__________________Milli Kitabxana__________________
5
I FƏSİL
TƏBİƏT ELMLƏRİNİ ƏLAQƏLİ ÖYRƏTMƏYİN
ÜMUMİ MƏSƏLƏLƏRİ
§ 1. FƏNLƏRARASI ƏLAQƏ PEDAQOJİ PROBLEM KİMİ
Yüksək inkişaf etmiş sosialist vətənimizdə bütün kənclərin orta təhsil
alması obyektiv zəruriyyətə çevrilmişdir. Ictimai tərəqqinin tempi, bizim
kommunizmə doğru irəliləyişimizin tempi cəmiyyətin intellektual
potensialından, mədəniyyətin inkişafından, elmdən və təhsildən daha çox asılı
olur.
Təhsilin siyasi-nəzəri səviyyəsi cəmiyyətin ictimai tələblərinə
və elmi-
texniki tərəqqiyə görə təyin edilir. Bu baxımdan fənlərarası əlaqə ən aktual bir
pedaqoji problem kimi ortaya çıxır. Bu problem təhsilin məzmunu və
strukturası ilə sıx əlaqədardır. Ona görə də bu öz əksini təlim metodları,
formaları və vasitəlarində tapmalıdır. Fənlərarası
əlaqə şagirdlərin biliyini
sistemə salmağa, real aləm haqqında onlarda tam mənzərə yaratmağa,
hadisələrin qarşılıqlı dialektik əlaqəsini formalaşdırmağa kömək edir.
Təhsilin məzmununun koordinasiyası və inteqrasiyası problemlərinin
düzgün həlli də bilavasitə fənlərarası əlaqə ilə sıx bağlıdır.
Koordinasiya, ayrı-ayrı fənlərin tədris proqramı tərtib edilərkən,
eyni bir
mövzunun müxtəlif fənlər üzrə öyrədilməsindəki uyğunsuzluğu aradan
qaldırmaq məqsədilə aparılan razılaşmalar və tutuşdurmalarla məşğul olur.
İnteqrasiya isə öyrədilən müəyyən bir təbiət hadisəsi haqqında tam
təsəvvür yaratmaq məqsədilə, həmin hadisənin ayrı-ayrı
təbiət elmlərində
nəzərdən keçi-