Azərbaycan dili və nitq mədəniyyəti
1
Samirə Mərdanova
AZƏRBAYCAN DİLİ
VƏ NİTQ MƏDƏNİYYƏTİ
(mühazirə mətnləri)
Bakı Dövlət Universitetinin Rektorunun
07 iyun 2019-cu il tarixli, R-81 saylı əmri
ilə təsdiq edilmişdir.
"Elm və təhsil"
Bakı -2019
Samirə Mərdanova
2
Elmi redaktor: Nizami Qulu oğlu Cəfərov,
Azərbaycanda Atatürk mərkəzinin
direktoru, akademik
Rəyçilər:
Tofiq Müzəffər oğlu Hacıyev,
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının
professoru
Adil Məhəmməd oğlu Babayev,
ADU-nun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının professoru
Şəlalə Abdulla qızı Abasova,
BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti
kafedrasının dosenti
Mərdanova S.M. Azərbaycan dili və nitq mədəniyyəti (mühazirə
mətnləri). Bakı, "Elm və təhsil", 2019, 268 səh.
Dərs vəsaiti Azərbaycan dili və nitq mədəniyyəti fənninin
proqramı əsasında yazılmışdır. Burada Azərbaycan dili və
nitq mədəniyyətinin ən vacib məsələləri öz əksini tapmış,
nitq mədəniyyəti və natiqlik sənəti, ədəbi dilin normaları, o
cümlədən üslubiyyat və terminologiya kimi problemlər şərh
edilmişdir.
BDU-nun tələbələri üçün nəzərdə tutulmuş bu dərs və-
saitindən digər ali məktəblərin tələbələri, eləcə də Azərbay-
can dilini öyrənmək və nitq qabiliyyətini inkişaf etdirmək fik-
rində olanlar yararlana bilərlər.
ISBN 978-9952-8175-0-7
© Samirə Mərdanova, 2019
Azərbaycan dili və nitq mədəniyyəti
3
GİRİŞ
zərbaycan dili və nitq mədəniyyəti” fənninin Azər-
baycan ali məktəblərində geniş tədrisinə başla-
nıldığı bir neçə il ərzində müvafiq elmi-metodiki
potensialın yaradılması istiqamətində zəruri işlər görülmüş, xü-
susilə istər mühazirə, istərsə də seminar məşğələləri mövzuları
dəqiqləşdirilmiş, müəyyən auditoriya təcrübəsi qazanılmış, eləcə
də müasir tələblərə cavab verən bir sıra fənn proqramları,
dərsliklər, dərs vəsaitləri nəşr olunmuşdur.
Təqdim olunan “Azərbaycan dili və nitq mədəniyyəti”
adlı dərs vəsaiti Bakı Dövlət Universitetinin Azərbaycan dili və
nitq mədəniyyəti kafedrası tərəfindən hazırlanmış “Azərbaycan
dili və nitq mədəniyyəti” fənninin proqramı (tərtib edənlər:
S.Abbasova və S.Seyidova; Bakı, 2018) əsasında yazılmışdır.
Hər bir fənnin tədrisində proqram nə qədər əsas olsa da, müəy-
yən təcrübəsi olan mühazirəçinin ayrı-ayrı mövzulara, problem-
lərə baxışında ümumi prinsiplərə zidd olmayan fərqlər, özünə-
məxsus mövqe, fərdi nüansların meydana çıxması nəinki qaçıl-
maz, həm də təbiidir. Tələbələrin istifadəsinə verilən yeni dərs
vəsaitində proqrama uyğunluq təmin edilməklə yanaşı, sadaladı-
ğımız keyfiyyətlər kifayət qədər əhatə olunmuşdur.
Fənnin səciyyəvi cəhəti odur ki, burada “Azərbaycan
dili” ilə “nitq mədəniyyəti” anlayışları vəhdətdə çıxış edir. Yəni
Azərbaycan dili tələbələrə onu fonetik, leksik və qrammatik
quruluşuna, funksional-üslubi imkanlarına əsaslanmaqla məhz
nitq mədəniyyəti texnologiyaları baxımından öyrədilir. Bu isə o
deməkdir ki, tədris prosesində nə dilin daxili quruluşu, funk-
sional üslubları barədə mövcud elmi-nəzəri faktları (xatırladaq
ki, bunlar müvafiq fənlərin predmetidir) təkrarlamaqla, nə də
nitq situasiyaları üzərində praktik təhlillərlə kifayətlənmək düz-
gün olmazdı. Hər hansı dilin “anatomiya”sını yaxşı bilmədən
ünsiyyət praktikasında ondan optimal istifadə, heç şübhəsiz
mümkün deyil.
A
Samirə Mərdanova
4
Mühazirə mətnlərindən ibarət vəsait “Azərbaycan dili və
nitq mədəniyyəti” mövzusu ilə başlanır ki, burada fənnin
predmeti, məqsəd və vəzifələri, ədəbi dilimizin tarixi, əlifbası
barədə məlumat verilməklə yanaşı, Azərbaycan dövlətinin dil si-
yasətini müəyyənləşdirən rəsmi sənədlərin təhlili təqdim olunur.
İkinci mühazirə nitq mədəniyyəti anlayışının şərhinə həsr
edilmiş, xalqın ümumi mədəniyyətinin tərkib hissəsi olaraq nitq
mədəniyyətinə verilən tələblər, natiqlik sənətinin tarixi,
Azərbaycan natiqliyi, nitq etiketləri barədə təsəvvür yaradıl-
mışdır.
Fənnin strukturunun məntiqi davamı olaraq üçüncü, dör-
düncü, beşinci və altıncı mühazirələr ardıcıllıqla ədəbi dilin
fonetik, leksik-semantik, morfoloji və sintaktik normalarına,
yeddinci mühazirə funksional üslublara, səkkizinci mühazirə isə
terminologiyaya həsr olunmuşdur.
Əlbəttə, hər bir dərslik, dərs vəsaiti ilk nəşrində nə qədər
uğurlu təsir bağışlasa da, illər keçdikcə tədris praktikasının tələb-
lərinə uyğun təkmilləşməli olur. Əsas odur ki, fənnin miqyası,
strukturu və metodiki sistemi bəri başdan düzgün müəy-
yənləşdirilsin. Bu cəhətdən kitab dərsliklərin, dərs vəsaitlərinin
təcrübəsinə əsaslanmaqla məhdudlaşmır, həm də ideya-məzmun,
tədris-metodiki baxımdan göstərilən tələblərə cavab verir.
Hazırladığımız “Azərbaycan dili və nitq mədəniyyəti”
adlı yeni dərs vəsaiti geniş oxucu kütləsi üçün nəzərdə tutul-
muşdur. Vəsaitdən bütün ali məktəblərin müəllim və tələbələri,
eləcə də Azərbaycan dili və nitq mədəniyyəti ilə maraqlanan
şəxslər faydalana bilərlər.
Müəllifdən
Azərbaycan dili və nitq mədəniyyəti
5
BİRİNCİ MÜHAZİRƏ
AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ
“Azərbaycan dili və nitq mədəniyyəti” fənninin məqsəd və
vəzifələri
“Azərbaycan dili və nitq mədəniyyəti” fənni artıq bir neçə
ildir ki, bütün ali məktəblərdə əsas fənlərdən biri olaraq tədris
edilir. Bu da təbiidir. Çünki Azərbaycan Respublikası Azər-
baycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil döv-
lətçiliyinin başlıca rəmzlərindən biri sayır, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bunu ölkə
prezidentinin 23 may 2012-ci ildə imzaladığı “Azərbaycan dili-
nin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifa-
dəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” adlı sərəncam və bununla bağlı 9 aprel 2013-cü ildə
qəbul edilmiş “Dövlət proqramı” sübut edir.
Müstəqil dövlətimizin atributlarından biri sayılan ana
dilimiz bu gün bütün sahələrdə - mətbuatda, rəsmi sənədlərin
hazırlanmasında, dəftərxana işlərində və s. geniş tətbiq olunur.
Belə bir dövrdə yüksək nitq mədəniyyətinə malik, hərtərəfli
inkişaf etmiş şəxslərin yetişməsinə böyük ehtiyac duyulur.
Ana dilini sevmək, bu dildə düzgün danışmaqla hamıya
nümunə olmaq hər bir müasir gəncin başlıca vəzifələrindəndir.
Bitirdiyi ali məktəbdən, ixtisasından və çalışdığı müəssisədən
asılı olmayaraq hər bir mütəxəssis insanlarla ünsiyyət qurmağı,
öz fikrini onlara aydın, dəqiq və yığcam çatdırmağı, nitqindən
onlara təsir vasitəsi kimi istifadə etməyi bacarmalıdır. Buna görə
də tələbələr nitq mədəniyyəti qaydalarına yiyələnməli, düzgün
yazı və nitq vərdişlərinə malik olmalıdırlar. Bu vərdişlərin
formalaşmasında “Azərbaycan dili və nitq mədəniyyəti”
fənninin xüsusi əhəmiyyəti vardır.
Samirə Mərdanova
6
“Azərbaycan dili və nitq mədəniyyəti” fənninin tədrisində
nitq mədəniyyəti məsələləri Azərbaycan dilinin qrammatikası ilə
əlaqəli şəkildə öyrədilir. Bu fənn tələbələrin dilin incəliklərinə
dərindən bələd olmaq, onların öz fikir və düşüncələrini həm
yazılı, həm də şifahi formada düzgün ifadə etmək, sərbəst fikir
yürütmək bacarıqlarına yiyələnməsinə şərait yaradır. Yalnız bu
üsulla onlar təcrübə qazanıb mütəxəssis kimi yetişə bilərlər.
“Azərbaycan dili və nitq mədəniyyəti” fənninin məqsəd
və vəzifəsi tələbələrin yüksək nitq mədəniyyətinin formalaş-
dırılması, onların şifahi və yazılı nitqlərinin inkişaf etdirilməsi-
dir. Fənnin tədrisi zamanı tələbələrə auditoriya qarşısında mə-
ruzə etmək, nitq söyləmək, bu zaman onların nitqini inkişaf
etdirmək məqsədilə sözlərdə və cümlələrdə vurğunun düzgün
qoyulması, fikri səlis və dəqiq ifadə etmək üçün sinonimlərdən
istifadə edilməsi, nitqdə intonasiya, fasilə və s. kimi məsələlər
mənimsədilir.Tələbələr bu fənn vasitəsilə nitq mədəniyyətinin
xüsusiyyətlərini, natiqlik sənətinin tarixi və onun sirləri ilə
yanaşı, Azərbaycan dilinin fonetik, leksik, qrammatik
qayda-qanunlarını, orfoqrafiya və orfoepiyasını dərindən
mənimsəyir və nitq vərdişlərinə yiyələnirlər.
Tələbələrdə bu fənn haqqında ilk təəssürat yaratmaq
məqsədilə aşağıdakı bəndləri nəzərə çatdırmağı vacib sayırıq:
1. Norma. Hər bir şəxs ədəbi dilin normalarına (fonetik,
leksik, qrammatik) uyğun gözəl, səlis danışmağı və yazmağı
bacarmalıdır.
2. Məzmun. Nitqin məzmunu aparıcı rola malikdir.
Məzmun dərin bilik, zəngin söz ehtiyatı və möhkəm hafizə
hesabina başa gəlir. Buna görə də danışan daim öz üzərində
işləməli, əlavə mütaliə etməklə öz biliyini, dünyagörüşünü
artırmalı, möhkəm hafizəyə malik olmalıdır.
3. Təbiilik. Nitq şəxsi fikirlər əsasında hazırlanmalıdır,
yəni əzbərlədiyini deyil, düşündüyünü söyləmək daha düzgün-
dür. Bu zaman nitq daha təbii, səmimi, inandırıcı olur və asan
Azərbaycan dili və nitq mədəniyyəti
7
yadda qalır. Təbii nitq insanda özünəinam hissi və sərbəstlik
yaradır.
4. Mədəni nitqin tələblərinə əməl etmək.
yığcamlıq (geniş fikri az sözlə ifadə etmək)
aydınlıq (fikrin dəqiq verilməsi, aydın diksiya)
ifadəlilik (sinonim, frazem, aforizm, məcaz və s. –dən
istifadə)
kobud sözlərə yol verməmək (əks halda danışan etik
normanı pozaraq özünü hörmətdən sala bilər).
dialekt sözlərdən və ləhcədən uzaq olmaq (ədəbi dil xalq
danışıq dilinin əsasında formalaşsa da, dialektə qarşı durur).
əcnəbi vahidləri, alınmaları lüzumsuz işlətməmək.
5. Səs, intonasiya və vurğu. Danışan dinləyicinin diq-
qətini cəlb etmək üçün intonasiya çalarlarından və vurğudan
düzgün istifadə etməklə, fikrini hamının eşidə biləcəyi səs to-
nunda ifadə etməlidir.
6. Mimika. Nitq prosesində danışanın üzündə emosional
rəng və çalarlar nəzərə çarpmalıdır (əks halda nitq çox sönük
və cansıxıcı ola bilər).
7. Jest. Jestlər məna ilə bağlı olub, sözü, fikri nəzərə
çatdırıb, tamamlamalıdır. Artıq jestə yol verilməməlidir.
8. Göz təması. Göz təması danışan və dinləyici arasında
əsas anlaşma vasitəsi olub, nitqin uğurlu olmasını təmin
etməlidir.
Sadaladığımız tələblər nitq mədəniyyətinin, natiqlik
sənətinin ayrılmaz hissələridir. Nitq mədəniyyətinə yiyələnmək
istəyən hər kəs bu tələblərə əməl etməlidir.
Azərbaycan ədəbi dili haqqında
Qədim tarixə malik olan Azərbaycan dili böyük inkişaf
yolu keçmişdir. Hazırda istifadə etdiyimiz ədəbi dil ümumxalq
danışıq dilinin əsasında formalaşıb inkişaf etmişdir. Deməli,
Samirə Mərdanova
8
Azərbaycan ədəbi dili ümumxalq danışıq dilinin cilalanmış və
normalaşdırılmış formasıdır.
Ədəbi dilin (nitqin) iki forması vardır:
1. Şifahi ədəbi dil və ya şifahi nitq
2. Yazılı ədəbi dil və ya yazılı nitq
Məlumdur ki, nitq dilin təzahür formasıdır. Dil ümumi
xarakter daşıyır, yəni bütün xalqa məxsus olub, ictimai ünsiy-
yət vasitəsi rolu oynayır. Nitq isə bundan fərqli olaraq fərdi
olub, ünsiyyət prosesində özünü göstərir və danışanın, yaxud ya-
zanın dünyagörüşü, savadı, mədəni səviyyəsi ilə bağlı olur.
Buradan aydın olur ki, şifahi dil ilə şifahi nitq, yazılı dil ilə
yazılı nitq arasında elə böyük fərq yoxdur.
Müasir dövrdə şifahi nitqin inkişaf etdirilməsində radio
və televiziyanın, yazılı nitqin inkişaf etdirilməsində isə mətbua-
tın böyük rolu vardır. Şifahi və yazılı nitqin (dilin) özünəməxsus
fərqli cəhətləri vardır:
1. Şifahi ədəbi dil daha əvvəl, hələ əlifba və yazı
meydana çıxmamış, yazılı ədəbi dil isə daha sonra, şifahi dilin
yazıya köçürülməsi yolu ilə yaranmışdır.
2. Şifahi nitq danışılır və eşidilir, yazılı nitq isə yazılır
və oxunur.
3. Şifahi nitq leksikasında hamıya aydın, ümumişlək
sözlərə daha çox yer verilir. Yazılı nitqdə isə elmi, siyasi, texniki
və başqa terminlər çox olur.
4. Şifahi nitqdə cümlələr əsasən qısa və quruluşca sadə
olur, yazılı nitqdə isə əksinə, uzun və mürəkkəb cümlələrdən
daha çox istifadə olunur.
5. Şifahi nitqin tempi çox sürətlidir, yazılı nitqin sürəti
isə xeyli zəifdir. Obrazlı şəkildə desək, “şifahi nitqlə yazılı nitq
arasındakı fərq qaçmaqla yeriməyi xatırladır”.
6. Şifahi nitq orfoepik normalara tabedir, burada nitqi
daha aydın edən imkanlardan-intonasiya, vurğu, fasılə,
həmçinin, mimika və jestlərdən istifadə edilir, yazılı nitq isə
Azərbaycan dili və nitq mədəniyyəti
9
orfoqrafik normalara tabe olur, burada durğu işarələrinin
yerli-yerində işlənməsinə diqqət yetirilir.
7. Şifahi nitq müəyyən vasitə olmadan bu və ya digər
fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir, lakin yazılı nitq
hər hansı bir məlumatın nəsildən-nəslə keçməsində əsas rol
oynayır.
Şifahi dildə yaranan ilkin ədəbiyyat nümunələri –
bayatılar, laylalar, atalar sözləri, tapmacalar, nağıllar, dastanlar
və s. şifahi ədəbi dilin əsasını qoymuşdur. Məsələn, şifahi ədəbi
dilə ən gözəl nümunə xalqımızın qəhrəmanlıq dastanı olan
“Kitabi-Dədə Qorqud” dastanı sayıla bilər. 2000-ci ildə dastanın
YUNESKO tərəfindən keçirilən 1300 illik yubileyinə istinad
edərək hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən şifahi
ədəbi dilin 1300 ildən çox yaşının olduğunu deyə bilərik.
Yazılı ədəbi dilin formalaşıb inkişaf etməsində şair və
yazıçıların böyük rolu olmuşdur, onlar öz əsərləri ilə xalq dilinin
söz və ifadələrini, qayda-qanunlarını cilalayaraq daha mükəm-
məl şəklə salmışlar.
Azərbaycan ədəbi dilinə aid ilkin yazılı nümunə (İ.Hə-
sənoğlunun qəzəli) XIII əsrə aid olduğuna görə, yazılı ədəbi di-
lin başlanğıcı həmin dövrdən götürülür:
Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər,
Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi-sərvər.
Qeyd: XIII əsrə qədər dövrün tələbinə görə, Azərbaycan
yazısında fars dili hakim mövqe tutmuş, bu dil poeziya dili
hesab olunmuşdur. Ona görə də dövrün şairləri – N.Gəncəvi,
M.Gəncəvi, X.Şirvani və b. öz əsərlərini bu dildə yazmaq məc-
buriyyətində qalmışlar.
Azərbaycan ədəbi dili öz inkişafı müddətində iki böyük
dövrü əhatə edir:
1.Əski dövr ( XIII-XVII əsrlər)
2.Yeni dövr ( XVIII əsrdən bu günə qədərki dövr)
Hər iki dövrün özünəməxsus xüsusiyyətləri var.
Samirə Mərdanova
10
Əski dövr
Əski dövr Azərbaycan ədəbi dili öz inkişafında iki mər-
hələdən keçmişdir:
1.Ədəbi dilin təşəkkül mərhələsi (XIII – XIV əsr)
2.Klassik şeir dili mərhələsi (XV – XVII əsrlər)
Bu dövrdə ədəbi dilimiz İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli kimi
nəhəng sənətkarlarla təmsil olunmuşdur. Səfəvilər dövlətinin
banisi Xətainin dövründə Azərbaycan dili dövlət dili statusu
almış, rəsmi yazışmalar ana dilində aparılmışdır. Buna əsasən
demək olar ki, rəsmi üslub hələ əski dövrdə, yəni XVI əsrdə
formalaşmışdı. Xətai dövlət başçısı olmaqla yanaşı, həm də şair
olmuşdur. Onun “Dəhnamə” və “Nəsihətnamə” əsərləri, həmçi-
nin M.Füzulinin ana dilindəki qəzəlləri, “Leyli və Məcnun”
poeması ədəbi dilin klassik şeir dili mərhələsini təşkil et-
mişdir.
Əski dövr ilə yeni dövr arasında bir sıra fərqlər
mövcuddur:
1. Fonetika sahəsində - bəzi sözlərin yazılışında dəyişik-
liklər özünü göstərirdi, məs: av-ov; dutmaq-tutmaq; bən-mən;
yiğit – iğid; yıldız – ulduz; yıldırım – ildırım, yalov- alov, yüz -
üz , qanı – hanı, qamu – hamı, qansı - hansı və s.
Necəsün, gəl, ey yüzi ağüm bənüm!
Sən əritdün odlara yağüm bənüm.
(İ.Həsənoğlu)
2. Leksika sahəsində - yeni dövrdə əski Azərbaycan
ədəbi dilinin Osmanlı dili ilə müştərək olan bir sıra sözləri
(şimdi, şöylə, böylə, şu, kəndi, iştə və s.) artıq işləkliyini itir-
məyə, dilimiz üçün fəal sayılan sözlər (sayru – xəstə, güz-payız,
görklü-gözəl, tanıq-şahid, uçmaq-cənnət, ayıtmaq-demək və s.)
arxaikləşməyə başlamış, əski dövrdə istifadə olunan alınma
Azərbaycan dili və nitq mədəniyyəti
11
sözlərin bir çoxu yeni dövrdə ədəbi dili tərk etməyə məcbur
olmuşdur.
Səndən neçə min can ayrı düşdü,
Tən ya çürüdü, ya sayru düşdü.
(Ş.İ.Xətai)
3. Qrammatika sahəsində də bir sıra fərqlər özünü
göstərirdi. Məs: Felin III şəxs –dürür şəkilçisi öz vəzifəsini
-dür (hökmdürür-hökmdür) şəkilçisinə vermişdir və s. Məsələn:
Ol pərivəş kim, məlahət mülkünün sultanıdır,
Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.
(M.Füzuli)
Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha
çox ərəb-fars dilinin sintaktik modelinə uyğun idi, yəni təyin
edən söz təyin olunan sözdən sonra işlənmişdir Məs: fəsli-gül.
İkinci dövrdə, yəni yeni dövrdə isə artıq təyin edən söz bir
qayda olaraq təyin olunan sözdən əvvələ keçmişdir: gül fəsli.
Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
(M.Füzuli)
Yeni dövr
Azərbaycan ədəbi dilinin bu dövrü üç mərhələni əhatə
edir:
1. Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr)
Bu dövrdə M.P.Vaqif yaradıcılığı ilə ədəbi dil yeni
inkişaf mərhələsinə qədəm qoymuşdur. Böyük Azərbaycan şairi
M.P.Vaqif dilin xəlqiliyini üstün tutaraq dilimizdəki ərəb və
Samirə Mərdanova
12
fars sözlərinə qarşı mübarizə aparmış, öz əsərlərində xalis
Azərbaycan sözlərinə daha çox yer vermiş və ədəbi dilin xalq
dilinə daha da yaxınlaşmasına nail olmuşdur. Elə buna görə də
bir neçə əsr keçməsinə baxmayaraq, onun əsərlərinin dili hamı
tərəfindən asanlıqla başa düşülür:
Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Düğiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.
(M.P.Vaqif)
2. Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsi
(XIX əsr - XX əsrin əvvəli)
Bu dövrdə Azərbaycan dili artıq böyük inkişaf mər-
hələsinə qədəm qoyurdu; məs: əgər əski dövrdə əsasən ana
dilində seirlər (qəzəllər, qəsidələr və s.) yazılırdısa, artıq yeni
dövrdə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılmağa, qəzet və
jurnallar (“Əkinçi”, “Kəşkül”, “Şərqi-rus”, “Tərəqqi”, “Molla
Nəsrəddin”, “Füyuzat”, “Həyat”, “Tazə həyat”, “Şəlalə” və s.)
nəşr olunmağa başlayırdı. Ümumiyyətlə, XIX əsr Azərbaycanın
ictimai həyatının inkişaf dövrü sayılırdı. Dramaturgiyanın
(1850-55), milli teatr (1873) və mətbuatın (1875-77) əsasının
qoyulması kimi əlamətdar hadisələr məhz bu dövrə təsadüf edir.
Bu hadisələr milli dilin formalaşması və inkişafında böyük
nailiyyət sayılır ki, bu nailiyyətlərin həyata keçirilməsində
dövrün bir sıra maarifpərvər ziyalıları – M.F.Axundov,
N.Vəzirov, H.Zərdabi, C.Məmmədquluzadə və b. mühüm rol
oynamışlar.
Bu mərhələdə baş verən ən vacib məsələlərdən biri də
ana dilinin saflığı uğrunda mübarizə, yəni dilin yad təsirlərdən
təmizlənib, daha sadə və anlaşıqlı olması, milliləşməsi məsələsi
idi. Belə ki, dilimizin tərkibində dilə yatmayan alınma sözlərdən
həddən artıq istifadə onun sadəliyini pozur, onu ağırlaşdırır,
Azərbaycan dili və nitq mədəniyyəti
13
korlayırdı. Bu sahədə dövrün ziyalıları arasında fikir müx-
təlifliyi mövcud idi. Dilə bu cür münasibət mətbuatda da özünü
göstərirdi. Məs; “Molla Nəsrəddin” jurnalının dili, üslubu sadə
və anlaşıqlı olduğu üçün xalq dilinə daha yaxın idi, “Füyuzat”
jurnalının dili, üslubu isə əksinə alınma sözlərlə dolu olduğu
üçün geniş xalq kütlələri tərəfindən başa düşülmürdü. Buna görə
də dövrün bir sıra ziyalıları – M.F.Axundov, C.Məmmədqulu-
zadə, Ə.Haqverdiyev, F.Köçərli, Ü.Hacıbəyov, N.Nərimanov və
b. ana dilinin saflığı uğrunda müxtəlif üsul və vasitələrlə
mübarizə aparırdılar. Onlar həm öz yaratdıqları əsərləri sadə,
aydın Azərbaycan dilində yazırdılar, həm də bu məsələ ilə bağlı
fikir və mülahizələrini cəsarətlə bildirirdilər. Məs; M.F.Axun-
dov ədəbiyyat və elm dilinin bütün xalqın anlayacağı bir dil
olmasını, ərəb, fars dillərindən alınmış sözlərin yazılış və tələf-
füzündə Azərbaycan dilinin, həm də Azərbaycan xalq dilinin
qanunlarının gözlənilməsini tələb edirdi: “… təvəqqe edirəm ki,
sən də mənim kimi adəmi türk dilində adam yazasan, toxmi –
toxum, cifti – cüt, müqəyyidi – müğayat, övrəti – arvad, qaidəni
– qayda və habelə…” Yaxud C.Məmmədquluzadə “Anamın
kitabı” əsərində dilimizin üç yöndən korlandığını (ərəb-fars,
rus-Avropa, türk-Osmanlı) ifşa edir, dil birliyini Vətən birliyi
kimi mənalandırırdı. O, dogma dilimizi hər addımda müdafiə
edərək onun inkişafına mane olanlara deyirdi: “Bəzi yazıçılar
dilimizdə olan sözləri dəyişdirirlər, habelə Azərbaycan dilinin
tərkiblərini və qanunlarını kənara qoyub, fars və ərəb tərkibləri
qanunlarını işlədirdilər. Hələ “pədər”,“madər”, “nan” kimi
sözlər səhldir, ərəb və fars dilindən elə bir xoruz səsi eşitməyən
kəlmələr və ibarələr lüzumsuz yerə işlədirdilər ki, dəxi onları
ərəb və farsca az savadlılar oxuyub başa düşmür və bu icad
etdikləri qatış –bulaş dilin adını ədəbi dil qoyub, açıq ana dilini
çoban dili adlandırdılar...” Görkəmli ədəbiyyatşünas F.Köçərli
də öz “Ana dili” məqaləsində bu mövzuya toxunaraq
yazırdı: “Millətini sevən, onun mənəvi diriliyinə çalışan,
tərəqqisi yolunda əmək sərf edən, yazıçılarımızdan, ədiblərimiz-
Samirə Mərdanova
14
dən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asan-
laşdırsınlar, ana dilindən uzaq düşməsinlər... Fikirlərini açıq və
sadə dildə yazsınlar, ta ki onların yazdıqlarını oxuyan anlasın,
düşünsün və ayılsın”.
Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lü-
ğətləri, qrammatik tədqiqatlar aparılsa da, Azərbaycan dilinə aid
elmi əsərlər və dərsliklər əsasən bu dövrdən, yəni XIX əsrdən
etibarən yazılmağa başlamış, elmi üslub formalaşmışdır. Məs:
Görkəmli türkoloq, şərqşünas alim Mirzə Kazım bəyin “Türk--
tatar dilinin ümumi qrammatikası” monoqrafiyası bu qəbildən-
dir. Məhz bu əsərə görə o, “Demidov” mükafatına layiq görül-
müşdür.
Bu dövrdə bir sıra görkəmli şəxsiyyətlər Azərbaycan
dilinə maraq göstərir, onu öyrənməyə çalışırdılar ki, bunlardan
biri də böyük rus şairi M.Y.Lermontov idi. O, Azərbaycan dil-
inin Şərqdəki mövqeyini fransız dilinin Avropadakı vəziyyətinə
bərabər tuturdu: “… dağları aşdım, Şuşa, Quba, Şamaxı şəhər-
lərində oldum… Azərbaycan dilini öyrənməyə başladım; həmin
dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada
olduğu qədər zəruri bir dildir”.
3. Müasir mərhələ (XX əsrin əvvəlləri və ondan
sonrakı dövr).
Yeni dövrün müasir mərhələsində Azərbaycan ədəbi
dilinin inkişafında 3 əsas meyil özünü göstərirdi ki, ədəbi dil
sahəsindəki bu vəziyyət XX əsrin əvvəllərindən 30-cu illərədək
davam etdi:
1) Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli. Bu
meyil əsasən özünü “Molla Nəsrəddin” jurnalında və bu jurnalın
əməkdaşlarının
(C.Məmmədquluzadə,
M.Ə.Sabir,
Ə.Haqverdiyev və b.) əsərlərində göstərirdi.
2) Daha çox Osmanlı (indiki türk) və əski Azərbaycan
dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu,
“Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin, Ə.
Hüseynzadə kimi maarifpərvər yazıçıların dilində özünü
Azərbaycan dili və nitq mədəniyyəti
15
göstərirdi. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki,
seçilmirdi;
3) Hamı tərəfindən anlaşılan, heç bir dialekt təsirini
qəbul etməyən, ədəbi dil normalarına əsaslanan ədəbi dil
yaratmaq meyli. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn,
A.Səhhət kimi şair və yazıçılar yaradırdılar.
Azərbaycan dilinin dövlət dili kimi işlənməsi.
Dil haqqında verilən fərman və sərəncamlar.
Dil hər bir xalqın milli varlığını müəyyən edən, mənəvi
dəyərlərini inkişaf etdirən və yaşadan başlıca amillərdəndir.
Azərbaycan xalqının milli dili Azərbaycan dilidir.
Respublikamızın 9 milyonluq əhalisinin gündəlik ünsiy-
yət vasitəsi və rəsmi dövlət dili olan Azərbaycan dili, həmçinin,
Cənubi Azərbaycanda, Rusiyada, ABŞ–da, Türkiyədə, Qərbi
Avropada və dünyanın bir çox ölkələrində yaşayan azərbay-
canlıların ana dilidir.
Azərbaycan dili geneoloji cəhətdən türk dilləri ailəsinin
oğuz dilləri qrupuna aiddir. Buraya Azərbaycan dili ilə birlikdə
onunla eyni kökdən olan türk, türkmən, qaqauz dilləri də
daxildir.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna
görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu
dil özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti
cəlb edir. Hələ qədim zamanlardan dilimizdə yaranan şifahi və
yazılı ədəbiyyat nümunələri bunu bir daha təsdiq edir.
Azərbaycan dilinin dövlət dili kimi işlənmə tarixi XVI əsrə
təsadüf edir və Səfəvilər dövlətinin banisi Ş.İ.Xətainin icti-
mai-siyasi fəaliyyəti ilə bağlıdır. Dilimiz ilk dəfə onun tərəfin-
dən dövlət dili səviyyəsinə yüksəldilmiş, sarayda bütün kargü-
zarlıq işləri, eləcə də ordu içində və qismən beynəlxalq yazış-
malar Azərbaycan (türk) dilində həyata keçirilmişdir. Lakin
dilimizin mövcud rəsmi vəziyyəti qısa bir dövr yaşamışdır.
Samirə Mərdanova
16
Tarixin müxtəlif mərhələlərində Azərbaycan dili müxtəlif
adlarla (“türk dili”, “türk-tatar dili”, “tatar dili” və s.) adlandırıl-
mışdır. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti
dövründən türk dili rəsmi dövlət dili elan olunmuş, Sovet
çevrilişindən sonra, 30-cu illərə qədər də bu hal davam etmişdir.
SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha
doğrusu, Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusi-
yasında dillə bağlı bir maddə yox idi. Yalnız 1956-cı ildə Azər-
baycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına
Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi.
Lakin çox keçmədi ki, bu qərar “mərkəzin” narazılığı nəti-
cəsində ləğv edildi.
Respublikamız müstəqillik əldə etdikdən sonra 1992-ci ilin
22 dekabrında verilən fərmanla Azərbaycan Respublikasının dili
yenidən türk dili adlandırıldı.
Ana dilimizin inkişafı və qorunması əsasən Ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilini sevən,
ona hörmətlə yanaşan Ümummilli lider H.Əliyev dilə münasi-
bətdə hər kəsə örnək olmuş və hələ hakimiyyətə gəldiyi ilk
illərdə bir çox ziyalının cəsarət etmədiyi halda müxtəlif
tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi
dəyəri göstərmişdi. Məsələn: O, 1969 – cu ildə BDU-nun 50
illik yubileyində söylədiyi nitqi xatırlayaraq deyirdi:
“Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edər-
kən, şübhəsiz ki, ana dilimdə - Azərbaycan dilində danışdım. Bu
böyük sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, – nə cür
olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və
bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasi-
bətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən,
milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir
hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir
qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu, mənim ana
dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da
Azərbaycan dili və nitq mədəniyyəti
17
deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək
isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”.
1978-ci ildə Ulu öndər daha bir tarixi uğura imza atdı.
Belə ki, onun təklifi ilə elə həmin ildə Azərbaycan SSRİ-nin
Konstitusiyasına 73-cü maddə daxil edildi və ilk dəfə olaraq rus
dili ilə yanaşı, Azərbaycan dili də rəsmi dil statusu əldə etdi.
Həmin dövrdə Azərbaycan milli dilə Konstitusiya qanunu səviy-
yəsində dövlət statusu vermiş üç keçmiş sovet respublikasından
biri və yeganə türk müsəlman respublikası idi.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən
sonra 1995-ci il noyabrın 12-də Azərbaycanın ilk demokratik
konstitusiyası qəbul edildi. Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili
olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və
qorunması işi daha da gücləndi və bir-birinin ardınca fərman və
sərəncamlar imzalandı.
2001-ci il iyunun 18-də H.Əliyev “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Məhz
bu fərmana əsasən ölkəmizdə latın qrafikalı Azərbaycan əlif-
basına keçid reallaşdı. Həmçinin fərmanda Azərbaycan Prezi-
denti yanında Dil Komissiyasının yaradılması nəzərdə tutulurdu
ki, komissiya dövlət dilinin və latın qrafikasının tətbiqi işinin
təkmilləşdirilməsinə nəzarət etmək və bu prosesi tənzimləmək
məqsədi daşıyırdı.
Fərmana əsasən 2002-ci il sentyabrın 30-da 3 fəsil, 20
maddədən ibarət “Dövlət dili haqqında” qanun qəbul edildi.
Qanunda bir sıra məsələlər ön plana çəkilirdi:
1. Respublikada keçirilən bütün rəsmi tədbirlər Azər-
baycan dilində aparılmalıdır.
2. Respublikada təhsil dövlət dilində aparılmalıdır. Di-
gər təhsil müəssisələrində isə dövlət dilinin tədrisi məcburidir.
3. Bütün xidmət sahələrində, reklam və elanlarda dövlət
dili işlənməlidir.
Samirə Mərdanova
18
4. Respublikada bütün kütləvi informasiya vasitələri (mə-
tbuat, televiziya, radio və s.) Azərbaycan dilinin normalarına
riayət olunmasını təmin etməlidir.
5. Azərbaycanda beş ildən bir yazı normalarını müəyyən
edən orfoqrafiya lüğəti nəşr olunmalı və bütün vətəndaşlar ona
əməl etməlidirlər.
6. Respublikada dövlət dilinə qarşı gizli, yaxud açıq təb-
liğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək
qadağandır.
2001-ci il avqustun 9-da H.Əliyev yeni fərman “Azər-
baycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” mühüm bir sənəd imzaladı. Fərmanda deyilirdi:
“Hər il avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan
əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin”.
Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevril-
məsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər
tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev
tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu gün
Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
İ.Əliyev 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilin-
də latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan
dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı
hazırlanmış və nəşr olunmuşdur.
23 may 2012-ci il tarixdə ölkə prezidenti “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət
proqramının hazırlanması barədə” daha bir sərəncam im-
zaladı. Sərəncamın davamı olaraq 2013-cü il 9 aprel tarixin-
də, 2013-2020-ci illər ərzində bir sıra zəruri tədbirlərin
həyata keçirilməsi barədə Dövlət Proqramı imzalandı.
Proqramda Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət
qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik
Azərbaycan dili və nitq mədəniyyəti
19
araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılması, dil və nitq
mədəniyyətinin yüksəldilməsi və s. vəzifələrin yerinə yetirilməsi
nəzərdə tutulurdu.
2018-ci il 1 noyabr İ.Əliyev daha bir sənəd – “Azərbay-
can dilinin saflığının qorunması və dövlət dilindən istifadə-
nin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
fərman imzaladı. Fərmana əsasən Dövlət Dil Komissiyası
yanında Monitorinq Mərkəzi yaradılması nəzərdə tutulmuşdur
ki, mərkəz kütləvi informasiya vasitələrində ana dilinin saflı-
ğının qorunması və dildən istifadənin yaxşılaşdırılması kimi
məsələlərə nəzarət etmək məqsədi daşıyır.
Azərbaycan əlifbasının tarixi haqqında
Əlifba bu və ya digər dilin yazısında işlədilən, həmin dil
üçün qəbul edilmiş qaydada düzülmüş qrafik işarələr toplusudur.
Müasir Azərbaycan dilinin mükəmməl yazısını əks etdirən
əlifbada 32 hərf (qrafik işarə) vardır.
Azərbaycan xalqı tarixən müxtəlif ictimai-siyasi, tarixi
və digər səbəblər üzündən bir neçə əlifba sistemindən istifadə
etməli olmuşdur:
VII əsrin II yarısından 1929-cu ilə qədər ərəb əlifbası
mövcud olmuşdur.
1929-1939cu illər – latın əlifbasından istifadə olunmuş-
dur.
1940- 1991-ci illər kiril qrafikalı əlifbadan istifadə
olunmuşdur.
1991-ci ildən latın qrafikalı əlifbaya keçid baş ver-
mişdir (bu dövrdə paralel olaraq həm kiril, həm latın əlifba-
larından istifadə olunduğuna görə, pərakəndə dövr sayılır).
2001-ci il avqustun 1-dən ölkədə qəti şəkildə latın
qrafikalı əlifbaya keçid baş vermişdir (2001-ci il 18 iyun
H.Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” fərmana əsasən).
Samirə Mərdanova
20
Azərbaycanda yazının yaranma tarixi çox qədim dövrlərə
gedib çıxır. Onun əlifbadan əvvəlki dövrü piktoqrafik yazı ilə
(müxtəlif şəkil və simvollar əsasında formalaşdırılan təsvir
vasitəsi) seçilir. Bu yazı nümunələri respublikamızın bir çox
ərazilərində — Qobustanda, Qazaxda, Gədəbəydə, Naxçıvanda
qeydə alınmışdır.
Əldə olan materiallara əsasən, qeyd etmək lazımdır ki,
ulu babalarımız tarixin müəyyən mərhələsində qədim türk–uy-
ğur əlifbasından, daha sonra alban əlifbasından istifadə etmişlər.
VII əsrin II yarısında xalqımız ərəb istilası ilə əlaqədar
İslam dini ilə bərabər, ərəb əlifbasını qəbul etmək məcburiy-
yətində qalmışdır. Əsrlər boyu ərəb əlifbasından azərbaycan-
lılarla bərabər bir çox türk xalqları — türklər, özbəklər, türk-
mənlər, tatarlar, həmçinin farslar və b. istifadə etmişlər.
Ərəb əlifbası Azərbaycan dilinə kamilən uyğun olmasa da,
keçmiş dövrlərdə bu əlifba vasitəsilə çox sayda dəyərli ədəbi və
elmi əsərlər yaradılmışdır. Lakin ərəb əlifbası quruluşca başqa
əlifbalara nisbətən mürəkkəb əlifba hesab olunurdu. Bu əlifbada
yazının sağdan sola yazılması, saitlərin azlığı, hərflərin çoxunun
bir neçə yazılış formasının olması, saysız-hesabsız işarələrdən -
nöqtələrdən istifadə olunması dilimizin fonetik quruluşuna
uyğun deyildi və bütün bunlar yazımızı ağırlaşdırır, ədəbi
dilimizin inkişafına mane olurdu. Bu da görkəmli alim və
yazıçılarımızın diqqətini cəlb edir, onları düşündürürdü.
M.F.Axundovun yeni əlifba uğrunda
mübarizəsi
İlk dəfə Azərbaycanda əlifbanı dəyişmək ideyası XIX
əsrdə böyük mütəfəkkir M.F.Axundov tərəfindən irəli sürülmüş-
dür. Teatr və dram əsərləri yazmasına baxmayaraq,
M.F. Axundovun əlifba düzəlişinə böyük təsiri olmuşdur.
Bundan əvvəl Tbilisidə tərcüməçi kimi fəaliyyət göstərmiş
Azərbaycan dili və nitq mədəniyyəti
21
Axundov 1857-ci ildən əlifba islahatı uğrunda fəal mübarizəyə
başlamış və ömrünün 20 ildən çoxunu bu işə sərf etmişdir.
Böyük maarifçi Yaxın Şərq xalqlarının mədəni geriliyinin
səbəblərindən birini köhnə ərəb əlifbasında görür və bu barədə
məktublarında yazırdı: “Allaha and olsun ki, hər zaman ki
həmvətənlərimiz və həmməzhəblərimizin vəziyyətini və onların
cəhalətdə qalmasını xatırlayıram, təəssüf atəşinin tüstüsü
qəlbimdən beynimə vurur. Bu vəziyyətin və cəhalətin səbəbi
elmsizlik və savadsızlıqdır. Elmsizlik və savadsızlıq isə islam
əlifbasının çətinliyinin nəticəsidir ki, bunun da əlacı ən asan bir
çarə - yəni islam əlifbasını dəyişdirməkdir”.
Axundov ərəb əlifbasının Azərbaycan yazısı üçün yararsız,
tədris üçün ağır olduğunu göstərərək deyirdi ki, bu əlifbanı 3-4
ilə ancaq öyrənmək olur, onu öyrənmək uşağa riyaziyyatı
öyrənməkdən ağır gəlir.
Beləliklə, ərəb əlifbasının çatışmazlıqlarını müəyyən edən
Axundov yeni əlifba layihəsi hazırlamağa başlayır. O, bu işlərə
ciddi yanaşmağı tələb edir və tədris, nəşriyyat işlərini asanlaşdıra
bilən əlifba yaratmağı lazım bilirdi. Buna görə də o deyirdi: “Bizə
elə bir əlifba ixtira etmək lazımdır ki, onun nəticəsində 3 məqsədə
çatmaq mümkün olsun. Yəni – birinci – asan oxumaq; ikinci –
asan yazmaq; üçüncü – asan çap etmək. Ancaq belə olduqda,
köhnə əlifbanı dəyişdirmək vacib işlərdən sayıla bilər”.
Layihələrindən birində o, köhnə əlifbanı sadələşdirmək,
yəni əlifbaya sait hərflər əlavə etmək, nöqtələri atmaq, hər
hərfə xüsusi şəkil düzəltməklə kifayətlənir. Axundov bu əlifba
layihəsini bir neçə ölkəyə göndərir. 1863-cü ildə özü də bu işlə
bağlı Türkiyəyə gedir və layihəni əvvəlcə Xarici İşlər naziri
Əli paşaya təqdim edir. Əli paşa Axundovun məramını biləndən
sonra deyir: “Gözəl şeydir, İstanbulda on il bundan əvvəl bəzilə-
ri bu məsələni başa düşüb bir məclis təşkil etmişdilər. Lakin
iş yarımçıq qaldı”. Daha sonra Axundov layihəni baş nazir Fuad
paşaya təqdim edərək ona öz fikrini çatdırır: “Müsəlmanların
tərəqqisi üçün əlifbadan əhəmiyyətli bir şey yoxdur. Köhnə
Samirə Mərdanova
22
əlifba elmləri öyrənmək qapısını xalqın üzünə bağlayıb. Yalnız
əyanlar və sərvət sahibləri savad əldə etməyə qadirdir ki, o da
çox çətinliklə müyəssər olur”. Fuad paşa ilk baxışda layihəni
bəyənir. Lakin Axundov xatirələrində Fuad paşanın sonraki
görüşdə səmimi olmadığını qeyd edir.
Layihə bir neçə dəfə Türkiyə Elmlər Akademiyasında
müzakirə edilir. Birinci toplantıda dəstəklənsə də, sonra müba-
hisələrə səbəb olur. Sonda əlifbanın qəbul edilə bilməyəcəyi və
bu yolda olan problemlər sadalanır:
Yeni əlifbada hərflərin şəkli qüsurludur;
Yeni hərflər türk dilinə uyğun deyil;
Yeni hərflərin qarşılığı mətbəələrdə yoxdur;
Bu əlifba qəbul edilsə, gərək bütün köhnə ədəbiyyat məhv
edilsin, bu isə mümkün deyil.
Axundovun İstanbul səfəri uğursuzluqla nəticələnir və bu
səfərdən xatirə olaraq ona yalnız könlünü almaq üçün verdikləri
“Məcidiyyə” ordeni qalır.
İstanbuldan qayıtdıqdan sonra M.F.Axundov yeni əlifba
haqqında ikinci bir layihə tərtib edir və bu dəfə onu Tehrana
göndərir. Hətta fanatik İran ruhanilərindən ehtiyat etdiyi üçün, o,
layihədə hərflərin şəklini sağdan sola doğru göstərir. Lakin
başda Nəsrəddin şah özü də olmaq üzrə irticapərəst İran höku-
məti onun bu barədəki təklifini narazılıqla qarşılayır. Beləliklə,
islam cəhalətpərəstliyinin hökm sürdüyü heç bir ölkədə onun
layihələri həyata keçirilmir.
Axundov məktublarında təklifinin qəbul edilməməsinin
səbəbi kimi İran və Osmanlı əyanlarının xalqın maariflənməsini
istəməməsi olduğunu göstərirdi: Bizim bütün səylərimizin
faydası ancaq xalqa aiddir. Biz istəyirik ki, Osmanlı xalqı bizim
səyimizlə xoşbəxt bir xalq olsun. Lakin bizim bu arzumuz
Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumun mənfəətini
istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər”.
Layihələrinin həyata keçirilə bilməməsindən doğan kədər
və təəssüf Axundovu bir an belə rahat buraxmırdı. O, mühafizəkar
Azərbaycan dili və nitq mədəniyyəti
23
dövlət başçılarının maneələrinə qarşı çıxaraq yazırdı: “Əfsus, min
əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları
xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə iqdam
etmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın
içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın
hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə
tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik
yoluna çıxsınlar”.
Bütün bunlara baxmayaraq, M.F.Axundov yenə də ümidini
itirmir, təbliğat aparmağa davam edirdi. Bu dəfə artıq o, ərəb
əlifbasını islah etmək yox, bu əlifbanın hərflərindən tamamilə
imtina edərək, latın hərfləri əsasında soldan sağa yazılan yeni
əlifba yaratmaq qərarına gəldi və 42 işarədən ibarət yeni
əlifba layihəsi hazırladı (bu əlifbada 32 samit, 10 sait səs var
idi). Axundov deyirdi: "Kim istəyirsə, ənənəvi ərəb yazısın-
dan, qalanları isə yeni əlifbadan istifadə edə bilər". Təklif olun-
muş yazıya bir neçə kiril hərfi də daxil etdi və əvvəlkilərdən
fərqli olaraq bu dəfə layihəni Rusiyaya göndərdi. Lakin Rusiya
höküməti də əlifbanın tətbiqinə icazə vermədi və layihə yenə
rədd edildi.
Dövlət başçılarının əlifba sahəsindəki müqavimətlərinə
baxmayaraq, Axundov öz məsləkindən dönmədi, ömrünün so-
nuna qədər bu sahədə mübarizə apardı. Axundov yaşadığı
müddətdə öz fikirlərini həyata keçirə bilməsə də, arzusunun
xələfləri tərəfindən həyata keçiriləcəyi ilə özünə təsəlli verirdi:
“Məlumdur ki, on beş ilə yaxındır bu fikrin toxumunu mən
İranda və Osmanlı torpağında səpirəm. Şübhəsiz ki, bu toxum
bizim xələflərimizin zəmanəsində göyərəcəkdir”.
Samirə Mərdanova
24
Ərəb əlifbasından latın əlifbasına keçid
XIX əsrdə Axundovun əlifba ilə bağlı fikirlərini “Əkinçi”
qəzeti və o dövrdə yaşayan bir çox ziyalılar – C.Məmməd-
quluzadə, F.Köçərli, N.Nərimanov və b. davam etdirirdilər.
Məs, Cəlil Məmmədquluzadə ərəb yazısı və əlifba islahatları ilə
bağlı fikirlərini belə bildirirdi: "Bu heroqlifləri latın əlifbası ilə
əvəzləmək vacibdir".
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunduqdan
sonra 1919-cu ildə əlifba məsələsi yenidən gündəmə gəldi, latın
əlifbasına keçmək üçün daha bir cəhd göstərildi, Əlifba Komis-
siyası yaradıldı, plan hazırlandı. Lakin 1920-ci ildə müstəqil
dövlətin süqutu bu planın reallaşmasına mane oldu.
Azərbaycan SSR-in yaranmasından sonra XX əsrin 20-ci
illərindən başlayaraq əlifba məsələsi yenidən aktuallıq qazandı
və ərəb əlifbasının yazıdan götürülməsi üçün tədbirlər
görülməyə başlandı. Bu məqsədlə 1921-ci ildə Əlifba Komitəsi
təşkil edildi, layihə hazırlandı. Yeni əlifba layihəsində Azər-
baycan dilinin bütün əsas səslərinə uyğun 32 hərf və 1 apostrof
işarəsi göstərilirdi. Uzunsürən müzakirələrdən sonra 1922-ci ildə
yeni əlifba təsdiq edildi. 1922-23-cü illərdə yeni əlifba mət-
buatda təbliğ olunmağa, kiçik məqalələr nəşr olunmağa baş-
landı.1925-ci il mayın 25-də Bakıda müəllimlərin I qurultayı
keçirildi. Qurultayın qərarı ilə 1925-26-cı tədris ilində ibtidai
məktəblərdə dərslər yeni əlifba əsasında keçirilməyə başlan-
dı.1926-cı il fevralın 26-dan martın 6-na kimi Bakıda
Ümumittifaq Türkoloji Qurultayı keçirildi. Əlifba məsələsi 3
gün qurultayda müzakirə olundu. Nəticədə 2 fikir irəli sürüldü:
1) Ərəb əlifbasını islah edərək onu yazıda saxlamaq;
2) Ərəb əlifbasını latın əlifbası ilə əvəz etmək.
Qurultay ikinci fikri müdafiə etdi, yeni Azərbaycan
əlifbasını bəyəndi və bu barədə qətnamə qəbul etdi. Yeni əlifba
ölkədə bir neçə il tətbiq olunmasına baxmayaraq, əhalinin bir
hissəsi yenə də ərəb əlifbasından istifadə edirdi, lakin 1929-cu
Azərbaycan dili və nitq mədəniyyəti
25
ildən etibarən artıq latın əlifbası ölkədə bütövlükdə qəbul edildi.
Elə həmin ildən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə
qadağa qoydu və bu yazını yaddan çıxartmaq məqsədilə iri kitab
yandırma kampaniyası həyata keçirdi.
Azərbaycanda yeni əlifbanın qəbul edilməsi ərəb əlifba-
sından istifadə edən başqa xalqlar üçün də (tatarlar, qazaxlar,
başqırdlar, türkmənlər, özbəklər və s.) nümunə oldu. Latın qrafi-
kası əsasında düzəldilmiş Azərbaycan əlifbasından 1929-cu
ildən 1940-cı ilə kimi istifadə olundu. Bu əlifbanın ən böyük
əhəmiyyəti ondan ibarət oldu ki, o, yazımızdan çətin ərəb əlif-
basını tamamilə çıxartdı, respublikada savadlanma işini sürətlən-
dirdi. Lakin 10 il sonra türklərin bu addımına qarşı Stalin kiril
əlifbasını Sovet İttifaqının bütün müsəlman ölkələrində tətbiq
etdi.
Latın əlifbasından kiril əlifbasına keçid
1939-cu ildə Sovet İmperiyası Azərbaycanda kiril qrafikası
əsasında yeni əlifba yaradılması məsələsini qaldırdı (çünki Sovet
imperiyası öz ərazisində yaşayan türkdilli xalqların birləş-
məsindən, onların Türkiyə ilə əlaqələrinin genişlənməsindən
ehtiyat edirdi). Həmin ildə Əlifba Komitəsi yaradıldı və
komitənin hazırladığı layihə Ali Sovetin II sessiyasında
müzakirə olundu. Müzakirədə iştirak edənlər 2 fikir irəli
sürdülər:
1) Rus əlifbasında heç bir dəyişiklik etmədən onu eyni ilə
götürmək;
2) Bu əlifbanı dəyişmək və dilimizin səs sisteminə
uyğunlaşdıraraq yeni Azərbaycan əlifbası yaratmaq.
Müzakirələrdən sonra 1940-cı ildə Azərbaycan SSR Ali
Sovetinin II sessiyasında kiril əlifbası əsasında yaradılmış yeni
Azərbaycan əlifbası qəbul olundu və yanvarın 1-dən yazımız
yeni əlifba əsasında aparılmağa başlandı. Əvvəlcə yeni əlifbada
36 hərf var idi. Sonralar əlifbada bir sıra dəyişikliklər edildi və
Samirə Mərdanova
26
32 hərf saxlanıldı (bəzi hərflər — я, ю, э, ц hərfləri əlifbadan
çıxarıldı, й hərfi j (indiki y) hərfi ilə əvəz edildi).
Yeni latın əlifbasına keçid
XX əsrin 90-cı illərində Sovet İttifaqı dağıldıqdan,
Respublikamız müstəqillik əldə etdikdən sonra latın əlifbasını
bərpa etmək zərurəti meydana çıxdı. 1991-ci ilin dekabrında Ali
Sovetin Milli Şurasının qərarı ilə yeni latın qrafikalı əlifbaya
keçid təsdiq olundu və Əlifba Komissiyası yaradıldı. Yeni əlifba
layihəsinin hazırlanmasında dilçilər, tarixçilər, şərqşünaslar, şair
və yazıçılar, müəllimlər, nəşriyyat işçiləri və digər ziyalılar
iştirak edirdilər. Müzakirə 6-7 ay davam etdi və 3 təklif irəli
sürüldü:
1) Latın əsaslı müasir türk əlifbasını olduğu kimi
götürmək;
2) XX əsrin 20-ci illərində istifadə olunmuş əlifbada heç
bir dəyişiklik etmədən onu eyni ilə qəbul edib işlətmək;
3) Latın qrafikalı yeni müstəqil əlifba tərtib etmək.
Üçüncü təklifə əsasən, əlifba layihəsi hazırlanıb müzakirə-
yə verildi. Beləliklə, 1991-ci ildən yenidən latın qrafikalı
əlifbaya keçildi. 2001-ci il avqustun 1-nə qədər davam edən bu
dövr pərakəndə dövr sayılır. Çünki bu dövrdə latın qrafikalı yeni
əlifba ilə yanaşı, kiril qrafikalı köhnə əlifbadan da istifadə
olunurdu. 10 il davam edən bu dövrü hazırlıq mərhələsi saymaq
olar. Nəhayət, 2001-ci il avqustun 1-dən Ümummilli lider
H.Əliyevin fərmanı ilə ( 2001-ci il 18 iyun) ölkədə latın qrafikalı
Azərbaycan əlifbası yekdilliklə qəbul edildi. Bu barədə Ulu
öndər 1997-ci il Azərbaycan yazıçılarının X Qurultayında
söylədiyi nitqində deyirdi:
“Mənim xatirimdədir, 1939-cu ildə latın əlifbasından kiril
əlifbasına keçəndə nə qədər böyük çətinliklər yarandı. Bilmirəm,
burada oturanların bəlkə də bir çoxu onu xatırlamır, amma
Azərbaycan dili və nitq mədəniyyəti
27
mənim xatirimdədir. Bəli, mən orta məktəbi Azərbaycan dilində
latın əlifbası ilə bitirmişəm, indi də bu həm təbii, həm də çətin
prosesdir. Amma biz bu yolu keçəcəyik. Ancaq baxın, keçən
əsrin, XIX əsrin ortalarında M.F.Axundov Azərbaycanda latın
əlifbasını tətbiq etməyə çalışıbdır. Onun bu barədə fəaliyyəti
məlumdur. Mən onun bir neçə məktubuna baxdım, arxivdəki
məktublarının bəziləri ilə tanış oldum. Bunu keçmişdə də deyirdim.
Amma bu son zamanlar mən onu xatırladım, hafizəmdə bir daha
təzələdim. O, nə qədər uzaqgörən bir insan imiş! Çünki latın əlifba-
sını təbliğ etmək istəmişdir. Xatirinizdədir ki, o, Tbilisidən İstanbu-
la getmiş, iki ay çalışmış, hətta ona orada bir orden də vermişdilər.
Amma latın əlifbasını qəbul etməmişdilər. Bu gün də demək
lazımdır ki, məhz Sovet hakimiyyəti dövründə o vaxtkı insanlar
1926-cı ildə Azərbaycanda latın əlifbasının tətbiq edilməsinə nail
oldular. Lakin ondan təxminən 10-11 il sonra latın əlifbasını bizim
əlimizdən aldılar. Indi biz M.F.Axundovun XIX əsrin ortalarındakı
arzularını, niyyətlərini həyata keçiririk. Amma ümidvaram ki,
bunu əlimizdən daha heç kim ala bilməyəcəkdir. Çünki biz artıq
müstəqil bir dövlətik və müstəqilliyimiz də daimidir, əbədidir”.
Samirə Mərdanova
28
İKİNCİ MÜHAZİRƏ
NİTQ MƏDƏNİYYƏTİ VƏ NATİQLİK SƏNƏTİ
TARİXİNDƏN
Nitq mədəniyyəti haqqında anlayış
Mədəniyyət – insan tərəfindən yaradılan və nəsildən-nəslə
ötürülən maddi, mənəvi dəyərlərdir. Əvvəllər dar çərçivədə
işlənən bu termin müasir dövrdə daha geniş məna kəsb edir və
bu anlayışa artıq savad, təhsil, tərbiyə, sivilizasiya, maarifçilik,
tərəqqi, inkişaf və s. kimi keyfiyyətlər daxildir. Ümumiyyətlə,
mədəniyyət cəmiyyətin inkişafının müasir səviyyəsidir.
“Mədəniyyət” ərəb dilində “şəhər, şəhərli” mənasını
verən “əl-mədinətun”, yəni “Mədinə” sözündən götürülmüşdür.
Mədinə dini və mədəni ərəb məskənlərindən olan, dünya xalq-
larının diqqətini cəlb edən, bütün müsəlmanların sitayiş etdiyi
qədim və tarixi şəhərlərdən biri sayılır. Bəzi ölkələrdə bu sözün
əvəzinə latıncada işlənən “kultura” terminindən istifadə
olunur. Bu termindən hələ qədim zamanlarda antik mədəniy-
yətin vətəni sayılan Yunanıstan və Romada istifadə olunmuş-
dur.
İnsanın mədəni səviyyəsinin və həyatın inkişafı nəticəsin-
də mədəniyyətin bir sıra sahələri yaranmışdır:
1. Dövrlə bağlı mədəniyyət; Məs: antik mədəniyyət;
2. Millətlə bağlı mədəniyyət; Məs: yunan mədəniyyəti;
3. Məkanla bağlı mədəniyyət; Məs: Şərq mədəniyyəti,
Qərb mədəniyyəti;
4. İnsan həyatının müxtəlif sahələri ilə bağlı
mədəniyyət; Məs: yemək mədəniyyəti, geyim mədəniyyəti,
davranış mədəniyyəti, danışıq mədəniyyəti, dinləmə mədəniy-
yəti və s.
Hər bir xalqın mədəniyyəti onun dilində, nitqində təzahür
edir. Nitq – mədəniyyətin əsas göstəricisi olub, insanın
Azərbaycan dili və nitq mədəniyyəti
29
mənəviyyatı ilə bağlıdır. İnsanın mənəviyyatı nə qədər zəngin
olarsa, onun nitqi də bir o qədər gözəl və mədəni olar. Burada
ulu babalarımızın, görkəmli şəxslərin kəlamlarını xatırlamaq
yerinə düşərdi:
“Kamil insan kəlamından bəlli olar”(atalar sözü).
“Ey insan, danış, səni tanıyım” (Sokrat).
“Hər kəs öz dilinin altında gizlənib, danışmayınca onun
ağıllı və ya ağılsız olması məlum olmur” (Hz.Əli).
Biz orta məktəbdə dilimizin səs sistemi, lüğət tərkibi və
qrammatik quruluşunun bir sıra qanunları ilə tanış olur, düzgün
danışmağa və yazmağa çalışırıq. Ancaq düzgün danışmaq və
yazmaq mədəni nitqin bir cəhətidir. Biz isə gözəl danışmağı və
yazmağı bacarmalıyıq. Mədəni nitq nəzakətli danışıq qaydalarını
(müraciət etmək, dinləmək, söhbətə qoşulmaq, şad və ya bəd
xəbəri çatdırmaq, mimika və jestlərdən məharətlə istifadə etmək
və s.) bilmək, ədəbi dilin incəliklərindən istifadə edib sözü,
ifadəni, cümləni öz məqamına görə işlətmək, leksik, qrammatik,
orfoepik, orfoqrafik, üslubi normaları gözləmək, həmsöhbətinə,
dinləyicilərə güclü təsir göstərib onlara estetik zövq verməkdir.
Bir sözlə, mədəni nitq hərtərəfli inkişafın, yetkin ağlın, kamilli-
yin təzahürüdür. Sadaladığımız bütün bu mədəni nitq vər-
dişlərini aşılayan dilçilik sahəsinə “Nitq mədəniyyəti” deyilir.
Nitq mədəniyyəti dildən istifadənin yüksək səviyyəsidir və onun
daşıyıcılarından mədəni nitqə verilən tələbləri, keyfiyyətləri
inişaf etdirməyi və təkmilləşdirməyi tələb edir.
Bu gün cəmiyyət bütün sahə adamlarının - müəllimlərin,
jurnalistlərin, siyasətçilərin, hüquqşünasların, həmçinin psixo-
loqların, həkimlərin, riyaziyyatçıların da mədəni nitqə yiyələn-
məsini tələb edir. Belə ki, bu keyfiyyətə yiyələnən şəxslər hər
yerdə - ailədə, ictimai yerlərdə, təhsil ocaqlarında, işlədikləri
idarə və müəssisələrdə, rəhbərlik etdikləri sahələrdə mədəni
səviyyəsi, nitqi, və nümunəvi davranışı ilə fərqlənir, cəmiy-
yətdə xüsusi yer tuturlar. Buna görə də hər bir dil daşıyıcısının,
vətəndaşın nitq mədəniyyətinə yiyələnməsi vacibdir.
Samirə Mərdanova
30
Nitqin mədəni və qeyri-mədəni formaları
Nitq mədəni və qeyri-mədəni olmaqla iki yerə bölünür.
Ədəbi dilin normalarına uyğun, dialekt, alınma və kobud sözlər
olmadan düzgün, dəqiq, aydın söylənən nitq mədəni nitq
sayılır.
Mədəni nitqin əsası əvvəlcə ailədə, sonra isə məktəbdə
(orta və ali) qoyulur. Daha sonra ədəbi əsərlərin, ifadəli oxu və
yazının, müəllimlərin, mətbuatın, radio-televiziya verilişlərinin
köməyi ilə inkişaf edir, səlisləşir.
Qeyri-mədəni nitqdə ədəbi dil normaları pozulur, burada
əsasən ədəbsiz, loru və dialekt sözlər, jarqonlar öz əksini tapır.
Qeyri-mədəni nitqdə bəzən söyüş və qarğışlara da təsadüf
olunur ki, bunlar dilin ən aşağı üslubi layını təşkil edir. Lakin
bəzən müəlliflər bədii üslubda obrazların daxili aləmini açmaq
üçün müəyyən qədər onlardan istifadə edirlər.
Ədəbi dil normalarını gözləmək, zəngin söz ehtiyatına və
bədii dil vasitələrinə yiyələnməklə mədəni nitqə nail olmaq olar.
Mədəni nitqə verilən tələblər
Nitqin düzgünlüyü. Nitqin düzgünlüyü mədəni nitqin
əsas tələbidir. O nitq düzgün hesab olunur ki, orada dilin
fonetik, leksik, qrammatik qayda-qanunları pozulmasın. Məs:
yazılı nitqdə “zəif” əvəzinə “zəyif”, “hətta” əvəzinə “hətda”,
“məndən” əvəzinə “mənnən” yazılması, şifahi nitqdə isə
“başdıyır” əvəzinə “başlayır”, “gəlmisiz” əvəzinə “gəlmişsi-
niz”, “evə getmək” əvəzinə “öyə getmək” deyilməsi fonetik
normanın, yəni düzgünlüyün pozulması deməkdir. Nitq həm
məna, həm də qrammatik cəhətdən düzgün qurulmalıdır. Əgər
nitq düzgün olmasa, qarşılıqlı anlaşma ola bilməz, nitqin
məntiqliliyi pozular.
Azərbaycan dili və nitq mədəniyyəti
31
Nitqin dəqiqliyi. Dəqiqlik zəngin söz ehtiyatı hesabına
başa gəlir. Söz ehtiyatı zəngin olan insanın nitqi də dəqiq olar.
Dəqiq nitq odur ki, sözlər ifadə olunan nitqə uyğun seçilsin.
Dəqiq söz işlətmək üçün dilin leksik tərkibinə bələd olmalı,
xüsusilə, sinonimlikdən düzgün istifadə bacarığına malik olmaq
lazımdır. Məs: “böyük hadisə” yerinə “yekə hadisə”, “iri ha-
disə” işlətmək nitqin dəqiqliyini pozur. Amma “O, bərkdən
danışırdı” əvəzinə “O, ucadan danışırdı” deyilsə, fikir daha də-
qiq ifadə olunar.
Fikrin dəqiq ifadəsi üçün numerativ sözlərdən də düzgün
istifadə olunmalıdır, məs: “Dərsdə on dənə tələbə iştirak edir”
cümləsində nitqin dəqiqliyi pozulmuşdur.
Nitqi dəqiq olmayan insanın fikri də dolaşıq olur.
Nitqin təmizliyi. Ədəbi dil normalarına uyğun, yad
ünsürlərdən uzaq olan və milli ədəbi dilin qayda-qanunlarına
uyğun gələn nitq təmiz nitq hesab edilir. Bir sıra söz qrupları -
vulqarizmlər ( kobud sözlər), varvarizmlər (dilimizdə qarşılığı
olan əcnəbi sözlər), dialekt sözləri nitqin təmizliyinə xələl
gətirir. Görkəmli ədib Mirzə İbrahimov bu barədə yazırdı: ”
...dil təmizlik sevir, gözəllik sevir. Bu gözəllik onun bütün təbiəti
ilə bağlıdır, necə təmiz, sərin bulaq suyu qayadan qaynayib çı-
xır, elə də hər söz insanın ürəyindən gəlməlidir. Dilin bütün
daxili gözəlliyini əks etməlidir. Belə olmadıqda, dil korlanır,
kobudlaşır, mənasına xələl gəlir, daxili gözəlliyini itirir. Dil onu
pozan, korlayan hallara isə ciddi müqavimət göstərir, onları
rədd edir, insanın bədəni yad ünsürləri rədd edən kimi”.
Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara
əməl olunmalıdır:
1) Nitqdə məhəlli dialekt və yerli şivələrə məxsus sözlərin
işlədilməsinə yol verilməməlidir. Məsələn: bəli (həri), niyə, nə
üçün (nöşün, nöş), elə (heylə), bacı (bajı), ana (ciji).
2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Məsələn:
soyad əvəzinə familiya, sənəd əvəzinə dokument, köynək əvəzinə
rubaşka, soyuducu əvəzinə xolodilnik, dondurma əvəzinə
Samirə Mərdanova
32
marojna deyilməməlidir. Əcnəbi söz o zaman dildə işlədilə bi-
lər ki, həmin sözün ana dilində qarşılığı olmasın və ya əhalinin
böyük bir hissəsi tərəfindən başa düşülsün.
3) Tüfeyli sözlərlə bağlı qüsurlar da aradan qaldırılmalıdır.
Bəzi adamlar fikrini ifadə etməkdə çətinlik çəkərək nitqində
yersiz fasilələr edir və bu zaman mövzu ilə heç bir əlaqəsi olma-
yan söz və ifadələr işlətməli olur. Məsələn: türkün məsəli, adı
nədir, adını sən de, şeydi, zaddı və s. Belə sözlər nitqi korlayır,
onlardan yerli-yersiz istifadə olunması dinləyicidə xoşagəlməz
təəssürat yaradır.
4) Mədəni danışıqda qeyri-etik söz və ifadələrə, vulqa-
rizmlərə (donquldanmaq, qatıqlamaq, heyvərə, alçaq, tupoy,
qanmaz, kəllən haqqı, çərənləmək, gəbərmək, tıxmaq, hırıl-
damaq, hürkmək və s.) yer verilməməlidir.
Nitqin ifadəliliyi. Nitq düzgün, aydın, məqsədəuyğun ol-
maqla yanaşı, ifadəli olmalıdır. İfadəliliyin əmələ gəlməsində
dilin bütün sahələri – fonetika, leksika, semantika, qrammatika,
üslubiyyat, intonasiya və s. iştirak edir. İfadəli nitq xüsusi
bacarıq, qabiliyyət tələb edir və söz sənətkarlarına məxsusdur.
Nitqdə ifadəliliyin yaranmasında məcazlar sistemi (epitet,
təşbeh, metafora), ritorik suallar, omonim, sinonim, antonim,
frazeoloji birləşmələr, atalar sözləri, zərb-məsəllər, aforizmlər
böyük rol oynayır. Nitqə ifadəlilik gətirən bu vasitələrdən
natiqlik sənətində geniş istifadə olunur.
Görkəmli şairimiz M.Müşfiq “Yenə o bağ olaydı” adlı
şeirində ritorik sualların müşayiəti ilə əsəri ifadəli bir nəğməyə
çevirmişdir:
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Azərbaycan dili və nitq mədəniyyəti
33
Eyni zamanda nitqin ifadəliliyinə səsin tonu, intonasiya,
melodika və vurğu kimi emosional, ekspressiv vasitələr də
kömək edir. İfadəli, emosional söylənilən nitq həmişə dinləyə-
nin, oxuyanın hisslərinə təsir edir, onu həyəcanlandırır, uzun
müddət yaddaşlarda qalır.
Söz ehtiyatının kasadlığı, işlətdiyi söz və ifadələrin
mənasını bilməyən şəxsin nitqi kasıb görünür. Nitqin ifadəli
olması üçün müntəzəm mütaliə etmək lazımdır. Klassik yazıçı
və şairlərin əsərlərini oxumaq nitqi zənginləşdirir, çoxlu şeir
əzbərləmək yaddaşı möhkəmləndirir, gənclərin gələcəkdə gözəl
natiq kimi yetişməyinin əsasını qoyur.
Aydınlıq mədəni nitqin əsas keyfiyyətlərindəndir.
Aydınlıq qarşılıqlı anlaşmanın açarıdır. Belə ki, nitqdə aydınlıq
pozularsa, qarşılıqlı anlaşma da olmaz. Təsadüfi deyil ki, böyük
yunan filosofu Aristotel də nitqin aydınlığını ünsiyyət üçün
başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, deməli,
danışan öz məqsədinə nail ola bilməmişdir. Uzunçuluq, еyni söz
və ifadəni lüzumsuz yerə bir neçə dəfə təkrar etmək, yersiz,
mənasız söz işlətmək dinləyicilərdə ikrah hissi oyatdığı kimi,
danışanı da hörmətdən salır. Konkret, aydın nitq mədəniyyətin
bir formasıdır. Nitqin aydın olması üçün sözləri və səsləri
orfoepiya qaydalarına uyğun düzgün tələffüz etmək, vurğu, into-
nasiya, fasilə, səs tonu və diksiyaya fikir vermək vacib şərtlər-
dəndir.
Yığcamlıq nitq mədəniyyətində əsas prinsip sayılır. Bu
prinsipə görə, geniş mətləbləri yığcam şəkildə ifadə etmək, vaxt
almamaq, təkrarçılıqdan qaçmaq, başqalarını yormamaq tələb
olunur. Bunun üçün danışan dərin bilik, həssas düşüncə, zəngin
söz ehtiyatına malik olmalıdır ki, az sözlə geniş fikir ifadə
edə bilsin. Natiqlik praktikasında “yığcam nitq” ifadəsi ilə
yanaşı “lakonik nitq” ifadəsi də işlədilir ki, bu ifadə ilk dəfə
natiqlik sənətinin vətəni sayılan Yunanıstanda yaranıb inkişaf
etmişdir. Nitqin yığcamlığı ilə bağlı maraqlı fikirlər də vardır:
Samirə Mərdanova
34
Kəndirin uzunu, sözün qısası (atalar sözü).
***
Sözün çoxsa əgər, çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın
(Nizami)
***
Az sözün incitək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz
(Nizami)
***
“Nitqin gücü az sözlə çox şey söyləmək bacarığıdır”
(Plutarx)
***
“Əgər cümləni qısaltmaq mümkünsə, qısalt. Ən yaxşı
cümlə? – Ən qısa cümlədir” (Q.Flober)
Nitqin sadəliyi də əsas şərtlərdən sayılır. Anlaşılmaz,
dolaşıq, lazımsız, mürəkkəb ifadələr nitqdə çətinlik yaradır,
dinləyicini yorur. Ən mürəkkəb fikirləri belə sadə dillə ifadə
etmək olar. Sadəlik dinləyicilərlə əlaqə və ünsiyyət vasitəsinin
möhkəmliyidir. Nitqdə yersiz, həddindən ziyadə termin, arxaizm
və mürəkkəb konstruksiyalardan istifadə olunması nitq
normalarına zidd olduğu kimi, sadəliyə də ziddir.
Görkəmli ədəbiyyatşünas alim F.Köçərli dilin sadəliyindən
danışarkən yazırdı: “Dil nə qədər asan, sadə olsa, bir o qədər
gözəl, göyçək və məqbul olar”. Sadə nitq hər cür sünilikdən,
yalançı pafosdan, qondarma ifadələrdən (vicdanın böyük hey-
kəli, ölməzlik zirvəsi, şeirin günəşi, kadr potensialı və s.), təm-
təraqdan uzaq nitqdir. Deməli, sadə nitq dinləyicilərin (audito-
riyanın) ümumi səviyyəsinə uyğun olmaqla hamı üçün aydın,
anlaşıqlı olan ümumişlək leksikadan istifadə etməyi tələb edir.
Azərbaycan dili və nitq mədəniyyəti
35
Nitq mədəniyyətinin başqa elmlərlə əlaqəsi
Nitq mədəniyyəti humanitar elmdir, hər bir elm kimi o da
təkcə öz qanunları əsasında inkişaf etmir, eyni zamanda bir sıra
başqa humanitar elmlərlə də əlaqədə olur.
Nitq mədəniyyəti, dilçilik, qrammatika. Nitq mədəniy-
yəti dilçiliyin bir bölməsi olub, qrammatik qayda-qanunlara,
ədəbi dil normalarına əsaslanır. Qrammatikasız dil “qanadsız
quş”a bənzəyir. Burada böyük rus alimi M.V. Lomonosovun
söylədiyi fikri xatırlamaq məqsədəuyğundur: “Qrammatikasız
natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix
xoşagəlməzdir, hüquqşünaslıq şübhəlidir”. Əgər natiq danışar-
kən qrammatik qayda-qanunlara əməl etməsə, sözlərin tələf-
füzündə səhvə yol versə, məs, vurğunu yerində işlətməsə,
vaxtında fasilə etməsə, həmçinin ədəbi dil normalarından kənara
çıxıb nitqində loru, vulqar sözlərə, jarqonlara, dialektizmlərə yer
versə, dinləyicilər tərəfindən yaxşı qarşılanmaz.
Nitq mədəniyyəti, ədəbiyyat, tarix. Natiqin tarixi və
ədəbiyyatı bilməsi vacibdir, çünki bu elmlər nitq mədəniyyətinin
ən çox bağlı olduğu elmlər hesab olunur. Bu elmlərlə nitq
mədəniyyətini yaxınlaşdıran əsas cəhət onların hər birinin
obyektinin söz olmasıdır.
Ədəbiyyat, həmçinin tarixlə yaxından əlaqədə olmaq həm
insanın dünyagörüşünün genişlənməsinə, həm də həyatın
müxtəlif sahələrinə aid sözlərlə tanış olmağa imkan yaradır.
Ümumiyyətlə, zəngin söz ehtiyatına malik olmadan yüksək nitq
qabiliyyətindən danışmaq olmaz.
Əgər danışan mütəmadi olaraq mütaliə ilə məşğul olsa,
nitqində tarixi faktlardan, sübutlardan, dəlillərdən, həmçinin
ədəbiyyatdan nümunələr gətirsə, onun nitqi daha effektli və
yaddaqalan olar, dinləyənə müsbət təsir bağışlayar. Təsadüfi
deyil ki, bir çox natiqlər məhz ədəbiyyatçılar və tarixçilər
içərisindən çıxır.
Samirə Mərdanova
36
Nitq mədəniyyəti və məntiq. Məntiq bütün elmlərlə, o
cümlədən filologiya elmləri ilə sıx bağlıdır. Düzgün və məntiqi
təfəkkür olmadan elmdə heç bir nailiyyət əldə etmək olmaz.
Buna görə də natiq gözəl nitq söyləmək üçün, hər şeydən əvvəl,
düzgün təfəkkürə meyil etməlidir. O, məntiqi təfəkkürün
qanunlarını bilməli, fikrini şüurlu surətdə ifadə etməlidir. Əks
halda nitq dolğunluğunu, zənginliyini, düzgünlüyünü itirər. Bu
isə nitq mədəniyyətinin tələblərini pozur.
Nitq mədəniyyəti və fiziologiya. Natiqin nitqinin
müvəffəqiyyətini təmin edən vasitələrdən biri də onun səsidir.
Səsin yaranmasında danışıq üzvləri (ağciyərlər, burun, boğaz,
səs telləri, ağız və burun boşluğu, alt çənə, dil, diş, dodaqlar)
iştirak edir ki, bunlar fiziologiyanın əsas tədqiqat obyektləridir.
Nitqin əmələ gəlməsində iştirak edən danışıq üzvlərinin
hər birinin möhkəm və sağlam olması əsas şərtdir. Bu
üzvlərdən birinin sağlam olmaması nitqə qüsur gətirə bilər.
Əgər natiqin səsi xırıltılı, boğuq, dili pəltək olsa və ya o,
qışqıra-qışqıra danışsa, ona heç kim qulaq asmaz, onun nitqi
dinləyicilər tərəfindən yaxşı qarşılanmaz. Buna görə də bir çox
sənət adamları kimi natiqlər də danışıq üzvlərini qorumalıdırlar. Bu
məqamda antik yunan natiqi Demosfenin adını çəkmək yeri-
nə düşərdi ki, o öz nitq qüsurunu aradan qaldırmaq üçün bir sıra
üsullar kəşf etmişdir.
Nitq mədəniyyəti və psixologiya. İnsanın nitqi bilavasitə
onun təfəkkürü ilə bağlı olduğu üçün psixologiya ilə də bağlıdır.
İnsanın danışarkən hansı psixi durumda olması həlledici rola
malikdir. Hər hansı bir şəxs çıxışa hazırlaşarkən təkcə nitqinin
məzmununu hazırlamaqla kifayətlənməməlidir, həm də bu nitqə,
bu çıxışa psixoloji baxımdan da hazır olmalı, həyəcanlanma-
malı, sakitliyini qorumalıdır. Əgər natiq psixoloji cəhətdən hazır
olmasa, o uğursuzluqla qarşılaşar, auditoriyanı ələ ala bilməz.
Buna görə də o, nitqə müsbət emosiyalarla başlamalı, auditori-
yanın psixoloji durumuna müsbət təsir göstərməlidir.
Azərbaycan dili və nitq mədəniyyəti
37
Nitq mədəniyyəti, etika, estetika. Natiqlik sənəti etika ilə
də bağlıdır. “Etika”- əxlaq, tərbiyə, “Estetika”- gözəllik
deməkdir. Nitq mədəniyyəti etika və estetika ilə vəhdətdə
götürülür. Məşhur bir məsəldə deyilir ki, “qonağı geyiminə görə
qəbul edir, ağlına görə yola salırlar”. Görünüşdən asılı olma-
yaraq, insanın nitqi onun ağlını əks etdirir. Buna görə də natiq
fikrinə uyğun söz, səsinə münasib tembr seçməli, jestlərdən
düzgün istifadə etməli, mimikalarla məna ifadə etməlidir. Natiq
etik qaydalara əməl etməli, kobud ifadələrdən, yersiz hərəkət
və jestlərdən uzaq olmalıdır. Bəzi natiqlər danışarkən qalstu-
kunu, pencəyinin düyməsini, qələmini, saçını oynadaraq fikrini
ifadə edir. Etika danışıq zamanı edilən bu nöqsanların aradan
qaldırılmasına kömək edir.
Nitq mədəniyyətində əsas tələblərdən biri nitqin məz-
mununun gözəl olmasıdır. Belə ki, gözəl nitq dinləyiciyə estetik
zövq verir, auditoriyanı məftun edir. Lakin natiq təkcə nitqin
gözəlliyi ilə kifayətlənməməli, görünüşünə də diqqət yetirməli,
auditoriya qarşısına səliqəli şəkildə çıxmalıdır. Əgər natiq
auditoriya qarşısına səliqəsiz, paltarı ütüsüz, saçı daranmamış
şəkildə çıxarsa, dinləyicinin rəğbətini qazana bilməz, dinləyicidə
mənfi hisslər oyadar. Yaxud natiq həddən artıq bər-bəzəyə aludə
olub, auditoriya qarşısına ziyafət paltarında çıxarsa, bu zaman
dinləyici onun nitqindən çox, bər-bəzəyinə diqqət edər. Deməli,
auditoriya qarşısına çıxan şəxs hərtərəfli hazır olmalı, danışığı,
üzünün ifadəsi, nəzakəti, baxışı, yerişi, hərəkəti, geyimi ilə
dinləyiciyə xoş təsir bağışlamalıdır.
Natiqlik sənətinin tarixi. Qədim Yunanıstanda və
Romada natiqlik sənəti.
İnsan mədəniyyətinin mühüm tərkib hissələrindən olan
nitq mədəniyyəti qədim dövrlərdə yaranmış yunan və Roma
natiqlik sənətinin əsasında formalaşmışdır. Natiqlik sənəti
mədəni nitqin yüksək mərhələsidir.
Samirə Mərdanova
38
Natiqlik sənətinin tarixi çox qədimdir. Bu sənətin nə-
zəriyyəsini öyrənən elmə ritorika deyilir. “Ritorika” yunan sözü
olub, bəlağətli, məharətli nitq deməkdir, fikri aydın, gözəl
ifadələrlə anlatmaqdır, natiqlik bacarığıdır. Ritorika e. ə. V-IV
əsrlərdə Qədim Yunanıstanda yunan ədəbiyyatı və fəlsəfəsinin
əsasında formalaşıb inkişaf etmişdir. Bu dövrdə Yunanıstanda
mövcud olan şəhər-dövlətlərdə (polislər) natiqlik sənətinin
çiçəklənməsi üçün hər cür şərait vardı. Polislərdə “Xalq yığın-
caqları” ali orqan hesab olunurdu və bütün məsələlər burada həll
olunurdu.
Yunanıstanda natiqlik sənətinin inkişafına Solon qa-
nunları güclü təsir göstərmişdir. Solon Yunanıstan tarixində
böyük rol oynamış, demosun, yəni Afina vətəndaşlarının xeyrinə
bir sıra islahatlar keçirmişdi. Bu islahatlara görə, hər bir Afina
vətəndaşına “Xalq yığıncaqları” nda, məhkəmələrdə iştirak
etmək, söz söyləmək, öz hüquqlarını müdafiə etmək hüququ
verilirdi. Yığıncaqlarda qələbə yalnız o adama qismət olurdu ki,
o, həmvətənlərinin ağlını və ürəklərini fəth edə bilsin. Bu
məqsədlə afinalılar natiqlik dərsləri alır, hüquqi biliklərə
yiyələnir, məhkəmə qaydalarını öyrənirdilər. Yunanıstanın bir
çox şəhərlərində - Afinada, Sirakuza və Attikada 14 illik
natiqlik məktəbləri var idi. Bura qəbul olunan oğlan uşaqları 7
yaşından 21 yaşınadək təlim keçir, onlara ritorika, həmçinin
onunla bağlı olan bir sıra elmlər- fəlsəfə, məntiq, hüquq, dilçilik,
ədəbiyyat və s. öyrədilirdi. Bu məktəblərdə təhsil almaq ucuz
deyildi və buna görə də belə məktəblərdə əsasən zadəgan
uşaqları təhsil alırdılar.
Bu dövrdə məhkəmədə vəkillər fəaliyyət göstərmədiyin-
dən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar
hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla
məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı
nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi
əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi.
Azərbaycan dili və nitq mədəniyyəti
39
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafında
sofistlər böyük rol oynamışlar. İlk dəfə tədrisə görə pul alan
müəllimlər sofist adlanırdı. Onlar Yunanıstanı gəzərək
zadəganların övladlarına natiqlik dərsləri keçir, onlara
danışmağı, məntiqi düşünməyi və sübut etməyi öyrədirdilər.
Sofistlər sözə böyük önəm verir və onun çox şeyə qadir
olduğunu deyirdilər. İlk sofistlərdən biri olmuş Qorgi deyirdi:
“Söz çox böyük hökmdardır. O, çox kiçik və tamamilə
gözəgörünməz bir bədənə malik olsa da, möcüzəli işlər görür.
Belə ki, o həm qorxunu qova bilər, həm kədəri məhv edər, həm
sevinc gətirər, həm rəhm oyadar...”
Sofistlər natiqlik sənətində inandırıcılığa üstünlük
verirdilər. Lakin bu inandırıcılıq hər cür fikrə (düzgün və ya
düzgün olmayan) əsaslana bilərdi. Belə ki, o dövrdə dinləyənləri
nəyə оlsa inandırmaq ali sənət sayılırdı.
Sokrat, Platon, Aristotel, Demosfen qədim yunan natiq-
liyinin ən görkəmli nümayəndələri olmuşlar. Onlar natiqlik
sənətinin nəzəriyyəsini yaratmış, həmçinin bu sənəti nəzəri və
praktik şəkildə öyrənənlərə aşılamışlar.
Antik yunan filosofu Sokrat Afinada müdrik insan kimi
şöhrət qazanmışdı. O, mübahisə ustası idi, çəkişmələrdə heç kim
ona qalib gələ bilməzdi. Keçdiyi dərslərdə də bunu nəzərə alır,
mübahisə metodundan istifadə edərək öz müdrik fikirlərini
şifahi şəkildə təbliğ edirdi. Buna görə də Sokratın bizə heç bir
yazılı əsəri gəlib çatmamış, onun fəlsəfəsi və müdrik fikirləri öz
dövründəki alimlər və tələbələri tərəfindən gələcək nəsillərə ötü-
rülmüşdür. Buna ən gözəl nümunə onun tələbələri - Platonun
(“Sokratın müdafiəsi”) və Ksenofontun ("Sokrat haqqında xa-
tirələr") qələmə aldığı əsərlər sayıla bilər. "Sokratın müdafiəsi"
əsərində Sokratın məhkəmə zamanı çıxışları öz əksini tapmışdır.
Hazırda bu əsər dünyanın bir çox universitetlərində hüquq
fakültələrinin dərs proqramına salınmışdır.
Həqiqət, doğruluq Sokratın təliminin əsasını təşkil edirdi.
Bu cəhətdən onun təlimi ilə sofistlərin təlimi arasında
Samirə Mərdanova
40
ziddiyyət var idi. Ümumiyyətlə, sözü üzə açıq deməyi ilə Sokrat
özünə çoxlu düşmən qazanmışdı. Mənbələrdə Sokratın döv-
lətin qəbul etdiyi dini, tanrıları (bu dövrdə Yunanıstanda çoxal-
lahlılıq mövcud olmuşdur) inkar etdiyinə və gənclər arasında
təbliğat apardığına görə zəhərlənib öldürüldüyü qeyd olunur.
Şərqdə “Əflatun” kimi tanınan Platon Sokratın tələbəsi ol-
muşdur. Mənbələrdə onun əsl adının Aristokl olduğu, Platon
(yunancada mənası “geniş” demək idi) adını ona müəllimi
Sokratın verməsi qeyd olunur.
Platon müəlliminə böyük hörmət bəsləmişdir. Ondan
soruşmuşlar: “Nə üçün müəlliminə öz atandan çox hörmət
göstərirsən?” – o demişdir: “Çünku atam məni göydən yerə
endirmiş, müəllimim isə yerdən göyə qaldırmışdır”.
Platon da nitq mədəniyyətinin inkişafında böyük rol
oynamışdır. Bir çox yunan filosof-natiqləri kimi o da nitqdə
daha çox inandırıcılığa diqqət yetirirdi, lakin bu inandırıcılıq
həqiqətə əsaslanmalı idi.
Mənbələrdə müəlliminin ölümündən sonra Platonun
səyahətə çıxması, bu zaman riyaziyyatla maraqlanması, pifaqor-
çularla yaxından tanış olması qeyd olunur ki, bütün bunlar onun
həyatına müsbət təsir göstərmiş, dünyagörüşünü artırmışdır.
Səyahətdən qayıtdıqdan sonra fəlsəfə tarixinin ən məşhur
məktəbi olan Akademiyanı qurmuş, 20 ilə yaxın müddətdə
məktəbə dövrünün ən məşhur alimlərini toplayaraq riyaziyyat və
fəlsəfə elminin inkişafında böyük rol oynamışdır. Platonun
məktəbi Afina yaxınlığında qədim yunan əfsanəvi qəhrəmanı
olan Akademin heykəli yanında yerləşdiyinə görə xalq arasında
Akademiya (“Platon Akademiyası”) adlandırılmışdır. Akademi-
yanın devizində riyaziyyatın rolu xüsusi qeyd olunurdu:
"Həndəsəni bilməyən gəlməsin!"
Platonun yazdığı əsərlərin çoxusu dialoq şəklindədir (bu
dialoqların əksəriyyətinin qəhrəmanı müəllimi - Sokratdır) və
dövrümüzə kimi gəlib çıxmışdır.
Azərbaycan dili və nitq mədəniyyəti
41
Böyük yunan filosofu Aristotel (“Ərəstu”) 20 il müəllimi
“Platonun Akademiyası”nda təhsil almışdır. Platonun şagirdi
olduğu dövrdə o, heç kəsin dediyinə inanmır, müəllimindən
öyrəndiyi hər şeyi özü yoxlamağa çalışırdı. Belə yoxlamalar
nəticəsində o, həqiqəti aşkara çıxarar, doğrunu yalandan ayırar-
dı. Bu barədə Aristotel demişdir: “Hərçənd Platon mənim üçün
əzizdir, həqiqət isə daha qiymətlidir”.
Aristоtel də sоfistlər kimi nitqin inandırıcı оlmasına fikir
verirdi. Lakin əgər sоfistlər üçün həqiqət о qədər əhəmiyyətli
deyildisə Aristоtel üçün Platоn kimi nitqdə danışılanların
həqiqətə uyğunluğu vacib idi. Aristоtel dinləyənləri deyilən
sözün həqiqət оlmasına inandırmaq üçün məntiqi dəlillərə çох
yer ayırırdı.
Tarixdən məlumdur ki, Aristotel Makedoniyalı İsgəndərin
müəllimi və tərbiyəçisi olmuşdur. Makedoniyadan qayıtdıqdan
sonra Aristotel də müəllimi Platon kimi fəlsəfi məktəbin əsasını
qoymuşdur. Məktəb yaxınlıqda yerləşən yunan tanrısı Likeonlu
Apollonun məbədinin adı ilə “Likey” adlandırılmışdır, latıncada
“lyceum” (liseum) kimi səslənir. Günümüzdə “lisey” kimi
fəaliyyət göstərən məktəblərin adı bununla bağlıdır. Məktəbin
natiqlik sahəsində uğurları böyükdür. Aristotel burada dərs
deyərkən ənənəvi mühazirə oxumaq formasından imtina edərək
Sokrat kimi dərslərini söhbət və diskussiya şəraitində, gənclərlə
birgə gəzərək keçməyə üstünlük verirdi. Aristotel tələbələrinə
məsləhət görürdü ki, müvəffəqiyyət qazanmaq üçün
qabaqdakıları ötüb keçmək lazımdır, arxadakıları gözləmək
olmaz.
Aristotel tarixdə bir sıra nailiyyətlərə imza atmışdır.
Aristotelə qədər fəlsəfə bütün elmləri əhatə edirdi, ilk dəfə
olaraq onun tərəfindən elmlərin təsnifatı verildi və fəlsəfədən
başqa fizika, tarix, coğrafiya, botanika, astronomiya və s. elm-
lər tədris olunmağa başladı.
Aristotel çoxcəhətli yaradıcılığa malik olmuşdur. Onun
müxtəlif sahələrə aid (“Etika”, “Metafizika”, “Fizika”,
Samirə Mərdanova
42
“Meteorologiya”, “Poetika”, “Siyasət” və s.) əsərləri var. Lakin
onun yaradıcılığı bununla bitmir. Aristotel e. ə. 335-ci ildə
natiqlik sahəsində böyük nailiyyət sayılan 3 hissədən ibarət
“Ritorika” traktatını yazmışdır. Traktatın birinci hissəsində
dildən, ikinci hissəsində üslubdan, üçüncü hissəsində isə nitqdən
bəhs olunmuşdur. Kitabda üsluba daha çox fikir verən müəllif
aydınlığı, təbii və səlis danışmağı, inandırmanı nitq üçün əsas
amil hesab edirdi. Aristotel əsərdə natiqlik sənətinin beş tələbini
xüsusi qeyd edirdi:
1) Materialın toplanması və hazırlanması;
2) Planın tərtibi və materialın məzmun və formaya
salınması;
3) Materialın yadda saxlanması və ardıcıllığın
gözlənilməsi;
4) Nitqdə şifahi şərhin, üslubi çalarlığın gözlənilməsi;
5) Nitqdə orfoepiyadan ( intonasiyadan, səs tembrindən
və s.) düzgün istifadə olunması.
Yunan mədəniyyətindən, yunan natiqlik sənətindən
danışarkən Aristotelin yaşıdı, görkəmli siyasi xadim və ritor
Demosfenin adını çəkməmək olmaz. Demosfen ritorikanın
elmi problemlərində Aristotel səviyyəsinə qalxa bilməsə də,
ritorikanın bəzi incəliklərini kəşf etməklə öz dahi müasirinin
kölgəsindən çıxa bilmiş, öz adını yunan mədəniyyəti və
ritorikası tarixinə əbədi həkk edə bilmişdir.
Demosfenin nitq qüsurlarını və lazımsız əl-qol hərəkətini
aradan qaldırmaq üçün kəşf etdiyi xüsusi üsullar indi də
əhəmiyyətini itirməmişdir.
Demosfenin natiqlik sənətinə yiyələnməsi heç də asan
yolla başa gəlməmişdir. Belə ki, gənc natiqin xalq qarşısında ilk
çıxışları uğursuzluqla nəticələnmişdir. Bu uğursuzluq tamamilə
təbii idi. Çünki Demosfenin səsi çox aşağı tonda idi, danışığı
ifadəsiz idi. O kəkəliyir, “r” və “1” səslərini düzgün tələffüz
etmir, danışarkən əsəbiləşir, tez-tez sağ çiynini atırdı. Rəvayətə
görə, o, bu qüsurları aradan qaldırmaq məqsədilə ağzına xırda
Azərbaycan dili və nitq mədəniyyəti
43
daşlar yığaraq dəniz sahilində və ya dağ başında ucadan nitqlər
söyləyirdi. Yaxud çiyin atmaq vərdişini tərgitmək üçün ta-
vandan qılınc asır, onun altında nitqlər söyləyir və qılıncın ver-
diyi ağrı hesabına bu qüsurunu da aradan qaldırmağa müvəfəq
olur. Beləliklə, öz inadından dönməyən Demosfen uzun və
israrlı səylərdən sonra öz məqsədinə nail olur və görkəmli natiqə
çevrilir.
Demosfen nitqlərində ritorika məktəblərində təbliğ olunan
“attika üslubu”ndan geniş istifadə etmişdir. Bu üslubun quruluşu
belə idi: giriş, təhkiyə, nitqi əsaslandıran faktlar və sübutlar,
nəticə. Demosfenin nitqlərinin giriş hissəsi qısa və təsirli idi, çox
vaxt aforizm və hikmətli sözlərlə başlayırdı. Demosfenin nit-
qinin təhkiyə hissəsində işin mahiyyəti ifadə edilirdi. Burada
müxtəlif müraciətlər, xitablar, ritorik suallar, sinonimik cər-
gələrdən, üslubi fiqurlardan məharətlə istifadə edilir, sözlər jest-
lərlə müşayiət olunurdu. Demosfenin istifadə etdiyi ən effektiv
üsul “qəsdən susmaq fiquru” idi ki, o, bilərəkdən mütləq deməli
оlduğu bir şey barədə susur və dinləyicilər оnu müəyyən
edirdilər. Belə bir üsulun sayəsində o, nitqində natiqə lazım оlan
nəticəyə - inandırıcılığa nail olurdu.
Məşhur Roma natiqi Siseron Demosfen haqqında bu söz-
ləri demişdir: “Kim Demosfen olmaq istəmirsə, o, natiq deyil”.
Demosfen siyasi xadim olaraq anti-Makedoniya hərəkatına
rəhbərlik etmişdir. Onun Makedoniya hökmdarı II Filip əleyhinə
etdiyi çıxış – “Filipika” xüsusilə məşhur idi. Hətta məşhur natiq
alovlu nitqlərinə və fəaliyyətinə görə o dövrdə “Xalq yığıncağı”
tərəfindən “Qızıl çələng”lə də mükafatlandırılmışdı.
Sonda isə ölkəsi makedoniyalılar tərəfindən işğal
olunduqdan sonra Demosfen əsir düşməmək üçün zəhər içərək
özünü öldürmüşdür.
Natiqlik sənəti Yunanıstan mərhələsindən sonra Roma
dövrünə qədəm qoyur. E.ə. II-I əsrdə Roma Yunanıstanı işğal
edir və ellin mədəniyyətini, yunanların ritorika sahəsindəki
nailiyyətlərini qəbul edir. Qədim Yunanıstanda olduğu kimi, Qə-
Samirə Mərdanova
44
dim Romanın məşhur natiqləri də tanınmış siyasi xadimlər idi.
Məsələn: Yuli Sezar, Mark Yuni Brut, Mark Fabi Kvintilian,
Mark Tuli Siseron kimi xadimlər Roma natiqlik sənətinin
görkəmli nümayəndələri olmuşlar.
Yuli Sezar alim, dövlət xadimi, şair, ritorika üzrə məşhur
mütəxəssis olmuşdur.Onun məhkəmədə vəkil kimi ritorik çıxışı
stenoqramlaşdırılıb indi də saxlanmaqdadır. Yuli Sezar tarixdə
Pompeyə qalib gəlmiş amansız bir diktator olmuşdur. Bununla
belə, o, elmlə məşğul olmuş, “Qalliya müharibəsi haqqında
qeydlər” və “Vətəndaş müharibələri haqqında qeydlər” adlı
elmi əsərlərini yazmışdı. Yuli təqvimi islahatını da o keçirmiş-
dir. O, ritorik istedadı ilə adını bu sahəyə həmişəlik yazmışdır.
Qədim Roma ritorikasından danışanda Mark Yuni
Brutun adını çəkməmək olmaz. O, demokratik fikirli siyasi
xadim, habelə görkəmli natiq olmuşdur. Natiqlik sənətini mü-
kəmməl şəkildə mənimsəmiş M.Y.Brut Y.Sezara qarşı təşkil
edilən mübarizənin önündə getmiş, diktatorun qətlə yetirilməsin-
də şəxsən iştirak etmişdir.
Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri
də Mark Fabi Kvintilian olmuşdur. Romada natiqlik
nəzəriyyəçisi kimi tanınan Kvintilian ritorika məktəbi açmış, bu
sahədə 12 kitabdan ibarət “Natiqlik təhsili” adlı kitab yazmışdır.
Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab
edir və bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar,
natiq isə olurlar”.
Natiqlik sənətində bir çox tanınmış natiqlər olmuşdur,
ancaq onlardan ən məşhuru Yunanıstanda Demosfen, Romada
Mark Tuli Siseron idi.
Siseronun yüksək təbəqəyə malik olması onun təhsilinə də
yaxşı təsir göstərmiş, bir natiq kimi yetişməsinə səbəb olmuşdur.
Siseron eyni zamanda siyasi xadim idi, o, Romanın ən yüksək
vəzifəsi olan konsul vəzifəsinə qədər yüksəlmişdir. Siseron
diktatura və kral hakimiyyətinə qarşı olmuş, respublika
quruluşunun qorunub saxlanmasının tərəfdarı kimi tanınmış, ona
Azərbaycan dili və nitq mədəniyyəti
45
görə də Sezarla ixtilafa girmişdir. Buna görə də Sezar hakimiy-
yətə gəldikdən sonra Siseron dövlət işlərindən uzaqlaşmış,
yaradıcılıqla məşğul olmuşdur. Siseronun yaradıcılığı əsasən
nitqlərdən, məktub və traktatlardan ibarətdir. Siseron natiqlik
sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur
natiqlik haqqında” və ”Natiq” traktatlarını yazmışdır. Siseronun
yaradıcılığının ən uca zirvəsi "Tuskulan söhbətləri" əsəri sayılır.
Bu əsər Sezara qəsd edən Bruta həsr olunmuşdur.
Natiqlik məharəti qarşısında duran vəzifələri isə Siseron
aşağıdakı kimi ifadə edirdi: “…Ancaq müdrik adam həqiqi
natiq ola bilər”. Forumda və məhkəmədə çıxış edən, sübut
etməyi, məftun etməyi və inandırmağı bacaran adamı gözəl
natiq hesab etmək olar”.
Sezarın öldürülməsindən sonra Siseron yenidən siyasətə
qarışmışdır. Lakin hakimiyyət uğrunda mübarizədə respublika-
çılar yeniləndən sonra Siseron “xalq düşməni” elan olunaraq
öldürülmüşdür.
Ritorika elm, sənət olmaqla bərabər, həm də tarixi hadisə
idi. Ritorikanın yaradıcısı olan yunanlar onu “müdrik inandırma
elmi” adlandırırdılar. Qədim Romada da bu sənətə böyük maraq
göstərilir və ritorika “söz ustalığı” kimi qiymətləndirilirdi.
Ümumiyyətlə, yunan natiqlik sənəti ilə müqayisədə Roma
natiqlik sənətinin inkişafı üzün sürmədi. Respublikanın
süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru getdi. Roma
İmperiyasının yaranması isə natiqliyin qarşısını aldı və
beləliklə, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini
qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrildi.
traktat – latın sözü olub, ayrıca bir məsələdən, problem-
dən bəhs edən elmi əsər deməkdir.
forum – Romanın mərkəzində meydan idi. Burada xalq
yığıncaqları çağrılar, canilər mühakimə edilər, müxtəlif şənliklər
keçirilərdi.
Samirə Mərdanova
46
Azərbaycanda natiqlik sənəti
Natiqlik qədim zamanlardan həm bir elm, həm də bir sənət
kimi insanların diqqət mərkəzində olmuş, məzmunlu, aydın,
yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən
yüksək qiymətləndirilmişdir. Böyük şəxsiyyətlər – dövlət xa-
dimləri, siyasətçilər, şair və yazıçılar, müəllimlər öz fikirlərini,
ideyalarını kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənə-
tindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışmışlar.
Natiqlik sənəti istər şifahi, istərsə də yazılı ədəbiyyatı-
mızda öz əksini tapmış, söz və onun qüdrəti hər zaman yüksək
qiymətləndirilmişdir. Məs: Ulu babalarımızdan bizə yadigar
qalan atalar sözlərində sözün qüdrəti ilə bağlı olduqca dəyərli
fikirlər var:
“Danışmaq gümüşdürsə, danışmamaq qızıldır”; “Söz həm
məlhəmdir, həm də yara”; ”Ağızdan çıxan söz- yaydan çıxan ox
kimidir”; “Söz güldürür, söz sevindirir, kədərləndirir, ümid
verir, ümid qırır”; “Söz var dağa çıxarar, söz var dağdan endi-
rər”; “Söz var gələr keçər, söz var dələr keçər”, “Söz qılıncdan
da itidir”, “Sözü bişir, sonra düşür”, “Söz quş kimidir, ağızdan
çıxdı, geri dönməz”, “Söz var, el içində, söz var, ev içində” və s.
Yaxud qəhrəmanlıq abidəmiz olan “Dədə Qorqud” das-
tanına nəzər salsaq görərik ki, Oğuz elinin ağsaqqalı, bilicisi
Dədə Qorqudun saz çalıb söz söyləməsi, igidlərə ad qoyması,
onlara məsləhətlər verməsi, bəzən elçiliyə getməsi, çətin anlarda
oğuzların başçılarından tutmuş sıravi insanına kimi yardım
etməsi də Azərbaycanda natiqlik sənətinin tarixi haqqında geniş
təsəvvür yaradır. Demək ki, sözünün kəsəri, fikirlərinin
müdrikliyi bu Oğuz ağsaqqalının gözəl nitqə malik olmasından
xəbər verir.
Natiqlik sənətinin əsası Qərbdə, daha doğrusu, Avropada
qoyulsa da, Şərqdə - Azərbaycanda da bu sənətə böyük maraq
yaranmış, onun görkəmli nümayəndələri yetişmişdir.
Azərbaycan dili və nitq mədəniyyəti
47
Azərbaycan ədəbiyyatı tarixində müxtəlif dövrlərdə nitqin
gözəlliyinə qiymət verən bir sıra şair və yazıçılarımız, alimləri-
miz olmuşdur ki, onları natiq adlandırmaq olar. Nizami Gəncəvi,
Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah
İsmayıl Xətai və başqaları yazdıqları bədii əsərlərdə sözün təsir
qüvvəsi, natiqlik məharəti haqqında fikir və mülahizələr söy-
ləmişlər.
Şərqdə intibah dövrü şeirinin qüdrətli nümayəndəsi Ni-
zami Gəncəvi yazdığı şeirlərin bir çoxunda sözə, onun təsir
gücünə, məna yükünə yüksək qiymət vermişdir ki, onlar
hikmətli kəlamlar kimi bu gün də dilimizdən düşmür:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Nizami öz “Xəmsə”si ilə nəinki Azərbaycan ədəbiyyatın-
da, eyni zamanda dünya ədəbiyyatında böyük şöhrət qazanmış-
dır. O, “İsgəndərnamə” poemasında natiqlik sənətinə, xüsusilə
də yunan natiqlik məktəbinə öz münasibətini bildirmiş, onun
məşhur nümayəndələrinin ümumiləşdirilmiş bədii obrazını ya-
ratmış və onları Şərqdə tanındıqları adlarla (Aristotel-Ərəstu,
Platon-Əflatun) təqdim etmişdir:
Yeddi filosofu seçdi bu zaman:
Ərəstu– tədbirli bir vəzir idi,
Bəlinas- cavanmərd, Sokrat- pir idi
Valislə Əflatun, bir də Fərfuryus
Heyrandı bunlara o ruhülqüdüs.
Yeddinci Hörmüzdü, bilir ki, hamı
Yeddinci göydədir onun məqamı.
Samirə Mərdanova
48
Şair həmçinin əsərin baş qəhrəmanı İsgəndəri də təkcə
ədalətli bir hökmdar kimi deyil, həm də fəlsəfəni, ritorikanı
bilən, gözəl nitqi ilə ürəklərə yol tapan bir natiq kimi xarakterizə
etmişdir:
İllərcə bilmədi mətin şahzadə
İrfandan başqa bir sənət dünyada.
Öz ağlı, zəkası olunca rəhbər,
Tapırdı ən incə, mənalı sözlər
Hər incə mənanı edərkən bəyan,
Sözləri su kimi olurdu rəvan…
Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan
Nəsirəddin Tusi özünün “Əxlaqi-Nasiri” və digər əsərlərində
gözəl nitqi millətin mədəniyyətinin göstəricilərindən hesab edir,
dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsini
zəruri sayırdı.
Azərbaycan ədəbiyyatı tarixində anadilli fəlsəfi şeirin
əsaslarını qoymuş böyük şair İmadəddin Nəsimi və Mə-
həmməd Füzuli də öz dövrünün məharətli natiqlərindən ol-
muşlar. Belə ki, Nəsiminin təkcə yazdığı şeirləri yox, həm də
hürufilik təriqətinin davamçılarından biri kimi xalq qarşısında
etdiyi çıxışları onun məharətli natiq olduğunu göstərir. M.Füzuli
isə söz sənətini böyük bir yenilik, nadir bir kəşf və möcüzə
adlandıraraq sözün məna və gözəlliyinə yüksək qiymət verirdi:
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz?
***
Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən asılıdır, necə ki, cism ilə can.
Azərbaycan dili və nitq mədəniyyəti
49
Xalqımızın tarixində görkəmli dövlət xadimi, qüdrətli şair
kimi tanınan Şah İsmayıl Xətainin yaradıcılığı xüsusi bir
mərhələ təşkil edir. O, Azərbaycan dilini dövlət və şeir dilinə
çevirmiş, siyasi fəaliyyəti ilə bərabər, ana dilində gözəl sənət
nümunələri yaratmışdır. İnsanın nitqinə, sözünə böyük önəm
verən şair yazırdı:
Söz vardır kəsdirər başı,
Sözünü yaxşı bişirkil,
Söz vardır kəsər savaşı.
Yaxşı us ilə düşürkil.
Söz vardır ağulu aşı,
Yaramazını şaşırkil,
Bal ilən edər yağ bir söz.
Canına olur dağ bir söz.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda yaşayıb
fəaliyyət göstərən qabaqcıl maarifçi ziyalar - M.F.Axundov,
C.Məmmədquluzadə, F.Köçərli, Ü.Hacıbəyov və b. müxtəlif
təzyiqlərə baxmayaraq, dilimizin saflığı, onun yad təsirlərdən
qorunması, təlimin Azərbaycan dilində aparılması, ana dilində
dərsliklərin yazılması uğrunda mübarizə aparmış, dil, əlifba,
orfoqrafiya, orfoepiya, üslubiyyat haqqında əsərlər yazmış,
insanların yüksək nitq mədəniyyətinə yiyələnməsinin vacibliyini
vurğulamışlar.
Azərbaycanda natiqlik sənətinin inkişafında bir sıra siyasi
xadim, müəllim və ziyalıların böyük rolu olmuşdur ki, onları
da məharətli natiq hesab etmək olar. Məs: Nəriman Nərimanov,
Məhəmməd Əmin Rəsulzadə, Şıxəli Qurbanov, Mikayıl Rəfili,
Cəfər Xəndan, Səməd Vurğun, Xəlil Rza Ulutürk və b.
Xalqımızın yetişdirdiyi bu böyük şəxsiyyətlər milli-mənəvi
dəyər və sərvətlərimizin zənginləşməsində, ədəbiyyat, mədəniy-
yət və elmin inkişafında böyük xidmətlər göstərmişlər.
Azərbaycanın görkəmli dövlət xadimi, siyasətçi və
publisist, Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu, Bakı
Dövlət Universitetinin banilərindən biri, “Bir kərə yüksələn
bayraq, bir daha enməz” deyən Məhəmməd Əmin Rəsulzadə
də, şübhəsiz, öz dövrünün natiqi hesab olunur.
Samirə Mərdanova
50
Müəllifi olduğu aşağıdakı fikirlərdə M.Ə.Rəsulzadə
Azərbaycan gənclərinə müraciət edir, onlara öz tövsiyələrini
verir və bununla da əsl natiq olduğunu bir daha sübut edir:
“Ey gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən
əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi
yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, Bir kərə
yüksələn bayraq bir daha enməz! Əlbəttə, sən onun bu ümidini
qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş
bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazı, ya
şəhid olacaqsan!”
Ömrünün axırına kimi Azərbaycan istiqlalı və azadlığı
uğrunda mübarizə aparan, öz amal və əqidəsini heç vaxt
dəyişməyən M.Ə.Rəsulzadə millətin daimi mövcudluğu üçün
ana dilini əsas vasitə hesab edir, təlimin ana dilində və milli
məzmunda aparılmasını gərəkli sayırdı. O, parlamentdə Bakı
Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə
də qətiyyətli çıxışlarla yadda qalmışdır: “...Universitetin təsis
edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır, buna görə
də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı
ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik
mümkün deyildir. Bu başqa dildə də olsa, Universitetin fəaliyyət
göstərməsinə mane olmamalıdır. ...Universitetdə türk dili
keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı
içərisində özlərini rahat hiss edəcəklər”.
Xalqımızın böyük oğlu Nəriman Nərimanov yazıçı, mü-
əllim, həkim, dövlət xadimi olaraq xalqımızın maariflənməsi,
ədəbi dilimizin inkişafı üçün dəyərli işlər görmüşdür. O,
məqalələrində, məruzə və çıxışlarında ana dilindən böyük
məhəbbətlə bəhs etmiş, onun müqəddəsliyini, əzəmətini dilə
gətirmişdir. Görkəmli ədib “Bu gün” adlı məqaləsində yazır:
“Ana dili! Nə qədər rəfiq, nə qədər ali, qəlbi təlatümə gətirən
bir kəlmə! Ana dili! Nə qədər möhtərəm, müqəddəs, nə qədər
əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz
şəfqət və məhəbbətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən
Azərbaycan dili və nitq mədəniyyəti
51
hələ beşikdə ikən layla şəklində öz ahəng və lətafətini sənə
eşitdirib, ruhunun ən dərin guşələrində nəqş bağlayıbdır!”.
N.Nərimanovun ana dilimiz haqqında hələ keçən əsrin
əvvəllərində söylədiyi bu dəyərli fikirlər öz mahiyyətini bu gün
də itirmir və onun natiqlik sənətinin bir nümayəndəsi olduğunu
göstərir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
dilimiz natiqlik sənətinin demək olar ki, bütün sahələrindən
kənarlaşdırılmışdı. Ali məclislərdə, dövlət idarələrində heç bir
məruzə azərbaycanca edilmir, bir idarədən başqa birisinə
azərbaycanca məktub yazılmır, dəftərxana sistemində dilimiz
işlənmirdi. Bu dövrdə heç bir xarici dövlətlə müstəqil
diplomatik münasibətlər yox idi. Bu illərdə ən inkişaf edən
natiqlik sahəsi akademik natiqlik idi. Bu sahədə Azərbaycan
alimləri yüksək səviyyəyə qalxmışdılar. Bu dövrdə həmçinin
bədii natiqlik də inkişaf edir, şair və yazıçılar odlu-alovlu
şeirləri — nitqləri ilə dinləyiciləri ruhlandırır, onları sovet
dövlətini, sovet vətənini qorumağa çağırırdılar. Çünki Sovet
dönəmində sovet quruluşunu tərifləmək, sovet vətənpərvərliyini
təbliğ etmək göstərişi verilmişdi.
Sovet dövründə yaşamış şairlərdən biri Azərbaycanda ilk
dəfə “Xalq şairi” adına layiq görülmüş böyük sənətkarımız, dahi
söz ustası, əvəzsiz natiq Səməd Vurğun olmuşdur. Dahi
şairimizin yaratdığı möhtəşəm əsərlər ədəbiyyatımızda əbədi-
yaşar iz qoymuş, onu hamının sevimlisinə çevirmişdir. Təkcə
“Azərbaycan” şeirindən danışmaq kifayətdir ki, bu şeir bugün də
yaşından asılı olmayaraq hər bir azərbaycanlının dilinin
əzbəridir. Bütün bunlar göstərir ki, S.Vurğun bir natiq kimi
çox böyük məharətə malik olmuşdur. O, nitqinin dolğun
məzmunu, məntiqi ardıcıllığı, ehtiraslı intonasiyası, həmçinin
görünüşü, mimika və jestləri ilə dinləyiciləri ovsunlayır, cəzb
edirdi. Buna görə də dahi şairi tez-tez Sovet İttifaqının xaricə
gedən nümayəndələri tərkibinə salırdılar.
Samirə Mərdanova
52
Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında
azərbaycançılıq ideyasına müraciət etmişlər. Bu sahədə mərhum
şairimiz Xəlil Rza Ulutürkü xüsusi qeyd etmək lazımdır.
80-ci illərin axırlarında xalq azadlıq hərəkatına qoşulan
Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilirdi. O,
meydan hərəkatında yaxından iştirak edərək hər yerdə bütün
varlığı ilə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına
təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa
edir, lənətləyirdi. Xəlil Rza şeirləri və poetik xitabları ilə
Azərbaycan xalqına müraciət edərək azadlıq uğrunda mübarizə-
yə səsləyirdi:
Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!
Çəkil, çəkil ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!
Azərbaycanda natiqlik sənətinin formalaşması tarixi qədim
dövrlərə söykənsə də, onun inkişafı daha çox XX əsrlə bağlıdır.
Ölkəmizdə natiqlik sənətinin bütün sahələrinin, xüsusilə
ictimai-siyasi və diplomatik natiqliyin formalaşıb inkişaf etmə-
sində Ümummilli lider Heydər Əliyevin xüsusi yeri var.
H.Əliyev bacarıqlı ölkə başçısı, uzaqgörən siyasətçi
olduğu kimi, həm də məharətli natiq idi. Onun kütlə qarşısında
hər bir çıxışı yüksək natiqlik nümunəsi idi. Ulu öndər çıxış-
larında hər bir söz və ifadəni zərgər dəqiqliyi ilə seçər, audito-
riyanı yormazdı. Kənardan soyuqqanlı, sərt görünsə də, incə
yumor hissinə malik idi. Danışarkən auditoriyanın səviyyəsini
nəzərə alması, zəngin söz ehtiyatına malik olması, mimika və
jestlərdən məharətlə istifadə etməsi onun nitq mədəniyyətinin,
natiqlik sənətinin bütün incəliklərinə dərindən bələd olmasından
xəbər verirdi.
Azərbaycan dili və nitq mədəniyyəti
53
Əsl natiq olmaq üçün bir çox keyfiyyətlərə malik olmaq
lazımdır: dərin bilik, məntiq, möhkəm hafizə, istedad, təcrübə,
dünyagörüşü. Bu xüsusiyyətlərin hamısını Ulu öndərdə görmək
mümkün idi. Çox zəngin söz ehtiyatına malik olduğu üçün o,
nitqə əvvəlcədən hazırlaşmaz, danışarkən düşünməzdi. H.Əliyev
ana dilinin zəngin lüğət tərkibinə, qrammatik imkanlarına və
normalarına yaxşı bələd idi, buna görə də hər zaman öz fitri
istedadı sayəsində nitqində dilimizin frazeologiya və üslubla-
rından, vurğu və intonasiyasından məqamında istifadə etməyi
bacarırdı. Tаrix, fəlsəfə, ədəbiyyat, mədəniyyət, incəsənət, bir
sözlə, bütün sahələr haqqında fenomen biliyə malik olan Ulu
öndər saatlarla istənilən mövzuda nitq söyləyə bilərdi.
H.Əliyevin nitqi səmimiyyət, qətiyyət, fəlsəfilik, poetizm
və s. ünsiyyət elementləri baxımından zəngindir. Poetizm H.Əli-
yev nitqində Azərbaycan şairlərinin şeiri ilə auditoriyalara ayaq
açır. Məsələn, Dünya azərbaycanlılarının I qurultayında etdiyi
çıxışında sevdiyi şair S.Vurğunun “Azərbaycan” şeirindən bir
parça söyləməsi yaddaşlara əbədi olaraq həkk olunmuşdur.
H.Əliyev çıxışlarında rusdilli ifadələrdən istifadə etməz,
yeri gələndə məmurlara irad tutaraq onlardan təmiz ana dilində
danışmağı tələb edər, nitqin aydınlığını və anlaşıqlılığını təbliğ
edərdi. Hətta bir dəfə Milli Məclisdə deputatlardan birinə söz
verərkən: “Xahiş edirəm fikrini aydın izah et” deməsi və
çıxışdan sonra zala müraciətlə: “Siz başa düşdünüz? Mən heç nə
başa düşmədim” deyə natiqə irad tutması dövlət başçısının
Azərbaycan dilinə sevgisinin, natiqlik sənətində aydın nitqin nə
qədər əhəmiyyət daşıdığının, bu məsələdə onun nə qədər
tələbkar olduğunun göstəricisidir.
Ulu öndər ana dilini bildiyi kimi rus dilini də mükəmməl
bilirdi. Hətta onun rus dilində danışığına, nitqlərinə rus ziyalıları
özləri belə heyrət edirdilər.
Dövlətimizin qurucusu bütün hakimiyyəti dövründə ana
dilimizə daim sevgi və qayğı ilə yanaşmış, onu “xalqımızın milli
sərvəti” adlandırmışdır. Heydər Əliyevin dilə sevgisi, qayğısı,
Samirə Mərdanova
54
hər şeydən əvvəl, onun danışığında, ayrı-ayrı çıxışlarında özünü
göstərirdi. Onun söylədiyi “Dilimiz çox zəngin və ahəngdar
dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi
sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamı bunun bariz
nümunəsidir. Ümumiyyətlə, dilin hərtərəfli inkişafı, yüksək zir-
vələrə qalxaraq beynəlxalq nüfuz qazanması məhz H.Əliyevin
adı ilə bağlıdır.
Bu gün dünyaca məşhur olan natiqlər sırasında Heydər
Əliyevin adı ilk yerlərdə çəkilir. Bu xalqımız və dilimiz üçün
böyük uğur hesab olunur.
izhar qılmaq – ifadə etmək
ləhzə - 1) bir baxış, bir nəzər, 2) bir kərə göz qırpma, 3)
göz yumub açınca keçən vaxt, an
pir – qoca
ruhülqüdüs – ərəbcə “müqəddəs ruh” deməkdir (şair
burada İsgəndəri nəzərdə tutur).
irfan- bilik, məlumat; oxumaq və zehin işlətmək
nəticəsində hasil olan yetkinlik, kamillik
ağulu aş – zəhərli yemək
us – ağıl
təşnə - 1) susuz, susamış, 2) bir şeyin həvəskarı olan, bir
şeyin həsrətini çəkən
Natiqlik sənətinin sahələri
Cəmiyyətə xidmət edən natiqlik sənəti uzun tarixi bir yol
keçmişdir. Bu tarixi yol nəticəsində natiqlik sənətinin təsnifatı
verilmiş, onun müxtəlif sahələri yaranmışdır. Lakin bəzən natiq-
lik sənətinin sahələri tam əhatə olunmamış (bədii, akademik, si-
yasi, inzibati-idarə, işgüzar natiqlik), tədqiqatçılar arasında fikir
ayrılığı yaranmışdır.
Bugünkü dövrdə natiqlik sənəti artıq bir elm kimi for-
malaşmış, elmi mübahisələrin çoxuna son qoyulmuş, natiqlik
Azərbaycan dili və nitq mədəniyyəti
55
sənətinin sahələri müəyyənləşdirilmiş, daha dəqiq və dolğun
bir təsnifat verilmişdir. Həmin təsnifat ilə tanış olaq:
İctimai-siyasi natiqlik – Bu nitq ictimai-siyasi xarakterli
olur, kütlə qarşısında və ya radio-televiziya vasitəsilə edilir.
Məs: prezidentlərin, dövlət adamlarının, siyasətçilərin çıxışları
Diplomatik natiqlik – Bu prezidentlərin, xarici işlər nazir-
lərinin, səfirlərin, diplomatların beynəlxalq miqyaslı çıxışlarıdır.
Akademik natiqlik – Bu, başqa sözlə elmi natiqlikdir,
akademiyada, ali məktəblərdə, beynəlxalq konfranslarda edilən
məruzələr, çıxışlar və mühazirələrdir. Məs: elm adamlarının,
müəllimlərin, ziyalıların nitqi.
Bədii natiqlik – Burada bədii ədəbiyyatın – şeirin, nəsrin
emosional ifası nəzərdə tutulur. Məs: bədii gecələrdə şair və
yazıçıların, qiraətçilərin söylədikləri nitq
Məhkəmə natiqliyi – Bu nitqdən məhkəmələrdə istifadə
olunur. Hakimin, prokurorun, vəkilin, müttəhimin nitqi bura
aiddir. Bu nitq müdafiə və ya ittiham xarakteri daşıya bilər.
Hərbi natiqlik – Bu hərbçilərin nitqidir. Məs: hərbi ko-
mandanların çıxışı, əsgərlərin andı və s. buna misal ola bilər.
Səhnə natiqliyi – Bu nitqə ekran natiqliyi də deyilir.
Burada ədəbi dilin normalarına riayət edilməli, vurğu, into-
nasiya, tələffüz qaydaları gözlənilməlidir. Məs: aparıcıların,
diktorların nitqi bura aid edilə bilər.
Məişət natiqliyi – Ailə-məişət sahəsində (ad günü, toy və
matəm mərasimlərində) söylənilən nitqlərdir.
Dini natiqlik – Bu nitq din xadimlərinin dini mövzuda
apardıqları söhbətlərdir. Onların söylədiyi moizə, xütbə, mər-
siyə, hədis və s. bura aiddir.
Hesab edirik ki, bu bölgü daha düzgün və məqsədəuyğun-
dur.
Samirə Mərdanova
56
Şifahi nitqin formaları: monoloji və dialoji nitq
Ünsiyyət şəraitindən, onun məqsəd və məzmunundan asılı
olaraq şifahi nitq ya dialoji və monoloji formada, ya da poli-
loq şəklində cərəyan edə bilər. Əgər “monoloq” bir nəfərin danışığına,
“dialoq” iki nəfər arasındakı söhbətə deyilirsə, “poliloq” bir neçə
nəfərin qarşılıqlı söhbətinə deyilir.
Monoloq başqa nitq növlərinə nisbətən daha mürəkkəbdir.
Monoloq öz-özünə, həmçinin bir və ya bir neçə şəxsə, dinlə-
yiciyə ünvanlanan fəal və sərbəst nitq növüdür. Monoloji nitq
bir adamın öz fikir və mülahizələrini müntəzəm və ardıcıl surət-
də şərh etməsi, başqalarının onu dinləməsidir. Monoloqu söy-
ləyən adam nitqin məzmununu aydın dərk etməli, dərin məntiqə
və zəngin söz ehtiyatına malik olmalı, nitqin təsirlilik və emo-
sionallıq xüsusiyyətlərinə, danışdığı dilin qayda-qanunlarına
mükəmməl yiyələnməlidir. Bu nitq daha çox incəsənət, təhsil,
radio və televiziya, məhkəmə sahəsində və s. yerlərdə işlədilir.
Müəllimin mühazirəsi, tələbənin çıxışı, məruzəsi, bədii əsərdə
hər hansı bir qəhrəmanın nitqi və s. monoloji nitqə aid edilə
bilər.
Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya do-
sentin şifahi şərhi mühazirə adlanır. Əvvəlcədən işlənib hazır-
lanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç növü
qeyd olunur:
1.Hesabat məruzəsi; 2. Elmi məruzə; 3. Siyasi məruzə;
Onu da qeyd etmək lazımdır ki, məruzəni müzakirə edirlər,
mühazirəni isə yox. Mühazirədə yalnız sual verilə bilər.
Daha çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış
deyilir. Çıxışda natiq irad və təkliflərini ifadə edir. Çıxış həm
elmi, həm siyasi, həm də ictimai xarakterli olur.
Monoloji nitqin məlumatvermə, təsviretmə və inandırma
kimi üç növü vardır. Monoloji nitq intonasiya, mimika və
jestlərlə müşayiət olunur.
Azərbaycan dili və nitq mədəniyyəti
57
Monoloqlar vasitəsilə insanların, eləcə də bədii əsərlərdə
personajların xarakterlərini müəyyən etmək mümkündür. Daha
çox dram əsərlərində monoloqlardan geniş istifadə edilir. Şair və
yazıçılar ya özlərinin, ya da lirik qəhrəmanın hisslərini mono-
loqlar vasitəsilə ifadə edirlər. Məsələn, M.F.Axundovun “Sər-
güzəşti-mərdi-xəsis (Hacı Qara)” əsərində Heydər bəyin, Hacı
Qaranın, C.Məmmədquluzadənin “Ölülər” komediyasında İs-
gəndərin, “Anamın kitabı” əsərində Gülbaharın, N.Vəzirovun
“Müsibəti-Fəxrəddin” əsərində Rüstəm bəyin, Fəxrəddinin
çıxışları monoloji nitqin tipik nümunələridir.
M.F.Axundovun “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)
əsərindən Hacı Qaranın monoloquna diqqət yetirək:
“Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək,
şilə verənin əli qurğuşun imiş! Üç aydır Qaladan almışam,
gətirib beş top satmamışam. Heç kəs malın üzünə baxmır.
Deyəsən, ölətdən qırılanların sovxasıdı. Heç kəs yovuğuna
gəlmir. Bu bazar ilə mən bir ilədək də bunları satıb qurtara
bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma
gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından,
qazancından əl çəkəsən, mayan da ələ gəlməyə, bu harada
görünübdür? Evin yıxılsın çit satan! Qapın çırpılsın, şilə verən!
Çadra verən, səni görüm ki, heç uğuruna xeyir gəlməsin!
Sağ-salamat satdığın malın qazancın yeməyəsən! Uf, uf! Zalım
oğlu zalım, yüz yol Qurana, peyğəmbərə and içdi ki, rəvac
maldır. Ağcəbədi bazarında üç gündə hamısın satarsan. Üç gün
indi üç ay olubdur. Üç ay deyil, bu mal üç ilə də satılmaz. Yaxşı
məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd
məni, şəksiz öldürəcək!”.
Monoloji nitqin bir növü də daxili nitqdir. Daxili nitqə
bəzən “lal nitq” də deyilir. Bu nitq nə eşidilir, nə də ona
müdaxilə edən olur.
Dialoji nitq dialoq, söhbət şəklində olur. Burada iki şəxsin
danışığı növbələnir. Dialoji nitqə bəzən mükalimə də deyilir.
Samirə Mərdanova
58
Dialoqların ən qədim nümunələri antik dövrdə yaşamış
Platonun dialoqları sayılır.
Dialoji nitq danışanların qarşılıqlı replikalarından təş-
kil olunur. Burada sadə cümlənin bütün növlərindən, xitab və
ara sözlərdən, ritorik suallardan istifadə edilir. Dialoji nitqdə
bəzən inversiyaya da yol verilir. Ancaq bununla belə, bu nitq
zamanı dil normalarına əməl edilməli, fasilə və intonasiya
gözlənilməlidir.
Dialoji nitqin əsas xüsusiyyəti həmsöhbətlərin bir-birinə
münasibəti və bir-birini anlamalarıdır. Bu nitq zamanı həmsöh-
bət deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq
edir, ya inkar edir. Dialoji nitqin sual-cavab, deyişmə, diskus-
siya, müsahibə, müzakirə və s. növləri vardır.
Qeyd: diskussiya və müzakirə poliloqa da aid edilə bilər.
Dialoji nitq zamanı tərəflər daha fəal olub müxtəlif into-
nasiya və jestlərdən istifadə edə bilərlər. Lakin bu zaman onlar
etik normalara əməl etməyi unutmamalı, kobud sözlərə, artıq,
yersiz jestlərə yol verməməlidirlər. Bununla yanaşı dialoji
nitq zamanı danışanlar bir-birinin sözünü kəsməməli, dinləməyi
bacarmalıdırlar. Çünki danışıq, nitq mədəniyyəti olduğu kimi,
dinləmə mədəniyyəti də vardır. Səbirlə, təmkinlə həmsöhbətə
qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin
təzahürüdür. Dialoji nitq zamanı danışanların xarakteri və
mədəni səviyyəsi açılır. Dahi şəxslərin söylədiyi maraqlı fikirlər
bu məqamda yerinə düşür:
“Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına
bərabərdir” (Ə.M.Bəhmənyar).
“Çox danışmamalı, başqasının sözünü yarımçıq
kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə,
bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan
yaratmalıdır” (N.Tusi).
“Ey ana, övladının əsl vətəndaş olmağını istəyirsənsə, ona
təkcə danışmağı deyil, dinləməyi də öyrət” (Atatürk).
Azərbaycan dili və nitq mədəniyyəti
59
“Qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım
gələndə axırıncı ol” (türk atalar sözü).
Bədii əsərlərdə müəllif oxucuya surətlərin daxili aləmini
dialoqlar vasitəsilə çatdırır. Məsələn, S. Vurğunun “Vaqif” dra-
mında Vaqif və Qacarın dialoqu buna ən gözəl nümunədir:
Qacar (heyrətlə) Aha, baş əyməyir hüzurumda bu!
Şeyx. Yoxdur vicdanında qanun qorxusu.
Qacar (Vaqifə) Şair, hökmdarın hüzurundasan!
Vaqif. Bunu sizsiz belə düşünürəm mən.
Qacar. Bəs baş əymədiniz!
Vaqif. Əymədim, bəli!
Əyilməz vicdanın böyük heykəli.
Qacar. Qılınclar toqquşub iş görən zaman.
Neylər dediyiniz quru bir vicdan?
Vaqif. Vicdan dedikləri bir həqiqətdir,
Beşiyi, məzarı əbədiyyətdir.
Həcminə görə dialoqlar böyük və kiçik ola bilər.
Monoloqa nisbətən dialoq və poliloqdan nitqdə daha geniş
istifadə olunur.
qədək – pambiqdan toxunma sadə və ucuz parça, tünd göy
rəngə boyanmış bez.
şilə – qırmızırəngli sadə pambıq parça.
Qala – Şuşa şəhəri nəzərdə tutulur.
sovxa – ölən adamın qalmış şeyləri.
rəvac – müştərisi çox olan, tezsatılan, çoxişlənən,
işəgedən.
Nitq etiketləri
İnsan mədəniyyətinin əsas göstəricilərindən biri də nitq
etiketləridir. Nitq etiketləri həyatın bütün sahələrində - ailədə,
kollektivdə, ictimai yerlərdə insanın davranış qaydalarını
müəyyən edir. Nitq etiketləri insana cəmiyyətdə bir şəxsiyyət və
peşəkar kimi yüksəlməyə, möhkəm ailə və dostluq əlaqələri
Samirə Mərdanova
60
qurmağa kömək edir. Onlardan düzgün istifadə insanın mədəni
səviyyəsi ilə, bütövlükdə onun yaşadığı ölkənin mədəniyyəti ilə
bağlıdır.
Nitq etiketləri valideynlər tərəfindən hələ erkən yaşlarda
uşaqlara öyrədilir, məsələn, salamlaşmaq, təşəkkür etmək, pis
hərəkətə görə üzr istəmək və s. Yaş artdıqca insan ünsiyyətdə
daha çox incəliklərə, müxtəlif danışıq üslubu və qaydalara
yiyələnir.
Nitq etiketləri özünəməxsus milli keyfiyyətlərə malik olur.
Onlar insanların bir-birinə qarşı münasibətləri, ünsiyyəti ilə
bağlı əxlaq qaydaları toplusudur.
Hər bir xalq öz nitq davranışı qaydalarını sistemli şəkildə
müəyyən edir. Hər bir mədəni insan isə ünsiyyət prosesində
onlara əməl etməlidir.
Nitq etiketləri həmsöhbətə hörmət dərəcəsini göstərır.
Onları bu cür qruplaşdırmaq olar:
Müraciət etiketləri – Müraciət ən parlaq etiket göstəri-
cisidir. Müraciətin özünəməxsus məqamları vardır. Bu zaman
şəxsiyyətin yaşı, cinsi, vəzifəsi, mövqeyi, nitq aktının baş
verdiyi məkan (ev, tədris ocağı, idarə və müəssisə, küçə, iclas,
dərs prosesi və s.), müraciət edənlə müraciət olunan arasındakı
münasibət (rəsmi münasibət, dostluq və ya qohumluq müna-
sibəti və s.) nəzərə alınmalıdır.
Biz ilk dəfə tanış olduğumuz və ya özümüzdən yaşca
böyük olan insanlara hörmət əlaməti olaraq “siz” deyə müraciət
edirik. Öz yaşıdlarımıza, yaxınlarımıza, dostlarımıza isə “sən”
deyə müraciət edirik. Hələ XI əsrdə M.Kaşğari yazırdı ki,
türklər özlərindən yaşca və vəzifəcə kiçiklərə “sən”, böyüklərə
isə “siz” deyirlər.
Nitqdə “xanım”,” bəy”, “cənab”, “müəllim” kimi müraci-
ət formaları daha çox rəsmi xarakter daşıyır. Bunlardan “xanım”
və “bəy” sözlərindən rəsmiyyət və hörmət əlaməti olaraq
qadınlara və kişilərə müraciət zamanı istifadə olunur. Bəzən bu
müraciət formalarının əvvəlinə “əziz”, “sevimli”, “hörmətli” və
Azərbaycan dili və nitq mədəniyyəti
61
s. sözləri də əlavə etmək olar. Məsələn, “əziz Leyla xanım”,
“hörmətli Rasim bəy” və s. “Müəllim” sözü də ünsiyyətdə ge-
niş şəkildə istifadə olunan müraciət formasıdır. Bu sözdən
təlim-tərbiyə ilə məşğul olan adama, həm də rəsmiyyət və
hörmət əlaməti kimi digər sənət sahiblərinə müraciət zamanı
istifadə oluna bilər. Amma adını bilmədiyin hər yoldan keçənə
də “müəllim” deməklə bu adı hörmətdən salmaq olmaz.
Son dövrlərdə yazılı və şifahi nitqdə “cənab”, “zati--
aliləri” kimi ərəb mənşəli yeni müraciət formaları işlənir. Bu
ifadələr, əsasən, yüksək dairə və məqamlarda işlədilir. Bundan
başqa əvvəllər dilimizdə sıx işlədilən “yoldaş”, “vətəndaş”
müraciət formalarından son vaxtlar istifadə olunmur.
Ana, ata, oğlum, qızım, əmi, əmioğlu, xala, dayı, nənə,
baba, ağsaqqal, eloğlu, əzizim, ay bala, başına dönüm, ağrın
alım, gözümün işığı, canım-gözüm kimi müraciət formaları daha
çox qeyri-rəsmi xarakter daşıyır. Bu müraciət formaları təkcə
qohum və tanışa deyil, tanış olmayan insanlara da ünvanlana
bilər.
Unutmaq olmaz ki, ürəyə yol tapmaq birinci növbədə
dindirməkdən – müraciətdən başlanır. Lakin bəzən bir çoxları-
nın nitqində qeyri-mədəni müraciət formalarına və ya alınma
ünsürlərə (“ə”, “ədə”, “ay gədə”, “day-day”, “az”, “ağəz”,
“brat”, “bro” və s.) rast gəlinir ki, bu da mədəni nitqin
tələblərini pozur, danışanın mədəni səviyyəsinin aşağı olduğunu
göstərir.
Görüşmə etiketləri – Hər bir görüş, danışıq salamlaşma
və görüşmə etiketləri ilə başlayır. Bu zaman ardıcıllıq böyük
əhəmiyyət kəsb edir, yəni birinci kiçik böyüyü və ya kişi qadını
salamlamalıdır. Bu vaxt Salam!, Xoş gördük!, Xoş gəlmişsiniz!,
Sabahın xeyir!, Gün aydın!, Axşamın xeyir!, Hər vaxtınız xeyir!
və s. kimi nitq etiketlərindən istifadə olunur.
Hal-əhval etiketləri – Görüşmə etiketlərindən sonra
hal-əhval etiketlərindən istifadə olunur. Məs: Necəsiz?, Nə var,
Samirə Mərdanova
62
nə yox?, Evdə-eşikdə nə var, nə yox?, İşlər necədir?, Görünmür-
sən?, Neynirsən?, Salamatlıqdır?, Aya-günə dönmüsən! və s.
Ayrılma etiketləri – Hər bir söhbətin, görüşün sonunda
insanlar yenidən görüşmək ümidi ilə vidalaşırlar. Bu zaman Sağ
ol!, Salamat qal!, Hələlik!, Allah amanında!, Yaxşı yol!, Görü-
şənədək!, Əlvida!, Xudahafiz!, Sabaha qədər! və s. kimi ayrılma
etiketlərindən istifadə edilir.
Təbrik etiketləri – Hər bir insanın həyatında elə xoş
günlər var ki, həmin vaxt yaxınların, dostların səni təbrik edir,
xoş sözlər söyləyir, sevincinə şərik olurlar. Məs: ad günündə,
toy günündə, bayramlarda və xüsusi mərasimlərdə və s. təbrik
etiketlərindən istifadə olunur. Məs: Təbrik edirəm!, Təbriklər!,
Mübarəkdir!, Xoşbəxt olun!, Qoşa qarıyasınız!, Oğullu-qızlı
olun!, Yüz yaşa!, Atali-analı böyüsün! və s.
Başsağlığı etiketləri - Unutmaq olmaz ki, insanların
həyatında sevincli günləri ilə yanaşı, kədərli günləri də olur. Bu
zaman yaxınlar, dostlar onlara dəstək olur, başsağlığı verirlər,
məs: Allah rəhmət eləsin!, Allah səbir versin!, Axır qəminiz
olsun!, Başınız sağ olsun!, Yeri cənnətlik olsun! və s.
Jest etiketləri - Nitqdə bəzən hər hansı bir məsələni
araşdırmaq, öyrənmək, müsahibi söhbətə, dialoqa cəlb etmək və
ya müsahibə zamanı razılıq əlaməti olaraq jest etiketlərindən
istifadə olunur, məs: Bağışlayın!, Buyurun!, Üzr istəyirəm!,
Təşəkkürlər!, Minnətdaram!, İcazənizlə!, Rica edirəm!, Zəhmət
olmasa! və s.
Alqışlar, qarğışlar və söyüşlər də nitq etiketləri sırasına
daxildir. Zəngin folkloru olan xalqımızın yazılı və şifahi
ədəbiyyatında alqışlar və qarğışların xüsusi yeri var. Məs:
“Kitabi-Dədə Qorqud” dastanlarında göstərilir ki, oğuzlar
döyüşə gedəndə Dədə Qorqudun alqışlarını alıb sonra meydana
çıxardılar. El ağsaqqalının sözü, duası, alqışı oğuz igidlərini hər
bəladan qurtarardı. Məsələn; Dəli Domrulun qadınının ərinə
dediyi sözlərə (alqışa) diqqət edək:
Azərbaycan dili və nitq mədəniyyəti
63
“…Soyuq-soyuq suların
İçər olsan, qanım olsun…
Mənim canım sənin canına
Qurban olsun!”
Yaxud “Salur Qazanın evinin yağmalanması” boyunda
Qazan xanın çobana dediyi sözlərə (qarğışa) nəzər salaq:
“Ağzın qurusun, çoban! Dilin çürüsün, çoban! Qadir sənin
alnuna qada yazsun, çoban!
Hazırda dilimizdə bir çox alqışlar eşidirik, məs: Allah
xeyir versin!, Allah bərəkət versin!, Əlin, qolun var olsun!,
Afərin!, Halal olsun!, Allah köməyin olsun!, Allah şəfa versin!,
Övladlarının xeyrini görəsən!, Canın sağ olsun! və s. Lakin
bəzən nitqdə neqativ münasibət bildirən ifadələrə - qarğışlara və
söyüşlərə də rast gəlmək olar. Məs: Allah evini yıxsın!, Gözün
tökülsün!, Allah sənə qənim olsun!, Burnundan gəlsin!, Qapında
ot bitsin!, Kül başına!, Axmaq!, Heyvan! və s.
Söyüşlər və qarğışlar dilin ən aşağı üslubi layını təşkil edir,
buna görə də onların istifadəsi nitq mədəniyyətinin tələbləri ilə
ziddiyyət yaradır. Lakin şair və yazıçılar yazdıqları əsərlərin
təsir gücünü artırmaq, qəhrəmanların xarakterini açmaq məqsə-
dilə müəyyən qədər onlardan istifadə edirlər.
Mimika və jestlər
ABŞ universitetlərindən birində aparılan tədqiqatlara
əsasən müəyyən olunmuşdur ki, insanlar arasında informasiya
üç yolla — söz, səs (səs tonu, tembri və intonasiya vasitəsilə) və
bədən dili (mimika və jestlər) vasitəsilə ötürülür. Alimlərin
fikrincə, ünsiyyət zamanı istifadə etdiyimiz sözlər məlumatın
ancaq 10 %-ni, səs (ton, tembr, intonasiya və s.) 40%-ni, bədən
dili isə (mimika və jestlər) 50-%-ni çatdırır. Deməli, nitq
prosesində mimika və jestlərin rolu söz və səsdən geri qalmır,
Samirə Mərdanova
64
əksinə müəyyən mənada onları üstələyir. Bəzən heç bir söz
işlətmədən də bütün mənanı qarşı tərəfə ötürmək olur (məşhur
aktyor Ç.Çaplinin səssiz filmləri buna əyani sübutdur).
Natiqlik sənətini mimika və jestsiz təsəvvür etmək müm-
kün deyil. Onlar sanki şifahi nitqin durğu işarələridir. Yazıda
durğu işarələri fikrin anlaşılmasına nə dərəcədə kömək edirsə,
şifahi nitqdə də mimika və jestlər məhz həmin məqsədə xidmət
edir.
“Mimika” yunan sözü olub, təqlid deməkdir. Danışanın
üz əzələlərinin mənalı hərəkətinə mimika deyilir. Yəni mimika
– üz hərəkətləri vasitəsilə (göz, qaş, alın, ağız, dodaqla) verilən
mesajlardır. Üz hərəkətləri insanın daxili vəziyyətindən xəbər
verir, onun hansı hisslər keçirdiyini göstərir. Bəzi alimlər
mimikanın 6 növünün olduğunu qeyd edirlər:
1.sevinc, xoşbəxtlik; 2. təəccüb; 3. qorxu; 4. hirs; 5.
nifrət; 6. laqeydlik.
Mimika deyilmiş sözü daha ifadəli edir, eyni zamanda
sözün mənasını dəyişə bilir. Məsələn:
- Təəccübümüzü ifadə etmək üçün biz qaşlarımızı yuxarı
qaldırır, gözlərimizi geniş açır, bəzən ağzımızı yarıaçıq şəkildə
saxlayırıq.
- Qorxan zaman əllərimizlə ağzımızı örtürük, gözlərimizi
qıyırıq.
- Hirslənərkən qaşlarımızı çatır, alt dodağımızı dişimizlə
sıxırıq.
- Utanarkən daha çox baxışlarımızı yerə dikirik.
- Sevinərkən isə gözlərimiz parlayır, üzümüzdə
istər-istəməz təbəssüm yaranır.
Baxış və təbəssüm də mimikanın ayrılmaz hissəsidir.
Bəzən insanın bir baxışı və ya etdiyi ani bir hərəkət min sözü
əvəz edir. Bu baxımdan, insanların nə hiss etdiklərini bilməkdə
baxışların, gözlərin rolu danılmazdır. Gözlər ünsiyyətə girməyə
şərait yaradır. Biri ilə söhbət edərkən onun bizə qarşı münasibə-
tini, səmimiliyini, söhbəti dinləyib-dinləmədiyini gözlərinə
Azərbaycan dili və nitq mədəniyyəti
65
baxaraq anlamaq mümkündür. Danışarkən həmsöhbətinin gözlə-
rinə baxmaq təkcə bizim ona qarşı olan marağımızı ifadə etmir,
həm də onun bizə nə demək istədiyini anlamağımıza şərait
yaradır. Qeyd etmək lazımdır ki, ünsiyyət zamanı insanlar
bir-birinə uzun müddət baxa bilmirlər. Bunun bir çox səbəbi ola
bilər. Bu həmsöhbətin utancaqlığından, yalan danışmasından və
ya başqa səbəblərdən qaynaqlana bilər. Deməli, insanın yalan
danışmasını da bədən dili ilə (mimika və jestlərlə) müəyyən
etmək olar. Yalan danışan və ya nəyisə gizlədən insanlar
baxışlarını yayındırmağa çalışır, əllərini burnuna və ya çənəsinə
toxunduraraq sanki üzlərini gizlətmək istəyirlər (Yalnız peşəkar
yalançılar öz üzərilərində işləyərək danışdıqları yalanı jestlərlə
tamamlaya bilirlər).
Təbəssüm nitq prosesində danışanın həmsöhbətinə poz-
itiv münasibətini göstərir. Təbəssümün müxtəlif formaları var:
səmimi təbəssüm, saxta təbəssüm və s. Çox adam səmimi və
saxta təbəssümü bir-birindən ayıra bilmir. Alimlərin fikrincə,
saxta təbəssüm üzün daha çox sol tərəfində, səmimi təbəssüm
isə üzün hər iki hissəsində bərabər müşahidə olunur. Səmimi
təbəssüm uğurlu nitqin başlanğıcıdır. Onun sayəəsində mü-
nasibətlər inkişaf edir, işgüzar toplantılar rahat keçir, nəticələr
daha yaxşı olur. Həmçinin təbəssüm və gülüş sağlamlığa da
müsbət təsir edir, immun sistemini gücləndirir, ömrü uzadır,
daha yaxşı ünsiyyət qurmağa, daha çox dost qazanmağa kömək
edir.
Nitq zamanı danışanın etdiyi əl-qol hərəkətlərinə jest
deyilir. Jest bədənimizin bütövlükdə istifadəsi ilə (əl-qol, bar-
maqlar, baş, ayaqla) verilən mesajlardır. İnsanı digər canlılardan
ayıran bu xüsusiyyətlər ona öz duyğu və düşüncələrini, sevinc
və kədərini ifadə etməyə, vacib anları vurğulamağa kömək
edir. Hər bir insanın istifadə etdiyi jestlər onun xarakterinə
uyğun formalaşır. Jestlər nitqi daha maraqlı edir, dəqiqləşdirir,
nitqin daha yaxşı qavranmasına şərait yaradır. Yerində edilən
Samirə Mərdanova
66
hər bir jest nitqin təsirini artırır, dinləyicinin diqqətini daha çox
cəlb edir.
İxtisasca hüquqşünas olan və nitq mədəniyyətinin
inkişaf etdirilməsində rolu olan böyük alim Anatoli Fyo-
doroviç Koni yazırdı:
“Jestlər nitqi canlandırır, lakin onlardan istifadə
edərkən diqqətli olmalıyıq. Danışıq zamanı istifadə edilən hər
bir jest nitqə uyğunlaşdırılmalıdır, çünki həddindən artıq jestdən
istifadə etmək və əl-qol hərəkətlərindən çox istifadə
həmsöhbətimizdə bizə qarşı mənfi fikir yarada bilər”.
Deməli, danışanın həddindən artıq əl-qol atması,
üz-gözünü turşutması, əlini qulağına aparması, barmaqlarını
şaqqıldatması, ayaqlarını yelləməsi, dodağını çeynəməsi,
qalstukunu düzəltməsi, saçı ilə oynaması və s. kimi hərəkətlər
diqqətin dağılmasına, dinləyicilərin ümumi narazılığına,
danışana qarşı mənfi hisslərin formalaşmasına səbəb ola bilər.
Natiq unutmamalıdır ki, yersiz edilən hərəkətlər onun nitqinin
təsirini azaldar, hətta gülüş hədəfinə çevirə bilər.
Nitqi canlandıran və onun emosionallığını artıran jest
və mimika bir-birini tamamlamalıdır.
Müasir həyatımızda müşahidə etdiyimiz jestlərə və
onların mənasına baxaq:
Əlin, ovucun açıq saxlanılması – Bu jest danışanın
səmimiliyini və inandırıcılığını göstərir. Hətta bir çox siy-
asətçilər də çox vaxt “açıq əl” jestindən istifadə etməklə səmimi
olduqlarını göstərmək istəyirlər.
Əllərin sinədə çarpaz şəkildə saxlanması – Bu vəziyyət
dinləyicinin narahatlığına səbəb olur, danışanın aqressiv
olduğuna, bir növ həmsöhbətinə rəqib kimi baxdığına işarə edir.
Şəhadət barmağının yuxarı yönəldilməsi – Bu işarə
ötürülən mesajın nə qədər vacib olduğuna diqqət çəkmək üçün
istifadə edilir.
Yumruğunu sıxaraq danışmaq – Bu jest narazılıq
göstəricisidir. Danışan narazılığını sözündə biruzə verməsə də,
Azərbaycan dili və nitq mədəniyyəti
67
onun bu jestdən istifadə etməsi həmin insan haqqında məlumat
verir.
Göründüyü kimi, bu cür jestlərin istifadəsi dilindən,
dinindən və irqindən asılı olmayaraq bütün insanlar üçün eynidir
və eyni mənaları ifadə edir.
Mimika və jestləri anlamaq üçün insan psixologiyasını
yaxşı bilmək lazımdır. Bu da nitq mədəniyyətinin psixologiya
ilə birbaşa əlaqəsini göstərir.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, auditoriya
qarşısında nitq söyləyən insan təkcə nitqinin məzmununa yox,
formasına da fikir verməli, insanların ağlı ilə yanaşı, hisslərinə
də təsir etməyi bacarmalıdır. Deməli, çıxış zamanı təkcə nitqin
məzmunu yox, həm də natiqin davranışı vacibdir. Çünki dav-
ranış dinləyicilərlə əlaqə yaratmağa və hazırlanmış materiallı
düzgün çatdırmağa şərait yaradır. Yəni dinləyicilərlə ünsiyyət
zamanı natiqin nitqinin uğurlu olması təkcə onun verdiyi in-
formasiyadan yox, həm də onun səmimilik və inandırıcılı-
ğından, səsindən, xarici görünüşündən, tərzindən, duruş və ba-
xışından, mimika və jestlərindən də asılıdır.
Samirə Mərdanova
68
ÜÇÜNCÜ MÜHAZİRƏ
ƏDƏBİ DİLİN NORMALAR SİSTEMİ. FONETİK
NORMA: YAZILI VƏ ŞİFAHİ NİTQ NORMALARI.
Ədəbi dil müəyyən normaya, orfoepik tələblərə, qramma-
tik qaydalara əsaslanan, ayrı-ayrı şivə xüsusiyyətlərinin, tələf-
füz formalarının müəyyən tələblər, qaydalar, prinsiplər əsasında
ümumiləşmiş, hamının başa düşdüyü danışıq formasıdır. Norma
ədəbi dilin əsas əlaməti olub, onu xarakterizə edən, eyni zaman-
da sistemləşdirən kateqoriyadır.
“Norma” sözü latın dilindən alınmış termindir və mənası
“qayda”, “əsas”, “nümunə” deməkdir. Bu termin bütün elmlərə,
həyatın bütün sahələrinə aiddir. Məs: əxlaq norması, hüquq
norması, normativ sənəd, dil norması, danışıq norması və s.
Deməli, norma hər yerdə var. Nitq mədəniyyəti və ədəbi dili də
normalarsız təsəvvür etmək olmaz.
Nitq mədəniyyətinin əsas göstəricisi ədəbi dilin norma-
larına əməl etməkdən ibarətdir. Ədəbi dilin normaları dilçiliyin
şöbələrinə əsaslanaraq fonetik, leksik, qrammatik normalara
ayrılır.
Ədəbi dilin normaları tarixi kateqoriyadır və sabitdir. Lakin
normalar dildə nisbi sabitlik yaradır, yəni onlar mütləq deyil,
dəyişkəndir. Bu hal özünü daha çox orfoqrafik və leksik
normalarda göstərir. Orfoqrafiya qaydalarında edilən dəyişikliklər,
sözün yeni qaydada yazılması, dilimizin lüğət tərkibindən bəzi
sözlərin çıxması, elm və texnikanın inkişafı, digər xalqlarla
ünsiyyətin və əlaqələrin genişlənməsi, özləşmə meyillərinin təsiri
ilə əlaqədar yeni sözlərin dilimizə daxil olması bunun əsas
göstəricisidir. Məsələn, son dövrlərdə orfoqrafiya qaydalarında
edilmiş dəyişikliklərə görə bir sıra sözlərin yazılışı dəyişilmişdir:
fe`l – feil; şe`r – şeir; kompyuter – kompüter və s. Eyni zamanda
vaxtilə işlək olmuş bəzi sözlər istifadədən qalaraq köhnəlmiş
Azərbaycan dili və nitq mədəniyyəti
69
(kolxoz, sovxoz, komsomol, pioner və s.), bəzi sözlər (soyqırım,
soyad, öndər, toplu, durum, dönəm, dəstəkləmək və s.) dilimizin
lüğət tərkibinə daxil olmuşdur.
Müasir Azərbaycan ədəbi dilinin fonetikası
“Fonetika” sözü yunan sözü olub, mənası “səs haqqında
bəhs” deməkdir. Fonetika dilçiliyin bir bölməsi olub, danışıq
səslərinin yaranmasını, onların xüsusiyyətlərini və inkişafını
öyrənən elmdir.
Fonetikanın əsasını hərflər və səslər təşkil edir. Müasir
Azərbaycan dilində 32 hərf, 34 səs vardır. Onlar əmələgəlmə və
səslənmə fərqlərinə görə 2 yerə bölünür: saitlər və samitlər.
Saitlər musiqili səslər (vokalizm), samitlər isə küylü səslər
(konsonantizm) hesab olunur.
Müasir Azərbaycan ədəbi dilinin
saitlər sistemi
Saitlər ağız boşluğunda heç bir maneəyə rast gəlməyən,
musiqili tona malik olan, heca əmələ gətirən danışıq səslərinə
deyilir. Müasir Azərbaycan ədəbi dilində 9 sait səs var. Saitlər 4
prinsipə əsasən təsnif olunur:
1. Dilin iştirakına görə:
a) Dilönü, yaxud incə saitlər: e, ə, i, ö, ü.
b) Dilarxası, yaxud qalın saitlər: a, ı, o, u.
2. Dodaqların vəziyyətinə görə:
a) Dodaqlanan saitlər: o, ö, u, ü.
b) Dodaqlanmayan saitlər: a, ı, e, ə, i.
3. Alt çənənin vəziyyətinə görə:
a) Açıq saitlər: a, e, ə, o, ö.
b) Qapalı saitlər: ı, i, u, ü.
4. Kəmiyyətə görə:
a) adi saitlər.
Samirə Mərdanova
70
Adi saitlər adi, normal kəmiyyətdə tələffüz olunan
səslərdir. Onlar genış dairədə fəaliyyət göstərir. Məs: şəfəq,
masa, pişik sözlərində olan ə, a və i saitləri uzanmır, adi
kəmiyyətdə tələffüz olunur.
b) uzun saitlər.
Azərbaycan dilində ı, ü saitlərindən başqa bütün saitlər
uzun tələffüz olunur. Məsələn: [a:lim], [e:lan], [şö:bə], [si:ma],
[mu:siqi], [ə:la], novruz-[no:ruz] və s. Uzun saitlərin işlənmə
dairəsi olduqca məhduddur. Uzun saitlər bəzi alınma sözlərdə
və müəyyən dərəcədə dialekt və şivələrdə özünü göstərir. Adi
saitlərdən fərqli olaraq uzun saitlərin sözlərdə məna fərqi
yaratmaq qabiliyyəti yoxdur.
Sözlərdə saitlərin yeri
a, ə, i, u, ü saitləri sözün hər yerində - əvvəlində,
ortasında, axırında işlənir, məs: ata, adam, əlcək, ilan, iki, uzaq,
uzun, ütü, üzüm, düyü vəs.
a, ə, ı, i, u, ü saitləri şəkilçilərin tərkibində işlənir, məs:
-lar, -lər- kitablar, dəftərlər, -dı, - di, -du, dü – aldı, - gəldi, -
oxudu, - gördü.
e, o, ö saitləri sözün yalnız ilk hecasında işlənir, məs:
eynək, odun, böyük və s. Bu saitlər şəkilçilərin tərkibində
işlənmir (oxlov və uzunsov sözləri istisnadır). Lakin bəzən yerli
dialekt və şivələrdə aton, nənön, gəler, alacey kimi formalara
rast gəlinir ki, bu zaman fonetik norma pozulmuş olur.
Azərbaycan dilində ı saiti sözün əvvəlində işlənmir, yalnız
sözün ortasında və axırında işlənir, məs: işıq, ilxı və s.
Müasir Azərbaycan ədəbi dilinin
samitlər sistemi
Samitlər tələffüz zamanı hava axınının ağız boşluğunda
müəyyən maneələrə rast gəlməsi nəticəsində yaranan səslərdir.
Azərbaycan dili və nitq mədəniyyəti
71
Müasir Azərbaycan dilində 25 səslə ifadə olunmuş 23 samit hərf
var.
Samit səslər aşağıdakı qaydada təsnif olunur:
1. Səs tellərinin iştirakına görə:
a) Kar samitlər: p, f, k, t, s, ş, ç, x, h
b) Cingiltili samitlər: b, v, g, d, q, z, j, c, ğ, l, m, n, r, y
Kar samitlərin əmələ gəlməsində səs telləri qeyri-fəal, cingiltili
samitlərin tələffüzündə isə səs telləri fəal iştirak edir.
Məsələn:
p – b, f – v, k – g, t – d, s – z, ş – j, ç – c, x - ğ, k`- q, x`- y
2. Küy və tonun iştirakına görə:
Samitlər ümumən küylü olsa da, onlardan bir çoxunun
əmələ gəlməsində ton iştirak edir. Bu cəhətdən samitlər üç qrupa
bölünür.
a) Küylü-kar samitlər: k, p, s, t, f, x, h, c, ş
Bunların əmələ gəlməsində ton iştirak etmir, onlar yalnız
küyün köməyi ilə yaranır.
b) Küylü-cingiltili samitlər: b, v, q, ğ, d, j, z, y, g, c
Bu samitlərin əmələ gəlməsində ton küyü müşayiət edir.
c) Sonor samitlər: l, m, n, r
Bu samitlərin əmələ gəlməsində ton əsas rol oynayır, küy
əhəmiyyətsiz dərəcədə iştirak edir.
3. Əmələgəlmə yerinə görə:
a) Dodaq samitləri: b, m, p, v, f
Bunlardan b, m, p qoşa dodaq samitləri, v, f dodaq-diş
samitləridir.
b) Dil samitləri: q, ğ, d, j, z, y, k, g, l, n, r, s, t, x, ç, c, ş
Bunlar da öz növbəsində üç qrupa ayrılır:
a) dilarxası samitlər: q, ğ, x
b) dilortası samitlər: y, k, g
c) dilönü samitlər: d, j, z, l, n, r, s, t, ç, c
c) Boğaz samiti: h
4. Əmələgəlmə üsuluna görə:
a) Kipləşən samitlər: p, b, t, d, k, g, q
Samirə Mərdanova
72
Bu samitlərin əmələ gəlməsində danışıq üzvləri kipləşir və
nəfəs borusundan gələn havanın təsiri ilə birdən açılır və bu vaxt
küy yaranır.
b) Novlu samitlər: f, v, s, z, ş, j, y, x, ğ, h
Bu samitlər sürtünmə nəticəsində yaranır.
c) Kipləşən-novlu samitlər: l, m, n
Bu samitlərin əmələ gəlməsi zamanı hava axını ya
burundan, ya da ağızdan çıxır. Birinci halda burun samitləri (m,
n), ikinci halda ağız samiti (l) yaranır.
ç) Titrək samit: r
Bu samitin əmələ gəlməsində dilin ucu diş dibinə doğru
qalxır və hava axınının keçməsi ilə titrəyir.
d) Qovuşuq (afrikat) samitlər: ç, c
Bu samitlər, elə bil, özündə iki samiti birləşdirir: ç – t+ş, c
– d+j
Samitlərin incə və qalınlığı
Azərbaycan dilində bəzi samitlər sözdə işlənmə yerindən,
qonşu səslərdən asılı olaraq incə və ya qalın tələffüz olunur.
Məsələn, l səsi bala sözündə qalın, ali sözündə nisbətən incə,
Əli sözündə isə incə tələffüz olunur. Azərbaycan dilində
samitlərin bu cür tələffüzü sözdə məna fərqi yaratmır.
Bu cəhətdən k-q səsləri fərqlənir. Onların incə və qalınlığı
şəkilçilərdə məna fərqi yaratmasa da (-maq
2
, -ıq
4
, dıq
4
), sözlərdə
bəzən məna fərqi yaradır, yəni fonem kimi çıxış edir. Məs:
kar-qar, kal-qal.
Fonetik norma
Fonetik norma dedikdə, dil üçün məqbul sayılan bütün
fonetik vasitələrdən – danışıq səsləri və hərflərdən, heca
sistemindən, vurğu və intonasiyadan, fonetik qanun və hadisə-
Azərbaycan dili və nitq mədəniyyəti
73
lərdən şifahi və yazılı nitqdə düzgün istifadə edilməsi başa
düşülür.
Ədəbi dilin fonetik norması özündə iki sahəni birləşdirir:
orfoepik norma və orfoqrafik norma.
Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik, yazılış
qaydası isə orfoqrafik norma adlanır.
Orfoqrafik norma
“Orfoqrafiya” yunan sözü olub, “orphos”- doğru, düzgün,
“graphos”- yazıram deməkdir. Orfoqrafiya - dildəki sözlərin
düzgün yazılışını təmin edən qaydalar sistemidir. Orfoqrafik
qaydalar dövlət tərəfindən müəyyən olunur və orfoqrafiya
lüğətlərində öz əksini tapır. Hər kəsin bu qaydalara riayət etməsi
məcburidir. Orfoqrafiyanın təkmilləşməsi dilin inkişafı və xalqın
mədəni səviyyəsinin yüksəlməsi ilə bağlıdır.
Orfoqrafiya danışıq səslərinin hərflə ifadəsi, sözlərin ayrı,
bitişik və ya defislə yazılması, sətirdən-sətrə keçirmə, sözün ilk
səsinin böyük, yaxud kiçik hərflə yazılması, durğu işarələrinin
yerli-yerində işlənməsi, kök və şəkilçilərin, ixtisarların, idarə və
təşkilat adlarının yazılması kimi qaydaları əhatə edir.
Fərdi və ya dialekt xüsusiyyətlərindən asılı olmayaraq,
orfoqrafiya qaydalarına riayət edilməsi, yəni sözün eyni şəkildə
yazılması ictimai mahiyyət daşıyır, çünki aydın və vahid yazı
qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün
əlverişli şəklə salır.
Dilin düzgün yazı qaydalarını yaratmaq üçün müxtəlif
yollardan istifadə olunur ki, bu da orfoqrafiyanın prinsiplərini
müəyyənləşdirir. Orfoqrafiyanın morfoloji, rəmzi (simvolik),
ənənəvi, fonematik, fonetik və etimoloji prinsipləri var. Müxtəlif
dillərdə bu prinsiplərin hamısından deyil, hər dilin öz
xüsusiyyətlərinə müvafiq olanından istifadə edilir. Müasir
Azərbaycan dilinin orfoqrafiyası fonetik, morfoloji və
tarixi-ənənəvi prinsiplərə əsaslanır.
Samirə Mərdanova
74
1. Fonetik prinsip sözlərin deyiliş formasını əks etdirir.
Bu prinsipə görə, sözün tərkibindəki səslər tələffüz olunduğu
kimi yazılır. Yəni sözlərin əksəriyyətinin tələffüzü ilə yazılışı
arasında, demək olar ki, fərq olmur. Məsələn: dağ, daş, gəl, vur,
al, əl, adam, ata, ana, bala və s. Dilimizdə söz köklərinin çoxu
bu prinsipə görə yazılır.
2. Morfoloji prinsip müxtəlif şəkildə deyilən kök və
şəkilçilərin vahid formada yazılmasını tənzim edir. Məsələn:
Söz köklərinə aid misallar:
[degil], [dəgil], [dəgül], [dəyil], [döyül – deyil; [əv], [öy],
[öv] – ev; [qərdeş] - qardaş; [əlbətdə] - əlbəttə və s.
Şəkilçilərə aid misallar:
[günnər]– günlər; [sənnən] - səndən; [varrı] – varlı,
[cannı]– canlı və s.
3. Tarixi-ənənəvi prinsipə görə, əvvəlki dövrlərdə tətbiq
olunan qaydalar mühafizə olunur və bu gün də dəyişdirilmədən
tətbiq edilir.
Bu prinsiplə yazılan sözləri 2 qrupa ayırmaq olar:
1. Azərbaycan dilinin öz sözləri və şəkilçiləri.
Məs.: bulud, kənd, qurd, dörd kimi sözlərin son səsi t ilə
deyilsə də, d ilə yazılır. Bulaq, qatıq, qonaq sözlərinin son səsi
x, ğ ilə deyilsə də, q ilə yazılır. Yaxud –maq, -mək şəkilçisi
–max, məy kimi tələffüz olunsa da, birinci variantda olduğu kimi
yazılır. Tarixi-ənənəvi prinsiplə əlaqədar bu sözlərin vaxtilə
mövcud olmuş yazılış şəkli əsas götürülür.
2. Alınma sözlər və şəkilçilər. Bunlar da mənşəyinə gö-
rə 2 qrupa ayrılır: ərəb-fars və rus-Avropa mənşəli alınma
sözlər.
a) Ərəb-fars mənşəli zülm [zülüm], cəbr [cəbir], kəsr
[kəsir], hüzn [hüzün], Rza [İrza] sözlərinin yazılışı məhz tari-
xi-ənənəvi p rinsip lə bağlıdır.
b) Rus-Avropa dillərindən alınmış laborant [labarant],
kollektiv [kallektiv], protokol [pratakol], konsert [kansert],
Azərbaycan dili və nitq mədəniyyəti
75
orfoepiya [arfaepiya] sözlərinin yazılışı da tarixlə, ənənə ilə
əlaqədardır.
Lakin bununla belə bir sıra alınmalar dilimizin fonetik
sisteminə - tələffüzünə uyğun olaraq mənbə dildən fərqli şəkildə
yazılır. Məs.: stakan-stəkan, çemodan-çamadan, metall-metal,
proqramma-proqram, qruppa-qrup və s.
Deməli, fonetik prinsip yazımızda əsas və başlıca,
morfoloji prinsip köməkçidir. Tarixi-ənənəvi prinsip isə orfoqra-
fiya qaydalarının bəzi maddələrində əsas götürülür.
Orfoepik norma
“Orfoepiya” yunan sözü olub, “orphos” - döğru, düzgün,
“epos” -danışıq, nitq deməkdir. Azərbaycan dilinin orfoepiyası
dilimizin səs sisteminə uyğun olaraq şifahi ədəbi dilimizdə
özünə möhkəm yer tutan tələffüz qaydalarıdır.
Orfoepiya danışıq səslərinin sözəvvəli, sözortası və
sözsonu mövqedə tələffüzü, fonetik hadisələr, intonasiya, fasilə
və vurğu kimi məsələləri əhatə edir.
Azərbaycan dilinin orfoepiya qaydalarına əsasən iki və
çoxhecalı sözlərin sonunda cingiltili samit öz avazını itirir və kar
samit kimi tələffüz olunur: qılınc- [qılınç], polad- [polat], kitab-
[kitap], pələng- [pələnk]; iki kar samit yanaşı işləndikdə ikincisi
cingiltili samit kimi tələffüz olunur: səkkiz- [səkgiz],
əlbəttə-[əlbətdə], hətta-[hətda]; sonu n, m samiti ilə bitən sözlərə
ismin çıxışlıq hal şəkilçisini artırdıqda –dan, -dən, əvəzinə -nan,
–nən kimi tələffüz edilir: məndən – [mənnən], atamdan –
[atamnan] və s.
İxtisarların deyilişi (BMT- BeEmTe), sözlərdə vurğunun
yeri (dialoq, monoloq, omonim, dramaturgiya), alınma sözlərin
düzgün tələffüz məsələsi (orfoqrafiya- [arfaqrafiya], intona-
siya- [intanasiya]) də orfoepiyada öz əksini tapır.
Samirə Mərdanova
76
Orfoepiya dildə, əsasən, düzgün və zərif tələffüzə xidmət
etdiyi üçün bir sıra sözlərin deyiliş qaydası sonralar yazılış qay-
dasına çevrilə bilir. Məsələn:
tutsaq-dustaq, yapraq-yarpaq, topraq-torpaq, fe`l-feil,
şe`r-şeir və s.
Orfoepik normaları müəyyənləşdirərkən bir sıra prinsiplər
əsas götürülür:
1) tələffüzün asanlığı; 2) danışığın təbiiliyinin qorunması;
3) şəkilçilərin qısa variantda saxlanılması; Məs: gəlmişsiniz –
gəlmisiz, gələcəyəm – gələcəm və s.
Orfoepik qaydalar hamı üçün zəruri və məcburidir və heç
kəs tərəfindən pozulmamalıdır. Lakin buna baxmayaraq, bəzən
nitqdə orfoepik normanın pozulması hallarına da rast gəlmək
olur. Məs:
a) Bəzən nitqdə dialekt tələffüzünə yol verilir; məs: qayçı –
qeyçi, stol – usdol, alacaq – alacey, dərman-dərmən, düymə -
dügmə, bacı-bajı, baba – boba, çoban – çovan, kitab – kitaf,
alıbdı – alıtdı, gələcəksən – gələssən və s.
b) Vurğunun düzgün qoyulmaması da orfoepik normanın
pozulması deməkdir; məs: kafedra – kafedra, opera – opera,
allergiya - allergiya və s.
c) Yaxud bəzən nitqdə sözlərin hərfi tələffüzü, yəni yazıl-
dığı kimi deyilməsi hallarına rast gəlinir. Məsələn: Maskva
əvəzinə Moskva, infarmasiya əvəzinə informasiya, amonim
əvəzinə omonim, başdıyır əvəzinə başlayır, işdiyir əvəzinə
işləyir deyilir.
Nitqdə bu cür qüsurlar danışanın yüksək nitq mədəniy-
yətinə yiyələnməsi işinə mənfi təsir göstərir.
Danışıqda asan tələffüzü tənzim edən və dilin gözəlləşmə-
sində, zənginləşməsində böyük rol oynayan orfoepiya ictimai
mahiyyət kəsb edir.
Dil zənginləşib təşəkkül etdikcə onun orfoepiya qaydaları
da inkişaf edir. Orfoepiyanın inkişafı isə teatr, kino, televiziya,
radio, məktəb və auditoriyalarda vahid normalara malik danışıq
Azərbaycan dili və nitq mədəniyyəti
77
dilinin yayılmasından çox asılıdır və bu inkişaf nitq mə-
dəniyyətinin yüksəlməsinə xidmət edən başlıca vasitədir.
Müasir Azərbaycan ədəbi dilində fonetik
qanun və hadisələr
Dilin başqa sahələrində olduğu kimi, fonetik quruluşunda
da bir sıra qanun və hadisələr mövcuddur. Bunlardan ədəbi
dildə sabitləşənlər qanun hesab edilir. Danışıq dilində işlənərək
ədəbi dildə qanuniləşməyənlər isə hadisə adlanır.
Dildəki fonetik qanun və hadisələr hər bir dilin öz milli
xüsusiyyətləri əsasında yaranır. Bu qanun və hadisələrin dildə
rolu çox böyükdür. Xüsusən, başqa dillərdən alınma sözlərin
ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik qanun və
hadisələr mühüm əhəmiyyət kəsb edir. Belə ki, alınma söz dilin
tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud
əksinə, bu və ya digər səs ixtisar edilir, yaxud dəyişdirilir.
Müasir Azərbaycan dilinin bir sıra fonetik qanun və ha-
disələri vardır:
1) ahəng qanunu; 2) cingiltiləşmə qanunu; 3) assimilya-
siya;4) dissimilyasiya; 5) proteza; 6) eliziya; 7) metateza.
Ahəng qanunu
Sözdə eynicinsli səslərin bir-birini izləməsinə ahəng qa-
nunu deyilir. Ahəng qanunu bütün türk dillərinin dəmir qanunu
hesab olunur. Dildə saitlərin ahəngi əsasdır. Saitlərin ahəngi iki
cür olur:
1) İncə saitlərin ahəngi: meşəlik, çiçəkçilik, getmək.
2) Qalın saitlərin ahəngi: bayraq, futbolçu, yazmaq.
Əsl Azərbaycan sözlərinin əksəriyyəti ahəng qanununa
tabedir, lakin bəzi istisnalar da var, məsələn, işıq, ilan, ildırım,
Samirə Mərdanova
78
iraq, inam, inanmaq və s. Bu sözlərin bir hissəsi y başlanğıclı,
həm də qalın variantlı olmuşdur: yılan, yıldırım və s.
Alınma sözlər əslində ahəng qanununa tabe olmur, məs:
radio, kino, səadət, dünya, kitab, alim, məktub və s. Lakin
dilimizdə işlənən alınma sözlərin bəzisində bu qanun gözlənilir.
Məs: müəllim, həkim, məktəb, təhsil, traktor və s. Alınma sözlərin
bir çoxu dilimizə keçərkən ahəng qanununa uyğunlaşmışdır,
məsələn, və s.
Ahəng qanunu fonetik qanun olmaqla yanaşı, həm də
morfoloji qanundur (buna görə bəzən ahəng qanununa mor-
fonoloji qanun da deyirlər). Səslərlə yarandığı üçün fonetik, kök
və şəkilçi arasında olduğu üçün morfoloji qanun hesab olunur.
Ahəng qanunu kök və şəkilçi arasında mühüm rol oynayır. Belə
ki, hər hansı bir sözə şəkilçi artırıldıqda, şəkilçidəki sait mütləq
sözün son saitinə uyğun gəlməlidir, yəni incədirsə incə,
qalındırsa qalın olmalıdır, məsələn, kitablar, dəftərlər. Lakin
bəzən bəzi dialektlərdə gəlmək, getmək, alacaq sözləri gəlmax,
getmax, alacey şəklində işlədilir ki, fonetik normaya görə bu
qüsur sayılır.
Ahəng qanununa əsasən milli şəkilçilər iki və dörd variant-
lı olur, məs: -lar, -lər; -maq, - mək; - çı, -çi, - çu, - çü;-dı, - di, -
du, -dü.
Dilimizdə bəzi ərəb-fars mənşəli şəkilçilər də var ki, bir
variantlı olduqlarına görə ahəng qanununun pozulmasına gətirib
cıxarırlar, məs: sənətkar, xəstəxana.
Cingiltiləşmə qanunu
Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan
biri də cingiltiləşmədir. Ahəng qanunu kimi, cingiltiləşmə də
dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür. Sözdə kar
Azərbaycan dili və nitq mədəniyyəti
79
samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə
qanunu deyilir.
Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə
başlanan şəkilçi qoşulduqda baş verir; məsələn:
t – d – get – ged+im – ged+ək
yarat – yarad+im – yarad+aq
qayıt – qayıd+ıb – qayıd+aq
oxut – oxud+ub – oxud+ur
öyrət – öyrəd+ib – öyrəd+ir
k – y – çörək – çörəy+in – çörəy+ə
çiçək – çiçəy+in – çiçəy+ə
Cingiltiləşmə qanununda kar səs düşdüyü şəraitlə əlaqədar
cingiltiləşir. Bu və ya başqa samit eyni şəraitdə bəzən
cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn:
et- ed+im – ed+ək
ət - ət+in - ət+ə
Göründüyü kimi, birinci misalda t səsi d səsinə çevrilmiş,
cingiltiləşmiş, ikinci misalda isə t səsi öz yerində qalmışdır.
Fonetik hadisələr
Nitq prosesində danışıq səslərinin fizioloji və akustik
keyfiyyətlərində baş verən dəyişikliklərə fonetik hadisələr
deyilir (A.Axundov).
Fonetik hadisələr əsasən tələffüzdə özünü göstərir, ancaq
bəzən yazıda da öz əksini tapır.
Azərbaycan dilində 5 fonetik hadisə var:
1) Assimilyasiya (səs uyuşması)
2) Dissimilyasiya (səs fərqləşməsi)
3) Proteza (səs artımı)
4) Eliziya (səs düşümü)
5) Metateza (yerdəyişmə)
Assimilyasiya (uyuşma) - söz tərkibində yaxın və ya
yanaşı səslərdən birinin digərinə təsir edərək onu öz məxrəcinə
Samirə Mərdanova
80
uyğunlaşdırmasıdır. Uyuşma hadisəsi keyfiyyətinə görə tam
və natamam olur:
Tam uyuşma hadisəsinə uğrayan səs, təsirinə düşdüyü
səslə tam eyniləşir, məs: məndən-mənnən; onlar-onnar;
anlamaq-annamaq; tapmaq-tappaq; oğlanlar-oğlannar və s.
Natamam uyuşmada uyuşma hadisəsinə uğrayan səs, təsir
altına düşdüyü səslə tam eyniləşməyib, ona yaxın məxrəcli
başqa bir səslə əvəz edilir, məs: qızlar-qızdar; atlar-atdar;
dostlar – dostdar; gözlük-gözdük və s.
Uyuşma hadisəsi istiqamətinə görə 2 cür olur: irəli uyuşma
və geri uyuşma.
İrəli uyuşmada sözdə səslərdən biri özündən sonrakı başqa
bir səsi öz məxrəcinə uyğunlaşdırır, məs: oğlanlar- oğlannar,
qızlar- qızdar, tapmaq-tappaq, anlamaq-annamaq. Geri uyuş-
mada isə əksinə, sözdə səslərdən biri özündən əvvəl gələn səsə
təsir edib, onu öz məxrəcinə uyğunlaşdırır. Məs: rusca-rucca,
yazsa-yassa, dinməz-dimməz, yazırlar-yazıllar. Dilimizdə irəli
uyuşmaya nisbətən geri uyuşma az inkişaf etmişdir.
Dissimilyasiya (fərqləşmə) – tələffüz zamanı sözün
tərkibində olan eynicinsli səslərdən birinin digərinə təsir edə-
rək, onu başqa səsə çevirməsinə deyilir. Məs: qararmaq--
qaralmaq, sararmaq - saralmaq. Qararmaq və sararmaq sözləri
qara və sarı sözlərinə -ar şəkilçisini artırmaqla düzəlmişdir.
Lakin sonradan bu sözlərdəki birinci r səsi ikinci r səsinə təsir
edərək onu l səsinə çevirmişdir. Buna əsasən həmin sözlər hazır-
da qaralmaq, saralmaq formasında yazılır və tələffüz olunur. Bu
hadisə danışıq dilində də yayılmışdır. Məs: zərər – zərəl, qərar
– qəral və s. Lakin bu hal ədəbi dil üçün məqbul sayılmır.
Proteza (səs artımı) Azərbaycan dilinin qanunlarına
əsasən, sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq
samit yanaşı işlənmir. Lakin bəzi sözlər istisna təşkil edir, məs:
srağagün, qırx, dörd, yurd, sevinc, gülünc, qazanc və s.
Səs artımının 2 növü var: sait artımı, samit artımı.
Azərbaycan dili və nitq mədəniyyəti
81
Sait artımı. Əsl Azərbaycan sözlərində iki samit yanaşı
işlənmir, belə hallar əsasən alınma sözlərdə olur ki, bu fonetik
hadisə onları Azərbaycan tələffüzünə uyğunlaşdırır. Bu hadisə
yalnız tələffüzdə özünü göstərir (r samiti ilə başlayan sözlər
alınma olduğu üçün bu hadisə onlara da aid edilir). Məs: Rza-
İrza, Rəsul-İrəsul, Rasim-İrasim, rayon-irayon, stəkan- istəkan,
stol-ustol, şkaf-işkaf, qrip-qirip, klub-kulub, sədr-sədir, dövr
-dövür və s.
Samit artımı. Azərbaycan dilində, bir qayda olaraq, saitlə
bitən sözə saitlə başlayan şəkilçi artırılarsa, söz və şəkilçinin
saitləri arasına n, y, s bitişdirici samitlərindən biri artırılır, məs:
ata- ata-n-ın, ata-s-ı, ata-y-a və s. Proteza hadisəsinin bu növü
artıq dilimizdə qanuniləşmişdir.
Əsl Azərbaycan sözlərində iki sait yanaşı işlənmir, bu
zaman həmin saitlərin arasına samit səs artırılır; məs: zəif-zəyif,
ailə-ayilə, radio-radiyo, Xətai-Xətayi, Nailə-Nayilə. Bu hadisə
danışıq dilində müşahidə olunur.
Proteza hadisəsi bəzi alınma sözlərin qrafikasına təsir
göstərmiş, onları Azərbaycan tələffüzünə uyğunlaşdırmışdır;
məs: səbr-səbir, fikr-fikir, şəkl-şəkil, ism-isim, sətr- sətir.
Eliziya (səs düşümü). Bir neçə sözün qovuşması və ya
sözə şəkilçilərin bitişdirilməsi nəticəsində əmələ gələn
çoxhecalılığı azaltmaq, yəni çoxhecalı sözü azhecalı söz halına
salıb tələffüzü asanlaşdırmaq üçün sözün və ya şəkilçinin
tərkibindəki müəyyən sait səs, yaxud saitlə qovuşmuş samit
səs ixtisar olunur ki, buna səs düşümü hadisəsi deyilir. Məs:
1. Bəzi ikihecalı alınma sözlərə saitlə başlanan şəkilçi
artırdıqda, ikinci hecadakı sait düşür, məs: fikir-fikrə, sinif--
sinfə, şəkil-şəklə, ətir-ətrin. Lakin bu formada olan əsl Azər-
baycan sözlərinə saitlə başlanan hal şəkilçisi qoşulduqda ikinci
hecadakı sait düşmür, saitlə başlanan mənsubiyyət şəkilçisi
qoşulduqda ikinci hecadakı sait düşür, məs: oğul, beyin, alın,
burun, ağız, çiyin, boyun, qarın, qoyun, ovuc. Ərəb sözü olan
ağıl sözü də bu qəbildəndir. Məs:
Samirə Mərdanova
82
Alın – alının qırışları; onun alnı.
Ağıl – ağılın gücü; onun ağlı.
2. Felin inkar şəkilçisi (-ma,-mə) qəbul etmiş sözlərə indiki
zaman şəkilçisi artırıldıqda, səsdüşümü hadisəsi baş verir; məs:
yazmayır – [yazmır], gəlməyir – [gəlmir]
3. II şəxsin təkində və cəmində nəqli keçmiş zamanda
olan feillərdə ş samiti tələffüz olunmur; məs:
gəlmişsən – [gəlmisən], gəlmişsiniz – [gəlmisiz].
4. Bəzən feilin qəti-gələcək zamanının şəkilçisi də tələffüz
zamanı ixtisar olunur; məs:
gələcəyəm – [gələcəm], gələcəksən – [gələcən]
5. Üçüncü şəxsdə xəbərlik şəkilçisi qəbul etmiş sözdə
(-dır
4
) tələffüz zamanı sondakı samit deyilmir. Məs: müəllimdir
[mə:llimdi], uşaqdır [uşaxdı], alimdir [a:limdi]
6. Məkan bildirən ora, bura, hara sözlərinə ismin yerlik və
çıxışlıq hal (-da,-də; -dan,- dən) şəkilçilərini artırdıqda sözün
sonundakı sait ixtisara düşür, məs: ora-orada-orda;
bura-burada-burda; hara-harada-harda.
7. Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan
şəkilçi qoşulduqda şəkilçinin əvvəlindəki sait düşür, məs: altı –
altı(ı)ncı – altıncı; iki – iki(i)nci – ikinci və s.
8. Bu köməkçi sözlərin əvvəlindəki sait səs ixtisara
düşür: ilə- la; -lə (maşınla, qələmlə); idi- dı,-di,-du,-dü (alırdı,
oxuyurdu); imiş- mış, - miş, -muş, -müş (alırmış, gəlirmiş)
9. Bəzi qoşa samitlə bitən sözlərə samitlə başlayan
şəkilçi artırdıqda, qoşa samitin biri ixtisar olunur, məs:
fənn-fənlər; sirr-sirli; xətt-xətsiz; haqq-haqdan; həzz-həzdən və
s. Bu sözlər mürəkkəb sözün ikinci tərəfi olduqda son
samitlərdən biri düşür, birinci tərəfi olduqda isə olduğu kimi
qalır: rəsmxət, hiss-həyəcan.
10. Söz başında və ortasında ov, öv hərf
birləşmələrindəki v samiti tələffüzdən düşür və o, ö saitləri bir
qədər uzun tələffüz olunur:
Azərbaycan dili və nitq mədəniyyəti
83
dovşan [do:şan], yovşan [yo:şan], qovurma [qo:urma],
sovqat [so:qat], dovğa [do:ğa], növbə [nö:bə], dövlət [dö:lət],
bənövşə [bənö:şə].
İstisna: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran.
11. Bəzi sözlərdə qoşa saitlərdən biri düşür, digəri uzun
tələffüz edilir: müəllim –[ mə:llim], müalicə - [ma:licə].
12. Bəzi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə
yanaşı gələn saitlərdən birincisi düşür, ikincisində isə uzanma
baş verir: əmioğlu – [əmo:ğlu], əliaçıq – [əla:çıq].
Metateza (yerdəyişmə). Söz daxilindəki qarşılıq
mövqedə olan səslərin bir-biri ilə yerini dəyişməsinə metateza
deyilir. Azərbaycan dilində yerdəyişməyə əsasən, söz
daxilindəki yanaşı samitlərdən sonrakı əvvələ keçir, məs:
məşhur əvəzinə məhşur, yanlış əvəzinə yalnış, kirpik əvəzinə
kiprik, layihə əvəzinə lahiyə deyilir.
Bəzən metateza hadisəsi sözün qrafikasına da təsir
göstərir. Məs:
görsətmək – göstərmək; tutsaq – dustaq (göründüyü
kimi, bu sözlərin birinci variantı keçmiş dövrlərdə işlənmişdir).
Məsələn:
Çox nəstə sifətdə zahir olmaz,
Görsət üzünü bizə nəhani.
(Xətai)
Kökü “gör” sözündən olan “görsət” sözü metateza ha-
disəsinin təsiri nəticəsində dəyişmiş və hazırda ədəbi dildə
“göstərmək” forması işlənir.
Samirə Mərdanova
84
Heca
Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə
heca deyilir. Azərbaycan dilində heca sait səslər əsasında
yaranır. Buna görə də sözdə hecanın miqdarı saitin miqdarı ilə
müəyyən edilir.
Hecanın həm orfoqrafik, həm də orfoepik normada xüsusi
yeri var. Belə ki, o, sözlərin düzgün sətirdən-sətrə keçirilməsini
nizamlayır, tələffüzü normallaşdırır, nəfəsalmanı asanlaşdırır.
Bəzi xüsusiyyətlərinə görə hecanın müxtəlif növləri var:
saf heca, qovuşuq heca, aşıq heca, qapalı heca
1. Yalnız bir saitdən ibarət olan heca saf heca adlanır;
məs: a-na, a-ta
2. Sait və samitdən ibarət olan hecalar qovuşuq heca
adlanır; məs: nə-nə, ba-ba
3. Sonu saitlə bitən hecalara açıq heca deyilir; məs:
ba-cı, qo-ca
4. Sonu samitlə bitən hecalara qapalı heca deyilir; məs:
qar-daş, öv-lad
Əsl Azərbaycan sözlərində bir hecada, xüsusən hecanın
əvvəlində iki samitin yanaşı işlənməsi demək olar ki, yoxdur.
Alınma sözlər üçün isə bir hecada bir neçə samitin yanaşı
gəlməsi səciyyəvidir; məs: spirt, şpris, dramaturq və s.
Sözün sətirdən-sətrə keçirilməsi qaydaları
Yazıda bəzən sözləri hissələrə bölərək sətirdən-sətrə
keçirmək lazım gəlir. Bu zaman sözləri yeni sətrə keçirmək
üçün müəyyən qaydalara riayət olunmalıdır. Belə ki, sözlər
sətirdən-sətrə keçirilərkən sözün quruluşu, mənası nəzərə alınır.
Azərbaycan orfoqrafiya qaydalarına əsasən sözlər sətirdən-sətrə
üç prinsipə görə keçirilir:
1. Heca vahidliyi prinsipi.
2. Söz kökü vahidliyi prinsipi.
Azərbaycan dili və nitq mədəniyyəti
85
3. Qrafik vahidlik prinsipi.
Heca vahidliyi prinsipinə görə, sözlər sətirdən – sətrə
aşağıdakı qaydalarda keçirilməlidir:
1. Söz sətirdən-sətrə bütöv hecalarla keçirilir. Azərbaycan
dilində samit səs, əsasən, özündən sonrakı hecaya daxil olur:
mə-sə-lə, ça-lış – ma, çə-mən və s.
2. Sözə şəkilçi artırıldıqda hecaların yeri dəyişsə də, samit
səs özündən sonrakı hecaya daxil olur: qar-daş, qar -da -şım,
qar-da-şı-mın və s.
3. Sözün bir saitdən ibarət olan ilk hecası əvvəlki sətrin
sonunda (ə-ziz, a-ciz, ə-lək) qoyulmaz və sözün bir saitdən
ibarət olan son hecası yeni sətrə (şü-a, mane-ə, bədi-i, mətbə – ə
və s.) keçirilməz.
4. Tərkibində qoşa sait və qoşa samit olan sözlər sətirdən –
sətrə keçirilərkən qoşa səslərdən hər biri hecalardan birinə
qoşulur, yəni səslərin biri əvvəlki sətirdə, digəri sonrakı sətirdə
yazılır: ma-aş, sa-at, mü-əl-lim, qar-daş, ad-dım, bən-na, xar –
rat və s.
5. Söz kökündə yanaşı gələn üç samitdən biri əvvəlki
hecaya, ikisi sonrakı hecaya qoşulur: ok-tyabr, sen-tyabr, fol-
klor, kon-kret və s.
Söz kökü vahidliyi prinsipinə görə, sözlər sətirdən-sətrə
keçirilərkən sözlərin leksik vahidliyi mühafizə olunmalıdır:
1. Söz kökündə üç, dörd və daha çox samit yanaşı gələn
təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda söz
sətirdən-sətrə söz kökünə və şəkilçiyə görə ayrılır: alt-da, üst-
də, Omsk-dan və s.
2. Mürəkkəb sözlərin tərkibindəki sözlər sadə söz kimi
hecalara bölünür və sətirdən-sətrə keçirilir: kək-li-ko-tu əvəzinə
kək-lik-otu, di-lu-cu əvəzinə dil-ucu, kiloq-ram əvəzinə kilo--
qram, Məm-mə-də-li əvəzinə Məm-məd-əli kimi keçirilməlidir.
Qrafik vahidlik prinsipi ixtisarla yazılan sözlərin, qısalt-
maların, rəqəm və durğu işarələrinin sətirdən – sətrə keçirilməsi
zamanı tətbiq olunur.
Samirə Mərdanova
86
1. Soyad, təxəllüs və ləqəblərin yanında olan ad və ata adı
qısaltmalarını əvvəlki sətirdə saxlayıb soyad, təxəllüs və ləqəb-
ləri yeni sətrə keçirmək olmaz. Bunların hamısı bir sətirdə
yazılmalıdır: Ü.Ə.Hacıbəyov, M.F.Axundzadə, M.P.Vaqif, Ş.
İ.Xətai və s.
2. Bir neçə hərf birləşməsindən ibarət qısaltmaların tərki-
bindəki hərflərin hamısı bir sətirdə yazılmalıdır: B – DU, A-XC
tipli qısaltmalar BDU, AXC kimi vahid söz halında bir sətirdə
yazılır.
3. Rəqəm ilə yazılan saylara defis ilə qoşulan şəkilçilər bir
sətirdə yazılır: 11-ci, 1993-cü il və s.
4. Rəqəmlərə qoşularaq yazılan ölçü vahidləri və şərti
işarələr bir sətirdə yazılmalıdır: 10 litr, 5 km, 3 t, 20 % və s.
5. Açılan mötərizə və dırnaq sətrin sonunda qoyulmur,
durğu işarələri yeni sətrə keçirilmir.
İntonasiya
Ədəbi tələffüzün məzmununda intonasiyanın xüsusi yeri
var. İntonasiya baxımından düzgün qurulmuş nitq insanların
qəlbinə daha tez yol tapır, onları darıxmağa, yorulmağa qoymur,
xoş əhval-ruhiyyə yaradır, maraq oyadır. “İntonasiya” – latın
sözü olub, “ucadan tələffüz etmək” deməkdir. İntonasiya
danışanın arzu və məqsədi ilə bağlı olub, müxtəlif emosional
vəziyyətlər - qorxu, qəm, həyəcan, sevinc, təəccüb və s. ifadə
edir. Buna görə də insanlar çox vaxt sözün birbaşa mənasına
yox, deyiliş tərzinə, yəni intonasiyasına fikir verirlər. İntona-
siyanın çalarları vasitəsilə onun bir çox növləri – məlumat
vermə, əmr, sual, nida, sadalama və s. müəyyən olunur.
Məlumat vermə intonasiyası: İntonasiyanın bu növündən
əsasən nəqli cümlələrdə istifadə olunur. Bu cümlələrin bir
hissəsi, xüsusən əvvəli yüksək tonla, axırı isə aşağı tonla deyilir:
Yaz gəlmişdi. El dədə-baba adətincə bayram edirdi.
Azərbaycan dili və nitq mədəniyyəti
87
Əmr intonasiyası: Bu intonasiya növü əmr cümlələrində
özünü göstərir. Əmr intonasiyasının qəti əmrdən tutmuş xahiş və
nəsihətə qədər bir çox çalarları var:
Qəti əmr: Tez olun, tutun Eldarı.
(S.Vurğun)
İstək, arzu bildirənlər: Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən intiqam, qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az.
(S.Rüstəm)
Xahiş bildirənlər: İzin ver, qolumu salım boynuna.
(S.Rüstəm)
Öyüd, nəsihət, məsləhət bildirənlər: Fikir elemə oğul, iş
iyid başına gələr.
(Mir Cəlal)
Yalvarış bildirənlər: Dövlət bəy, yalvarıram sizə, bir də
mənimlə görüşməyə can atmayınız. Qoy bu görüş son görüş
olsun.
(C.Cabbarlı)
Sual intonasiyası: Bu intonasiya növündən sual cüm-
lələrinin yaranmasında istifadə olunur: Siz də tədbirdə iştirak
edəcəksiniz?
Lakin sual cümlələri təkcə sual intonasiyasının köməyilə
deyil, həmçinin başqa vasitələrlə (-mı,-mi,-mu,-mü sual ədatları,
sual əvəzlikləri) əmələ gəlir:
Samirə Mərdanova
88
Hara gedirsiniz?
Getmək istəmirsənmi?
Həyəcan intonasiyası: Bu intonasiya növü əsasən nida
cümlələrində işlənir: Vətənin düşmənləri, niyyətinizdən əl çəkin!
Bəzən nəqli, sual və əmr cümlələri də bu intonasiya ilə
tələffüz edilərək nida cümləsinə çevrilə bilər:
Onun bu barədə danışmağa haqqı yoxdur (nəqli cümlə).
Onun bu barədə danışmağa haqqı yoxdur! (nida cümləsi)
Sadalama intonasiyası: Bu intonasiya növündən əsasən
həmcins üzvlü sadə cümlələrdə və mürəkkəb cümlələrdə istifadə
edilir:
Analar və atalar daim övladlarının xoşbəxt olmalarını
istəyirlər.
Axşam düşür, şər qarışır.
İntonasiya cümlə ilə bağlı olub, səslənmənin cümlədə
hərəkətini göstərir. Ona görə də bu hadisəyə bəzən avazlanma
da deyilir. Ümumiyyətlə, avazlanma həmcins üzvlərin, xitabla-
rın, ara söz və ara cümlələrin, sadə və mürəkkəb cümlələrin,
cümlə üzvlərinin müəyyənləşdirilməsinə imkan yaradır:
Vaqif, ey sərvərim, ey tacidarım! (xitabda intonasiya)
Əlbəttə, o bunları yaxşı başa düşürdü (ara sözlərdə
intonasiya).
Mənə elə gəlir ki, bu gün bu iş həll olunacaq (ara cümlə-
lərdə intonasiya).
İntonasiya kompleks dil hadisəsi olub, tələffüzün bir neçə
elementini – fasilə, melodiya, tembr, diksiya, temp və vurğunu
özündə birləşdirir.
Fasilə (pauza) - tənəffüs məqsədilə danışıq və oxu
prosesində edilən dayanacaqdır. Fasilənin həm danışan, həm də
dinləyən üçün böyük əhəmiyyəti vardır. Fasilə zamanı danışan
nəfəs alır, fikrini tutmaq üçün vaxt qazanır, dinləyən isə
eşitdiklərini mənimsəyir.
Melodiya - nitqin istiqaməti, yəni səsin müəyyən
intervalda yüksəlib-alçalması deməkdir. Melodiya adətən cüm-
Azərbaycan dili və nitq mədəniyyəti
89
lənin əvvəlində yüksək olur, sona doğru isə alçalır. Həm fasilə,
həm də melodiya durğu işarələri ilə bağlıdır. Belə ki, durğu
işarələrinin yazılı nitqdə oynadığı rolu şifahi nitqdə fasilə və
melodiya oynayır. Məsələn, ən kiçik fasilə vergüldən sonra, ən
uzun fasilə isə nöqtədən sonra edilir. Yaxud vergül zamanı səs
tonu yüksəlsə də, nöqtə zamanı səs tonu aşağı enir.
Tembr – səs çalarıdır. Ona bəzən “səs rəngi” də deyilir.
Tembrin vasitəsilə biz müxtəlif musiqi alətlərinin səslərini
bir-birindən fərqləndirir, və ya hər hansı bir tanışı üzünü
görmədən səsindən tanıya bilirik. Danışanın səsinin tembri onun
əhvali-ruhiyyəsindən və ətraf aləmə münasibətindən asılı olaraq
dəyişir. Səsin bu keyfiyyətinin nitqdə, xüsusilə ifadəli oxuda
böyük rolu vardır.
Diksiya – səslərin, sözlərin və ifadələrin dəqiq və aydın
tələffüzüdür. Diksiyası yaxşı olan insanın nitqi də aydın olur.
Düzgün diksiya müəllimlər, diktorlar, jurnalistlər, həmçinin
müğənnilər üçün vacib şərt sayılır.
Temp - latın sözü olub, “vaxt” deməkdir. Bu, bizim
nitqimizin sürəti, yəni mətni tələffüz etdiyimiz vaxtdır. Danışan
nitqinin tempini nizamlamalı, lakin bu zaman hüdudu aşmamalıdır,
çünki çox sürətli və ya asta nitq auditoriyanı darıxdıra və ya yora
bilər.
Sadaladığımız bu elementlər nitq mədəniyyətinin əsas
şərtlərindən sayılır və nitqinin uğurlu alınmasını istəyən hər kəs
danışıq və oxuda onları nəzərə almalıdır.
Vurğu
Dildə vurğunun xüsusi rolu vardır. O, intonasiyanın əsas
ünsürlərindən olub, şifahi nitqdə böyük rol oynayır. Vurğunun
yerini düzgün müəyyən etmək ədəbi tələffüz üçün əhəmiy-
yətlidir. Belə ki, vurğu öz yerində deyilməsə, söz öz axarından
uzaqlaşar, məna anlaşılmaz, nitqin effekti azalar. Bəzən
vurğunun yerini dəyişməsi, sözün mənasının da dəyişməsinə
Samirə Mərdanova
90
səbəb olur; məs: vurma - vurma, gəlmə - gəlmə, şaxta-şaxta,
gəlin-gəlin, alın-alın, dimdik-dimdik, akademik- akademik,
lirik-lirik, bildir-bildir və s. Belə sözlərə omoqraflar deyilir.
Müasir Azərbaycan ədəbi dilində vurğunun bir neçə növü
vardır:
1) Heca vurğusu
2) Məntiqi vurğu
3) Həyəcanlı vurğu
Heca vurğusu. Tələffüz zamanı sözdəki hecalardan birinin
başqalarına nisbətən qüvvətli deyilməsinə heca vurğusu deyilir.
Sözdə vurğunun yeri müxtəlif olur. Belə ki, dünya dillərin-
də vurğu həmişə bir hecanın üzərinə düşmür: həm sözün
əvvəlində, həm ortasında, həm də sonunda ola bilir. Bu cəhətdən
heca vurğusu 2 yerə bölünür: sərbəst vurğu, sabit vurğu.
Dilimizdə olan bir çox alınma sözlərdə vurğu sərbəstdir;
məs: kosmos, respublika, akademiya, pedaqoq və s.
Əsl Azərbaycan sözlərində isə vurğu sabitdir, həmişə
sözün son hecası üzərinə düşür; məs: qohum, qardaş, taxıl,
buğda, qoyun, inək, dəmir və s. Bu sözlərə şəkilçi artırdıqda,
vurğu artırılan şəkilçinin üzərinə keçir; məs: dəmir-
dəmirçi-dəmirçilər. Lakin bəzi istisnalar da var: dünən, bayaq,
necə, sanki və s. Belə sözlər milli sözlərimiz olsa da, onlarda
vurğu ilk hecaya düşür.
Dilimizdəki şəkilçilərin hamısı vurğu qəbul etmir.
Xəbərlik (-dır,-dir,-dur,-dür), inkarlıq (-ma,-mə), əmr şəklinin II
şəxs cəm şəkilçiləri (-ın,-in,-un,-ün), familiya düzəldən şəkil-
çilər (-ov,-yev), bəzi feli bağlama şəkilçiləri (-madan,-mə-
dən,-kən) və s. Məs: istidir, yazma, alın, Məmmədov, oxuma-
dan, gələrkən.
Nitqdə vurğu ilə bağlı qüsurlar daha çox dialekt
tələffüzü (oxu, arzu, günorta, halbuki, bağla) və ya alınma
sözlərin və terminlərin deyilişi zamanı (lirika, market, donor,
texnikum, opera, orden, kafedra, defis, abzas, paraqraf,
benzin, firma, metafora, Paris, İngiltərə) özünü göstərir.
Azərbaycan dili və nitq mədəniyyəti
91
Alınma sözlərdə mənbə dilin tələffüz şəkli əsas
tutulmalıdır. Lakin bəzi alınma sözlərin vurğu baxımından
dilimizə uyğunlaşması prosesi gedir. Məs; lampa-lampa,
sumka-sumka, knopka-knopka, kukla-kukla, vanna-vanna,
bomba-bomba, kofta-kofta, pipetka-pipetka, yolka-yolka,
kreslo-kreslo və s. kimi sözlər dilimizin tələffüz ahənginə
uyğun işlədilir.
Mürəkkəb sözlərdə vurğu daha geniş araşdırmalar tələb
edir. Bu sözlərdə vurğu əsasən ikinci sözün üzərində tələffüz
olunur, məsələn: alagöz, qaraqaş, qayınana və s. Lakin elə mü-
rəkkəb sözlər var ki, bunlarda vurğu birinci tərəfin üstünə düşür,
məs: Göyçay, Qarabağ, Ağsu, Ağdam, ildönümü, dünyagörüşü.
Məntiqi vurğu. Danışıq zamanı cümlədəki sözlərdən
birinin daha qüvvətli tələffüz edilməsinə məntiqi vurğu deyilir.
Məntiqi vurğu həm də söz vurğusu adlanır. Məntiqi vurğu nitqdə
məna dəqiqliyi, məqsədin anlaşılması, danışanın çatdırmaq
istədiyi fikir deməkdir. Məntiqi vurğu sərbəst olduğundan
cümlədəki sözlərdən hər birinin üzərinə düşə bilər. Məs:
Əhməd sabah gələcək.
Əhməd sabah gələcək.
Əhməd sabah gələcək.
Birinci cümlədə sabah başqasının deyil, Əhmədin gələcəyi,
ikinci cümlədə Əhmədin bu gün yox, sabah gələcəyi, üçüncüdə
isə onun məhz gələcəyi anlayışı ifadə olunmuşdur.
Dilimizin təbiətinə uyğun olaraq məntiqi vurğulu söz çox
vaxt xəbərdən əvvəl gəlir.
Həyəcanlı vurğu. Hiss və həyəcan ifadə etmək üçün
cümlədəki müəyyən sözün, yaxud ifadənin qeyri-adi şəkildə
tələffüz olunması həyəcanlı, yaxud emfatik vurğu adlanır.
Həyəcanlı vurğu danışıq prosesində yaranan müxtəlif emosional
vəziyyətləri ifadə edir. Bu zaman sözün bir səsi – saiti, yaxud
samiti daha gərgin, daha güclü və uzadılaraq tələffüz edilir,
bəzən qoşalaşır; məs:
Çox qəşşəng dedin, lap ürəyimdən tikan çıxdı.
Samirə Mərdanova
92
Caan, sənə nə olub?
Nida cümlələrində həyəcanlı vurğu özünü daha qabarıq
göstərir.
Qeyd: Sözlərdə qara hərflərlə qeyd edilən hissələr vur-
ğunun yerini göstərir.
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları
1. Azərbaycan mənşəli sözlərin yazılışı
1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan
mənşəli sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım,
dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və s.
1.2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan
Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır: ayaq, barmaq,
bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu qəbildən olan
sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş
verir: otağa, bulağın, qonağımız və s.
1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı
Azərbaycan mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik,
külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə
başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi,
birliyimiz, ürəyim, üzüyün və s.
Qeyd: Son səsi [k] kimi tələffüz olunan alınma
sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik
baş vermir: əmlak – əmlaka, iştirak – iştirakımız, şərik –
şəriki və s.
1.4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çox-
hecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır: bulud,
palıd, söyüd və s.
1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər
c hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s.
Azərbaycan dili və nitq mədəniyyəti
93
2. Alınma sözlərdə saitlərin yazılışı
2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə
tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat,
kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa,
poema, poeziya, problem, professor, solist, velosiped və s.
2.2. İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz
olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə
yazılır: külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit,
münsif, mürid, mürşid, müsibət və s.
Qeyd: Mühüm, müşkül və üfüq sözlərindəki ikinci heca
ü hərfi ilə yazılır.
2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır:
bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz
və s.
2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür
yazılır:
2.4.1. aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor,
fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür,
leksem, lent, maşın, perspektiv, planet, proqram, pyes, reklam,
rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. kimi sözlərin
sonunda a hərfi yazılmır;
Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan
aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də
atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.
2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika,
norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin
sonunda a yazılır.
2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır:
2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir,
heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir,
sətir, sinif, şeir, şəkil, zehin və s.;
Samirə Mərdanova
94
2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm,
hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr,
üzr, üzv, zülm və s.
3. Alınma sözlərdə samitlərin yazılışı
3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin
yazılışında aşağıdakı qaydalar əsas götürülür:
3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent,
konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.;
Qeyd: Metso, vitse morfemləri və blits, ratsiya və s.
sözlər istisnadır.
3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin,
Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart,
Muromets, Vorontsov və s.) yazılır.
3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin
yazılışında aşağıdakı qaydalar əsas götürülür:
3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə
ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.;
3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meş-
şan, Vereşşagin və s.
3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır:
Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne,
hidrogen, hippodrom, hospital, humanizm və s.
3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də
[n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar,
günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil
və s.
3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y
yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.
3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır:
kalium, maqnezium, natrium və s.
3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek Lon-
don, cemper, Siciliya və s.
Azərbaycan dili və nitq mədəniyyəti
95
3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə
yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya,
gigiyena, etimologiya, gitara və s.
3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır:
veb-sayt, Vilyam, vörd və s.
3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma
sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq,
üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə baş-
lanan şəkilçi qoşulduqda, yazıda heç bir dəyişiklik baş vermir:
filoloqa, şəfəqi, üfüqə və s.
4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı
4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən
alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əcaib,
əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.
4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı
hecasının ilk samiti [b] kimi tələffüz olunan sözlər qoşa p ilə
yazılır: guppultu, hoppanmaq, şappıltı, tappıltı, toppuz və s.
4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı
hecasının ilk samiti [g] kimi tələffüz olunan sözlər qoşa k ilə
yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.
4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının
ilk samiti [d] kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır:
əlbəttə, hətta, Səttar və s.
4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı
hecasının ilk samiti [q] kimi tələffüz olunan sözlər qoşa q ilə
yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s.
4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri
olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır:
aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.
4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi
yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s.
Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa samitlər-
Samirə Mərdanova
96
dən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr –
sirlər və s.
Qeyd: Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız
-siz şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri
ixtisar olunur.
4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı
sözlər bir samitlə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s.
4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma
sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.
4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər
bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres.
Qeyd: Press (mətbuat) sözü istisnadır.
5. Şəkilçilərin yazılışı
5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri
olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad,
nalayiq, prepozisiya və s.
Qeyd: Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis
işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.
5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən
yazılır:
5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan
şəkilçilər:
-i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi,
həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə bitən
sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi,
Gəncəvi, kütləvi və s.;
-vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yün-
gülvari və s.;
-keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş;
-daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş;
-stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə
ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır:
Azərbaycan dili və nitq mədəniyyəti
97
Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən
sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan;
-gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.;
-zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;
5.2.2. iki cür yazılan şəkilçilər:
kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə
bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan,
döyüşkən, sürüşkən, deyingən və s.;
-ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.;
5.2.3. dörd cür yazılan şəkilçilər:
-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki,
gündüzkü və s.;
sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını,
badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.;
saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə y samiti
artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.
5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər:
5.3.1. kar samitlə bitən sözlərdə:
-qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.;
-qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun,
ötkün və s. ;
5.3.2. cingiltili samitlə bitən sözlərdə:
-ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi, vurğu, bölgü və s.;
-ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun,
süzgün və s.
5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal
şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə,
3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng
qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü)
yazılır: 2-ci, 3-cü, 6- cı, 10-cu.
5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci –
V, onuncu – X və s.
Samirə Mərdanova
98
6. Mürəkkəb sözlərin yazılışı
6.1. Aşağıdakı hallarda sözlər bitişik yazılır:
6.1.1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir,
balacaboy, beşillik, beşmərtəbəli, bugünkü, dilucu, əmioğlu,
bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan, hərgecəki, köhnəfikirli,
qalxanabənzər, qanunvericilik, qarasaçlı, qurultayqabağı, mü-
xtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümumbəşəri,
yenifikirli və s.;
6.1.2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri
vasitəsilə yaranan mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlha-
gəl, tutatut, vurhavur və s.;
Qeyd: Sözün kökü kar samitlə bitdikdə, ahəng qanununa
görə a, ə, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır.
Gethaget sözü istisnadır.
6.1.3. eyni sözün təkrarı və ba, bə bitişdiriciləri vasitəsilə
yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün,
ilbəil və s.
6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-,
endo-, elektro-, foto-, makro-, mikro-, mini-, mono-, multi-,
nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-, psevdo-,
psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümum-
morfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub,
aqromüxtəliflik, audioəlaqə, aviasalon, avtopark, endoplazma,
mikrocərrahiyyə, elektromaqnit, fotoçəkiliş, miniavtobus, monopre-
dikativ, monokristal, multimilyonçu, nanotexnologiya, nanohis-
səcik, neofaşizm, neorealizm, oksitetrasiklin, oliqofreniya,
paleoxəritə, paramaqnetizm, postsovet, psixonevroloji, postmo-
dernizm, prototürk, stereotəsvir, superdövlət, supermarket,
teletamaşa, termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s.
Qeyd: Bu morfemlərin bəziləri xüsusi isimlərə
qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-Avropa, trans--
Avrasiya, trans- Qafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan,
ümum-Azərbaycan, ümum-Avropa və s.
Azərbaycan dili və nitq mədəniyyəti
99
6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq
aşağıdakı mürəkkəb sözlər defislə yazılır:
6.3.1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi--
qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz, qara-qura, qo-
naq-qara, sür- sümük və s.;
6.3.2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-,
ober-, veb-, vitse- morfemləri olan mürəkkəb sözlər: art-obyekt,
eks- prezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi,
ober- leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral;
6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm,
külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət və s.;
6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb,
şimal- şərq və s.;
6.3.5. tərkibində mənaca bir-birinə yaxın və ya əks
anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı,
az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec--
tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz--
söhbət, təhvil-təslim, ucsuz- bucaqsız və s.;
6.3.6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt,
kilovat- saat, qram-kalori və s.;
6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq
və tünd sözlərinin, eləcə də müəyyən məna çaları bildirən ala
sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər: açıq-sarı,
tünd-göy, ala-seyrək və s.
Qeyd: Tərkibində təhər morfemi olan sifətlər istisnadır:
bu cür sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s.
7. Köməkçi sözlərin yazılışı
7.1. İdi , i mi ş, i kən köməkçi sözləri adlardan (isim, sifət,
say, əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı,
samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti
buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi,
Samirə Mərdanova
100
uşaq ikən, uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi, gəlməli ikən,
gecə idi, gecə ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi və s.
Qeyd: Saitlə bitən feillərdən sonra gələn bu köməkçi
sözlər ilk saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi ilə bitişik də
yazıla bilər: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi
və s.
7.2. Qoşmalar iki cür yazılır:
7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid
olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək,
quştək və s.;
7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki,
üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi,
ondan ötrü, sənin təki, şagird üçün və s.
Qeyd: 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng
qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər:
qatarla, qələmlə və s.
2. Etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə sözləri
bitişik yazılır.
7.3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır:
çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki,
yaxud, yainki və s.
7.4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə
ki, buna görə, buna görə də, bunun üçün, bununla da, daha da,
guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də,
tutaq ki, və ya, və yaxud, kim ki, o zaman ki, onda ki və s.
7.5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha
gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki və s.
-mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları aid
olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A kos-
kosa, gəlsənə, torbanı doldursana! Yaxşıca dincəldim. İndicə
gəlmişik və s.
7.6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə
yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay və s.
Azərbaycan dili və nitq mədəniyyəti
101
7.7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay
aman, ay haray.
8. Birinci hərfi böyük yazılan sözlər
8.1. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəy,
oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır:
Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıl
Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Xan qızı
Natəvan, Süleyman Sani Axundov, Üzeyir bəy Əbdülhüseyn oğlu
Hacıbəyli, Mehdi Hüseynzadə, Səməd Vurğun, Süleyman
Rüstəm, Bəxtiyar Vahabzadə və s.
Qeyd: Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük
hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi
Aslanovlar, Mehdi Hüseynzadələr və s.
8.2. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən
adlar böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat,
Məstan və s.
8.3. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də
qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi
böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü,
Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi,
Şuşa qalası, Versal sülhü, Vətən müharibəsi, Yeddiillik
müharibə və s. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə
olunduqda, onun da birinci hərfi böyük yazılır: Orta Paleolit
dövrü, Son Paleolit dövrü.
8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların
rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır:
Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam
Respublikası, Naxçıvan Muxtar Respublikası və s.
8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə
yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat,
Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.
Samirə Mərdanova
102
8.6. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan
Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik,
cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr,
filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb
adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı
kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır:
Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.
Qeyd: 1. Tərkibində gün sözü olan və təqvimə düşən
əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır:
Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və s.
2. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci
sözün ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi səkkiz may,
Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin
günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s.
rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.
3. Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda
sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir)
kiçik hərflə yazılır.
4. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə
sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik
hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər
gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər
şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına
Dilçilik İnstitutunun Terminologiya şöbəsi və s.
5. Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə,
kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq,
Azərbaycan dili və nitq mədəniyyəti
103
boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri
olan adlarda ilk söz böyük hərflə yazılır: Sakit okean, Xəzər
dənizi, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan
rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti,
Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət
sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu,
Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü,
Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu.
8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük
hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim,
Əməkdar incəsənət xadimi, Xalq şairi və s.
Qeyd: Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı
Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.
8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet,
jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s.
adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni,
“Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi
gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti,
“Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı” mineral
suyu və s.
Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi
dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi,
“Yeddi gözəl”in ilk tamaşası və s.
8.9. Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər
rütbə, ləqəb və titul bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə
böyük hərflə, sonra gəldikdə isə kiçik hərflə yazılır: Hacı Qara,
Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman, Şah
İsmayıl, Şeyx Nəsrullah və s.
Qeyd: Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib
hissəsi kimi işləndikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy,
Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul
kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır:
Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski,
Fatma xanım Kəminə və s.
Samirə Mərdanova
104
9. İxtisar və qısaltmalar
9.1. İxtisar və qısaltmalar aşağıdakı kimi yazılır:
9.1.1. tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə
uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR,
Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis - MM və s.;
9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə
yazılır: metr - m, cild - c, və sairə - və s., və başqaları - və b.;
9.1.3. yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq,
böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə
bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos.,
professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və s.
9.2. İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə
uyğun olaraq yazılır: AMEA-dan, MDB-nin, UNESKO-nun,
İSESKO- da, BDU-ya və s.
10. Sözün sətirdən-sətrə keçirilməsi
10.1. Sözlər sətirdən-sətrə hecalarla keçirilir: və-tən,
mək-təb- li-lər və s.
Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda
saxlamaq və ya yeni sətrə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a
və s. Bu qəbildən olan sözlər sətirdən-sətrə bu şəkildə keçirilir:
ai-lə, azad-lıq, id-dia və s.
10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər
sətirdən-sətrə keçirilmir: 5-cilər, 7-ci, 9-da və s.
10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər
sətirdən-sətrə keçirilmir.
10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını
(M.F.Axundzadə, M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin
sonunda saxlamaq olmaz.
10.5. Durğu işarələri yeni sətrə keçirilmir.
Azərbaycan dili və nitq mədəniyyəti
105
Azərbaycan dilinin bəzi orfoepiya qaydaları
Əsl Azərbaycan sözlərinin düzgün tələffüz qaydaları:
1. Əsl Azərbaycan sözləri, bir qayda olaraq, yazıldığı kimi
tələffüz olunur; məsələn: dağ, daş, ot, ət, əkin, biçin, yaz, qış,
dərə, dəniz, duman, geyim, ağ, qara, qırmızı, əyri, doğru, yuxarı,
aşağı, qarı, qoca, birinci, sonuncu, gəl, get, danış, yaşa, düşün,
dayan və s.
2. Son səsi q hərfi ilə yazılıb müxtəlif cür deyilən sözlərdə
həmin səsin düzgün tələffüz şəkli [x]-dır; məsələn: otaq-otax,
daraq-darax,
qaymaq-qaymax,
soyuq-soyux,
uzaq-uzax,
quraqlıq-quraxlıx, sarmaşıq-sarmaşıx, axtarmaq-axtarmax,
yıxılmaq-yıxılmax, qorunmaq-qorunmax və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x] səsi
[ğ] səsinə keçir; məsələn: otax → otağa, darax → darağı,
qaymax → qaymağın və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x] səsi olduğu
kimi qalır; məsələn: otax → otaxda, darax → daraxdan, qaymax
→ qaymaxlı və s.
3. Son səsi k hərfi ilə yazılıb müxtəlif cür deyilən
ikihecalı sözlərdən həmin səsin düzgün tələffüz şəkli [x']-dir;
məsələn: ürək-ürəx', çiçək-çiçəx', çörək-çörəx', kəpənək-kəpənəx',
örpək-örpəx', gəzmək-gəzməx', getmək-getməx', tələsmək-tələs-
məx' və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x'] səsi
[y] səsinə keçir; məsələn: ürəx'-ürəyə, çiçəx'-çiçəyi, çörəx'--
çörəyin və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x'] səsi olduğu
kimi
qalır;
məsələn:
ürəx'-ürəx'də,
çiçəx'-çiçəx'dən,
çörəx'-çörəx'li və s.
4. Son səsi c hərfi ilə yazılan iki və daha artıq sözlərdə
həmin səs [ç] şəklində tələffüz olunur; məsələn: qazanc →
[qazanç], qılınc → [qılınç], sanc(maq)→ [sanç(max)] və s.
Samirə Mərdanova
106
Bu qayda alınma sözlərə də aiddir; məsələn: möhtac →
[möhtaç], merac → [me:raç] və s.
Həmin sözlərə saitlə başlayan şəkilçi əlavə edildikdə [ç]
səsi [c]-ya keçir; məsələn: [qazanç] → [qazancı], [me:raç]
→[meraca] və s.
5. Qoşa q hərfi ilə yazılan sözlərdə birinci hərf [k'], ikinci
hərf isə [q] kimi tələffüz olunur; məsələn: toqqa → [tok'qa],
saqqal → [sak'qal], taqqıltı → [tak'qıltı] və s.
b) Ərəb mənşəli alınma sözlərin düzgün tələffüz
qaydaları:
1. Ərəb mənşəli alınma sözlərdə bir sıra sait səslər uzun
tələffüz olunur; məsələn:
[a:]- a:lim, a:rif, ha:kim, ta:rif və s.
[e:]- e:lan, e:tiraf, e:timad və s.
[ə:]- ə:la, tə:nə, mə:na və s.
[ö :]- mö:min, şö:lə, mö:təbər və s.
Ancaq sait səslərin alınma sözlərdə bu cür uzun
tələffüzü fonoloji əhəmiyyət kəsb etmir.
2. Qoşa [y] samitli ərəb mənşəli alınmalarda:
a) hər iki samit tələffüz olunur; məsələn: əyyam, əyyaş,
müəyyən və s.
b) [y]-lardan biri deyilir; məsələn: ədəbiyyat- [ədəbiyat],
mədəniyyət-[mədəniyət],
səhiyyə-[səhiyə],
səmimiyyət-[səmimiyət] və s.
3. Söz sonunda [b] → [p] əvəzlənməsi baş verir; məsələn:
kitab → [kitap], ədəb → [ədəp], katib → [katip] və s
c) Rus-Avropa mənşəli alınma sözlərin düzgün tələffüz
qaydaları
1. Rus-Avropa mənşəli sözlər Azərbaycan dilinə, əsasən,
rus dili vasitəsilə keçib sabitləşdiyindən tələffüzdə həmin sözlərin
rus “aksent”i aparıcıdır; məsələn: teatr, radio, televizor,
kooperasiya, tolerant, subyektiv, professional və s.
2. İlk vurğusuz hecalarında o hərfi ilə ifadə olunan səslər
[a] kimi tələffüz olunur; məsələn: monarxiya-[manarxiya],
Azərbaycan dili və nitq mədəniyyəti
107
kommunizm- [kammunizm], koordinasiya - [kardinasiya], topo-
nimiya - [tapanimiya] və s.
3. Rus dilində yazılışında ю hərfli alınma sözlər [ü]
səsi ilə tələffüz olunur; məsələn: компютер → [kampüter],
агглютинация → [aqlütinasiya] və s.
4. Rus dilində yazılışında ц hərfli alınma sözlər [s] səsi ilə
tələffüz olunur; məsələn: цитата → [sitat], лицей → [lisey] və s.
ç) Şəkilçilərin tələffüzü
1) isimdən isim düzəldən -lıq, -lik, -luq, -lük [-lıx, -lix', lux,
lüx'] şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [ -dıx, -dix', -dux,
-düx'] kimi tələffüz olunur; məsələn: [daşdıx], [təmizdix'],
[otdux], [düzdüx'];
2) isimdən sifət düzəldən –lı, -li, -lu, -lü şəkilçisi artırıl-
dığı bəzi sözlərdən sonra [-dı, -nı, -rı] kimi tələffüz olunur; mə-
sələn: [atdı], [cannı], [qarrı];
3) cəmlik bildirən –lar, -lər şəkilçisi artırıldığı bəzi
sözlərdən sonra [-dar, -dər, -nar, -nər, -rar, -rər] kimi tələffüz olu-
nur; məsələn: [qızdar], [sözdər], [oğlannar], [gəlinnər], [qarrar];
4) ismin çıxışlıq hal şəkilçisi –dan, -dən artırıldığı bəzi
sözlərdən sonra [-nan, -nən] kimi tələffüz olunur; məsələn:
[sənnən], [dərinnən], [axşamnan] və s.
Samirə Mərdanova
108
DÖRDÜNCÜ MÜHAZİRƏ
LEKSİK-SEMANTİK NORMALAR
Sözlərin leksik, qrammatik, həqiqi və
məcazi mənaları
Dil bir sistem olub, səslər, sözlər, söz birləşmələri və
cümlə kimi dil vahidlərindən təşkil olunmuşdur. Onların arasın-
da əsas yeri söz tutur. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət
tərkibini, yəni leksikanı təşkil edir. Leksikanı öyrənən dilçilik
bölməsi isə leksikologiya adlanır (“leksıkologiya” yunan sözü
olub, “lexicos” – lüğət, “loqos” – elm, təlim deməkdir). Leksiko-
logiyada sözlərin mahiyyəti, onların forma və məzmunca əmələ
gətirdiyi söz qrupları, sözlərin mənşəyi və işlənmə dairəsi
öyrənilir. Leksikologiya həmçinin dilin müasir vəziyyətdə və
eləcə də tarixi inkişaf prosesində lüğət tərkibini öyrənir.
Müasir Azərbaycan dilinin lüğət tərkibinə danışıqda rol
oynayan bütün sözlər və frazeoloji vahidlər daxildir. Dilimiz-
dəki sözlər əşyaları, əlaməti, miqdarı, hərəkəti və s. ifadə etməyə
xidmət göstərir. Dilimizin lüğət tərkibindəki hər bir söz
müəyyən mənaya-semantikaya malikdir.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası
deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini
tapır. Məsələn: çörək – leksik mənası - undan bişirilən qida
məhsulu. Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da
olur. Sözün qrammatik mənası - onun hansı nitq hissəsinə aid
olması və həmin nitq hissəsinə xas olan xüsusiyyətləri ifadə
etməsi ilə müəyyənləşir. Məsələn: kitab – qrammatik mənası –
isimdir, nə? sualına cavab verir, sadədir, ümumidir, konkretdir,
əşyanın adını bildirir, adlıq haldadır, cümlədə mübtəda,
tamamlıq, xəbər vəzifəsində işlənir.
Bütün sözlərin qrammatik mənası olur, lakin hər sözün
leksik mənası olmur. Azərbaycan dilində əsas nitq hissələrinin
Azərbaycan dili və nitq mədəniyyəti
109
həm leksik, həm də qrammatik, köməkçi nitq hissələrinin və
şəkilçilərin isə yalnız qrammatik mənası olur. Sözün leksik
mənası leksikologiyada, qrammatik mənası isə morfologiyada
öyrənilir.
Dilimizdəki sözlərin bir çoxu həm həqiqi, həm də məcazi
mənada işlədilir. Sözün ilkin, əsas mənası onun həqiqi
mənasıdır. Sözün sonradan qazandığı əlavə, törəmə mənası isə
onun məcazi mənası adlanır. Məsələn: “yumşaq çörək”, “şirin
çay” kimi söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada,
“yumşaq söz”, şirin yuxu” kimi söz birləşmələrində isə birinci
tərəflər məcazi mənada işlənmişdir.
Ümumiyyətlə, hər hansı bir söz əvvəlcə həqiqi məna kəsb
etmiş, sonradan digər sözlərə aid edilərək məcazı məna qazan-
mış, lakin öz əvvəlki mənası ilə əlaqəni itirməmişdir.
Leksik-semantik norma
Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Dünyanın
başqa inkişaf etmiş dilləri kimi Azərbaycan ədəbi dilində də
leksik-semantik normanın keyfiyyətini milli sözlər müəyyən
edir.
Dilçiliyin leksikologiya şöbəsinə əsaslanan leksik-seman-
tik norma hər bir şəxsdən dilin lüğət tərkibinə daxil olan sözlərin
mənasını bilməyi, onları düzgün və yerində işlətməyi tələb edir.
Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya
malik olur. Sözün ona məxsus olmayan, ənənədən uzaq mənada
işlədilməsi, lazımsız şəkildə mətnə daxil edilməsi nitq nöqsanı-
dır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək,
fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələ-
bi - leksik norma pozulacaq. Məsələn:
İcazə verin, sizə bir sual soruşum.
Hər dəfə onun bu halını görəndə könlüm ağrıyırdı.
Onlar avtomobil qəzasında vəfat etdilər.
Samirə Mərdanova
110
Yuxarıdakı cümlələrdə leksik normanın tələbinə görə,
“sual soruşmaq” əvəzinə “sual vermək”, “könlüm ağrıyır”
əvəzinə “ürəyim ağrıyır”, “vəfat etdilər” əvəzinə “həlak oldu-
lar” işlənməlidir.
Göründüyü kimi, fikrin düzgün və dəqiq ifadə edilməsində
yaxınmənalı sözlərin, sinonimlərin böyük rolu vardır.
Sözdən düzgün və dəqiq istifadə ilə yanaşı, onun yerinə
görə ifadəli, emosional işlədilməsi də leksik normanın
tələblərindəndir. Leksik vasitələr arasında frazeologizmlər
nitqə daha çox obrazlılıq, ifadəlilik gətirir. Frazeologizmlər
nitqi zənginləşdirdiyi, gözəlləşdirdiyi üçün onlardan daha
geniş istifadə olunması tövsiyə olunur. Məsələn, “O kədərləndi”
əvəzinə “O qəm dəryasına batdı”, yaxud “O öldü” əvəzinə
“O haqq dünyasına qovuşdu” söyləsək, nitqimiz daha ifadəli və
təsirli olar.
Ümumiyyətlə, leksik norma dedikdə, müasir dilimizdə
işlədilən ədəbi (sinonimlər, antonimlər, omonimlər, neologizm-
lər və s.) və qeyri-ədəbi dil (vulqar sözlər, tüfeyli sözlər,
jarqonlar, dialekt sözləri, varvarizmlər və s.) ünsürlərinin nitqin
tələblərinə uyğun işlədilməsi nəzərdə tutulur.
Aşağıdakı qaydalara əməl olunarsa, leksik normanın tələ-
bləri ödənmiş olar:
1) Müəyyən bir anlayış, proses, hərəkət və s. dəqiq, düz-
gün seçilmiş sözlərlə ifadə edilməli, sözlər yerində işlədil-
məlidir. Məs: Azərbaycan xalqı yaxşı yaşamağa məhkumdur
(olmalıdır: layiqdir).
2) Köhnəlmiş sözlərdən (çuxa, əba, kəndxuda, təhnə,
batman, us və s.) nitqdə ehtiyac olmadığı halda istifadə
edilməməlidir.
3) Məhəlli dialektlərə və yerli şivələrə məxsus danışıq
tərzinə (ceviz -qoz, qəlbi -hündür, nimdər -döşəkçə, qəməlti-
bıçaq, manşır -işarə və s.) yol verilməməlidir.
Azərbaycan dili və nitq mədəniyyəti
111
4) Danışanın nitqində əcnəbi sözlər (xolodilnik-
soyuducu, pılesos -tozsoran, zakaz -sifariş, podarka -hədiyyə və
s.) lüzumsuz işlədilməməlidir.
5) Tüfeyli sözlərlə bağlı qüsurlar (adı nədi, şeydi, zaddı,
türkün məsəli və s.) aradan qaldırılmalıdır.
6) Jarqon söz və ifadələrdən (manıs -kişi müğənni, göy-
dollar əsginası və s.) istifadə edilməməlidir.
7) Loru söz və ifadələr (dadaş, qağa, qanmaq və s.)
işlədilməməlidir.
8) Mədəni nitqdə işlədilməsi münasib sayılmayan kobud
sözlərə (tıxmaq, hırıldamaq, çərənləmək, veyillənmək və s.) yol
verilməməlidir.
Görkəmli rus şairi N.Nekrasovun maraqlı bir kəlamı var:
“Kəndli taxılı necə sovurursa, dili də eləcə “sovurmaq” lazım-
dır... Bu zaman dən xırmanda qalır, saman qırıntılarını və tozu
isə külək aparır”. Yəni danışan “dil normaları küləyi”nin apara
biləcəyi lüzumsuz sözləri və ifadələri nitqindən çıxarıb atmağı
bacarmalıdır.
Sözlərin işlənmə dairəsinə görə normativliyi
Dilin lüğət tərkibinə daxil olan leksik vahidlər bir-birindən
fərqlənir. Belə ki, dildə olan hər bir leksik vahidin özünəməxsus
xüsusiyyətləri, üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər
dilin bütün üslublarında işləndiyi halda, digər sözlər müəyyən
üslubi məqsədlə yalnız bir üslubda işlənir. Bu baxımdan dilin
lüğət tərkibində olan sözləri aşağıdakı söz qruplarına ayırırlar:
ümumişlək sözlər, dialekt sözləri, köhnəlmiş sözlər,
neologizmlər, vulqarizmlər, varvarizmlər, loru sözlər, jarqonlar
və s.
Ümumişlək sözlər. Dilin lüğət tərkibinin əsas hissəsini
mənası hamı tərəfindən başa düşülən və işlədilən sözlər təşkil
edir ki, bunlara ümumişlək sözlər deyilir. Bu sözlər insan
fəaliyyətinin bütün sahələrini əhatə edir, ən zəruri anlayışları,
Samirə Mərdanova
112
əşya, hadisə, hal, kəmiyyət, keyfiyyət, hərəkət və s. bildirir.
Ümumişlək sözlər dilimizin fəal lüğət fonduna daxildir və biz
gündəlik nitqimizdə, əsasən, onlardan istifadə edirik. Məsələn,
su, torpaq, ağac, qırmızı, üç, kitab, dəmir, çörək kimi sözlər
fəhlə, alim, qoca, uşaq – bir sözlə hamı tərəfindən başa düşülür
və işlədilir.
Dialekt sözləri. Məhdud dairədə və ya ərazidə işlədilən
sözlərə dialekt sözləri deyilir. Ədəbi dilin formalaşmasında,
zənginləşməsində dialekt sözləri və şivələr əsas rol oynasa da,
bugünkü dövr üçün onlar qeyri-ədəbi dil ünsürləri hesab olunur.
Dialekt sözlərinin ədəbi dildə qarşılığı olur. Məsələn, zir-nəlbəki
(Naxçıvan), hancarı-necə (Qazax), ciji –ana (Şəki), becid –tez
(Bakı) sözləri yalnız müəyyən ərazidə işləndiyi üçün dialekt
sözləri hesab olunur. Bu cəhətdən Azərbaycan dilinin dialekt və
şivələri dörd qrupa ayrılır:
1.Şimal qrupu (Şəki, Zaqatala-Qax)
2.Cənub qrupu (Naxçıvan, Ordubad, Cənubi Azərbaycan)
3. Şərq qrupu (Bakı, Quba, Şamaxı, Lənkəran, Muğan)
4. Qərb qrupu (Gəncə, Qazax, Qarabağ)
Dialektizmlərin müxtəlif növləri vardır: fonetik, leksik,
morfoloji.
Ədəbi dildən yalnız fonetik xüsusiyyətlərinə görə fərqlə-
nən dialektlərə fonetik dialektizmlər deyilir. Məsələn: qardaş--
qərdeş, bacı-bajı, ev-öy, öv ,əv, odun-udun, qayçı-qeyçi, papaq-
popağ, söyüd- sögüd və s.
Ədəbi dildə qarşılığı olan dialektizmlər leksik dialektizm-
lərdir. Məsələn: tumurcuq- qut, çörək- əppək, ip- zivə,
dəsmal- təlis, hündür- qəlbi, xalis- teyxa və s.
Ədəbi dildən morfoloji quruluşuna görə fərqlənən dialek-
tizmlər morfoloji dialektizmlərdir. Məsələn: oraya- orya,
buraya- burya, sizinki- süzünki, onlarınkı- olarınkı, tutacaqsan-
tutassan, gələcəksən- gələssən və s.
Dialektizmlərdən bədii üslubda obrazların nitqinin
fərdiləşdirilməsi, yerli və ya milli koloritin yaradılması üçün
Azərbaycan dili və nitq mədəniyyəti
113
istifadə olunur. Məsələn, M.İbrahimov “Kəndçi qızı” komediya-
sında öz qəhrəmanını Şəki dialektində danışdırır.
Terminlər (ixtisas sözləri). Müxtəlif ixtisas və peşə
sahibləri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri
deyilir. Məsələn, riyaziyyatçı - inteqral, bölmə, tənlik, bioloq –
hüceyrə, xromosom, sitoplazma, həkim - hipertoniya, allergiya,
fizik - atom, volt, səs dalğası, kimyaçı -kauçuk, reaksiya, maddə,
inşaatçı -beton, armatur, kərpic kimi peşə-sənət sözlərini
başqalarına nisbətən öz danışığında daha çox işlədir. Terminlərin
mənası hamı üçün aydın olmur, onların əksəriyyəti yalnız həmin
sahənin mütəxəssisləri tərəfindən başa düşülür və işlədilir. Buna
görə də terminlər, əsasən, elmi üslubda işlənir. Amma bəzən bədii
üslubda da obrazları, onların məşğuliyyətini daha dəqiq şəkildə
təsvir etmək üçün terminlərdən istifadə olunur. Məsələn, S.Rəhi-
movun “Mehman” povestində hüquqşünaslığa aid xeyli termin
(məcəllə, cəza məcəlləsi, istintaq və s.) işlədilmişdir.
Neologizmlər. Cəmiyyətdə baş verən hər bir hadisə,
yaranan hər bir yeni anlayış dilin lüğət tərkibində öz əksini tapır
ki, belə sözlərə neologizmlər deyilir.
Neologizmlər əsasən elmin, texnikanın, iqtisadiyyatın,
istehsalın, mədəniyyət və incəsənətin inkişafı ilə və ya unudul-
muş sözlərin – arxaizmlərin müəyyən şəraitdə canlanması ilə
yaranır. Yaranan yeni sözlər bir müddət neologizm olaraq
işlənir, bir müddətdən sonra yenilik çalarlığını itirərək adi
ümumişlək sözlərə, daha sonra isə köhnəlmiş sözlərə çevrilir.
Məs: XX əsrin 30-40-cı illərində kolxoz, sovxoz, traktor,
50-60-cı illərində televizor, kosmos və s. kimi sözlər yeni sözlər
idisə, bir müddət sonra ümumişlək sözlər sırasına keçmiş, bu
gün isə həmin sözlər artıq köhnəlmiş sözlər sırasına daxil
olmuşdur. Beləliklə, yeni sözlər ancaq dilə yeni gəldiyi ilk
dövrlərdə neologizm ola bilir.
Bəzən yeni sözlər dilin fəal lüğət fonduna qəbul edilmir və
dildə möhkəmlənmədən zaman keçdikcə unudulur. Müstəqillik
illərində dilimizə saysız-hesabsız terminlər, yeni sözlər daxil
Samirə Mərdanova
114
olmağa başladı. Lakin dil onların heç də hamısını qəbul etmədi.
Məsələn, bir vaxtlar kompüter sözünün əvəzinə bilgisayar
sözünün işlənməsi fikri irəli sürülsə də, bunlardan birinci söz
dilimizdə daha geniş yayıldı, buna görə də ikinci sözü işlətməyə
ehtiyac qalmadı.
Neologizmlərin böyük bir hissəsi dilin öz daxili imkanları
hesabına yaranır. Məsələn: öndər (lider), toplum (cəmiyyət), so-
yad (familiya), dəstəkləmək (müdafiə etmək), dönəm (mərhələ),
önəm (əhəmiyyət), öncə (əvvəl), soyqırım (genosid), çağdaş
(müasir), istilikölçən ( termometr), soydaş ( həmyerli), bağımsız
(müstəqil), durum (vəziyyət), əyləc (tormoz), dabankeş (rojok),
nəfəslik (fortoçka), çimərlik (plyaj), duyum (hiss), toplu
(məcmuə), toplam (cəm), açıqca (otkrıtka) və s.
Neologizmlərin bir qismi başqa dillərdən gəlir: şou,
podium, barter, monitorinq, divident, xaker, inteqrasiya, kur-
ikulum, kollokvium, innovasiya, multikulturalizm, sayt, mesaj,
skayp, planşet, smartfon, skaner, infrastruktur, eksklüziv, krea-
tiv, trend, brend, tender və s.
Hər bir natiq, o cümlədən müəllimlər nitq prosesində
nitqin pafoslu olması üçün neologizmlərdən istifadə etməyə can
atır. Lakin neologizmlərdən istifadə edərkən diqqətli olmaq,
hər bir yeni yaranan sözün mənasını dərk etdikdən sonra kütlə
qarşısında ondan istifadə etmək lazımdır, çünki yaranan hər bir
neologizmin mənasını hamı eyni dərəcədə başa düşmür. Bunu
nəzərə alaraq, yeri gəldikcə yeni yaranan sözlərin mənasını izah
etməyə çalışmaq lazımdır.
Köhnəlmiş sözlər vaxtilə ədəbi dilimizdə fəal işlənmiş,
müasir ədəbi dilimizdə işlənməyən sözlərə deyilir. Köhnəlmiş
sözlər 2 cür olur: tarixizmlər, arxaizmlər.
Keçmiş həyat və məişətin dəyişməsi ilə əlaqədar olaraq
aradan çıxan sözlərə tarixizmlər deyilir. Məsələn, xəlifə, darğa,
kəndxuda, abbası, şahı, çuxa, qəza, pristav, batman, girvənkə,
qalxan, şeşpər, toppuz, xış, cüt, töycü, bac, çadra, mədrəsə,
mollaxana, xan, şah, qul və s.
Azərbaycan dili və nitq mədəniyyəti
115
Tarixizmlər müxtəlif sahələrə aid ola bilər. Onları
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Vəzifə adı bildirənlər: qubernator, naib, qorodovoy,
çavuş, darğa, qazı, jandarm, yüzbaşı, paşa, koxa, pristav,
naçalnik və s.
2. Silah adı bildirənlər: qalxan, şeşpər, aynalı, nizə, ox,
yay, toppuz və s.
3. Ölçü, çəki adı bildirənlər: girvənkə (400 qr.), arşın
(71 sm), misqal (4, 26 qr.), pud (16 kq.), batman (8 kq.) və s.
4. Pul vahidi bildirənlər: şahı (5 qəpik), abbası (20
qəpik).
5. Geyim adı bildirənlər: çadra, çarşab, çuxa, qurşaq,
əba, arxalıq, çarıq və s.
6. Alət adı bildirənlər: xış, cüt, cəhrə və s.
7. Müəssisə adı bildirənlər: qazamat, mollaxana,
seminariya və s.
8. Silk adı bildirənlər: mülkədar, xan, bəy, nökər və s.
9. Vergi adlarını bildirənlər: biyar, töycü, bac və s.
Əşya və hadisənin adını ifadə edən sözün köhnələrək
yenisi ilə əvəz olunmasına arxaizmlər deyilir. Məsələn, arı
(təmiz), yey (yaxşı), tanıq (şahid), ərən (igid), düş (yuxu), altun
(qızıl), əsən (sağ-salamat), varmaq (getmək), çin (düz), iraq
(uzaq), pitik (yazı), ayaq (qədəh), damu (cəhənnəm), uçmaq
(cənnət), us (ağıl), suç (günah), alp (cəsur), yağmalamaq
(talamaq), ayıtmaq (demək, söyləmək), gəz (dəfə), ün (səs), dün
(dünən), əsrük (sərxoş), görklü (gözəl), nəsnə (əşya).
Əgər tarixizmlərdə anlayış da, onu ifadə edən söz də
köhnəlirsə, arxaizmlərdə anlayış qalır, onun adı dəyişir.
Arxaizmlərin bir qismi hələ də dilimizdə işlənməkdədir.
Məs: Yuxum çin (düz) oldu. İraq (uzaq) olsun. Aydan arı (təmiz),
sudan duru. Cadu-pitik (yazı) eləmək və s.
Köhnəlmiş sözlər (arxaizm və tarixizmlər) xüsusi üslubi
imkanlara malikdir. Belə sözlərdən ya tarixi əsərlərdə, ya da
Samirə Mərdanova
116
tarixi hadisələrdən bəhs edərkən, yəni elmi və bədii üslubda
istifadə olunur.
Köhnəlmiş sözlərdən istifadə edərkən danışan, yaxud ya-
zan şəxs ehtiyatlı və həssas olmalıdır, elə etməlidir ki, onların
işlədilməsi nitqin gözəlliyinə, aydınlığına, üslubuna xələl gətir-
məsin, əksinə nitqin təsir qüvvəsini artıra bilsin. Leksik
normanın tələblərindən biri də köhnəlmiş sözlərin işlədilmə-
sində dinləyicinin, auditoriyanın səviyyəsini nəzərə almaqdır.
Varvarizmlər. Latınca“barbarus” sözündən əmələ gələn
varvarizm – özgə dilə məxsus olan, yadelli anlayışını ifadə edir.
Deməli, varvarizmlər başqa dilə mənsub olub, işləndiyi dildə
qarşılığı olan sözlərdir.
Elə bir dil təsəvvür etmək olmaz ki, orada başqa dillərdən
bu və ya digər söz işlənilməsin. Dilləri bir-birinə qarşılıqlı
təsirdən ayrı düşünmək olmaz. Dildə işlənən yeni sözlərin bir
qismi də elə başqa dillərdən keçən sözlərdir. Lakin başqa
dillərdən keçən sözlər o zaman müvəffəqiyyət qazana bilər ki,
həmin dildə onun işlənilməsinə ehtiyac duyulsun. Ehtiyac
olmadan danışıqda başqa dilə mənsub olan sözlərin işlədilməsi
ədəbi dil normaları baxımından düzgün deyil. Lakin buna
baxmayaraq Azərbaycan dilində də varvarizmlərə rast gəlinir.
Varvarizmlər həm şifahi danışıq dilində, həm də yazılı ədəbi
dildə işlənə bilir:
Şifahi dildə işlənən varvarizmlər: vaabşe, uje, poka,
davay, koneçno, kstati, vsyo və s.
Yazılı ədəbi dildə işlənən varvarizmlər: uçitel, şkol,
abrazovannı, mneniya, istinnı və s.
Yazılı nitqdə varvarizmlərdən əsasən obrazın nitqini fər-
diləşdirmək məqsədilə istifadə edirlər: Yoldaşlar, bircə spo-
koys olun, qoy sözünü desin qurtarsın (C.Cabbarlı). Bu cümlədə
işlənən “spokoys olun” ifadəsini Azərbaycan dilində olan “sakit
olun” ifadəsi ilə əvəz etmək olar. Lakin yazıçı bilərəkdən
obrazın dilində varvarizm işlətməklə gülüş yaratmağa
çalışmışdır.
Azərbaycan dili və nitq mədəniyyəti
117
Vulqarizmlər. Kobud və ya qeyri-ədəbi sözlər vulqarizm,
yaxud vulqar sözlər adlanır. Məs: tıxmaq (yemək), hırıldamaq
(gülmək), anqırmaq (qışqırmaq), danışmaq (çərənləmək),
köpmək (yatmaq), gəbərmək (ölmək), sülənmək, veyillənmək
(gəzmək) və s.
Vulqar sözləri 2 yerə ayırmaq olar:
1. Kobud xarakterli vulqar sözlər. Məs: hırıldamaq,
dəli, tıxmaq, cəhənnəmə vasil olmaq, gəbərmək və s.
2. Söyüş xarakterli vulqar sözlər. Məs: qurumsaq, itin
balası, köpəkoğlu və s.
Vulqar leksika dilin gözəlliyini pozur, onu kobud şəklə
salır. Buna görə də vulqar sözlərə qarşı mübarizə aparmaq
lazımdır. Bu məqsədlə vulqar sözlərin əvəzinə onların sinonimi
olan, ifadəni səliqəyə salan, yumşaldan evfemistik sözlərin işlə-
dilməsi məsləhət görülür.
Ədəbi dildə, danışıqda kobud, ədəbsiz sayılan sözlərə
bəzən bədii əsərdə təsadüf edilir. Məsələn: “Köpək oğlu köpək,
hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni
burada? Vallahi gönünü söyaram!” (C.Məmmədquluzadə).
Yazıçı “Danabaş kəndinin əhvalatları” povestindən olan bu
parçada mənfi obraz sayılan Xudayar bəyin dilində vulqarizmlər
işlətməklə oxucuda onun mədəniyyəti, mühiti, başqalarına qarşı
rəftarı haqqında təsəvvür yaratmışdır. Deməli, ədəbi dildə
işlədilməsi nöqsan hesab edilən vulqar sözlər bədii əsərdə
obrazın daha təbii, daha dolğun, daha güclü çıxması üçün bir
vasitədir.
Loru sözlər nisbətən elvari, saya xarakterli söz
qruplarıdır. Loru sözlər bir qədər dialekt sözlərə bənzəyir, lakin
onlardan fərqli olaraq məhdud əraziyə aid deyildir. Loru sözləri
hamı istifadə edir və mənasını başa düşür. Məs: dadaş, qağa,
daxma, qanmaq, köntoy və s.
Loru sözlərin ədəbi dildə sinonimləri var:
dadaş –qardaş
qağa – ata
Samirə Mərdanova
118
daxma – ev
qanmaq – anlamaq, başa düşmək
Jarqonlar bu və ya digər ictimai qrupa xidmət edən dil
hadisəsidir. Daha dəqiq desək, başqalarının başa düşməməsi
üçün süni şəkildə yaranan, xüsusi qrupların istifadə etdiyi şərti
“uydurma” dildir. “Jarqon” fransız sözü olub, ehtimala görə,
boşboğazlıq, cəfəngiyat deməkdir.
Jarqonun xüsusi fonetik və ya qrammatik sistemi yoxdur.
O, ancaq müəyyən məhdud kollektivlər arasında yayılmışdır.
Məs:
Kəsilmək, köçürmək, qaçmaq – tələbələrin jarqonu;
Pəncərə - okno (iki dərs arasında olan boş vaxt) –
müəllimlərin jarqonu;
Manıs – (toylarda çıxış edən musiqiçi) – müğənnilərin jar-
qonu;
Yanmaq (tutulmaq), sağmaq (pul qoparmaq) – oğru, qul-
dur və ya dustaqların jarqonu.
Jarqon leksikası da vulqar leksika kimi dili ağırlaşdırır,
korlayır, buna görə də onların ədəbi dildə işlədilməsi yolveril-
məzdir. Lakin həyatın bütün sahələrini əhatə edən bədii üslubda
bəzən müəyyən təbəqələrin və ya müxtəlif işlə məşğul olan
adamların üslub xüsusiyyətlərini vermək üçün jarqonlardan
istifadə edilə bilər.
Ümumiyyətlə, leksik norma qeyri-ədəbi dil ünsürlərinə (dia-
lekt sözləri, loru sözlər, jarqonlar, varvarizm və vulqar sözlər) qarşı
ehtiyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə,
ədəbi dil normaları onları işlətməyi qadağan edir.
Forma və məzmunca söz qruplarının (çoxmənalı sözlər,
omonimlər, sinonimlər, antonimlər) leksik normalara uyğun
işlədilməsi
Dilin lüğət tərkibində olan sözlər ifadə etdikləri məna
tutumuna görə eyni olmurlar. Belə ki, bəzi sözlər bir, bəzi sözlər
Azərbaycan dili və nitq mədəniyyəti
119
isə bir neçə leksik məna ifadə edirlər. Yalnız bir leksik məna bil-
dirən sözlərə təkmənalı sözlər (monosemantik) deyilir. Məsələn:
mən, sən, üç, beş, öz, hamı və s. kimi sözlər təkmənalıdır.
Əsas məna ilə bağlı olub, ona yaxın əlavə törəmə məna-
larda işlənən sözlərə çoxmənalı sözlər (polisemantik) deyilir.
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas (həqiqi),
digərləri isə məcazi mənada işlədilir. Azərbaycan dilində
çoxmənalılıq daha çox isim, sifət və feillərdə özünü göstərir.
Məsələn:
Boğaz – quşun boğazı, çəkmənin bogazı, bardağın bogazı
və s.
Ayaq – insanın ayağı, stolun ayağı, kəndin ayağı və s.
Ağız – şirin ağzı, qapının ağzı, pəncərənin ağzı, bıçağın
ağzı, qazanın ağzı və s.
Burun – insanın burnu, gəminin burnu, ayaqqabının burnu
və s.
Göz – insanın gözü, şkafın gözü, iynənin gözü və s.
Qol – uşağın qolu, ağacın qolu, köynəyin qolu, çayın qolu
və s.
Üz – adamın üzü, suyun üzü, qatığın üzü, yorğanın üzü,
dəftərin üzü və s.
Getmək – kəndə getmək, risqə getmək, həyatdan getmək,
fikrə getmək və s.
Vermək - su vermək, söz vermək və s.
Udmaq - yemək udmaq, söz udmaq və s.
Çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Yəni sözün
əsas mənası hansı nitq hissəsidirsə, əlavə mənaları da eyni nitq
hissəsi olmalıdır.
Çoxmənalı sözlər leksik cəhətdən dilin lüğət tərkibini
zənginləşdirir və norma hesab edilir. Çoxmənalı sözlər həm də
obrazlı ifadələrin yaranmasında mühüm rol oynayır, buna görə
də şair və yazıçılar öz əsərlərində onlardan geniş istifadə edirlər.
“Omonim” yunan sözü olub, “eyni ad” deməkdir. Eyni səs-
lənməyə malik olan, müxtəlif mənalı sözlərə omonim deyilir.
Samirə Mərdanova
120
Məs: gül, bağ, yaz, yay, qaz və s. sözlər omonimlərdir. Omo-
nimlər formasına görə çoxmənalı sözlərə bənzəsə də, bir sıra
xüsusiyyətləri ilə ondan fərqlənir:
1. Omonimlərdə mənaların hamısı həqiqi olduğu halda,
çoxmənalı sözlərdə həqiqi məna ilə yanaşı məcazı mənalar da
var. Məs: Burun çoxmənalı söz olub, adamın burnu mənasında
həqiqi, ayaqqabının burnu, gəminin burnu mənasında isə məcazi
mənada işlənmişdir. Bağ sözü isə omonimdir və bütün
mənalarda həqiqi olur: bağ( bağça), bağ(ip)
2. Çoxmənalı sözlər arasında məna əlaqəsi var, omonim-
lərdə isə yoxdur. Məsələn: insanın üzü, südün üzü, yorğanın üzü,
dəftərin üzü ifadələrində məna cəhətdən oxşarlıq, yaxınlıq
vardır. Belə ki, bu ifadələrin hamısında işlənən "üz" sözü ən
üstdə olan hissəni bildirir.
Ancaq gül (çiçək) və gül (gülmək) omonimlərində heç bir
yaxınlıq, oxşarlıq yoxdur.
3. Omonimlər həm tək formada, həm də söz birləşməsinin
komponenti kimi işləndiyi halda, çoxmənalı sözlər yalnız söz
birləşməsinin tərkibində işlənir. Məs: Xəmiri nazik yay. Uşaqlar
yay fəslini səbirsizliklə gözləyirlər (omonim). Çayın qolu kəndin
mərkəzindən keçir. Köynəyin qolu gödək idi (çoxmənalı söz).
4. Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər həm eyni,
həm də müxtəlif nitq hissələrinə aid olur. Məs: 1. Bal bütün
xəstəliklərə dərmandır. Tələbənin balı onu qane etmədi. Hər iki
cümlədə omonim sözlər isimdir. 2. Bütün qadınlar gülü sevir.
Gülmək insanın ömrünü uzadır. Burada omonimlər müxtəlif nitq
hissələrinə - ismə və feilə aiddir.
5.Omonimlər lüğətlərdə ayrı-ayrı sözlər kimi verilir. Məs:
Qaz – quş adı
Qaz – maye qaz
Qaz – hərəkət bildirən söz, feil
Elə sözlər var ki, onlar həm omonim, həm də çoxmənalı
söz kimi işlənə bilirlər, məs: üz – sifət və üzmək mənasında
omonim, dəftərin üzü, yorğanın üzü, südün üzü mənasında
Azərbaycan dili və nitq mədəniyyəti
121
çoxmənalı sözdür. Yaxud qol - imza və futboldakı qol məna-
sında omonim, çayın, ağacın, köynəyin qolu mənasında
çoxmənalı sözdür.
Omonimlər məna və formalarına görə 3 qrupa bölünür:
1. Leksik omonimlər – leksik mənalı sözlərin omonim-
liyinə aiddir, məs:1. Yaz gəlir (isim). 2. Deyilənləri yaz (feil).
2. Leksik-qrammatik omonimlər - əsas və köməkçi nitq
hissələrinin bir-biri ilə omonimliyinə deyilir, məs:
Örpəyi sarı, gəl mənə sarı (sifət, qoşma).
Tikanı yox eylə, yaramı sarı (feil).
3. Qrammatik omonimlər - köməkçi nitq hissələrinin
və şəkilçilərin omonimliyidir, məs: Sən ki belə deyildin. Yaxşı
olar ki, bütün vətəndaşlar təhsilli olsun. Burada ədatla bağlayıcı-
nın omonimliyi qrammatik omonimlikdir. Vurmanı hamı
bilməlidir. Uşağı vurma. Birinci cümlədəki isim düzəldən
şəkilçi ilə ikinci cümlədəki felin inkarlıq şəkilçisi qrammatik
omonimliyə malikdir.
Omonimləriin yaranma yolları müxtəlifdir, onlar əmələ
gəlməsinə görə daxili və xarici omonimlərə ayrılır.
1. Daxili omonimlər dilin daxili imkanları hesabına
yaranır. Məs: bel və dil sözləri dilin daxili imkanları əsasında
yaranıb və hər iki mənada öz sözümüzdür. Bel (insanın beli), bel
( alət); dil (danışıq), dil (ağızda olan ət parçası)
2. Xarici omonimlərin yaranmasında alınma sözlər böyük
rol oynayır. Məs: dad (azərbaycanca, maddənin dilimizdə hiss
olunan əlaməti) – dad (farsca, fəryad, fəğan)
Xarici omonimlərdə bəzən sözlərin hamısı alınma olur:
divan (ərəb)- şeir külliyatı, divan (rus) - mebel, divan (fars) -
zülm.
Dilimizdə leksik omonimlərdən başqa, əslində omonim
olmayan, təsadüfən omonimləşən leksik vahidlər də var. Bunlara
omonimə oxşar söz qrupları (omoqraflar, omofonlar,
omoformlar və paronimlər) da deyilir.
Samirə Mərdanova
122
1. Omoqraflar - yazılışları eyni olan, lakin vurğusunun ye-
rinə görə fərqlənən sözlərdir. Məsələn: alma (isim) – alma (feil),
gəlin (isim) – gəlin (feil), dondurma (isim) – dondurma (feil), lirik
(sifət) – lirik (isim), qrafik (sifət) – qrafik (isim), akademik (sifət)
– akademik (isim), bildir (zərf) - bildir (feil) və s.
Qoltuğumda bağlama,
Mən gedirəm ağlama
Gedərəm yenə gəlləm,
Yadlara bel bağlama.
Qeyd: Sözlərdə qara hərflərlə qeyd edilən hissələr
vurğunun yerini göstərir.
2. Omofonlar – tələffüzdə eyniləşib, yazıda az-çox
fərqlənən sözlərə deyilir. Məsələn:
a) Tikdiribsən qəsr , eyvan, oda sən,
Bu nökərin, o sevdiyin, o da sən.
Qıya baxdın məni saldın oda sən,
İnsaf eylə, gəl könlümü narın üz.
(Aşıq Ələsgər)
Şeirin birinci misrasında oda –ev, otaq mənasındadır;
ikinci misradakı o da sözündə o əvəzlik, da- bağlayıcıdır.
Üçüncü misradakı oda sözü isə ocağa salmaq, yandırmaq
mənasında işlənmişdir.
b) Əziziyəm, gül əllər,
Ağ biləklər, gül əllər.
Dəryaca ağlın olsa,
Yoxsul olsan güləllər.
Bayatının birinci və ikinci misrasında əllər gülə bənzədılir,
yəni gül əllər (gül kimi əllər) ifadəsi məcazi məna ifadə edərək
bənzətmə rolu oynayır.Dördüncü misrada isə “güləllər” sözü
“gülərlər” sözünün tələffüz formasıdır. Bəzən ədəbiyyatda bu
cür qafiyələr yaradılır ki, buna cinas qafiyə deyilir.
Azərbaycan dili və nitq mədəniyyəti
123
3. Omoform (və ya morfoloji omonimlər) – burada
oxşarlıq qrammatik şəkilçilərin hesabına təmin olunur, belə
sözlərin mənası cümlədə aydınlaşır, onların həm kökü, həm də
qrammatik əlamətləri ayrı-ayrı olur.
a) otlar-otlar (otlayar); arzular-arzular (arzulayar); əsər -
əsər (külək əsər); gecələr-gecələr (gecələyər), bağlar- bağlar
(bağlayar), məs:
Kəmərin belə bağlar,
Gül dərib telə bağlar,
Bülbül öləndən sonra,
Dağılsın belə bağlar.
b) "Məhsulu anbara daşı (feil)", "Daşı (isim) kənara qoy".
Verilmiş cümlədə "daşı" sözü qrammatik şəkilçilərin hesabına
eyni yazılır və səslənir.
4. Paronimlər – yazılış və deyilişcə yaxın, lakin mənaca
fərqli sözlərdir. Məs: şahid-şəhid, surət-sürət, ahəng-əhəng, hə-
yət-həyat, əbədi-ədəbi, mərhum-məhrum, xeyir-xeyr, mətn- mə-
tin, hərf-hərif, ekskavator-eskalator, adresant-adresat, kvo-
rum-forum, kontrakt-kontakt, fakt-faktor, iqtisadi-iltisaqi və s.
Səslənməyə görə yaxın, leksik mənaca müxtəlif sözlərin
qarışdırılması yazılı və şifahi nitqdə fikrin düzgün ifadə olunma-
masına, fikrin ifadəsində ikimənalılığa səbəb olur ki, bu da
leksik normanın pozulması ilə nəticələnir. Məsələn: Məhrumun
(olmalıdır: mərhumun) ailəsinə başsağlığı verildi. O, bütün
səlahiyyətlərindən mərhum (olmalıdır: məhrum) edildi.
Omonim və omonimə bənzər söz qrupları dilimizin leksik
zənginliyini göstərir və bədii ədəbiyyatda, xüsusən lirik şeirlərdə
- bayatılarda, təcnislərdə gözəl qafiyələr (cinaslar),
ahəngdarlıq yaradan vasitələr kimi çıxış edir.
Sinonimlər formaca müxtəlif, mənaca eyni və ya yaxın
olan sözlərə deyilir. Sinonimlər dilin lüğət tərkibini zənginləş-
Samirə Mərdanova
124
dirərək təkrarçılığın qarşısını alır, fikri daha əlvan, maraqlı və
təsirli ifadə etməklə, rəvanlığı artırır:
El bilir ki, sən mənimsəm
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
***
Əzəldən belədir, çünki kainat,
Cahan daimidir, ömür amanat.
Əldən -ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya!
(S.Vurğun)
Nitqdə fikrin incə məna çalarlıqlarını, hadisələri, varlıqları
daha aydın, dəqiq ifadə etmək üçün sinonimlərdən geniş istifadə
olunur.
Sinonimlər müəyyən cərgəyə daxil olur ki, belə cərgəyə
sinonimik cərgə deyilir. Məs:
Ürək – könül – qəlb
Qəm – qüssə - kədər
Dünya – cahan – kainat – aləm
Gözəl – göyçək – qəşəng – yaraşıqlı
Sinonim cərgədə bir söz əsas olur və dominant soz adla-
nır. Yuxarıdakı nümunələrdə ürək, qəm, dünya, gözəl sinonim-
ləri dominant rol oynayır. Leksik normanın əsas tələblərindən
biri sinonim cərgədən münasib sözün seçilməsidir.
Sinonimlər ifadə etdikləri məzmuna görə mütləq və nisbi
olur. Hər yerdə bir-birini əvəz edən sinonimlər mütləq
(yaz-bahar, gül-çiçək və s.), əvəz edə bilməyən sinonimlər isə
nisbi (yüksək-hündür, qalın-sıx) sinonimlər adlanır. Məs: yüksək,
hündür sinonimləri işlənmə yerindən asılı olaraq nisbi sinonim-
Azərbaycan dili və nitq mədəniyyəti
125
lər sayılır. Biz yüksək təpə, hündür təpə ifadələrini işlədə bilərik.
Ancaq yüksək rütbə dediyimiz halda, hündür rütbə deyə
bilmərik.
Sinonimlərin bəziləri tamamilə eyni mənalı olur ki,
bunlara sinonim-dubletlər deyilir. “Dublet” fransız sözü
olub, “cüt”, “qoşa” deməkdir. Dubletlər forma və mənşəyi
müxtəlif olan sözlərdir. Məs: həştad (fars)- səksən
(azərbaycan); gözlük (azərbaycan)- eynək (ərəb)- çeşmək
(fars). Sinonim-dubletlər mütləq sinonimlərdir. Onlar nitqdə
eyni mənanı müxtəlif sözlə bir neçə yerdə ifadə etməklə
təkrarçılığın qarşısını alır. Lakin nitqi ağırlaşdırdığı üçün
onlardan istifadə o qədər də faydalı deyil.
Sinonimlər məzmununa görə 2 yerə bölünür: leksik və
qrammatik sinonimlər.
Leksik sinonimlər leksik mənalı sözlərin, yəni əsas nitq
hissələrinin
sinonimliyidir.
Məs:
yaz-bahar
(isim),
böyük-iri-yekə-nəhəng (sifət), düşünmək-fikirləşmək (feil), nə
vaxt-haçan (əvəzlik), səksən-həştad (say).
Leksik mənası olmayan sözlərin, yəni köməkçi nitq
hissələrinin sinonimliyi qrammatik sinonimlik adlanır. Məs:
başqa-ayrı-özgə-savayı (qoşma), amma-ancaq-lakin (bağlayıcı),
ən-lap-daha (ədat).
Obyektə olan “mənfi” və ya “müsbət” münasibətinə görə
sinonimlərin iki növü vardır:
1. Kakofemizmlər. Bunlar obyektə “mənfi” münasibəti
ifadə etmək üçün istifadə olunur. Məs: baş əvəzinə kəllə, təpə,
qafa; qoca əvəzinə kaftar; getmək əvəzinə itilmək, rədd olmaq;
gülmək əvəzinə hırıldamaq, diş ağartmaq və s.
2. Evfemizmlər. Bu sözlər obyektə “müsbət” münasibət,
yəni hörmət, ehtiram üçün işlədilir. Məs: arvad əvəzinə
uşaqların anası, dəli əvəzinə psixi xəstə, rədd ol əvəzinə çıx get,
yalan danışırsan əvəzinə düz demirsən, öldü əvəzinə ömrünü
tapşırdı, keçindi, söndü, dünyasını dəyişdi, qəlbi dayandı, köçdü
Samirə Mərdanova
126
və s. Evfemizmlərdə mənalar birbaşa deyil, dolayı şəkildə ifadə
olunur.
Məlumdur ki, nəzakətli sözlərin işlədilməsi nitq mədəniy-
yətinin əsas tələblərindəndir. Bu cəhətdən nitqdə kakofemizm-
lərin deyil, evfemizmlərin işlədilməsi daha məqsədəuyğundur.
Leksik norma qeyri-ədəbi dil ünsürlərinin (loru sözlər,
dialektizmlər və s.) sinonimliyinə yol verilməməsini tələb edir.
Çünki bu cür sözlərdən sinonim kimi istifadə etmək ədəbi dili
korlayır. Məsələn, xəsis əvəzinə simic, xiyar əvəzinə yerpənək
işlətmək leksik normanın tələblərini pozur. Lakin üslubla bağlı
olaraq onlardan bədii əsərlərdə üslubi sinonim kimi istifadə
olunur.
Formaca müxtəlif, mənaca bir-birinin əksini təşkil edən
sözlərə antonim sözlər deyilir. Leksik normanın əsas tələblərin-
dən biri də nitqin dəqiqliyi və aydınlığıdır. Sinonimlər kimi
antonimlər də nitqdə çox işlənir və sözlərin mənasını dəqiqləş-
dirməyə xidmət edir. Həmçinin antonimlər də (ziddiyyətin
dərəcəsinə görə) sinonimlər kimi iki yerə bölünür: mütləq
antonimlər, nisbi antonimlər.
Mütləq antonimlər bir-birinin tam əksini təşkil edən
sözlərdir. Məs: yay-qış, ağ-qara, isti-soyuq, sevinmək-kədərlən-
mək və s.
Nisbi antonimlər isə qismən ziddiyyət bildirən sözlərdir.
Məs: payız-qış, ağ-boz, isti-sərin və s.
Əsl antonimlik müxtəlif köklü sözlər şəklində təzahür edir.
Məs: gözəl-çirkin, varlı-yoxsul, arıq-kök, isti-soyuq, gülmək--
ağlamaq və s.
Lakin duzlu-duzsuz, maraqlı-maraqsız kimi sözlər bir--
birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları
antonim adlandırmaq olmaz.
Antonimlərin tərkibində həm Azərbaycan dilinin özünə-
məxsus olan, həm də başqa dillərdən keçmiş sözlərə təsadüf
edilir: isti-soyuq, gec-tez, yer-göy, az-çox, böyük-kiçik və s.
Azərbaycan dili və nitq mədəniyyəti
127
antonimlər öz sözlərimizdən ibarətdir, bunları daxili antonimlər
hesab etmək olar.
Lakin maksimum-minimum (rus), avam-mədəni (ərəb),
bədbəxt- xoşbəxt (fars), əyani-qiyabi (ərəb), geniş (azərb.) -
müxtəsər (ərəb) və s. kimi antonimlər əsasən alınma sözlərdən
ibarət olduğuna görə xarici antonimlər hesab oluna bilər.
Antonimlərin işlənmə məqamları genişdir və demək olar
ki, dilin bütün üslublarında, xüsusilə bədii üslubda bir leksik
vasitə kimi onlardan istifadə edilir.
Antonimlər bədii dildə antiteza kimi qüvvətli bədii ifadə
vasitəsi yaradır. “Antiteza” yunan sözüdür və “qarşı-qarşıya
qoyulan” deməkdir. Bədii əsərlərdə ona bədii təzad da deyirlər.
Antiteza obrazların xarakterindəki ziddiyyətləri açmaq üçün
istifadə edilən ən təsirli ifadə vasitəsidir. Onlara həm yazılı, həm
də şifahi ədəbiyyatda rast gəlinir. Məs:
Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq ər kişinin işidir.
(atalar sözü)
***
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü.
Eşq odu yenə bu canə düşdü.
(Xətainin “Dəhnamə” poemasından)
Antitezanın bir tipi də oksimorondur (yun. oxymoron –
ağıllı dəli deməkdir). Oksimoron – bir məfhumun əks cəhətlərini
ifadə edən iki antonim sözün mənaca qarşılaşdırılıb birləşdiril-
məsindən yaranan ifadəyə deyilir. Məsələn, ölü canlar, dilənçi
milyoner, göz yaşı içində qəhqəhələr və s. Bu sözlərdən biri,
yaxud hər ikisi məcazi məna kəsb edir və ziddiyyətli bədii lövhə
yaradılır. Məs:
Cəmil bəy, ah mərhəmətsiz cəllad!
Mədəni canavar! (H.Cavid)
Samirə Mərdanova
128
Antiteza və oksimorondan bədii əsərin adında da istifadə
olunur: “Eşq və intiqam” (S.S.Axundov), “Qılınc və qələm”
(M.S.Ordubadi), “Qaranlıqda işıqlar” (M.Ə.Rəsulzadə),
"Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" (C.Cabbarlı),
“Saqqallı uşaq” (C.Məmmədquluzadə), “Ölü canlar”
(N.V.Qoqol), “Hərb və sülh” (L.N.Tolstoy) və s.
Bəzən gündəlik həyatımızda da mənanı qüvvətləndirmək
üçün paradoks yaradan bu kimi ifadələrdən istifadə olunur. Məs:
orijinal kopiya, səssizliyin səsi, gerçək yalanlar, sabit dəyişən,
tərəfsiz tərəfdar, yaşayan ölü, gecənin aydınlığı, gündüzün
qaranlığı, pis şans, görən kor və s.
Azərbaycan ədəbi dilinin mənşəcə lüğət tərkibi
(Əsl Azərbaycan sözləri və alınma sözlər)
Azərbaycan dili zəngin lüğət tərkibinə malikdir. Hər bir
dildə olduğu kimi, dilimizin lüğət tərkibinin əsasını milli sözlər
təşkil edir. Lakin başqa dillərdə olduğu kimi dilin lüğət tərkibi
təkcə öz sözlərimizdən ibarət deyil, burada müxtəlif tarixi
şəraitlə əlaqədar dilimizə keçən alınma sözlər də mühüm yer
tutur. Bu sözlərin çoxu dilimizin leksik normalarına uyğunla-
şaraq milliləşmişdir. Məs:
adəm-adam, şəhr-şəhər, ism-isim, faidə-fayda, qaidə--
qayda, əql- ağıl, rahət- rahat, şəkl-şəkil, səbr-səbir, maşina –
maşın, qazeta-qəzet, fabrika-fabrik, maqazin-mağaza, apteka –
aptek və s.
Dilin lüğət tərkibində olan sözlər mənşəyinə görə 2 qrupa
bölünür:
1) Əsl Azərbaycan sözləri; 2) Alınma sözlər.
Dilimizdə olan sözlərin böyük əksəriyyəti əsl Azərbaycan
sözləridir. Xüsusilə, əvəzlik, say və feillərin hamısı öz söz-
lərimizdir. Saylardan həştad, milyon, milyard və s., əvəzlik-
lərdən bəzi, həmin, filan, nə təhər, nə qədər və s. alınmadır.
Azərbaycan dili və nitq mədəniyyəti
129
Əsl Azərbaycan sözləri və alınma sözlərin bir sıra xüsusiy-
yətləri var:
1) Milli sözlərin kökləri əsasən təkhecalıdır: gəl, get, bax,
sel, yol, baş, göz, at, ot, bir, beş və s.
2) Əsl Azərbaycan sözlərində ahəng qanunu özünü möh-
kəm şəkildə göstərir: qapı, otaq, uşaq, ipək, düymə və s.
(istisnalar: ilxı, işıq, ildırım, ilıq, inam, iraq, elat və s.)
3) Öz sözlərimizdə vurğunun yeri sabitdir: yaşıl, sürmə və
s. ( istisnalar: dünən, bayaq, necə, sanki, ancaq, yalnız)
4) Tərkibində iki saitin ( müxtəlifcinsli və eynicinsli)
yanaşı işləndiyi sözlər alınmadır. Məs; ailə, radio, maaş, saat,
bədii və s.
5) Söz əvvəlində və söz sonunda iki samitin (müxtəlifcinsli
və eynicinsli) işləndiyi sözlər alınmadır. Məs; stol, stul, plan,
bank, rəsm, zövq, hiss, xətt, sirr, tibb və s.
(alt, üst, ilk, srağagün, qırx, dörd, yurd, kənd, sevinc,
gülünc, qazanc istisna təşkil edir, öz sözlərimizdir).
6) Tərkibində eynicinsli qoşa samitli sözlər alınmadır:
təəccüb, əlbəttə, mədəniyyət, professor, rejissor və s. (yeddi,
səkkiz, doqquz, əlli, addım, hoppanmaq, tullanmaq və s. sözlər
isnisna təşkil edir, milli sözlərdir).
7) Əvvəlində r, z, f samiti, tərkibində j samiti işlənən söz-
lərə dilimizdə rast gəlinmir. Məs; rəssam, rezin, jurnal, əjdaha,
mesaj tipli sözlər alınmadır (istisnalar: zoğ, zoğal, fındıq).
8) Sonu e, o, ö saitləri ilə bitən sözlər öz sözlərimiz deyil,
məs: kino, metro, püre, təvazö və s.
9) Azərbaycan dilində e, o, ö saitləri şəkilçilərdə işlənmir
(istisnalar: -lov, -sov, -ey).
10) Ön şəkilçili sözlər alınmadır, məs: na+razı, la+məkan,
bi+vəfa, ba+məzə və s. (istisnalar: nakişi, nadinc)
Samirə Mərdanova
130
11) Tərkibində uzun sait işlənmiş sözlər öz sözlərimiz
deyil, məs: alim, elan, nümunə, şöbə, bəzi, mədən və s.
(istisnalar: dovğa- [do:ğa], qovurma- [qo:urma], ovuşdurmaq-
[o:uşdurmaq])
12) Fleksiyaya uğramış sözlər alınmadır: nəzm – nizam-
Nizami- Nazim- mənzum və s. (istisna olaraq kiçik- kiçil,
alçaq-alçal, sarı-saral, uzun-uzat, dağıt-dağıl-dağınıq və s.
sözlər öz sözlərimizdir)
13) Sonu –at
2
şəkilçisi ilə bitən sözlər alınmadır, ərəb
mənşəlidir: təşkilat, məlumat, həqiqət, hökumət, təbliğat,
hesabat, rəqabət və s. (gedişat, elat istisnadır)
14) mə, mo, mö, mü, qü, tə hecaları ilə başlayan sözlər
alınmadır: mömin, məşhur, motor, mübariz, qüssə, mükalimə,
müalicə, müasir və s.
15) Sözdə “əng”, “ənc” parçaları olarsa, alınmadır: qəşəng,
pəncərə, fişəng və s.
16) Poetik söz və ifadələrin əksəriyyəti alınmadır, fars
mənşəlidir: gül, bülbül, bahar və s. (yay və qış sözləri milli
mənşəlidir).
Alınma sözlər iki qrupa ayrılır:
1) ərəb-fars dillərindən alınma sözlər
2) rus-Avropa dillərindən alınma sözlər
VII əsrdə ərəb dilinin, XIX əsrdən rus dilinin, həmçinin
uzun əsrlər boyu fars dilinin dilimizə güclü təsiri nəticəsində
dilimizə bir çox alınma sözlər daxil olmuşdur.
Dilimizə gələn ərəb sözləri əsasən dinlə, təhsillə bağlıdır,
məs: molla, mələk, Allah, islam, şeytan, hədis, cənnət, axirət,
salam, məktəb, alim, məktub, kitab, dəftər və s. İstisnalar: tanrı,
inam, inanc (bunlar əsl Azərbaycan sözləridir).
Fars dilindən gələn sözlər kəmiyyətcə ərəb sözlərindən
azdır, lakin onlar da ərəb sözləri ilə o qədər qaynayıb-qarışmış-
Azərbaycan dili və nitq mədəniyyəti
131
dır ki, onları seçmək demək olar ki, mümkün deyil. Məs:
fincan, nəlbəki, kuzə, nərd, şəkər, şəkərbura, plov, düşbərə,
gül, şam, qəm, dilbər, bülbül və s.
Rus dilindən gələn sözlər – fabrik, zavod, stol, stul, stə-
kan, vedrə, samovar, traktor, parovoz, paroxod və s.
Rus dili vasitəsilə Avropa dillərindən gələn sözlər –
dekan, rektor, direktor, kafedra, professor, lift, balet, qlobus,
akvarium, klinika, tort, futbol, voleybol, boks, basketbol, metro,
sinonim, antonim, omonim və s.
Amma bu o demək deyil ki, təkcə bizim dilimizə başqa
dillərdən söz gəlib, həmçinin bizim dilimizdən də bu dillərə
sözlər keçib, məs;
Azərbaycan dilindən rus dilinə keçən sözlər – kərpic
(kirpiç), ütü (utyuq), sandıq (sunduk), alça (alıça), əncir (injir),
badımcan (baklajan), ağsaqqal (aksakal), aşıq (aşuq), qarpız
(arbuz), arşın (arşin), üzüm (izyum), heyva (ayva), bazar,
karandaş və s.
Azərbaycan dilindən fars dilinə keçən sözlər – böşqab,
çömçə, çay, corab, bağ, boran, təpə, bəy, xanım və s.
Alınma sözlər nitqi zənginləşdirir, onun daha dəqiq və
ifadəli olmasına imkan yaradır. Lakin onlardan yerli-yersiz
istifadə etmək dilə xələl gətirir. Dilimizə ötən əsrdə daxil
olmuş bir qisim sözlər vardır ki, onların dilimizdə qarşılığı olsa
da, çox zaman gəldiyi dildə olduğu kimi işlənməkdədir.
Məsələn: səhər yeməyi (zavtrak), axşam yeməyi (ujin), çimərlik
(plyaj), nəfəslik (fortoçka), sərinkeş (ventilyator), dabankeş
(rajok), soyuducu (xolodilnik), tozsoran (pılesos), yelçəkər
(skvoznyak), zəncirbənd (zamok), çəkmə (sapojki) və s.
Sözlərdən bu kimi istifadə halları dildə yolverilməzdir.
Samirə Mərdanova
132
Alınma sözlərin bir qismi bir çox dünya dillərində işlədilir.
Belə sözlərə beynəlmiləl sözlər deyilir: demokratiya, parlament,
kompüter, monitor, morfologiya, operetta, peyzaj və s.
Frazeoloji birləşmələr
“Frazeologiya” (yunan sözü olub, “phrasis” – ifadə və
“logos” – təlim sözlərinin birləşməsindən yaranmışdır) dildə
mövcud olan bütün sabit söz birləşmələrinin məcmusu deməkdir.
Frazeoloji birləşmələr nitqə ifadəlilik, obrazlılıq, canlılıq
gətirən, onu daha təbii, təsirli edən dil vahidlərindəndir.Frazeo-
loji birləşmələrin bir sıra xüsusiyyətləri var:
1. Frazeoloji birləşmələr məcazi mənalı söz birləşmə-
ləridir, tərkibi dəyişməz olur, dildə hazır şəkildə mövcuddur.
2. Bu birləşmələri əmələ gətirən sözlər öz həqiqi məna-
larını itirir və yalnız məcazi mənada işlənir.
3. Əksəriyyəti bir sözlə ifadə oluna bilir:
gözü kəlləsinə çıxmaq–təəccüblənmək, ürəyinə xal düş-
mək–şübhələnmək, burnunun ucu göynəmək–darıxmaq, gözünün
acısını almaq–mürgüləmək, gözünün odunu almaq – qorxutmaq,
baş sındırmaq–fikirləşmək, başa çatdırmaq- qurtarmaq və s.
4. Frazeoloji birləşmələr bütövlükdə cümlənin bir üzvü
olur. Məsələn: Uzun yol qonaqları əldən salmışdı. Baba
nəvəsinin könlünü aldı (xəbər).
5. Sözlərdə olduğu kimi, frazeoloji birləşmələrdə də
omonimlik, sinonimlik və antonimlik olur:
Sinonimlik:
dil-dil ötmək – dilotu yemək, dil-boğaza qoymamaq
özündən çıxmaq – hirsi başına vurmaq, cin atına minmək
acığı gəlmək – zəhləsi getmək
dərd çəkmək – qəm dəryasına batmaq
Azərbaycan dili və nitq mədəniyyəti
133
burnunu sallamaq – qaş-qabağı yer süpürmək
xoşuna gəlmək – ürəyinə yatmaq
dilini saxlamaq – ağzını qıfıllamaq, ağzına su almaq
qanı qaralmaq – gəmiləri batmaq
Antonimlik:
xoşu gəlmək – zəhləsi getmək
dil-dil ötmək – ağzına su almaq
əlini ağdan qaraya vurmamaq – dəridən-qabıqdan çıxmaq
qəlbə dəymək – könlünü almaq
kef sürmək – dərd çəkmək
bel bağlamaq – gözü su içməmək
Omonimlik:
Cana gəlmək – Xəstə bir az cana gəlmişdi. Onun əlindən
lap cana gəlmişik.
Söz vermək – Çıxış üçün Əliyə söz verildi. Söz verəndə
gərək əməl edəsən.
6. Frazeoloji birləşmələri bəzən həm sərbəst, həm də sabit
(frazeoloji birləşmə) söz birləşmələri kimi işlətmək olur, məs:
Şaxtanın gücündən burnumun ucu göynəyirdi. (sərbəst, həqiqi);
Anamdan ötrü lap burnumun ucu göynəyir. (frazeoloji, məcazi)
7. Frazeoloji birləşmələrdən məişət üslubunda və bədii
üslubda daha çox istifadə olunur. Bu birləşmələr nitqə xüsusi
ifadəlilik verir, obrazlılıq yaradır:
Tək-tək ayılan varsa da haqq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın.
(M.Ə.Sabir)
Göyərçin sabah yaxşı olsun deyə çalışır, vuruşur, arı
kimi əlləşir (M.İbrahimov).
Bəzən atalar sözləri, eləcə də məsəllər dildə hazır şəkildə
olduqlarına və çox vaxt məcazi məna ifadə etdiklərinə görə
frazeoloji vahidlərə aid edilir. Hətta bir sıra yazıçılar öz
Samirə Mərdanova
134
əsərlərinə ad qoyarkən onlara müraciət edirlər. Buna nümunə
olaraq N.Vəzirovun “Əti sənin, sümüyü mənim”, “Daldan
atılan daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”,
“Yağışdan çıxdıq, yağmura düşdük” və s. kimi əsərlərini
göstərmək olar. Lakin bəzi alimlər bununla razılaşmırlar.
Çünki frazeoloji vahidlərdən fərqli olaraq atalar sözləri və
məsəllər cümlə quruluşlu olub, bitmiş bir fikir ifadə edirlər.
Lakin elə atalar sözləri də var ki, dilimizdə yarımçıq şəkildə
işlənərək frazeoloji birləşməyə çevrilmişdir. Məs: şərti şumda
kəsmək (“Şərti şumda kəs ki, xırmanda yabalaşmayasan”),
özgəsinə quyu qazmaq (“Özgəsinə quyu qazan özü düşər”) və s.
Frazeoloji birləşmələrin sırasında həm müsbət, həm mənfi
mənalı frazeologizmlərə rast gəlinir. Məsələn, bağrına basmaq,
əliaçıq olmaq, tədbir tökmək ədəbi dil normalarına uyğun gələn,
müsbət mənada işlədilən frazeologizmlər, quyruğu qapı
arasında qalmaq, ətini şişə çəkmək, ayağının altını qazımaq,
baş-beynini aparmaq isə kobud xarakterli, mənfi mənada
işlədilən frazeologizmlərdir.
Leksik normalara uyğun frazeoloji vahidlərdən nitqdə
geniş istifadə olunur.
Azərbaycan dili və nitq mədəniyyəti
135
BEŞİNCİ MÜHAZİRƏ
MORFOLOGİYA. MORFOLOJİ NORMALAR.
Qrammatika dilin qrammatik quruluşunu öyrənən elmdir.
Morfologiya da qrammatikanın bir hissəsidir. Leksikologiyada
olduğu kimi morfologiyanın da obyekti sözdür. Lakin leksikolo-
giyadan fərqli olaraq morfologiyada sözlərin vahid leksik mə-
nası yox, qrammatik mənaları, formaları öyrənilir. “Mor-
fologiya” sözü özü də yunanca “morfos” - forma və “loqos” -
elm, təlim sözlərindən təşkil olunmuşdur.
Morfologiyada sözlər həm də nitq hissələri kimi öyrənilir,
onların quruluşu və dəyişmə qaydaları araşdırılır.
Azərbaycan dilinin morfoloji quruluşu
Məlumdur ki, dilin qohumluq prinsipindən başqa həm də
tipoloji bölgüsü var. Tipoloji bölgüdə dillərin morfoloji quruluşu
əsas götürülür. Bu baxımdan dünya dilləri bir neçə qrupa ayrılır:
amorf (kök) dillər, flektiv dillər və iltisaqi (aqlütinativ) dillər.
Amorf (kök dillər) deyilən Hind-Çin dillərində kök
dəyişmir. Bu dillərdə şəkilçi ümumiyyətlə olmur, burada qram-
matik əlaqəni köməkçi sözlər yerinə yetirir. “Amorf” sözü
yunan mənşəlidir, “formasız” mənasındadır. Belə dillərə Çin,
yapon, Koreya, Vyetnam və s. dilləri aid etmək olar. Bu
dillərdə ismin cəm şəklini düzəltmək üçün söz təkrar olunur.
Məsələn, Çin dilində jenmin-xalq, jenminjenmin-xalqlar, Mala-
yziya dilində isə oranq-adam, oranqoranq-adamlar deməkdir.
Flektiv dil tipinə ərəb, fars, yəhudi, ingilis, alman, rus
və s. dillər aid edilir. “Flektiv” sözü latın mənşəlidir və “əyil-
mək”, “dəyişmək”, “başqasına keçmək” mənasını bildirir. Bu
dillərdə söz kökündən dəyişə bilir. Məs: İngilis dilində - a wo-
man (qadın) – women (qadınlar); ərəb dilində - hökm- hakim-
həkim, rus dilində - druq (dost) – druzya (dostlar); alman
Samirə Mərdanova
136
dilində- bruder (qardaş) – brüder (qardaşlar) və s. Şəkilçi isə
sözün müxtəlif yerində, əvvəlində - (prefiks), daxilində - (infiks)
və sonunda – (suffiks) işlənir.
Aqlütinativ (iltisaqi) dillərdə kök ayrılıqda məna verib,
bütün morfoloji vəziyyətlərdə dəyişməz qalır, şəkilçi isə (leksik,
qrammatik) kökdən sonra artırılır. “Aqlütinasiya” latın mənşəli
sözdür və “bitişdirmək”, “yapışdırmaq” mənasını bildirir. Türk
dilləri, o cümlədən Azərbaycan dili morfoloji bölgüsünə görə
iltisaqi dillərə daxildir. İltisaqi dil kimi Azərbaycan dilinin
morfoloji quruluşunun bir sıra tələbləri vardır. Lakin bəzən
iltisaqilik prinsipini pozan hallar da olur; məs:
1. Azərbaycan dilində ahəng qanunu möhkəmdir, hətta o
dərəcədə ki, bəzən alınma sözlər də bu qanuna uyğunlaşmalı
olur: adəm-adam, qaidə- qayda, qazeta-qəzet, vedro-vedrə və s.
Lakin bəzi Azərbaycan sözləri var ki, onlarda ahəng qanunu
pozulur (ilan, ildırım, ilxı, işıq, inam və s.). Ümumiyyətlə, ahəng
qanunu dilin morfoloji quruluşunu müəyyən edir. Buna görə də
onun iltisaqilikdə xüsusi rolu vardır.
2. Azərbaycan dilində sözün kökü leksik mənaya malikdir,
ayrılıqda işlənə bilir və dəyişmir. Lakin bəzi sözlərimizdə sözə
şəkilçi artırıldıqda, kök dəyişdiyi üçün iltisaqilik prinsipi
pozulur, məs: oğul–oğlum, et-edir, kiçik- kiçil, sarı-saral və s.
3. Azərbaycan dilində kökə əvvəl leksik, sonra qrammatik
şəkilçi artırılır. Məs: baş-la-dı-lar. Lakin bəzən dilimizdə
iltisaqiliyin pozulması halları da özünü göstərir, yəni qrammatik
şəkilçi sözə leksik şəkilçidən əvvəl artırılır. Məs: bizimki,
əmimgil, oğlumgil, evimizdəki, çiynimizdəki. Bu sözlərdən
bizimki, əmimgil, evimizdəki sözlərində iltisaqilik bir dəfə (çünki
qrammatik şəkilçi leksik şəkilçidən əvvəl gəlib), çiynimizdəki
sözündə iki dəfə (həm sözün kökü dəyişib, həm də qrammatik
şəkilçi əvvəl gəlib), oğlumgil sözündə isə üç dəfə pozulub
(burada həmin xüsusiyyətlərlə yanaşı, köklə şəkilçi arasında
ahəng qanunu da pozulmuşdur).
Azərbaycan dili və nitq mədəniyyəti
137
4. İltisaqi dillərdə şəkilçilər adətən kökdən sonra gəlir, ön
şəkilçili sözlər alınma söz hesab olunur. Lakin əsl Azərbaycan
sözləri olan kişi və dinc sözləri istisna təşkil edir, yəni onlara ön
şəkilçi artırmaq olur (nakişi, nadinc).
Dilçilikdə belə fikir mövcuddur ki, bütün dillərin morfolo-
giyası tarixən amorf quruluşlu olmuşdur. Ona görə də amorf
morfologiyası daha qədim, ilkin morfologiya hesab olunur.
Sonralar amorf dillərin inkişafı ilə əlaqədar aqlütinativ (iltisaqi)
və flektiv dillər meydana çıxmışdır.
Sözün tərkibi: kök və şəkilçi
Morfologiyanın əsas vahidi morfemdir. Sözün mənalı
hissələri ayrı-ayrılıqda morfem adlanır. Morfemin əsasən iki
növü vardır: kök morfem və şəkilçi morfem (affiks). Sözün
ayrılıqda işlənə bilən, əsas mənanı ifadə edən hissəsi kök,
ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən lek-
sik və ya qrammatik məna yaradan hissəsi isə şəkilçi morfem
adlanır. Məs: dilçilər sözündə üç morfem vardır. Burada dil əsas
mənanı ifadə edən morfem (kök morfem), -çi
4
şəkilçisi əlavə
leksik məna ifadə edən, -lar
2
şəkilçisi isə qrammatik məna ifadə
edən morfemdir (şəkilçi morfem).
Şəkilçilərin təsnifatı
Azərbaycan dilində şəkilçilər bir neçə qrupa ayrılır:
1. Dildəki roluna görə şəkilçilər iki qrupa bölünür:
sözdüzəldici şəkilçilər (leksik), sözdəyişdirici şəkilçilər (qram-
matik).
a) Sözdüzəldici şəkilçilər (leksik).
Sözdüzəldici şəkilçilər leksik məna ifadə edən morfem-
lərdir. Onlar həm sözün formasını, həm də mənasını dəyişir,
yeni sözlər əmələ gətirir. Məs: yaz-ı-çı-lıq, musiqi-şünas və s.
Samirə Mərdanova
138
Azərbaycan dilində leksik şəkilçilərin bir qismi (bi, na, -izm,
-ist, -şünas və s.) alınma şəkilçilərdir.
Qeyd: Dilimizdə leksik şəkilçilər sözə qrammatik şəkil-
çilərdən əvvəl qoşulmalıdır. İstisna: bəzi şəkilçilər var ki, sonra
da işlənə bilir: -kı
4
, -sız
4
, -gil, -dakı
2
. Məs: siz-in-ki, ata-m-sız,
xala-m-gil, həyət-imiz-dəki. Yuxarıda qeyd etdiyimiz kimi, bu
hal Azərbaycan dilinin iltisaqiliyini pozur.
b) Sözdəyişdirici şəkilçilər (qrammatik).
Sözdəyişdirici şəkilçilər qrammatik məna ifadə edən
morfemlərdir. Yəni bu şəkilçilər sözün axırına qoşulub onu
formaca dəyişərək kökə leksik deyil, qrammatik məna verir.
Dilimizdə qrammatik şəkilçilər çoxdur. İsimlərdə - cəm, mənsu-
biyyət, hal, şəxs-xəbərlik, feillərdə - şəxs, zaman, inkarlıq
şəkilçiləri və s. Məs: kitab-lar, kitab-lar-ım, kitab-lar-ım-dan,
kitabdır və s. Sözdəyişdirici şəkilçilər sözlərin bir-birinə bağlan-
masına xidmət edir. Sözdəyişdirici şəkilçilərin hamısı milli
şəkilçilərimizdir.
2. Sözdəki yerinə görə şəkilçiləri üç qrupa bölmək olar:
prefikslər (ön şəkilçilər), infikslər (orta şəkilçilər), suffikslər
(son şəkilçilər)
a) Prefikslər – sözün əvvəlinə əlavə olunan şəkilçilərə
deyilir. Prefikslər əsasən flektiv dillərdə (ərəb, fars, rus və s.
dillərdə) özünü göstərir. Vaxtilə dilimizdə ərəb dilindən “la”,
fars dilindən “bi”, “ba”, “na” kimi prefikslər geniş işlənirdi.
Bəzi sözlərdə şəkilçilər - prefikslər indi dilimizin öz şəkilçiləri
ilə əvəz edilmişdir. Məs: laməzhəb-məzhəbsiz, laməkan- mə-
kansız, bisavad-savadsız, bivəfa-vəfasız, nainsaf-insafsız, naü-
mid-ümidsiz, baməzə-məzəli, basəfa-səfalı. Bir neçə sözdə əvəz
etmək mümkün olmadığından həmin prefikslər indi də həmin
sözlərdə işlənir. Məs: laqeyd-?, narazı-?, namərd-?
Mədaxil, məxaric kimi sözlərdə işlənən prefikslər də
dilimizə ərəb dilindən keçmişdir.
Azərbaycan dili və nitq mədəniyyəti
139
Rus-Avropa dillərindən də dilimizə prefikslər keçmişdir:
antivirus, antibakterial, antiterror, asimmetrik, anormal, amorf,
asemantik, poliklinika, polivitamin, reforma, reaktiv və s.
Prefikslər türk dilləri, eləcə də Azərbaycan dili üçün xa-
rakterik deyildir, yuxarıda qeyd etdiyimiz kimi nakişi, nadinc
sözləri istisnadır.
b) İnfikslər – sözün ortasında gələn şəkilçilərdir. Bu şəkil-
çilər dünya dillərində çox az yayılmışdır. İnfikslər əsasən flektiv
dillərdə mövcuddur. Bu həmin dillərdə kökün dəyişə bilməsi ilə
əlaqədardır. Məsələn, ingilis dilində mother-in-low (qayınana),
father-in-low (qayınata) sözlərindəki in hissəciyi infiks hesab
olunur. İnfikslər türk dillərinin, o cümlədən Azərbaycan dilinin
qrammatik quruluşuna yaddır, çünki bu dillərdə kök dəyişməz
olduğu üçün onun tərkibinə əlavə heç bir vahid əlavə edilə
bilməz.
c) Suffikslər – sözün sonuna əlavə olunaraq onu forma
və məzmunca dəyişən morfemdir. Flektiv və amorf dillərə nis-
bətən iltisaqi dillərdə suffiks, yəni son şəkilçi daha çox inkişaf
etmişdir. Bu dillərdə kök dəyişmədiyi üçün məna və forma
dəyişməsi şəkilçilər hesabına olur.
Mənşəyinə görə sona qoşulan şəkilçilər milli və alınma
olaraq iki qrupa bölünür. Azərbaycan dilində milli şəkilçilər
alınmalara nisbətən qat-qat çoxdur. Məs: -çı
4
: tarixçi, -lı
4
:
maraqlı, -la
2
: başla, -sız
4
: maraqsız, -lar
2
: kitablar, -maq
2
:
oxumaq, -ir
4
: alır, -dı
4
: yazdı və s.
Alınma şəkilçilər də iki qrupa bölünür: ərəb və fars
mənşəli, rus və Avropa mənşəli şəkilçilər.
a) Ərəb mənşəli şəkilçilər.
Ərəb mənşəli –at
2
şəkilçisi cəmlik bildirən şəkilçidir. Bu
şəkilçi ərəb sözləri ilə birlikdə dilimizə keçib tarixən geniş
miqyasda işlənmişdir. Lakin Azərbaycan ədəbi dili forma-
laşdıqdan sonra həmin şəkilçilər öz yerini milli şəkilçilərə verib
dilimizi tərk etmişdir, məs: hürufat (hərflər), əlamat (əlamətlər).
Samirə Mərdanova
140
“Elat” və “gedişat” sözləri istisna olub, öz sözlərimizə aid
edilir.
-i, -vi (elmi əsər), -iyyə (fərziyyə, fəxriyyə), -iyyat
2
(ədə-
biyyat, bəşəriyyət) və s. kimi şəkilçilər də dilimizə ərəb dilindən
keçmişdir.
Fars mənşəli şəkilçilər dilimizdə daha çoxdur. Onlar fars
dilində müstəqil söz olduğu halda, Azərbaycan dilinə şəkilçi
kimi keçmişdir. Məs:
-xana (ev); kitabxana, xəstəxana.
-şünas (bilən); şərqşünas, musiqişünas.
-saz (düzəldən); saatsaz, rəngsaz.
-kar (iş); sahibkar, sənətkar.
-dar (malik olmaq); evdar, hökmdar.
-pərəst (pərəstiş); şöhrətpərəst, vəzifəpərəst.
-zadə (doğulmuş); Quluzadə, Talıbzadə.
b) Rus və Avropa mənşəli şəkilçilər. Belə şəkilçilər
dilimizdə azdır. Buna -izm, -ist, - ov, - ova, -yev, -yeva və s.
kimi şəkilçiləri misal çəkmək olar. Məs: feodalizm, kapitalist,
idealizm, realist, Məmmədov, Məmmədova, Əliyev, Əliyeva və
s.
Bu şəkilçilərin də bəzisi milli şəkilçilərlə əvəz olunmuş-
dur, məs: traktorist- traktorçu, motorist- motorçu, boksyor-
boksçu, milyoner- milyonçu və s.
3. Variantına görə. Dilimizdə işlənən şəkilçilər bu
cəhətdən üç qrupa ayrılır:
a) Bir variantlı şəkilçilər: na-xoş, tələb-kar, əmək-dar və
s.
b) İki variantlı şəkilçilər: Bu şəkilçilərin tərkibində açıq
saitlər (a, ə) iştirak edir. Məs: uşaq-lar, məktəb-lər, oxu-maq,
gül-mək və s.
c) Dörd variantlı şəkilçilər: Bu şəkilçilərin tərkibində
qapalı saitlər (ı, i, u, ü) iştirak edir. Məs: al-dı, gəl-di, oxu-du,
gül-dü və s.
Azərbaycan dili və nitq mədəniyyəti
141
Əsl Azərbaycan şəkilçiləri ahəng qanununun tələbinə
əsasən iki və dörd variantlı olur. Alınma şəkilçilər isə ahəng
qanununa tabe olmur və bir variantlı olur.
–daş, -gil, -sal, -sov, -laq, -şın şəkilçiləri istisna təşkil
edir, onlar bir variantlı, milli şəkilçilərdir.
4. Mənşəyinə görə. Bu prinsipə görə şəkilçilər iki qrupa
ayrılır:
a) Milli şəkilçilər;
b) Alınma şəkilçilər.
Türk dilinə aid olan şəkilçilərə milli şəkilçilər deyilir.
Dilimizdəki qrammatik şəkilçilərin hamısı, leksik şəkilçilərin isə
əksəriyyəti milli şəkilçilərimizdir. Dilimizdə işlənən alınma
şəkilçilər isə ərəb, fars, rus və avropa mənşəlidir.
Qeyd: Yuxarıda bu barədə ətraflı məlumat verildiyinə
görə, burada əlavə məlumat verməyə ehtiyac duyulmur.
Morfoloji normalar
Qrammatik norma nitq mədəniyyətinin əsas şərtlərindən
biri olub, dilin qrammatik quruluşunu əhatə edir. Nitqdə sözlər
və cümlələr arasındakı əlaqələrin düzgün qurulması qrammatik
norma tərəfindən tənzimlənir. Əgər sözlər və cümlələr arasında
qrammatik norma pozularsa, kobud və anlaşılmaz nitq əmələ
gələr.
Dilçiliyin mühüm şöbəsi olan qrammatika iki hissədən
ibarət olduğu kimi qrammatik norma da iki yerə ayrılır: mor-
foloji norma və sintaktik norma.
Morfoloji norma sözün qrammatik formasının düzəldil-
məsi qaydasıdır ki, sözdüzəltmə və sözdəyişmə bu norma
daxilində tənzimlənir. Bura şəkilçilərin işlənməsi, qrammatik
kateqoriyaların (kəmiyyət, mənsubiyyət, inkarlıq, zaman və s.)
ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir.
Ədəbi dilin morfoloji norması bir çox məsələlərə nəzarət
edir:
Samirə Mərdanova
142
1. Şəkilçilərin işlənməsi.
a) Adlarda və feillərdə şəkilçilərin müəyyən işlənmə
ardıcıllığı vardır. Adlara (isim, sifət, say və s.) əvvəl kəmiyyət,
sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər
kateqoriyasının şəkilçiləri artırılır:
tələbə+lər+imiz+dən+dir və s.
Felin kökünə isə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra
isə şəxs şəkilçisi artırılır: sil +dir +il +məli +dir və s.
Şəkilçilər yerini dəyişərsə, morfoloji norma pozular.
Məs: “Onlar bizə tez-tez gələrlərdi” cümləsində idi his-
səciyinin şəkilçiləşmiş formasıdi sıranı pozub. Bu şəkilçi –lar
2
şəkilçisindən əvvəl gəlməli idi: Onlar bizə tez-tez gələrdilər.
b) Bəzən nitqdə ehtiyac olmadığı halda yersiz, asemantik
(mənasız) şəkilçilərdən istifadə olunur ki, bu da morfoloji
normanın pozulmasına gətirib çıxarır. Məs: bədbəxtçilik, xoş-
bəxtçilik, narazıçılıq, nigarançılıq, narahatçılıq və s.
Hər birimiz ictimaiyyətdə bu kimi cümlələrlə tez-tez
qarşılaşırıq. Məs: “Müvəqqəti narahatçılığa görə üzr istəyirik”;
“Şəhərimizdə yaranan tıxaclar sürücülərin narazıçılığına səbəb
olur”.
Burada -çı
4
şəkilçisi artıqdır, çünki bu şəkilçi peşə, sənət
bildirən isimlər əmələ gətirir, məs: neftçi, tarixçi və s. Neftçi,
tarixçi peşəsi var, amma bədbəxtçi, xoşbəxtçi, narazıçı, niga-
rançı, narahatçı peşəsi yoxdur, buna görə də həmin sözlərə
mücərrəd mənalı sözlər düzəldən -lıq
4
şəkilçisi artırılır və bəd-
bəxtlik, xoşbəxtlik, narazılıq, nigaranlıq, narahatlıq sözləri
yaranır.
2. Kəmiyyət kateqoriyasının gözlənilməsi.
Saylarla işlənən isimlər bəzən təkdə, bəzən isə cəmdə işlənə
bilər.
a) Müəyyən miqdar saylarından sonra gələn isimlər həmişə
təkdə işlədilməlidir. Məsələn: “iki kitablar” və ya “beş
tələbələr” demək yanlışdır. Bu halda qrammatik norma pozulur.
Azərbaycan dili və nitq mədəniyyəti
143
Amma üslub baxımından bədii əsərlərdə miqdar saylarından
sonra isimlərin cəmdə işlənməsinə rast gəlinir:
Rüstəm bəyi görüm iki gözlərindən olsun!
İki otaqları vardı.
Bəzən mübaliğə çalarını artırmaq üçün miqdar sayından sonra
gələn isimlər cəmlənir: yüz illər, min illər, milyon illər və s.
b) Bəzi qeyri-müəyyən miqdar saylarından sonra (bir sıra,
bir çox) isimlər yalnız cəmdə, bəzilərindən sonra (az, xeyli, bir
neçə, bir qədər, bir az) təkdə, bəzilərindən sonra isə (çox, çoxlu,
onlarca, yüzlərlə) həm təkdə, həm də cəmdə gələ bilər.
Məsələn:
Iclasda bir çox məsələlər müzakirə olundu.
Yarışda bir sıra ölkələr iştirak edirdi.
Sənəddə bir neçə təklif öz əksini tapıb.
Müşavirədə xeyli qonaq var idi.
Yüzlərlə abituriyent imtahanda öz biliyini sınadı.
c) Sıra sayının aid olduğu isim çox vaxt təkdə olur: üçüncü
dərs, 2016-cı il. Lakin bəzi hallarda sıra sayı ilə işlənən isim
çoxluq bildirərək cəmdə işlənə bilər, məs;
6-cı siniflər yarışda qalib gəldilər.
90-ci illər bir çox tarixi hadisələrlə yadda qaldı.
3. Mənsubiyyət kateqoriyasının gözlənilməsi.
Nitqin yığcamlığı prinsipinə uyğun olaraq bəzən mənsubiy-
yət kateqoriyasında şəxs əvəzliklərini işlətməyə ehtiyac qalmır.
Məs: Hədəfimiz qalib olmaqdır. Bu cümlədə “bizim” əvəzliyi
ixtisar olunmuşdur və bu əvəzliyi işlətmədən də mənsubiyyət
anlayışını ifadə etmək mümkündür. Amma mənsubiyyət
şəkilçisinin işlədilməsi mütləqdir.
Bəzi hallarda (I və II şəxsin cəmində) mənsubiyyət şəkil-
çiləri olmadan da mənsubiyyət anlayışını ifadə etmək mümkün-
dür, lakin bu zaman I tərəfin işlənməsi mütləqdir: bizim məktəb,
sizin ev. Bədii əsərlərdə bu kimi hallarla tez-tez qarşılaşırıq:
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?
Dəng oldu qulağım.
Samirə Mərdanova
144
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan
İncəldi uşağım (M.Ə.Sabir).
***
Bi zi m eldə bu adətdir əzəldən,
Hörmət olur sənətkara, sevgilim (M.Rahim).
Bu hal qalan şəxslərdə mümkün deyil. Məs; mənim ev,
sənin ev, onun və ya onların ev deyilməz. Bu, morfoloji norma-
nın pozulması halıdır.
Canlı danışıq dilində, dialoqlarda mənsubiyyət kateqoriya-
sının II tərəfi ixtisar oluna bilər. Məs: - Bu kimin kitabıdır? –
Mənim.
4. İnkarlıq kateqoriyasının gözlənilməsi.
a) Azərbaycan dilində inkarlıq müxtəlif yollarla (xeyr, yox,
deyil sözləri ilə; -ma, mə şəkilçiləri ilə; nə, nə də bağlayıcıları
ilə) ifadə olunur.
Qrammatik qaydaya görə, cümlədə nə, nə də bağlayıcı-
sından sonra gələn feil təsdiqdə olmalıdır, məs: “Nə yazır, nə də
oxuyur”; “Nə gülür, nə də danışır”. Əgər bu cümlələr “Nə
yazmır, nə də oxumur” və ya “Nə gülmür, nə də danışmır”
şəklində ifadə olunsa, dilimizin morfoloji norması pozulmuş
olar.
b) Bəzən bir sözdə iki dəfə inkarlıq şəkilçisindən istifadə
olunur ki, bu da morfoloji normanın pozulması ilə nəticələnir.
Məsələn: “Bu böyük çatışmamazlıqdır” əvəzinə “Bu böyük
çatışmazlıqdır” və ya “Onlar arasında anlaşılmamazlıq var”
yerinə “Onlar arasında anlaşılmazlıq var” işlədilməsi
morfoloji cəhətdən daha düzgündür. Çünki bu sözlərdə
(çatışmazlıq, anlaşılmazlıq) inkarlıq anlayışı olduğuna görə
inkar şəkilçisi işlətməyə ehtiyac yoxdur.
Azərbaycan dili və nitq mədəniyyəti
145
5. Zaman kateqoriyasının gözlənilməsi.
Məlumdur ki, Azərbaycan dilində feilin üç zamanı
(keçmiş, indiki, gələcək zaman) və hər zamanın öz morfoloji
əlaməti var. Qrammatik qaydaya görə, qeyri-qəti gələcək za-
manda ikinci və üçüncü şəxsin təkində və cəmində -ar
2
zaman
şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir:
Mən gəlmərəm Biz gəlmərik
Sən gəlməzsən Siz gəlməzsiniz
O gəlməzsən Onlar gəlməzlər
Deməli, “Sən gəlməzsən” əvəzinə “Sən gəlmərsən” demək
qrammatik cəhətdən düzgün deyil və morfoloji normanın
pozulması kimi qiymətləndirilməlidir. Təəssüf ki, bəzən
danışıqda bu cür cümlələrə rast gəlinir.
Sözlərin leksik və qrammatik qrupları
(Nitq hissələri)
Müstəqill mənasına və qrammatik xüsusiyyətlərinə görə
qruplaşan söz siniflərinə nitq hissələri deyilir. Morfologiya
bütün nitq hissələrini əhatə edir, onların oxşar və fərqli cəhət-
lərini öyrənir.
Dilçilikdə nitq hissələrinin ənənəvi bölgüsü üç prinsipə
əsaslanır: leksik, morfoloji və sintaktik prinsiplər. Bu prinsiplərə
görə nitq hissələri əsas və köməkçi olaraq 2 hissəyə ayrılır.
Əsas nitq hissələri, onların xüsusiyyətləri
və nitqdə rolu
Əsas nitq hissələri bir sıra xüsusiyyətləri və kateqoriyaları
ilə nitq mədəniyyətində böyük əhəmiyyətə malikdir. Fikrin
düzgün çatdırılmasında, nitqin formalaşmasında əsas nitq
hissələrinin rolu danılmazdır. Əsas nitq hissələrinin xüsu-siy-
yətlərini nəzərdən keçirək:
Samirə Mərdanova
146
- Müstəqil leksik mənaya malik olur.
- Qrammatik mənası var.
- Müvafiq suala cavab verir.
- Söz yaradıcılığı prosesində yaxından iştirak edir, yəni
leksik şəkilçilər artırıb yeni sözlər düzəltmək olur.
- Müəyyən sintaktik vəzifə daşıyır, yəni cümlə üzvü ola
bilir.
Əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, feil və zərf
daxildir.
İsim. Dildə ən qədim nitq hissələrindən biri isimdir.
İsimlər Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində
mühüm rol oynayır. Ümumqrammatik mənasına görə isim əş-
yaların, canlı və cansız varlıqların adını bildirir və kim?, nə?,
hara? suallarından birinə cavab verir. İsmin səciyyəvi xüsusiy-
yətləri aşağıdakılardır:
I. İsimlər leksik-semantik məna baxımından məna
qruplarına ayrılır. Məsələn, əşya bildirənlər (məs: kitab, dəftər
və s.), mücərrəd anlayış bildirənlər (məs: mərdlik, azadlıq və s.),
təbiət hadisələrini bildirənlər (məs: külək, yağış və s.), bədən
üzvlərinin adlarını bildirənlər (məs: baş, göz, burun və s.) və s.
II. İsimlər ümumi və xüsusi olur. Ümumi isimlər eyni-
cinsli əşyalara verilən adlar (ağac, gül, küçə, daş, yol və s.), xü-
susi isimlər isə eynicinsli əşyaları bir-birindən fərqləndirmək
üçün onlara verilən adlardır (Nizami, Füzuli, Axundov, Şuşa,
“Xəmsə”, Məstan və s.).
III. Isimlər konkret və mücərrəd olur. Gözlə görün-
məsi və ya əl ilə toxunulması mümkün olan əşyalara verilən
adlar konkret (ev, dağ, daş, insan), gözlə görünməsi və ya əl ilə
toxunulması mümkün olmayan əşyalara verilən adlar isə mü-
cərrəd isimlər (arzu, fikir, yuxu, sevinc) adlanır.
IV. İsimlər quruluşca sadə (kitab, maşın, ev və s.),
düzəltmə (dəmirçi, dostluq, meydança, vətəndaş, ədəbiyyat,
yazı, qazıntı, soyuducu və s.) və mürəkkəb (Qarabağ, itburnu,
vurhavur, söz-söhbət və s.) olur.
Azərbaycan dili və nitq mədəniyyəti
147
V. Kateqoriyaların sayı baxımından isimlər feillərdən
sonra ikinci yerdə dayanır. İsim müstəqil nitq hissəsi olaraq
4 əsas qrammatik kateqoriyaya malikdir: kəmiyyət, hal,
mənsubiyyət və xəbərlik kateqoriyaları.
a) İsimlər kəmiyyət kateqoriyasının birbaşa daşıyıcı-
larıdır. Dilimizdəki bütün isimlər kəmiyyət baxımından təkdə və
cəmdə olur. Azərbaycan dilində kəmiyyət –lar
2
şəkilçisi ilə ifadə
olunur (kitab-lar, qələm-lər). Sözün son samitindən asılı olaraq
(t, n, z, r) cəm şəkilçisinin ilk samiti fərqli tələffüz olunur. Məs:
günlər -[günnər], gözlər-[gözdər], qarlar-[qarrar] və s.
Bəzən isimlər kəmiyyət şəkilçisi olmadan da çoxluq
ifadə edir. Belə isimlərə toplu isimlər deyilir. Məs: xalq, əhali,
camaat, dəstə, sürü, ilxı, el, kütlə, qoşun, ordu və s. Toplu isim-
lər qrammatik cəhətdən tək isimlərdir. Bu isimlərin əksəriyyəti
cəm şəkilçisi qəbul edə bilir. Məs: xalqlar, dəstələr, sürülər və
s. Lakin əhali və camaat sözləri istisna təşkil edir. Məs:
“Əhalilər seçkidə fəal iştirak etdi” deyilməsi həm qrammatik,
həm də məntiqi cəhətdən düzgün deyil. Qrammatik qaydaya
görə, toplu isimlər cümlənin mübtədası olduqda, xəbər təkdə
olmalıdır. Məs: Dəstə irəliləyirdi.
b) Isimlər başqa sözlərlə əlaqəyə girərkən bəzi qram-
matik şəkilçilər qəbul edərək dəyişir, isimlərin bu cür
dəyişilməsinə hallanma deyilir. Dilimizdə ismin 6 halı vardır.
Hər halın özünəməxsus sualı və xüsusiyyəti var:
Adlıq hal. kim?, nə?, hara? (-); məs, tələbə, kitab, Bakı
Yiyəlik hal. kimin?, nəyin?, haranın?, nə? (-ın
4
); məs,
tələbənin, kitabın, Bakının
Yönlük hal. kimə?, nəyə?, haraya? (-a
2
); məs: tələbəyə,
kitaba, Bakıya
Yönlük halda sonu açıq (-a
2
) saitlərlə bitən isimlər qapalı
(-ı
4
) sait kimi tələffüz olunur: nənəyə-[nəniyə], xalaya- [xalıya]
Təsirlik hal. kimi?, nəyi?, haranı?, nə? (-ı
4
); məs, tələbə-
ni, kitabı, Bakını
Samirə Mərdanova
148
Təsirlik hal ismin yeganə halıdır ki, şəxs şəkilçisi qəbul
etmir və xəbər olmur.
Yerlik hal. kimdə?, nədə?, harada? (-da
2
); məs: tələbədə,
kitabda, Bakıda
Çıxışlıq hal. kimdən?, nədən?, haradan? (-dan
2
); məs:
tələbədən, kitabdan, Bakıdan
Çıxışlıq halda sonu n, m samitləri ilə bitən sözlər
[–nan],
[-nən] kimi tələffüz olunur, məs: məndən-[mənnən],
atamdan-[atamnan].
İsimlər hal kateqoriyasının birbaşa daşıyıcılarıdır, yəni
başqa nitq hissələrinə nisbətən isimlər hallanmada daha fəal
iştirak edir. Digər nitq hissələrində isə hallanma daha çox
substantivləşmə ilə bağlıdır.
c) Mənsubiyyət kateqoriyası sahib şəxslə mənsub əşya
arasındakı münasibəti bildirir. Adətən birinci tərəf sahib, ikinci
tərəf mənsub olur.
I şəxs (tək) - m, - ım
4
, atam, evim
II şəxs(tək) -n, -ın
4
, atan, evin
III şəxs(tək) -ı
4
, -sı
4
, atası, evi
I şəxs (cəm) –mız, -ımız
4
, atamız, evimiz
II şəxs(cəm) –nız, ınız
4
, atanız, eviniz
III şəxs(cəm) – ı
4
(ları
2
), - sı
4
(ları
2
), atası, evi
Dilimizdə saitlə bitən bir neçə alınma söz var ki, (mövqe,
mənafe, mənşə, mənbə, tale) onlar III şəxsin təkində s
bitişdiricisi əvəzinə y bitişdirici samitini qəbul edir. Məs:
mövqeyi, mənafeyi, mənşəyi, mənbəyi. Eyni hal milli sözlərimiz-
dən su və nə sözləri ilə də baş verir: suyu, nəyi
Dilimizdəki bəzi ikihecalı sözlər mənsubiyyət şəkilçiləri
qəbul edərkən ikinci hecadakı sait düşür, məs, sinif- sinfin,
ətir-ətrin, ağıl-ağlı, oğul-oğlu, beyin -beyni, burun-burnu və s.
Bunlardan oğul, beyin və burun sözləri milli sözlərdir.
d) İsmin cümlə üzvü kimi əsas vəzifəsi mübtəda və
tamamlıq olmasıdır.
Azərbaycan dili və nitq mədəniyyəti
149
Lakin digər adlar kimi isim xəbərlik şəkilçiləri qəbul
edib xəbər rolunda çıxış edə bilər. Deməli, ismin xəbərlik
kateqoriyası da var. Xəbərlik şəkilçiləri vasitəsilə cümlə ta-
mamlanır. Mənsubiyyət şəkilçiləri kimi xəbərlik şəkilçiləri də
şəxslə bağlı olur:
I şəxs (tək) tələbəyəm
I şəxs (cəm) tələbəyik
II şəxs (tək) tələbəsən
II şəxs (cəm) tələbəsiniz
III şəxs (tək) tələbədir
III şəxs (cəm) tələbədirlər
II şəxs tək və III şəxs cəmdə xəbərlik şəkilçisi səs
düşümünə məruz qalır: müəllimdir – [mə:llimdi], tələbəsiniz
–[tələbəsiz]. Xəbərlik şəkilçiləri vurğu qəbul etmir.
Xəbərlik kateqoriyasının inkarı deyil sözü vasitəsilə
düzəlir, bu zaman deyil sözü xəbərlik şəkilçisi qəbul edərək
dəyişir: Mən tələbə deyiləm.
İsim cümlədə mübtəda, tamamlıq, xəbər olmaqla yanaşı
bəzən təyin, zərflik, rolunda da çıxış edir.
VI. Azərbaycan dilində daş, dəmir, qızıl, gümüş və s.
tipli isimlər birləşmə daxilində atributivləşir (sifətləşir). Məs:
daş hasar, dəmir qapı, qızıl üzük, gümüş qaşıq və s.
Morfologiyada bu cür sözlər atributiv isim kimi götürülür,
sintaksisdə isə cümlə üzvü kimi təyin olur.
VII. Dilimizin üslubi cəhətdən zənginləşməsində isim
geniş imkanlara malikdir. İsim cümlədə təkcə morfoloji
vəzifəyə malik deyil, o həm də nitqin aydınlığını, yığcamlığını
təmin edir, ağırlığı aradan qaldırır. Bu ismin bir sıra
xüsusiyyətlərində, kateqoriyalarında özünü göstərir. Məsələn,
ismin xəbərlik şəkilçisinin və ya sahib şəxsi bildirən ismin
ixtisarı nitqin yığcamlığına xidmət edir, ağırlığı aradan qaldırır:
Sən bir aşıq, mən xotkar qızı, səninlə mənim nə sövdam?
(“Koroğlu”)
Sən ağa, mən ağa, inəklərimizi kim sağa? (atalar sözü)
Mən görmək istəyirəm,
gözlərim azad olsun.
Danışmaq istəyirəm,
Samirə Mərdanova
150
sözlərim azad olsun.
Qışqırmaq istəyirəm,
qoy dilim azad olsun,
dodağım azad olsun.
Eşitmək istəyirəm,
qulağım azad olsun
(B.Vahabzadə)
Xüsusi isimlər varlığı tək olan anlayışları bildirir. Ona
görə də xüsusi isimlər adi halda cəm şəkilçisi qəbul edə bilmir.
Lakin bəzən qürur, vətənpərvərlik, fərəh hisslərini qabarıq
vermək üçün xüsusi isimlər cəm şəkilçisi ilə işlənir. Məs:
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər...
(S.Vurğun)
Üslubla bağlı olaraq -lar
2
şəkilçisi şəxs adlarına qoşulmaq-
la kinayə, rişxənd məna çalarları da ifadə edir. Məs:
Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi? (M.Ə.Sabir).
Sifət. Əşyanın keyfiyyət və əlamətini bildirən və necə?,
nə cür?, hansı? suallarından birinə cavab verən əsas nitq hissəsi
sifət adlanır. Sifətin əsas xüsusiyyətlərini nəzərdən keçirək:
I.Sifətin məna növləri var. Məs: rəng bildirən – sarı, göy;
dad bildirən – şirin, acı; keyfiyyət bildirən – tənbəl, qoçaq;
əlamət bildirən –qoca, cavan; forma bildirən – uzunsov, əyri;
həcm bildirən- böyük, kiçik və s.
II. Sifət quruluşca sadə (ağ, yaxşı, gözəl), düzəltmə
(maraqlı, maraqsız, armudu, zarafatcıl, bağçadakı, güləyən,
tərbiyəvi, qorxaq) və mürəkkəb (enlikürək, soyuqqanlı, güllü--
çiçəkli, şirin-şirin, qeyri-müəyyən) olur.
Azərbaycan dili və nitq mədəniyyəti
151
Sifət düzəldən –lı
4
şəkilçisi qoşulduğu sözün son
samitindən asılı olaraq –rı
4
, -dı
4
, -nı
4
kimi tələffüz olunur. Məs:
qarlı – [qarrı], duzlu – [duzdu], canlı – [cannı].
Bəzən –i, (-vi) şəkilçisi ilə düzələn sifətlərdə söz kökü
dəyişir və iltisaqilik prinsipi pozulur. Məs: kimya-kimyəvi,
məna-mənəvi, dünya-dünyəvi. Bu sözlər sadə sözlər hesab
olunur.
Qara-qara, şirin-şirin tipli mürəkkəb sifətlərdən sonra
gələn isimlər, adətən, cəmdə olur, məs: qara-qara fikirlər,
şirin-şirin arzular
III. Sifətin əsas qrammatik əlaməti onun dərəcə
kateqoriyasıdır. Sifətin üç dərəcəsi vardır: adi, azaltma,
çoxaltma.
Adi dərəcə: yağlı, qəşəng, turş, uzun, qara və s.
Azaltma dərəcəsi: uzunsov, qaraşın, ağımsov, sarımtıl,
qırmızımtraq, yaxşıraq, sarıyanız, qırmızıtəhər, kəmşirin,
yaxşıca, turşməzə, ala-çiy, açıq-göy, az şirin və s.
Gödərək, alçaraq, kiçirək sözlərində sözün son saiti
düşdüyünə görə iltisaqilik prinsipi pozulmuşdur.
-imtraq (mtraq), -raq
2
şəkilçiləri müasir dilimizdə, demək
olar ki, işlənmir və dilimizdən çıxmaq üzrədir. Bəzi mənbələrə
görə, –raq
2
şəkilçisi iraq sözünün şəkilçiləşmiş formasıdır. İraq
sözü “uzaq” mənasındadır. Bu söz qərb qrupu dialekt və
şivələrində indi də işlənir.
Çoxaltma dərəcəsi: qıpqırmızı, ağappaq, ən gözəl, lap
şirin, dümağ, zil qara, tünd- qırmızı və s.
Büsbütün və bumbuz sözləri istisnadır, bu sözlər
çoxaltma dərəcəsində deyil, çünki büsbütün sözü zərfdir, bum-
buz sözünün tərkib hissəsi olan buz isə isimdir.
Sifətlərdən balaca azaltma dərəcəsində deyil, adi
dərəcədədir. Bapbalaca isə çoxaltma dərəcəsindədir.
Yazılı nitqdə sifətlərin orfoqrafiyası da böyük önəm
daşıyır. Müasir orfoqrafiya qaydalarına görə təhər, kəm, düm,
məzə sözləri sifətə bitişik, ala, açıq, tünd sözləri defislə, az və zil
Samirə Mərdanova
152
sözü, ən lap, çox, daha, olduqca ədatları isə bir qayda olaraq
ayrı yazılmalıdır.
IV. Sifətlər substantivləşə bilir və bu zaman ismin
bütün formal əlamətlərini qəbul edir. Sifətlər substantiv-
ləşdikdə, özündən sonra ismin işlənməsinə ehtiyac qalmır. İsmə
aid xüsusiyyətləri substantivləşmiş sifətlər öz üzərinə götürür.
Azərbaycan dilində işlədilən atalar sözləri və məsəllərdə çoxlu
substantivləşmiş sifətə rast gəlirik. Məs: Toxun acdan xəbəri
olmaz. Varlı kisəsini döyər, kasıb dizini.
V. Sifət sintaktik vəzifəsinə görə cümlədə başqa cümlə
üzvləri kimi (mübtəda, tamamlıq, zərflik, xəbər) işlənə bilsə də,
onun əsas vəzifəsi təyin olmaqdır.
VI. Sifətin üslubi imkanları başqa nitq hissələrinə
nisbətən daha genişdir. Sifətin yaratdığı üslubi çalarlıq nitqi
daha düzgün, dəqiq edir, obrazlılığı, təsirliliyi təmin edir, üslubi
səlislik yaradır. Bu cəhətdən sinonim və antonim sifətlər böyük
əhəmiyyət kəsb edir. Məs:
-Xala, nə olub belə qəmginsən, səni indiyə kimi belə
qüssəli görməmişəm (M.Hüseyn).
Ağca xanım zərif əlini Qaraca qıza uzatdı. O da kobud
barmaqları ilə onun əlini sıxdı (S.S.Axundov).
Sifətin dərəcələrindən nitqdə düzgün istifadə etməyi
bacarmağın üslub nöqteyi-nəzərindən əhəmiyyəti böyükdür.
Məsələn, bu və ya digər dərəcə anlayışını ifadə etmək üçün
qrammatik əlamətlərlə yanaşı bənzətmə bildirən söz və
ifadələrdən istifadə etmək mümkündür. “Acı” əvəzinə “zəhər
kimi”, “soyuq” əvəzinə “şaxta”, “boran kimi”, “təmiz”
əvəzinə “aydan arı, sudan duru” ifadəsi, “qırmızı” əvəzinə
“qan qırmızı”, “lalə kimi qırmızı”, “ağ” əvəzinə “süd kimi
ağ”, “gözəl” əvəzinə “ceyran kimi gözəl”, “möhkəm” əvəzinə
“dəmir kimi möhkəm”, “poladdan möhkəm” və s. kimi
bənzətmə bildirən birləşmələr daha təsirli üslubi effekt yaradır.
Azərbaycan dili və nitq mədəniyyəti
153
Sifətlərdən bədii portret yaradılarkən geniş istifadə edilir.
Məsələn, C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalat-
ları” povestindən bir parçaya diqqət yetirək:
Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridir.
Əyridi, amma pis əyridi. Əyri də var, əyri var. Mən çox gözəllər
görmüşəm ki, burnu əyridi. Amma Xudayar bəyin burnu pis
əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük
düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana.
Bilmirəm anadan olmadı, ya da sonra olubdur. Amma çox pis
burundu, vəssalam.
...Xudayar bəyin ancaq 37, 38 sinni olar, artıq olmaz,
bəlkə əskik olar. Boyu ucadır. ...Bəli, boyu çox ucadır, saqqalı,
qaşları tünd qaradır. Üzü də qaradır, çox qaradır. Gözləri lap
qaradır. Bir tikə ağ yoxdur gözlərində. Belə ki, bəzi vaxt
Xudayar bəy papağını basır gözünün önünə, papaq qara, gözlər
qara, üz qara.
Burada əyri, uca, düz, pis, qara sifətlərinin müxtəlif
şəkildə işlənməsi yaxşı bir bədii portretin yaranmasına səbəb
olmuşdur.
Say. Əşyanın miqdarını və ya sırasını bildirən, neçə?, nə
qədər? və neçənci? suallarından birinə cavab verən əsas nitq
hissəsinə say deyilir. Sayların, demək olar ki, hamısı əsl
Azərbaycan sözləridir (istisnalar: sıfır, həştad, milyon, milyard,
trilyon və s.).
Say bir çox xüsusiyyətlərə malikdir:
I. Azərbaycan dilində bütün ədədləri adlandırmaq üçün
23 müxtəlif sözdən istifadə olunur: bir, iki, üç, dörd, beş, altı,
yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş,
səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon. Bu sözlər
vasitəsilə daha böyük kəmiyyətləri ifadə etmək olar. Bundan
başqa, dilimizdə astronomik say bildirən kvintilyon, saksalyon
sözləri də vardır.
II. Saylar da isim və sifət kimi quruluşca sadə (beş, az,
çox, xeyli, az və s.), düzəltmə (üçüncü, çoxlu, azacıq, yüzlərlə,
Samirə Mərdanova
154
minlərcə və s.) və mürəkkəb (beş-altı, on beş, beşdə bir, bir
qədər, on birinci və s.) olur.
III. Sayın mənaca iki növü var:
1. Miqdar sayları. Miqdar sayları neçə?, nə qədər?, neçə
hissə? Suallarından birinə cavab verir. Onlar özü də üç yerə
bölünür:
a) Müəyyən miqdar sayları. Məs: bir, iki, on, yüz, min,
milyon və s.
Müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə
olur: beş alma, yüz tələbə.
Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt
numerativ sözlərdən istifadə olunur. Məs: on nəfər tələbə, iki
ədəd kitab, beş baş inək və s. Numerativ sözlərdən istifadə
zamanı nitqin dəqiqliyinə, leksik normanın tələbinə əməl etmək
lazımdır. Məs: “Sizi iki dənə tələbə gözləyir”, “Ailəmiz beş
başdan ibarətdir” deyilməsi, həm ədəbi dil normaları, həm də
etik norma baxımından düzgün deyil.
b) Qeyri-müəyyən miqdar sayları. Məs: az, çox, xeyli,
onlarla, yüzlərcə, bir az, bir sıra, beş-altı və s.
Bir sıra, bir çox qeyri-müəyyən saylarından sonra gələn
isimlər cəmdə (bir sıra hadisələr, bir çox tələbələr), çox, çoxlu,
onlarla, yüzlərcə qeyri-müəyyən saylarından sonra gələn isimlər
həm təkdə, həm cəmdə (çox məsələ, çox adamlar, çoxlu iş,
onlarla müəllimlər, yüzlərcə insan), qalan qeyri-müəyyən
saylarından sonra gələn isimlər həmişə təkdə (az adam, xeyli
şagird, bir neçə kitab və s.) işlənir.
c) Kəsr sayları. Məs: beşdə üç, iki tam onda beş və s.
2. Sıra sayları. Sıra sayları müəyyən miqdar saylarına
-ıncı4 şəkilçisi artırmaqla düzəlir, neşənci? sualına cavab verir:
altıncı, sonuncu, birinci, əvvəlinci.
Sonu saitlə bitən sözlərdə -ıncı4 şəkilçisinin ilk saiti
düşür: altıncı, əllinci
Sıra saylarından sonra gələn isimlər isə həm təkdə, həm
də cəmdə işlənə bilər (birinci kurs, birinci kurslar).
Azərbaycan dili və nitq mədəniyyəti
155
IV. Sayın cümlədə əsas vəzifəsi təyin olmaqdır. Lakin
say xəbərlik şəkilçisi qəbul edərək xəbər, substantivləşərək
mübtəda, tamamlıq, həmçinin bəzən zərflik vəzifəsini də daşıya
bilər.
V. Saylar da digər adlar kimi substantivləşə bilir, bu
zaman ismin bir sıra xüsusiyyətlərini qəbul edir. Məs: Birin-
cilərlə qardaşam, ikincilərlə düşmənəm. Vicdan milyarddan
qiymətlidir.
VI. Sayların yazılışı və deyilişinin nitqdə böyük
əhəmiyyəti vardır. Miqdar sayları həm hərflərlə, həm də
rəqəmlərlə yazılır: on beş-15, yüz otuz-130 və s. Mürəkkəb
sayların tərəfləri ayrı yazılır: altmış beş, iyirmi iki və s.
Şəkilçilər miqdar saylarının son sözünə artırılır: əlli beşdən –
55-dən (5-ni çıxmaq), altmış dördü -64-ü (8-ə bölmək) və s.
Azərbaycan dilində saylar iki cür – həm ərəb rəqəmləri
ilə (1, 510, 12), həm də rum (Roma) rəqəmləri ilə (V, X, XV və
s.) yazılır.
Ərəb rəqəmləri daha çox miqdar saylarını bildirir. Sıra
sayı kimi işləndikdə onlardan sonra -cı
4
şəkilçisi yazılır: 5-ci,
10-cu və s. Burada -ıncı şəkilçisinin -ın hissəsi ixtisar olunur.
Mürəkkəb sayların bir hissəsi rəqəmlə, bir hissəsi hərflərlə
yazıla bilər; məs: 100 min, 2 milyon və s.
Rum rəqəmləri sıra saylarını bildirir. Onlardan sonra heç
bir şəkilçi və işarə qoyulmur. Məs: XX əsr, IX sinif, VI fəsil və
s. Lakin yazılı nitqdə bəzən bununla bağlı səhvlərə yol verilir ki,
bu zaman ədəbi dilin orfoqrafik (fonetik) norması pozulur. Məs:
XX-ci əsr bir sıra hadisələrlə yadda qaldı (olmalıdır: XX əsr bir
sıra hadisələrlə yadda qaldı).
Rum rəqəmləri 7 işarə ilə göstərilir:
I - 1, V - 5, X - 10, L - 50, C-100, D – 500, M – 1000.
Qalan rum rəqəmləri bu yeddi işarənin müxtəlif şəkildə
kombinasiyası nəticəsində düzəlir:
XIX (19-cu), XL (40-cı), LX (60-cı) və s.
Samirə Mərdanova
156
Əgər kiçik rəqəm böyükdən sonra gələrsə, o zaman rəqəm
toplanır: X+III=XIII (yəni 10+3=13)
Əgər kiçik rəqəm böyükdən əvvəl gələrsə, o zaman
çoxdan az çıxılır: XC-90, yəni C-X=XC (100-10=90).
Dilimizdəki bəzi sayların yazılışı və deyilişi fərqlənir. Bu
cür saylar, əsasən aşağıdakılardır: dörd-[dört], səkkiz- [səkgiz],
doqquz- [dokquz], altmış -[atmış], əlli altı-[əllaltı], səksən-
[səysən] və s.
Dörd sayı -üncü şəkilçisini qəbul etdikdə isə kökdəki
sonuncu samit sait səsdən əvvəl gəldiyi üçün cingiltili tələffüz
olunur: [dördüncü]
VII. Sayların işlənməsində bəzi üslubi məqamlar vardır.
Saylardan bütün üslublarda istifadə olunur. Lakin onların
istifadə məqamı fərqlidir. Belə ki, elmi üslubda əsasən konkret-
lik bildirən saylar, bədii üslubda daha çox mücərrədlik ifadə
edərək üslubi effekt yaradır. Məsələn:
Yüz illər bir yerdə qalan,
Səbir, təmkin heykəlisən...
(F.Qoca)
Azərbaycan dilində bir sayı bəzi məqamlarda saylıq
mənasından başqa üslubi xüsusiyyətlər də daşıyır. Məsələn: Bir
sözü I növ təyini söz birləşməsinin tərəfləri arasında işlənərək
təyinin mənasını qüvvətləndirir; məs: qorxulu bir yuxu, gözəl bir
mənzərə və s.
Bir sözü I növ təyini söz birləşməsinin əvvəlində də işlə-
nir; məs: bir böyük bağ, bir yaxşı çay və s.
Bir sözü ayrılıqda ədat mənasında işlənərək təkid, tələb
etmə, qəzəb, təəccüb, arzu və xahiş bildirir: bir məni gör, gəlsin
bir baxsın və s.
VIII. Dilimizdə bir sıra sözlər də vardır ki, onların
məzmununda kəmiyyət, say və rəqəm anlayışı vardır. Məs:
həftə (7gün), ay (30gün), il (365 gün), qərinə (33 illik bir dövr),
Azərbaycan dili və nitq mədəniyyəti
157
əsr (100 il), şahı (5 qəpik), abbası (20 qəpik), ağac (təxminən
6-7 kilometrə bərabər uzunluq ölçüsü), arşın (71sm), girvənkə
(400 qr), çərək (dörddə bir), batman (8 kq), misqal (4,26 qr),
manat, tümən və s.
Əvəzlik. Əsas nitq hissələrinin yerində işlənərək onları bu
və ya digər şəkildə əvəz edən nitq hissəsinə əvəzlik deyilir.
Əvəz etmə xüsusiyyəti nitq hissələri içərisində yalnız əvəzliyə
aiddir. Əvəzliklər əvəz etdiyi nitq hissələrinə aid bütün xüsusiy-
yətləri daşıyırlar.
Əvəzliklərin, demək olar ki, hamısı əsl Azərbaycan söz-
ləridir (istisnalar: bəzi, həmin, nə qədər, nə təhər, filan, filankəs
və s.)
Əvəzlik adlar qrupuna daxildir. Adlar sırasında isim, sifət
və sayla yanaşı, əvəzliyin də xüsusi yeri vardır.
Əvəzlik aşağıdakı xüsusiyyətləri ilə seçilir:
I. Əvəzliklər də quruluşca sadə (biz, elə, o, bu və s.),
düzəltmə (kimsə, neçənci, hərə və s.) və mürəkkəb (heç kim,
heç nə, kim isə, filankəs və s.) olur.
II. Əvəzliyin mənaca 5 növü var:
a) Şəxs əvəzlikləri: mən, sən o, biz, siz, onlar. Əgər bu
sözlər olmasa idi, dilimizdə üç qrammatik şəxs (danışan,
dinləyən, haqqında söhbət gedən) anlayışı da yaranmazdı.
I şəxs cəm əvəzlikləri (mən, biz) hallanarkən -ın
4
şəkilçisi
əvəzinə -im şəkilçisi qəbul edir: mənim, bizim.
Mən, sən, o şəxs əvəzliklərinin qəbul etdikləri çıxışlıq hal
şəkilçisi -nan
2
şəklində tələffüz olunur: məndən -[mənnən],
ondan -[onnan]
b) İşarə əvəzlikləri: o, bu, elə, belə , həmin
“O” əvəzliyi həm işarə, həm də şəxs əvəzliyidir. Bu
əvəzlik işarə məqsədilə işlənərək, cümlənin təyini olarsa işarə,
mübtəda, tamamlıq vəzifəsində işlənərsə şəxs əvəzliyidir.
O, bu əvəzliklərindən sonra vergülün qoyulub-qoyulma-
masına da fikir vermək lazımdır. Əgər bu əvəzliklər cümlənin
mübtədası olarsa, onlardan sonra vergül qoyulmalıdır:
Samirə Mərdanova
158
O, çox çalışır. O, yaxşı adamdır. Bu, işləyənlərin arasın-
dadır. Bu, mənim çoxdankı arzumdur.
Əgər o və bu əvəzlikləri cümlənin təyini olarsa, deməli,
onlardan sonra vergül qoyulmamalıdır:
Bu gərginlik oxucuya da təsir etmişdi. Bu işi mən
görməliyəm.
Həmçinin o və bu əvəzlikləri mübtəda vəzifəsində çıxış
etdikdə, onlardan sonra feili sifətdən başqa bütün feillər və
köməkçi nitq hissələri işləndikdə vergül qoyulmur:
O olmasın, bu olsun. O nə yaxşı danışdı. O da tərəddüd
içində idi.
Lakin modal sözlər istisnalıq təşkil edir. Çünki modal
sözlərdən əvvəl və sonra vergül qoyulmalıdır. Burada vergül
mübtədayla yox, modal sözlə bağlıdır:
O, doğrudan da, vətənə layiq övlad yetişdirib. O, əlbəttə
ki, sizə hörmət edir.
Elə və belə əvəzliyi bəzən ədat kimi də işlənir. Məs: O da
elə mən deyəni deyir (ədat). Elə danışma (əvəzlik). Ay belə səni
min yaşa (ədat). Belə adam azdır (əvəzlik).
c) Təyini əvəzliklər: öz, hər, bütün, filan, eyni
Təyini əvəzliklər əşyanı ümumi şəkildə təyin edir, sifəti
əvəz edir və cümlədə təyin olur. Məs: Bütün güllər gözəldir. Hər
gözəlin bir eybi var.
ç) Qeyri-müəyyən əvəzliklər: hamı, hər kəs, hər nə, heç nə,
hər şey, hərə, bəzisi, kim isə, kimsə, nəsə, biri, kimi, birisi,
filankəs, bəziləri
Kimsə əvəzliyi bəzən inkarlıq məzmunu ifadə edir. Bu
zaman həmin cümlənin xəbəri də inkarda olmalıdır. Kimsə (heç
kim) mənə qarışa bilməz.
Kimsə sözündə vurğu birinci hecaya düşərsə, əvəzlik,
ikinci hecaya düşərsə, isim olar: Kimsə qapını döyür (əvəzlik).
Onun kimsəsi yoxdur (isim).
d) Sual əvəzlikləri: kim?, nə?, hara?, necə?, nə etdi? və s.
Azərbaycan dili və nitq mədəniyyəti
159
Sual əvəzlikləri bütün əsas nitq hissələrinin sualları olub,
əvəz etdiyi nitq hissələrinin sintaktik vəzifələrini daşıyır. Məs:
Sənin neçə yaşın var? Neçənci kursda oxuyursan?
III. Əvəzlik əvəz etdiyi bütün nitq hissələrinin sintaktik
xüsusiyyətlərini daşıyır və cümlədə mübtəda, tamamlıq, təyin,
zərflik, xəbər rolunda çıxış edir.
IV. Əvəzliyin üslubi cəhətdən nitqdə böyük əhəmiyyəti
vardır. Əvəzlik hər hansı nitq hissəsindən olan sözün yerində
çıxış etməklə təkrarı və yoruculuğu aradan qaldırır. Məsələn:
“Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam
verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə
Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışırdı. Çox şairlərin
əşarı onun sinə dəftərinə səbt olunmuşdu. Şeirlər oxuyardı və
oxuyandan sonra da onları əyri-üyrü rus dilinə tərcümə edərdi”
(Ə.Haqverdiyev).
Burada ona və onun əvəzlikləri Mirzə Səfər sözünün,
onları sözü isə şeirlər sözünün təkrarını aradan qaldırmağa
kömək etməklə nitqi səlişləşdirmişdir.
Əvəzliklər nitqdə təkrarı aradan qaldırsa da, bəzən onları
yerində istifadə etməmək ikimənalılıq yaradır. İkimənalılığı
aradan qaldırmaq üçün izahedici sözlərdən istifadə olunmalıdır.
Məs:
Əli məktəb direktorunun yanına gedəcəkdir. O (Əli) saat
üçdə tarix kabinetində olmalıdır.
Nitqin təsirini artırmaq məqsədilə bəzən danışan şəxs
özünə üçüncü şəxs kimi müraciət edir; məs:
“Novruzəli hələ ölməyibdir ki, sən onun ağasının kağızını
aparasan”. (C.Məmmədquluzadə)
“Siz” əvəzliyi bəzi hallarda tək şəxsə də ünvanlana bilər.
Belə hallarda o, danışanın dinləyənə hörmətini bildirir və böyük
hərflə yazılır; məs: Bu gün Siz mənim əlimdən tutdunuz. Yaxud
bəzən birinci şəxs təvazökarlıq əlaməti olaraq özünə “mən”
əvəzinə “biz” deyə bilir. Məs: Biz bir az başqa cür fikirləşirik.
Samirə Mərdanova
160
Bəzən “biz”, “siz” əvəzlikləri cəm şəkilçisi ilə işlənərək
xüsusi məna çaları yaradır və üslubi xarakter daşıyır. Məsələn:
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?...
(M.Ə.Sabir)
Əvəzliklərin sinonimliyini müəyyənləşdirmək, onlardan
yerində istifadə etməyi bacarmaq lazımdır. Məs: bu-həmin; heç
kim-heç kəs sinonim əvəzliklərdir. Lakin əvəzliyin yersiz təkrarı
ilə bədii dildəki təkrarı eyniləşdirmək olmaz. Bədii dildə təkrar
nitqi təsirli və emosional edir. Bu cəhətdən xarakterik olan
aşağıdakı parçaya nəzər salaq:
Balaş: Sən… Sən! Buludlar üzləşərkən sən onları çax-
naşdırdın. Göylərin qüvvələrini bir ildırım kimi başımda partlat-
dın. Mənim atamı qışın soyuq gecələrində sən bayıra atdın. Sən
mənim ailəmi dağıtdın. (C.Cabbarlı)
Burada C.Cabbarlı ifadənin təsirliliyini artırmaq üçün
“sən” əvəzliyinin təkrarından ustalıqla istifadə etmişdir.
Zərf. Hərəkəti müxtəlif cəhətdən izah edən və necə?, nə
cür?, hara?, haçan?, nə vaxt?, nə qədər? və s. suallarına cavab
verən əsas nitq hissəsinə zərf deyilir. Zərfin əsas xüsusiyyətləri
aşağıdakılardır:
I. Zərf quruluşca sadə (indi, dünən, tez və s.), düzəltmə
(rusca, qəhrəmancasına, ucadan, sevinclə və s.) və mürəkkəb
(tez-tez, gec-tez, az-maz, üzbəüz, bu gün və s.) olur.
II. Zərfin məna növləri var:
Tərzi-hərəkət zərfləri – sürətlə, zarafatyana, qəfildən,
birdən və s.
Zaman zərfləri – gec, tez, həmişə, dünən, indi, bayaq,
bildir, inişil və s.
Yer zərfləri – irəli, geri, yuxarı, aşağı, içəri, ora, bura,
uzaq, yaxın və s.
Miqdar zərfləri – az, çox, xeyli, azacıq, çox-çox,
tamamilə, dəfələrlə və s.
Azərbaycan dili və nitq mədəniyyəti
161
Bəzi sözlər cümlədəki yerindən asılı olaraq isim və zərf
(səhər, axşam, gecə, gündüz, sabah və s.), bəzi sözlər sifət və
zərf (gözəl, qəşəng, pis, yaxşı, cəld, aydın, əyri, doğru, səhv
və s.), bəzi sözlər say və zərf (az, çox, xeyli, bir qədər, bir az və
s.), bəzi sözlər zərf və qoşma (əvvəl, qabaq, sonra, bəri və s.),
bəzi sözlər zərf və ədat kimi (yalnız, təkcə) işlənir. Bəzi sözlər
isə üç nitq hissəsi - zərf, sifət və qoşma mövqeyində (doğru,
yaxın, tək) işlənərək leksik-qrammatik omonimlik təşkil edir.
III. Zərfin cümlədə əsas vəzifəsi zərflik rolunda
işlənməsidir.
Feil. Dilimizin lüğət tərkibindəki sözlərin böyük bir qrupu
feillərdir. Buna görə də nitq prosesində isimlər kimi, feillər də
çox işlənir və mühüm rol oynayır. Feillər ümumqrammatik
mənasına görə iş, hal, hərəkət, vəziyyət bildirən, nə edir?, nə
etdi?, kimdir?, nədir? və s. kimi suallara cavab verən müstəqil
nitq hissəsidir. Feil morfoloji kateqoriyalarına, cümlədə daşıdığı
vəzifəsinə və lüğət tərkibindəki mövqeyinə görə başqa nitq
hissələrindən fərqlənir və aşağıdakı xüsusiyyətlərə malikdir:
I. Feillər quruluşca sadə (yaz, oxu, gəl və s.), düzəltmə
(başlamaq, dillənmək, qaralmaq, görüşmək, geyinmək və s.) və
mürəkkəb (oturub-durmaq, gedib-gəlmək və s.) olur. Dilimizdə
olan bütün sadə feillər mənşəcə milli sözlərimizdir.
II. Feillər təsdiqdə (gəl, al, de və s.) və inkarda (gəlmə,
alma, demə və s.) olur.
Feilin inkarlıq şəkilçisi isim və sifət düzəldən –ma
2
şəkilçisi ilə omonimlik təşkil edir. Nəzərə almaq lazımdır ki,
-ma2 inkarlıq şəkilçisi qrammatik şəkilçidir və vurğu qəbul
etmir. Məs: yazma, baxma, alma, gəlmə
Feillərdən isim və sifət düzəldən –ma
2
şəkilçisi isə leksik
şəkilçidir və vurğu altına düşür. Məs: qovurma, çəkmə, burma
(saç), hörmə (şal)
III. Feillər təsirli və təsirsiz olur. Məs: yazmaq, oxumaq
(nəyi?), baxmaq, qaçmaq (nəyə?)
IV. Feillər şəxsə və kəmiyyətə görə dəyişir. Məs:
Samirə Mərdanova
162
Mən yazıram. Sən yazırsan. O yazır.
Biz yazırıq. Siz yazırsınız. Onlar yazırlar.
V. Feillər zamana görə dəyişir. Məs: yazdı, yazmışdır,
yazıb (keçmiş zaman); yazır (indiki zaman); yazacaq, yazar
(gələcək zaman)
Feilin zaman şəkilçilərinin yazılışı və tələffüzü arasında
bəzi fərqlər var. Məs:
gəlmişsən –[gəlmisən], gəlmişsiniz – [gəlmisiz] - (nəqli
keçmiş zaman)
başlayır – [başdıyır], yazırlar – [yazıllar] - (indiki zaman)
başlayacaq – [başdıyacax], işləyər – [işdiyər], alarlar –
[alallar] - (gələcək zaman)
VI. Feilin qrammatik məna növləri var (məlum, məchul,
qayıdış, icbar, qarşılıq-birgəlik, şəxssiz növ). Məs: yazmaq,
yazılmaq, yazdırmaq, yazışmaq və s.
Məlum növdən başqa feilin bütün məna növlərinin xüsusi
şəkilçisi var. Məchul, qayıdış və şəxssiz növ isə eyni şəkilçi ilə
düzəlir. Məs:
Güllə atıldı (məchul növ). Əsgər irəliyə atıldı (qayıdış
növ). Sənədlərə imza atıldı (şəxssiz növ).
Göründüyü kimi, məchul və şəxssiz növdə subyekt məlum
olmadığı halda, qayıdış növdə subyekt var və işi öz üzərində icra
edir. Həmçinin məchul və qayıdış növdən fərqli olaraq şəxssiz
növün mübtədası olmur və feil təsirsiz feildən yaranıb təsirsiz
olaraq qalır.
VII. Feilin təsriflənən və təsriflənməyən formaları var.
Feilin şəxsə və kəmiyyətə görə dəyişən formaları feilin
təsriflənən formaları, feilin şəxsə və kəmiyyətə görə dəyişməyən
formaları isə feilin təsriflənməyən formaları adlanır. Məs:
Əsər yazılacaq (feilin təsriflənən forması).
Yazılacaq əsər (feilin təsriflənməyən forması)
Feilin təsriflənən formaları bunlardır: əmr (gələk), xəbər
(gəlmişik), arzu (gələk), vacib (gəlməliyik), lazım (gələsiyik),
şərt (gəlsək).
Azərbaycan dili və nitq mədəniyyəti
163
Bəzən arzu şəklinin şəkilçisi ilə feilin əmr şəklinin I şəxsin
cəminin şəxs şəkilçisi (-aq, -ək) qarışdırılır. Bunları yalnız mətn
daxilində müəyyən etmək olar. Əgər feilin qarşısına kaş ədatını
əlavə edə biliriksə arzu şəkli, qoy, gəlin əmr ədatlarını əlavə edə
biliriksə əmr feili hesab olunur. Məs: kaş gedək (arzu şəkli); gəl
gedək (əmr şəkli)
Feilin təsriflənməyən formaları isə məsdər (oxumaq), feili
sifət (oxuyan) və feili bağlamadır (oxuyub).
VIII. Feilin mürəkkəb formaları var ki, bu da feillərə idi,
imiş, isə hissəciklərinin artırılması ilə yaranır. Məs: yazırdı,
yazacaqdı, gələcəkmiş, gəlirmiş, gələsi isə, gəldi isə və s.
Qeyd etmək lazımdır ki, isə hissəciyi heç vaxt müstəqil
cümlənin xəbərinə qoşula bilmir. Həmişə tabeli mürəkkəb cüm-
lənin asılı tərəfinin xəbərinə qoşulur. Məs: O bizə gələrsə, yaxşı
olar.
İdi hissəciyi həmişə şəxs şəkilçisindən əvvəl (almış-di-m),
imiş hissəciyi həm şəxs şəkilçisindən əvvəl, həm də sonra
(almış-mış-am, almış-am-mış) isə hissəciyi isə həmişə şəxs
şəkilçisindən sonra (aldı-m-sa) sözə qoşulur.
IX. Feillər cümlədə başqa üzvlər kimi (mübtəda,
tamamlıq, təyin, zərflik) işlənə bilsələr də, onların (feillərin)
əsas vəzifəsi cümlədə xəbər olmaqdır.
X. Feillə bağlı bəzi məqamlar üslub nöqteyi-nəzərindən
əhəmiyyətlidir.
Feilin müxtəlif kateqoriyaları, xüsusilə şəxs, zaman,
kəmiyyət müəyyən üslubi çalarlığa malik olur. Məsələn:
Bəzən şəraitdən asılı olaraq danışan dinləyənə ya hörmət
əlaməti olaraq, ya da kinayə şəklində ikinci şəxsin cəmi ilə
müraciət edir:
Nərgiz Qorxmazı bir az soyuq qarşıladı.
- Qorxmaz, sizsiniz? Bizi yaman unutdunuz (Ə.Vəliyev).
Formaca üçüncü şəxsin cəmi məzmunca ikinci şəxsin
təkini bildirir:
Samirə Mərdanova
164
Ay Mərdan, belə gələrlər? Hardasan, ayə! Hanı sənin
atın, hanı tüfəngin? (Mir Cəlal)
Üçüncü şəxsin cəmi danışanın özünə, yəni birinci şəxsin
təkinə aiddir:
Səndən soruşmurlar, - dedi və fikirli-fikirli quyudan
aralanıb uzaqlaşdı (H.Mehdi).
Qrammatik zamanlar da üslubi keyfiyyətlərə malikdir.
Keçmiş və gələcək zamana nisbətən indiki zaman daha çox
ekspressiv səciyyə daşıyır və təsvirdə daha çox işlənir.
Bəzən keçmişdə icra olunmuş hərəkət indiki zaman
şəkilçili feillərlə verilir: O dünən gedib görür ki, hamı hazır
vəziyyətdədir.
Feilin indiki zamanında olan ekspressiv xüsusiyyətə görə
bu zaman başqa zamanları daha çox əvəz edir.
Qrammatik kateqoriyalar
Məlumdur ki, sözün qrammatik mənası dedikdə, aşağıda-
kılar nəzərdə tutulur:
- Sözün hansı nitq hissəsinə mənsub olması.
- Bir nitq hissəsi olaraq hansı xüsusiyyətlərə malik olması.
- Hansı sintaktik vəzifə daşıya bilməsi.
Qrammatik mənaları ifadə etmək üçün hər bir dilin özünə-
məxsus forma və vasitələri vardır.Dünya dillərində qrammatik
mənaları ifadə etmək üçün iki üsul vardır:
1. Qrammatik vasitələr.
2. Qrammatik kateqoriyalar;
Müəyyən qrammatik məna bildirən vasitələrə qrammatik
vasitə deyilir. Qrammatik vasitə qrammatik mənanın maddi
əsası, onun mənbəyi və yaradıcısıdır. Dilimizdə bir sıra qram-
matik vasitələr mövcuddur: vurğu, intonasiya, şəkilçilər, qoş-
malar, bağlayıcılar, ədatlar, köməkçi feillər (idi, imiş, isə) və s.
Vurğu və intonasiyanın qrammatik mənanın müəyyənləş-
dirilməsində qrammatik vasitə kimi xüsusi əhəmiyyəti vardır.
Azərbaycan dili və nitq mədəniyyəti
165
Məs: vurğu bəzi hallarda isim və feil mənalarının müəyyənləş-
dirilməsində yeganə vasitə olur: qazma (isim) – qazma (feil),
gəlin (isim) – gəlin (feil). Yaxud vurğu kəmiyyət kateqoriyası
şəkilçisi (-lar
2
) üzərinə düşdükdə isim (gəlirlər), feilin zaman
şəkilçisi üzərinə düşdükdə isə (gəlirlər) feil olur.
İntonasiya da öz növbəsində qrammatik vasitə kimi sadə
cümlənin bəzi növlərini müəyyən edir, məs: 1) “Dərs başlandı”.
2) “Dərs başlandı?”. 3)”Dərs başlandı!”. Göründüyü kimi,
birinci cümlədə dərsin başlandığını təsdiq edirik (nəqli cüm-
lədir), ikinci cümlədə dərsin başlandığını soruşuruq (sual cüm-
ləsidir), üçüncü cümlədə isə dərsin başlanması yüksək
intonasiya ilə qeyd olunmuşdur (nida cümləsidir).
Qrammatikada, xüsusilə morfologiyada qrammatik kate-
qoriyalar əsas yer tutur. Hər bir qrammatik kateqoriyanın özünə-
məxsus morfoloji və sintaktik xüsusiyyətləri vardır. Dünya dillə-
rində qrammatik kateqoriyaların təzahür formaları müxtəlifdir.
Məsələn, Azərbaycan dilində mənsubiyyət kateqoriyası mor-
foloji yolla (kitab-ım, kitab-ın), rus dilində isə sintaktik yolla
(моя книга, твоя книга) əmələ gəlir. Yaxud Azərbaycan
dilində isimlərin cəmlənməsi -lar
2
şəkilçiləri vasitəsilə əmələ
gəlirsə, ingilis dilində isimlərin cəmlənməsi xarici və daxili
fleksiya vasitəsilə əmələ gəlir. Məsələn, xarici fleksiya ilə
cəmlənmə: a book (kitab) – books (kitablar), daxili fleksiya ilə
cəmlənmə: a foot (ayaq) – feet (ayaqlar)
Qeyd etmək lazımdır ki, hər hansı bir dildə müəyyən
qrammatik kateqoriya olmaya da bilər. Məsələn, türk dillərindən
fərqli olaraq, ərəb və rus dillərində cins kateqoriyası var. Məs,
ərəb dilində - müallimun (müəllim) - müallimatun (müəllimə),
rus dilində - учитель (müəllim) - учительница (müəllimə) və s.
Azərbaycan dilində cins qrammatik kateqoriyası olmadığı
üçün istənilən bir söz vahid formada işlənməli, ona heç bir əlavə
olunmamalıdır. Məsələn, “müəllimə”, “müdirə”, “şairə”
sözləri dilimizdə tez-tez işlənir. Halbuki daha düzgün ifadə
forması bütün hallarda “müəllim”, “şair”, “müdir” kimi
Samirə Mərdanova
166
olmalıdır. Əgər dilimizdə cins kateqoriyası olsa idi, onda gərək
bu qayda bütün sözlərə şamil oluna idi (bəstəkarə, rəssamə,
alimə və s.).
Dünya dillərində qrammatik kateqoriyalar 2 yerə bölünür:
1. Ümumi qrammatik kateqoriyalar
2. Xüsusi qrammatik kateqoriyalar
Ümumi qrammatik kateqoriyalar yalnız bir nitq hissəsinə
deyil, bir çox nitq hissəsinə aid olduğu halda, xüsusi qrammatik
kateqoriyalar yalnız bir nitq hissəsinə aid olur. Məsələn, rus
dilində: cins, hal kateqoriyası ümumi olduğu kimi, Azərbaycan di-
lində xəbərlik və kəmiyyət kateqoriyaları ümumi hesab olunur.
Deməli, Azərbaycan dilində xəbərlik (şəxs) və kəmiyyət
kateqoriyaları bir çox nitq hissələrini əhatə etdiyinə görə ümumi
qrammatik kateqoriyalar hesab olunur. Məs:
Xəbərlik (şəxs) kateqoriyası. Azərbaycan dilində hər
hansı bir söz və ya nitq hissəsi xəbər vəzifəsində işlənərkən
xəbərlik kateqoriyası şəkilçilərini qəbul edir. Xəbərlik
kateqoriyasını yaradan şəkilçilər cümlədə xəbər ola biləcək
bütün nitq hissələrinin axırına əlavə olunur. Məsələn: tələbəyik
(isimdə), gözəldir (sifətdə), birincidir (sayda), odur (əvəzlikdə),
oxuyuruq (feildə) və s. Cümlənin xəbəri bu şəkilçilərlə forma-
laşdığı üçün bunlar xəbərlik kateqoriyası şəkilçiləri adlanır.
Amma, məsələn, zaman kateqoriyası yalnız feilə, dərəcə
kateqoriyası isə sifətə aid olduğu üçün və başqa nitq hissə-
lərində bu qrammatik kateqoriyalar olmadığına görə xüsusi
qrammatik kateqoriyalar hesab olunur. Məs:
Feilin zaman kateqoriyası. Azərbaycan dilində feilin üç
zamanı var. Bunlardan keçmiş (nəqli və şühudi keçmiş) və
gələcək zaman iki (qəti gələcək və qeyri-qəti gələcək) formada,
indiki zaman isə bir formada təzahür edir. Azərbaycan dilində
zamanları ifadə etmək üçün feilin kökünə zaman şəkilçisi və
şəxs sonluqları əlavə olunur; məsələn:
Keçmiş zaman - gəl-di-n, gəl-miş-sən, gəl-ib-sən
Gələcək zaman - gəl-əcək-sən, gəl-ər-sən
Azərbaycan dili və nitq mədəniyyəti
167
İndiki zaman - gəl-ir-sən
Feilin zamanları iş və hərəkətin icrasının danışıq vaxtına
olan münasibəti ilə müəyyənləşir. Belə ki, əgər indiki zaman
danışıq vaxtına uyğun gəlirsə, keçmiş zaman danışıq vaxtından
əvvəlki zamanı, gələcək zaman isə danışıq vaxtından sonra
başlanacaq işin vaxtını bildirir.
Köməkçi nitq hissələri, onların xüsusiyyətləri və
nitqdə rolu
Əsas nitq hissələrindən fərqli olaraq köməkçi nitq hissə-
lərinin müstəqil leksik mənaları olmur, heç bir suala cavab
vermir və buna görə də cümlə üzvü ola bilmir. Onların
yalnız qrammatik mənası olsa da, fikrin ifadəsində, cümlələrin
qurulmasında əhəmiyyətli rol oynayır. Köməkçi nitq hissələri ya
cümlə üzvləri və cümlələr arasında əlaqə yaradır (qoşma,
bağlayıcı), ya mənanı qüvvətləndirir (ədat), ya fikrə münasibət
bildirir (modal sözlər), ya da hiss-həyəcan (nida) ifadə edir.
Qoşma. Qoşma ismin bu və ya digər halında (adlıq,
yiyəlik, yönlük və çıxışlıq) olan sözlərə qoşularaq onlarla başqa
sözlər arasında sintaktik əlaqə yaradır. Məsələn: insan kimi
yaşamaq, quştək uçmaq, ondan ötrü darıxmaq və s.
Qoşmaların hamısı quruluşca sadə olur. İsmin halları ilə
işlənməsinə görə qoşmaları üç qrupa ayırmaq olar:
1. Adlıq və yiyəlik halla işlənən qoşmalar: üçün, ilə (-la
2
),
qədər, kimi, tək, - ca
2
, haqqında, haqda, barədə, barəsində, üzrə
və s.
2. Yönlük halla işlənən qoşmalar: kimi, qədər, -dək, can
2
,
tərəf, sarı, doğru, qarşı, görə, aid, dair, əsasən, xas, məxsus və s.
3. Çıxışlıq halla işlənən qoşmalar: əvvəl, qabaq, sonra,
bəri, başqa, savayı, qeyri, ayrı, ötrü, özgə, əlavə, sarı və s.
Qoşma yeganə köməkçi nitq hissəsidir ki, qoşulduğu sözlə
birlikdə cümlə üzvü ola bilir: Dünəndən bəri (zərf) güclü külək
əsir.
Samirə Mərdanova
168
Qoşmaların mənası onların aid olduğu əsas sözün leksik və
qrammatik mənası ilə bağlı olur. Məsələn, kimi qoşması
yerindən asılı olaraq bənzətmə, məsafə və s. məna çalarları
yarada bilər:
Onun kimi olmaq istəyirəm (bənzətmə çaları); Kəndə kimi
piyada getdim (məsafə çaları).
Bu baxımdan qoşmaların birgəlik (ilə, (-la
2
) və s.), zaman
(əvvəl, qabaq, sonra, bəri), məsafə (kimi, qədər, -dək, -can
2
),
istiqamət (sarı, tərəf, doğru, qarşı), bənzətmə (kimi, qədər, -tək
və s.), fərqləndirmə (başqa, savayı, özgə və s.), istinad (görə,
əsasən), səbəb və məqsəd (üçün, ötrü, görə və s.), aidlik (aid,
dair, haqda, barədə və s.) kimi məna növləri vardır.
Qoşmalar yazılışına görə iki qrupa ayrılır:
1. Bitişik yazılanlar: -dək, -can
2
, -ca
2
, -tək. Məs: evədək,
səhərəcən, uşaqca, uşaqtək və s.
2. Ayrı yazılanlar: ilə, üçün, ötrü, sarı və s. Məs: qələm
ilə, onun üçün, səndən ötrü, evə sarı və s.
Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa
uyğun olaraq –la
2
şəklində bitişik yazıla bilər. Məs: qatarla.
Bəzi qoşmalar omonimlik xüsusiyyətlərinə malikdir. Bu
baxımdan qoşmaları bir neçə hissəyə ayırmaq olar:
1) Əsas nitq hissəsi ilə omonim olanlar: tərəf, tək, əvvəl,
sonra, kimi, sarı, doğru, başqa, qarşı və s.
Əvvəl düşün, sonra danış (zərf).
Səndən əvvəl mən gəldim (qoşma).
2) Bağlayıcı ilə omonim olanlar: ilə
Sona ilə Nərgiz rəfiqədir (bağlayıcı).
Dərsə Sona ilə gedirəm (qoşma).
3) Yalnız qoşma kimi işlənənlər (sabit qoşmalar): üçün,
ötrü, görə, savayı və s. Məs: Onun üçün əlimdən gələni etdim.
Eşitdiyimə görə yaxşı adamdır.
4) Şəkilçi ilə oxşar olan qoşma:
-la
2
(ilə qoşmasının ixtisarı), məs: qələmlə, maşınla;
-la
2
(zərf düzəldən şəkilçi), məs: həvəslə, namusla;
Azərbaycan dili və nitq mədəniyyəti
169
-la
2
(feil düzəldən şəkilçi), məs: başla, gözlə və s.
Sinonimlik xüsusiyyətinə görə qoşmalar eyni mənanı
bildirir və bir-birini əvəz edə bilir. Məsələn: Sevincindən quş
(-tək, kimi) uçurdu. Burada -tək və kimi qoşmaları tam
sintaktik sinonim sayıla bilər. Hər ikisi bənzətmə mənasını ifadə
edir və ismin adlıq halında olan sözlə işlənmişdir. Qoşmaların
sinonimliyi təkrarçılığın qarşısını alır ki, bu da nitqdə vacib
şərtlərdəndir.
Qoşmalar mənşəyinə görə əsas nitq hissələrindən əmələ
gələrək, müstəqil mənası olmayan, şəkilçiləşməyə doğru gedən
köməkçi nitq hissələridir.
Bağlayıcı. Bağlayıcıların sintaktik vəzifəsi sözlər, söz
birləşmələri və cümlələr arasında əlaqə yaratmaqdan ibarətdir.
Bu isə, bildiyimiz kimi, dildə, nitqdə böyük əhəmiyyətə malik-
dir, çünki sözlər, söz birləşmələri və cümlələr əlaqələnmədən
hər hansı bir fikri ifadə etmək olmaz. Dilimizdəki bağlayıcılar 3
prinsipə görə qruplaşdırılır:
a) sintaktik vəzifəsinə görə;
b) mənasına görə;
c) quruluşuna görə.
Sintaktik vəzifəsinə görə bağlayıcıları iki qismə ayırmaq
olar:
1) tabesizlik bağlayıcıları (amma, ancaq, lakin, və, ilə (-la
2
),
həm, həm də, da, də, gah, gah da, ya, ya da, nə, nə də, hətta, habelə,
həmçinin, halbuki, yaxud, yəni, məsələn, isə və s.)
2) tabelilik bağlayıcıları (ki, çünki, belə ki, buna görə də,
əgər, ona görə ki, hərgah, hərçənd, madam ki, yoxsa və s.)
Tabesizlik bağlayıcıları bir-biri ilə tabesizlik münasibə-
tində olan bərabərhüquqlu üzvləri –cümlənin həmcins üzvlərini
və tabesiz mürəkkəb cümlənin tərəflərini birləşdirir. Tabelilik
bağlayıcıları isə yalnız tabelilik münasibətində olan cümlələri –
tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir.
Mənasına görə bağlayıcıları iki yerə ayırmaq olar:
1. Tabesizlik bağlayıcılarının məna növləri.
Samirə Mərdanova
170
2. Tabelilik bağlayıcılarının məna növləri.
Tabesizlik bağlayıcılarının məna növləri:
1) Birləşdirmə bildirənlər: və, ilə. Məs: Qapı açıldı və
içəriyə hündürboy bir kişi daxil oldu.
2) Qarşılaşdırma bildirənlər: amma, ancaq, lakin,
halbuki, fəqət, isə. Məs: Atam mənə işləməyi öyrətdi, amma işi
sevməyi öyrətmədi. O, zehinlidir, lakin tənbəldir.
3) İnkarlıq bildirənlər: nə, nə də, nə də ki. Məs: Nə bir
gələn, nə də gedən var.
4) İştirak bildirənlər: həm, həm də, habelə, həmçinin,
hətta, da, də və s. Məs: İnsanın həm daxili, həm də zahiri gözəl
olmalıdır.
5) Bölüşdürmə bildirənlər: ya, ya da, yaxud, gah, gah da,
istər, istərsə də və s. Məs: Bu işi ya sən, ya da yoldaşlarından
biri görməlidir.
6) Aydınlaşdırma bildirənlər: yəni, məsələn. Məs: Tədbir-
də birinci kurs tələbələri, məsələn, Aydan, Ləman və Orxan
maraqlı məruzələrlə çıxış etdilər.
Tabelilik bağlayıcılarının məna növləri:
1) Aydınlaşdırma bildirənlər: ki, belə ki. Məs: O, haradan
bilir ki, mən şəhərdəyəm.
2) Səbəb bildirənlər: çünki, ona görə ki, ondan ötrü ki və
s. Məs: Müdir iclasdan tez getdi, çünki təcili işi vardı.
3) Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki. Məs: Hər-
çənd ki, gəlməyəcək, yenə demək lazımdır.
4) Şərt bağlayıcıları: əgər, hərgah, madam ki, yoxsa və s.
Məs: Əgər çalışmasan, yaxşı oxuya bilməzsən. Madam ki,
belədir, gəlin gedək.
Quruluşuna görə bağlayıcılar sadə (amma, ancaq, lakin,
yəni, məsələn, ilə və s.) və mürəkkəb (hərgah, halbuki, habelə,
ona görə ki və s.) olur.
Ədat. Ədatlar dilimizdə ən çox işlədilən köməkçi nitq
hissələrindəndir. Onların nitqdəki rolu geniş və çoxcəhətlidir.
Ədatlar cümlə üzvü olmasa da cümləyə və sözlərə məna
Azərbaycan dili və nitq mədəniyyəti
171
incəlikləri verir, ifadənin səlisləşməsinə, fikrin məntiqi qurulma-
sına kömək edir. Ədatlar sözün və cümlənin mənasını qüvvət-
ləndirir, bəzən mənanı dəqiqləşdirir, dinləyicinin diqqətini hər
hansı bir cəhətə cəlb edir.
Ədatların müxtəlif məna növləri var:
1. Qüvvətləndirici ədatlar: ən, lap, daha, artıq, axı, -ca
2
,
da, də, düz, bir, ki, necə, nə, belə, olduqca. Məs: Lap başımı
itirmişəm. Bu dəfə daha yaxşı oxuyaram.
2. Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl. Məs: Elə mən də
bunu deyirdim. Əsl mən deyəndir.
3. Məhdudlaşdırıcı ədatlar: ancaq, təkcə, tək, bircə,
yalnız, bir. Məs: Bu işin öhdəsindən ancaq sən gələ bilərsən.
Bunu bircə onlar bilir.
4. Sual ədatları: bəs, məgər, bəyəm, yəni, -mı
4
, ki. Məs:
Məgər sizin bu məsələdən xəbəriniz yox idi? Burada qorxulu nə
var ki?
5. Əmr ədatları: di, qoy, bax, gəl, gör, görün, gəlin,
gəlsənə, ha, -sana
2
, -sanız
2
. Məs: Qoy camaat oxuyub ibrət
götürsün. Di get, gecən xeyrə qalsın.
6. Arzu ədatları: kaş, kaş ki, gərək, təki, barı, bircə və s.
Məs: Kaş mən də orada olaydım. Gərək sənə qulaq asaydım.
7. Təsdiq və inkar ədatları: hə, bəli, yox, xeyr, heç, əsla.
Məs: Bəli, mən onu həqiqətən çox gözlədim. Yox, mən onu
buralarda görməmişəm.
Ədatlar da qoşmalar kimi əsas nitq hissələrindən törəyib,
köməkçi nitq hissəsinə, oradan da şəkilçiləşməyə doğru gedən
bir nitq hissələridir.
Ədatlar da qoşmalar kimi omonimlik xüsusiyyətlərinə
malikdir:
1. Əsas nitq hissələri ilə omonim olanlar: elə, belə, artıq,
bir, bircə, tək, təkcə, bax, gəl, qoy və s. Məs:
Tək sənə inanıram (ədat).
Tək əldən səs çıxmaz (sifət).
O, tək gəlmişdi (zərf).
Samirə Mərdanova
172
2. Bağlayıcı ilə omonim olanlar: ki, hətta, da, də, ancaq
və s. Məs:
İnanıram ki, hər şey düzələcək (bağlayıcı).
Sən ki bunu bilirdin (ədat).
O da gələcək? (bağlayıcı).
Danış qurtar da! (ədat)
Ancaq sən ona kömək edə bilərsən (ədat).
Mən çox çalışdım, ancaq bir şey hasil olmadı (bağlayıcı).
3. Sabitləşmiş xalis ədatlar: axı, lap, məhz, kaş, məgər,
barı, bəs, di və s. Məs: Axı biz neyləmişik?, Lap ağıllı iş görüb.
4. Şəkilçi ilə oxşar olan ədat: -ca
2
Dəryaca ağlın olsa,
Yoxsul olsan, güləllər (qoşma).
Bircə manat pulumuz vardı (ədat).
O, rusca (türkcə) danışa bilmir (zərf).
Qoşmalar kimi ədatların da sinonimlik xüsusiyyətləri var.
Məs: Məgər (bəs) gəlməmişdi?
Ədatların orfoqrafiyasına gəlincə, qeyd etmək lazımdır ki,
-mı
4
, -sana
2
, -ca
2
ədatları sözə bitişik yazılır. Məs: Məqaləni
oxudunmu? Gəlsənə. İkicə gün vaxtım qalıb. Lakin
–mı
4
sual ədatı da, də bağlayıcılarından sonra gəldikdə ayrı
yazılır: Sən də mi getmişdin?
Qrammatikamızın qlobal problemlərindən biri “da”, “də”
ədatları və bağlayıcılarının “-da
2
” yerlik hal şəkilçilərindən
fərqləndirilməməsi, bitişik yazılmasıdır. Bu da həm morfoloji,
həm də fonetik normanın (orfoqrafik normanın) pozulmasına
gətirib çıxarır. Təəssüf ki, yazılı nitqdə bununla bağlı tez-tez
səhvlərə yol verilir. Əslində, məsələ çox sadədir:
1. Ədatlar və bağlayıcılar ayrı, şəkilçilər bitişik yazılır.
2. Söz kimdə?, nədə?, harada? sualına cavab verirsə,
deməli, -da, -də şəkilçidir və bitişik yazılır.
3. İştirak mənasını verən da, də bağlayıcıları və da, də
ədatları isə ayrı yazılır.
Məsələn:
Azərbaycan dili və nitq mədəniyyəti
173
Məndə maraqlı bir kitab var (şəkilçi kimi).
Mən də gələcəyəm (bağlayıcı kimi).
Gəl də (ədat kimi).
Bəzən bir cümlədə həm şəkilçi, həm də bağlayıcı işlənir.
Məs: Məndə də o kitabdan var. Yaxud eyni bir cümlədə həm
bağlayıcı və ədat, həm də yerlik hal şəkilçisi işlənir. Məs:
Məndə də o kitabdan var da!
Modal sözlər. Modal sözlər danışanın ifadə olunan fikrə
münasibətini bildirən köməkçi nitq hissəsidir. Modal sözlər
nitqə müxtəlif məna çalarları (razılıq, inamsızlıq, şübhə, təəssüf,
təəccüb, tərəddüd, kinayə və s.) verir, onun emosionallığını,
ekspressivliyini artırır, fikrin ifadəsində yığcamlığı təmin edir.
Modal sözlərin aşağıdakı məna növləri vardır:
1.Təsdiq (yəqinlik) bildirən modal sözlər: əlbəttə, doğru-
dan da, doğrudur, həqiqətən, düzü, sözsüz, şəksiz, şübhəsiz,
doğrusu və s. Məsələn: Düzü, bu qədər tez gələcəyinizi göz-
ləmirdim. O, doğrudan da, yaxşı müəllimdir.
2. Güman və şübhə bildirən modal sözlər: yəqin ki,
görünür, deyəsən, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki
və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir.
Güman ki, görüşümüz sabah baş tutmayacaq və s.
3. Nəticə (ümumiləşdirmə) bildirən modal sözlər: deməli,
yaxşı, demək, xülasə, beləliklə, ümumiyyətlə, bir sözlə, nəhayət
və s. Məsələn: Deməli, qərarımız qətidir. Beləliklə, biz oranı tərk
etməli olduq. və s.
4. Fikrin mənbəyini bildirən modal sözlər: məncə, səncə,
bizcə, fikrimizcə, zənnimcə, mənə görə və s. Məsələn: Məncə, o,
yalan danışmır. Fikrimizcə, bu məsələnin həlli asandır və s.
5. Təəssüf bildirən modal sözlər: təəssüf ki, heyif ki, əfsus
ki və s. Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk. Heyif
ki, onu tez itirdik və s.
6. Bənzətmə (və müqayisə) bildirənlər: sanki, elə bil, elə
bil ki və s. Sanki ona dünyanı bağışladılar. Elə danışır, elə bil ki,
uşaqdır və s.
Samirə Mərdanova
174
Müasir vəziyyətinə görə modal sözləri iki qrupa ayırmaq
olar:
1) əsas nitq hissəsi ilə omonim olanlar: görünür, görəsən,
deməli, deyəsən, doğrudur, sözsüz, təəssüf, olmaya və s. Məs:
Uzaqdan uca dağlar görünür (feil).
Görünür, onun bu işdən başı çıxmır (modal söz).
2) yalnız modal söz kimi işlənənlər: şübhəsiz, əlbəttə,
ümumiyyətlə, beləliklə, həqiqətən və s. Məs:
Şübhəsiz, siz doğru deyirsiniz.
Modal sözlər də digər köməkçi nitq hissələri kimi əsas
nitq hissələrindən əmələ gəlmişdir. Bu baxımdan onları iki
hissəyə ayırmaq olar:
1) ismi modal sözlər: düzü, doğrusu, əlbəttə, həqiqətən,
təəssüf ki və s.
2) feili modal sözlər: görünür, görəsən, deyəsən, demə,
deməli və s.
Modal sözlər quruluşca sadə və mürəkkəb olur. Bir sözdən
ibarət olan modal sözlər quruluşca sadədir: əlbəttə, deyəsən,
xülasə, deməli, görünür və s. Bəlkə də, doğrudan da, şübhəsiz
ki, bir sözlə, ola bilsin ki, sözsüz ki və s. isə mürəkkəb (tərkibi)
modal sözlərdir.
Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlə-
nin əvvəlində, ortasında, sonunda işlənə bilir. Məsələn: Doğru-
su, mən yorulmuşam. Mən, düzü, bu yerləri tanımıram. Sən öz
istəyinə çatacaqsan, əlbəttə.
Nida. Cümlədə qrammatik vəzifə daşımayan, danışanın
müxtəlif duyğularını – hiss və həyəcanını, arzu və istəklərini və s.
ekspressiv yolla ifadə edən köməkçi nitq hissəsinə nida deyilir.
Nidaların müxtəlif məna növləri var:
1) Qorxu, narahatlıq bildirənlər: vay, ah, oh, oy
2) Şadlıq, sevinc, təəccüb bildirənlər: paho, bəh-bəh, ah,
oho, oxqay və s.
3) Qəm, kədər bildirənlər: of, ah, eh, ox, oy və s.
4) Çağırış bildirənlər: hey, ey, ay və s.
Azərbaycan dili və nitq mədəniyyəti
175
5) Nifrət və istehza bildirənlər: tfu, xa-xa-xa, xix, xox və s.
Qeyd: Bu bölgü şərtidir, çünki hiss və intonasiyadan asılı
olaraq, müəyyən bir nida müxtəlif məqamlarda işlədilə bilər.
Məs:
“Ah, nə gözəl yerdir!” dedikdə sevinc, təəccüb ifadə olu-
nursa, “Ah, ürəyim partlayır!” dedikdə narahatlıq hiss olunur.
Müasir Azərbaycan dilindəki nidaları iki qismə ayırmaq
olar:
1) Yalnız nida kimi işlənənlər: of!, uf!, uy!, aha!, ura!, ax!
və s. Məs: Of, ürəyimdən tikan çıxdı.
2) Əsas nitq hissələri ilə omonim olanlar: vay!, aman!,
haray, ah!, can! və s.
Onun ahı yerdə qalmayacaq (isim).
Ah, nələr çəkir bu dünya! (nida)
Samirə Mərdanova
176
ALTINCI MÜHAZİRƏ
SİNTAKSİS. SİNTAKTİK NORMALAR.
Məlumdur ki, insanlar arasında ünsiyyət, fikir mübadiləsi
yaratmaq dilin əsas vəzifəsidir. Dilin bu vəzifəsi yalnız leksik və
morfoloji kateqoriyalar köməyi ilə həyata keçirilə bilməz. Dilin
ünsiyyət vasitəsi olmaq vəzifəsini yerinə yetirməsi üçün sözlərin
cümlədə birləşib, bitmiş fikir ifadə etməsi lazımdır. Bütün
bunlardan, yəni qrammatik kateqoriya olan söz birləşmələrin-
dən, cümlə və onun növlərindən qrammatikanın ikinci hissəsi
olan sintaksisdə bəhs olunur.
“Sintaksis” mənşəyinə görə yunan sözü olub, mənası
“birləşmə”, “tərtibat” deməkdir. Leksikada olduğu kimi, sin-
taksisdə də söz birləşmələri və cümlələrdən danışarkən söz nə-
zərə alınır. Lakin sintaksisdə söz leksik vahid kimi öyrənilmir,
onun cümlədə daşıdığı vəzifələrdən, cümlə üzvü kimi işlən-
məsindən bəhs olunur. Sintaksisin əsas tədqiqat obyekti söz
birləşmələri, onların tərkibi və növlərini, cümlə ilə söz
birləşmələrinin oxşar və fərqli cəhətlərini, cümlə üzvlərini, cüm-
lə və onun növlərini, cümlənin quruluşunu və s. öyrənməkdən
ibarətdir. Deməli, əsas sintaktik vahidlər söz birləşməsi və cüm-
lələrdir. Sintaktik vahidlər bir sıra vasitələrin - şəkilçilərin,
qoşma, ədat və bağlayıcıların, əvəzliklərin, xitabların, modal
sözlərin, intonasiya və fasilə kimi sintaktik vasitələrin iştirakı ilə
formalaşır.
Sintaktik əlaqələr
Söz birləşməsi və cümləni təşkil edən sözlər bir-biri ilə
sintaktik əlaqədə olmalıdır. Sintaktik əlaqə dedikdə, sözlərin
bir-biri ilə məna və qrammatik cəhətdən əlaqələnməsi nəzərdə
tutulur. Əgər cümlədə sözlər sintaktik cəhətdən əlaqələnməsə,
fikir ifadə edilə bilməz.
Azərbaycan dili və nitq mədəniyyəti
177
Sözlərin hamısı cümlədə eyni münasibətdə olmur. Onlar
arasındakı münasibət iki şəkildə özünü göstərir: ya sözlərdən
biri digərindən asılı olur, ya da onlar bərabərhüquqlu olur. Asılı
münasibəti bildirən əlaqə tabelilik, bərabərhüquqluğu bildirən
isə tabesizlik əlaqəsi adlanır.
Tabelilik əlaqəsi. Cümləni quran əsas əlaqə forması tabeli-
lik əlaqəsidir. Tabelilik əlaqəsi həm söz birləşmələrinin, həm də
cümlələrin qurulmasında əsas vasitə kimi çıxış edir. Bu əlaqə
söz birləşmələrinin tərəfləri arasında, cümlənin həmcins olma-
yan bütün üzvləri arasında, tabeli mürəkkəb cümlənin baş və
budaq cümlələri arasında olur. Bu əlaqə prosesində tərəflərdən
biri o birindən asılı olub, onu aydınlaşdırır. Əsas söz tabeedici,
asılı söz isə tabe söz adlanır.
Tabelilik əlaqəsinin üç növü var: uzlaşma, idarə, yanaşma.
Uzlaşma əlaqəsi tabe sözün tabeediciyə şəxsə və kəmiy-
yətə görə uyğunlaşmasına deyilir. Buna görə də tabe sözə şəxs
məzmunu daşıyan şəkilçilər (xəbərlik-şəxs, mənsubiyyət) və
kəmiyyət göstəricisi artırılır. Yəni bu şəkilçilər uzlaşma
əlaqəsinin şəkli əlaməti, göstəricisidir. Uzlaşma əlaqəsində, bir
qayda olaraq, tabeedici söz tabe sözdən əvvəl gəlir. Uzlaşma
əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm də ikinci və
üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur.
Məs:
1) Mən tələbəyəm. Sən tələbəsən. O tələbədir və s.
2) dərs cədvəli, qrup nümayəndəsi və s.
mənim kitabım, sənin kitabın, onun kitabı və s.
Mübtəda ilə xəbər arasında həm şəxsə, həm də
kəmiyyətə görə uzlaşma vardır. Yəni mübtəda hansı şəxsdə və
kəmiyyətdədirsə, xəbər də o şəxs və kəmiyyətdə olur. Azərbay-
can dilində kəmiyyətə görə uzlaşmadan fərqli olaraq şəxsə görə
uzlaşma daha möhkəmdir. Belə ki, bəzi hallarda mübtəda ilə
xəbər arasında kəmiyyətə görə uzlaşma olmaya da bilər. Yəni
mübtəda cəm olduğu halda, xəbər tək halda olur. Bu da mübtə-
Samirə Mərdanova
178
danın insanlara, digər canlılara, əşyalara aid olduğu və üçüncü
şəxslə ifadəsi zamanı əmələ gəlir. Məsələn:
1. Mübtəda insan anlayışı bildirdikdə xəbər bir qayda
olaraq cəmdə olur. Məs: Qonaqlar gəldilər.
2. Mübtəda digər canlılarla (heyvan, quş) ifadə olunduqda
xəbər həm təkdə, həm də cəmdə ola bilir. Məs: Quzular mələşir
(mələşirlər).
3. Mübtəda cansız əşyalarla ifadə olunduqda, xəbər təkdə
olur, yəni kəmiyyətə görə uzlaşma pozulur. Məs: Yarpaqlar
tökülür.
İdarə əlaqəsi tabeedici sözün tələbinə görə tabe sözün
ismin müxtəlif halında işlənməsinə deyilir. Buna görə də ismin
hal şəkilçiləri idarə əlaqəsinin şəkli əlaməti hesab edilir. İdarə
əlaqəsində, bir qayda olaraq, tabe söz tabeedicidən əvvəl gəlir.
İdarə əlaqəsi əsasən feillərlə bağlıdır. Feillər ismin adlıq və yi-
yəlik halından başqa qalan dörd halını idarə edə bilir. İsmin yi-
yəlik halını ancaq adlar idarə edir. Bu cəhətdən idarə əlaqəsi iki
cür olur:
1. Feillərlə idarə. Məs: Biliyi kitabdan öyrəndim. Bu cüm-
lədə “öyrəndim” feili “biliyi” və “kitabdan” sözlərini idarə
edir.
2. Adlarla idarə. Məs: mənim kitabım, anaya hörmət,
tələbələrdən bir neçəsi və s.
Qeyd: III növ təyini söz birləşmələrinin tərəfləri arasında
uzlaşma ilə yanaşı idarə əlaqəsi də var.
Azərbaycan dilində qoşmalar da idarə edə bilir: iclasdan
sonra, səhərə kimi, sənin üçün, qardaşımdan ötrü və s.
Yanaşma əlaqəsi heç bir morfoloji əlamət olmadan tabe
sözün tabeediciyə yanaşaraq mənaca ona bağlanmasına deyilir.
Bu əlaqə əsasən atributiv əlaqəli birləşmələr arasında olur.
Yanaşma əlaqəsində əsas əlamət sözlərin sırasıdır. Bu əlaqədə
tabe söz tabeedici sözdən əvvəl gəlir və onu müxtəlif cəhətdən
izah edir. Belə birləşmələr isimlərin, sifətin, sayların, əvəzliyin,
feili sifətin isimlərə yanaşması (daş ev, gözəl qız, beş kitab, bu
Azərbaycan dili və nitq mədəniyyəti
179
oğlan, oxuyan tələbə), zərflərin feillərə yanaşması ilə (ucadan
oxumaq, çox danışmaq, sakitcə oturmaq və s.) əmələ gəlir. Bu
misalların hamısında yanaşan söz yanaşdığı sözün yanında
işlənmişdir.Lakin yanaşma əlaqəsində yanaşan sözün yanaşdığı
sözün yanında gəlib-gəlməməsi heç də onların əlaqəsinin
pozulması deyildir. Çox vaxt zərfliklərin yanaşdığı sözlərdən
uzaqda olmasına baxmayaraq, həmişə onlar bir-biri ilə məna
əlaqəsində olurlar; məsələn:“Bu gün axşam Aydın bizə
gəlmişdi” cümləsində “bu gün axşam” zərfliyi “gəlmişdi”
xəbərindən uzaqda işlədilməsinə baxmayaraq, həmin cümlələrdə
məna əlaqəsi pozulmamışdır.
Tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsi özünü cümlənin
həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələri
arasında göstərir. Bu əlaqədə olan sözlər və cümlələr bir-birinə
tabesizlik bağlayıcıları və sadalama intonasiyası ilə bağlanır.
Tabesizlik əlaqəsi tabelilik əlaqəsindən asılıdır və onun
təzahür formalarından biri kimi çıxış edir. Bu da əsasən iki
şəkildə özünü göstərir:
1. Tabesizlik əlaqəsi ilə bağlı olan sözlər tabeedici olur;
məsələn: Quşların nəğmələri, bulaqların qıjıltısı insana ləzzət
verir (N.Nərimanov). Bu cümlədə “ləzzət verir” tabe sözü tabe-
sizlik əlaqəsi ilə bağlanmış “quşların nəğmələri” və “bulaqların
qıjıltısı” tabeedici sözləri ilə şəxsə görə uzlaşmışdır.
2. Tabesizlik əlaqəsi ilə bağlı olan sözlər tabe söz yerində
işlənir; məsələn: Belə bir gözəl vaxtda ağacın altında, otun
üstündə bir universitet tələbəsi əyləşmişdi (N.Nərimanov).
Burada tabesizlik əlaqəsi ilə bağlanmış “ağacın altında” və
“otun üstündə” tabe sözləri “əyləşmişdi” tabeedici sözünün
tələbi ilə ismin yerlik halında işlənərək idarə olunmuşdur.
Sintaktik əlaqə növlərinin hər hansı birinin pozulması
sintaktik normanın pozulması kimi qiymətləndirilir.
Samirə Mərdanova
180
Söz birləşmələri: ismi və feili birləşmələrin qrammatik
normalara uyğunluğu
İki və daha artıq sözün məna və qrammatik cəhətdən bir-
ləşməsinə söz birləşmələri deyilir. Söz birləşmələri əsas tərəfin
xarakterinə görə iki yerə ayrılır:
1. İsmi birləşmələr
2. Feili birləşmələr
İsmi birləşmələr – bu birləşmələrin ən geniş yayılmış
növü təyini söz birləşmələridir. Təyini söz birləşmələrini əmələ
gətirən sözlər arasında tabelilik əlaqəsi mövcuddur, yəni
sözlərdən biri tabe, digəri tabeedicidir. Bir qayda olaraq, tabe
söz tabeedicini izah edir, konkretləşdirir, onun təyini olur. Məs:
Alagöz, sarışın, körpəcə bir qız
Dörd divar içində ağlayır yalqız.
(S.Vurğun)
Gətirmiş saçında çöl çiçəyini,
Yanaqlarında zanbaqların ləçəyini.
(Q.Qasımzadə)
Təyini söz birləşmələri tərəflərinin qrammatik cəhətdən
bağlanma üsuluna görə bir-birindən fərqlənir. Belə ki, əgər
alagöz qız, sarışın qız, körpəcə qız, dörd divar birləşmələrinin
tərəflərinə heç bir sözdəyişdirici şəkilçi artırılmamışdırsa, çöl
çiçəyi birləşməsinin ikinci tərəfinə mənsubiyyət şəkilçisi,
zanbaqların ləçəyi birləşməsinin birinci tərəfinə yiyəlik hal,
ikinci tərəfinə mənsubiyyət şəkilçisi artırılmışdır.
Təyini söz birləşmələri tərəflərində bu vasitələrin iştirak
edib-etməməsindən asılı olaraq 3 növə ayrılır:
I növ təyini söz birləşmələrinin xarakterik cəhəti onların
tərəflərinin qrammatik vasitələrin iştirakı olmadan birləşməsidir,
burada əsas rolu məna oynayır. Bu birləşmələrin birinci
tərəfində təyin rolunda işlənə bilən hər hansı bir nitq hissəsi
(isim, sifət, say, əvəzlik, feli sifət, o cümlədən zərf) olmalıdır,
Azərbaycan dili və nitq mədəniyyəti
181
məs: taxta qaşıq, cavan oğlan, onuncu mərtəbə, bütün dünya,
çalışan tələbə, yuxarı mərtəbə. I növ təyini söz birləşməsinin
tərəfləri arasında yanaşma əlaqəsi mövcuddur, yəni birinci tərəf
heç bir sözdəyişdirici şəkilçi qəbul etmədən ikinci tərəfə yanaşır
və onu izah edir.
I növ ismi birləşmələrin bəziləri tərkib hissələrinə parça-
lanmayaraq bir vahid kimi çıxış edir, məs: Bir gün bu iş baş
tutacaq. Hər tərəf qaranlığa qərq olmuşdu. Göstərilən ifadələr
qrammatik cəhətdən I növ təyini söz birləşmələri olsalar da,
onlar tərkib hissələrinə ayrılmadığından bir cümlə üzvü kimi
götürülür.
II və III növ təyini söz birləşmələri bir-birindən müəy-
yənlik və qeyri-müəyyənlik bildirməsinə görə fərqlənir. Hər iki
birləşmənin ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul etsə də, II
növ təyini söz birləşməsinin birinci tərəfi qeyri-müəyyən, III
növ təyini söz birləşməsinin birinci tərəfi isə müəyyən yiyəlik
halda olur. Məs: qonaq otağı-qonağın otağı. Lakin bu birləş-
mələri həmişə bir-biri ilə əvəz etmək mümkün olmur, məs:
riyaziyyat dərsi, Bakı şəhəri, Xəzər dənizi, Qız qalası birləşmə-
lərini riyaziyyatın dərsi, Bakının şəhəri, Xəzərin dənizi, Qızın
qalası şəklində işlətsək, üslubi dolaşıqlıq və anlaşılmazlıq
yaranar.
II növ təyini söz birləşməsinin tərəfləri arasında əsasən
uzlaşma əlaqəsi vardır. Ona görə də onun birinci tərəfinin tə-
ləbinə görə ikinci tərəfə üçüncü şəxsin mənsubiyyət şəkilçiləri
artırılır; məs: Mən biləklərimin, qollarımın, sinəmin əzələlərində
qurğuşun ağırlığı, daş bərkliyi hiss edirdim (İ.Hüseynov).
I növ təyini söz birləşməsindən fərqli olaraq, II və III növ
birləşmələrin tərəflərini cümlədə ayrı-ayrı götürmək olmaz. III
növdə II növdən fərqli olaraq tərəflərin arasına istənilən qədər söz
artırmaq olar: tarixin səhifələri-tarixin şanlı unudulmaz
səhifələri, diş həkimi - ? I növ təyini söz birləşmələrinin arasına
bir ədatı istisna olmaqla söz girə bilmir, məs; gözəl bir gün və s.
Samirə Mərdanova
182
Təyini söz birləşmələrinin cəmlənməsində aşağıdakıları
nəzərə almaq lazımdır:
I növ təyini söz birləşməsinin ikinci tərəfi bəzi hallarda
cəmlənə bilir, məs: qədim dövrlər, orta əsrlər, gözəl yerlər və s.
II növ təyini söz birləşmələrində tərəflərdən biri cəmlən-
dikdə, ikincisi təkdə olur: qocalar evi, uşaq bağçaları, atalar
sözü və s. Bəzi birləşmələr istisna təşkil edir, onların hər iki
tərəfi eyni zamanda cəmlənə bilir: həmkarlar ittifaqları, elmlər
doktorları, atalar sözləri və s.
I və II növdən fərqli olaraq, III növ təyini söz birləşmə-
lərinin tərəfləri həm ayrılıqda, həm də eyni zamanda cəmlənə
bilir: dağların çiçəkləri, tələbələrin qiymətləri, qonaqların
sözləri və s.
Birinci tərəfi hal, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul
etdiyinə görə III növ təyini söz birləşməsinin tərəfləri arasında
qarşılıqlı tabelilik əlaqəsi – uzlaşma-idarə mövcuddur.
Elə söz birləşmələri var ki, onlarda asılı tərəf əsas tərəfi
izah etmir. Belə birləşmələrə qeyri-təyini ismi birləşmələr
deyilir. Qeyri-təyini ismi birləşmələrin birinci tərəfi mənsubiy-
yət və hal şəkilçiləri ilə işlənir. Burada təyinlə təyinolunan bir
növ yerlərini dəyişir, ikinci tərəf birinci tərəfin təyini kimi çıxış
edir; məs: iti əl-əldən iti, məzəli söz-sözü məzəli, beş tələbə -
tələbələrdən beşi və s. Bu birləşmələr daha çox ədəbi-bədii dil
üçün xarakterikdir, obrazlılıq yaratmağa xidmət edir. Məs:
Gözlərdə intiqam, qılınclarda qan. (S.Vurğun); Gözləri
baxtından qara Cəmilə (M.Dilbazi).
Feili birləşmələr - əsas tərəfi feilin təsriflənməyən
formaları ilə (məsdər, feili sifət, feili bağlama) ifadə olunan söz
birləşmələrinə deyilir. Feli birləşmələr cümlə daxilində tərkib
əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç
növə ayrılır: məsdər tərkibləri, feli sifət tərkibləri, feli bağlama
tərkibləri.
Feili tərkiblər cümlədə müstəqil mövqe tutur, tam sintaktik
vahid kimi çıxış edir, əksər hallarda xüsusi fasilə ilə tələffüz
Azərbaycan dili və nitq mədəniyyəti
183
edilir, bir sintaktik suala cavab verir və cümlənin mürəkkəb
üzvü kimi çıxış edir. Məsdər tərkibləri cümlədə daha çox
mübtəda və tamamlıq, feili sifət tərkibləri daha çox təyin, feili
bağlama tərkibləri isə zərflik olur. Məs:
Bu işləri vaxtında görmək heç onun ağlına da gəlmir.
Burada məsdər tərkibi mübtəda rolunda çıxış etmişdır.
Gündəlik dərslərə hazırlaşan tələbələr imtahanları müvəf-
fəqiyyətlə başa vurdular. Burada feili sifət tərkibi mürəkkəb
təyin rolundadır.
Hər dəfə planımızın üstü açılanda mən az qala yoldaş-
larımdan şübhələnirdim. Burada feili bağlama tərkibi cümlənin
mürəkkəb zərfliyidir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, qrammatik kateqori-
ya olaraq söz birləşmələrinin bütün növlərinin nitqdə böyük
əhəmiyyəti vardır və hər kəs onların qrammatik xüsusiyyətlərini
nəzərə almaqla sintaktik normanın tələblərinə əməl etməlidir.
Cümlə üzvləri: baş və ikinci dərəcəli
üzvlərin normativliyi
Cümlənin qurulmasında iştirak edən sözlərin hamısı heç də
cümlə üzvü ola bilmir. Yalnız müəyyən suala cavab verən,
bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, söylənən
fikrin ifadəsində müəyyən vəzifə daşıyan sözlər cümlə üzvü
adlana bilər. Deməli, bir-biri ilə həm mənaca, həm də qram-
matik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab
verən sözlərə cümlə üzvləri deyilir. Cümlə üzvləri daşıdıqları
vəzifələrə, cümlədəki mövqelərinə və fikrin tamamlanmasındakı
roluna görə eyni rola malik deyildir. Bu cəhətdən onları iki
qrupa ayırmaq olar: baş üzvlər, ikinci dərəcəli üzvlər.
Baş üzvlər fikrin ifadəsində əsas, həlledici rola malikdir,
ikinci dərəcəli üzvlər isə baş üzvləri bu və ya başqa cəhətdən
tamamlamağa, aydınlaşdırmağa, izah etməyə xidmət göstərir.
Məsələn: Bu coşğun dalğalar cahana səs salacaq (B.Vahab-
Samirə Mərdanova
184
zadə). Bu cümlədə əsas fikir dalğalar və səs salacaq sözləri ilə
ifadə olunmuşdur. Onlar öz aralarında qarşılıqlı əlaqəyə girərək
söz cütlüyü yaratmışdır ki, bu söz cütlüyünə cümlənin baş
üzvləri - mübtəda və xəbər daxildir. Bunlarla yanaşı baş üzvlər
ikinci dərəcəli üzvlərlə, yəni mübtəda təyinlərlə (bu, coşğun),
xəbər zərfliklə (cahana) izah olunmuşdur. İkinci dərəcəli üzvlər,
yəni təyin və zərflik də öz aralarında söz cütlüyü (bu dalğalar,
coşğun dalğalar, cahana səs salacaq) əmələ gətirmişdir.
Deməli, cümlənin özəyini təşkil edən baş üzvlər, yəni
mübtəda və xəbər söylənən fikrin əsas məzmununu ifadə edir.
Ikinci dərəcəli üzvlər isə baş üzvlərə aid olub onları müxtəlif
cəhətdən izah edir.
Mübtəda və xəbər. Mübtəda haqqında danışılan cümlə
üzvüdür. O, qrammatik cəhətdən cümlənin heç bir üzvündən
asılı olmur. Başqa cümlə üzvləri bu və ya digər cəhətdən mü-
btədadan asılı olur.
İsmin adlıq halında işlənərək həmin halın suallarına (kim?,
nə?, bəzən də hara?) cavab verən sözlər mübtəda kimi çıxış edir;
məs: Zərnigar xanım heç nəyə fikir vermirdi (İ.Şıxlı). İndicə
eşitdiyim qızğın mübahisə mənim haqqımda idi (İ.Əfəndiyev).
Xəbər mübtədaya aid hərəkət və ya hökmü bildirən baş
üzvdür. O, həmişə mübtədadan asılı olur, şəxsə və kəmiyyətə
görə onunla uzlaşır. Xəbərlər ifadə vasitələrindən asılı olaraq iki
qrupa bölünür: feili xəbərlər, ismi xəbərlər.
Feili xəbərlər iş, hərəkət, vəziyyət, ümumiyyətlə proses
bildirir, feilin bütün təsriflənən formaları və məna növləri,
həmçinin frazeoloji birləşmələrlə ifadə olunur. Feili xəbərlərin
sonuna həmişə şəxs şəkilçisi artırılır. Məs:
Mən cahan mülkündə mütləq doğru halət görmədim
(M.P. Vaqif).
İsmi xəbərlər isim, sifət, say, əvəzlik, zərf, həmçinin feili
sifət, məsdər və söz birləşmələri ilə ifadə olunaraq əlamət,
keyfiyyət və s. bildirir. İsmi xəbərlərin sonuna həmişə xəbərlik
şəkilçiləri artırılır. Məs:
Azərbaycan dili və nitq mədəniyyəti
185
Sahibi Qəmərbanudur. Bir adı da Səadət xanımdır
(M.İbrahimov).
Mən kənd müəlliməsiyəm (Ə.Məmmədxanlı).
Bəzən xəbər yerində var, yox, lazım, gərək, mümkün
sözləri işlədilir. Bu sözlər öz xüsusiyyətlərinə görə isimlərə
yaxınlaşdığına görə ismi xəbərlərə aid edilir. Məs:
Budur, qarşıda iki qara kölgə vardır (Ə.Məmmədxanlı).
İdi, imiş köməkçi sözləri də aid olduğu söz və söz
birləşmələri ilə birlikdə ismi xəbər olur. Məs:
Bir zaman bunlar da sizinkilər kimi qapqara idi
(M.İbrahimov).
Feili və ismi xəbərlər mübtəda ilə şəxsə görə daim
uzlaşırsa, kəmiyyətə görə yalnız birinci və ikinci şəxsin tək və
cəmində uzlaşsa da, üçüncü şəxsin cəmində (xüsusən mübtəda
cansız varlıqları bildirdikdə) uzlaşmaya da bilər.
Siz öz işlərinizi əvvəlcədən planlaşdırmalısınız. Qoyun-
lar örüşdən qayıtdı (qayıtdılar). Bekarçılıqdan belə söhbətlər
saatlarlarla uzanırdı (S.Qədirzadə).
Azərbaycan dilində əksər hallarda mübtəda əvvəl, xəbər
isə ondan sonra, bütün cümlə üzvlərindən sonra işlənir, lakin
bəzən müxtəlif səbəblərə görə bu sıra pozula bilir. Üslubi effekt
yaratmaq məqsədilə şeirlərdə əksər hallarda mübtəda xəbərdən
sonra işlənir. Məs:
Yaşıllanır yamaclar,
Yarpaqlanır ağaclar.
(M.Müşfiq)
***
Qalxsın cəhalətin qaranlığından!
Açılsın hər yerdə məktəb, mədrəsə...
(S.Vurğun)
Samirə Mərdanova
186
Nida cümlələrində bir sıra hallarda xəbər mübtədadan
əvvəl gəlir. Məs:
Yaşasın sülh! Var olsun Azərbaycan xalqı! Rədd olsun
müharibə!
Cümlə üzvlərinin bu cür təbii yerdəyişməsi fikrin emo-
sional ifadəsini təmin edir.
Tamamlıq. Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub,
üzərində iş icra olunan əşyanı bildirir. Tamamlıq xəbərə idarə
əlaqəsi ilə bağlandığından həmişə ismin yönlük, təsirlik, yerlik,
çıxışlıq hallarından birində işləndiyi kimi, qoşmalar da qəbul
edir və müvafiq suallara cavab verir. Tamamlıq isimlə, əşya
məzmunu daşıyan başqa sözlərlə, söz birləşmələri ilə ifadə
olunur.
Mənalarına görə tamamlıqlar vasitəsiz və vasitəli olur.
Məs: Əli kitabı yoldaşına verdi – cümləsində “kitabı” sözü
vasitəsiz, “yoldaşına” sözü isə vasitəli tamamlıqdır.
Vasitəsiz tamamlıq həmişə özünə ismin təsirlik halında
işlənən obyekt tələb edir. Bu da iki cür olur. Əgər obyekt müəy-
yəndirsə, ismin təsirlik hal şəkilçisini qəbul edir, qeyri-müəy-
yəndirsə, təsirlik hal şəkilçisi ixtisar olunur. Məsələn:
Mən kitabı oxuyuram (müəyyən vasitəsiz tamamlıq);
Mən kitab oxuyuram (qeyri-müəyyən vasitəsiz tamamlıq).
Vasitəli tamamliqlar ismin yönlük, yerlik və çıxışlıq
hallarında olan sözlərlə, habelə üçün, ötrü, ilə, savayı, qarşı,
barəsində, haqqında qoşmaları ilə işlənən söz və söz birləşmə-
ləri ilə ifadə olunur. Məsələn: Aydana kitab verdim; Aydanda
kitab çoxdur; Kitabı Aydandan aldım. Aydan ilə danışdım.
Azərbaycan dilində cümlədə tamamlığın əsas yeri cümlə-
nin daxili, yəni mübtəda ilə xəbərin arasıdır. Sintaktik normanın
tələbinə görə tamamlıq həmişə aid olduğu tabeedici sözdən
(feili, bəzən də ismi xəbərdən) əvvəl gəlir. Bu tamamlığın
cümlədə və nitqdə əsas yeridir.
Lakin məna və formalarına görə tamamlığın cümlədə
tutduğu mövqe dəyişir.
Azərbaycan dili və nitq mədəniyyəti
187
Belə ki, qeyri-müəyyən vasitəsiz tamamlıqların yeri
cümlədə sabitdir, həmişə xəbərdən əvvəl və onun yanında
işlənir. Qeyri-müəyyən vasitəsiz tamamlığın yeri dəyişdirilərsə,
cümlənin məzmunu pozular, anlaşılmazlıq, dolaşıqlıq əmələ
gələr. Məs:
Ovçu quş vurdu. - Quş ovçu vurdu.
Bu qeyri-müəyyən vasitəsiz tamamlığın feili xəbərlə daha
sıx sintaktik əlaqədə olmasından və məntiqi vurğunu öz üzərinə
götürməsindən irəli gəlir.
Qeyri-müəyyən vasitəsiz tamamlığa nisbətən vasitəli və
müəyyən vasitəsiz tamamlığın cümlədə yeri sərbəstdir. Onlar
əsasən mübtədadan sonra, xəbərdən əvvəl gəlir. Fikrin məzmun-
undan, subyektin məqsədindən, yaxud məntiqi vurğudan asılı
olaraq Azərbaycan dilindəki bu qrup tamamlıqların aşağıdakı
qaydalarda sıralanması müşahidə olunur:
1. Əgər cümlədə tamamlıqlardan biri vasitəli, digəri
vasitəsiz olarsa, onda adətən əvvəl vasitəsiz, sonra vasitəli
tamamlıq işlənir:
Mən əhvalatı İnciyə danışdım (S.Rəhman).
Burada məntiqi vurğu vasitəli tamamlığın üzərinə düş-
müşdür. Lakin Azərbaycan dilinin üslubi imkanlarına görə
tamamlıqların sırası dəyişə bilər. Bu zaman vasitəsiz tamamlıq
vurğunu öz üzərinə götürür və diqqət mərkəzində olur:
Mən İnciyə əhvalatı danışdım.
2. Əgər tamamlıqların biri müəyyən təsirlik halda, digəri
isə çıxışlıq halda olarsa, əvvəl çıxışlıq, sonra təsirlik halda olanı
işlənir:
O, qızlardan Gülsənəmi soruşdu (S.Rəhimov).
Lakin məntiqi vurğudan asılı olaraq tamamlıqların yeri
dəyişə bilər:
O, Gülsənəmi qızlardan soruşdu.
Xüsusi intonasiya ilə deyilən cümlələrdə tamamlıq özünü
xəbərdən sonra da göstərə bilər; məs: Əl çək bu pis əməllərdən!
Samirə Mərdanova
188
Bu vəziyyət daha çox atalar sözlərində müşahidə olunur;
məs: Saxla samanı, gələr zamanı; Açaram sandığı, tökərəm
pambığı və s.
Təyin. Təyin əşyanın keyfiyyətini, xasiyyətini, kəmiy-
yətini və s.bildirir, cümlənin isimlə və isimləşmiş sözlərlə ifadə
olunmuş bütün üzvlərinə aid olub, onları müxtəlif cəhətdən izah
edir. Təyinlər əsasən sifət, say, əvəzlik, feili sifətlə, ya da əlamət
məzmunu daşıyan isim, təyini söz birləşmələri ilə ifadə olunur;
məs:
Qarabağdakı bəylərin hər biri özü üçün hökumət başçısı
idi (Ə.Vəliyev).
Elmin gücü yol açmışdır kilidlənmiş dənizlərə (S.Vurğun).
Azərbaycan dilində cümlə üzvlərindən təyinin yeri daha
möhkəmdir. Başqa türk dillərində olduğu kimi, Azərbaycan
dilində də bir qayda olaraq təyinlər həmişə təyin etdiyi sözün
əvvəlində, onun yanında gəlir və həmin sözə yanaşma əlaqəsi ilə
bağlanır. Bu cəhətdən dilimizdəki təyinlərin yeri sabitdir.
Bunların yeri dəyişdirildikdə bəzən təyin təyinolunan sözə və
əksinə çevrilir; məs: “müəllim Əhməd” birləşməsində
“müəllim” (birinci söz) təyin olduğu kimi, “Əhməd müəllim”
birləşməsində “Əhməd” (birinci tərəf) əslində təyindir.
Təyinlə təyin olunanın yerdəyişməsinə dilimizdə nadir
hallarda rast gəlmək olur. Bəzən şeirlərdə bu vəziyyət müşahi-
də olunur ki, bu da nitqin emosionallığını artırır, ona üslubi
çalarlıq verir; məs:
Buludlar don geydi sarı, qırmızı.
(S.Rüstəm)
Zərflik. Cümlədəki iş və ya hərəkətin icra tərzini, zamanı-
nı, yerini, miqdarını, icradakı məqsədi və s. bildirən ikinci
dərəcəli üzvə zərflik deyilir. Əsasən feili xəbərə aid olan zərflik
ondan əvvəl gəlir və cümlədə ona ya idarə, ya da yanaşma əla-
Azərbaycan dili və nitq mədəniyyəti
189
qəsi ilə bağlanır. Zərfliyin əsas ifadə vasitəsi zərf və feili bağ-
lamadır. Məsələn:
Həmin ilin yay fəslində Mahirgil dağa köçə bilmədi
(M.Hüseyn).
Zeynəb İmranın etirazına baxmadan onun üstünü
təmizlədi, sonra da Tükəzban xalaya üzünü tutdu (İ.Şıxlı).
Zərfliklər cümlədə daşıdığı qrammatik vəzifəsinə və ifadə
etdiyi mənalara görə 6 qrupa bölünür: tərzi-hərəkət zərfliyi, za-
man zərfliyi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb və məqsəd
zərfliyi.
Tərzi-hərəkət zərfliyi işin icra tərzini və vəziyyətini
bildirir, necə?, nə tərzdə?, nə halda?, nə vəziyyətdə? Sualların-
dan birinə cavab verir. Tərzi-hərəkət zərfliyi əsasən tərzi-hərəkət
zərfləri, feili bağlama, söz birləşmələri və qoşmalı sözlərlə ifadə
olunur, tabe olduğu sözə yanaşma əlaqəsi ilə bağlanır. Məsələn:
Bizim həyatımızda baş verən hadisələr bizə çox zaman
sadə və təbii görünür (M.İbrahimov).
Maşın qar örtmüş düzləri işıqlandıra-işıqlandıra getdi
(İ.Əfəndiyev).
Müharibə Bağdadın qulağının dibində gedirdi
(N.Nərimanov).
Yasəmən işi belə gördükdə alıcı quş kimi özünü çaya atdı.
Tərzi-hərəkət zərfliyi bəzi cəhətlərinə görə təyinə
bənzəyir. Belə ki, həm tərzi-hərəkət zərfliyi, həm də təyin bəzən
eyni leksik vahidlə ifadə olunur. Məsələn:
Rəşid Behbudov gözəl oxuyur.
Bağçamızda gözəl güllər açılmışdır.
Birinci cümlədə “gözəl” sözü tərzi-hərəkət zərfliyi, ikinci-
də isə təyindir. Çünki birinci cümlədə bu söz hərəkət bildirən
sözlə, yəni xəbərlə bağlı olur, ikinci cümlədə isə əşyanı təyin
edir və mübtədaya aid olur. Bundan əlavə, təyinlər necə?, nə
cür? sualları ilə yanaşı hansı? sualına da cavab verir.
Tərzi-hərəkət zərfliyinə isə hansı? sualını vermək olmur.
Məsələn:
Samirə Mərdanova
190
Cahan xanım sakit və mehriban (necə?, nə cür?) danışırdı.
Sakit və mehriban (necə?, nə cür?, hansı?) Cahan xanım
danışırdı.
Zaman zərfliyi iş, hal və ya hərəkətin müəyyən zamanla
bağlılığını bildirir və nə zaman?, nə vaxt?, haçan? suallarına
cavab verir. Zaman zərfiyi aid olduğu sözə idarə əlaqəsi ilə bağ-
lanır. Zaman zərfliyi əsasən zaman zərfi, isim, feili bağlama,
qoşmalı sözlər, söz birləşmələri ilə ifadə olunur. Məs:
Bu günün işini sabaha qoyma. Yayda yaylağımdır, qışda
oylağım... (A.Ələsgər). Danışanda hər şeyi yaddan çıxarır.
Ayrılıqdan sonra doğma yerlər ona daha gözəl görünürdü (İ.Şıx-
lı). Birinci addımda lovğalananlar, ikinci addımda yıxılacaqlar.
Zaman zərfliyi bəzən ismi xəbərə də aid olur: Bu gecə çox
isti idi.
Yer zərfliyi hərəkətin icra yerini, çıxış və istiqamət aldığı
məkanı bildirir, hara?, haraya?, haradan? suallarından birinə
cavab verir. Yer zərfliyi əsasən yer zərfi, isim və söz birləşmə-
ləri ilə ifadə olunur. Məsələn:
İt gah qabağa qaçır, gah da elə bil, nədənsə qorxmuş kimi
geri çəkilirdi (Q.İlkin).
Rədd ol qapıdan, başlama fəryadə əkinçi! (M.Ə.Sabir)
Birdən kənd küçəsində at ayaqlarının tappıltısı eşidildi
(Ə.Məmmədxanlı).
Zərfliyin digər növlərindən fərqli olaraq, yer zərflikləri aid
olduğu sözə həmişə idarə əlaqəsi ilə bağlanır.
Kəmiyyət zərfliyi cümlədə feili xəbərin ifadə etdiyi iş,
hərəkətin icrasının kəmiyyətini bildirir və neçə?, nə qədər?, nə
dərəcədə? və s. suallarından birinə cavab verir. Kəmiyyət zərf-
liyi adətən, tabe olduğu sözə yanaşma əlaqəsi ilə bağlanır.
Kəmiyyət zərflikləri əsasən kəmiyyət zərfləri ilə ifadə olunur.
Bundan əlavə, onlar əks etdirdiyi məna çalarından asılı olaraq
müxtəlif vasitələrlə də ifadə oluna bilər. Məsələn:
Həkim diqqətlə uşağa baxıb xeyli fikrə getdi (N.Nərima-
nov). Mən sizinlə tamamilə razıyam. O, artıq dərəcədə özünü
Azərbaycan dili və nitq mədəniyyəti
191
xoşbəxt sayırdı. İki addım yeriyir, ətrafına baxırdı. Bir kərə qan
müxtəsər, oxutmuram, əl çəkin! (M.Ə.Sabir)
Kəmiyyət zərfliyi ismi xəbərə də aid ola bilər: Xoşbəxt-
likdən, o gün hava çox gözəl idi.
Səbəb zərfliyi hərəkətin və ya əlamətin səbəbini bildirir,
nə üçün?, niyə?, nə səbəbə? və s. suallara cavab verir və tabe
olduğu sözə idarə əlaqəsi ilə bağlanır. Cümlədəki səbəb feili
xəbərdəki zamandan əvvəl baş verir: Xəstə olduğu üçün rəngi
solğun idi.
Səbəb zərfliyi ən çox feili bağlama və feili bağlama
tərkibləri, üçün, ötrü, görə qoşmaları artırılmış sözlər və
birləşmələrlə, həmçinin məsdər və məsdər tərkibləri ilə, sual
əvəzlikləri, isimlə və s. ilə ifadə olunur. Məsələn:
Onlar qorxaraq geri çəkildilər. Yorulduğu üçün evə
qayıtmadı (İ.Şıxlı). Yollara baxmaqdan gözləri axırdı. Niyə bəs
böylə bərəldirsən, a qare, gözünü? (M.Ə.Sabir) Qorxudan rəngi
saralmışdı.
Səbəb zərfliyi də bəzən ismi xəbərə aid olur: İmtahandan
kəsildiyi üçün kefsiz idi.
Məqsəd zərfliyi iş və hərəkətin məqsədini bildirir və
niyə?, nə üçün?, nə məqsədlə? və s. suallara cavab verir. Məq-
səd cümlədəki xəbərin zamanından sonra baş verir: Onlar
torpaqlarımızı azad etmək üçün vuruşurlar. Məqsəd zərfliyi
məsdər və məsdər tərkibləri ilə, üçün, ötrü qoşmaları artırılmış
söz və birləşmələri ilə, sual əvəzlikləri ilə, deyə sözü ilə qurtaran
bir sıra birləşmələrlə, ikinci tərəfi məqsəd, uğur, yol, niyyət,
bəhanə tipli birləşmələr və s. ilə ifadə olunur. Məsələn:
Bu gecə öz kiçik dəstəsi ilə düşmən cəbhəsini öyrənməyə
gəlmişdi (M.Aranlı). Səbri doğma şəhərin əfsanəvi gözəllik-
lərini daha yaxşı duymaq üçün buraya gəlmişdi (M.Hüseyn).
Əmirxanı oyatmayır dincəlsin deyə (S.Vurğun). Qonaqları
qarşılamaq məqsədilə biz də həyətə çıxdıq.
Azərbaycan dilində şərt və qarşılıq-güzəşt zərflikləri də
işlənir.
Samirə Mərdanova
192
Şərt zərflikləri əsasən söz və ya birləşmələrlə şərt ilə,
təqdirdə, yerdə sözlərini əlaqələndirməklə ifadə edilir; məs:
Dərsə vaxtında gəlmək şərti ilə sənə icazə verə bilərəm. Lazımi
şərait yarandığı təqdirdə tərksilah keçirmək olar.
Qarşılıq-güzəşt zərflikləri əsasən feili xəbərlərə aid olur
və xəbərlə ifadə olunmuş işə qarşı qoyulur, xəbərlə ifadə
olunmuş iş və hərəkət isə bu şərtə güzəştə gedir; məs: Onlar
alova su vurduqca yanğın daha da qüvvətlənirdi. Qarşılıq-güzəşt
zərflikləri əsasən baxmayaraq, halda və s. sözlərin iştirak etdiyi
xüsusi tərkiblər ilə ifadə olunur; məs: Çox çalışdığına
baxmayaraq işə düzələ bilmədi. Tərkibində qarşılıq-güzəşt
zərflikləri olan cümlələri çox asanlıqla qarşılıq-güzəşt budaq
cümləli tabeli mürəkkəb cümlələrə çevirmək olur: Çox çalışsa
da, işə düzələ bilmədi.
Zərfliklərin cümlədə sıralanmasının bəzi üslubi xüsusiy-
yətlərini nəzərdən keçirək:
Yer, kəmiyyət və tərzi-hərəkət zərflikləri əsasən aid
olduğu cümlə üzvünün yanında (feili xəbərin əvvəlində) işlənir;
məs: Əziz iki ay darı torbasının üstündə yatdı. O, Dilguşəni
xeyli gözlədi (Ə.Vəliyev). Firəngiz susub mənə təəccüblə baxdı
(İ.Əfəndiyev).
Zaman zərfliklərinin yeri nisbətən sərbəstdir, əksər hal-
larda cümlənin əvvəlində (hətta mübtədadan əvvəl) işlənir. Məs:
Axşamdan xeyli keçmiş maşının gur işığı kənd küçələrinin
qaranlığını əridə-əridə Çiçəkliyə gəlirdi. Əgər burada zaman
zərfliyinin yerini dəyişsək, ifadə ağırlaşacaqdır.
Səbəb və məqsəd zərflikləri bütün cümlə üzvlərindən,
hətta mübtədadan da əvvəl işlənir; məs: Gündüz yatıb dincəldiyi
üçün Bayram çox götür-qoy elədi (Ə.Vəliyev).
Cümlə üzvləri quruluşca sadə və mürəkkəb olur. Sadə
cümlə üzvləri leksik vahidlərlə — ayrı-ayrı sözlərlə, mürəkkəb
cümlə üzvləri isə sintaktik vahidlərlə - söz birləşmələri ilə ifadə
olunur. Məsələn:
Azərbaycan dili və nitq mədəniyyəti
193
Sadə cümlə üzvlərinə aid nümunə: Oxuyan (mübtəda)
Məhsəti xanımın özüdür (M.S.Ordubadi).
Mürəkkəb cümlə üzvlərinə aid nümunə: On səkkiz yaşına
yenicə girmiş (təyin) Kamal ağıllı, yumşaq xasiyyətli, anasını
sonsuz məhəbbətlə sevən oğlandı (Y.Əzimzadə).
Cümlənin həmcins üzvləri
Cümlədə eyni üzvlə bağlı olub, eyni sintaktik suala cavab
verən, sadalama intonasiyası ilə tələffüz edilən bərabərhüquqlu
üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər arasında
tabesizlik əlaqəsi olur. Məs: Dağ günəşi qollarımızı, üzümüzü
yandırıb qaraltmışdı (İ.Əfəndiyev). Ceyran taxçaya yaxınlaşdı,
oradan bir zərf çıxarıb şairə uzatdı (Ə.Cəfərzadə). Zolaqlar göy
üzündə gah qırmızı, gah da sarımtıl dairələr cızardı (G.Fəzli).
Bu cümlələrdən birincisində tamamlıqlar (qollarımızı,
üzümüzü), nəyi? sualına cavab olub, qaraltmışdı xəbərinə idarə
əlaqəsi ilə bağlandığına, ikincisində xəbərlər (yaxınlaşdı, uzatdı)
nə etdi? sualına cavab olub, mübtəda (Ceyran) ilə şəxs və
kəmiyyətə görə uzlaşdığına, üçüncüsündə isə təyinlər (qırmızı,
sarımtıl) necə? sualına cavab verdiyinə, tamamlığa (dairələr)
yanaşaraq izah etdiyinə görə həmcinsdir. Sonuncu misalda
həmcins üzvlər bir-birinə gah...gah da tabesizlik bağlayıcısı ilə,
qalanlarında isə sadalama intonasiyası ilə bağlanmışdır.
Cümlənin bütün üzvləri həmcins ola bildiyi kimi, bir
cümlədə bir neçə üzv həmcins ola bilər; məs: O, Kamalın üzün-
dəki süni təbəssümü, gözlərindəki qeyri-təbii sevinci görür,
danışarkən səsinin titrədiyini hiss edirdi (Y.Əzimzadə).
Həmcins üzvlərdən əvvəl və ya sonra gələrək onları
ümumiləşdirən, onlarla eyni sintaktik vəzifədə işlənən, eyni
suala cavab verən sözlərə ümumiləşdirici sözlər deyilir.
Həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra iki
nöqtə, sonra gələn ümumiləşdirici sözdən əvvəl isə tire qoyulur.
Məs: Cahandar ağa heç nə sezdirmədən gözaltı öz adamlarına:
Samirə Mərdanova
194
lap kənarda dayanmış Şamxala və Əşrəfə baxdı (İ.Şıxlı).
Ağacların altı, damların dalı, evlərin böyrü, otaqların qabağı,
divarların dibi – hər yer üzünə-gözünə qara sürmə çəkmişdi
(Ə.Vəliyev).
Bəzən ümumiləşdirici sözdən əvvəl bir sözlə ifadəsi
işlədilir; məs: İndi özümdən də, uşaqlardan, dostlardan da - bir
sözlə, hamıdan incimişdim (İ.Hüseynov).
Dilə yığcamlıq və yüngüllük gətirmək üçün həmcins
üzvlərdəki formal göstəricilər əvvəlkilərdə ixtisar edilir, yalnız
sonuncuda saxlanılır. Məs: Onlar bir çox kəndlər, malikanələr
və bağları zorla əllərinə keçirmişlər (M.S.Ordubadi). Əməllərin
uca və təmizdir. Dərslərini oxuyar, sonra da gəzməyə çıxarsan.
Qaraşın otağını səliqəyə salır, gündə yüz dəfə bu səliqəni pozub
yenidən düzəldir, yorulmaq bilmirdi (M.İbrahimov). Gələcək
yüksək və gözəl bəşəri həyatı onlar da bir qayə, bir xəyal, bir
ideal kimi sevirlər (Ə.Vəliyev). Kaş Əli mühəndis, Afaq həkim
olaydı.
Bu cümlələrdən birincisində ismin təsirlik halının
şəkilçisi, ikincisində ismin xəbərlik şəkilçisi, üçüncüsündə feilin
şəxs şəkilçisi, dördüncüsündə idi köməkçi feili, beşincisində
kimi qoşması, altıncısında ol köməkçi sözü həmcins üzvlərdən
əvvəlkilərdə ixtisar edilmiş, yalnız sonuncularda saxlanmışdır.
Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşdığı
məlumdur. Həmcins mübtədalarla, xüsusən onlardan heç
olmazsa biri şəxs əvəzliyi ilə ifadə olunduqda xəbər bu şəkildə
uzlaşır:
1. Həmcins mübtədalar sırasında birinci şəxs iştirak edirsə,
xəbər birinci şəxsin cəmi ilə uzlaşır; məs: Mən və sən dərsdən
sonra kitabxanaya getməliyik.
2. Həmcins mübtədalar sırasında ancaq ikinci və üçüncü
şəxs iştirak edirsə, xəbər ikinci şəxsin cəmi ilə üzlaşır; məs: Sən
və o tədbirdə iştirak etməlisiniz.
Azərbaycan dili və nitq mədəniyyəti
195
3. Həmcins mübtədalar ancaq üçüncü şəxslərdən
ibarətdirsə, xəbər üçüncü şəxsin cəmi ilə uzlaşa da, uzlaşmaya
da bilər; məs:
a) Qızlar da, oğlanlar da yarışda iştirak edirdilər.
b) İnəklər, qoyunlar və keçilər otlaqdan qayıdırdı
(qayıdırdılar).
c) Kitablar və dəftərlər stolun üstündədir.
Həmcins üzvləri nitqdə düzgün işlətməyi bacarmaq üçün
bir sıra qaydaları bilmək zəruridir. Danışıq və yazıda həmcins
üzvlərin işlədilməsində aşağıdakı səhvlər və üslub xətaları
müşahidə edilir:
a) həmcins üzvlərdə qoşa bağlayıcılardan düzgün istifadə
etməmək səhvi: Bu işdə yalnız sən, həm də mən təqsirkaram;
b) nitqdə yoruculuğa yol vermək. Bu kimi nitq qüsuru iki
səbəbdən törəyə bilər:
1. Həmcins üzvlərdə şəkilçilərin lüzumsuz təkrarından,
ixtisar edilməməsindən: Dağ(lar), daş(lar) və dərələr suya
möhtacdır.
2. Səslənmə və forma etibarilə eyni olan həmcins üzvü
dalbadal işlətməklə: Stolun üstündə olan və sənə məxsus olan
çantanı aparmışlar.
Cümlənin həmcins üzvlərinin düzgün məntiqi əsaslarda
qruplaşdırılıb sadalanmasının nitqin emosionallığı üçün böyük
əhəmiyyəti vardır. Məs: Aradan bir az keçməmiş həyət, balkonlu
ev, inəklər və camış, at və ulaq, toyuq və hinduşka, cavan bar
ağacları, yaşıl rəngli iri darvaza bütün büsatı ilə Bayramın
gözləri qabağında elə canlandı ki, guya bu dəqiqə Bayram özgə
evində deyil, öz çarpayısının üstündə yatıb.
Cümlənin həmcins üzvlərinin sıralanmasında bəzi qayda-
ların gözlənilməsinin də üslub cəhətdən müəyyən əhəmiyyəti
vardır. Cümlənin həmcins üzvləri bəzən hərəkətin tədriciliyinə,
meydana çıxma ardıcıllığına görə sıralanır. Məs: Samovarı
stolun üstünə qoyanda, çörəyi çəkib süfrəyə gətirəndə,
Samirə Mərdanova
196
stəkanlara çay süzəndə, çölə çıxıb içəri girəndə Göyçək danışar,
gileylənərdi.
Buradakı həmcins üzvlərin yerini dəyişsək, cümlə üslubca
qüsurlu olacaqdır.
Əlavələr və cümlə üzvlərinin xüsusiləşməsi
Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib
konkretləşdirən sözə və ya söz birləşməsinə əlavə deyilir.
Təyinlə feili xəbərdən başqa qalan cümlə üzvlərinin
əlavəsi ola bilər; məs:
Muradla Rza – ata və oğul iş paltarını dəyişib yuyundu
(Ə.Vəliyev). Əbdülqədir özümüzünküdür – bibiqızının kürəkəni-
dir (S.Rəhimov). Mən Rəxşəndəni – yeni qadın nəslinin
nümayəndəsini yaxşı tanıyıram (Ə.Vəliyev). Nizamilər,
Füzulilər, Vaqiflər, Mirzə Fətəlilər burada – bu balaca ölkədə
yetişmişlər (M.Hüseyn).
Burada birinci cümlədə “ata və oğul” sözü “Muradla
Rza” mübtədasının,“bibiqızının kürəkənidir” sözü “özümüzün-
küdür” ismi xəbərinin, “yeni qadın nəslinin nümayəndəsini”
sözü “Rəxşəndəni” tamamlığının, “bu balaca ölkədə” sözü
“burada” zərfliyinin əlavəsidir.
Bəzən bir cümlədə bir neçə əlavə iştirak edir ki, bunların
hər biri cümlənin ayrı-ayrı üzvünü, ya da hamısı eyni bir üzvü
izah edir. Bir neçə əlavə eyni bir üzvə aid olarsa, onlara para-
lel əlavə də deyilir; məs: Doğma torpağın gözəl nemətləri – mü-
xtəlif meyvə və şirniyyatlar – alma, heyva, nar, paxlava, şəkə-
rbura, fəsəli stolun üstünü bəzəyirdi. Bu misalda iki əlavə var
ki, bunların birincisi mübtədanın (torpağın gözəl nemətləri) əla-
vəsidirsə, ikincisi həmin əlavənin (müxtəlif meyvə və şirniyyat-
lar) əlavəsidir. Hər iki əlavə mübtədaya aid olduğundan onlara
paralel əlavə deyilir.
Azərbaycan dili və nitq mədəniyyəti
197
Əlavələr izah etdikləri cümlə üzvündən əksər halda tire ilə
ayrılır. Bəzən tire əvəzinə yəni sözündən də istifadə edilir ki,
ondan əvvəl vergül işarəsi qoyulur.
Cümlədəki məna rolunu nəzərə çarpdırmaq üçün xüsusi
intonasiya və fasilə ilə başqa üzvlərdən fərqlənən, özünəməxsus
məntiqi vurğusu olan üzvə xüsusiləşmə deyilir; məs: Deyirlər,
həkimin, xüsusən bıçaqla insan taleyini həll eləyən cərrahın işi
minaaxtaran əsgərin fəaliyyətinə bənzəyir. Göründüyü kimi, bu
misalda cərrahın işinin son dərəcə məsuliyyətli olduğu xüsusi
qeyd edilmişdir.
Cümlənin bütün üzvləri eyni dərəcədə xüsusiləşmir. Belə
ki, tamamlıq və zərfliyin xüsusiləşməsinə tez-tez təsadüf edildi-
yi halda, mübtəda, xəbər və təyinin xüsusiləşməsinə, demək
olar ki, rast gəlmək olmur.
Tamamlıq xüsusiləşərkən əksər halda başqa, savayı, əlavə,
illah ki, əvəzinə, əvəzində qoşmaları ilə, bəzən də ələlxüsus sözü
ilə işlənir. Məs: O, əllərini stola dayayıb bütün bədənini, illah
ki, boynunu pristava tərəf uzatmışdı (M.Cəfərov).
Xüsusiləşmiş zərfliklər əksər hallarda baxmayaraq, halda,
hətta, təqdirdə sözləri ilə işlənir; məs: Bütün uşaqlar bir-biri ilə
oynadığı halda, o, bir küncdə durub baxırdı (M.İbrahimov).
Mübtəda, təsadüfi hallarda olsa da, xüsusiləşir. Xüsusiləş-
miş mübtədalardan əvvəl xüsusən, hətta, habelə sözləri işlənir.
Məs: Cavab verənin çətinlik çəkdiyi, hətta bir az udqunduğu da
rəisin nəzərindən yayınmadı (Ə.Vəliyev).
Xüsusiləşmiş üzvlər cümlənin digər üzvlərindən vergüllə
ayrılır.
Əlavələr və xüsusiləşmələr geniş üslubi imkanlara malik-
dir. Onlar vasitəsilə fikir daha dəqiq, aydın ifadə olunur, bu da
nitqin zənginləşməsinə və nitq mədəniyyətinin yüksəlməsinə şə-
rait yaradır.
Samirə Mərdanova
198
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı
olmayan sözlər
(Xitab və ara sözlər)
Cümlədə cümlə üzvləri ilə qrammatik əlaqədə olmayan,
onlardan fasilə və xüsusi intonasiya ilə ayrılan söz və ifadələr
də var ki, onlar nitqin kimə müraciətlə söyləndiyini, verilən
məlumata danışanın münasibətini, yaxud ümumiyyətlə hiss və
həyəcanı və s. ifadə etmək üçün işlədilir. Bura başlıca olaraq
xitab və ara sözlər aid edilir.
Cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirən
sözlərə və ya söz birləşmələrinə xitab deyilir.Xitabların işlənil-
məsində əsas məqsəd müraciət olunan şəxsin diqqətini cəlb
etmək, onu çağırmaq, oyatmaq, hərəkətə gətirmək, bir işə təhrik
etməkdir.
Xitablar əsasən ismin adlıq halında olan isim və ismi
birləşmələrlə ifadə olunur. Bu cəhətdən xitablar sadə və mü-
rəkkəb olur:
Şair, nə tez qocaldın sən! (S.Vurğun)
Dağlara səs salır, hücum borusu, haydı arş irəli, Vətən
ordusu! (S.Vurğun)
Xitabları ifadə vasitələrinə və cümlədə daşıdığı məzmuna
görə iki qrupa ayırmaq olar:
1.Yalnız müraciət bildirənlər.
2.Müraciətlə yanaşı hiss, həyəcan bildirənlər.
Yalnız müraciət bildirənlər xüsusi isimlərlə, ailə, qohum-
luq münasibəti, ictimai münasibət – vəzifə, ixtisas, peşə və s.
bildirən isimlərlə, bir sözlə, şəxs (insan) məzmunu daşıyan
sözlərlə ifadə olunaraq cümlədə söylənən fikrə diqqəti cəlb
etmək üçün işlədilir; məs:
Durma, yıxıl yat hələ, Fərhad kişi!
Əsri görüb qalma belə mat, kişi!
(M.Ə.Sabir)
Azərbaycan dili və nitq mədəniyyəti
199
Məzlumluq edib başlama fəryadə, əkinçi!
(M.Ə.Sabir)
Hiss-həyəcan bildirən xitablar cümlədə söylənən fikrə
diqqəti cəlb etmək üçün deyil, müəyyən hissi, həyəcanı daha
qabarıq şəkildə ifadə etmək üçün işlədilir. Bunların vasitəsilə
müxtəlif canlı və cansız əşyalara müraciət edilir. Bu qrup
xitablar da isimlərlə ifadə olunur və daha çox bədii əsərlərdə
işlədilir. Ona görə də bunlara bədii xitablar da deyilir; məs:
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.
(S.Rüstəm)
Eşit məni, ana torpaq, ana Vətən!
Mən yenə də səadətə səs verirəm!
(S.Vurğun)
Xitablar bəzən nidalarla bir yerdə işlənir. Məs:
Sus, ey bülbül, kəs, ey tufan, məramım istirahətdir.
(S.Vurğun)
Ədəbi dilimizdə həmcins xitablar da işlənir; məs:
Xanımlar, cənablar, qaldırın bu badələri xanım Gülnazın
sağlığına içək! (M.İbrahimov)
Xitabların cümlədə mövqeyi sərbəstdir, onlar cümlənin
əvvəlində, ortasında və sonunda işlənə bilər. Xitabların yerini
dəyişdikdə, cümləyə xələl gəlmir. Cümlənin əvvəlində işlənən
xitabdan sonra vergül, ya da nida, ortada gələn xitabın hər iki
tərəfində vergül, sonda işlənən xitabdan əvvəl vergül, sonra isə
nöqtə, nida, ya da sual işarəsi qoyulur. Məs:
Samirə Mərdanova
200
Heydərbaba, dağlar yaman dumandı .
(M.Şəhriyar)
Loğalanıb, a görməmiş, çox da belə fırıldama.
(M.Ə.Sabir)
Bir ala gözlünün sorağındayam,
Görünürmü , görün gözə, durnalar!
(M.P.Vaqif)
Danışan şəxs bir çox hallarda söylədiyi fikrə öz münasi-
bətini bildirir ki, bunun nitq üçün böyük əhəmiyyəti vardır. Belə
ki, bu cəhət danışanın fikrinin dəqiqliyini, həmçinin nitqin
ifadəliliyini təmin edir. Danışan söylənən fikrə öz münasibətini
bildirmək üçün ara sözlərdən istifadə edir.
Ara sözlər formaca söz, söz birləşməsi və ya cümlə
şəklində olur; məs:
Həqiqətən, bu yerlər çox mənzərəlidir.
Sözün düzü, mən sizi tanımadım.
Onun nəql elədiyi hekayədə, mənə belə gəlir ki, uydurma
yoxdur.
Ara sözlər, əksər halda, cümlənin əvvəlində, bəzən isə
ortasında işlənir. Cümlənin əvvəlində gələn ara sözdən sonra,
ortada işlənən ara sözün hər iki tərəfində vergül qoyulur; məs:
Bəlkə, əvvəlcə bir stəkan çay içələr (M.İbrahimov).
Bu fikri söyləyən, əlbəttə, “məşhur tənqidçi” Ağazadə
deyildi (M.Hüseyn).
Təsadüfi hallarda cümlənin sonunda işlənən ara sözlərə
rast gəlirik, bu zaman ondan əvvəl vergül qoyulur; məs:
Onlar bu gün bizə gələcəklər, deyəsən.
Ara sözlərin mənaca aşağıdakı növləri var:
Azərbaycan dili və nitq mədəniyyəti
201
Yəqinlik bildirənlər: əlbəttə, şübhəsiz, sözsüz, düzü,
dogrusu, sözün doğrusu, doğrudan da, həqiqətən, düzdür, əsla,
qətiyyən, hökmən və s.
Güman, şübhə bildirənlər: bəlkə (də), güman (ki),
deyəsən, görünür, ehtimal ki, ola bilsin (ki), görəsən, görünür,
olmaya və s.
Təəssüf bildirənlər: əfsus (ki), heyf (ki), çox təəssüf,
təəssüf (ki) və s.
Fikrin mənbəyini, kimə aid olduğunu bildirənlər:
məncə, səncə, mənə görə, sənə görə, bizcə, mənim fikrimcə,
deyilənə görə, eşitdiyimə görə, atalar demişkən və s.
Nəticə bildirənlər və nitqin hissələri arasında əlaqəni
göstərənlər: nəhayət, beləliklə, ümumiyyətlə, deməli, demək,
xülasə, qısası, əvvəla, birincisi, ikincisi, əksinə, bir sözlə, hər
şeydən əvvəl, xüsusən, uzun sözün qısası, başlıcası və s.
Cümlə
Dilin qrammatik quruluşu cümlədə təzahür edir. Cümlə
dilin ən böyük sintaktik vahidi olub, bitmiş fikri ifadə edir.
Dildə cümlənin böyük əhəmiyyəti vardır. Onun əmələ
gəlməsində dilin bütün vasitələri, ünsürləri iştirak edir. Cümlə
digər leksik və qrammatik kateqoriyalardan onunla fərqlənir ki,
o (cümlə), fikrin formalaşması, ifadəsi və başqalarına ötürülməsi
üçün əsas ünsiyyət vasitəsidir.
Cümlə üç mühüm əlamətin əsasında qurulur: predikativlik,
intonasiya, modallıq.
Cümlədə müəyyən hadisə haqqında məlumat verilməli, bir
şey ya təsdiq, ya da inkar edilməli, bir şeyə münasibət bildiril-
məli, sözlər müəyyən qaydada düzülməli və qrammatik üsullarla
əlaqələnməlidir. Məsələn, axşam, sakitlik, dərs oxumaq, Orxan
və s. kimi söz və söz birləşmələrində yuxarıda qeyd etdiyimiz
əlamətlərin heç biri yoxdur. Lakin bunlarda forma dəyişikliyi
Samirə Mərdanova
202
edərək predikativlik əmələ gətirsək, Axşamdır. Sakitlikdir.
Orxan dərs oxuyur. kimi cümlələr formalaşdırmaq olar.
İntonasiya cümlənin ən xarakterik əlamətlərindən biri
olub, cümləni söz birləşmələrindən fərqləndirir. Lakin bəzən elə
hallar olur ki, predikativlik olmadan, hər hansı söz və ya söz
birləşməsi intonasiya vasitəsilə cümləyə çevrilir; məs:
Sübh çağı. Yazın əvvəli. Qız qalası.
Cümlədə təkcə məlumat verilmir, həmçinin danışanın ona
qarşı münasibəti də bildirilir ki, bu da modallıq adlanır.
Cümlənin əsas əlaməti kimi modallıq müxtəlif morfoloji
vasitələrlə, modal sözlərlə ifadə edilə bilər. Məs:
Beləliklə, aylar gəlib keçdi, Zəhra evə qayıtmadı
(M.İbrahimov).
Cümlələr quruluşca sadə və mürəkkəb olur. Sadə və
mürəkkəblik anlayışı cümlənin qrammatik əsası ilə müəyyənləş-
dirilir. Əgər cümlənin bir qrammatik əsası vardırsa, belə cümlə
sadə hesab edilir. Əgər geniş bir fikir bir neçə qrammatik əsasla
ifadə edilirsə, belə cümlələrə mürəkkəb cümlə deyilir.
Cümlənin məqsəd və intonasiyaya görə növləri
Nitqimizi təşkil edən cümlələr müxtəlif məqsədlərlə
işlənir. Onların bir qismi informasiya vermək, bir qismi infor-
masiya almaq məqsədi daşıyır. Bir qisim cümlələr müəyyən bir
işin görülməsinə təhrik edir, arzu, məsləhət, xahiş, hətta yalvarış
məqsədi daşıyır, bir qisim cümlələr isə insanın hiss və həyəcan-
larını, duyğularını, ətraf aləmə reaksiyalarını ifadə edir. Yəni
cümlədə yürüdülən məqsəddən asılı olaraq intonasiya dəyişir.
Buna uyğun olaraq sadə cümlənin 4 növü müəyyən olunur: nəqli
cümlələr, sual cümlələri, əmr cümlələri, nida cümlələri.
Nəqli cümlə hər hansı bir əşya, hadisə, əlamət və s. haq-
qında məlumat verən cümlələrə deyilir. Nəqli cümlənin aşağı-
dakı əlamətləri vardır:
Azərbaycan dili və nitq mədəniyyəti
203
a) Nəqli cümlələr adi intonasiya ilə (tonla) tələffüz
olunur.
b) Nəqli cümlənin xəbəri həm ismi, həm də feili xəbərlə
ifadə olunur.
c) Nəqli cümlə digər növlərə nisbətən dildə daha çox
işlənir.
d) Yazıda nəqli cümlələrin sonunda, əsasən, nöqtə işarəsi
qoyulur. Bəzən qoşa nöqtə, üç nöqtə və ya nöqtəli vergül də
qoyula bilər.
Şəhərə bir həftə bundan əvvəl gəlmişdim (İ.Şıxlı); Yeni ili
Firuzgildə qarşılayırıq (Anar); O il qış tətilinə getmədim
(İ.Şıxlı); Göylərində göz qırpan ulduzları, ayı var, Xəzər kimi
dənizi, Kür, Araztək çayı var (S.Rüstəm); Ağlar var ki,
qaralardan daha qara gündədir (S.Rüstəm);
Sual cümləsi müəyyən bir məlumat əldə etmək üçün
işlədilən cümlələrə deyilir. Sual cümləsinin aşağıdakı əlamətləri
var:
a) Sual cümləsi sual əvəzliyinin köməyi ilə qurulur:
Oxuyan kimdir? (C.Cabbarlı); Yoldaşlar, bu nədir? (C.Cabbar-
lı); Nizaminin “Xəmsə”sini kim oxumuşdur? (M.İbrahimov).
b) Sual cümləsi sual ədatının köməyi ilə qurulur: Sən
məndən qorxmursan ki? (C.Cabbarlı); Məgər bunlar da bizim
kimi adam deyillərmi? (Ə.Haqverdiyev); Bəs nə üçün ana
dilimizdə danışmırıq? (M.Cəlal).
c) Sual cümləsi sual intonasiyası ilə qurulur: Həyətində
gülləri-çiçəkləri suladın? (S.Rəhimov); Yenə başladın? (Anar);
Sən dünən tələbələrlə kinoya gedirdin? (Y.Şirvan).
Bəzən nitqdə cavab tələb etməyən sual cümlələrinə də rast
gəlinir ki, belə cümlələrə bədii və ya ritorik sual cümlələri
deyilir. Belə cümlələr, əsasən, bədii üslubda müşahidə olunur,
onlar fikrin təsirini daha da qüvvətləndirməyə xidmət edir. Məs:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım-şəmi yanmazmı?
(M.Füzuli)
Samirə Mərdanova
204
Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, nəsihət,
qadağan, hətta yalvarış kimi çalarları ifadə edir.
Əmr cümlələrinin aşağıdakı ifadə formaları vardır:
a) Əmr cümləsinin ismi xəbəri olmur. Əmr cümləsinin
xəbəri daha çox feilin əmr formasında olur. Məs: Ləman, dur
əl-üzünü yu, bir az özünə gəl, sonra mənə diqqətlə qulaq as.
b) Bəzən əmr cümləsi əmr ədatının iştirakı ilə formalaşır.
Belə cümlələrdə feillər də əmr formasında olur, ədatlar köməkçi
rol oynayır. Məs: Qoy bu gündən bizim oğlumuz olsun, sənin də
qardaşın. Di ver gəlsin də. Mənim gəldiyimi demə ha. Sən gəl
məni cana doyurma.
Bədii əsərlərdə əmr cümlələrinin işlədilməsi zəngin məna
çaları yaradır:
Ata, izin ver, bu səfər də alma ağacının keşiyini mən
çəkim. – Ah yandım, çəkin! Qoy əvvəl sənin belinə kəndir bağla-
yım, yuxarı çəkşinlər, sonra da mən çıxaram (“Məlikməmmədin
nağılı”).
Nida cümləsi nitqin ekspressivliyini və emosionallığını
yaradan başlıca sintaktik vasitələrdən biridir. Məs:
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
(M.Ə.Sabir)
Nəqli, sual və əmr cümlələri yüksək hiss-həyəcanla deyil-
dikdə və yaxud onların tərkibində nidalar iştirak etdikdə nida
cümləsi yaranır. Deməli, nida cümlələri 2 yolla yaranır:
a) İntonasiyanın köməyi ilə; məs: Bəsdir, aparın bunları!
b) Nidaların köməyi ilə; məs: Aman, köməyə gəlin! Of,
Dostları ilə paylaş: |