__________________Milli Kitabxana__________________ 10
dür. Lakin təcrübə göstərir ki, fənlərarası əlaqənin funksiyası bununla
bitmir. O şagirdlərin məntiqi mühakiməsinin inkişafında, bir-birinə
yaxın elmlərin öyrəndikləri anlayışların dərinləşməsində, eyni
materialın müxtəlif fənlərdə təkrarına yol verməməkdə, qarşılıqlı
əlaqədə olan hadisələrin öyrənilməsinə kompleks yanaşmaqda və sair
məsələlərdə böyük rol oynayır. Ona görə də həzırda didaktikanın əsas
prinsiplərindəi biri kimi qiymətləndirilən fənlərarası əlaqənin bütün
funksiyalarının aşkar edilməsi böyük zəruriyyət kəsb edir.
Müəllifin fizika-riyaziyyat təmayüllü №-li və kimya-biologiya
təmayüllü 5 №-li respublika internat orta məktəblərində fizika
dərslərində apardığı pedaqoji eksperimentlərin nəticələri, elmi-
metodiki ədəbiyyatın təhlili, qabaqcıl müəllimlərin fənlərarası əlaqəyə
aid iş təcrübəsinin öyrənilməsi bu sahədə müəyyən ümumiləşmələr
aparmağa imkan verir.
Tədris prosesində ən çox nəzərə çarpan fənlərarası əlaqə növləri
aşağıdakılardır:
1) quruluş əlaqəsi; 2) birtərəfli əlaqə; 3) tamamlayıcı əlaqə; 4)
koordinasiya əlaqəsi; 5) inteqrasiya ələqəsi.
Əlbəttə, bu cür qruplaşmanı bitmiş hesab etmək düz deyil. Əlaqə
növləri qeyd etdiyimizdən xeyli toxdur. Göstərilən əlaqə növlərini
ayrı-ayrılıqda nəzərdən keçirək.
1. Quruluş əlaqəsi. Bu əlaqə, verilmiş fənnin ayrı-ayrı
mövzularının müəyyən qayda ilə düzülməsini səciyyələndirir, onun
quruluşunu və ifadə olunma məntiqliyini pozmur, alınan biliklərdən
əlaqəli fənlərin yeni mövzularını öyrənməkdə istifadə etmək üçün
şərait yaradır. Həmin əlaqə növü çoxdan məlumdur və tədris
proqramları tərtib edilərkən geniş istifadə olunur. Məsələn,
riyaziyyatda «Kvadrat tənliklərin həlli», fizikada «Bərabərdəyişən
hərəkət» və ya fizikada «Elektrolitlərdə elektrik cərəyanı», kimyada
«Elektrolitik dissosiasiya nəzəriyyəsi» mövzularının yerləşdirilməsi
ardıcıllığı bu cür əlaqə növünə nümunə ola bilər. Bu əlaqə növü
zəruridir, çünki şagirdlər kvadrat tənlik həll etməyi öyrənməmiş
mexanikanın bir çox kinematik məsələlərini həll edə bilməzlər. Yaxud
şagirdlər kimyadan elektrolitik diso-