Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   4   5   6   7   8   9   10   11   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
11 
osiasiyanı öyrənməyiblərsə, fizikadan «elektrolitlərə elektrik 
cərəyanı» mövzusunu keçdikdə onu yaxşı başa düşə bilməzlər. 
2. 
Birtərəfli əlaqə. Bu əlaqə, mövzuların öyrənilmə dərinliyini 
artırmaq və şagirdlərin biliyini möhkəmləndirmək məqsədilə başqa 
fənlər üzrə biliklərdən istifadə etməklə həyata keçirilir. Məsələn, 
müəllim fizika dərsində yanacağın istiliktörətmə qabiliyyətindən 
danışarkən o, şagirdlərin kimyadan «oksigenin xassələri və yanma»
haqqında bildiklərini xatırladır. Bu əlaqə birtərəflidir və demək olar 
ki, ümumiyyətlə, fənlararası əlaqənin əsas hissəsini təşkil edir. Bu cür 
əlaqənin həyata keçirilməsi pedaqoji cəhətdən çox faydalıdır. 
Orta məktəbdə fizikanın tədrisi prosesində fizika ilə kimyanın 
əlaqəsi məsələsi ETPEI-nin baş elmi işçisi Azər Abbaszadə tərəfindən 
əsasən tədqiq edilmişdir. O, eksperimental tədqiqat əsasında sübut 
etmişdir ki, bu cür əlaqənin həyata keçirilməsi didaktikanın əsas 
prinsiplərinə uyğun gəlir, öyrənilən materialın 
şüurlu 
mənimsənilməsinə kömək edir, şagirdlərin məntiqi mühakiməsini 
gücləndirir. 
3. 
Tamamlayıcı əlaqə. Bu əlaqə, yaxın fənlərdən birinin əsas 
mövzusu digər fəndə səthi öyrənildikdən sonra, yenidən öyrədilərkən 
həyata keçirilir. Ona görə də bunu tamamlayıcı əlaqə adlandırmaq 
olar. Tamamlayıcı əlaqənin əsas vəzifəsi, yaxın fənlərin kifayət qədər 
tam öyrənilməyən mövzuları üzrə bilikləri tamamlamaqdır. Məsələn, 
şagirdlər VII sinifdə kimyadan «Kimyəvi əlaqənin təbiəti» mövzusunu 
səthi öyrənirlər, çünki bu mövzunu keçərkən şagirdlərin «atomun 
quruluşu və nüvə» haqqındakı təsəvvürləri zəif olur, atomun 
elektromaqnit xassələrilə tanışlıqları olmur. Ona görə də kimyəvi 
rabitə haqqında şagirdlərin biliklərinin tamamlanması fizika 
müəlliminin öhdəsinə düşür. O, bu məsələyə fikir verməsə kimyəvi 
əlaqənin təbiəti həmişəlik olaraq şagirdlər üçün qaranlıq qalar. 
Kimyəvi əlaqə növləri, ancaq atom və molekulların elektromaqnit 
xassələri əsasında düzgün izah edilə bilindiyindən, fizika müəllimi bu 
imkandan istifadə edərək, mütləq şagirdlərin həmin sahədəki 
biliklərində olan kəsirli cəhətləri aradan qaldırmalıdır. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin