Regional Mülahizәlәr
Afrika: Subsahara Afrikasında valideynlәri QİÇSin qurbanı olmuş 15 milyon uşaq yaşamaq üçün cüzi
hüquqi vasitәlәrә malik olmaqla gәlәcәk mütәşәkkil cinayәt üçün yeni istedadlar ordusunu yaradır. Qәrbi
Afrika Dövlәtlәrinin İqtisadi Cәmiyyәti (ECOWAS) cinayәtkarlığa qarşı mübarizә strategiyalarının
әlaqәlәndirilmә yolu ilә hәyata keçirilmәsinin yaxşılaşdırılmasında Qәrbi Afrika hökumәt qurumları ilә
birgә çalışır. 2000ci ildәn bәri ildә $50 milyarddan yuxarı vәsaitin qeyriqanuni maliyyә axını
sәbәbindәn itirildiyi göstәrilmişdir. Yüz milyardlarla dollar çirkli pulların yuyulması vә korporativ
vergilәrdәn yayınma sәbәbindәn qitәdәn çıxmışdır. BMTnin Afrika vә Afrika İttifaqı üzrә İqtisadi
Komissiyası 2012ci ilin fevral ayında bu xroniki problemә ünvanlanan Yüksәk Sәviyyәli Ekspert
Komissiyası yaratmışdır. 2013cü ilin oktyabr ayında Maliyyә Şәffaflığı Koalisiyası TMC maliyyә
fәaliyyәtlәrinin Afrikada sәbәb olduqları problemlәrin müzakirәsi üçün iki günlük yüksәk sәviyyәli
konfrans keçirmişdir. Brazzavil Bәyannamәsi altı Mәrkәzi Afrika ölkәsi tәrәfindәn imzalanmış vә
aidiyyәti tәşkilatlar üzәrilәrinә ildә 700,000 ha sahәnin itirildiyi Konqo Hövzәsinin tropik meşәsindә
qeyriqanuni ağac tәdarükünә qarşı mübarizә aparmaq öhdәliyi götürmüşlәr. Kofi Anan Fondu
Mütәşәkkil Cinayәtin vә Narkotik Vasitәlәrin Qeyriqanuni Dövriyyәsinin Qәrbi Afrikada İdarәetmәyә,
İnkişafa vә Tәhlükәsizliyә Tәsirinә hәsr edilmiş ekspert yığıncağı keçirmişdir, yığıncağın xülasәsi ilә
İnternet saytında tanış olmaq mümkündür. Cibuti, Efiopiya, Somali vә Yәmәndә qanuni sayılan qatın
(kat) artan istehsalı vә ticarәti beynәlxalq tәşkilatların narahatlığına sәbәb olur. Sayıq çoxmillәtli dәniz
donanmasının sәyi sayәsindә Şәrqi Afrikada piratlıq kәskin şәkildә azalmışdır; 2012ci ildә baş vermiş 75
insidentlә vә 2011ci ildә baş vermiş 237 insidentlә müqayisәdә 2013cü ildә Somalidә 15 insident baş
vermişdir. Bununla belә, Qәrbi Afrika sahilindә piratlıq problem olmaqda davam edir vә 2013cü ildә 51
hücum qeydә alınmışdır. 2013cü ilin sentyabr ayında INTERPOLun Efiopiya vә Uqandada apardığı
әmәliyyat 53 şәxsin hәbsi, 300 insan alveri qurbanının azad edilmәsi vә çoxlu sayda qeyriqanuni
immiqrantların aşkar edilmәsi ilә nәticәlәnmişdir. Nigeriya UNODC vә Aİ ilә birgә ölkә miqyaslı insan
alverinә qarşı üçillik kampaniyaya rәvac vermişdir. Keniyadan Fars körfәzi dövlәtlәrinә cinsi kölәlәr kimi
gәtirilәn kişilәr haqda mәlumat verilir. Keniya kәrgәdan buynuzlarının vә digәr heyvan hissәlәrinin
qitәdәn çıxarılaraq Asiya bazarlarına tәchiz edilmәsi kimi ciddi problemә çevrilmiş vә geniş vüsәt almış
brakonyerlik fәaliyyәtinin qarşısını almaqdan ötrü 1000dәn artıq kәrgәdanın buynuzunda izlәyici
cihazın quraşdırılması layihәsinә start vermişdir. Korrupsiya әksәr Afrika ölkәlәrindә mütәşәkkil cinayәtә
qarşı mübarizәyә әn ciddi maneә yaradan sәbәblәrdәn biri olaraq qalır.
Asiya vә Okeaniya: Asiya qulların sayına görә öndә gedәn qitә olmaqda davam edir. Beynәlxalq Әmәk
Tәşkilatı (ILO) mәlumat verir ki, insan alveri hallarının 59%i Asiyada vә Yaxın Şәrqdә baş verir. Çin
dünya miqyasında qeyriqanuni bazarların 13% gәlirinә malikdir, bu da dünyada ikinci әn böyük
göstәrici demәkdir $261 milyard. Dünyada әn pis narkomaniya göstәricisi – 2%dәn yuxarı İranın
payına düşür vә bu dövlәt әks tәdbirlәr görmәk üçün ildә $1 milyard vәsait sәrf edir. Әfqanıstanda
istehsal edilәn tiryәkin miqdarı 2011ci ildә 61%, 2010cu ildә 3,600 tondan 2011ci ildә 5,800 tona
qalxmışdır. UNODCnin hesablamalarına görә
Әfqan ticarәtindә iştirak edәnlәrin illik gәliri ümumәn $3 milyard tәşkil edir vә bundan әn çox pay
narkotik vasitә alverçilәrinin payına düşür vә bu ticarәtin artacağı proqnozlaşdırılır. BMT/Dünya
Bankının rәyinә görә Әfqan tiryәki probleminin aradan qaldırılmasına onilliklәr sәrf edilmәlidir. Çin Aİ
yә göndәrilәn saxta malların әsas mәnbәyidir. çindә qadınların nisbәtәn sayının az olması onların
evlәnmәk üçün yaxın ölkәlәrdәn gәtirilmәsinә sәbәb olmuşdur. Hindistan saxta dәrman istehsalının әsas
mәnbәyidir. Şimali Koreya nüvә silahlarının satışı ilә mәşğul olan mütәşәkkil cinayәtin tüğyan etdiyi,
silahların, saxta valyutaların, cinsi kölәlәrin, narkotik vasitәlәrin vә müxtәlif çeşiddә saxta malların qeyri
qanuni ticarәtinә cәlb edilmiş dövlәt hesab edilir. Myanma miqrantların Tailand vә Malayziyaya
deportasiya olunmasında ittiham edilir, burada onlar istismara mәruz qalırlar vә mәlumat verildiyi kimi,
fil sümüyünün satışı vә fillәrin qaçaqmalçılıq yolu ilә ölkәdәn çıxarılması mәrkәzinә çevrilmişdir.
Myanma vә çin Asiyada qeyriqanuni narkotik tәhlükә hesab olunan amfetamin növlü stimullaşdırıcı
maddәlәrin әsas mәnbәlәri olaraq qalır, baxmayaraq ki, kokain bazarında böyük miqyasda TMC
әlamәtlәrinin mövcud olduğu ehtimal olunur. Laos demәk olar ki, tiryәk istehsalını aradan qaldırıb, lakin
problem hazırda geri qayıtmışdır. 2013cü ildә Myanmada tiryәkin becәrilmәsi 13% artmış, bu göstәrici
ardıcıl şәkildә yeddi il artan xәtlә davam etmişdir. Avstraliya vә ABŞın maliyyәlәşdirdiyi PATROL
layihәsi çin vә CәnubŞәrqi Asiya ölkәlәrinin sәrhәdçilәri ilә birgә çalışaraq quru sәrhәdlәrindә, dәniz
limanlarında vә hava limanlarında tәhlükәsizliyi artırmaq yolları arayır. ÜçSәrhәd Tәşәbbüsü layihәsi
İndoneziya, Malayziya vә Filippin arasında piratlığa qarşı әhәmiyyәtli dәniz yollarını qoruyur, lakin
mәlumat verilir ki, piratlıq Malakka Boğazına qayıdır. Fici adasında böyük torpaq sahәlәri güman edildiyi
kimi Rusiya Mafiyası tәrәfindәn alınmışdır. Hesabatda deyilir ki, Avstraliyada bir neçә milyard dollarlıq
narkotik vasitәlәr istehsal edәn müәssisә fәaliyyәt göstәrir vә Avstraliyalılar dünyada adambaşına qeyri
qanuni stimullaşdırıcılardan istifadә edәn istehlakçılar arasında öndә gedirlәr. Olduqca kasıb insanlardan
alınan vә olduqca dövlәtli insanlara satılan insan orqanlarının qeyriqanuni beynәlxalq ticarәti
mövcuddur.
Avropa: Europol Eİyә tәsir göstәrәn cinayәt әmәllәri vә cinayәtkar qruplar barәdә hüquqmühafizә
orqanlarının tәqdim etdiklәri mәlumatların sistematik tәhlilini aparan Aİnin Ciddi vә Mütәşәkkil Cinayәt
Tәhlükәsinin Qiymәtlәndirilmәsi hesabatını (SOCTA 2013) dәrc etmişdir. Hesabatda deyilir ki, Aİdә
3,600 aktiv mütәşәkkil cinayәtkar qrup mövcuddur vә onların 70%i çoxsaylı millәtlәrdәn tәşkil
olunmuşdur vә saxta pul әskinazlarının istehsalı, saxta mәhsullar vә kiber cinayәtlәrin sayı artmaqdadır.
SOCTA mütәşәkkil cinayәt tәhlükәlәrinin prioritetlәşdirilmәsindә strateji qәrar qәbul edәnlәrә yardım
etmәk üçün işlәnib hazırlanıb. Bundan әlavә, Avropanın Narkotik vasitәlәr vә Narkomaniya üzrә
Monitorinq Mәrkәzi (EMCDDA) Aİnin orqanıdır vә illik әsasla Avropanın Narkotik vasitәlәrә dair
hesabatını dәrc edir. Europol hәmçinin araşdırmalara texniki, analitik vә mәhkәmә yardımı göstәrmәk
üçün yeni Avropa Kibercinayәt Mәrkәzini maliyyәlәşdirilir. AK 20122016cı illәrdә İnsan Alverinin
Kökündәn Kәsilmәsi ilә bağlı Aİ Strategiyasını qәbul etmişdir. ABŞ Dövlәt Departamenti Rusiya, çin vә
Özbәkistanı insan alverinә qarşı mübarizә aparan ölkәlәr sırasında әn aşağı sәviyyәyә layiq görmüşdür.
BKnın Ciddi Mütәşәkkil Cinayәtә qarşı Mübarizә Agentliyinin 2012/13cü illәri әhatә edәn İllik Planı
ilk milli kompleks strategiyasında – Yerli sәviyyәdәn Qlobal sәviyyәyә, çevikliyi qeyd etmiş, lakin
gözlәntilәri qeyd etmәmişdir; bununla belә, o Milli Cinayәtә qarşı Mübarizә Agentliyini yaradacaq.
Mütәşәkkil cinayәt BKya ildә £2040 milyarda başa gәlir vә 6,000 cinayәtkar qrupun bir hissәsi kimi
38,000 tanınmış şәxs mövcuddur. Aİ xüsusilә dә Şәrqi Avropada insan alveri vә çirkli pulların yuyulması
mәsәlәlәri ilә bağlı öz sәrhәdlәri boyu pul köçürmәlәrinә nәzarәti güclәndirmişdir, lakin 2007ci ildә
Bolqarıstan vә Rumıniyanın Aİyә qoşulması hәmin ölkәlәrdәn qadın alveri hallarını daha asan etmişdir.
2012ci ildә INTERPOL Şәrqi Avropada 1,400 insanı әhatә edәn malların qeyriqanuni dövriyyәsinә
qarşı әmәliyyata rәhbәrlik etmiş vә 7.3 milyon qeyriqanuni dövr edәn malı müsadirә etmişdir. Rusiya
rәsmilәri hәmin ölkәdә narkotik vasitәlәrlә bağlı vәziyyәti “apokaliptik” bәyan etmiş, lakin Maliyyә
Әmәliyyatları üzrә Mәqsәdli Qrup Rusiyanı qeyriqanuni maliyyә әmәliyyatları ilә mübarizә aparan
ölkәlәr arasında ABŞ vә Yaponiyadan yuxarı sıralarda yerlәşdirmişdir. Rusiya brakonyerliyә qarşı yeni,
olduqca ciddi qanun qәbul etmişdir vә bu qanuna görә kökü kәsilmәkdә olan istәnilәn növә sahib
olunması cinayәt әmәli sayılır. Avropada kokaindәn istifadә ola bilsin ki, iqtisadi böhran sәbәbindәn pik
nöqtәyә çatmışdır.
Latın Amerikası: Uruqvay regionda marixuananı leqallaşdıran ilk ölkәdir. ADT narkotik vasitәlәrlә
bağlı qanunlara dәyişiklik edilmәsi әtrafında müzakirәlәr aparmışdır. Buna sәbәb, Meksika vә
Kolumbiyada mütәşәkkil cinayәtkarlığın tüğyan etmәsi vә cinayәtkarların bu iki ölkәdәn Latın
Amerikasının digәr ölkәlәrinә keçmәlәri olmuşdur. 20082012ci illәr әrzindә narkotik vasitәlәrlә bağlı
zorakılıq halları sәbәbindәn Meksikada 60,000 insan qәtlә yetirilmiş; vә 2012ci ilin dekabr – 2013cü
ilin yanvar ayında isә 2,200 ölüm halı qeydә alınmışdır. Meksikanın narkotika alverçilәri ABŞda
narkotik vasitәlәrin qaçaqmalçılığından Meksikanın neft ixracından qazandığından daha çox gәlir ($25
$40 milyard) әldә edirlәr. Meksikanın narkotika alverçilәri sürәtlә cәnuba, Mәrkәzi Amerikaya doğru
irәlilәmәkdәdirlәr vә ildә Miçiokandan 42 milyon dollarlıq oğurlanmış dәmir filizi ixrac edәn La Familia
ilә birgә әraziyә yayılmaqdadırlar. Salvador, Qvatemala, Hondurasda tәtbiq edilәn ağır polis tәdbirlәri bu
cür cinayәtkar dәstәlәrini daha da mütәşәkkil vә qәddar etmişdir. UNODC mәlumat verir ki, cinayәtkarlıq
Mәrkәzi Amerikada sabitliyin bәrqәrar olmasına mane olan әn böyük problemdir. Latın Amerikasının
bәzi ölkәlәri zorakı cinayәtkar dәstәlәrinin saxlanması strategiyası çәrçivәsindә xәrclәri / mәnfәәtlәri
nәzәrә almaqla narkotiklәrin leqallaşdırılması vaxtının yetişdiyini söylәyirlәr. Kolumbiya hökumәti
“narkotik bitkilәrin” becәrilmәsini cinayәt әmәli hesab etmәyәn qanunvericilik qәbul etmişdir, lakin eyni
zamanda narkotik vasitәlәrin işlәnmәsi vә ticarәti cinayәt әmәli sayılır. Uruqvay dünyada marixuananı
leqallaşdıran ilk ölkә olmuşdur. Bu, Latın Amerikasının narkotik vasitәlәrin qanunsuz dövriyyәsinin
qarşısının alınmasında hәyata keçirdiyi strategiyanın bir hissәsidir. Braziliya bütün ölkәdә kokainin
ticarәti vә ondan suiistifadә etmәyә qarşı mübarizәyә $2,2 milyard hәcmindә plan işlәyib hazırlamış,
UNODC vә federal hökumәt isә ailә münasibәtlәrinin inkişafı proqramının tәtbiqinә başlamışlar.
Narkotika alverçilәrindәn ibarәt cinayәtkar dәstәlәr silahlı birlәşmәlәrә çevrilmәkdәdirlәr. Ekvador
narkotik qaçaqmalçılığının әsas marşrutuna çevrilmişdir, onun narkotik vasitәlәr alverinә xarici tәşkilatlar
nәzarәt edir. Meksikanın narkobaronları Peruda kokain istehsalına nәzarәt edir vә ildә $22 milyarddan
artıq vәsait әldә edirlәr. Narkotika istehsalı Peruda o qәdәr dә böyük miqyasda mövcud deyil, bu göstәrici
Boliviyada olduğundan 12%, Kolumbiyadan isә 25% azdır. Latın Amerikasında “Narkotikaya qarşı
Müharibә” Şimali vә Latın Amerika hökumәtlәri arasında vahid strategiyanın olmaması sәbәbindәn
lәngiyir. Bu proses hәmçinin “cinayәtkar diasporlar” fenomeni üçün münbit şәraitin olduğu Latın
Amerikası tәrәfindәn lәngidilir – burada cinayәtkarlar hüquqmühafizә orqanları tәrәfindәn qonşu
ölkәlәrә qovulur, yaxud da onların özlәri sәrhәddәn kәnar gәlir әldә etmәk üçün böyük imkanların
olduğunu hesab edirlәr. UNODC Mәrkәzi Amerika vә Karib Hövzәsi Ölkәlәrindә Transmilli Mütәşәkkil
Cinayәtkarlıq: Tәhlükәlәrin Qiymәtlәndirilmәsi adlı hesabat dәrc etmişdir: Karib hövzәsi ölkәlәrinin
payına 25% dünya cinayәtkarları, hәmçinin cinayәtkar dәstәlәr vә yalnız 8,5% dünya әhalisi düşür.
Şimalı Amerika: Obama Administrasiyası Mütәşәkkil Cinayәtkarlığa qarşı mübarizә strategiyası ilә
bağlı milli yekdilliyi daha çox tәmin etmәk mәqsәdilә Transmilli mütәşәkkil Cinayәtkarlığa qarşı
Mübarizә üzrә Strategiya dәrc etmişdir. Transmilli Mütәşәkkil Cinayәtkarlığa qarşı Mübarizә ilә bağlı
Xüsusi Mükafatlandırma Proqramı Dövlәt Katibinә transmilli cinayәtkar tәşkilatların mәhv edilmәsinә,
bu işin başında duranların aşkar edilmәsi vә tapılmasına, onların maliyyә mexanizmlәrinin mәhv
edilmәsinә, üzvlәrin vә liderlәrin hәbs vә mühakimә edilmәsinә yardım edәn fәaliyyәtlәrә görә mükafat
tәqdim etmәyә icazә verir. ABŞ dünyada mövcud olan vә $625.6 milyard dәyәrә malik qeyriqanuni
bazarların üçdә birinә sahibdir. Beynәlxalq Mütәşәkkil Cinayәtkarlığa qarşı Kәşfiyyat Әmәliyyatlarının
Әlaqәlәndirilmәsi Mәrkәzi ABŞın beynәlxalq mütәşәkkil cinayәtkarlığa qarşı mübarizә sahәsindә sәyini
qiymәtlәndirir vә bu cür halların istintaqı vә cinayәt tәqibini әlaqәlәndirir. ABŞda narkotik vasitәlәrlә
bağlı cinayәt әmәli törәtmiş vә ya törәdәn cinayәtkar qruplaşmaların üzvlәrinin sayı tәxminәn 1 milyona
çatmış vә onlar bütün ölkә icmalarında baş verәn cinayәt әmәllәrinin 80%nә mәsuliyyәt daşıyırlar.
Mütәşәkkil cinayәtkarlıq vә onun terrorizmlә әlaqәsi milli tәhlükәsizliyә tәhlükә kimi nәzәrә alınmalıdır.
Kanada hәmişәki kimi metamfetamin vә ekstazanın әsas istehsalçısı vә tәdarükçüsü olaraq qalır. Ölkә
boyu aparılan sorğu göstәrmişdir ki, kanadalıların 66%i az miqdarda marixuananın leqallaşdırılması
fikrini dәstәklәyirlәr, bu ideyanı hәmçinin bir sıra әsas siyasi partiyalar da bәyәnmişlәr. ABŞın Kolorado
vә Vaşinqton ştatları rekreasiya mәqsәdi ilә marixuanadan istifadәni leqallaşdırmışlar; vә digәr ştatların
da dövlәt vә federal qanun arasında hüquqi münaqişә yaradacaqları gözlәnilir.
Ölkәlәrin qeyriqanuni bazarlarının dәyәri; әn yüksәk sıralarda yer alan 10 ölkә vә dünyanın yerdә qalan
hissәsi (milyard, ABŞ dolları)
Mәnbә: havocscope.com
13. ENERJİ TӘLӘBATI
Enerjiyә artan tәlәbat necә tәhlükәsiz vә sәmәrәli şәkildә tәmin оlunmаlıdır?
Dünya sayı getdikcә artan vә zәnginlәşәn әhalinin tәlәbatını ödәmәk üçün kifayәt qәdәr tәhlükәsiz vә tez
bir zamanda әldә edilmәsi mümkün olan enerji axtarışındadır. 2050ci ilә cәmi 36 ildәn sonra dünya
әlavә olaraq 3,3 milyard insan üçün daha çox elektrik enerjisi istehsal etmәlidir. Bu gün, 1,2 milyard
insan (dünya әhalisinin 17%) elektrik enerjisi olmadan yaşayır vә daha 2 milyard insan isә 2050ci ilә
dünya әhalisinin sayına әlavә olunacaq. Bu durum köhnәlmiş AESnin istismardan çıxarılmasını vә
onların yeni elektrik stansiyaları ilә әvәz edilmәsi vә yenilәnmәsini tәlәb edәrәk gündәngünә kәskinlәşir.
Tәxminәn 3 milyard insan yemәk bişirmәk vә isinmәk üçün әvvәlkitәk әnәnәvi biokütlәyә güvәnirlәr.
Әgәr daha zәngin vә daha mürәkkәb dünyaya uzunmüddәtli meyllilik cәhdi davam edәrsә, 2050ci ilә
bizim enerji tәlәbatımız gözlәnildiyindәn dә böyük ola bilәr. Bununla belә, texnologiyaların
konvergensiyası 2050ci ilә insanların әksәriyyәtinin bu gün mümkünsüz hesab etdiklәri enerjidәn
sәmәrәli istifadә imkanını daha da sürәtlәndirәcәk.
İnnovasiya aşağıdakıları sürәtlәndirir:
Qazılmış geotermal süxurlar (bir neçә kilometr aşağıya) әnәnәvi geotermal süxur әnәnәvi
geotermal süxurların әldә edilmәsi mümkün olmayan yerlәrdә geotermal enerjidәn istifadәni
mümkün edәcәk vә bu zaman kifayәt qәdәr sudan da istifadә etmәk mümkün olacaq.
Günәş fermaları Stirlinq mühәrriklәri vә digәr generatorlarla yüksәk qüllәdә günәş şüasını qәbul
edә bilәcәklәr.
Fotoelektrik konsentratorlar әhәmiyyәtli dәrәcәdә xәrclәri azaldacaq vә dәniz suyunu günәş
batareyaları paneli sәthindә mövcud olan mikrokanallar vasitәsilә sovurmaqla sirin siya
çevirәcәk.
Elektrik stansiyalarından, insan bәdәnlәrindәn vә mikrosxemlәrdәn alınan istilik elektrik enerjisi
yarada bilәcәk.
Binaların elektrik tәchizatı vә sәmәrәlilik üzrә digәr memarlıqtikinti layihәlәşdirmәlәri işlә
müqayisәdә istifadә etdiklәrindәn daha çox enerji istehsal etmәlәri nәzәrdә tutulur.
Suyun hidrogendәn ayrılması üçün günәş enerjisi.
Elektrik enerjisinin әldә edilmәsi üçün mikrob yanacaq elementlәri
Kompakt lyüminesent lampalar vә işıq diodları enerjiyә kifayәt qәdәr qәnaәt edirlәr, bu kcür
qәnaәti elektrik cәrәyanını keçirәn naoborularla da etmәk mümkündür.
Metalhava batareyaları
Yeyinti vә maye yanacaq istehsalı üçün qalofitlәr, yosunlar
Bina vә digәr sәthlәrdә plastik nanotexnoloji fotoelektrik enerji xәrclәri azalda vә sәmәrәliliyi
artıra bilәr.
CO
2
nin birbaşa etanola vә dizelә çevrilmәsi üçün sianobakteriyaların kömәkliyi ilә akvabitkilәr
Gecә saatlarında istifadә edilmәyәn elektrik enerjisi elektrik vә hibrid avtomobillәrin tәchizatı
üçün istifadә edilә bilәr
Gәlәcәyә baxış:
CO
2
әvәzinә hidrogen istehsal edәn stansiyalar inşa etmәk üçün genomikadan istifadә edilmәsi
Aşağı enerji sәviyyәli nüvә reaksiyaları (LENR soyuq sintezlә bağlıdır)
Hündür külәk generatorları
Yaponiya 2020ci ilә orbitdә günәş energetika sistemindә işçi sahәyә malik olmağı planlaşdırır vә
Çin bunu 2040cı ilә planlaşdırır
Shell 2050ci ilә enerjiyә olan qlobal tәlәbatın 2000ci illә müqayisәdә üç dәfә çox olacağını
proqnozlaşdırır vә әsas sosialiqtisadi tendensiyaların qorunub saxlanacağını güman edir. O göstәrir ki, bu
“haradasa tәlәbatın növbәdәnkәnar tәnzimlәnmәsini vә istehsalın növbәdәnkәnar sürәtlәndirilmәsini”
tәlәb edir. BP 2012ci ildәn 2035ci ilәdәk dünya üzrә enerjiyә olan tәlәbatın 41% artacağını vә bunun
95%nin inkişaf etmәkdә olan ölkәlәrdәn gәlәcәyini proqnozlaşdırır. BEAnın hesablamalarına görә
2035ci ilәdәk bütün dünyada enerjiyә olan tәlәbatı ödәmәk üçün $38 milyard tәlәb olunacaq vә bu
tәlәbatın 90%i İӘİTyә daxil olmayan ölkәlәrdәn gәlәcәk. 2035ci ilә Çin ABŞ ilә müqayisәdә 70% çox
enerji istehlak edәcәk, baxmayaraq ki, hazırda Çindә enerjidәn adambaşına istifadә ABŞ ilә müqayisәdә
yarıbayarı azdır. BEAnın qiymәtlәndirmәlәrinә görә 2020ci ilәdәk bütün dünyada elektrik enerjisinә
ümumi çıxışın tәmin edilmәsi vә yemәk hazırlamaq üçün müasir sobaların hazırlanması üçün ildә $48
milyard vәsait sәrf olunacaq. Şübhә yoxdur ki, günәş batareyaları, günәş istilik kollektorları, biokütlә,
külәk vә geotermal enerji kimi bәrpa edilәn enerji mәnbәlәri mәdәn yanacaqlarını әvәz edә bilәrlәr.
Mәsәlә, dәyişikliyin edilmәsi üçün mәqsәdyönlü strategiyaların uyğunlaşdırılmasından gedir. Hazırda,
istehsal edilәn yeni enerjilәrin gücünün yarısı bәrpa edilәn enerjidәn gәlir; lakin, son on ildә kömür
elektrik enerjisinә olan tәlәbatın 47%ni ödәyir. İqlim Dәyişikliyi üzrә Hökumәtlәrarası Ekspertlәr
Qrupunun hesabatlarında göstәrilir ki, bәrpa edilәn enerji mәnbәlәri 205ci ilә dünya enerji tәlәbatının
77%ni ödәyә bilәr vә Ümumdünya Vәhşi Tәbiәt Fondu isә hesab edir ki, bu 100% mümkündür.
Geotermal, günәş, külәk enerjisi vә biokütlәnin qiymәti düşür. Karbon tullantısı üzrә müәyyәn edilәn
qiymәt qeyrimәdәn mәnbәlәrinә sәrmayә yatırılmasını artıra bilәr. Yanacağın mәdәn növünә sәrf edilәn
tam maliyyә vә ekoloji xәrclәrә nәzәr salınsa hasilat, daşınma, tәdarük xәttinin mühafizәsi, soyutma
üçün su, yığışdırma, tullantıların basdırılması vә s., onda enerjinin bәrpa edilәn mәnbәlәri onların bu gün
olduğundan daha rentabelli olduğu hesab edilәcәk.
Bununla belә, energetika ilә әlaqәli qlobal CO2 emissiyaları texnologiyalarda irimiqyaslı alovlanma vә
davranışda dәyişiklik olmadan 2012ci ildә 1,4% artmışdır vә 2050ci ilә dünyanın әksәr enerji
mәnbәlәri mәdәn yanacağından ibarәt olacaq. Ölkәlәrin tullantıların azaldılması üzrә üzәrilәrinә
götürmüş olduqları öhdәliklәri yerinә yetirsәlәr vә yanacağa yatırılan subsidiyaları azaltsalar, BEAnın
qiymәtlәndirmәlәrinә görә ilkin enerjiyә dünya miqyasında tәlәbat 2012ci ildәn 2035ci ilәdәk üçdә bir
dәfә artacaq, mәdәn yanacağının payına isә bu artımın yarıdan çoxu düşür. Bu ssenari ilә bağlı tullantılar
razılaşdırılmış ümumi 2
0
C göstәricisindәn olduqca yüksәk olan uzunmüddәtli orta qlobal 3,6
0
C
temperaturuna uyğun gәlir. Ümumdünya Energetika Şurasının işlәyib hazırladığı ssenari dә hәmçinin
hesab edir ki, 2050 ci ilә mәdәn yanacağı üstünlük tәşkil edәcәk. Bununla da, miqyaslı tutma vә tәkrar
istifadә iqlim dәyişikliyi ilә mübarizәdә әsas prioritet olmalıdır, mәsәlәn biokütlәnin vә әrzaq
mәhsullarının istehsalı, yaxud sement üçün karbonatın alınması üçün yosunların becәrilmәsi mәqsәdilә
kömür elektrik stansiyalarından yaranan CO
2
tullantılarından istifadә edilmәsi. Karbonun tutulması vә
izolyasiyası әgәr 2040% obyektlәr 2050ci ilәdәk karbonun tutulması vә saxlanması üçün avadanlıqlarla
tәmin edilsәlәr, CO
2
tullantılarının azalmasına gәtirib çıxara bilәr. Bu baha başa gәlә vә iqtisadi
baxımdan cәlbedici etmәk üçün karbon tullantılarına vergi tәtbiq edilmәsini tәlәb edә bilәr.
Bәrpa edilәn enerjiyә qlobal sәrmayә yatırılması 2012ci ildә 11% azalmışdır. Lakin, dünya energetikası
üçün bu ikinci әn yaxşı il olmuşdur vә sәrmayәlәr coğrafi baxımından artıq neçә illәrdir ki, Afrika, Asiya
vә Latın Amerikasında mövcud olan bazarlardan tutmuş yeni bazarlaradәk yatırılmaqdadır. 2012ci ilin
әvvәlinә bәrpa olunan enerji mәnbәlәri (hidroresurslar daxil olmaqla) enerjinin dünya miqyasında
sәrfiyyatının tәxminәn 17%ni vә ümumi qlobal enerji potensialının dörddә birini (habelә
hidroenergetikada 1360 QBdәn artıq olmuşdur) tәmin etmişlәr.
Yeddi ölkә Çin, ABŞ, Almaniya, İspaniya, İtaliya, Hindistan vә Yaponiya bütün dünyada elektrik
gücünә malik bәrpa olunan enerji mәnbәlәrinin ümumi hәcminin tәxminәn 70%ni tәmin edir. Bununla
belә, meqapolislәrdә elektrik enerjisinin baza yüklәnmәsi üçün külәk (yüksәk sәthlәrdә) vә günәş (orbitak
sәthdә deyil) mәnbәlәrinin tәmin edilmәsi iri hәcmdә saxlama sistemlәri tәlәb edәcәk, halbuki geotermal,
nüvә vә günәş enerji peyklәri kimi digәr mәnbәlәr isә bu cür sistemlәr tәlәb etmәyәcәklәr. Kosmik günәş
enerji sistemlәri dünyada elektrik enerjisinә olan tәlәbatı tullantılar yaratmadan vә ya istixana qazlarını
atmosferә buraxmadan qeyrimüәyyәn vaxta ödәyә bilәrlәr. Nәhayәt, bu cür peyk sistemlәri qlobal әsasla
bazis elektrik enerjisini idarә edә bilәrlәr, lakin bәzilәri söylәyirlәr ki, bu olduqca hala bir işdir vә digәr
yeniliklәri nәzәrә alsaq, buna heç bir ehtiyac duyulmur.
Dünyada AESnin gücü 1993cü ildә 17%dәn gözlәnildiyi kimi 10%ә düşmüşdür, vә tәdricәn düşmәkdә
davam edir, belә ki, nüvә xәrclәri artır vә atom stansiyaları istismardan çıxarılır, elәcә dә digәr
mәnbәlәrin qiymәti düşmәkdәdir. Beynәlxalq Atom Enerji Agentliyi 2030cu ilә AESnin gücünün 4,5%
dәn 6,2%ә enәcәyini proqnozlaşdırır. Dörd nüvә reaktoru 2013cü ildә şәbәkәyә qoşulmuş vә dördü isә
bağlanmışdır. Dünyada 435 nüvә qurğusunun yarısından çoxu 30 illik istismar müddәtini başa vurmuş vә
istismardan çıxarılmalıdır; lakin yüz stansiyanın 2020ci ilә bağlanması planlaşdırılır. Çünki, nüvә
tullantılarının yerlәşdirilmәsi üzrә bu günәdәk heç bir ağlabatan hәlli yolu göstәrilmәmiş, tullantıların
әksәr hissәsi әvәvlkitәk atom elektrik stansiyaları sahәsindә saxlanılır. Hәrbi vә tәdqiqat reaktorlarını
nәzәrә almasaq, 138 atom elektrik stansiyası bağlanmış, vә onlardan yalnız 17si tamamilә istismardan
çıxarılmışdır. “Atom Stansiyalarının Yeni Nәsli” Alyansı yüksәk temperaturlu atom reaktorunda
hazırlanmış enerji konsepsiyasını seçmişdir, belә ki, AESdә daxili vә kәnar fәaliyyәtin aparılmaması
radioaktiv materialların tullantısına gәtirib çıxardacaq.
BEAnın qiymәtlәndirmәlәrinә görә mәdәn yanacaqlarına qlobal subsidiya 2011ci ildә $523 milyarda
çatmış, vә qeyrieffektiv vә qeyrisәmәrәli istifadәni dәstәklәmәklә, bu da 2010cu illә müqayisәdә
demәk olar ki, 30%, vә bәrpa olunan enerji mәnbәlәrinә yatırılan subsidiyalardan isә altı dәfә çoxdur.
Neft hasilatı üzrә qlobal proqnozlar әhәmiyyәtli dәrәcәdә fәrqlәnirlәr, lakin onların hamısı istehsalata vә
neftә tәlәbata ciddi tәsir göstәrәcәk heç bir halının olmadığını güman edirlәr. BEA istehsal gücünün
hazırda mövcud olan 89 milyondan 2035ci ilә sutkada 96 milyona çata bilәcәyini proqnozlaşdırır. 2013
cü ilin aprel ayından İӘİTyә daxil olmayan ölkәlәr İӘİT yә daxil olan ölkәlәrә nisbәtәn daha çox neft
istehlak etmişlәr. İstismara buraxılmış yeni neft quyularının orta mәblәği son on il әrzindә 100%
artmışdır.
Gözlәnildiyi kimi, minik avtomobillәrinin qlobal parkı 2035ci ilә iki dәfә artacaq (tәxminәn 1,7 milyarda
çatacaq). Tәbii qazdan, yanan şistdәn vә / vә ya biokütlәdәn alınan sintetik yanacaq elektrik
avtomobillәrini tam şәkildә tәmin edә bilәrmi? Yanacaqhibrid elektromobillәrin rәqaәbәtәdavamlı
qiymәtdә kütlәvi istehsalı geniş vüsәt ala bilәr. ABŞın su yanacağı ilә işlәyәn 2012ci ildә istehsal
edilmiş avtomobillәrin sınağı üçün apardığı altıillik tәdqiqat yanacağa qәnaәt edilmәsi vә sәmәrәlilik
baxımından vә fәaliyyәtin uzunmüddәtli olması baxımından, gözlәntilәri adlayıb keçdi. Gözlәnildiyi
kimi istehsalçılar satışa 2014cü 2016cı illәr arası başlayacaqlar. Bәzilәri söylәyirlәr ki, iqlim
dәyişikliyinә tәsir göstәrmәk üçün hidrogen infrastrukturuna keçilmәsi olduqca bahalı vә olduqca gec ola
bilәr. “Elstik” yanacaq hibridlәrinin, elektrik vә sıxılmış uçucu vasitәlәrin seçimi yalnız nәqliyyat
vasitәlәri üçün alternativ neft kimi istifadә edilә bilәr. Avtomobillәrin tam şәkildә elektriklәşdirilmәsi
milli proqramı Danimarka vә İsraildә hәyata keçirilir, digәr 30 ölkәdә isә müzakirәlәr aparılır. Nәqliyyat
vasitәlәri üçün yanacağın ümumi hәcmindә bioyanacağın dünya payı hazırda 3%dәn 2050ci ilә 27%ә
yüksәlә bilәr. Qarğıdalıdan istehsal edilmәsi mümkün olan vә әrzaq resurslarına vә qiymәtlәrә tez bir
zamanda tәsirә malik olan, sәmәrәli şirin sudan istifadә etmәk әvәzinә dünyanın sahil zolağı boyu
yerlәşәn sәhralıqlarında kütlәvi şәkildә şoran torpaqların duzsuzlaşdırılması nәticәsindә qalofit bitkilәr
vasitәsilә 7,600 l/ha/il bioyanacaq vә yosunlar vә sianobakteriyalar vasitәsilә 200,000 l/ha/il bioyanacaq
әldә etmәk mümkündür. 2035ci ilә qaz nәqlinin demәk olar ki, üçdә ikisi qeyriәnәnәvi qaz
istehsalından, ilk әvvәl isә şist qazından alına bilәr. Bununla belә, şist qazının hasilat texnologiyası
metanın atmosferә buraxılması, qrunt sularının çirkab suların saxlanması üçün yeraltı quyular tәrәfindәn
çirklәnmәsi ilә nәticәlәnә bilәr vә hәtta, zәlzәlә yarada bilәr.
Nәticәdә, standartların artırılması vә hәyatakeçirmәnin tәmin edilmәsi üçün siyasi tәzyiq artır
.
Yaponiya 2030cu ilә orbitdә günәş energetika sistemindә işçi sahәyә malik olmağı planlaşdırır vә Çin
bunu 2040cı ilә planlaşdırır. Yaponiyanın tikinti şirkәti olan Simidzunun LUNA RING layihәsi ay
ekvatoru әtrafında günәş batareyası quraşdırmağa vә elektrik enerjisini Yer kürәsinә ötürmәyi
planlaşdırır. Bu cür kosmik günәş enerji sistemlәri dünyada elektrik enerjisinә olan tәlәbatı nüvә tullantısı
vә ya istixana qazlarının atmosferә buraxılması olmadan qeyrimüәyyәn müddәtә ödәyә bilәr. Nә
nәhayәt, bu cür peyk sistemi qlobal әsasla bazis elektrik enerjisini idarә edә bilәr, lakin bәzilәri
söylәyirlәr ki, bu olduqca bahalı layihәdir vә digәr innovasiyaların inkişaf etdiyini nәzәrә alaraq, bunu
etmәyә lüzum yoxdur.
Çağırış 13 ekoloji baxımdan münasib proseslәrdәn yaranan enerji istehsalının ümumi hәcmi beş il ardıcıl
şәkildә digәr mәnbәlәri üstәlәyәn zaman vә atmosfer CO
2
әn azı beş il müddәtinә aşağı düşәn zaman
ciddi şәkildә nәzәrdәn keçirilәcәk.
Dostları ilə paylaş: |