Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə54/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   50   51   52   53   54   55   56   57   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
58 
mək, nəzəri bilikləri həyatda daha yaxşı tətbiq etmək kimi keyfiyyətlər 
yaradır. 
VI sinifdə mikrobiologiyanın öyrədilməsinə cəmisi bir neçə saat 
vaxt verilir. Biologiya proqramında verilən məsələləri müəllimlər 
şagrdlərə çox çətinliklə çatdırır. Çünki vaxt az, material isə
çoxdur. Ona görə də mikrobiologiya sənayesi haqqında ətraflı 
məlumat verməyə müəllimin imkanı olmur. Belə hallarda qismən 
də olsa fizika və kimya dərslərindəki imkanlardan istifadə etmək 
mumkündür. Məsələn, fizikadan ilk dəfə təzyiq haqqında məlumat 
verilərkən mikroorqanizmlərin fəaliyyətindən də söhbət açmaq 
olar. Son vaxtlar mikroorqanizmlərin fəaliyyətindən neftçıxarmada 
geniş istifadə olunur. Layların neftvermə qabiliyyəti azaldıqda quyuya 
qidalandırıcı mühitlə birlikdə xususi mikroorqanizmlərin ştammları 
yeridilir. Bakteriyalar yeraltı neft xəzinəsinə daxil olaraq orada 
sürətlə çoxalır. Onların həyat fəaliyyəti nəticəsində istehsal olunan 
müxtəlif qazların yaratdığı təzyiq köhnə quyuları yenidən canlandırır. 
Bakteriyalar indi domna peçinin iştirakı olmadan saf metallar almaq 
üçün də istifadə edilir. Onlar xüsusi borularla filiz mədəninə 
göndərilir, metal oksidləşərək bakteriyalaşdırılmış məhlula keçir, 
sonra həmin məhlul nasosla sorularaq emal edilir. Bu üsulla alınan 
mis digər üsullara nisbətən üç dəfə ucuz başa gəlir. Bundan əlavə, 
böyük torpaq ərazisi zibillənmir, filizi çıxaran, daşıyan,
xırdalayan mürəkkəb texnikaya da ehtiyac olmur, Beləliklə, şagirdlər 
müxtəlif elmlər arasındakı və bu elmlərlə müasir istehsalat arasındakı 
əlaqələri öyrənirlər. Onların yaddaşındakı biliklər bir-birilə görüşür, 
bir-birini tamamlayır və təkmilləşdirir. Bu isə öz növbəsində 
biliklərin səmərə və keyfiyyətini artırır. Elmə çoxdan məlumdur ki
enerjiyə qənaət etməkdə canlı orqanizmlər bütün texniki qurğulardan 
üstündür. Bunun səbəbn də radioaktiv şüalanma ilə əlaqədardır. 
Müəyyən edilmişdir ki, qafa tası sümüklərində radioaktiv maddələrin 
konsentrasiyası orqanizmin başqa yerlərinə nisbətən daha çoxdur. 
Burada fasiləsiz olaraq gedən şualanma biokimyəvi reaksiyaların 
sürətini artırır və orqanizmə lazım olan enerji ehtiyatını özündə 
toplayan maddələrin sintezi üçün əlveriş- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin