Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   2   3   4   5   6   7   8   9   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 

ləcək yüksəg ixtisaslı kadrlar yetişdirməyi tələb edir. Ona görə də 
ümumtəhsil məktəbləri şagirdlərinin texnika ilə ayaqlaşa bilən geniş 
biliklər, bacarıqlar və vərdişlər qazanması ən vacib məsələdir. Bunu 
nəzərə alaraq tədris materialının şagirdlər tərəfindən yaxşı 
mənimsənilməsinə və təlim metodlarının fəallaşdırılmasına nail olmaq 
məqsədilə, fizika, kimya, biologiya və digər təbiət elmləri 
müəllimlərinin bir-birilə sıx əlaqə saxlamasını, məsləhətləşməsini, 
öyrədilməsi nəzərdə tutulan nəzəri biliklərin tətbiq dairəsiiin 
müəyyənləşdirilməsini təmin etmək lazımdır. 
Qabaqcıl müəllimlərin iş təcrübəsi göstərir ki, fizika dərsi o zaman 
daha çox səmərəli olur ki, həmin dərsdə öyrədilən material ətraf 
mühitdəki hadisələrlə əlaqələndirilir, canlı təbiətə aid faktlarla 
bağlanır, müvafiq texniki qurğuların nəzəri əsası kimi nəzərdən 
keçirilir. Şagirdlər öyrəndikləri biliklərə əsasən müxtəlif fiziki 
hadisələri dinamik şəkildə təsvir edən qurğular, modellər hazırladıqda 
buna çox fərəhlənirlər. Bütün bu cəhətləri nəzərə alaraq, müəllim 
təlimin keyfiyyətini artırmaq məqsədilə bəzən yeni dərsin əvvəlində 
və ya müəyyən bir hadisəni izah edərkən təlim prosesinin ortasında 
onun tətbiqlərini imkan daxilində nəzərdən keçirməli, yaxud da dərsi 
bununla tamamlamalıdır. 
Müəllim elmdə olan yeniliklərdən xəbərdar olmalı, onun əsas 
inkişaf ənənələri haqqında geniş təsəvvürə malik olmalıdır. 
Müəllimin ən böyük xidməti tədris etdiyi fənn vasitəsilə şagirdləri 
özünə cəlb etməyi bacarması və Uşinskinin göstərdiyi kimi, bilikləri 
təkcə onların şüuruna doğru deyil, həm də hisslərinə doğru 
yönəltməsidir. 
§ 2. FƏNLƏRARASI ƏLAQƏNİN İNKİŞAF YOLLARI 
Hər bir prosses və ya hadisənin inkişafının əsasını ziddiyyətlərin 
vəhdəti və mübarizəsi təşkil edir. Bu, olduğu kimi müasir 
təbiətşünaslığa da aiddir. Çünki onda da bir-birinə zidd olan və eyni 
zamanda vəhdət təşkil edən iki istiqamət səciyyəvidir. Bu 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin