__________________Milli Kitabxana__________________ 12
Bu əlaqəni hayata keçirərkən, fizika müəllimi, kimya və
fizika proqramlarının hər ikisini nəzərdən keçirməli, kimya müəllimi
ilə birgə hazırlanmış plan və metodik materialdan istifadə etməlidir.
Bu əlaqə növü, bütün fənlərin, xüsusilə təbiət elmlərinin bir-birilə
sıx əlaqədə olmasına şagirdləri möhkəm inandırır. Şagirdlər həmin
əlaqənin təsiri altında öyrənilən məsələyə daha yaradıcı şəkildə
yanaşır, onların bilikləri dərinləşir və öyrənmək həvəsi artır,
4.
Koordinasiya əlaqəsi. Bu əlaqə, müxtəlif fənlər üzrə tədris
materialının seçilməsində həyata keçirilir.
Yaxın fənləri tədris edən muəllimlər öz dərslərində eyni bir
hadisəni öyrətdikdə eyni misal və nümayişlərdən istifadə edirlər. Buna
oxşar halları bəzi dərsliklərin müəllifləri də təkrar edir.
Əgər şagird indi gətirilən misalı əvvəllər eşidibsə, bu bir də təkrar
olunanda onu heç maraqlandırmır.Məsələn, maddənin quruluşu ilə ilk
tanışlıqda VI sinifdə fizikadan və VII sinifdə kimyadan eyni
nümayişlər göstərilir. Molekullar arasında boş yerlər qaldığını
nümayiş etdirmək üçün su ilə spirtin qarışığından alınan mayenin
həcminin onu təşkil edən mayelərin əvvəlki həcmləri cəmindən kiçik
olduğunu göstərmək, göydaşın suda diffuziyası, eyni qazların bir-
birinə diffuziyası fizika və kimya dərslərində təkrar olunur. Eyni bir
hadisə qonşu fənlərdə müxtəlif nöqteyi-nəzərdən öyrənilir. Bu yolla
şagirdlər əvvəllər aldıqları bilikləri möhkəmləndirir və verilmiş
hadisənin mahiyyətini dərindən dərk edirlər. Koordinasiya əlaqəsini
həyata keçirmək üçün müəllim tədris materialını seçərkən, öyrənilən
məsələni şərh və izah edərkən şagirdlərə məlum olmayan misallar,
laboratoriya təcrübələri və nümayişlər göstərməlidir. Bu cür əlaqə
təkrarın qarşısını alır, öyrədilən hadisənin yeni yolla əsaslandırılması
isə şagirdlərin bilik dairəsini genişləndirir.
5.