__________________Milli Kitabxana__________________ 8
istiqamətlərdən biri inkişaf prossesindəki analitikliyi, digəri isə
sintetikliyi təmsil edir. Analitik istiqamətdə yeni elm sahələri, yeni
qanunauyğunluqlar kəşf olunur. Müəyyən şəklə düşmüş elədə
diferensiasiya gedir. Bir sıra yeni elm sahələri yaranır. Bunların
tədqiqat obyekti məhdudlaşır və xüsusi elmi metodlardan istifadə
olunur. Məktəb təcrübəsində bu, fənlər üzrə təlimdə özünü göstərir.
Hər bir fənnin öz öyrənmə dairəsi var. Bu ənənə sonrakı inkişafını
fənnin özünün yenidən hissələrə bölünməsində davam etdirir.
Məsələn, fizika: mexanika, molekulyar fizika və istilik, elektrik,
maqnetizm, optika, atom; biologiya: botanika, zoologiya, insanın
anatomiyası və fiziologiyası, darvinizm və sair. Sonra bu bölmələr də
yenidən mövzulara bölünür. Yeri gəlmişkən qeyd edək ki, maddi
obyektin bu cür hissələrə bölünməsi ancaq pedaqoji məqsəd güdür.
Burada tədris fənninin pedaqoji məntiqinin ön plana keçməsində əsas
məqsəd sistematik öyrənmə prosesi üçün əlverişli şərait yaratmaqdan
ibarətdir. Elmlərin bir-birinə qarşılıqlı təsirini və əlaqəsini tədris
prosesində həmişə izləmək şərtilə bu cür bölünmə heç də təbiətin
bütövlüyünə mane olmur. Çünki müasir təbiətşünaslığın ən səciyyəvi
cəhətlərindən biri də elmlərin qarşılıqlı təsirini göstərən faktların və
hadisələrin kifayət qədər çox olmasıdır. Elə buna görə də indi
təbiətşünaslıqdakı sintetik ənənə daha çox əhəmiyyət kəsb edir.
Müxtəlif elmlərin əldə etdiyi nailiyyətlərdən bir obyektin
öyrənilməsində istifadə edilməsinə (inteqrasiya) indi həmişəkindən
daha çox fikir verilir.
Sintetik ənənə müxtəlif elmlərin qovuşduğu yerlərə aid biliklərin
müəyyən edilməsində özünü xüsusilə büruzə verir. Son illərdə elmi
ixtira və kəşflərin əksəriyyətinin sintetik elmlərə aid olması bunu bir
daha sübut edir.
Biliklərin sintezi sayəsində müasir təbiətşünaslıqda maddənin
təkamülü və onun bir-birinə keçən müxtəlif növ quruluş əlaqələri
haqqında bitkin və püxtləşmiş nəzəriyyələr yaranır. Minerallarla
canlılar arasındakı əlaqələr açılır. Canlı və cansız aləm arasındakı
sərhədin şərti olduğu daha çox nəzərə çarpır. Hər bir maddi obyekt
haqqında tam məlumat əldə etmək və təbiətin ümumi inkişaf
mənzərəsini yaxşı