ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   ...   12   13   14   15   16   17   18   19   20
salındı və onun üzərinə müxtəlif yeməklər düzüldü. Sayı 140 olardı. 
Bunu yığışdırıb yerinə meyvələrlə dolu və digər yeməklərlə  bəzə-
dilmiş  (sayı  150  olardı)  süfrə  açdılar.  Mənə  burada  “xoş  gəldin” 
deyildi.  Ertəsi  gün  isə  məni  ova  dəvət  etdilər.  Ov  əyləncəli  keçdi. 
Dönəndə oranın adətilə tikilmiş uzun paltar təqdim etdilər və məni 
geyindirib  xanın  yanına  apardılar.  Əlini  öpdüm.  Sonra  o  məni 
yanında  oturtdu  və  naharı  birlikdə  etdik.  Söhbət  əsnasında  ovun 
necə  keçdiyi  barədə  xəbər  aldı.  Qayıdarkən  mənə  əla  at  bağışladı. 
Yolu  davam  etmək  üçün  hətta  bələdçi  və  nəzarətçi  də  verdi. 
Nəhayət,  Ərdəbilə  çatarkən  xaricilər  və  müxtəlif  səyahətçilər  üçün 
nəzərdə  tutulmuş  ağ  daşdan  tikilmiş  karvansarayda  yerləşdirildik. 
Burada hamı ərzaq və at üçün yemlə təmin olunur” (14, 109-113). 

 
268 
 
Hər hansı bir səyyahın və ya tacirin müəyyən bir evə qonaq sifəti ilə 
müraciət  etməsi  və  yüksək  səviyyədə  qəbul  olunması  qonaqpər-
vərlik  adətinin  Azərbaycanda  mühüm  əhəmiyyət  kəsb  etdiyinə 
dəlalət edir. Şah İsmayıl Xətai yazır: 
 
Yenə mehman gördüm, könlüm şad oldu
Mehmanlar, siz bizə səfa gəldiniz! 
Qar-qış yağar ikən, bahar-yaz oldu, 
Mehmanlar, siz bizə səfa gəldiniz! (39, 182). 
 
Varlı adamların, dövlətlilərin həyətlərində qonaqlar üçün ayrıca 
tikili mövcud olurdu. Belə  tikililər, adətən, ümumi həyətin münasib 
yerində  inşa  edilirdi.  Karvansarayların  olmadığı  yerlərdə  (əsasən 
dağlıq bölgələrdə və kəndlərdə) buna daha çox ehtiyac duyulurdu. 
Qonaq  üçün  ayrıca  ev  tikilməsi  ölkəmizdə  qonaqpərvərliyin 
geniş  yayılması  ilə  əlaqədardır.  Belə  evlər  görkəmi,  yaraşığı  və 
sahmanı ilə diqqəti cəlb etməlidir. 
Qonaq  evinin  bəzədilməsi  də  mühüm  şərtlərdən  hesab  olunur. 
Bu həm ev sahibinin zövqünü, həm də qonağa hörməti əks etdirən 
əlamətdir. Evin və ya qonaq üçün ayrılmış otağın bəzədilməsi onun 
rahatlığını və tam sərbəstliyini təmin etmək məqsədi daşıyır. Hər bir 
ailə belə evlərin və ya otaqların əsasən xalçalarla bəzədilməsinə üs-
tünlük verir. Özü də “qonaq otaqlarını bəzəmək üçün bir neçə xalça-
dan ibarət dəst xalçalar ölçüsünə, formasına və kompozisiyasına gö-
rə müxtəlif olur: otağın orta hissəsinə sərilmiş iri xalça (xalı), yuxarı 
tərəfdə yerə salınan “baş” xalça və ortadakı iri xalçanın yanlarında 
salınan “kənarə xalça” (40, 75). Bundan əlavə, qonaq otaqları yataq 
ləvazimatı ilə təchiz olunur və müxtəlif əşyalarla, hətta musiqi aləti 
ilə  tamamlanırdı.  Ev  sahibinin  qonaq  qarşısında  böyük  məsuliyyət 
daşıması  ilə  bərabər,  qonağın  da  özünü  necə  təqdim  etməsi,  ədəb-
ərkanı da vacib sayılır. Qarşılıqlı anlaşma və səmimi münasibət öz 
növbəsində  qonağın  davranış  tərzində  təzahür  edirdi.    Ədəb 
qaydalarına  uyğun  hərəkət  etmək,  təmkinini  pozmamaq,  düşdüyü 
yad mühitdə, oranın adətinə müvafiq davranmaq kimi xüsusiyyətlər 

 
269 
 
də  qonağın  üzərinə  düşən  məsuliyyətdir.  Qonaq  qətiyyən  ailənin 
daxili işlərinə qarışmamalı və yersiz müdaxilə etməməli idi.  
Beləliklə, ev sahibi və qonağın qonaqpərvərlikdə mövcud dav-
ranış qaydalarına riayət edərkən hərəkətləri ölçülü olmalı, bir-birini 
tamamlamalı,  xalqın  adətlərinə  uyğun  şəkildə  icra  olunmalı, 
qarşılıqlı səmimiyyətlə müşayiət edilməli idi. 
Azərbaycanda  olarkən  lütfkar  və  nəzakətli  tacirlər  tərəfindən 
dəfələrlə qonaq edilən, mehribanlıq, gülər üz görən XVII əsr alman 
alimi Adam Oleari öz məlumatlarında qeyd edir ki, azərbaycanlılar 
bizim üçün  yeni,  çoxdan arzu etdiyimiz bir xalq idi ki,  biz onlarla 
daha  yaxından  tanış  olmağa  can  atırdıq.  Müəllif  qonaqlıq  mərasi-
mində  müsiqinin  müşayiətindən  və  musiqi  alətlərindən  də  söhbət 
açır (33, 148-149). 
Adətə görə, çalğı olan məclisdə ona qulaq asmamaq, başqa bir 
işlə  məşğul  olmaq,  çox  danışmaq  ədəb  qaydalarından  kənar 
sayılırdı. 
Şamaxıda varlı bir adamın evində qonaq qalan Aleksandr Düma 
xatırlayır ki, ev yiyəsi onun şərəfinə yaxşı süfrə açmış, şam və çıraq 
yandırılmış,  xalça  ilə  bəzədilmiş  xüsusi  bir  otaqda  hər  cür  rahatlı-
ğının  təmin  olunmasına  imkan  yaratmışdı.  Hətta  A.Düma  özünün 
qaldığı  otaqda  masa  üzərində  kağız  və  qələm  belə  qoyulduğunu 
qeyd edir  (22, 80). 
Qonaq evinin və ya otağının bəzədilməsi heç də formal xarakter 
daşımırdı. Evin  içi  və  ya  qonaq  otağı  yüksək  zövqlə  bəzədilir-
di.  Qonaq  burada  qaldığı müddətdə  qonaq  otağının  içindəki  hər  
şey  məhz  ona  məxsus  olurdu.  Bu  da xalqımızın qədim adətlərin-
dəndir.  Bu  o  demək  idi  ki,  otaqda  olan  hər  bir  əşya  qonağın 
istifadəsinə və ixtiyarına verilirdi,  lazım  gəlsə, hətta ona bağışlana 
da  bilərdi.  Əlbəttə,  ev  sahibləri  qonaq  evlərinin  daxili  görkəmi  ilə 
yanaşı, xarici görkəminin də yaraşıqlı olması üçün əllərindən gələni 
əsirgəmirdilər.  Orta  əsrlərdə  tikilən  evlərin  quruluşu  müxtəlif 
olurdu.  Azərbaycan  ərazisinə  qədəm  basan  səyahətçilər  burada 
tikilən evlərin quruluşu barədə də məlumat vermişlər. Evlərin bəzisi 
kərpicdən,  digərləri  isə  daşdan  və  bir  qayda  olaraq,  dördbucaq 

 
270 
 
şəklində  tikilirdi.  Şotlandiyalı  həkim  Bel  göstərir  ki,  evlərin  dam 
örtüyü  hamar  və  dairəvi  vəziyyətdədir.  Evin  içərisi  təmiz  və 
rahatdır.  Döşəməyə  xalça  salınır.  Divarların  müxtəlif    çiçəklərlə 
bəzədilməsi  və  rəsmlər  çəkilməsi  evlərin  görkəmini  daha  da 
gözəlləşdirir  (14,  401).  Azərbaycandakı  evlərin  quruluşu  barədə 
Qafqazla  yaxından tanış olan rus tarixçisi, Rusiya Akademiyasının 
həqiqi  üzvü  P.Q.Butkov  da  xəbər  verir.  Xanın  evini  təsvir  edən 
P.Q.Butkov  yazır  ki,  bu,  Narınqalada  yüksəklikdə  daşdan  tikilmiş 
ikimərtəbəli  evdir.  Dördbucaqlı  şəklində  tikilən  evi  Qış  Sarayına 
bənzədən  müəllif  qeyd  edir  ki,  evin  ortasında  hovuz  vardır.  Evin 
şəhərə  baxan  tərəfində  şüşəbənd  mövcuddur.  Otaqlar  təsvirlərlə 
bəzədilmişdir,  rənglər  isə  olduqca  canlıdır.  Şəkillər  qədim  döyüş, 
məhəbbət  və  ov  səhnələrinə  həsr  edilmişdir.  Tavana  gül  rəsmləri 
həkk  olunmuşdur.  Hər  tərəfdən  otaqlara  qapılar  açılır.  Otaqlarda 
güzgülər  və  digər  bəzək  əşyaları  mövcuddur,  onların  pəncərələri 
müxtəlif balaca şüşələrdən ibarətdir ki, bu da füsunkar rəngli qövsi-
qüzehi xatırladır. Evlərdə pərdələr də asılmışdır (14, 419-420). 
Müasir  dövrümüzdə  qonaqların  saxlanması  məsələsinə  öz 
əsərlərində  toxunan  görkəmli  yazıçı  İsmayıl  Şıxlı  da  bu  barədə  öz 
müşahidələrini  belə  qələmə  almışdır.  Bir  dəfə  yazıçı  Bərdədə  ona 
qohumluğu çatan Həsən Qiyasbəylinin (Qazağın Kəmərli kəndindən 
idi,  Səməd  Vurğunun  yaxın  dostu  olmuşdu)  dörd-beş  gün  qonağı 
olur.  Ürəyi  də  süfrəsi  kimi  açıq,  ucaboylu,  şəxsiyyətli  bu  adamın 
qəribə  təbiəti  varmış.  Ataları  tez  öldüyündən  üç-dörd  bacı-qardaş 
yetim  qalmışlar.  O  danışırmış  ki,  adımız  bəy  olsa  da,  kasıb  idik. 
Atamın  ölümündən  bir  neçə  ay  sonra  bir  gün  gördük  ki,  kəndin 
ortasından  keçən  çayın  o  üzündəki  təpəlikdən  kəndə  enən  torpaq 
yolla  beş-on  atlı  gəlir.  Anamız  təlaşla  gələn  qonaqların  atamızın 
dostları  olduğunu  söyləyir.  Evdə  heç  nə  olmadığından  qonşuya 
göndərilən  uşaqlar  bütün  lazımi  azuqəni  əldə  edirlər.  Hətta  oduna 
qədər  borc  alırlar.  Atlılar  evə  çatanadək  köməyə  yetişən  qonum-
qonşu  sayəsində  xəmir  yoğrulub  heyvan  kəsilir,  samovar  buğlanır. 
Düz  bir  həftə  yemək-içmək  olur.  “Bilmədik  aşığı  kim  çağırdı. 
Həyətdə  boyun-boyuna  verən  erkəkləri  kim  göndərdi,  un  dolu 

 
271 
 
çuvalları,  odun  dolu  arabaları  kim  göndərdi,  kim  gətirib  həyətə 
boşaltdı. Bilmədik bizə əl-ayaq verən, odun doğrayan, heyvan kəsib 
kabab  çəkən,  xəmir  yoğurub  kündə  salan,  sac  asıb  fətir  yayan, 
bulaqdan  su  daşıyıb  samovar  qaynadanlar  kimlərdir?  Qonaqlar 
gedəndən  sonra  toydan  avazımış  kimi  oturub  nəfəsimizi  dərdik  və 
gördük ki,  evimizdə düz üç-dörd aylıq azuqə var. O gündən Allah 
bizim ruzimizi verdi. Süfrəmiz həmişə bol, evimiz qonaq-qonaqçalı 
oldu”  (41,  56-58).  Buradan  da  aydın  göründüyü  kimi,  əl  tutmaq, 
yardım etmək qonaqpərvərlikdə ən əsas xüsusiyyətlərdəndir. Bir də 
ki,  qonağı  ev  yiyəsi  yola  sala  bilmədikdə  el  yola  salar.  Bu, 
qonaqpərvərliyin  məhdud  ailə  çərçivəsindən  çıxıb  el-oba  işinə 
çevrilməsinin  bariz  nümunəsidir.  İnsani  münasibətlər  xeyirxahlıq 
yolu ilə əldə oluna bilər. İnsanların bir-birinə əl tutub kömək etməsi 
mənəviyyat qanunu və ən şərəfli iş hesab olunurdu.  
Qonaqların  saxlanmasında  karvansarayların  da  böyük  rolu 
olmuşdur.  Karvansaraylar  bir  sıra  Şərq  ölkələrində  olduğu  kimi, 
Azərbaycanda  da  mövcud  olmuşdur.  Şəhərlərdə  və  mühüm  ticarət 
əhəmityyətli  yollar  üzərində  salınan  karvansaraylar  mehmanxana 
tipli  tikili  kimi  geniş  yayılmışdı.  İri  ticarət  mərkəzlərində  onların 
sayı  daha  çox  olurdu.  Azərbaycanın  bütün  ərazilərində  karvan-
sarayların  tikilməsində  müəyyən  bir  oxşarlıq  vardı.  Karvansaray-
larda istirahət otaqları ilə yanaşı, eyni zamanda yeməkxana, axurlar, 
anbarlar,  dükanlar  və  s.  olurdu.  Azərbaycan  ərazisinə  müxtəlif 
məqsədlərlə  təşrif  buyurmuş  qonaqları  məhz  müvəqqəti  sığınacaq 
yerləri  olan  ev  tipli  karvansaraylarda  yerləşdirirdilər.  Azərbaycana 
müxtəlif  zamanlarda  gəlmiş  və  ölkəmizin  ayrı-ayrı  şəhərlərində 
olmuş  səyahətçilər  və  tacirlərin  demək  olar  ki,  əksəriyyəti  belə 
karvansarayların  mövcudluğundan  bəhs  etmiş,  hətta  onların  daxili 
və xarici görünüşü barədə söz açmağı belə unutmamışlar. 
1561-1563-cü  illər  ərzində  Səfəvilər  dövründə  Azərbaycana 
gəlmiş  ingilis  səyyahı,  tacir  Antoni  Cenkinson  yaraşıqlı  Ərdəbil 
şəhərində  yalnız  kömək  məqsədilə  əcnəbiləri  və  səyyahları  yerləş-
dirmək  üçün  ağ  daşdan  tikilmiş  karvansarayda  qaldığını  qeyd 

 
272 
 
edərkən göstərir ki, burada hamıya  yemək verilməklə  yanaşı, hətta 
atlar belə yemlə təmin olunurdu. 
1615-16-cı illərdə I Şah Abbasın yanına göndərilmiş qasid Qri-
qori Şaxmatov Azərbaycanda olması haqqında məlumat verir. Lakin 
onun  qonaqpərvərlik  haqqında  məlumatı  bir  o  qədər  də  zəngin 
deyildir. O burada qaldıqları müddətdə yalnız at, araba və azuqə ilə 
təmin olunduqlarını qeyd etməklə kifayətlənmişdir. Karvansaraylar 
barədə  məlumatlar  zəngindir.  1615-ci  ildə  I  Şah  Abbasın  yanına 
göndərilmiş rus səfiri Mixail Petroviç Baryatinski yolboyu karvan-
saraylarda  qalmalarından  bəhs  etmişdir.  O,  eyni  zamanda,  yeri 
gəlmişkən, Usub xan tərəfindən göndərilmiş ərzaq məhsulları (kürü, 
yağ,  üzüm,  giləmeyvə,  armud,  alma,  şaftalı,  gilənar,  şərab,  çörək, 
qoyun, toyuq və s.) barədə də söz açmışdır. 
1623-cü  ildən  səyahətə  çıxan  Moskva  taciri  Fyodor  Afanas-
yeviç  Kotov  Azərbaycanda  çoxlu  karvansarayın  olduğu  barədə 
məlumat verir. 
XVII əsr rus zadəganı, dini-siyasi xadim Artemi Suxanov Gən-
cədə  nahar  edib  karvansarayda  qaldığını  qeyd  edir.  XVIII  əsr  rus 
dövlət xadimi Artemi Petroviç Volınski də həmçinin karvansaraylar 
haqqında məlumat vermişdir (14, 350). Yuxarıda adı çəkilən şotlan-
diyalı  həkim  Bel  1715-1718-ci  illərdə  Azərbaycan  ərazisindəki 
karvansaraylar haqqında yazır ki, əhatəsində səyahətçilər üçün sığı-
nacaq və atlar üçün tövləsi olan, mərkəzi hissəsində həyəti yerləşən 
dördbucaqlı  tikililəri  karvansaray  adlandırırlar.  Müəllif  fikrinə  da-
vam  edərək  göstərir  ki,  belə  binaların  böyüklüyü  və  genişliyi  onu 
inşa  edən  şəxsin  səxavətindən  və  biliyindən  asılıdır.  Adətən,  belə 
binalar  su  mənbələrinə  yaxın  yerlərdə  salınır  və  karvansaraylar 
arasındakı məsafənin uzunluğu demək olar ki, bir günlük  yol olur. 
Belə  karvansaraylar  Şərqdə  mehmanxanaları  əvəz  edir  və  qeyd 
etmək  lazımdır  ki,  onlar  səyyahlar  üçün  çox  rahatdır.  Karvansa-
raylar içərisində elələri vardır ki, orada təxminən beş yüz adam və 
onların  atları  yerləşdirilə  bilərlər.  Adətən,  burada  yalnız  qoruqçu 
yaşayır  ki,  o  da  lazım  olanda  səyyahların  qida  məhsullarına  ehti-
yacını və başqa tələbatlarını yerinə yetirirdi.  Bu məlumatlarla yana-

 
273 
 
şı,  Bel  həmçinin  dağılmış  karvansaraya  da  rast  gəldiyini  qeyd 
etmişdir  (14,  392).  Eyni  zamanda  o,  burada  nəinki  öz  rahatlığını 
təmin etmək, həmçinin xarici tacirlərin mallarını belə satması üçün 
əlverişli şəraiti olan karvansaraylardan da söhbət açır. 1670-1673-cü 
illərdə Azərbaycan ərazisində olmuş hollandiyalı dənizçi Yan Streys 
karvansaraylar  haqqında  ətraflı  məlumat  verməsə  də,  Ərdəbil 
şəhərində gözəl bir karvansarayda qaldığını söyləmişdir.  
1684-cü ildə Azərbaycanda olmuş alman alimi Kempferin Binə 
kəndinin camaatı tərəfindən necə qarşılandığı barədə verdiyi məlu-
mat maraq doğurur: “Axşam  düşəndə biz Binə camaatının qonaq-
pərvərliyinin  şahidi  olduq.  Onlar  bizi  karvansarayda  gecələməyə 
qoymadılar.  Kənddə  əhali  bizi  çox  mehribanlıqla  qarşılayıb  xalça-
larla bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhalisi 
salamlaşmaq  üçün  axışıb  gəldilər.  Gələnlər  özləri  ilə  üzüm,  alma, 
nar və başqa yeməli şeylər gətirirdilər. Gecədən xeyli keçənə qədər 
əhali bizimlə söhbət etdi, musiqi çaldılar, xorla mahnılar oxudular, 
kollektiv rəqs etdilər və s.” (42, 37) 
Kənd mühitində qonaqpərvərliyin icrası haqqında Abdulla Şaiq 
“Köç” hekayəsində məlumat verir. O, yaylağa köç edən bir ailədən 
söhbət açır. Belə ki, bu ailə hələ öz alaçığını qurmadığından ondan 
əvvəl köç edənlərdən birinin alaçığına qonaq düşməli olur. Bu heka-
yədə ailənin necə mehribanlıqla qarşılanmasından, dərhal bütün qa-
dınlar və uşaqların yığışmasından, güləruz və mehriban münasibət-
lərindən bəhs edilir.  Kərim babanın  dili  ilə  “Qonaqları  incitməyin, 
yoldan gəliblər, qoyun bir az rahat olsunlar”,  - deməsi qonağa mü-
nasibətin təzahürüdür (43, 12). El qaydasına görə, qonağı qəbul et-
dikdən sonra onu müəyyən müddət tək buraxmaq məsləhətdir ki, bir 
qədər dincini alsın, rahatlansın və yorğunluğu çıxsın. Bu vaxt qonaq 
təkbaşına  qalıb  sərbəstləşir,  düşdüyü  yeni  mühitə  uyğunlaşmağa 
başlayır. Lakin bu müddət də çox uzun olmamalıdır. Çünki qonağa 
qarşı laqeyd qalmaq olmaz. 
Əgər evə təşrif buyuran qonaq tanış adam deyildisə və onun ev 
sahibinin  evində  qalması  müvəqqəti  xarakter  daşıyırdısa,  onda  ev 
yiyəsi  qonağı  yormamaq  üçün  onun  yanında  həddən  artıq  çox  qal-

 
274 
 
mağı düzgün hesab etmirdi. Qonağın nə vaxt gəldiyinin də rolu var 
idi. Belə ki, qonaq axşam gəlirdisə, ona yemək verildikdən sonra tə-
cili  olaraq  yataq  salınırdı.  Qonaq  yaxın  adam,  tanış,  yaxud  qohum 
olardısa, bu halda ev yiyəsi onunla daha çox təmasda olmağa üstün-
lük verirdi. Belə olduqda nəinki ev yiyəsi, hətta onun qohum-əqrə-
bası da yığışıb qonağı əyləndirməyi özlərinə borc bilir və onun hər 
bir arzusu ilə maraqlanıb, ən kiçik xahişini belə həvəslə yerinə yeti-
rirdilər. Bu qonaq ailə üzvlərindən birinə çevrilirdi. Qonaqla ev sa-
hibi  bir-birini  bütün  işlərindən  agah  edir,  səmimi  ünsiyyətdə  olur, 
yeri  gəldikcə bir-birinin  dəyərli  məsləhətlərini  dinləyir, lazımi  şey-
lərin  əldə  olunmasında  və  ya  tədarükündə  bir-birinə  köməklik 
göstərirdilər. 
Ravəndinin Səlcüqilər sülaləsinin tarixindən bəhs edən “Könül-
lərin rahatlığı və sevinc əlaməti” əsərində deyilir: “Noz-nozulə hər-
bi  hissə  və  dövlət  məmurlarının  əhalinin  evinə  qonaq  düşməsi  de-
məkdir. Mənbələrin verdiyi məlumata görə, vergi yığanlar və dövlət 
məmurları    bir  yerə  getdikdə  əhali  onları  yer  və  azuqə  ilə  təmin 
etməyə məcbur idi... Rəvəndinin yazdığından məlum olur ki, dövlət 
məmurları  bir  yerə  getdikdə  onu  mənzil  və  azuqə  ilə  təmin  etmək 
bir mükəlləfiyyət idi” (44, 122). Bu fikri qeyd etməklə bütövlükdə 
əhali arasında belə bir adətin təzahürünün şahidi oluruq ki, camaat 
hətta  vergi  verəndə  belə,  öz  qonaqpərvərlik  ənənələrinə  sadiq 
qalmalı, məqsədindən asılı olmayaraq, evinə gələn adamı qəbul edib 
yola  salanda  sanki  qanun  şəklinə  salınmış  davranış  qaydalarına 
riayət  etməli  idi.  Həqiqətən  də  qonaqpərvərlik  adəti  zaman,  dövr 
baxımından  deyil,  məhz  insanların  qonağa  münasibətindən  doğan 
bir hal kimi qiymətləndirilməlidir. 
XVII  əsrin  türk  səyyahı  Evliya  Çələbinin  məlumatına  görə, 
Bakıda  qonaqları  qarşılamaq  üçün  xüsusi  mehmandar  vəzifəsi 
olmuşdur. 
Azərbaycanda  qonağa  çox  böyük  hörmət  bəslənilir.  Qonağın 
yüksək təsir gücünə malik olması bu və ya digər məsələyə münasi-
bətdə  mühüm  əhəmiyyət  kəsb  edir.  Bəzi  hallarda  qonaq  müşahidə 
etdiyi  müəyyən  hadisənin  təsiri  altında  məsələyə  müdaxiləni  və  öz 

 
275 
 
nüfuzundan istifadə etməyi zəruri sayır. Bu məsələ “Səyahətnamə” 
əsərində öz əksini tapıb. Evliya Çələbi Təbriz xanının yanında olar-
kən necə qarşılandıqlarını təsvir etmişdir. O yazır ki, “... xan yerin-
dən qalxıb “Səlamü əleykum” dedi. Çünki əski Əcəm adəti belədir 
ki, otağında oturan ev sahibi içəri girən müsafirə salam verir. Daha 
əvvəldən qanunları bildiyimə görə, “Vəəleyküm  səlam, şanı böyük 
xanım”-dedim.  Ardınca  sıra  Mustafa  paşa  ağasına  gəlincə,  ona  da 
salam  verildi.  O  da  salamı  aldı.  Və  hər  birimiz  Təbriz  divanxa-
nasında yerimizi tutduq... xana həddindən çox lütfkarlıq, itaətkarlıq 
göstərib xoş rəftarla yarınmağa çalışdım” (45, 94). 
Sözlərinə davam edərək müəllif qeyd edir ki, xana salamlar və 
cəvahirli xəncərlə yanaşı, iki cins at göndərildiyini bildirdikdə, Təb-
riz  xanı  qiymətli  daşlarla  bəzədilmiş  xəncəri  divan  əhlinə  göstərib 
kəmərinə taxdı və bərbəzəkli yüyən və gəmli, yəhərli, qayışlı, köh-
lən atları görüb sevindi və dedi ki, haqq bərəkət versin... və nəhayət 
atları  minib  bir  neçə  dəfə  dolaşdı.  Bu  görüşdə  Evliya  Çələbigilə 
ziyafət hazırlandı. Ziyafətdə Evliya Çələbi xandan xahiş edir ki, “bu 
bədbəxt xanı da, zəncirli olsa da, yeməyə çağırın”. Evliya Çələbinin 
xahiş etdiyi adam Urmiya xanı idi ki, o, Təbriz xanının dediklərini 
yerinə yetirə bilmədiyinə görə qandallanıbmış. Evliyagil bu mənzə-
rəni görüb çox məyus olurlar. Şah qonağının sözünü yerə salmır və 
“İran torpağı qanununda bu, mümkün deyildir”- desə də, istər-istə-
məz  qonağın  xahişini  qəbul  edir.  Bu  fakt  onu  göstərir  ki,  qonağın 
qəlbini qırmaq olmaz, onun ricası nə qədər qəbuledilməz və ümumi 
qanuna zidd olsa belə, onu nəzərə almamaq və qulaqardına vurmaq 
özü  də  bir  o  qədər  qonaqpərvərlik  adətinin  qaydaldarına  ziddir. 
Deməli, qonaq xahişi hər şeydən üstündür (45, 96).  
 
Evliya Çələbigil qonaq qalacaqları yerə getdikdən sonra Təbriz 
xanından  onlara  “bir  yuvarlaq  güləbətinli  yastıq,  beş  dəst  gecə 
geyimi, güləbətinli yorğan, üç yüz quruş, bir boğça, əlbisə (paltar), 
ənbər (ətir) və bir qara mil-mil əcəm atı hədiyyə gəldi” (45, 97).  
Müəllifin  məlumatlarında  “konak”  (dayanacaqlarda  müsafirlər 
və  onların  miniklərinin  və  yüklərinin  yerləşdirilməsi  üçün  tikilmiş 
xüsusi  binalar)  və  “karvansaray”  (mehmanxana  tipli  yaşayış  üçün 

 
276 
 
nəzərdə  tutulan  binalar)  sözlərinə  də  rast  gəlmək  mümkündür  (45, 
138-139). 
Ş.Bidlisinin məlumatlarından aydın olur ki, parça alverilə məş-
ğul olan tacirlərin özlərinə məxsus böyük olmayan karvansarayları 
mövcud  idi  (13,  109).  Ötəri  deyilmiş  bu  ifadə  bizə  belə  bir  fikri 
söyləməyə  əsas  verir  ki,  karvansaraylar  ayrı-ayrı  sahələrlə  məşğul 
olan tacirlərə  məxsus olurdu. 
M.Nemətova qeyd edir ki, Bakı-Şamaxı yolu üzərində yerləşən 
Perekeşkül  kəndi  yaxınlığındakı  XIX  əsrdən  etibarən  əhəmiyyətini 
itirib  qaraçıların  vaxtaşırı  sığındığı,  məhz  buna  görə  də  yerli  əhali 
tərəfindən  «Qaraçı karvansarası» adlanan   «karvansara daxili plan-
laşmasına görə üç hissəyə bölünür. Mərkəzdə uzunsov həyət yerləş-
mişdir ki, bundan şimalda yerləşən üçdə bir hissəsi çatma daş tağ-
tavanla örtülmüşdür. Yan hissələr simmetrikdir. Bunların şimalında 
yerləşən üçdə iki hissəsi ortadan yardımçı çatma tağla iki yerə bö-
lünür. Bu hissələrin heyvanlara məxsus tövlələrdən ibarət olduğuna 
şübhə  yoxdur.  Çünki  buranın  gen  və  hündür  çatma  tağlı  qapıları 
yalnız  heyvanlara  məxsus  ola  bilər.  Yan  bölmələrin  qalan  üçdə  bir 
hissəsi  iki  otaqdan  və  onların  qarşılarındakı  dar  artırmalardan 
ibarətdir. Yuxarıda qeyd etdiyimiz həmin dar pəncərələr bu otaqlara 
aiddir. Bu otaqlar karvan sahiblərinə xidmət üçün düzəldilən qonaq 
otaqlarıdır» (5, 98). Təkcə İçərişəhər ərazisində müxtəlif karvansa-
rayların olması onu deməyə əsas verir ki, Azərbaycan orta əsrlərdə 
gediş-gəlişin  çox  geniş  olduğu  diyardır  və  buraya  müxtəlif 
yerlərdən qonaqlar gəlirdilər. 
Məlumdur  ki,  orta  əsrlərdə,  islam  dininin  geniş  yayıldığı  bir 
dövrdə  bütün  müsəlman  ölkələrində  şəriətdə  əks  olunmuş  məcburi 
davranış  qaydalarına  riayət  olunmuşdur.  Ən  müxtəlif  səpgili  və 
geniş  məsələləri  əhatə  etməklə,  şəriətdə  insanların  həyat  tərzini 
müəyyənləşdirən  məsələlər  də  öz  təcəssümünü  tapmışldır.  Bu 
baxımdan bir sıra qaydalara riayət edilməsi zəruri sayılmışdır. 
Azərbaycanda  da,  bir  sıra  müsəlman  ölkələrində  olduğu  kimi, 
şəriətdə təqdir olunan qaydalar hökm sürmüşdür ki, bu da bilavasitə 
qonaqpərvərlik  zamanı  özünü  göstərir.  Məsələn,  şəriətə  görə 

 
277 
 
“yeməkdən qabaq və  yeməkdən sonra  əllər  yuyulmalı və dəsmalla 
silinməlidir.  Həm  də  Qərbdən  fərqli  olaraq,  müsəlman  Şərqində 
qonaqlar  əl  yumaq  üçün  xüsusi  otağa  və  ya  guşəyə  çəkilmirlər, 
məhz  süfrə  başında  əyləşən  qonaqlara  zərif  qabda  su  və  ləyən 
gətirirlər.  Süfrə  başında  oturmazdan  əvvəl  əl  və  üz  yuyulmalıdır. 
Qonaqlar  yerlərindən qalxmadan əllərini  yuyurlar. Etikaya görə, əl 
yumaq  qaydası  belədir:  qonaqların  birincisi  əlini  yuyandan  sonra 
növbə  ondan  sağ  tərəfdə  oturan  qonağa  çatır.  Beləliklə,  onların  
hamısı    növbə  ilə    əlini    yuyur.  Yeməkdən  sonra  da  aftafa-ləyən 
gətirilir.  Yeməkdən  əvvəl  əlini  axırıncı  yumuş  qonaq  yeməkdən 
sonra  əlini  birinci  yuyur.  Bir  qayda  olaraq,  qonaqların  əlinə  suyu 
xidmətçi,  yaxud  ev  sahibinin  yetkinlik  yaşına  çatmayan  qızları  və 
ya  oğulları  tökürlər.  Xüsusi  hörmət  əlaməti  olaraq  fəxri  qonaqlara 
suyu  ev  sahibinin  özü  gətirir.  Burada  sinfi  etika  öz  ifadəsini  tapır. 
Yüksək  vəzifəli  kübar  özündən  aşağı  zümrəyə  mənsub  adamın 
evinə  qonaq  gəlmişdirsə,  onun  əllərini  yuması  üçün  suyu  ev 
sahibinin özü gətirir. Ev sahibi hamıdan əvvəl yeməyə başlamalı və 
hamıdan sonra yeməkdən əl çəkməlidir. Yeməyə başlamazdan əvvəl 
Allahın  adını  çəkib  “bismillah”  deyirlər.  Əgər  süfrəyə  müxtəlif 
xörəklər gətirilirsə, hər dəfə Allahın adı ayrıca çəkilir” (46, 129). 
Qaydadır  ki,  başqalarına  nisbətən  süfrədən  çox  tez  əl  çəkmək 
olmaz, digər qonaqlar da yeyib qurtarana qədər səbr edib gözləmək 
lazımdır. Əgər başqaları əlini çəkibsə, mütləq digərləri də ac olsalar 
belə, əllərini süfrədən çəkməlidirlər. Qonaq yanında yaxşı davranış, 
mövcud  şəraiti  düzgün  qiymətləndirmək,  mehmana  layiq  olduğu 
səviyyədə  qulluq  göstərmək,  vəziyyətin  incəliklərini  duymaq  ev 
sahibinin üzərinə düşən məsuliyyətdir. Hər yerdə və bütün hallarda 
qonaqa  böyük  hörmət  edilir,  onun  istək  və  arzuları  nəzərdən 
qaçırılmır.  Bu  xüsusiyyət  hamı  tərəfindən  icra  olunan  adət  şəklinə 
çevrilmidi.  
1602-1604-cü  illərdə  Şah  Abbasın  dövründə  alman  imperatoru 
II  Rudolf  tərəfindən  təyin  olunmuş  səfir  Kakaşın  katibi  Tektander 
şahın  yanında  qonaq  olarkən  süfrə  açıldıqdan  sonra  oraya  dəvət 
olunanlara, ilk növbədə, hərəyə növbə ilə su verildiyini qeyd etmiş-

 
278 
 
dir (14, 181). Əlbəttə,  burada  müəllif  suyun  nə  məqsədlə  verildi-
yini açıqlamasa da, bizə məlumdur ki, təmizlik məqsədilə çörəkdən 
qabaq süfrəyə suyun gətirilməsi məhz əl yumaq üçündür. Qonaqlıq 
süfrəsindən  bəhs  edən  Nizami  Gəncəvi  də  bu  məsələyə  toxunaraq 
“Əl  yumaq  üçün  müşklə  dolu  tabaqlar”dan  söz  açarkən  qonaqpər-
vərlikdə  qəbul  olunmuş  adətə  işarə  etmişdir  (24,  203).  Bu  adət 
ondan  ibarətdir  ki,    yeməkdən  əvvəl  süfrə  ətrafına  toplaşanların 
hamısı əlini yuyub sildikdən sonra yeməyə başlaya bilərdilər. 
Qul Əli də «Qüsseyi-Yusif» əsərində yazır: 
 
Qızıl-altun tas-aftaba əlnə verdi, 
Götürübən ol məclisə iltər imdi (76, 86). 
 
Əsərdən göründüyü kimi, qonaqlıq mərasimi zamanı ilk növbə-
də  əllərin  yuyulması  üçün  məclis  iştirakçılarına  su  dolu  aftafa  və 
ləyən gətirilir. Şair «adil kişi ğəribləri sövər imdi» - deməklə qərib-
likdən  gələn  insanlara  da  qonaq  kimi  davranıldığına  işarə  edərək 
onların da sevilib sayılmasına işarə etmişdir. Buradakı şairin diliylə 
verilən  “sövər”  kəlməsi  sevər  anlamını  verir.  Onun  işlətdiyi  sur 
sözü  də  qonaqlıq  mənası  daşıyır  (76,  169).  Müəllif  hətta  qonaqlıq 
süfrəsindən də yazır:  
 
Qonaqlara telim dürlü aşlar gəldi, 
İxvanların qonaqlayu öndər imdi (76, 123).  
 
Suli  Fəqih  «üç  gün bunları çün qonuqladı»-deməklə qonaqpər-
vərlik adətinə toxunmuşdur (78, 46). 
Müxtəlif mərasim və bayram şənliklərində təzahür edən qonaq-
pərvərlik adəti xalqımızın xarakterini, onun mənəvi zənginliyini ay-
dınlaşdırmağa imkan yaradır. Uzun sürən tarixi dövrlər ərzində qo-
naqpərvərlik mövcud olmuş,  əsrlər boyu məişətimizdə kök çalmış, 
insanların demək olar ki, gündəlik həyat tərzinə sirayət etmişdir. Bu 
isə  insanların  daxili  aləminin  saflığından  və  mənəvi  dünyasının 
zənginliyindən  xəbər  verir.  Təsadüfi  deyildir  ki,  insanların  ən  şə-

 
279 
 
rəflisi əliaçıq və səxavətli adamlar sayılır. İmkan daxilində qonağın 
tələblərini  yerinə  yetirən,  bacardığı  qədər  xeyirxahlıq  edənlər  ən 
hörmətli insanlar hesab olunurlar. 
Şamaxıda Mahmud bəy adlı varlı bir adamın evinə qonaq dəvət 
olunan  və  Azərbaycan  ərazisində  göstərilən  qonaqpərvərliyi  gözlə-
diyindən daha da üstün sayan Aleksandr Düma göstərir ki, buradakı 
qonaqlıq məclisində musiqiçilər və rəqqasələr də var idi. Belə məc-
lislərə  hətta  Qafqazda  məşhurlaşmış  Şamaxı  rəqqasələri  dəvət  olu-
nurdular  (22,  83).  Düma  bu  qonaqlıq  məclislərinin  musiqinin  mü-
şayiəti ilə keçdiyini göstərir. Göründüyü kimi, evə gələn qonağı ev 
sahibi təkcə yemək və yataqla təmin etməklə  kifayətlənmir. Qona-
ğın  tam sərbəstliyini  təmin  etmək və onu əyləndirmək məqsədilə 
məclisə  müğənnilər  və  rəqqasələr  də  dəvət  edirdi.  Bu  hal  geniş 
yayılmışdı. Azərbaycan feodal mühitində belə qonaqlıq mərasimləri 
tez-tez keçirilirdi. 
Ecazkar təsir gücünə malik musiqimiz və gözəlliyi, təravəti ilə 
ürəkləri  riqqətə  gətirən  rəqslərimiz  qonaqlıq  məclislərinin  yaraşığı 
olmuş,  insanlara  yüksək  sevinc  hissi  bəxş  etmişdir.  Azərbaycanın 
XX  əsr  dahi  bəstəkarı  Üzeyir  Hacıbəyov      “Azərbaycan      musiqi   
həyatına   bir   nəzər”   məqaləsində   yazır:  
“Azərbaycanın  bir  çox  mahallarında  toy  və  düyün  zamanı, 
yaxud bayram və başqa bir şadlıq günlərində camaat hamısı bir yerə 
yığılıb ikitərəfli olaraq” çalıb-çağırarlar. “Xanəndə  və sazəndə dəs-
təsi  əksər  ovqat  üç  nəfərdən  ibarət  olar  ki,  onlardan  biri  oxuyar, 
təğənni edər, digəri “tar” və üçüncü isə “kamança” çalar; bu dəstə-
nin  əhli  bütün  muğam  və  dəstgahları  lazımınca  bilməlidirlər”  (47, 
216). Müəllif fikrinə belə davam edir: “Aşıq dəstəsi dəxi əksərən üç 
nəfərdən  olub,  bunlardan  biri  həm  oxuyar,  həm  də  “saz”  çalar,  iki 
yerdə  qalanı  isə  alət  nəğmədən  olan  “balaban”  çalar;  balabançının 
ikincisinə “zü” tutan və yaxud “dəmkeş” deyirlər ki, bunun vəzifəsi 
hava  çalmaq  olmayıb,  yalnız  bir  sədanı  uzatmaqdan  ibarətdir; 
balaban çalanlar “tütək” və “zurna” dəxi çalarlar; bu halda bunların 
xanəndəsi  dəf (təbil) çalmalıdır: aşıq  dəstəsi çox vaxt muğamat və 
dəstgahlardan  bixəbər  olub,  “repertuar”ları  xalq  mahnılarından  və 

 
280 
 
nağıllarından  əmələ  gəlir;  nağıl  vaxtı  aşıqlar  otaq  içində  gəzişə-
gəzişə icrayi-hünər edib yeri gələndə söz ilə və yeri gələndə hava ilə 
şirin-şirin  nağıllar söyləyib oxuyarlar. Böyük toylara həm  xanəndə 
və həm də aşıq dəstəsi çağırarlar və növbəylə oxudarlar” (47, 217). 
Yeri  gəlmişkən,  qeyd  edək  ki,  Azərbaycan  ziyalıları  arasında  da 
özünəməxsus  münasibətlər  mövcud  olub.  Mir  Mövsüm    Nəvvabın  
yaratdığı  “Məclisi  fəramuşan”  məclisinə   daxil  olan şairlər bir-
biri  ilə,  həm  də  Xan  qızı  Xurşudbanu  Natəvanın  rəhbərlik  etdiyi 
“Məclisi-üns”-ün  üzvləri  ilə  şerləşirdilər.  Nəvvabın  Şuşada  yarat-
dığı “Musiqiçilər məclisi”ndə musiqi sənətinə dair bir sıra məsələlər 
müzakirə olunurdu (48). Bu ədəbi məclislər də özünəməxsus tərzdə 
icra olunan qonaqpərvərlik deyilmi? 
Qonaqpərvərlik adətində qəbul olunmuş əsas şərtlərdən biri də 
qonağa  hədiyyələr  bəxş  edilməsi  idi.  Bu,  qonaqpərvərlikdə  qəbul 
edilmiş  adi  bir  hal  idi.  Qonaq  ev  sahibinə  müəyyən  bir  şey  bağış-
lamağa, ev sahibi isə öz növbəsində qonağını müxtəlif hədiyyələrlə 
yola salmağa çalışırdı. Bu adət günümüzə qədər gəlib çatmış və indi 
də yaşamaqdadır. 
1613-14-cü  illərdə  Moskvadan  gəlmiş  rus  səfiri  Mixail  Nikitiç 
Tixonov Azərbaycanda şah tərəfindən onlara bəxş olunan müxtəlif 
hədiyyələrdən bəhs etmişdir. 1615-ci ildə daha bir rus səfiri, Mixail 
Petroviç  Baryatinski  də  Şah  Abbas  sarayında  fəaliyyəti  dövründə 
ona  göstərilən  hörmət  və  müxtəlif  şəxslər  tərəfindən  ona  təqdim 
olunan bəxşişlər barədə söhbət açmışdır (14, 216). 
Səfirliyin  tərkibində 1636-38-ci  illər ərzində Azərbaycanda ol-
muş alman alimi Adam Oleari də xalqımıza xas olan qonaqpərvərlik 
haqqında,  burada  onlara  verilən  müxtəlif  növ  tələbat  mallarından 
ibarət  hədiyyələr  barədə  söhbət  açmışdır.  O  göstərir  ki,  Sultan 
Şahverdi  tərəfindən  onlara  hədiyyə  olaraq  iki  at,  iki  öküz,  on  iki 
qoyun,  20  toyuq,  üç  böyük  küp  çaxır,  bir  küp  təmiz  su,  iki  səbət 
alma və 5 kisə buğda unu təqdim edildi (14, 260). Göründüyü kimi, 
bağışlanan  hədiyyələr  müxtəlif  çeşidli  olurdu.  Belə  ki,  buraya 
geyim şeyləri, xəncərlər, növbənöv parçalarla yanaşı, həm də səfəri 
davam edən şəxslərə ərzaq şeyləri və gündəlik tələbat malları daxil 

 
281 
 
idi.  Bundan  əlavə,  onlara  naxışlı  corab  (həm  qadın,  həm  də  kişi 
üçün),  yaşlı  kişilər  üçün  ipək  parçadan  tikilmiş  tənbəki  torbası,  at 
üçün rəqimə, heybə, xalça və s. şeylər də hədiyyə edilmişdi. Göstə-
rilən  bu  xüsusiyyət  xalqımızın  geniş  qəlbli,  səxavətli  olduğunu  bir 
daha  sübuta  yetirir.  “El-oba  çörəyi  ilə  tanınar”-deyib  ulularımız. 
Yəni el-oba həmişə çörək verən səxavətli insanları ilə fəxr etmişdir. 
Səxavətli,  qonaqpərvər,  əltutan  kişilər  haqda  “çörək  verən  adam-
dır”-deyə, şəxsiyyətinə alqışlar söyləmişlər. 
Qonaq evə gələndə necə alqışla qarşılanırsa, özü də həmin evi 
alqışla  tərk  edir.  Ev  sahibinin  qayğısı  müqabilində  qonaqlar  onu 
aşağıdakı kimi alqışlayırlar: 
 
Allah evini şen etsin! 
Allah çörəyini bol eləsin! 
Süfrən açıq olsun! 
Ruzi bərəkətin bol olsun! 
Evindən qonaq-qaran əskik olmasın! 
Ucaların ucası olasan! 
Ocağınız nurlu, bərəkətli olsun! 
  
Qonaqpərvərliyin bütün tələbləri gündəlik həyat normalarına və 
qaydalarına uyğun gəlirdi. Bu adət, əvvəllər olduğu kimi, xanlıqlar 
dövründə də öz mövcudluğunu qoruyub saxlamışdı. Bəzən ictimai-
siyasi  baxışları  üst-üstə  düşməsə  belə,  xanlar  arasındakı  görüşlər 
yüksək  qonaqpərvərlik  şəraitində  keçirilmişdir.  Hətta  “Xan  divan 
yığıncağında olan üzvlərinə qonaqlıq düzəldirdi” (50, 24). Bayram-
larda,  təntənəli  günlərdə  və  ya  başqa  xanlıqlardan  nümayəndələr 
qonaq  gəldikdə  onların  qarşısına  əsnaflar  öz  bayraqları  ilə  çıxmalı 
idilər (50, 61). Bunu Ş.Bidlisi də qeyd etmişdir. O yazır ki, Təbrizdə 
Əmir  Mübarizəddini  əyanlar,  sənətkarlar  və  qalan  zümrələr  məra-
simə  riayət  edərək  bəxşişlərlə  qarşılamağa  gedirlər.  Müəllif  başqa 
bir yerdə onu da qeyd edir ki, şaha təqdim olunan hədiyyələrin sayı 
9 olur. 9 rəqəmi isə türklərdə müqəddəs rəqəm sayılır (13, 79;206). 

 
282 
 
Fətəli xanın Nuxa şəhərində bir neçə gün qonaqlıq və şadlıqlar 
keçirib  Gəncəyə  yola  düşdüyü  də  məlumdur  (50,  41).  Mirzə 
Adıgözəl  bəy  Naxçıvan  hakimi  Heydərqulu  xanın  Pənah  xana 
qonaq gəldiyini təsdiqləyir (51, 38). 
XIX  əsr  salnaməçisi  Mirzə  Yusif  Qarabaği  “Tarixi-Safi” 
əsərində qeyd edir ki, Nadir şahın sərkərdələrindən biri olan Urmiya 
hakimi Fətəli xan Pənah xandan oğlu İbrahimxəlili bir neçə günlüyə 
qonaq göndərməsini rica edir və ona lazımi qonaqpərvərlik göstəri-
ləcəyini,  bunun  Qarabağ  xanlığına  böyük  başucalıq  gətirəcəyini 
xüsusi vurğulayır (52, 22).  Lakin  tarixdən məlum  olduğu kimi,  bu 
qonaqpərvərliyin mənfi nəticələri olmuşdur. Belə ki, Fətəli xan vədə 
əməl  etməyib  onu  da  özü  ilə  aparır.  Qeyd  edək  ki,  bəzən  qonaq-
pərvərlikdən  sui-istifadə  olunduğu  hallara  da  təsadüf  edilirdi.  Bu, 
nadir  hallarda  özünü  göstərir  və  əsasən  siyasi  motivlər  zəminində 
baş  verirdi.  Müəllif  qonaqpərvərlik  barədə  belə  yazır:  “Qarabağ 
xanı  İbrahimxəlil  “Avar  və  Dağıstan  hakimi  Ümmə  xanın  bacısı 
Bikə ağaya evlənərək onunla qohum oldu. Dağıstan ölkəsindən ona 
kömək  gəlirdi  və  çox  vaxt  ləzgilərin  qoşunlarını  yanında  qonaq 
sifətilə  Qarabağ  kəndlilərinin  hesabına  saxlayırdı”  (52,  24). 
Göründüyü kimi, nəinki ayrı-ayrı insanlar, hətta yeri gəldikdə qoşun 
belə lazımınca qonaq saxlanılır və ehtiram görürdü. 
Rzaqulu  bəy  Mirzə  Camal  oğlu  “Pənah  xan  və  İbrahim  xanın 
Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərində Nadir 
şahın  ölümündən  sonra  şahlıq  taxtına  əyləşən  Əliqulu  xan  Adilə 
peşkəşlər  adlı-sanlı  adamlarla  göndərildiyindən,  öz  növbəsində 
Pənah xana da layiqli sovqat və hədiyyələr, onun kəndxudalarına isə 
xələtlər bağışlandığından bəhs etmişdir (52, 213). Burada da siyasi 
məqsədlərlə  səfər  edən  qonaqların  hədiyyə  aparması  və  onların  da 
eynilə bəxşişlərlə qayıtması məsələsinə toxunulmuşdur. 
Xanlıqlar  dövründə  qonaqlıq  məclisinin  təsviri  yazıçı  Yusif 
Vəzir Çəmənzəminlinin “Qan içində” əsərində öz əksini tapmışdır. 
Burada xanların qonaqlıq süfrəsi təsvir edilir. Qiymətli xalı döşən-
miş taxtın üstündə Qarabağ hökmdarı İbrahimxəlil xanın, ətrafında 
ağaların,  bəylərin  əyləşdiyi  göstərilir.  Tacir  və  əsnaflar  da  məclisə 

 
283 
 
yığışmışdılar, “onlar divar boyu döşənmiş ipək döşəklərin üzərində 
dizi  üstə  ədəblə  oturmuşdular  və  bir  kəlmə  belə  kəsmirdilər. 
Məclisə  Vaqiflə  Mirzə  Əliməmməd  ağanın  gəldiyini  görcək  bütün 
məclisdəkilər  ayağa  qalxır  (xan  və  oğlundan  başqa),  onlara  yuxarı 
başda  yer  göstərilir.  Gələnlər  oturanlara  təzim  edərək  yuxarı  başa 
keçib  göstərilən  yerdə  əyləşirlər.  Yeni  gələnlər  oturan  kimi  təkrar 
xana  və  ətrafdakılara  təzim  edirlər,  cavabında  da  yerdə  oturanlar 
nizam ilə əyilib-qalxırlar”. Y.V.Çəmənzəminli bu qonaqlıq süfrəsini 
belə təsvir edir: “Otağı başdan-başa tutmuş, yeri sumağı rəngdə olan 
incə  haşiyəli  xalının  ortasına,  ətrafı  zəncirli  tirmə  süfrə  salınmış, 
üstünə qızıl, gümüş qablarda şirni, çərəz və şərbətlər düzülmüşdü”. 
Müəllif  “Qızlar  bulağı”nda  da  ev  sahibinin  qonağa  hörmətini 
əsirgəmədiyindən bəhs edir (53, 399). 
Azərbaycana  gələn  dövlət  xadimlərinə,  hərbçilərə,  yazıçı  və 
alimlərə göstərilən qonaqpərvərliyə dair çoxlu tarixi fakt qeydə alın-
mışdır. Bu barədə H.Quliyev yazır: “I Pyotrun Dərbənddə yaşayan 
azərbaycanlılar, knyaz Dolqorukinin Bakı və Salyan əhalisi, Şamaxı 
hərbi  qubernatorunun  Şuşa  əhli  tərəfindən,  A.Bestujevin  Quba, 
M.Y.Lermontovun Qusar camaatı, Qazan Universitetinin professoru 
İ.Beryozinin  A.Bakıxanov  tərəfindən  mehribancasına  qarşılanması 
və onlara göstərilən qonaqpərvərlik buna misal ola bilər” (42, 36). 
Bu fikri daha da qüvvətləndirmək üçün faktlara müraciət etmək 
yerinə düşərdi. A.A.Bestujev-Marlinski yazır: “Lakin burada Fətəli 
xanın evi boş deyildi. Əksinə, burada o qədər qonaq dolu olurdu ki, 
səs-küydən o hətta ağlın səsini belə eşidə bilmirdi” (54, 35). Müəllif 
Dərbənddə  yaşayan  İsgəndər  bəyin  qonaqları  evə  dəvət  edərkən 
“buyurun  əfəndilər,  xoş  gəlmisiniz”  deməsini  və  əlini  ürəyinin 
üstünə qoyub onlara azca baş əyməsini, qonaqları otağa dəvət etmə-
sini  xüsusilə  vurğulayır.  Salamlaşan  qonaqların  xalça  üzərində 
ayaqlarını  qatlayaraq  (bardaş  nəzərdə  tutulur-Ş.B.)  oturduqlarını 
göstərir. Bestujev-Marlinski qeyd edir ki, evdəkilərin və qohumların 
hal-əhvalı  xəbər  alınır  və  bundan  sonra  gəlişlərinin  məqsədi  bəyan 
edilir. Müəllifin məlumatlarında maraq doğuran cəhət onun qonaq-
pərvərliyin  tərbiyə  ilə  bağlı  məqamını  düzgün  sezməsidir.  O  gös-

 
284 
 
tərir  ki,  qonaqpərvərlik,  gülərüzlülük,  mədənilik  -  başqaları  üçün; 
həlimlik və ayıq-sayıq diqqət - uşaqlara, bir sözlə, birgəyaşayışın və 
ailə məişətinin bütün dəyərləri bir yerdə. O, uşaqların da necə ağıllı 
olduğunu  söyləyir.  Belə  ki,  onlar  analarının  hər  sözünü  və  baxış-
larını  başa  düşüb  ata  qayğısını  qiymətləndirirlər  (54,  58;182). 
Yuxarıda qeyd olunanlar bizə belə bir qənaətə gəlməyə imkan verir 
ki,  tarixən  azərbaycanlılar  onların  böyüklərin  bir-birinə  münasi-
bətindən bəhrələnmiş və tövsiyələrilə tərbiyə almışlar. 
Ərəb  işğallarından  sonra  Azərbaycanda  köçürmə  siyasətinin 
nəticəsi olaraq bir sıra ərəb mənşəli tayfalar məskunlaşmağa başla-
dılar. Bununla əlaqədar aşağıdakı  məlumat  diqqəti  xüsusilə  cəlb  
edir.  Məlumatda  VII  əsrdən  etibarən  Dərbənddə  məskunlaşmış 
ərəblərdən söhbət  gedir. Ərəblərin hələ də öz dillərində danışması, 
bu  yerlərdə  beş  əsrdən  artıq  bir  müddətdə  məskunlaşıb  firavan 
yaşadıqları,  özlərinə  məxsus  torpaq  sahələrinə  malik  olduqları  və 
Dərbənd  hakimlərinin  onlara  hörmətlə  yanaşdıqları,  maraqlarını 
qoruduqları  barədə  məlumat  verilir  (55,  225).  Göründüyü  kimi, 
Azərbaycanın  hansı  bölgəsində,  nə  zamandan  etibarən  köç  salıb 
məskunlaşdıqlarından  asılı  olmayaraq,  yerli  əhali  tərəfindən  yaxşı 
qarşılandıqlarını, daim qayğı gördüklərini qeyd edən bu gəlmələr öz 
şəraitlərindən məmnundurlar. 
Uzun  əsrlər  keçib,  Azərbaycanda  tarix  boyu  müxtəlif  mənşəli 
gəlmə tayfalar yerli əhali ilə qaynayıb-qarışıb və milli zəmində heç 
bir fərq hiss etməyiblər. V.L.Veliçko bu barədə haqlı olaraq  yazır: 
“Heç  şübhəsiz  ki,  azərbaycanlıların  qanı  alicənab  qandır;  onlar  tə-
biətən xeyirxah, ürəyigeniş,  cəsarətlidirlər, əqli  və mənəvi  inkişafa 
qadirdirlər”  (56,  155).  Elə  bu  xüsusiyyətlərə  görədir  ki,  müxtəlif 
dövrlərdə deportasiya olunmuş xalqlar məhz Azərbaycan ərazisində 
məskunlaşıb yaşaya bilmişlər. Bu baxımdan Axıska türkləri də istis-
na  deyil.  Bütün  bu  deyilənlərə  baxmayaraq,  müasir  dövrdə  Azər-
baycan  torpaqlarına  edilən  qəsdlər,  nankor  ermənilərin  yalançı 
iddialarını  hər  vəchlə  ortaya  atmaları  və  çirkin  əməllərlə  ərazimizi 
işğal edib soydaşlarımızı didərgin vəziyyətə salmaları acı bir həqi-
qətdir.  Bir  vaxtlar  İran  və  Türkiyədən  Qarabağa  köçürülərək  məs-

 
285 
 
kunlaşmaları münasibətilə abidə qoyan azğınlar bu gün həmin abidə 
üzərindən yazını yox edir, ərazilərimizi işğal altında saxlayırlar. 
Cəmiyyətdə ən mühüm ünsiyyət saxlamaq vasitəsi olan qonaq-
pərvərlik adəti müxtəlif xalqların, eləcə də eyni xalqın və ya müx-
təlif  etnik  qrupların  üzvləri,  hətta  bir  sıra  sosial  təbəqələr  arasında 
geniş  yayılmışdır.  Qonaqpərvərlik  bir-birindən  uzaqda  yaşayan 
millətləri bir-birinə doğmalaşdırır, bu da tərəqqiyə, mədəni inkişafa 
xidmət  edir.  Gündən-günə  möhkəmlənən  qarşılıqlı  əlaqələr,  yaxın-
laşma, zənginləşmə obyektiv inkişaf prosesidir. 
Xalqımızın  bir  sıra  nümayəndələri  bu  və  ya  digər  səbəblər 
üzündən  başqa  ölkələrdə  yaşamalı  olmuş,  gün-güzəran  qurmuşlar. 
Buna baxmayaraq, onların əksəriyyəti doğma vətəndən uzaq olsalar 
belə,  öz  adət  və  ənənələrinə  sadiq  qalmış,  onları  öz  məişətində 
yaşatmağa çalışmışdır. Fikrimizi təsdiq etmək üçün aşağıdakı misalı 
nəzərə çatdırmağı lazım bilirik. İbrahim bəy Azərbaycan tacirlərin-
dən  birinin  oğludur.  Onun  atası  Misirdə  yaşadığı  illərdə  öz  adət-
ənənələrinə  sadiq  qalmış  və  məişət  tərzini  dəyişməmişdi.  Onun 
qonaqlıq  məclisləri  maraqlı  keçirdi,  çünki  “qonaqlıq  məclislərində 
onların məşğələsi İranın  tarix  kitablarını  və keçmiş  şahların  əh-
valatını oxumaqdan  ibarət olardı”. Bu onu göstərir ki, qonaqpərvər-
liyin icrası yalnız yaxşı süfrə bəzəyib qonağı yola salmaqdan ibarət 
deyildir. Qonaqpərvərlik  həm də fikirləri, düşüncələri bölüşmədir.  
O, intellektual səviyyənin daha da   inkişafı üçün bir vasitə, mədə-
niyyət  və  mənəviyyat  ətrafında  fikir  mübadiləsi  deməkdir.  Qiraət 
etməklə  bilik  sahibi  olmaq,  tarixin  incəliklərinə  vaqif  olmaq  kimi 
xüsusiyyətlər həmin məclislərdə mühüm yer tutmuşdur. 
Atasının  İbrahim  bəyə  vəsiyyətində  çox  maraqlı  məqam  da 
nəzərimizi  cəlb  edir.  Belə  ki,  o  qeyd  edir:  “...  az  qonaq  get,  qoy 
sənin yanına çox qonaq gəlsinlər. Yəni qonaq getməyə yox, qonaq 
çağırmağa  daha  artıq  rəğbətin  olsun”  (57,  22;  25).  Görəsən,  bunu 
vəsiyyət  etməyə  atanı  vadar  edən  səbəb  nədir?  Nə  üçün  o,  başqa 
məsələlərlə yanaşı, məhz qonaq qəbul etməyi də vəsiyyət edir? 
Kənd  həyatında  müşahidə  olunan  qonaqpərvərlik  adəti  özünə-
məxsusluğu ilə daha da fərqlənirdi. Burada dinin də müəyyən dərə-

 
286 
 
cədə təsiri, rolu şübhəsizdir. Ümumiyyətlə, dinin yayıldığı ərazilər-
də cəmiyyətin inkişafına onun təsiri inkaredilməzdir. Qonaqpərvər-
lik və din bir-biri ilə, müəyyən mənada, sıx tellərlə bağlıdır. Təsadü-
fi  deyil  ki,  qonaq  Allah  müsafiri  sayılır.  Bu  xüsusiyyət  Azər-
baycanda geniş yayılmışdır. Məsələn, Allah qonağı istəmirsinizmi? 
- sualına ev sahibinin cavabı belə olur ki, “Allaha da qurban olum, 
qonağına da”. Qonaq da bilir ki, heç vaxt getdiyi yerdən rədd cavabı 
almayacaq, dəvətsiz də gedə bilər və kobud söz eşitməz. Ona görə 
də qətiyyətlə hər hansı bir evin qapısını utanmadan döyə bilər. 
Saleh  bəy  özünün  “Əllər”  əsərində  Şuşadan  Ağdamın  Yuxarı 
Muğanlı kəndinə köçdüklərindən, uşaq vaxtı burada  yaşayıb  nələri 
müşahidə etdiyindən söhbət açarkən orada qonaqpərvərliyin icrasını 
belə  təsvir  etmişdir.  Maraqlıdır  ki,  müəllif  Ağdama  köçərkən 
onların  ailəsinə  adət  üzrə  sığınacaq  verildiyini  deyir.  Saleh  bəy 
əsərində kənd ailəsinin qonaqpərvərliyini təsvir edir. “Hər bir kəndli 
özü  üçün  iftixar  hesab  edərdi  ki,  onun  qapısını  qonaq  döysün, 
evində qalsın və razılıqla xudahafizləşsin. Qonaqlar isə, aydındır ki, 
çöldən  varlı  görünən  evin...  qapısını  döyərdilər.  Qonaq  tanış 
olmayan şəxs olanda deyərdi: “Allah qonağıyam” və onu “Allaha da 
qurban  olum,  qonağına  da!”  -  sözləriylə  içəriyə  dəvət  edərdilər. 
Qonaq  əl-üzünü  yuyar,  dua oxuyar, əyləşərdi  yerdə. Varlı  evlərdə, 
məsələn, Əbdülbağının evində də masa vardı, amma masa arxasında 
oturmaq  adəti  yox  idi.  Qonağın  altına  mütləq  döşəkcə  salar, 
qoltuğunun  altına  mütəkkə  qoyardılar  və  bundan  sonra  söhbət 
başlanardı,  ordan-burdan.  Kənar  aləmlə  demək  olar  ki,  əlaqəsi 
olmayan  kənd  əhli,  ev  sahibi  üçün  bu  söhbət,  aydındır  ki,  çox 
maraqlı  idi.  Bu  arada  yemək  hazırlanırdı,  ataların  tapşırdığı  qanun 
üzrə:  “Varın  verən  utanmaz”-  kimisi  imkanı  vardı,  quzu  kəsirdi, 
kimisi çolpa, o birisi yumurta çığırtması hazırlayır, eləsi də olurdu 
ki,  şor-çörək  təklif  edirdi.  Süfrə  qonağın  qabağında  açılar,  çörək, 
sonra  yemək  gələrdi  və  “bismillah  ərrəhman  ərrəhim”dən  sonra 
başlayardılar yeməyə. Çörək yeyən zaman danışmaq olmaz-günah-
dır.  Quran  belə  tələb  edir...  Yeyib  qurtarandan  və  “şükr  əlhəm-
dülillah” deyəndən sonra süfrədən çörək, sonra qab-qacaq və sairə 

 
287 
 
yığışdırılırdı.  Bundan  sonra  “qonaq  üçün”  ehtiyatda  saxlanan, 
evdəki ən  yaxşı meyvə və xüşgəbar-qoz, fındıq, tut qurusu, kişmiş 
gətirilirdi.  Yadımdadır,  böyüklər  və  hətta  böyük  uşaqlar  ən  yaxşı 
meyvələri  və  digər  yeməli  şeyləri  nə  özləri  yeyər,  nə  də  kiçik 
uşaqlara  verərdilər  və  ciddi  surətdə  deyərdilər:  “bu,  qonaq  üçün-
dür”. Və hamı ailənin bu tabusuna riayət etməli idi. 
Yeməkdən sonra söhbət  (xüşgəbarla birlikdə) davam etdirilirdi 
və  indi  bu,  daha  şirin  və  maraqlı  olurdu.  Söhbət  də  həmin  kişi 
məclisində  gedərdi.  Qadınlar  əvvəldən  axıradək  ayrıca  oturar  və 
çörək  yeyərdilər  (əgər  yeməyə  bir  şey  vardısa  -  yemək  az  olanda 
hamısı gətirilirdi kişilərin süfrəsinə). Qonaqlıq və gecələmə əvəzinə 
pul almaq, hətta təklif etmək belə olmazdı: bu, ev sahibi üçün xalq 
qarşısında bədnamlıq, Allah hüzurunda küfr olardı” (58, 59). 
Evində yedirdib-içirdib yola salmaq, qonağın müxtəlif ehtiyac-
larını təmin  etmək o qədər təbii  hal  almışdı  ki,  bunu başqa cür tə-
cəvvür etmək belə mümkün deyildi. Qonaqlar arasında ayrı-seçkilik 
qoyulmurdu.  Kasıblara  belə  əl  tutmaq  özü  də  qonaqpərvərliyə  xas 
xüsusiyyətlərdən idi. 
Mirzə  Fətəli  Axundovun  “Hekayəti-Müsyo  Jordan  həkimi-
nəbatat və dərviş Məstəli şah-cadükəni-məşhur” əsərində Qarabağın 
Təklə-Muğanlı  obasının  bəyi  Hatəmxan  ağanın  evində  Fransadan 
gələn qonağın qalmasından bəhs olunur. Müəllif  Şəhrəbanu  xanı-
mın  simasında  Qarabağ qadınlarının qonağa necə qulluq edib, süf-
rə açdığını təsvir edərək yazır: “Müsyö Jordana qaymaq gərək,  bo-
zartma  gərək  ki,  gedib  öz  ölkəsində  deməsin  ki,  Qarabağ  elatının 
arvadları mərifətsiz olurlar, qonağa hörmət edə bilmirlər” (59, 44). 
Y.V.Çəmənzəminli  “Evdar  arvad”  məqaləsində  isə  belə  yazır: 
“Ev bir məmləkətə bənzəyir, evdar arvad da onun padşahına. Pad-
şah yaxşı olsa, məmləkət də nizam və qayda ilə dolanar. Şərt bir qa-
zan bişmişi ocağın üstünə qoyub qaynatmaq deyil, arvad gərək evin 
hər bir dairəsinə nəzər yetirsin. Ən əvvəl təmizliyə diqqət versin. Ev 
hər  gün  silinib  süpürülməlidir,  otaqlarda  hər  şey  öz  yerində  qayda 
ilə qoyulub baxanlara səliqə nə olduğunu duydursun. Külfət üzvləri-
nin təmiz libas geyməyinə evdar arvad çalışmalıdır. Mətbəxin niza-

 
288 
 
mı  da  xanıma  bağlıdır:  aşbaz  da  hazırlasa,  xanımın  gözü  bişmişin 
üstə olmalıdır ki, külfət  təmiz və dadlı xörəklər yeyə bilsin. Evdar 
arvad səy etməlidir ki, israf olunmasın, evin məkulatı hədər yerə da-
ğılmasın. Bacarıqlı arvad evdə qış üçün tədarük görər, cürbəcür mü-
rəbbələr bişirər, turşular və şorabalar (duzlu xiyar və qeyri) hazırlar, 
göyərti  və  meyvə  qurudar,  riçal  qayırar.  Qoçaq  arvad  hər  şeydən 
mənfəət  götürər, həyətdə qəşəng ləklər saldırıb göyərti əkdirər; to-
yuq,  xoruz  saxlar,  kürt  düşəni  vaxtında  basdırar,  cücə  çıxardarlar. 
Mümkün olsa inək saxlarlar ki, südü ilə balalar bəsləsinlər... xülasə, 
evdar arvadın vəzifəsi çox çətindir. Böyük hünər və qanacaq istəyir. 
Evə bir qonaq gəldikdə kişinin başını uca eyləyən arvad olur. Lazı-
mi  bir  qayda  ilə  qonağı  qarşılayır,  söhbətlərlə  məşğul  edir.  Sonra 
çörək masasına dəvət eyləyir. Buraların səliqəsi evdar arvadın ləya-
qətli olub-olmadığını göstərir” (49, 156). Müəllif burada qadınların 
rolunu  lazımınca  dəyərləndirə  bilmişdir.  Qadınlar  öz  üzərlərinə 
düşən  məsuliyyəti  həmişə  yaxşı  başa  düşmüşlər.  Onlardakı  təlaş, 
qonağı layiqincə yola salmağı bacarmaq həyəcanı təbii haldır. 
Yazıçı Ə.Haqverdiyevin də yaradıcılığında qonaqpərvərliyə yer 
verilmişdir.  O  göstərir  ki,  öncə  qonaqlara  çay  verilir,  sonra  kabab 
hazırlanır  və  bir  şaqqa  ət  də  yol  azuqəsi  kimi  qoyulur.  Layiqincə 
qonaq eyləyib evində bir gecə saxlayan qocadan bəhs edərkən onun 
bir  kök  qoyun  da  bağışladığını  qeyd  edən  müəllif,  evdən  gedən 
mehmana verilən hədiyyəni xatırladır (61, 182-183). Yəni hədiyyə-
nin nə olduğu vacib deyil, əsas onun ürəkdən bağışlanmasıdır. Elə 
bütün  qonaqpərvərliyin  özü  təmiz  ürəklə  icra  edilməlidir.  Çünki  
ürəyiaçıqlılıq, dürüstlük, saflıq, mərhəmətlilik, rəhmdillilik, yardım-
sevərlik  yüksək  mənəvi  dəyərlər  olmaqla,  insanın  daxilindəki  ən 
yaxşı keyfiyyətləri açmaq üçün imkan yaradır və insanlarda önəmli 
əhəmiyyət  kəsb  edən  xüsusiyyətlərdir.  Böyüklər  tərəfindən  bizlərə 
daim xoşrəftarlılıq tövsiyə olunub. Qonağı layiqincə yola salmaq ev 
sahibini  rahat  edir  və  o,  daxilən  məmnunluq  hissi  keçirir.  Əsrlər 
boyunca  ailədə  uşaqlar  qonağa  hörmət  ruhunda  tərbiyə  edilmiş  və 
bu hiss onlarda dönə-dönə aşılanmışdır. Bu keyfiyyət hər bir ailədə 
mühüm  yer  tutmuşdur.  Başqa  cür  ola  da  bilməzdi,  çünki  qonaq 

 
289 
 
gələcəkdə  ailənin  (evi  tərk  etdikdən  sonra)  yaxşı  adının  təbliğat-
çısına  çevrilirdi.  Bu  adət  vasitəsilə  böyüklərə  hörmət,  kiçiklərə 
qayğı göstərmək tövsiyə olunmuşdur. 
Bu  gün  də  qonaq  olaraq  birinin  evinə  təşrif  buyurmuş  şəxs 
imkanı  daxilində  ev  sahibinə  müxtəlif  hədiyyələr  təqdim  etməyi 
zəruri  sayır.  Öz  növbəsində  ev  sahibi  də  qonağı  lazımi  səviyyədə 
qarşıladıqdan  sonra  yola  salarkən  ona  cüzi  də  olsa,  nə  isə  bir  şey 
bəxş etməyə çalışır. Deməli, əsrlərin sərhədini aşaraq bu, günümüzə 
qədər  gəlib  çatmış  qonaqpərvərliyə  xas  keyfiyyətləri  xalqımız 
qoruyub saxlamağa çalışır. 
Qonaqlara xidmət  bununla bitmiş hesab olunmur. Bəzən evinə 
ən əziz qonağı gəlmiş adam yalnız evdə onun qulluğunda durmaqla 
kifayətlənməyib, bulaq başına, meşənin qoynuna aparmağı da zəruri 
sayır. Burada da süfrə açılıb kabab bişirilir. 
Qonaqpərvərlik  bayramlarda  xüsusi  xarakter  daşıyırdı.  Rama-
zan bayramında iftara qonaq dəvət etmək və ya gedərkən şirni apar-
maq, qurban bayramında isə qurbanlıq ətindən də götürüb yaxın qo-
humlara, qonşulara paylamaq məqsədilə qonaq olmaq artıq bir ənə-
nə,  borc  halını  almaqla  yanaşı,  həm  də  savab  sayılır.  Belə  ki,  bu 
bayramlarda  nəfsi  qorumaqla  bərabər,  oruc  tutanlara  ziyafət  ver-
mək, imkanı olanların mərhəmət göstərib allah yolunda qurban de-
dikləri  heyvanların  ətinin  bölüşdürülərək  paylanması  kimi  keyfiy-
yətlər insanları bir-birinə isinişdirir və daha da yaxınlaşdırır. Xüsu-
sən  də  Novruz  bayramı  günlərində  hamı  bir-birinə  qonaq  gedərdi, 
küsülülər barışar, hədiyyə təqdim olunar, şirnilər paylanardı. 
Qonaqpərvərlik  adəti  xüsusən  bayram  mərasimlərində  özünü 
qabarıq göstərirdi. Öz zənginliyi və rəngarəngliyi ilə seçilən Novruz 
bayramı mərasimlərində Hollandiya dənizçisi Yan Streys də iştirak 
etmişdir. Dənizçi azərbaycanlıların Novruz bayramını necə qeyd et-
diklərindən söhbət açır. O, eyni zamanda qonaq olduğu xanın açdığı 
süfrənin təsvirini verir. Bununla  yanaşı, müəllif daha sonra  yazırdı 
ki, bizim zadəganlar, mən də onlarla birlikdə, gah bu, gah da digər 
azərbaycanlının  yanına  yeməyə  qaçırdıq  və  möhkəm  əmin  idik  ki, 
müsəlmanların yemək-içməyi ilə bizim boş, ac qarınlarımız arasın-

 
290 
 
da  din  ayrılığı  barədə  heç  bir  narazılıq  yaranmayacaq.  Bu  isə  öz 
növbəsində,  Azərbaycanda  qonağa  hörmət  barədə  fikrimizi  təsdiq 
etməyə əsas verir. Doğrudan da yurdumuzda qonaqlara heç bir fərq 
qoyulmamış, dini və milli mənsubiyyətlərinə görə əsla ayrı-seçkilik 
edilməmişdir.  Burada  yardımsevərlik,  xeyirxahlıq,  səmimilik,  dü-
rüstlük,  sadəlik  və  müxtəlif  xalqlara  münasibət  məsələləri  bir-biri 
ilə çulğalaşmışdır. 
Etnoqrafik  materiallar  Ordubad  bağbanları  arasında  xüsusi  bir 
qonaqpərvərliyin  mövcudluğunu  təsdiq  edir.  Bu  adət  bostanpozma 
adlanırdı. Məhsul yığımından sonra bağbanlar qonaq çağırır və onu 
yola  salarkən  yetişdirdikləri  müxtəlif  məhsullardan  pay  qoyurlar 
(42, 39). Göründüyü kimi, el-oba  heç vaxt bir-birindən kömək əlini 
əsirgəməyib,  dara  düşənə  birgə  səylə  yardım  etməyə  çalışıb. 
Əvəzsiz yardımetmə halları bu gün də mövcuddur. 
Azərbaycanda qonaqpərvərlik vasitəsilə icra olunan digər adət-
lərdən  biri  də  damazlıq  adətidir.  Belə  ki,  heyvanı  olmayan  kəndli 
qonaqlıq edib ən yaxın adamlarını evinə dəvət edir və elə bu məc-
lisdə gələnlər ona hansı heyvanı bağışlaya biləcəklərini elan edirlər. 
Ertəsi gün vəd etdikləri heyvanı göndərirlər. 
Müasir  dövrdə  qonaqpərvərliyə  bir  sıra  hallarda  xüsusi  diqqət 
yetirilir ki, bu da özünü ad günləri, elçilik, nişan və toy mərasimləri 
zamanı daha qabarıq şəkildə büruzə verir. 
Ad gününü təbrik etmək dəb halını almışdır. Bu zaman ad günü 
qeyd olunan şəxsə müxtəlif hədiyyələr təqdim edilməsi həmin mə-
rasimin şərtlərindən biridir. Hədiyyə verərkən onun gərəkli olacağı-
na diqqət yetirmək lazımdır. Təbii ki, qonaqlıq zamanı ev sahibi tə-
rəfindən  süfrəyə  müxtəlif  çeşidli  yeməklər  və  şirniyyat  məmulatı 
düzülür. 
Hələ  qədim  dövrlərdən  başlayaraq  indiyədək  davam  edən  qo-
naqpərvərlik  adətinin,  xüsusilə  elçilik,  nişan  və  toy  mərasimləri 
zamanı icrası  daha diqqətəlayiqdir. Belə ki,  burada qonaqpərvərlik 
özünəməxsus  tərzdə  icra  olunur.  Qız  evinə  oğlan  evi  hədiyyələr 
təqdim edir. Ev sahibi də gələn qonaqları lazımi qaydada qarşılayıb 
yola salmağa ciddi riayət etməyə çalışır. 

 
291 
 
Müasir dövrümüzdə qonaqlıq süfrəsinə təqdim olunan yeməklər 
daha fərqlidir. Buraya müxtəlif növ salatlar daxildir. Bu yemək növ-
lərindən sonra toyuq soyutması və ya qızartması, yaxud yarpaq dol-
ması,  dovğa  və  nəhayət,  balıq  kababı  və  s.  də  təqdim  olunur.  Qo-
naqlar üçün açılan süfrənin müxtəlif çeşidli yeməklərlə bəzədilməsi 
qonaqlara  hörmətlə  yanaşı,  həmçinin  Azərbaycan  mətbəxinin 
zəngin yemək növlərinə malik olduğunu  da sübuta yetirir. 
Azərbaycan  süfrəsində  qonaqlara  verilən  yeməklər  çoxçeşidli, 
zəngin  və  rəngarəngdir.  Yeməklər  bəzən  etnoqrafik  zonalar  üzrə 
fərqlənir. Lakin bir məqam aydındır ki, bütün zonalarda ən çox təq-
dim  olunan  yemək  plovdur  və  onun  özünün  də  müxtəlif  çeşidləri 
vardır.  Belə  ki,  plov  süfrəyə  ləvəngi,  fisincan,  çığırtma,  səbzi  qo-
vurma və s. ilə birgə təqdim edilir. Plovla bərabər kabab da mühüm 
yer  tutur.  Qonaqlıq  süfrəsinə  qurudlu  xəngəl,  balıq  qızartması,  ba-
dımcan və yarpaq dolması, düşbərə, qutab və bu kimi onlarla milli 
yemək növlərini də təqdim etmək mümkündür. 
Şərq  dünyasında,  xüsusən  də  müsəlman  aləmində,  bir  qayda 
olaraq,  qonağa  böyük  ehtiram  göstərilməsi  nəsihətinə  əməl    edil-
mişdir.  Bu,  Məhəmməd  peyğəmbərin  qonağa  münasibətə  dair  kə-
lamlarında  da  öz  əksini  tapmışdır.  Peyğəmbərimiz  buyurur:  “Qo-
nağa  hörmət  edəndə  qeyri-səmimiliyə  yol  verməyi  qadağan  edi-
rəm”.  Birisi  ziyarət  etmək  üçün  sizə  gəlirsə,  ona  ehtiram  göstərin. 
Bir icmanın  başçısı sizə gəldimi, onu  ehtiramla qarşılayın. “Şübhə 
yoxdur ki, adamın öz qonağını qapıya qədər ötürməsi ən vacib şərt-
lərdən biridir”. Göründüyü kimi, qonağa ehtiram etmək Məhəmməd 
peyğəmbər  tərəfindən  də  tövsiyə  olunurdu.  Peyğəmbərin  məşhur 
kəlamlarından birində buyurur ki, üç duanın qəbul olunacağına şüb-
hə  yoxdur:  məzlumun  duası,  qonağın  duası  və  ata-anasın  övladına 
etdiyi dua (60, 103; 120-121). 
Azərbaycan  xalqının  real  həyat  tərzinin  mühüm  cəhətlərini 
özündə əks etdirən şifahi xalq yaradıcılığı incilərində, tarixi salnamə 
olan  dastanlarımızda,  nağıllarımızda,  əfsanələrimizdə,  aşıq  yaradı-
cılığı  nümunələrində,  atalar  sözlərində,  bayatılarımızda  qonaq  və 
ona  münasibət  haqqında  geniş  məlumat  verilir.  Qonağa  hörmət 

 
292 
 
edilməsi  şifahi  xalq  yaradıcılığından  kənarda  qala  bilməzdi.  Bir 
neçə nümunə ilə fikrimizi sübuta yetirək. 
“Kitabi-Dədə  Qorqud”  dastanında  deyilir  ki,  qonağı  gəlməyən 
qara evlər yıxılsa hey”. Bu o deməkdir ki, əgər bir evə qonaq təşrif 
buyurmursa, deməli, o ev, ev deyil və yıxılması qalmasından vacib-
dir.  Bu,  qonağın  hər  bir  evdə  necə  böyük  ehtiram  sahibi  olmasına 
dəlalət edir. Elə həmin dastanda ən yaxşı qadın evin  dirəyi  hesab  
olunur ki, onu  da  bu  cür dəyərləndirirlər: “Ozan, evin dayağı oldur 
ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol 
onu yedirər, içirər, ağırlar, əzizlər, göndərər” (62, 12-14). Ümumiy-
yətlə,  el  arasında  təkcə  qadınlar  deyil,  bütün  insanlar  qiymətlən-
diriləndə ilk növbədə onun qonağa münasibəti, səxavəti əsas meyar 
kimi götürülür və xalq arasında da məhz belə adamlar böyük hörmət 
və nüfuz sahibi olurlar. 
Dastanda  xanlar  xanı  xan  Bayandırın  ildə  bir  kərə  toy  edib 
Oğuz bəylərini qonaqlaması barədə də bəhs olunur (62, 16). Farüq 
Sümərin  də  İbn  Fədlanın  verdiyi  məlumata  əsaslanaraq  oğuzların 
doğrucul,  namuslu  və  qonaqpərvər  olduğunu  söyləməsi  dastandan 
bəlli olan bu fikri bir daha  təsdiqləyir (64, 69). Burada XIII əsrin 
görkəmli  Azərbaycan mütəfəkkiri Nəsirəddin  Tusinin  səxavət  haq-
qında yazdığını xatırlatmaq yerinə düşür: O yazır: “Səxavət ona de-
yilir ki,  mal-dövlətin  sərf edilməsi  necə lazım, necə layiqsə,  elə də 
yerinə yetirilsin və sona qədər bu cürə də davam etdirilsin. Səxavət 
elə bir növdür ki, onun da özünə daxil olan bir çox növləri vardır... 
lakin  “səxavət”  cinsinə  daxil  olan  fəzilətlər  səkkizdir:  birinci  -  kə-
rəm, ikinci - əliaçıqlıq, üçüncü - əfv, dördüncü - mürüvvət,  beşinci 
- xeyirhaqlıq, altıncı - yardım, yeddinci - pay, səkkizinci – üzüyum-
şaqlıq”  (63,  86-87).  Deməli,    “Elm  aləminin  şahı”  adlandırılan 
Nəsirəddin  Tusi  haqlı  olaraq  səxavətin  özündə  də  müəyyən 
xüsusiyyətlərin birləşdiyini vurğulayır.  
Tədqiqatçı Ə.H.Həşimov bu barədə yazır: “İnsanpərvərlik hissi 
Azərbaycan xalqının süfrəsini də ürəyi kimi açıq və geniş etmişdir. 
Nağıllarımız  içərisində  eləsini  tapmaq  olmaz  ki,  orada  zəhmət 
adamı  “qonaq  istəyirsənmi?  -  sualına  :  -”gözüm  üstə  yerin  var!”  - 

 
293 
 
deyə  cavab  verməsin.  Həm  də  bu,  gəlişigözəl  söz  demək  xatirinə 
verilən cavab deyil, zəhmətkeş azərbaycanlının ürək sözüdür, onun 
geniş qəlbinin təcəssümüdür. Azərbaycanlılara görə, “evin  yaraşığı 
uşaq” olduğu kimi, “süfrənin yaraşığı da qonaqdır”. “Qonaq sevənin 
süfrəsi boş olmaz”, “Qonaqsız ev uğursuz olur” və s. (65, 40). 
Təsadüfi deyildir ki, nağıllarımızda xeyir qüvvənin təmsilçiləri 
xeyirxah, səxavətli, yoxsullara əl tutub kömək edən adamlar sayılır. 
Əbəs  yerə  deyilməyib  ki,  “mərd  igidlər  süfrə  açar,  ad  alar”  (66, 
182). Bu barədə Molla Vəli Vidadi belə yazır: 
 
Səxavət olmayan kəsdə şücayət feli-nadirdir. 
Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm  
          (38, 388). 
 
Molla Pənah Vaqif isə belə deyir: 
 
Sən gəldin, nur doldu evə otağa, 
Gəldiyin yollara canım sadağa, 
Durub qurban olmaq sən tək qonağa 
Nuşdur canımıza, qurban olduğum (38, 415). 
 
Koroğlu  dastanında deyilir ki,  Koroğlu  bir qarının qapısını  dö-
yüb, gecə onu qonaq saxlamasını xahiş edir. Qarı da “qonaq  Allah 
qonağıdı”,  -  deyir  (67,  188).  Koroğlunun  özü  isə  qonağı  barədə 
“Qonaq ki, var, mənim əzizim, iki gözümdü”, - söyləyir (67, 243). 
Dastanda  xanın  qurduğu  məclisin  təsviri  isə  belə  verilir:  “Elə  ki, 
xan  üzrxahlığını  elədi,  yemək-içmək  başlandı,  saqi  girdi  məclisə. 
Ələmqulu xan dəlilərə burada bir qonaqlıq verdi, bir qonaqlıq verdi 
ki,  nə  deyim.  Yedilər,  içdilər,  çalğıçılar  çaldı,  oxuyanlar  oxudu, 
gecədən də bir az keçmiş məclis dağıldı” (67, 268.  Koroğlu: 
 
Çənlibeldə köçüm, qonum, 
Atlasdan biçilər donum, 
Ortadan qalxmaya xonum, 
Gündə yüz qonağım ola!.. – deyir (67, 274). 

 
294 
 
 
Yuxarıdakı misralarda dərin köklərə malik olan qonaqpərvərlik 
öz  parlaq  ifadəsini  tapmışdır.  Göründüyü  kimi,  məişətdə  həlledici 
rol  oynayan  qonaqpərvərlik  adəti  görk  səciyyəsi  daşımır,  yaşam 
tərzinin  bir  parçası  kimi,  arzuolunan  bir  hal  kimi  təqdir  edilir.  Bu 
adətin  yaranması  cəmiyyətin  özünün  tələbatı  ilə  baş  vermiş,  məhz  
bu zəmində də müəyyən qaydalar formalaşmışdır. 
Toponimlərlə  bağlı  rəvayətlərdə  də  qonaqpərvərliyin  izləri  öz 
təzahürünü tapmışdır. Məsələn, Şuşa adı ilə bağlı maraqlı bir rəva-
yət  vardır.  Belə  ki,  “vaxtilə  Pənah  xan  Bərdə  xanına  qonaq  gəlir. 
Bərdə xanı möhtərəm qonağın rəğbətini qazanmaq üçün onun şərə-
finə  ov  təşkil  edir.  Onlar  Qarabağın  tərifli  atlarını  minib  nökərləri, 
tazıları ilə yaxındakı uca dağlara, sıx meşələrə ova çıxırlar. Bu dağ-
lardan ətrafı seyr edən Pənah xan heyran qalıb öz-özünə deyir: “Bu 
nə gözəl yerdir. Nə gözəl, aydın, saf havası var. Elə bil şüşədəndir. 
Uzaqdan  hər  şey  ayna  kimi  görsənir.  Burada  hər-həlbət  gözəl  bir 
şəhər  salmaq  lazımdır”  (66,  46).  Qarabağın    yüksək  yerində  Şuşa 
şəhəri belə salınır. 
Xalqlar, o cümlədən insanlar arasında dağılmaz körpü salan qo-
naqpərvərlik  adəti  haqqında  dastanlarımızda  xeyli  məlumat  vardır. 
Burada xalqın bütün təbəqələrinə (həm  yuxarı, həm də aşağı) məx-
sus olan mehmannəvazlıq öz əksini tapmışdır. Dövrün  hadisələrini  
əks etdirməklə  yanaşı, xalqın real  həyat  tərzi ilə səsləşən dastan-
larımızda  xeyirxah  hisslər,  vətənpərvərlik,  azadlıq  uğrunda  müba-
rizə duyğuları ilə yanaşı, qonaqpərvərlik adəti də tərənnüm olunur. 
Məsələn, “Tahir-Zöhrə” dastanında deyilir: “-Anasını çağırıb dedi: -
Mən  qoyunu  arxaca  yığıb  gələnə  kimi  sən  xörəyi  hazır  elə.  Gərək 
elə  eyləyəsən  ki,  bizim  əziz  qonağımız  inciməyə.  Arvad  o  saat 
xörəyi  bişirib  dəmə  qoydu...  qarı  qalxıb  əlüstü  süfrə  salıb,  xörəyi 
qablara  çəkdi,  gətirib  ortaya  qoydu”  (68,  49).  Bu  sözlər  xüsusən 
bacarıqlı  qadınların  üzərinə  düşən  öhdəliyin  layiqincə  yerinə 
yetirilməsinə bir işarədir. 
“Aşıq Qərib” dastanında da Qərib Xacənin evində qonaq qalar-
kən onun üçün tədarük görüldüyü qeyd edilir və göstərilir ki, “Qərib 

 
295 
 
sözünü  tamam  etdi,  qonaqlar  yeyib-içdikdən  sonra  hərə  öz  mən-
zilinə getdi. Qərib üçün  Xacə  yer salıb otaqların  birində onu rahat 
etdi”  (68,  175,178).  Burada    uzaq  diyardan  gələn  və  gəldiyi  yerdə 
heç bir qohum-əqrəbası olmadığı halda hörmətlə qəbul edilən aşıq-
dan söhbət gedir. El-oba dolaşaraq oymaq-oymaq gəzib saz-söhbəti 
ilə  məclislərə  yaraşıq  verən  saz  ustaları  -  aşıqlar  və  şairlərin  yara-
dıcılığını  mahnılarda  yaşadan  xanəndələr  ziyafətlərin  əvəzsiz 
iştirakçılarına  çevrilirdilər.  Bu  bir  həqiqətdir  ki,  bir-birini  tamam-
layaraq  məclisi  rövnəqləndirən  musiqiçilər  və  öz  ifaları  ilə  ruhu 
oxşayan  aşıqlar  qonaqlar  üçün  böyük  zövq  mənbəyi  olurdular.  Bu 
da  xalqımızda  qonağı  hərtərəfli  razı  salmaq  meylinin  son  dərəcə 
qüvvətli olduğundan xəbər verir. 
“Qurbani” dastanında qonağa münasibətə dair nəsihətamiz məs-
ləhətlər  elə  dolğun  təsvir  edilmişdir  ki,  bütövlükdə  böyüklərin 
kiçiklərə verdiyi öyüd kimi səslənir. 
 
Sən nüdrətən bir məclisə varanda
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur! 
Dindirəndə mərifətdən xəbər ver, 
Görən desin qardaşımdan yaxşıdır. 
 
Dəllək Murad, bir vaxt gələr qonağın, 
Ona məsrəf olar dügilə yağın, 
Bircə gülər üzün, açıq qabağın, 
Şirin dilin hamısından yaxşıdır (68, 203). 
Bu  ibrətamiz  kəlamlarda  qonaqlıqda  ədəb-ərkan  qaydalarına 
riayət etməyin örnəyi verilir. Dastanlarımızda qonaqpərvərlik adəti 
gündəlik  yaşam  tərzinin    bir  parçası  və  icrası  mütləq  zərurət  tələb 
edən  keyfiyyət  kimi  ön  plana  çıxır.  Bu  adət  eyni  zamanda  sadə 
adamların münasibəti, tərbiyəsi kimi işıqlandırılır. 
“Məhəmməd-Güləndam” dastanında isə belə bir məqam var: 
 
Canımın yiyəsi, ay gözüm nənə, 
Qonağın könlünü xoş gəldin söyər. 

 
296 
 
Sana nəsyətdi bu sözüm, nənə. 
Qonağın könlünü xoş gəldin söyər (68, 424). 
 
Burada “söyər”, yəni “sevər” mənasında verilmişdir. Dastandan 
göründüyü kimi, qonağı qarşılarkən ilk növbədə ona gülər üzlə “xoş 
gəldin” deməklə könlünü oxşamaq olar, çünki “xoş gəldin” sözünə 
təbəssümlü bir cavab hər şeyə dəyər. Dastanlarımızda bütün insan-
larla bərabər, müxtəlif xalqlara da hörmət hissi aşılamaq tərənnüm 
edilir. 
Şifahi xalq ədəbiyyatı nümunələrindən olan əfsanələrdə də qo-
naqpərvərlik  adəti  öz  təcəssümünü  tapmışdır.  Məsələn,  “Bülbül 
nəğməsi” əfsanəsində qonaqpərvərlik belə təsvir olunur: “Bir axşam 
onların qapısını bir qoca döydü, bircə gecə yatmağa, dincəlməyə bir 
bucaq istədi. Qardaşlar qocanı  hörmətlə qarşıladılar. Evin ən  yaxşı 
döşəyini onun altına saldılar, ən yaxşı mütəkkəni onun dirsəyinin al-
tına  qoydular,  ən  yumşaq  yastığı  onun  başının  altına  rahatladılar. 
Çörəyin,  xörəyin,  çayın  ən  dadlısını,  tamlısını  onun  süfrəsinə  düz-
dülər  (66,  39).  Göründüyü  kimi,  evin  ən  yaxşı  neməti  qonağa  ve-
rilir.  Hər  kəs  qonağı  naminə  istənilən  cəfaya  və  fədakarlığa  hazır 
olduğunu nümayiş etdirir. 
“Xacə Nəsirəddin Tusi ilə bostançı” rəvayətində Nəsirəddin Tu-
sinin yoldan ötərkən bir bostançı ilə söhbətindən bəhs edilir. N.Tusi 
bostandakı  qarpızların  keyfiyyətini  kəsilməzdən  əvvəl  xəbər  verən 
qocanın bu qabiliyyətini yoxlamaq məqsədilə xeyli qarpız kəsib nuş 
edir.  O,  bostançının  qarpızların  keyfiyyətini  yüksək  dəqiqliklə 
müəyyənləşdirdiyindən  təəccüblənir  və  xarab  etdiyi  qarpızlar 
müqabilində qocaya pul təklif edir. Lakin qoca onu öz qonağı kimi 
qəbul etdiyindən heç bir vəchlə pul götürmür  (66, 94). 
Nəsillərdən-nəsillərə  keçib,  əsrlərin  sərhədini  aşan  müdrik 
atalar sözlərində qonaq və ona hörmət barədə belə deyilir: 
 

 
Qonaq bərəkət gətirər. 

 
Qonaq sevənin süfrəsi boş olmaz. 

 
Qonaq süfrənin yaraşığıdır. 

 
297 
 

 
Qonaq evin gülüdür. 

 
Qonağa da qurban olum, gəldiyi yollara da. 

 
Qonağın ruzisu özündən qabaq gələr. 

 
Qonaqsız ev - susuz dəyirman. 

 
Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən (69, 91-92). 
 
Xalqımız  arasında  qonağa  olan  münasibət  inam  və  etiqadlarda 
da özünəməxsus şəkildə əks olunmuşdur. Məsələn, 
 

 
İki nəfər baş-başa verərsə, deyərlər evə qonaq gələcək. 

 
Gözləri yol çəkən adamın evinə qonaq gələr, deyərlər. 

 
Guya  başından  bir  tük  ayrılıb  üzünə  düşsə,  deyərlər 
qonağın gəlir. 

 
Səfərə  gedənin  dalınca  su  atarlar,  deyərlər  qoy  aydınlıq 
olsun (66, 3-5). 
 
Qonaqpərvərlik inanclarda da öz əksini tapıb. Belə ki, “Elimizin 
sınanmış inanclarına yaxşı bələd olan nənələrimiz xəmirə bulaşmış 
əllərinə  baxaraq  onun  çırtladığını  görəndə,  tez  əl-ayağa  düşər,  ay 
qız,  ay  gəlin,  hazırlaşın,  evə  qonaq  gələcək”,-  deyərdilər.  Qonağın 
gələcəyini qapı ağzında ayaqqabının ayaqqabı üstünə düşməsi də sı-
nanmışdı  ellərimizdə.  Bir  də  görürdün  ki,  söhbət  əsnasında  deyər-
dilər:  -vay,  sağ  gözüm  səyriyir”  və  ya  sevinir,  deməli,  qonağımız 
gələcək” (70, 55). Yozumlarda deyilir ki,  «Yerə qaşıq  düşəndə ar-
vad  qonağı  gələr».  Pişik  əl-üzünü  yalayarsa,  qonaq  gələcəyinə 
inanılır. 
Qonağın  hər  bir  evdə  gözlənildiyi  barədə  misalları  baya-
tılarımızda da izləmək mümkündür. Məsələn: 
 
Əzizim, binə gəlsin, 
Köç gəlsin, binə gəlsin. 
Yar sevdiyim obadan 
Gələn var, yenə gəlsin (71, 66). 
 

 
298 
 
Qonaqpərvərliyin xalqımız arasında müqəddəs bir adət olmasını 
bir çox dəlillər sübut edir. Hətta təsviri incəsənət nümunələrində əks 
olunan ziyafət məclisləri də qonaqpərvərliyin məişətimizdə tutduğu 
mövqedən  xəbər  verir.  Buna  misal  olaraq  yalnız  orta  əsr  rəsm 
əsərlərinə diqqət yetirmək kifayətdir (72). 
Xalq  mahnılarında  də  qonaq  arzuolunan  şəxsdir.  Məsələn: 
”Azərbaycan maralı”nda deyilir: 
 
Mən qurbanam gözlərə, 
Şirin-şirin sözlərə, 
Bir qonaq gəl bizlərə, 
Azərbaycan maralı (66, 442). 
 
 “Əmim oğlu”: 
 
Gedin deyin xoruza, əmim oğlu
Göydə aydır Firuzə, əmim oğlu, 
Bu gecə banlamasın, əmim oğlu, 
Qonaq gələcək bizə, əmim oğlu (66, 448). 
 
 “Sevgili yar”: 
 
Sevgili yarım, qaşların alıb canımı neylim, 
Aşiq olmuşam sənə mən, düşübdür sənə meylim. 
Ağ buxaqda xalın görüb heyranın ollam, 
Gəl məni qonaq eylə, gözəl, mehmanın olam  (66, 451). 
 
İstəkanı noxudu, haxışta, 
Evdə qonaq çoxudu, haxışta. 
Qonaqların içində, haxışta, 
Bircə qardaş yoxudu, haxışta (66, 110). 
 
Qədim  el  havalarında  da  (“Qonağam  sizə”,  “Evlərinin  altı  qa-
ya”, “Qaragöz”) qonaqdan söz açılır (73, 107, 121, 128). Xalq  ara-

 
299 
 
sında qonaqlıqla bağlı məzəli əhvalatlar da yayılmışdır. Hətta bəzən 
qonaqla bağlı yer adlarına da təsadüf edilir.  Belə ki, Azərbaycanın 
Quba bölgəsində Qonaqkənd adlı şəhər tipli qəsəbə vardır. 
Qonaqlıqla  bağlı  təbii  ki,  xoşagəlməz  məqamlar  da  yox  de-
yildir.  Lakin  folklorda  buna  nadir  hallarda  təsadüf  edilir  və  yalnız 
üzlü qonaqlara aiddir. Məsələn, “Avara qonaq ev yiyəsini də avara 
qoyar;  Qonaq  bu  il  burdadır,  gələn  il  də  sərasər;  Qonağa  get 
deməzlər, altından palazı çəkərlər (66, 156-167). 
Tomirislə  bağlı  belə  bir  rəvayət  vardır:  “...onlar  üçün  (massa-
getlər  nəzərdə  tutulur  -Ş.B.)  çoxlu  mal  kəsilsin,  bizim  düşərgədə 
qonaqlıq düzəldilsin, süfrəyə  yeməkdən başqa bolluca çaxır və hər 
cür xuruş qoyulsun. Bütün bu işlər görüldükdən sonra mənim məs-
ləhətim budur ki, düşərgədə qoşunun işə yaramayan bir hissəsi sax-
lanılsın  və  qalanları  çayın  qırağına  qaytarılsın.  Əgər  mən  öz  zən-
nimdə yanılmıramsa, düşmən bu qədər neməti görüncə özünü onun 
üstünə  atacaq,  biz  də  böyük  şücaət  göstərib  ad  qazanacağıq”  (66, 
89).  Bu  tarixi  rəvayətdə  qonaqlıq  süfrəsinə  dəvət  etdiyi  adamlara 
qarşı İran hökmdarı Kirin mənfur hərəkəti təsvir edilmişdir. Torpaq-
larını genişləndirmək niyyəti ilə Tomirislə nikah sevdası baş tutma-
dığını görən Kir onun oğlunu qonaq dəvət edir, qonaqlar yeyib-içib 
sərxoş  olduqdan  sonra  hücum  edib  onları  öldürür.  Nəticə  etibarilə 
Tomiris  Kiri  məğlub  etsə  də,  “qonaqlıq”  ona  oğlunun  həyatı  baha-
sına başa gəlir. 
Ev sahibi qonağın təhlükəsizliyinə, adətən,  təminat verirdi. Be-
lə ki, ev sahibi qonağın bütün rahatlığı ilə bərabər, sağ-salamat yola 
salınması,  heç  kəs  tərəfindən  ona  xətər  yetirilməməsi  üçün  cavab-
deh olurdu. Təsadüfi bir qonağın və ya hər hansı bir səyyahın müəy-
yən  evdə  mehman  olduğu  müddətdə,  onun  qayğısına  qalmaq  ev 
yiyəsinin  üzərinə  düşürdü.  Qonağın  malının  mühafizəsinə  təminat 
da buraya daxil idi. Qonaq evi tərk etdikdən, yəni yola salındıqdan 
sonrakı  vəziyyət  ev  sahibinin  səlahiyyətindən  kənar  sayılırdı.  Am-
ma qonağın evi tərk etdikdə müəyyən bir xahişi və ya arzusu olar-
dısa, təbii ki, onun istəyini yerinə  yetirmək üçün ev sahibi əlindən 

 
300 
 
gələni əsirgəməz və lazım gələrsə, qonağını müəyyən yerədək ötür-
məyi və ya lazımi yerə aparmağı özünə borc bilərdi. 
Qonaqpərvərlik  bəşər  tarixinin  müxtəlif  dövrlərində  eyni  dərə-
cədə  əhəmiyyət  kəsb  etmişdir.  İstər  qədim  dövrlərdə,  istərsə  də 
müasir  dövrümüzdə  qonağa  hörmət  edilməsinin  zəruriliyi  Azər-
baycan  üçün  səciyyəvi  xarakter  daşımışdır.  Qonağa  hörmət  uzun 
əsrlər boyu hər bir ailənin, hər bir evin borcu sayılmışdır, qonaq isə 
müqəddəs, toxunulmaz bir şəxs hesab olunmuşdur. Heç şübhəsiz ki, 
bir  sıra  adətlər  kimi,  qonaqpərvərlik  adəti  də  bəşəriyyətin  inkişaf 
prosesi ilə əlaqədar olaraq bir sıra dəyişikliklərə məruz qalmışdır. 
Qədim el adəti olan qonaqpərvərlik geniş  yayılmış, uzunömür-
lü, xalqımızın müəyyən ənənələrini özündə ehtiva edən və onları bu 
günümüzədək qoruyub saxlayan bir mərasimdir. 
Məlum  olduğu  kimi,  zaman-zaman  qonaqpərvərlik  ənənələri 
inkişaf  edərək,  nəsildən-nəsilə  ötürülmüş  və  daha  da  təkmilləş-
mişdir.  Toylarda,  bayramlarda  və  digər  şənliklərdə  kədəri  unutdu-
rub,  əhalini  sevincə  ruhlandırmaq  məhz  qonaqpərvərliyə  xas  olan 
cəhətlərdir.  Qonaqpərvərlik  müasir  dövrün  xüsusiyyətlərinə  daha 
çox uyğunlaşdırılmış  və yeni  keyfiyyət  dəyişikliklərinə məruz qal-
mışdır.  Əsrlər  boyu  yalnız  bir  münasibət  dəyişməz  qalmışdır  ki,  o 
da qonağa böyük hörmətdir. Ev sahibi bu  yolda  bütün  imkanların-
dan  istifadə  edir.  Qonaqları  təbiətin  füsunkar  güşələri  ilə  tanış 
etmək,  onları  mənzərəli  yerlərə  gəzməyə  aparmaq  da  ev  sahibinin 
başını uca edən xüsusiyyətlərdəndir. 
Qonaqpərvərlik  ictimai  həyatımızda,  məişətimizdə,  münasibət-
lərimizdə mənəvi keyfiyyətlərin hərtərəfli ifadəsinə xidmət edir. Cə-
miyyətin  tərəqqisinə  yönəldilmiş  bir  adət  kimi  mədəniyyətlərin 
yaxınlaşmasına  və  çulğalaşmasına  gətirib  çıxarır.  Əmin-amanlığa 
çağıran bu adətlə xalqlar arasında yaranan ünsiyyət və təmas müsbət 
nəticələr verir.  
Azərbaycanda icra olunan qonaqpərvərlik adəti bir çox xalqlar 
üçün örnək ola bilər. Bu adət hər bir dövrdə  və təbii ki, hər bir cə-
miyyətdə xalqın zövqünü, həyat təcrübəsini və əxlaqını nümayiş et-
dirir, zəngin mənəvi keyfiyyətlərinin bariz nümunəsi kimi ön plana 

 
301 
 
çıxır, insanlar arasında həssas münasibətlərin təzahürü kimi forma-
laşır.  İnsanların  həyatındakı  özünəməxsus  əlamətlər  rəngarəngliyi 
ilə  seçilən  keyfiyyətlərlə  yanaşı,  onların  dünyagörüşünə,  təfəkkür 
tərzinə, o cümlədən qonaqpərvərliyə də sirayət edir. 
Bütun bunlar xalq yazıçısı Mehdi Hüseynin “Bir ay və bir gün” 
əsərində öz əksini tapmışdır. Yazıçı Türkiyə səfərinin xatirəsi kimi 
qələmə aldığı əsərində qürbət eldə həmyerlimiz və türk ailəsi tərə-
findən  necə  mehribanlıqla  qarşılandığından  böyük  həvəslə  söhbət 
açır. M.Hüseyn yazır: “Bazar günüdür. Hamı dincəlir. Tofiq (Türki-
yədəki  keçmiş  sovet  səfirliyinin  mədəniyyət  attaşesi  T.Qədirov)  - 
“Səfirimizin  şəxsi  qonağı  olsan  da  mənim  ixtiyarımdasan,  -  dedi. 
Çayı bizdə içəcəyik...” Bu andan sonra mənim üçün ləzzət, Tofiqin 
ailəsi üçün isə əziyyət başlandı. Düz 22 gün. Bu müddətdə gülər üz-
dən,  həmvətənlərimə  xas  nəvaziş  və  qayğıkeşlikdən  qeyri  bir  şey 
görmədim”. Burada qonaqpərvərlik insanların mənəvi hissləri və sə-
mimi duyğularının, eyni zamanda qaynar həyatının bariz nümunəsi 
kimi  təqdim  olunur.  Yazıçı  qonaq  olduğu  türk  ailəsi  haqqında  da 
xoş sözlər söyləmişdir. M.Hüseyn qeyd edir ki, türk professoru Kə-
nan Akyüzün evinə qonaq dəvət olunarkən onlara hədiyyə gətirdiyi 
valı  (“Koroğlu”  operasından  Bülbülün  ifasında  ariya)  təqdim  edir. 
Onlar Bülbülün səsini eşidib çox məmnun olurlar. Müəllif türklərin 
qonaqpərvərliyindən bəhs edir, bu əsnada onların söhbətləri barədə 
məlumat verir. 
Qonaqpərvərliklə  bütöv  nəsillər  tərbiyələnmişdir.  Əsrlər  boyu 
maddi sərvətlərimiz dağıntıya məruz qalsa belə, bir sıra mənəvi sər-
vətlərimiz, o cümlədən qonaqpərvərlik adəti qorunub saxlanılmış və 
nəsillərdən-nəsillərə ötürülmüşdür. Qonaqpərvərlik vasitəsilə xalqın 
mənəvi keyfiyyətləri ön plana çıxmış olur. Bu adətin əhəmiyyəti də 
bundadır.  Göründüyü  kimi,  məhz  bu  cəhətlərinə  görə  Azərbaycan 
qonaqpərvərliyi  yazarlar  tərəfindən  yekdilliklə  təqdir  edilir.  Azər-
baycanın xalq  yaradıcılıq nümunələrində, şair və yazıçıların əsərlə-
rində  istər-istəməz  qonaqpərvərlik  haqqında  söhbət  açılması  onun 
xalqın  məişətində  necə  mühüm  yer  tutduğunu  sübut  edir.  Xalqımı-

 
302 
 
zın  mənəvi  dəyərləri  sırasında  qonaqpərvərliyin  önəmli  yeri  danıl-
mazdır. 
Azərbaycan  xalqının  mənəvi  sərvəti  olan  qonaqpərvərlik  adə-
tində zəngin ənənələrimiz, xalqın məişət tərzi öz təcəssümünü tapır 
və  mövcud  olduğu  dövrün  səciyyəvi  xüsusiyyətlərini  əks  etdirir. 
Humanist  mahiyyətli  Azərbaycan  qonaqpərvərliyi  öz  əhəmiyyətini 
və təsir qüvvəsini bu gün də itirməmişdir.  
Qonaqpərvərlik  yalnız  evə  gələni  qarşılayıb-yola  salmaqla  bit-
mir. Xəstəni yoluxmaq məqsədilə kiməsə qonaq getmək olar. Həcc 
ziyarətindən  qayıdıb  gələnlərə  baş  çəkib  qonağı  olmaq  da  bir  adət 
halını  almışdır.  Xüsusən  də  Ramazan,  Qurban  və  Novruz  bayram-
larında  və  toy  mərasimindən  sonra  qonaq  getmək  və  dəvət  etmək, 
əsrlərdən bəri elimizin-obamızın məişət normasına çevrilmişdir. 
İnsanlar düşüncəsinə, yaşam tərzinə və dünyagörüşünə görə bir-
birindən  fərqlənirlər.  Hər  kəsin  özünəməxsus  daxili  aləmi,  adət  və 
vərdişləri  vardır.  Buna  baxmayaraq,  qonaqpərvərlik  zamanı  bütün 
bu  fərqlər  sanki  yox  olub  gedir.  Çünki  söhbət  məhz  ümumi  və 
mübahisə doğurmayacaq mövzunu əhatə edir, burada insanlar nə isə 
öyrənir, əlavə məlumat toplayır və maraq dairəsi daha da genişlənir. 
Bu da qonaqpərvərliyin ünsiyyət vasitəsi olduğunu göstərir. 
Qonaqpərvərlik  xalqın  həyat  tərzi  ilə  dərin  köklərlə  bağlıdır. 
Təsadüfi deyil ki,  hələ qədimlərdən  ev tikiləndə, icmanın  müxtəlif 
işlərində, eyni zamanda toy məclislərində insanlar bir-birinə qonaq 
getməyi, yardım təklif etməyi özlərinə borc bilmişlər. Hətta ev inşa 
edildikdən  sonra  da  el-obanı  qonaq  dəvət  etmək  bir  qayda  olmuş-
dur.  Azərbaycan  şairi  Kişvəri  (XV  əsrin  sonu-XVI  əsrin  əvvəli) 
bunu belə qələmə almışdır: 
 

 
Ev bina eylab, əcəbdir elni mehman eylaman (26, 350). 
 
Azərbaycanda  indiyədək  qorunub  saxlanılan  adətlərdən  biri  də 
səfərdən qayıdanlara qonaq getməkdir, onlara baş çəkib görüşləri və 
təəssüratlarını bölüşmək, hal-əhval tutmaqdır. Bu barədə Məsud ibn 
Nəmdar yazır: 

 
303 
 
 
Səfərdən gələnlərlə görüşmək bir adətdir, 
İnsanlıqda bu özü ədalət, nəzakətdir (74, 32). 
 
Göründüyü  kimi,  mehmanpərvərlik  xoş  bir  duyğu  kimi 
tərənnüm edilir.  

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin