Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   2   3   4   5   6   7   8   9   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 

təsəvvür etmək üçün analitik və sintetik yanaşmadan birgə istifadə 
etmək lazımdır. Belə yanaşma üsulu məktəb kursunun 
öyrənilməsində də öz əksini tapmalıdır. 
ABŞ, Böyük Britaniya və bir sıra başqa inkişaf etmiş kapitalist 
ölkələrində elmlərin öyrənilməsində sintatik ənənəyə daha çox 
üstünlük verilir. Onlar bir neçə tədris fənnini birləşdirib vahid bir fənn 
yaratmağa səy göstərirlər. 
Bizim pedaqokika təhsilin məzmununun bu cür inteqrasiyasını 
birtərəfli hesab edir və sovet məktəbləri üçün yaramadığını göstərir. 
Çünki hər bir fənn didaktik cəhətdən işlənmiş bir elm sahəsini təmsil 
edir. Fənlərin müstəqilliyinə qarşı çıxmaq həmin didaktik materialı 
kənara atmaq deməkdir. Əvvəllər «Pedaqogika» nəşriyyatının 
buraxdığı «Orta məktəbin təbiət fənləri materialında fənlərarası əlaqə» 
adlı kitabda da göstərilir ki, hər bir fənn dialektik və didaktik cəhətdən 
işlənmiş müvafiq elm sahəsinin əsaslarını öyrədən müstəqil bir elm 
sahəsi kimi tədris edilməlidir. Orta məktəbdə təbiət elmlərinnn əlaqəli 
öyrənilməsi prosesində də həmin mövqe əsas götürülür, lakin eyni 
zamanda inteqrasiyadan geniş miqyasda istifadə edilir. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yuxarıda adını çəkdiyimiz 
kitabda göstərildiyindən fərqli olaraq, tədris fənlərinin məzmununu 
fənlərarası əlaqəyə yox, əksinə, fənlərarası əlaqəni məktəb kursunun 
məzmununa tabe olmasına həmişə riayət etmək və həmin mövqedən 
inteqrasiyanın inkişaf etdirilməsi zəruri xarakter almalıdır. Çünki 
fənlərarası əlaqə fənlərin məzmununun məhsuludur və ayrı-ayrı 
fənlərin öyrəndiyi hadisələrlə əlaqədar olaraq meydana gəlir. 
§ 3. FƏNLƏRARASI ƏLAQƏNİN NÖVLƏRİ 
Pedaqoji ədəbiyyatın bir qismində fənlərarası əlaqə, müxtəlif 
fənlərin tədris proqramlarının didaktik məqsədlə qarşılıqlı 
razılaşdırılması kimi şərh olunur. Bu mənada fənlərarası əlaqə 
anlayışı, məktəb proqramları tərtib edilərkən hər bir tədris fənnindəki 
ardısıllığı muəyyən etmək məqsədini gü- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin