__________________Milli Kitabxana__________________ 22
quru siçovulunun burun boşluğunda baş verən istilk mübadiləsində də
ancaq istilikkeçirmə prosesi iştirak edir, ona görə də bu siçovullar
bədənlərini soyutmaqla bərabər, buxarlanmanın qarşısını ala
bildiklərindən su itirmir. Çəkisi 25 kiloqrama qədər olan nandu quşu
da qaçış zamanı öz bədəninin temperaturunun artırmasına baxmayaraq
çox az su itirir. Ətraf mühitin temperaturu 43°S olduqda nandu 20 dəq
ərzində qaçmaqla öz temperaturunu 2,6°S qədər qaldırır. Beləliklə,
onun bədəninin temperaturu ətraf mühitinkindən bir qədər yuxarı
olduğundan istilik miqdarının bir qismini istilikkeçirmə və şüalanma
yolu ilə itirir, buxarlanma ilə səpələnən istilik miqdarı isə bu hesaba
azalır. Quş istirahət etdikdə onun temperatüru ətraf mühitinkindən bir
az aşağı olur. Ona görə də ətrafdan istilikkeçirmə yolu ilə quşun
bədəninə müəyyən miqdar istilik enerjisi daxil olur. Quş həmin əlavə
istiliyi metabolik istiliklə birlikdə buxarlanma yolu ilə ətrafa səpir.
Tərləməklə istilik itirən heyvanlarda bədənin səthindəki
temperatur daxili hissələrə nisbətən aşağı olur. Bu isə ətraf mühitdən
istilik axını üçün şərait yaradır, sərf edilən suyun miqdarını artırır.
Tükü seyrək və tamam tüksüz heyvanlar üçün tərləmə yolu ilə istilik
itkisi zəruri xarakter daşıyır, bu yolla onlar qızmar günəş altında öz
bədənlərini ifrat dərəcədə qızmaqdan qoruya bilir.
Canlı orqanizmlərin öz həyat və fəaliyyətlərini, fizika qanunlarına
uyğunlaşdırmasına aid sonsuz sayda faktlar göstərmək olar. Ayrı-ayrı
mövzuların bu cür faktlar əsasında, həyat prosesləri ilə
əlaqələndirilməsi dərsin keyfiyyətini yüksəltməklə yanaşı, təbiət
fənləri arasında sıx əlaqə olduğunu nümayiş etdirir, şagirdlərdə təbiət
hadisələri haqqında daha tam təsəvvür yaradır, onların təlim prosesinə
marağını 1 tədricən artırır. Belə dərs darıxdırıcı olmur. Şagird aldığı
biliklərin zəruriliyini, bu biliklərin tətbiq olunma imkanlarını bilir.
Biz, tam olmasa da, marağın bir sıra ən etibarlı mexanizmlərini
nəzərdən keçirdik. Bu mexanizmlərdən səmərəli istifadə şagirdləri
bilik və bacarıqlarının inkişafına və təkmilləşdirilməsinə böyük təsir
göstərir.