sinekdoxa – Metonimiyanın bir növü olan sinekdoxa bir
əlamətin bütöv bir predmeti, hissənin tamı əvəz etməsi prinsipi-
nə əsaslanır. Məsələn, S.Rəhimovun“Saçlı” romanının adında
sinekdoxadan istifadə edilmişdir. Yəni müəllif baş qəhrəmanın
adını (Rüxsarəni) onun uzun saçları olmaq əlaməti (saçlı) ilə
əvəz etmişdir.
Yaxud Q.Zakir Yarımsaqqal sözü ilə Əmirxanov adlı
gödəksaqqal bir məmura işarə edib sinekdoxa yaratmışdır:
Görsən, tanımazsan Yarımsaqqalı.
Samirə Mərdanova
234
Simvol – yunan sözüdür, mənası “nişanə”, “şərti əlamət”
deməkdir. Bəzən bu terminin əvəzinə rəmz terminindən də
istifadə edilir. Bədii əsərdə bir sözlə müəyyən fikrin üstüörtülü
şəkildə ifadə olunmasına simvol deyilir. Məsələn, insanlar
arasında göyərçin- sülh və əmin-amanlığın, xalq yaradıcılığında
aslan- gücün, tülkü- hiyləgərliyin, dovşan- qorxaqlığın rəmzi
kimi qeyd edilir.
Alleqorik əsərlərdə, xüsusən təmsillərdə simvollaşdırılmış
əşyalar (heyvanlar, bitkilər və s.) iştirak edir.
Bədii ifadə vasitələrini nəzərdən keçirək:
Mübaliğə – ərəb sözü olub, “şişirtmək”, “böyütmək” məna-
sını ifadə edir. Bəzən bu sözün əvəzinə ədəbiyyatşünaslıqda
yunan sözü olan hiperbola terminindən istifadə olunur.
Mübaliğəyə daha çox şifahi xalq ədəbiyyatında – dastanlarda və
nağıllarda rast gəlmək olar. Məs:
“Koroğlunun bir nərəsindən yer-göy lərzəyə gəlirdi”.
“7 batman düyünün plovu, 7 qoyun şaqqası Koroğlunun bir
oturumluq yeməyi idi”.
(“Koroğlu” dastanından)
“Qaraca Çobanın sapandının atdığı daş yerə düşməzdi,
düşsə də, düşdüyü yerdən yeddi il ot bitməzdi”.
(“Kitabi-Dədə-Qorqud” dastanından)
Bəzən yazılı ədəbiyyatda da mübaliğədən istifadə
olunur:
“Bənzərəm bir qocaman dağa ki, dəryada durar”.
(M.Ə.Sabir)
Azərbaycan dili və nitq mədəniyyəti
235
Litota – yunan sözü olub, əksinə “kiçiltmək” mənasını
ifadə edir. Mübaliğənin əksi olan litotadan bədii əsərdə müəy-
yən hadisəni, əşyanı əsərin ideyasına uyğun olaraq, əslində ol-
duğundan daha zəif, kiçik şəkildə nəzərə çatdırmaq üçün istifadə
olunur.
“Az getdi, üz getdi, dərə-təpə düz getdi, iynə yarım yol
getdi”.
***
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm, aparar məni
(O.Sarıvəlli)
Kinayə - ərəb sözü olub, mənası” tənə etmək”,
“istehza etmək” deməkdir. Bəzən bu sözün əvəzinə yunan sözü
olan ironiya terminindən də istifadə olunur. Kinayə söz və ya
ifadənin zahirən müsbət mənada deyilib, əslində mənfi mənada
işlənməsidir. Məs: ağılsız adama “ağıl dəryasıdır”, zəif, qorxaq
adama “pəhləvandır” demək kinayədir.
Satirik poeziyanın banilərindən olan M.Ə.Sabirin
yaradıcılığı başdan-başa kinayə ilə zəngindir. Məs:
Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəlli bütün millətə.
Yaxud S.Vurğunun “Vaqif” dramında Vaqif ona xəyanət
etmiş Xuramanı vəfalı yar adlandırmış, bununla da kinayədən
istifadə etmişdir:
Nə var? Nə deyirsən, vəfalı yarım?
Kinayənin ən kəskin forması sarkazm, yaxud təriz adlanır.
Məsələn, C.Məmmədquluzadənin “Ölülər” əsərində İsgəndər
Şeyx Nəsrullahın ölü diriltmək fırıldağına inanan avam adamları
elm dəryası, alim adlandırmaqla sarkazmdan istifadə etmiş olur:
Samirə Mərdanova
236
“Bəli, bəli bunlar elm dəryasıdır. İndi də ki inşallah siz
cənabdan da ölü diriltmək elmini öyrənərlər, onda dəxi lap alim
olarlar”.
Bədii sual (ritorik sual cümlələri) - əsərin emosional
təsirini artırmaq üçün fikrin sual tərzində ifadə olunmasına
deyilir. Adi, qrammatik sualdan fərqli olaraq, bədii sualda cavab
almaq məqsədi güdülmür. Məs:
Nədir gözəllərdə bu işvə, bu rəng,
Can dustaq olanda gülərmi ürək?
(S.Vurğun)
Bədii təzad (antiteza) - bir-birinə zidd olan anlayışların,
hadisələrin qarşı-qarşıya verilməsi ilə yaradılır, məs:
Danışmaq gümüşdürsə, danışmamaq qızıldır (atalar sözü).
Hökmüylə, qəsdilə nə deyir zaman?
Uçurur bir yandan, qurur bir yandan.
(B. Vahabzadə)
Təkrir – eyni sözün, söz qrupunun, ifadənin, yaxud
cümlənin sırf üslubi məqsəd üçün təkrarına deyilir. Təkrir
ekspressivlik yaradan söz oyunudur. Təkririn növlərindən biri
anaforadır. “Anafora” sözünün mənası “eyni başlanğıc”
deməkdir. Misralar, yaxud cümlələr eyni sözlə başlayırsa, bu
zaman anafora yaranır. Məs:
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
(M.Müşfiq)
Azərbaycan dili və nitq mədəniyyəti
237
Təkririn növlərindən biri epifora adlanır. Anaforanın əksi-
nə olaraq epiforanı misra və cümlələrin sonunda təkrarlanan
sözlər yaradır. Məs:
Bəlkə, bu yerlərə bir də gəlmədim.
Duman salamat qal, dağ salamat qal!
(M.Araz)
İnversiya – latın sözüdür, mənası “yerdəyişmə” demək-
dir. Bədii ifadə vasitəsi olan inversiya əsərdə fikrin təsir gücünü
artırmaq üçün sözlərin qrammatik ardıcıllığının sənətkar
tərəfindən qəsdən pozulmasına deyilir. Dilimizin qrammatik
normasına görə, xəbər cümlənin sonunda gəlməlidir. Lakin
sənətkar bədii əsərdə, xüsusən nəzm əsərində söz sırasını
məqsədli şəkildə pozaraq inversiya yaradır. Məs:
Yaşasın ulduzu sönməz gecələr,
Yaşasın daima sevdalı səhər.
(S.Vurğun)
Elmi üslub
Elmi üslub milli elmi təfəkkürün təzahür forması olub,
müxtəlif elm sahələrinin dilidir. Bütün elmi-nəzəri, metodik
əsərlər - monoqrafiyalar, dərsliklər, dissertasiyalar, elmi məqalə
və tezislər, lüğətlər, məruzələr, referatlar və s. bu üslubda
yazılır. Elm adamları bu üslub vasitəsilə tədqiq etdikləri sahə
haqqında izahatlar verərək nəticələr çıxarır, yeni kəşflərin,
tədqiqat sahələrinin əsasını qoyurlar. Bu, elmi üslubun əsas
məqsədidir. Elmin bütün sahələrinə xidmət edən bu üslubun əsas
xüsusiyyətləri –dəqiqlik, ardıcıllıq, məntiqlilik, yığcamlıq, kon-
Samirə Mərdanova
238
kretlik və termin sıxlığıdır. Onu digər üslublardan fərqləndirən
xüsusiyyətlər bunlardır:
1) Fikrin elmi izahı. Elmi üslubda yaradıcı təfəkkür, elmi
düşüncə ön planda durur. Buna uyğun olaraq burada bütün
tədqiqatlar elmi xarakterdə olub, elmi dillə izah olunur.
2) Terminlərdən istifadə olunması. Bütün elm sahələrini
əhatə edən bu üslubun əsas xüsusiyyətlərindən biri də termin
zənginliyidir. Hər bir elm sahəsinin özünəməxsus terminolo-
giyası var ki, yalnız həmin sahədə çalışan mütəxəssislər tərəfin-
dən tam və aydın başa düşülür. Buna görə də elmi üslubda
yazılmış əsərlər hamı tərəfindən başa düşülmədiyi üçün məhdud
auditoriyaya ünvanlanır. Terminlərin çoxu, əsasən, alınma
sözlərdən ibarət olub, beynəlmiləl səciyyə daşıyır. Bir sıra
dünya dillərində eyni olan bu sözlərin əksəriyyəti latın və yunan
mənşəlidir. Məs: fonetika, leksikologiya, sinus, kosinus və s.
3) Sözlərin həqiqi mənada işlənməsi. Elmi üslubda bədii
üslubun əsas göstəricilərindən olan obrazlılığa və emosionallığa
təsadüf edilmir. Bu üslubda bütün söz və dil materialı öz ilkin,
həqiqi mənasında işlənir.
4) Mürəkkəb cümlə və ifadələrin, modal sözlərin
işlədilməsi. Bu üslubda əsasən nəqli cümlələrə yer verilir, lakin
bu cümlələr sadədən mürəkkəbə doğru inkişaf edir. Burada
mürəkkəb ifadə və modallıq bildirən sözlərdən tez-tez istifadə
olunur. Məs: “tədqiqat göstərmişdir ki”, “belə bir nəticəyə gələ
bilərik ki”, “bu nöqteyi-nəzərdən baxdığımızda” və s.
5) Müxtəlif şərti işarə, sxem, düstur, cədvəl və
formullardan istifadə olunması. Hər bir elm sahəsi özünəməxsus
şərti işarə, formul və sxemlərdən istifadə edir. Məs: bəzi elm
sahələrində hələ də köhnə yunan və latın hərfləri işlənir. Məs;
riyaziyyatda alfa, betta, qamma və s.
Elmi üslub əqlin qələbəsi deməkdir, dünyanı qoruyan,
xalqın, dövlətin mədəni, ictimai-siyasi, hüquqi səviyyəsini
göstərən tarix və müasirlikdir. Bu üslubda aparılan bütün
tədqiqat və araşdırmalar Vətənin, millətin taleyində xüsusi
Azərbaycan dili və nitq mədəniyyəti
239
əhəmiyyət kəsb edir, xalqa başucalığı gətirir, onu qabaqcıl
dünya dövlətləri ilə eyni səviyyəyə ucaldır.
Publisistik üslub
“Publisistika” latınca “publikus” sözündən götürülüb,
mənası “ictimai” deməkdir. Publisistik üslub milli ictimai təfək-
kürü ifadə edən nitq formasıdır. Müxtəlif mövqe və maraqları
əhatə edən bu üslub mətbuatda, radio və televiziyada,
internetdə özünü göstərir.
Publisistik üslubun yaranması XIX əsrin ikinci yarısında
“Əkinçi” qəzeti ilə başlamış və inkişaf etmişdir.
Həm şifahi, həm də yazılı formada kütləvi informasiya
vasitələri ilə oxucu və dinləyicilərə çatdırılan bu üslub zəngin
janr xüsusiyyətlərinə malikdir. Şifahi formada o, radio və
televiziyada (müsahibələr, çıxışlar və s.), yazılı formada isə
qəzet və jurnallarda (məqalə, oçerk, felyeton, esse və s.) öz
əksini tapır. İnternetdə isə bu üslub həm yazılı, həm də şifahi
formada özünü göstərir. Publisistik üslubun dili həm ümumxalq
dilinə yaxın aydın və anlaşıqlı, həm də dəqiq və ardıcıldır.
Publisistik üslubun əsas xüsusiyyətləri – kütləvi anlaşıqlılıq,
aydınlıq və təsirlilikdir.
Publisistik üsluba başqa üslublar da təsir edir. Bu baxım-
dan onun şərti olaraq 3 növü qeyd olunur: bədii-publisistik dil,
elmi-publisistik dil, rəsmi-publisistik dil.
Bədii-publisistik dil qəzet dilidir. Burada publisistik
üslubun xüsusiyyətləri ilə yanaşı, obrazlılığa və bədiiliyə də yer
verilir, yəni bəzən bədii təsvir vasitələrindən istifadə olunur.
Oçerklər, felyetonlar və bəzi bədii məqalələr bura aiddir.
Elmi-publisistik dil dedikdə, isə elmi-kütləvi jurnal və
kitabların dili nəzərdə tutulur. Bu zaman əsasən terminlərdən
istifadə edilir.
Samirə Mərdanova
240
Rəsmi-publisistik dil dedikdə, publisistik məzmun
daşıyan rəsmi, yaxud işgüzar sənədlərin dili nəzərdə tutulur. Bu
sənədlər qəzet və jurnal vasitəsilə kütlələrə çatdırılır və həmin
sənədlərdə həm rəsmi, həm də publisistik üslubun xüsusiyyət-
lərinə rast gəlmək mümkündür. Məs; Prezidentin bəyanatı.
Ünsiyyət, həmrəylik, geniş xalq kütlələrinin etimadını
qazanmaq missiyasını həyata keçirən publisistik üslub geniş
mənada inkişafa, tərəqqiyə xidmət edir. Bu üslubun xidmətləri,
xalqın, millətin fikir oyanışında göstərdiyi məqsədyönlü fəaliy-
yəti inkaredilməzdir.
felyeton – nöqsanları, çirkin əməlləri istehza edib pisləyən
qəzet və ya jurnal məqaləsidir (Məs: C.Məmmədquluzadənin
“Bizim obrazovannılar, “Meymunlar” felyetonu).
oçerk – müəllifin gördüyü, şahidi olduğu real hadisə-
lərdən, faktlardan, adlardan bəhs olunan kiçik ədəbi əsərdir
(Məs: Mir Cəlal, Əvəz Sadıq və Nurəddin Babayevin oçerkləri).
Rəsmi-işgüzar üslub
Rəsmi-işgüzar üslub rəsmi və işgüzar sənədləri əhatə edir.
Bu üslubu bəzən inzibati və ya rəsmi-əməli üslub da adlan-
dırırlar.
Rəsmi-işgüzar üslub XVI əsrdə (Ş.İ.Xətainin dövründə)
yaransa da, inkişaf edə bilməmişdir. Buna səbəb əvvəllər
ərəb-fars, sonralar isə rus dilinin dilimizi sıxışdırması olmuşdur.
Lakin ölkəmizin müstəqillik əldə etməsi, Azərbaycan dilinin
dövlət dili elan olunaraq birmənalı şəkildə hər sahədə işlənməsi
bu üslubun inkişafına təkan vermişdir.
Dövlətçilik, müstəqillik ənənələri ilə bağlı olan
rəsmi-işgüzar üslubun bir sıra xüsusiyyətləri var:
1) Rəsmi-işgüzar üslubda ədəbi dil normaları gözlənil-
məlidir.
2) Bu üslubda artıq sözlərə, obrazlı ifadələrə yol verilmir.
Azərbaycan dili və nitq mədəniyyəti
241
3) Rəsmi-işgüzar üslubun lüğət tərkibi yığcamdır, burada
geniş şərhə, izahata ehtiyac yoxdur.
4) Bu üslubda seçmə, standart formalardan istifadə
olunur.
5) Rəsmi-işgüzar üslubda fikrin dəqiq, sistemli, ardıcıl,
tam ifadəsinə riayət edilməlidir.
Yalnız yazılı formada işlənən rəsmi-işgüzar üslub 2 yerə
ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili.
Rəsmi sənədlərin əsas xüsusiyyətləri:
1) Bu sənədlər millətin dövlətçilik mədəniyyətini əks
etdirdiyi üçün mükəmməl tərtib olunur.
2) Dövlətdaxili və dövlətlərarası münasibətlər bu
sənədlərlə tənzimlənir.
3) Bu sənədlər dövlət, hökumət təşkilatları tərəfindən xüsusi
mütəxəssislər vasitəsilə tərtib olunaraq rəsmi şəkildə, yəni rəsmi
şəxsin imzası və möhürü ilə təsdiq olunur.
4) Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur,
tarixi əhəmiyyət daşıyır.
5) Həcmcə kiçik və ya böyük olub, bölmələrə və maddələrə
ayrılmasına baxmayaraq, dil yığcamlığı ilə seçilir.
Rəsmi sənədlərə qanunlar, qərarlar, hökumətin fərman və
sərəncamları, nazirlərin əmrləri, məcəllə (cinayət məcəlləsi,
torpaq məcəlləsi və s.), kodeks, konvensiya, nota və s. daxildir.
Rəsmi sənədlərin bəzilərini nəzərdən keçirək:
Qanun – hüquq normalarının sistemli toplusu olub,
cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir, insanları
hüquq pozuntusundan qoruyur, həmçinin qoyulan qadağalara
əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanun
yalnız qanunverici orqan – Milli məclis tərəfindən qəbul olunur.
Rəsmi sənədlərin biri və ya birincisi hər bir dövlətin əsas
qanunu sayılan Konstitusiyadır.
Fərman – ali hakimiyyət orqanlarının qanun qüvvəsində
olan qərarına deyilir. Keçmişdə, köhnə quruluşda hökmdarın
yazılı əmri fərman hesab olunurdu. Hazırda fərman rəsmi
Samirə Mərdanova
242
sənədlərin ən ciddi növü hesab olunur və əsasən dövlət başçısı,
bəzən də Milli Məclisin sədri tərəfindən imzalanır və
imzalandığı andan qüvvəyə minir. Məs; 2001-ci il iyunun 18-də
H.Əliyev tərəfindən verilmiş “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” fərman.
Sərəncam – fars sözü olub, mənası “əmr”, “göstəriş”
deməkdir. Bu sənəd ölkə başçısı, baş nazir, Milli Məclisin sədri,
nazirlər və digər vəzifəli şəxslər tərəfindən verilir. Məs; 2004-cü
il yanvarın 12-də İ.Əliyev tərəfindən verilmiş “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” sərəncam.
Bu iki sənəd (fərman və sərəncam) ilk baxışdan bir-birinə
bənzəyir, belə ki, onların hər ikisi normativ hüquqi aktlar
sisteminə daxildir. Lakin sərəncama nisbətən fərmanın statusu
daha yüksəkdir və əsasən ölkə prezidenti tərəfindən verilir və
ümumi xarakter daşıyır. Sərəncam isə təkcə prezident tərəfindən
deyil, digər səlahiyyətli şəxslər tərəfindən də verilə bilər və
nisbətən fərdi, xüsusi səciyyə daşıyır. Həmçinin fərman birbaşa
təyinatdır, sərəncamın yerinə yetirilməsi isə müəyyən icraedici
orqanlara tapşırılır.
Konvensiya – xüsusi bir məsələyə dair beynəlxalq saziş,
müqavilədir. Məs: Dəmiryol konvensiyası.
Kodeks – əxlaq, əqidə, davranış normaları toplusudur.
Məs: hakimlərin etik davranış kodeksi.
Nota – bir hökumətin başqa bir hökumətə rəsmi yazılı
müraciətini (etibarını) özündə əks etdirən rəsmi sənəddir.
İşgüzar sənədlərin əsas xüsusiyyətləri:
1) İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır,
konkret bir məsələ ilə əlaqədar tərtib olunur.
2) Bu sənədlər rəsmi sənədlərə nisbətən kiçik olur.
3) İşgüzar sənədləri hər bir vətəndaşın özü hazırlaya bilər.
4) İşgüzar sənədlərdə artıq sözlərin, imla səhvlərinin,
cümlə qüsurlarının olmaması üçün hazır formalardan, şablon-
lardan istifadə olunur.
Azərbaycan dili və nitq mədəniyyəti
243
İşgüzar sənədlərə - ərizə, tərcümeyi-hal, xasiyyətnamə,
protokol, arayış, izahat, etibarnamə, akt, bildiriş (elan), reklam,
afişa, annotasiya və s. daxildir.
Qeyd: Akt və protokol həm rəsmi, həm də işgüzar sənəd
kimi istifadə oluna bilər.
İşgüzar sənədlərin bəzilərinə baxaq:
Ərizə – ərəbcə “ərz” sözündən olub, “bir şey bildirmə”,
“şikayət etmə”, “xahiş” mənalarında işlənir. Ərizə 2 məzmunda
yazılır: 1) şikayət xarakterli ərizə; 2) xahiş məqsədilə yazılan
ərizə.
Ərizələr müxtəlif məzmunlu olsa da, formaca eynidir.
Ərizəyə verilən tələblər:
1) Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq
olmalıdır.
2) Ərizənin məzmunu yığcam, faktlar isə konkret
olmalıdır.
3) Ərizəçi öz xətti ilə yazmalıdır.
4) Ərizənin sonunda il, ay, gün və ərizəçinin imzası
qoyulmalıdır.
Tərcümeyi-hal – ərəbcə “tərci” (geri çevirmə, təkrar
etmə) və “hal” (surət, vəziyyət) sözlərinin birləşməsindən düzəl-
mişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir
etməsi, özü haqqında tam məlumat verməsidir.
Tərcümeyi-hala verilən tələblər:
1) Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı
hissəsində ortada yazılır.
2) Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını,
doğum gününü, ayını, ilini və yerini şəxsiyyət vəsiqəsində
olduğu kimi dəqiq göstərir.
3) Məktəbdə oxuduğu dövrü və bu zaman apardığı ictimai
işləri və qazandığı nailiyyətləri sadalayır.
4) Ailə üzvləri haqqında qısa məlumat verir.
5) Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır. Sonda şəxsi
imza qoyulur və altında yazılma tarixi göstərilir.
Samirə Mərdanova
244
Rəsmi-işgüzar sənədlərə aid edilsə də, tərcümeyi-halda
bəzən rəsmilikdən kənara çıxılır. Məsələn, hər hansı bir dövlət
xadimi, alim, yaxud şair tərcümeyi-halını yazarkən obrazlılığa,
təsvirçiliyə, tarixi-mədəni əhatəliliyə yol verir, geniş nəsil
şəcərəsini əks etdirir. Bu cəhətdən baxdıqda, tərcümeyi-halın
elmi və ya publisistik növünün formalaşdığını qeyd etmək olar.
Xasiyyətnamə – ərəb mənşəli “xasiyyət” və fars mənşəli
“namə” (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmiş,
“bir şəxsə məxsus hal, xasiyyət” mənasındadır. Bu sənəddə bir
adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki
yeri haqqında ətraflı məlumat verilir. Başqa məktəbə oxumağa
köçürüləndə, orta məktəbi bitirib ali məktəbə təhsil almağa
gedəndə, sonralar müəyyən vəzifəyə seçildikdə ona oxuduğu
yerdən və ya iş yerindən mütləq xasiyyətnamə tələb olunur.
Xasiyyətnaməyə verilən tələblər:
1) Vərəqin əvvəlində ortada böyük hərflə xasiyyətnamə
sözü yazılır.
2) Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti,
əmək fəaliyyəti, öz işinə münasibəti haqqında obyektiv şəkildə
ardıcıl olaraq məlumat verilir.
3) Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və
yoxlanılır.
4) Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur.
5) Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim
olunması göstərilir.
6) Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə rəhbəri
verir, onu ən azı iki məsul şəxs (əsasən həmkarlar təşkilatının
sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə
təsdiqlənir və verilmə tarixi qeyd olunur.
Ərizə və tərcümeyi-haldan fərqli olaraq, xasiyyətnamə
şəxsə başqası tərəfindən verilir.
Azərbaycan dili və nitq mədəniyyəti
245
Epistolyar üslub
Epistolyar üslub dedikdə, məktubların yazılması, onların
dili nəzərdə tutulur. Bu üslubu ünsiyyət şəraiti tələb edir.
Məktub onun müəllifinin nəqlidir, öz fikrini monoloji
şəkildə bildirməsidir, lakin məktubda “mən” və “sən”, “biz” və
“siz” müraciətləri bəzən elə qaynayıb-qarışır ki, onun məzmu-
nunda dialoq və monoloq ünsürləri bir-biri ilə kompozisiya
təşkil edir.
Məktubların müxtəlif növləri var: ailə-məişət məktubları,
rəsmi məktublar, dostluq məktubları, sevgi məktubları.
Məktublar quruluşuna görə 3 hissədən ibarət olur: giriş,
əsas hissə, nəticə (sonluq).
Giriş müraciət şəklində olur. Əsas hissədə birinci şəxs
hadisə haqqında məlumat verir, mühakimə yürüdür, öz hisslərini
ifadə edir. Sonluqda yekun vurulur, xudahafizləşmə əks olunur.
Yazının məkanı, tarixi göstərilir. Xitablar epistolyar üslubun
başlanğıc və sonluğunu formalaşdıran vasitələr kimi çıxış edir.
Məktubların kimdən-kimə yazılması da mühüm əhəmiyyət
kəsb edir. Belə ki, söhbət ciddi məsələdən gedəndə və
vətəndaşlıq mahiyyəti kəsb etdikdə, ədəbi dil normasına
yaxınlaşma, ailə-məişət xüsusiyyəti daşıdıqda isə, normalardan
uzaqlaşma diqqəti cəlb edir. Məsələn, böyük siyasi xadim,
yazıçı və həkim olan N.Nərimanovun oğluna yazdığı məktubdan
bir parçaya diqqət yetirək:
Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o,
adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili
aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə
başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını
büruzə verəcəkdir...
Epistolyar üslubun dilinin sadəliyi, anlaşıqlı olması, fikrin
aydın ifadə olunması, yaxud mürəkkəb və qəliz olması müəllifin
savad dərəcəsi və dünyagörüşünün genişliyi və ya məhdudluğu
ilə əlaqədardır.
Samirə Mərdanova
246
Son dövrlərdə epistolyar üslub daha çox texniki vasitələrlə
həyata keçirilir. Mobil rabitənin geniş yayıldığı bir dövrdə
telefonlar vasitəsilə yazışmalardan (SMS) daha çox istifadə
olunur, lakin rəsmi dairələrdə, dövlət təşkilatlarında və beynəl-
xalq yazışmalarda rəsmi məktublardan lazımı qaydada istifadə
olunur.
Məişət üslubu
Məişət üslubu insanların gündəlik həyatı, məişəti, ailə
qayğıları ilə bağlıdır. Bu üslub fonetik, leksik, qrammatik
normaları, nitq etiketləri ilə zəngin olan ədəbi hadisədir. İnsanlar
bu üslub vasitəsilə bir-biri ilə hal-əhval tutur, salamlaşır, evdə,
telefonda, küçədə öz gündəlik işlərindən danışırlar.
Məişət üslubunun əsas əlaməti nitqin sərbəstliyidir.
Lakin sərbəstlik o demək deyildir ki, normalardan, çərçivədən
tamamilə çıxasan, bu nitqi dialekt danışığı ilə qarışdırasan.
Dialekt danışığı bu üslubun əsas keyfiyyəti deyil, əlamətlərindən
biridir. Cəmiyyətin mədəni səviyyəsinin göstəricisi olan bu
üslub, hər şeydən əvvəl, mədəni və səliqəli üslubdur.
Məişət üslubunun canı dialoji nitqdir. Bu üslubun
sərbəstliyi və yığcamlığı dialoji nitqdə daha qabarıq şəkildə
özünü göstərir. Dialoji nitqdə üz-üzə ünsiyyət, birbaşa əlaqə
əsas olduğundan jestlər, mimika və intonasiya da mühüm
rol oynayır, eyni zamanda yarımçıq cümlələrdən, ara söz, xitab
və sual əvəzliklərindən istifadə olunur.
Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur və
bir təbəqənin yox, bütün təbəqələrin üslubudur. Bir adam
yazısında elmi, o birisi publisist, üçüncüsü rəsmi üslubu təmsil
edə bilər. Ancaq hər hansı bir sənət sahibi - müəllim, həkim,
jurnalist, siyasətçi, psixoloq, artist öz gündəlik danışığında
məişət üslubundan istifadə edir. Bu üslub kütləvi üslub olub,
digər üslubların mərkəzində dayanır.
Azərbaycan dili və nitq mədəniyyəti
247
Bədii ədəbiyyatda da məişət üslubunun təsiri açıq-aşkar özünü
göstərir. Bir çox şair və yazıçılar öz əsərlərində məişət
üslubundan – canlı danışıq dilindən uğurla bəhrələnmişlər:
“Xan üzünü tutdu qonağa:
- Novruzəli, poçtxananı tanıyırsan?
Novruzəli cavab verdi:
- Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana
nədi?
- Çox əcəb, nəçərnik divanxanasını ki, tanıyırsan?
- Bəli xan, başına dönüm, tanıyıram, niyə tanımıram.
Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına
şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox
incidir. Əslinə baxsan bizim bu katdamız özgə
tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən
həftə mənim iki buzovum itmişdi. Getdim... “
(C.Məmmədquluzadə)
Samirə Mərdanova
248
SƏKKİZİNCİ MÜHAZİRƏ
TERMINOLOGİYA
Azərbaycanda terminologiyanın tarixi haqqında
Dilimizin lüğət tərkibinin bir hissəsini təşkil edən termin-
lər terminoloji leksikanı yaradır. Orta əsrlərə nəzər salsaq
görərik ki, həmin dövrdə bütün türk dillərində olduğu kimi
Azərbaycan dilində də ərəb və fars mənşəli terminlərdən istifadə
olunmuş və yalnız XIX əsrdən başlayaraq milli terminologiya
formalaşmağa başlamışdır. Ümumiyyətlə, hər bir dilin termino-
logiyasının formalaşması həmin dilin elmi üslubunun təşəkkül
tarixi ilə bağlıdır. Azərbaycan dilinin elmi üslubu isə təxminən
XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül tapmağa başla-
mış, məhz bu dövrdə ana dilində bir çox elmi əsərlər və dərslik-
lər çap olunmuşdur. Lakin bu zaman dövrün tələblərinə uyğun
elmi dil olmadığından bir çox elm sahələrində yenə də ərəb və
fars terminlərindən istifadə olunmuşdur. Məsələn:
Dilçiliyə aid: zəmir (əvəzlik), ismi-tədad (say), ismi-xas
(xüsusi isim), sövtiyyat (fonetika), sərf (morfologiya), nəhv
(sintaksis), sərf-nəhv (qrammatika), izafət (yiyəlik hal);
Coğrafiyaya aid: nəqşə (atlas), bəhirə (göl), bəhr
(dəniz), nəhr (çay), cəzirə (ada), qiblənüma (kompas), mizanül-
hava (barometr), kürreyi-mücəssimə (qlobus), xətti-istiva (ek-
vator), cəbəl (dağ), qəmər (ay), şəms (günəş);
Riyaziyyata aid: zaviyə (bucaq), müsəlləs (üçbucaq);
Tarixə aid: cumhuriyyət (respublika) və s.
Göründüyü kimi, bu terminlər başqa dillərə mənsub
olduğundan xüsusi izahlar tələb edir, anlaşılmazlıq yaradırdı. Bu
anlaşılmazlıqları aradan qaldırmaq, Azərbaycan dilində elmi dili
formalaşdırmaq məqsədilə XX əsrin əvvəllərində görkəmli
dövlət xadimi N.Nərimanovun təşəbbüsü ilə Terminologiya
Komissiyası yaradıldı. Komissiyanın müxtəlif elm sahələrinə aid
Azərbaycan dili və nitq mədəniyyəti
249
hazırladığı terminoloji lüğətlər həmin dövr üçün böyük əhəmiy-
yət daşısa da, nöqsansız deyildi. Komissiyanın üzvləri dilimizdə
olan hər cür alınma terminlərə qarşı çıxaraq, əvəzində guya
milli sözlərə əsaslanan, anlaşılmayan, qondarma terminlər yara-
dırdılar. Məsələn:
həndəsə - biçimbil, coğrafiya – yerbilik, aksioma-
özübəlli, nöqtə - bənək, rəqəm – sayaç, pərgar – fırlaq, plyus –
topaq, düstur – çeşni, əhali – yaşaq, dövlət – toplantay, miqyas
– özölçüm, metal – yayxan və s.
Bu da keçən əsrin 20-ci illərində Azərbaycan dilində
termin yaradıcılığında purizm deyilən bir cərəyanın yaranma-
sına şərait yaratdı.
Sonralar elm inkişaf etdikcə terminoloji sistemdə bir sıra
dəyişikliklər baş verdi, köhnəlmiş terminlər getdikcə yeniləri ilə
əvəz olundu.
XX əsrin ortalarına doğru Azərbaycan dilinin elmi
üslubu artıq humanitar (tarix, dilçilik, ədəbiyyat, fəlsəfə və s.),
texniki (fizika, riyaziyyat, kimya və s.) və təbiət elmləri üzrə
(biologiya, coğrafiya, tibb və s.) kifayət qədər diferensial bir
səviyyədə təzahür etdi.
Hazırda ölkəmizdə uğurlu islahatların aparılması, elm
sahələrinin, elmi biliklərin inkişafı və inteqrasiyası, xarici döv-
lətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi elm sahələrində
terminoloji bazanın inkişafına təsir göstərmişdir. Belə ki, 23
may 2012-ci il tarixdə ölkə prezidenti İlham Əliyev tərəfindən
imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında” sərəncama əsasən Azərbaycan
dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və
koordinasiya edilməsi üçün Nazirlər Kabineti yanında
Terminologiya Komissiyası yaradılmışdır.
purizm – (lat. purus – təmiz) – dili xarici sözlərdən
təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən təmizləmə
cəhdində ifrata varma.
Samirə Mərdanova
250
Terminlər haqqında ümumi məlumat
Dilin lüğət tərkibində olan sözlərin hamısı heç də eyni
xarakterə malik deyildir. Bu cəhətdən dilimizdə olan sözləri 3
qrupa ayırmaq olar:
1. Adi sözlər: Bunlar kainat və məişətə aid əşya adını,
yaxud insanın və ya digər canlının hər hansı əlamət, keyfiyyət
və hal-hərəkətini bildirən sözlərdir. Məsələn: gözəl, yaxşı,
danışmaq, gülmək və s.
2. Yalnız termin kimi işlənən sözlər: fonetika,
orfoepiya, sintaksis, sinus, kosinus və s.
3. Həm termin, həm də adi söz kimi işlənən sözlər:
sifət, say, xəbər, səs, söz, dil, güc, qüvvə, turşu, duz, dalğa,
enerji, şüa, əyri və s.
Elm, texnika, siyasət və mədəniyyətə aid xüsusiləşmiş
mənalı söz və ifadələrə terminlər deyilir. Terminlər daha çox
elmi üslubda işlənir və bu üslubu onlarsız təsəvvür etmək olmaz.
Terminləri üç qrupa ayırırlar:
1. Ixtisas terminləri
2. Ümumişlək terminlər
3. Beynəlmiləl terminlər
Bildiyimiz kimi, elmin müxtəlif sahələri var və hər bir
elmin, ixtisasın özünəməxsus terminologiyası var. Məsələn:
Dilçiliyə aid terminlər: sifət, əvəzlik, fonetika,
morfologiya, morfem, substantivləşmə, bağlayıcı, üslub və s.
Ədəbiyyata aid terminlər: dastan, nağıl, faciə, xara-
kter, komediya, bayatı, roman, süjet, vəzn, qafiyə, metonimiya,
təşbeh, fabula və s.
Riyaziyyata aid terminlər: kəsr, faiz, qalıq, bucaq, kub,
kvadrat, katet, paralel, perpendikulyar, diaqonal və s.
Kimyaya aid terminlər: karbon, hidrogen, oksigen,
reaksiya, turşu, duz, neft, benzin, kauçuk, sintetika və s.
Tarixə aid terminlər: inqilab, xalq, millət, feodalizm,
arxeologiya, xronologiya, quldarlıq, inqilab, xanlıq və s.
Azərbaycan dili və nitq mədəniyyəti
251
Terminlərin bir qismi işlənmə dairəsinə görə orta bilik
səviyyəsinə malik adamlara tanış olur ki, bunlara ümumişlək
terminlər deyilir, məs; dilçilikdə – səs, hərf, sait, samit,
riyaziyyatda - tənlik, misal, vurma, bölmə və s. kimi terminlər
ümumişlək terminlər olub, hamı tərəfindən başa düşülür.
Terminlərin digər qismi isə ancaq həmin sahənin
mütəxəssislərinə aydın olur ki, bunlara xüsusi terminlər deyilir,
məs; dilçilikdə – atributivləşmə, konversiya, riyaziyyatda –
diferensial, inteqral kimi terminlər xüsusi terminlər olub, yalnız
həmin sahənin mütəxəssislərinə aydın olur.
Terminlərin bir qismi dünya dillərinin çoxunda işlədilir
ki, onlara beynəlmiləl terminlər deyilir. Məs: dilçilikdə- lek-
sikologiya, sintaksis, omonim, sinonim, antonim, riyaziyyatda -
limit, teorem, sinus, kosinus, tangens və s. beynəlmiləl terminlər
hesab olunur.
Bəzi terminlər bir sıra elm sahələrində işlənir. Məsələn,
kök sözü termin kimi müxtəlif elm sahələrində - dilçilikdə
(sözün kökü, kök morfem, kökündən dəyişmək), riyaziyyatda
(kvadrat kök, kök almaq), biologiyada (ağacın kökü, kök -
tərəvəz), tibdə (dişin kökü, saçın kökü, dırnağın kökü, kök
insan), musiqidə (musiqi aləti haqqında kökdən düşmək,
kökləmək) və s. işlənir. Yaxud assimilyasiya - həm siyasətdə
(zorakı assimilyasiya), həm dilçilikdə (irəli, geri assimilyasiya),
morfologiya - biologiya (bitki morfologiyası) və dilçilikdə
(dilçiliyin bir şöbəsi) işlənir.
Azərbaycan dilində termin yaradıcılığının
mənbə və üsulları
Termin yaradıcılığında, əsasən, 2 mənbədən istifadə
olunur:
1. Milli terminologiya
2. Alınma terminologiya
Samirə Mərdanova
252
Milli ictimai təfəkkürün digər sahələri ilə (bədii,
publisistik və s.) müqayisədə elmi-intellektual təfəkkür dilin öz
daxili imkanları ilə kifayətlənməyib, onun hüdudlarından
kənara çıxaraq daha çox ümumbəşəri, beynəlmiləl xarakter
daşıyır. Buna görə də dilimizdə olan terminlərin çoxu alınma
sözlərdən ibarətdir. Lakin dilimizdə milli mənşəli terminlər də
var ki, bunlar əsasən humanitar elm sahələrinə aiddir.
Elə anlayışlar var ki, onlar həm alınma, həm də milli
terminlərlə ifadə olunaraq dil paralelləri yaradır. Dil paralelləri
özünü iki formada göstərir:
1. Həm alınma, həm də milli terminlərlə ifadə
olunur:
proteza – səs artımı
assimilyasiya – səs uyuşması
dissimilyasiya – səs fərqləşməsi
mübaliğə - şişirtmə
təşbeh – bənzətmə və s.
2. Yalnız alınma terminlərlə (ərəb-fars və Avropa
mənşəli) ifadə olunur:
məsafə-interval
mücərrəd- abstrakt
məlumat- informasiya
istilah- termin
rəmz- simvol
düstur- formul
ərazi-region
kinayə- ironiya
istiarə- metafor
fəal-aktiv
inkişaf- dinamika
ənənə-tendensiya
Bu terminlərin çoxu mətbuatda paralel işlənməkdədir.
XX əsrin 20-ci illərindən başlayaraq rus mənşəli terminlər
dilimizə keçsə də, hazırda termin alma mənbələri içərisində rus
dilinin mövqeyi xeyli zəifləmişdir. XX əsrin 90-cı illərindən
isə əsasən, Avropa mənşəli, xüsusilə ingilis dilindən alınma
terminlər dilimizin lüğət tərkibini zənginləşdirmişdir.
Azərbaycan dilində terminlər, əsasən, 3 üsulla yaranır:
Azərbaycan dili və nitq mədəniyyəti
253
1. Morfoloji üsul. Terminlərin çoxu ümumxalq sözlərinə
leksik şəkilçilərin artırılması yolu ilə əmələ gəlir. Məs:
riyaziyyatda - vurma, bölmə; dilçilikdə - əvəzlik, bağlayıcı,
yanaşma, uyuşma, dodaqlanan, dodaqlanmayan (saitlər), adlıq,
yiyəlik, yönlük, təsirlik, çıxışlıq (hallar) və s. kimi sözlər buna
misal ola bilər.
2. Sintaktik üsul. Terminlərin bir qismi iki və daha artıq
leksik vahidin birləşərək birləşməsi yolu ilə əmələ gəlir. Məs:
sözdüzəldici, sözdəyişdirici (şəkilçilər), dilarxası, dilönü
(saitlər), təktərkibli, cüttərkibli (cümlələr) və s.
3. Kalka (hərfi tərcümə) üsulu. Kalka – yad dildən
alınmış ifadənin qəlibi, struktur eyniliyi ilə yaranır. Məs:
суффикс-şəkilçi, гласный-sait, стиль-üslub, вид-növ, культу-
ра речи-nitq mədəniyyəti və s.
Termin yaradıcılığında 3 əsas prinsipə əməl etmək
lazımdır:
1.Təkmənalılıq. Terminlər elmi anlayışları ifadə etdik-
lərinə görə təkmənalı olmalıdır. Bu, termin üçün ən başlıca
əlamət sayılır. Əgər termin çoxmənalı olarsa, anlaşılmazlıq,
dolaşıqlıq yaranar.
2. Azkomponentlik. Termin tərtibində bu və ya digər
anlayış bir sözlə əks olunarsa, onu mənimsəmək, yadda
saxlamaq, ondan istifadə etmək daha asan olar. Məs: dilçilikdə
bir sözdən (cümlə, zərf, üslub, qrammatika), eyni zamanda bir
neçə sözdən ibarət (ahəng qanunu, ismin halları, dilin lüğət
tərkibi, mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr və s.)
terminlər var.
3. Sinonimsizlik. Dildə hər bir anlayış ancaq bir terminlə
ifadə olunmalıdır. Bir anlayışa aid bir neçə terminin olması
(terminoloji dubletlər) elmi anlayışların mənimsənilməsini
müəyyən dərəcədə çətinləşdirir. Məsələn:
mənbəşünaslıq – etimologiya
mənaşünaslıq – semasiologiya
lüğətçilik – leksikoqrafiya
Samirə Mərdanova
254
Bu terminlərdən yalnız birini müəyyənləşdirib istifadə
etmək daha məqsədəuyğun olar.
Son dövrlərdə dilimizə daxil olan terminlər
Son dövrlərdə dilin lüğət tərkibinin zənginləşməsində əsas
baza terminologiya sahəsidir. Alimlərin hesablamalarına görə,
müasir dünya dillərində meydana gələn yeni sözlərin
90 %-ni terminlər təşkil edir ki, bu, hər şeydən əvvəl, ayrı-ayrı
sahələrdəki yeniləşmənin dildəki təzahürü ilə bağlıdır.
Qloballaşma şəraitində elmin müxtəlif istiqamətlərdə
inkişafı, elm sahələrinin inteqrasiyası, xarici dövlətlərlə
ictimai-siyasi əlaqələrin güclənməsi nəticəsində terminoloji baza
inkişaf etmiş, dilimizə müxtəlif sahələrə aid bir sıra terminlər
daxil olmuşdur. Onlardan bəziləri ilə tanış olaq:
İpoteka – (yunanca “girov” deməkdir) - kredit almaq
məqsədilə daşınmaz əmlakın, əsasən, torpaq və tikililərin girov
qoyulması. İpoteka girovun elə formasıdır ki, girov qoyulan
əmlak kreditora keçmir, borc alanda qalır.
Devalvasiya – (latınca “de”- enmə, “valeo”- dəyəri de-
məkdir) - milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə
məzənnəsinin aşağı düşməsi deməkdir.Devalvasiya zamanı ixrac
olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.
Depozit – (latınca “depositum”- “saxlanmağa verilmiş
əşya” mənası daşıyır) - kredit təşkilatına saxlanmağa verilmiş
qiymətli kağızlar və pul vəsaitləri deməkdir.
Kurikulum – (latın sözü olub, mənası “kurs”, “yol”
deməkdir) - təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli
təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan
yaradan təhsil proqramıdır.
Kollokvium – (latın sözü olub, mənası “danışıq”, “söh-
bət” deməkdir) – tələbələrin bilik səviyyəsini yoxlamaq üsul-
larından biri və ya məruzələrin müzakirə edildiyi məclisdir.
Azərbaycan dili və nitq mədəniyyəti
255
Bakalavriat – (lat.) – ali məktəblərdə təhsilin dördillik ilk
mərhələsidir.
İnnovasiya – (latın dilində “innovato” sözündən olub,
“yenilənmə”, “yaxşılaşma” deməkdir) - yüksək səmərəliliyə
malik yeniliyin tətbiqi, insanın intellektual fəaliyyətinin,
kəşfinin, ixtirasının son nəticəsidir.
Qloballaşma – (fr. “qlobal” – ümumi, lat. “qlobus” –
kürə) - yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləl-
ləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə
qovuşmasıdır.
Monitorinq – (ing. ”nəzarət”, “nəzarət etmək”) - müəy-
yən proseslərin dinamikasını, qaydalara (standartlara) uyğun-
luğunu öyrənmək və qeydə almaq məqsədi ilə həyata keçirilən
davamlı, sistemli müşahidələrdir.
Infrastruktur – (lat.” infra” - aşağı, alt və “structura”
-tikinti, məkan) -sistemin fəaliyyəti üçün bir-biri ilə bağlı olan
struktur və obyektlərin məcmusudur. Məsələn, təhsildə - tədrisi
təşkil edən idarə və təşkilatlar; hərbidə - hərbi qüvvələr və
onların fəaliyyətini təşkil edən idarə və təşkilatların birgə
sistemi.
Multikulturalizm – (hərfi mənası “çoxmədəniyyətlilik”) -
bir ölkədə birdən çox mədəniyyətin olması və ya xalqın mədəni
irsinin formalaşmasında birdən çox mədəniyyətin rol
oynamasıdır.
Tolerantlıq – (mənası “dözümlülük”) - digər inanc və
əqidələrə dözümlü yanaşma, irqçiliyə, terrora, dini ayrıseçkiliyə
qarşı olmaq deməkdir. Məs: dini tolerantlıq.
Inteqrasiya (lat.) – əlahiddə hissələrin tamda birləşməsi
haqqında sistemlər nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin
obyekti olan təbii və ya ictimai proseslərdir.
Diferensiasiya (lat.) – bir şeyin ayrı-ayrı müxtəlif
ünsürlərə ayrılması, parçalanması, təbəqələşməsidir.
2013-cü il 9 aprel tarixində ölkə prezidenti tərəfindən
imzalanmış “Dövlət Proqramı”nda dilin terminoloji lüğət
Samirə Mərdanova
256
tərkibinin inkişaf etdirilməsi nəzərdə tutulan əsas məsələlərdən
biri kimi qeyd olunmuşdur. Bu məqsədlə dilimizə müxtəlif
sahələrə aid (diplomatiya, iqtisadiyyat, informatika, geologiya,
dilçilik və s.) yeni daxil olan terminlər toplanır, sistemləşdirilir
və terminoloji lüğətlər çap olunur.
İxtisasa uyğun mətnlər üzərində iş
Nitq mədəniyyətinin formalaşmasında müxtəlif elm
sahələrinə aid mətnlər üzərində işləmək böyük əhəmiyyət kəsb
edir. Mətndə elmi fikirlər terminlər vasitəsilə ifadə olunur ki, bu
onların başa düşülməsini çətinləşdirir. Bunun üçün terminoloji
lüğətlərə, mütəxəssis rəyinə ehtiyac duyulur.
İxtisaslar üzrə nitq mədəniyyətinə yiyələnmək üçün müx-
təlif elm sahələrinə aid mətnlər üzərində işləmək tələb olunur.
Bu məqsədlə əvvəlcə seçilmiş mətn oxunur və onun hansı elm
sahəsinə aid olduğu müəyyən edilir. Daha sonra mətndə
terminlər, onların mənası, cümlələrin quruluşca növləri, modal-
lıq məzmunu ifadə edən söz və ifadələr təhlil edilir, mətnin
ümumi məzmunu dərk olunur.
Nümunə üçün müxtəlif elm sahələrinə aid mətnlərə baxaq:
a) humanitar elm sahəsinə aid mətn:
Ərəb xilafəti Sasani dövlətinin vergi sistemini qismən
dəyişiklik etməklə qüvvədə saxladı. İlk xəlifələr dövründə
vergilər xeyli yüngül idi. Əsas vergi xərac –torpaq vergisi idi.
Xristianlardan və yəhudilərdən cizyə - can vergisi
alınırdı.
Xəlifə Əli vergi sahəsində ədalətli islahat keçirdi:
əkilməyən torpaqdan xərac alınmasını dayandırdı.
Əməvilər sülaləsinin dövründə vergilər artırıldı. 725-ci
ildə əhali və əmlakı siyahıya alındı, meyvə bağları, sənətkar
emalatxanaları üzərinə əlavə vergilər qoyuldu.
Ərəb ağalığı dövründə müsəlman əhali, həmçinin yeni
əldə edilmiş daşınan əmlaka və hərbi qənimətə görə xüms,
Azərbaycan dili və nitq mədəniyyəti
257
ehtiyac içində olan müsəlmanların xeyrinə zəkat adlı vergi və
rüsumlar ödəməli idi.
VII əsrin ortalarında Abbasilər sülaləsi hakimiyyətə
gəldikdən sonra vergilərin miqdarı yenidən artırıldı, həm də
Sasani dövründə olduğu kimi, xərac məhsula görə deyil, torpaq
sahəsinə görə toplanmağa başlandı. Vergiləri ödəyə
bilməyənlərin övladları qula çevrilirdi.
Göründüyü kimi, mətn tarix elminə aiddir. Mətndə xilafət,
Sasani dövləti, vergi, xəlifə, xərac, torpaq vergisi, cizyə, can
vergisi, islahat, Əməvilər sülaləsi, dövr, əhali, əmlak, hərbi
qənimət, zəkat, rüsum, Abbasilər sülaləsi, hakimiyyət, qul kimi
terminlər işlənmişdir. Mətndə işlənən terminlərin əksəriyyəti
ümumişləkdir. Xüsusi terminlərin isə izahatı göstərilmişdir.
Buna görə də mətnin dili, əsasən, başa düşüləndir. Mətndə ərəb
xilafəti dövründə əhali üzərinə qoyulan vergi və mükəlləfiy-
yətlərdən bəhs olunur.
b) təbiət elmlərinə aid mətn:
Yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru
havanın üfüqi şəkildə yerdəyişməsi külək adlanır. Küləklər gü-
cünə, sürətinə, istiqamətinə və rejiminə görə xarakterizə olunur.
Küləyin gücü və istiqaməti flüger, sürəti isə anemometrlə
təyin edilir. Küləyin gücü və sürəti 12 ballıq Bofort şkalası ilə
müəyyən olunur. Külək əsdiyi səmtin istiqamətinə görə
adlandırılır. Külək şimaldan əsirsə, şimal küləyi adlanır.
Hər hansı bir məntəqədə əsən küləklərin istiqamətini
göstərmək üçün “Külək gülü” qrafiki qurulur. Rejiminə görə
küləklər sutkalıq, mövsümi və daimi küləklərə bölünürlər:
Sutkalıq küləklər sutka ərzində istiqamətini iki dəfə
dəyişən küləklərdir. Briz və dağ-dərə küləkləri belə küləklərdən-
dir.
Mussonlar ildə iki dəfə istiqamətini dəyişən küləklərdir.
Musson küləklərinin tropik mussonlar, tropikdənkənar musson-
lar, yay və qış mussonları kimi növləri vardır.
Samirə Mərdanova
258
Daimi küləklər yüksək təzyiq qurşaqlarından alçaq təzyiq
qurşaqlarına doğru əsən küləklər olub, passat, qərb və qütb
küləklərinə bölünürlər.
Yer səthində temperatur və təzyiqin qeyri-bərabər paylan-
ması, eyni zamanda nəhəng atmosfer burulğanlarının – fırlanan
küləklərin əmələ gəlməsinə səbəb olur. Siklon və antisiklonlar
belə küləklərdəndir.
Mətndə coğrafiya elminə dair yüksək təzyiq, alçaq təz-
yiq, hava, külək, flüger, anemometr, Bofort şkalası, şimal, şimal
küləyi, “Külək gülü” qrafiki, sutkalıq küləklər, mövsümi
küləklər, daimi küləklər, briz küləyi, dağ-dərə küləyi, mussonlar,
tropik mussonlar, tropikdənkənar mussonlar, yay mussonları,
qış mussonları, yüksək təzyiq qurşağı, alçaq təzyiq qurşağı,
passat küləyi, qərb küləyi, qütb küləyi, yer səthi, temperatur,
atmosfer burulğanları, fırlanan küləklər, siklon və antisiklon
kimi terminlər işlənmişdir. Termin sıxlığı mətnin dilini
çətinləşdirir. Mətndə fonetik, leksik, qrammatik səhvlər yoxdur.
Mətn coğrafiyanın əsas sahələrindən biri olan atmosfer sahəsinin
küləklər bəhsinə həsr olunmuşdur.
c) texniki elmlərə aid mətn:
Bir düz xətt üzərində olmayan üç nöqtədən və bu nöqtələri
cüt-cüt birləşdirən üç parçadan ibarət olan fiqura üçbucaq
deyilir. Nöqtələrə üçbucağın təpələri, parçalara isə tərəfləri
deyilir.
Üçbucağın üç tərəfinin cəminə onun perimetri deyilir:
P = a+b+c
Üçbucağın hər hansı təpəsindən çıxan iki tərəfinin əmələ
gətirdiyi bucağa onun daxili bucağı, üçbucağın verilmiş
təpəsindəki bucağına qonşu olan bucağa üçbucağın xarici
bucağı deyilir. Üçbucağın daxili bucaqlarının cəmi 180
0
, xarici
bucaqlarının cəmi
360
0
–dir.
Bütün bucaqları iti olan üçbucağa itibucaqlı üçbucaq
deyilir.
Azərbaycan dili və nitq mədəniyyəti
259
Bucaqlarından biri düz bucaq olan üçbucağa düzbucaqlı
üçbucaq deyilir.
Düzbucaqlı üçbucaqda düz bucaq əmələ gətirən tərəflərə
katetlər, üçüncü tərəfə isə hipotenuz deyilir.
İki tərəfi bərabər olan üçbucağa bərabəryanlı üçbucaq
deyilir. Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqları
bərabərdir. Bütün tərəfləri bərabər olan üçbucağa bərabərtərə-
fli üçbucaq deyilir. Bərabərtərəfli üçbucağın bütün bucaqları
60
0
-dir.
Mətndə işlənən terminlər (düz xətt, nöqtə, parça, fiqur,
üçbucaq, təpə, tərəf, perimetr, bucaq, daxili bucaq, xarici
bucaq, iti bucaq, itibucaqlı üçbucaq, düz bucaq, düzbucaqlı
üçbucaq, katet, hipotenuz, bərabəryanlı üçbucaq, üçbucağın
oturacağı, bərabərtərəfli üçbucaq) onun riyaziyyat sahəsinə aid
olduğunu göstərir. Termin sıxlığı mətnin dilini ağırlaşdırır.
Mətndə ümumişlək və xüsusi terminlərdən istifadə olunmuş,
fonetik, leksik və qrammatik normalar gözlənilmişdir. Mətndə
ən sadə həndəsi fiqurlardan biri olan üçbucağın elementləri
haqqında məlumat verilir.
Göründüyü kimi, müxtəlif elm sahələri üzrə mətnlər
tələbələrin söz ehtiyatının, dünyagörüşünün, biliyinin artmasına
şərait yaradır ki, bu da gələcəkdə hərtərəfli yetişmiş mütəxəssis-
lərin formalaşmasını təmin edir.
Samirə Mərdanova
260
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Abbasova S.V., Seyidova S.M., Məmmədova N.K., Cavadov
Ə.H. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı: “Elm və
təhsil”, 2017, 232 s.
2. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı: “MBM”,
2015, 280 s.
3. Abdullayev A., Seyidov S., Həsənov A. Müasir Azərbaycan
dili. IV hissə. Sintaksis. Bakı: “Şərq-Qərb”, 2007, 424 s.
4. Allan və Barbara Piz. Bədən dili haqqında mükəmməl kitab.
Bakı: “Qanun” nəşriyyatı, 2016, 448 s.
5. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı:
“Təhsil”, 2008, 622 s.
6. Bayramov A., Məhərrəmov Z., İsgəndərzadə M. Azərbaycan
dili və nitq mədəniyyəti. Bakı: “Ulu”, 2015, 236 s.
7. Balıyev H. Azərbaycan dili. Bakı: “Maarif”, 1982, 256 s.
8. Cəfərov S. Müasir Azərbaycan dili. II hissə. Leksika. Bakı:
“Şərq-Qərb”, 2007, 192 s.
9. Cəfərov N., Mərdanova S., Qəribli A. Azərbaycan nitq
mədəniyyəti. Bakı: “Şərq-Qərb”, 2018, 304 s.
10. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə. Fonetika,
orfoepiya, orfoqrafiya. Bakı: “Şərq-Qərb”, 2007, 256 s.
11. Dilqəm Əhməd. Fərqlilər. Bakı: “TEAS Press”, 2015, 216 s.
12. Əsgərov M.Ə. Natiqlik sənətinin əsasları. Bakı: “Maarif”,
1975, 260 s.
13. Həsənov Q., Əliyev K., Cəlilov F. Azərbaycan dili. Bakı:
Azərbaycan Universiteti Nəşriyyatı, 1989, 188 s.
14. Həsənzadə N., Pənahova G., Abbasov Ə., Azərbaycan dili
və nitq mədəniyyəti. Bakı: “Ecoprint”, 2016, 256 s.
15. Hacıyeva İ. H. Nitq mədəniyyəti. Bakı: “Politex” MMC-nin
mətbəəsi, 2014, 242 s.
16. Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə.
Morfologiya. Bakı: “Şərq-Qərb”, 2007, 280 s.
Azərbaycan dili və nitq mədəniyyəti
261
17. Xəlilov B. Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba,
qrafika, orfoqrafiya, orfoepiya. Bakı: “Bakı çap evi”, 2013,
310 s.
18. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı:
“Nurlar”, 2008, 442 s.
19. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. I hissə,
Bakı: 2000, 280 s.
20. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. II
hissə, Bakı: “Papirus NP”, 2016, 352 s.
21. Xəlilov B. Müasir Azərbaycan dili (sintaksis). Bakı: “Adi-
loğlu”, 2017, 428 s.
22. İsmayılova M.A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı:
“ADPU”, 2016, 308 s.
23. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı:
“Elm və təhsil”, 2010, 500 s.
24. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Morfologiya. Bakı:
“Elm və təhsil”, 2010, 400 s.
25. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I cild. Bakı:
“Elm və təhsil”, 2010, 452 s.
26. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı: “Maarif”,
1980, 316 s.
27. Məmmədov N. Dilçiliyin əsasları. Bakı: “Azərtədrisnəşr”,
1961, 260 s.
28. Mərdanova S.M., Abasova Ş.A., Manaflı X.F. Azərbaycan
dili və nitq mədəniyyəti. Bakı: “Bakı Universiteti”, 2016, 292
s.
29. Mikayılov Ş. Ədəbiyyat nəzəriyyəsi. Bakı: “Maarif”, 1986,
192 s.
30. Sadıqova S. Müasir Azərbaycan dilində termin yaradıcılığı
prosesi. Bakı: “Elm”, 2010, 244 s.
31. Seyidov S. Azərbaycan dili. Bakı: “Bakı Universiteti”, 2010,
360 s.
32. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika.
Bakı: “Nurlar”, 2008, 442 s.
Samirə Mərdanova
262
MÜNDƏRİCAT
GİRİŞ....................................................................................................3
BİRİNCİ MÜHAZİRƏ
AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ.....................5
"Azərbaycan dili və nitq mədəniyyəti" fənninin məqsəd və
vəzifələri.................................................................................................5
Azərbaycan ədəbi dili haqqında............................................................7
Əski dövr.............................................................................................10
Yeni dövr.............................................................................................11
Azərbaycan dilinin dövlət dili kimi işlənməsi. Dil haqqında verilən
fərman və sərəncamlar ........................................................................15
Azərbaycan əlifbasının tarixi haqqında..............................................19
M.F.Axundovun yeni əlifba uğrunda mübarizəsi................................20
Ərəb əlifbasından latın əlifbasına keçid .............................................24
Latın əlifbasından kiril əlifbasına keçid..............................................25
Yeni latın əlifbasına keçid...................................................................26
İKİNCİ MÜHAZİRƏ
NİTQ MƏDƏNİYYƏTİ VƏ NATİQLİK SƏNƏTİ
TARİXİNDƏN ..................................................................................28
Nitq mədəniyyəti haqqında anlayış ....................................................28
Nitqin mədəni və qeyri-mədəni formaları..........................................30
Mədəni nitqə verilən tələblər ..............................................................30
Nitq mədəniyyətinin başqa elmlərlə əlaqəsi.......................................35
Natiqlik sənətinin tarixi. Qədim Yunanıstanda və
Romada natiqlik sənəti........................................................................37
Azərbaycanda natiqlik sənəti..............................................................46
Natiqlik sənətinin sahələri...................................................................54
Şifahi nitqin formaları: monoloji və dialoji nitq.................................55
Azərbaycan dili və nitq mədəniyyəti
263
Nitq etiketləri.......................................................................................59
Mimika və jestlər.................................................................................63
ÜÇÜNCÜ MÜHAZİRƏ
ƏDƏBİ DİLİN NORMALAR SİSTEMİ. FONETİK NORMA:
YAZILI VƏ ŞİFAHİ NİTQ NORMALARI. ................................68
Müasir Azərbaycan ədəbi dilinin fonetikası .....................................69
Müasir Azərbaycan ədəbi dilinin saitlər sistemi ................................69
Sözlərdə saitlərin yeri..........................................................................70
Müasir Azərbaycan ədəbi dilinin samitlər sistemi .............................70
Samitlərin incə və qalınlığı .................................................................72
Fonetik norma .....................................................................................72
Orfoqrafik norma ................................................................................73
Orfoepik norma...................................................................................75
Müasir Azərbaycan ədəbi dilində fonetik qanun və hadisələr ...........77
Ahəng qanunu .....................................................................................77
Cingiltiləşmə qanunu ..........................................................................78
Fonetik hadisələr .................................................................................79
Heca.....................................................................................................84
Sözün sətirdən-sətrə keçirilməsi qaydaları.........................................84
İntonasiya ............................................................................................86
Vurğu...................................................................................................89
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları...................................92
Azərbaycan dilinin bəzi orfoepiya qaydaları....................................105
DÖRDÜNCÜ MÜHAZİRƏ
LEKSİK-SEMANTİK NORMALAR..........................................108
Sözlərin leksik, qrammatik, həqiqi və məcazi mənaları ..................108
Leksik -semantik norma .............................................................
.... 109
Sözlərin işlənmə dairəsinə görə normativliyi.................................
..111
Samirə Mərdanova
264
Forma və məzmunca söz qruplarının (çoxmənalı sözlər, omonimlər,
sinonimlər, antonimlər) leksik normalara uyğun işlədilməsi...........118
Azərbaycan ədəbi dilinin mənşəcə lüğət tərkibi
(Əsl Azərbaycan sözləri və alınma sözlər).......................................128
Frazeoloji birləşmələr........................................................................132
BEŞİNCİ MÜHAZİRƏ
MORFOLOGİYA. MORFOLOJİ NORMALAR.....................135
Azərbaycan dilinin morfoloji quruluşu.............................................137
Sözün tərkibi: kök və şəkilçi.............................................................137
Şəkilçilərin təsnifatı...........................................................................137
Morfoloji normalar............................................................................141
Sözlərin leksik və qrammatik qrupları (Nitq hissələri)....................145
Əsas nitq hissələri, onların xüsusiyyətləri və nitqdə rolu.................145
Qrammatik kateqoriyalar ..................................................................164
Köməkçi nitq hissələri, onların xüsusiyyətləri və nitqdə rolu..........167
ALTINCI MÜHAZİRƏ
SİNTAKSİS. SİNTAKTİK NORMALAR..................................176
Sintaktik əlaqələr...............................................................................176
Söz birləşmələri: ismi və feili birləşmələrin qrammatik normalara
uyğunluğu..........................................................................................180
Cümlə üzvləri: baş və ikinci dərəcəli üzvlərin normativliyi ............183
Cümlənin həmcins üzvləri ................................................................193
Əlavələr və cümlə üzvlərinin xüsusiləşməsi ....................................196
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı
olmayan sözlər (Xitab və ara sözlər) ................................................198
Cümlə ................................................................................................201
Cümlənin məqsəd və intonasiyaya görə növləri ..............................202
Sadə cümlənin şəxsə görə növləri.....................................................205
Mürəkkəb cümlə ...............................................................................208
Azərbaycan dili və nitq mədəniyyəti
265
Mürəkkəb cümlənin növləri. Tabesiz mürəkkəb cümlələr ..............210
Tabesiz mürəkkəb cümlələrdə ixtisarlar...........................................214
Tabeli mürəkkəb cümlələr
...............................................................216
Sintaktik normalar.......................................................................
.....225
YEDDİNCİ MÜHAZİRƏ
ÜSLUBİYYAT ................................................................................228
Müasir Azərbaycan dilinin üslublar sistemi.....................................229
Bədii üslub. Bədii təsvir və ifadə vasitələri......................................230
Elmi üslub..........................................................................................237
Publisistik üslub ................................................................................239
Rəsmi-işgüzar üslub..........................................................................240
Epistolyar üslub.................................................................................245
Məişət üslubu ....................................................................................246
SƏKKİZİNCİ MÜHAZİRƏ
TERMİNOLOGİYA ....................................................................248
Azərbaycanda terminologiyanın tarixi haqqında .............................248
Terminlər haqqında ümumi məlumat...............................................250
Azərbaycan dilində termin yaradıcılığının mənbə və üsulları .........251
Son dövrlərdə dilimizə daxil olan terminlər.....................................254
İxtisasa uyğun mətnlər üzərində iş ...................................................256
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.......................................260
Samirə Mərdanova
266
Qeyd üçün
Azərbaycan dili və nitq mədəniyyəti
267
AZƏRBAYCAN DİLİ
VƏ NİTQ MƏDƏNİYYƏTİ
Samirə Mərdanova
268
“Elm və təhsil” nəşriyyatının direktoru:
Professor Nadir MƏMMƏDLİ
Dizayner: Kamran İbrahimov
Texniki redaktor: Yadigar Mirbağırzadə
Çapa imzalanmış 01.07.2019
Şərti çap vərəqi 16,75. Sifariş № 120
Kağız formatı 60х84 1/16. Tiraj 500 .
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya
müəssisəsində səhifələnib, çap olunmuşdur
E-mail: nurlan1959@gmail.com
Тel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4
Dostları ilə paylaş: |