1
XARİCİ YADDAŞ QURĞULARI
Xarici yaddaş qurğuları informasiyanın uzun müddət saxlanması üçün istifadə
edilən qurğulardır. Bu qurğular infor masiyanın saxlanması üçün enerjidən asılı
deyil. Kompüterlərdə xarici yaddaş kimi sərt diskdən, diskdən, fləşdən, optiki
disklərdən, maqnit lentlərindən, maqnit kartlarından və s. istifadə olunur. Xarici
yaddaşa bəzən informasiya daşıyıcısı da deyilir. Əməli yaddaşdan fərqli
olaraq bu yaddaşlardakı infor masiya kompüter elektrik şəbəkəsindən
ayrıldıqda silinmir. İn formasiya daşıyıcısında informasiyanın uzun müddət
saxlanması üçün maqnit örtüklü materiallardan və digər üsullardan istifadə
olunur.
Böyük kompüterlərdə maqnit lenti və maqnit diski infor masiya daşıyıcıları
kimi geniş tətbiq edilir. Maqnit lentinə informfasiya ardıcıl üsulla yazılır və
oxunur.
Perfokartlar uzun müddət kompüter dünyasında verilən lərin saxlanılması üçün
əsas qurğu olub. Perfokart latın sözüdür, perforo – dəlirəm, charta – papirus
vərəqi, kağız deməkdir. Nazik kartondan hazırlanan perfokart informasiyanı
kartın müəyyən mövqelərində dəliklərin olub-olmaması ilə təqdim edilir. IBM
şirkəti 1949-cu ildə verilənlərin saxlanılması üçün yeni qurğu hazırlamağa
başlayır və 1952-ci il may ayının 21-də IBM-701 seriyalı kompüterlər üçün
IBM-726 lent daşıyıcı modulunu təqdim edir.1956-ci il sentyabr ayının 13-də
ilk IBM şirkəti sərt diski (IBM 305) təqdim ediir. 1 tona (971 kq) yaxın çəkisi
olan sərt disk ölçüsünə görə iri şkafı xatırladırdı. Perfokart və maqnit
lentlərinin istifadə olunduğu bir dövrdə 5 milyon simvolu (5 MB) yaddaşda
saxlayan sərt diskin yaradılması çox böyük nailiyyət idi. Sərt disk RAMAC
(Random Access Method of Accounting and Control) adlanırdı və IBM-in San-
Xose şəhərindəki laboratoriyasında hazırlanmışdı. Qiyməti 50 min dollar idi.
1 mbaytın qiyməti 10 min dollar bərabər idi. Sərt disk 35 min dollara (o
dövrdə bu qiymət 17 minik avtomobilinin qiymətinə bərabər idi!) icarəyə
verilirdi. Sərt disk daxilində 50 ədəd 24 düym (təxminən 61 sm) diametrə malik
plastin yerləşirdi, oxuyan başlıq 1 ədəd olduğundan diskin işləmə surəti çox
ləng idi. Yenə də Ronald Conson tərəfindən hazırlanmış digər modeldə isə
(IBM 1301) hər 1 plastində ayrıca oxuyan başlıq var idi, bu da sərt diskin
surətini artırırdı. Sərt disklər ölçüsünə görə (böyük yer tuturdu) bir çox illər
daha çox elmi mərkəzlərin, iri şirkətlərin computer laboratoriyalarında istifadə
olunub.
2
1980-cı ildə Seagate Technology ST- 506 – 5 MB yaddaşa malik ilk 5 düymlü
sərt diski təqdim edir. Bundan sonar isə sərt disklər fərdi kompüterlərdə
işlədilən əsas qurğulardan birinə çevrilib.
Dostları ilə paylaş: |