SÜNNƏT
Azərbaycan xalqının etnoqrafik irsinin öyrənilməsində ailə mə-
sələləri mühüm rol oynayır. Xüsusən uzun zamanlardan bəri icra
olunan müxtəlif adətlər zaman keçsə də, yaşamaqda davam edir.
Ailədə oğlan uşağının olması daha çox arzu edilən hal olmuşdur.
Azərbaycan ailələrində oğlan uşağı anadan olduqdan sonra onun
sünnət olunması orta əsrlərdə əsas adətlərdən biri sayılırdı. Ümu-
miyyətlə, sünnət bir adət halını almış, uşaqlara ya lap körpəlikdə,
yaxud da bir qədər böyüdükdən sonra tətbiq olunurdu. Sünnət adəti
müsəlman əhalinin nəinki qədim dövrlərdə, elə indi də etməsi vacib
sayılan davranışlarındandır. Hər bir ailədə oğlan uşağı olduqda və
zamanı gəldikdə onun sünnət olunması qayğısına qalırlar. Bu da öz
növbəsində bir sıra ayinlərin icra olunmasını zəruri edir.
Məlum olduğu kimi, sünnət etmə adəti hələ islama qədər müx-
təlif xalqlar arasında yayılmışdı. Bu barədə yazılı məlumat e.ə. V
əsr yunan tarixçisi Herodotun «Tarix» əsərində də öz əksini tap-
mışdır. Deməli, bu onu göstərir ki, sünnət qədimlərdən mövcud olan
bir adətdir. Bu barədə Herodot yazır: «yalnız misirlilər və bu adəti
onlardan mənimsəyən xalqlar sünnət edirlər». Müəllif bunu onların
təmizlik üçün etdiklərini də söyləyir (2, 91). Sünnətin tarixini istər
237
ölkəmizdə və istərsə də, dünya xalqlarında tam dəqiqliklə müəyyən-
ləşdirmək mümkün olmasa da, qədim Misir piramidalarında tapılan
mumiyaların sünnətli olduğu məlum olmuşdur. Bu da sünnətin hələ
e.ə. 6000 il əvvəllərə gedib çıxdığını söyləməyə əsas verir.
Misirlilərlə bərabər, babillilər də sünnət edilmişlər (3).
Orta əsr mənbələrində az da olsa, sünnət adəti barədə müəyyən
qeydlər vardır. Məsələn, orta əsr müəllifi Şihab əd-din Məhəmməd
ən-Nəsəvi Şirvanşahın öz oğlunu sünnət etdirdiyini qeyd edir (1,
222). Fəzlullah ibn Ruzbihan Xunci «Tarix-i aləm-arayi əmini» əsə-
rində oğlu olmuş hökmdarın (Yaqubun) Təbrizdə böyük şənlik (toy)
keçirdiyini söyləyir və sonra sünnət mərasimi (toy) zamanı hədiyyə-
lər gətirildiyini qeyd edir (11, 66;74). Təsadüfi deyildir ki, Azər-
baycan xalqı arasında sünnət mərasimi həm də kiçik toy adlanır.
Sünnət adəti barədə Füzuli yazır:
Çün surət ilə dönüb zəmanə,
On yaşinə yetdi ol yeganə;
Atasına müqtəzayi-adət
Fərz oldu ki, onu edə sünnət.
Cəm etdi əhaliyi-diyari,
Hər sahibi–izzü etibari (6, 53).
Buradan məlum olduğu kimi, on yaşına çatmış uşaq sünnət olu-
nurdu. Maraqlıdır ki, bu yaş oğlan uşağının nisbətən böyük olduğu
bir vaxtdır. Bu şer parçasından aydın olur ki, sünnət zamanı böyük
mərasim təşkil olunur və buraya çoxlu qonaqlar dəvət olunur.
Xaqani yaradıcılığında da sünnət haqqında deyilir:
Onunla bir işə başlasan, gərək
Sən uşaq olasan, o isə dəllək.
Əvvəlcə o qoyar ağzına şəkər,
Sonra bədənindən bir parça kəsər (4, 268).
238
Göründüyü kimi, uşaqların sünnət zamanı başını qarışdırmaq və
ağrını unutdurmaq məqsədilə onlara şəkər verir, sonra isə əməliy-
yata başlayırdılar.
XVII əsr Azərbaycan şairi Məsihi sünnətin doqquz yaşına
çatmış oğlanlara edildiyini belə qeyd edir:
Doqquz yaşa ta yetirdilər sal,
Pəs ol güli-baği-cahü miknət,
Meyl eylədi oğlun edə sünnət.
Cəm etdi əazimü əali,
Yığdurdu əfaximü əhali.
Müəllif hətta sünnətlə əlaqədər bir həftə ziyafət verildiyini də
sözlərinə əlavə etmişdir (16, 51-52).
Tibb elmi müasir dövrdə də fimoz olmuş körpə oğlan uşaqlarına
sünnət edilməni vacib sayır. Bu baxımdan da zəruri tibbi göstəriş
olarsa, həmin xəstəlik zamanı körpə yaşlı çağaları belə sünnət et-
mək olar. Nəzərə almaq lazımdır ki, ibtidai cəmiyyətdə də yetkinlik
çağına çatmış oğlanlara təqdis mərasimi zamanı sünnət edilməsi
tarixdən məlumdur. Maraqlıdır ki, bu əməliyyat yetkinlik yaşına qə-
dəm qoyan oğlanlara onların fiziki dözümlülüyünü yoxlamaq məq-
sədilə tətbiq edilirdi. Bu adət ibtidai-icma quruluşunda yaşayan
müxtəlif tayfalarda icra olunmuşdur. Sonrakı dövrlərdə də bir sıra
xalqlarda qalmışdır və xüsusən müsəlmanlarda onun icrası zərurətə
çevrilmişdir. Yeri gəlmişkən qeyd edək ki, müsəlman olmayan
xalqlarda, məsələn yəhudilərdə də sünnət adəti hələ də mövcuddur.
Aydındır ki, uşağa qarşı bu cür davranış ana və ata üçün daxilən
bir ağırlıq gətirir. Onun icrası valideynlərdə təbii olaraq daxili
həyəcan doğurur. Lakin buna baxmayaraq, adət halını aldığına görə
insanların şüurlarında elə yerləşmişdir ki, heç kəs bu adətə qarşı
çıxmır və etiraz belə etmir. Əksinə, zamanı gəldikdə valideynlər
özlərində lazımi cəsarəti tapırlar. Ətrafdakılar tərəfindən o qədər
təsirlər olur ki, hətta sünnət olunmayanlar müsəlman kimi qəbul
edilmir. Bu fikir kökündən yanlışdır. Belə ki, yuxarıda da qeyd
239
etdiyimiz kimi islama qədər də bu adət mövcud olmuşdur. Orta
əsrlərin fars nəsrinin yadigarı olan «Qabusnamə» əsərində də
sünnətin vacib olduğu qeyd olunur (17, 116).
Maraqlıdır ki, müsəlmanların müqəddəs kitabı sayılan Qurani-
Kərimdə kəsilmə mənasında dilimizdə işlənən sünnət haqqında mə-
lumat verilmir. Ümumiyyətlə isə, «sünnət» ərəb sözü olub mənası
«işlək yol» deməkdir. Bundan əlavə qayda qoymaq, sərhəd çəkmək,
cığır, həyat tərzi kimi mənaları da vardır. Ərəblərdə oğlan uşağının
kəsilməsi mənasında olan anlayışa isə sünnət deyil, hıtan deyilir.
Azərbaycanca bu söz xitəndir və «bəzən xitəni, yəni oğlanların sün-
nət edilməsini də təharət adlandırırlar» (15, 110). Təharət dini
baxımdan müəyyən əhəmiyyətə malik olan təmizlənmək, yuyun-
maq, namazdan əvvəl icra olunan dəstəmaz mərasimi təmizliyi
mənası kəsb edir. Deməli, sünnətin də bir növ oğlanların təmizliyi
məqsədi daşıdığını qəbul edənlər vardır.
Sünnət vaxtının müəyyən olunması barədə qəti fikir yoxdur.
Bunun üçün hansı yaş həddinin qoyulması və adətin icrasının hansı
mövsümdə olması mühüm deyildir. L.S.Vasilyevin yazdığına görə,
yəhudilərdə səkkiz günlük, islamda isə yeddi yaşlı oğlanları sünnət
etdirirlər (5, 138). Q.Qeybullayev qeyd edir ki, uşağı «zoğal qıza-
randa» sünnət etdirirdilər (13, 291). Bu əsasən ilin fəsli ilə əlaqədar
idi.
Etnoqrafik müşahidələr göstərir ki, əvvəllər əsasən 3-12 yaş
arasında, indi isə daha erkən 40-ı çıxandan sonrakı istənilən ayda bu
mərasim həyata keçirilir. Bu o məqsədlə edilir ki, uşaq körpə
olduqda həm yara tez sağalır, həm də o qədər də ağrı-acı dərk etmir.
Lakin sünnətin daha gec vaxtlara qədər uzadılması faktları da olur.
Bu əsasən onunla izah olunur ki, bəzi kasıb ailələrdə sünnətin daha
böyük yaşlarda (12 yaş və yuxarı) icra edilməsi iqtisadi imkansız-
lıqla bağlıdır.
Sünnət zamanı müasir dövrdə böyük mərasim keçirilməsi
halları da olur. Kiçik toy adlanan belə mərasimlərə yaxın adamlar
dəvət olunur. Müasir dövrdə bəzi hallar istisna olunmaqla bir sıra
240
ailələrdə belə toylara ehtiyac duyulmur, əksinə yalnız ailə daxilində
xudmani məclis keçirilir.
Azərbaycanda sünnət olunma öz bərabərində kirvəlik adətini də
zəruriləşdirmişdir. Belə ki, zəmanəmizə də gəlib çatmış bu adət
əsrlər boyu icra olunaraq müəyyən keyfiyyətlər qazanmışdır. Sünnət
olunan uşağı kəsilmə anında bir nəfərin qucağına qoyurdular. O da
kirvə hesab olunurdu. Lakin bu əvvəlcədən razılıq əsasında müəy-
yənləşdirilirdi. Kirvə olunacaq adam hörmət sahibi olan şəxslərdən,
ailə üçün daha yaxın hesab olunanlardan seçilirdi. Azərbaycanda
kirvəlik institutuna xüsusi münasibət bəslənilmişdir.
Kirvəlik adətinin özünəməxsus xüsusiyyətləri vardır. Belə ki,
«Müxtəlif icmalara, yaxud xalqlara mənsub olan adamlar arasında
da özunəməxsus qonaqpərvərlik adəti icra olunurdu. Belə adamlar
bir-biri ilə səmimi dostluq münasibətlərinə girir və üzün müddət ün-
siyyət saxlayırdılar. Onlar qohumlardan da yaxın və əziz sayıldığı
üçün belə dostluq əlaqələri uzunömürlü olurdu. Bu əlaqələr müvəq-
qəti xarakter daşımırdı, çünki onlar bir-birilərinə qonaq getməklə
daimi təmasda olurdular. Müvəqqəti qonaqlardan daimi qonaqların
fərqi məhz bundadır ki, müvəqqəti qonaq yalnız bir-iki gecəlik sığı-
nacaq üçün müraciət edir, sonra gedirsə və onun bu evdə olması tə-
sadüfi xarakter daşıyırsa, ev yiyəsi onun işlərinə qarışmağı ədəbsiz-
lik sayırsa, daimi təmasda olan insanlar isə əksinə bir-birinin dərdi-
nə şərik olur, işləri ilə yaxından maraqlanır və öz kömək əllərini biri
digərinə uzatmağı vacib bilirlər. Belə qonaqlıq əlaqələri saxlayan
adamlar bir-biri ilə möhkəm dost olur və bu dostluğa sadiq qalırlar,
zaman keçdikcə onların ailəsi də bu dostluğu davam etdirir. Belə
qonaqlar xüsusi hörmət sahibi olurlar. Xalqımıza xas olan belə qo-
naqpərvərlik kirvələr arasında da mövcud idi. Bu əlaqə əsrlər boyu
müxtəlif insanlar və xalqlar arasında münasibətlərin inkişafına təkan
vermişdir. Maraqlıdır ki, hətta kirvələr yaxın qohumdan belə irəli,
qardaşdan da yaxın adam və əziz sayılırdılar. Bu münasibətlər çox
vaxt nəslən davam etdirilirdi. Bu da ayrı-ayrı xalqların bir-birinə ya-
xınlaşmasına gətirib çıxarırdı. Çünki kirvələr bəzi hallarda başqa
xalqların nümayəndələrindən olurdu. Kirvə tutulan aşam evin ən
241
əziz və hörmətli qonağı sayılırdı. Kirvə ailə üzvlərinin razılığı ilə
sayılıb-seçilən ailə başçılarından biri olurdu. Kirvəliyi qəbul edənlə
onu seçən ailə arasında xüsusi hörmət əlaməti olaraq qonaqlıq mə-
rasimi keçirilir və hədiyə təqdim edilirdi. Bu münasibətin də bir sıra
qadağaları mövcud idi. Belə ki, oğlan uşağının sünnəti ilə əlaqədar
olaraq tutulan kirvənin ailəsindən heç kəs həmin ailə ilə nikaha girə
bilməzdi (ailə üzvlərinin birinə çevrildiyinə görə). Kirvələr arasında
da qonaqpərvərlik adəti icra olunurdu. Gələcəkdə kirvəliyi davam
etdirmək üçün oğullar və nəvələr də məhz həmin kirvənin nəslindən
olanlarla bu münasibəti qoruyub saxlamağa çalışırdılar. Ailənin
bütün xeyir işlərində kirvə ən hörmətli adam kimi mütləq iştirak
edər və öz məsləhətlərini verərdi. Bayramlarda bu ailələr bir-birinə
hədiyə (kirvəlik payı adlanırdı) aparırdılar»
(8, 63-64).
Kirvəlikdə maraqlı məqamlar da vardır. Məsələn, digər bölgələ-
rimizlə bərabər, eləcə də «Naxçıvanda kirvəliyə böyük önəm
verilmiş, kirvəlik nəsli xarakter daşımışdır. El arasında son dövrə
qədər qalan «filankəslər bizim dədə-baba kirvəmizdir» ifadəsi də
bunu sübut edir. Kirvəni dəyişmək pis əlamət sayılırdı. Bu o zaman
baş verirdi ki, kirvəlikdən sonra hər hansı bir bədbəxt hadisə olurdu.
Onda deyirdilər ki, kirvəlik bizə düşmədi. Hətta dədə-baba kirvəlik
olan ailədə kişi olmadıqda uşaqlar həmin ailənin qızlarından olan
oğlanların (nəvələrin) qucaqlarına qoyulurdular. Naxçıvanda kirvə-
lik məsələsində daha ehtiramla davranan uşağın valideynləridir.
Onlar çalışırlar ki, uşaqların kirvələrinə diqqətlə, hörmətlə yanaş-
sınlar. Yəni «qucağına qan tökmüşük» ifadəsinə üstünlük verilir»
(7, 174). Proses bu işi yaxşı bilən səriştəli dəlləklər tərəfindən icra
olunurdu. Lakin müasir dövrdə xüsusən şəhərlərdə bu işi təcrübəli
həkimlər aparır. Maraqlıdır ki, əməliyyatın sonunda «əlyuma»,
«öpüşmə» mərasimi olur. Yəni «əvvəlcədən hazırlanmış aftafa-
ləyən gətirilir, kirvə əllərini tutur uşağın atasının əllərinin üstünə.
Yəni su tökülür kirvənin əllərinə, ondan keçir uşağın atasının əllə-
rinə. Sonra vəziyyət əksinə təkrar olunur. Bu dəfə kirvənin əli aşa-
ğıda olur. Kirvələr qucaqlaşıb öpüşürlər. Bununla ailələrarası mər-
həmlik başlayırdı» (7, 176). Lakin məsələ bununla bitmirdi, uşaq
242
tam sağalandan sonra kirvə hazırladığı payla yenidən ailəyə baş
çəkirdi. Belə ki, «adət xalq arasında «küldənçıxarma», «külovma»
adlanırdı. Bu isə keçmişdə yaraya xüsusi dərmanla bərabər
yağlıqara basılması, yara sağalanda külün tökülməsi ilə bağlıdır» (7,
176-177). Naxçıvanda kirvə həm də əxi (ərəbcə qardaş deməkdir)
adlanırdı (13, 291).
Təbrizdə sünnətin təyin olunduğu gündə 7-8 yaşlı oğlana təzə
paltar geyindirirlər. Bundan sonra onun yanında ailə üzvləri, qohum
və dostları düzülürlər. Mərasim başlayanda «ata öz oğlunu kürsü
üzərində oturdur və dəllək bir anda uşağı sünnət edir, kəsilən yerə
ələnmiş kül səpir ki, bu da qanın axmasının qarşısını alır. Keçmişdə
və indi də varlılar uşağı sünnət etdikdə toy şənliyi keçirirlər. Yaşlı
məlumatçılarımıza görə keçmişdə sünnət olunacaq oğlan uşağının
əl-ayağına xına yaxırdılar» (18, 23). Mərasimə yaxınların yığışması
sanki sünnəti təsdiq xarakteri daşıyır. İştirak edənlərin buraya
yığışmasını hadisəyə şahidlik kimi qiymətləndirmək olar. Xınadan
istifadə edilməsi isə görünür, uşağın fərqləndirilməsinə dəlalət edir.
Maraqlıdır ki, Azərbaycanda kirvəlik institutu bütün bölgələrdə
eyni mahiyyət kəsb etmirdi. Məsələn, Abşeronda, Qubada və s. bu
müstəsnalıq təşkil edirdi. Bundan əlavə, sünnət mərasimi zamanı
bəzi bölgələrdə qoyun kəsildiyi və bu qoyunun qanından uşağın
alnına çəkildiyi məlumdur (13, 291).
Dağıstanda da sünnət adəti icra olunur. Oğlanlar iki-dörd, bəzən
isə daha gec yaşlarında sünnət olunurdular. Qohumlar gəlib təbrik
edir, oğlana meyvə, boyadılmış yumurta və bəzən geyim əşyaları
gətirirdilər. Dağıstanın bütün xalqlarına keçmiş təqdis mərasimi
məlumdur. Belə ki, yeniyetmənin əlinə yanar çubuq verib hər hansı
bir tapşırıqla qəbiristanlığa göndərirdilər. O da mətanət göstərməli
idi, iradə qüvvəsi nümayiş etdirməli idi (10, 285).
Nadir hallarda doğulan zaman «anadangəlmə sünnətli» olan
uşaqlara da rast gəlinir. Belə uşaqları «peyğəmbər sünnətli» adlan-
dırırlar və ona quran oxuyurlar. Bəzən bu cür uşaqlara qanı çıxsın
deyə yüngülcə müdaxilə ilə ətindən bir qədər çərtirlər. Bəzən isə
bunu etməyə gərək duymurlar.
243
Şərəfxan Bidlisi Osmanlı dövlətindən bəhs edərkən Murad şa-
hın oğlunu sünnət zamanı (1582-ci il) şanlı mərasim, bol nemətlərlə
dolu məclis keçirdiyini söyləyir (12, 239). Bu faktı Oruc bəy Bayat
da təsdiq edərək göstərir ki, oğlu Məhəmmədin sünnəti ilə əlaqədar
sultan Murad mərasimlər tərtib etdirmişdi (21, 99). Təsvirdən aydın
olur ki, sünnət mərasimi bayram şənliyi səviyyəsində keçirilmişdi.
Orta əsr Avropa müəllifləri Tomas Benister və Cefri Deketin məlu-
matında qeyd olunur ki, 7 yaşlı oğlanların sünnəti türklərdə olduğu
kimidir (14, 157). Deməli, orta əsrlərdə oğlanları yeddi yaşında
sünnət edirdilər. Sünnət barədə F.A.Kotov da məlumat vermişdir
(14, 233). Yeri gəlmişkən qeyd edək ki, orta əsrlərdə əxi təriqət
nümayəndələri arasında kirvəliyə xüsusi diqqət yetirilirdi. Əxilər
kirvə olduqları ailənin başına bir fəlakət gələrdisə, onun uşağını öz
balası kimi baxmağı bir borc sayırdı (20).
Türkiyədə sünnət mərasimi xüsusi dəbdəbə ilə keçirilir. Qabaq-
cadan hazırlıq işləri görülür. Məsələn, xüsusi yataq, bəzəkli paltar
və papaq hazırlanır. Uşaqlara sünnət edildikdən sonra çoxlu
hədiyyələr verilir. Hətta kasıb ailələrin uşaqları üçün yardım məqsə-
dilə imkanlı adamlar «toplu sünnet» adı ilə kütləvi sünnət mərasimi
244
təşkil edirlər. Beləliklə də, imkansız ailələrin işini yüngülləşdirib
onları sevindirirlər. Bu adət uyğurlarda da mövcuddur. Belə ki, yed-
di yaşına çatan oğlan uşaqlarını dinə uyğun şəkildə sünnət etdirirlər.
Sünnət toyu (hatme və ya oğul olturquzus) zamanı türklərdə olduğu
kimi uşağa xüsusi paltar geyindirirlər. Onu ata mindirir, rəngli
parçadan belbağı bağlayırlar. Qohumlar qoç hədiyyə edərlər, atına
və uşağın özünə rəngli qumaşlar bağlayırlar. Uşağın ağzına bişiril-
miş soyutma yumurta qoyulur. Zəngin ailələr öz uşaqları ilə bərabər
yoxsul uşaqları da sünnət etdirərlər.
İraqın Kərkük vilayətində «sünnət edərkən artıq dərini suda
saxlayır, sonra suyu uşağı olmayan qadının başına tökürlərmiş ki,
uşağı olsun» (22, 31).
Müasir dövrdə sünnətin bir adət kimi qalması dünyanın müx-
təlif ölkələrində ona münasibətlə əlaqədardır. Hətta yəhudilər mü-
asir dövrdə təzəcə doğulmuş oğlan uşağını 20 günlük ikən sünnət
edirlər. Bundan əlavə, oğlanların sünnəti ABŞ, Koreya və Filippin-
də də mövcuddur. ABŞ-dakı protestantlar və Filippindəki katoliklər
oğlanların sünnətini dini baxımdan gərəkli olduğunu qəbul edirlər.
Efiopiyada isə qızların sünnət olunması faktı mövcuddur.
Keniya və Tanzaniya ərazisində məskunlaşan massailər arasın-
da da sünnət adəti vardır. Yenicə sünnət olunan yeniyetmələr qara
paltar geyinir, üzlərini isə ağ rəngə boyayırlar. Sünnət mərasimi
zamanı özünü cəsarətlə aparanlar rəngli lələklərlə özlərini bəzəyə
bilərlər. Əməliyyat zamanı qışqıranlara yalnız boz rəngli lələklə
bəzənməyə icazə verilir. Belə yeniyetmələr savannada hələ iki-üç ay
gəzə bilərlər. Bu zaman ərzində onların yarası sağalır və onları
istənilən evdə pulsuz yeməklə təmin edirlər. Sünnətli oğlanlar
yeməyi xüsusi çöplər vasitəsilə yeyirlər. Yeməyi ələ almaq olmaz,
çünki onlar çirkli hesab olunur. Onlar doğma kəndlərinə qayıdanda
qadınlar onlara yeni paltar və bəzəklər bağışlayırlar (9, 106).
Əfqanlar oğlanı yeddi yaşınadək «xətnə» adlanan adətə görə
sünnət etməlidirlər. Xətnə mərasimində iki oğlan uşağı olmalıdır.
Bu onlara ikiqat ömür arzulamaq niyyəti kimi izah olunur. Bu za-
man qonaqlıq verilir, qonaqlar uşaqlara hədiyyələr paylayırlar. Əgər
245
qohum qardaşda xətnə olunacaq ikinci uşaq yoxsa, mərasimi yerinə
yetirmirlər, ikincinin dünyaya gəlməsini gözləyirlər (19, 121).
Beləliklə, deyilənlərdən aydın olur ki, ibtidai insanların təqdis
adətindən doğan və dünyanın bir sıra müxtəlif coğrafi məkanında
yaşayan xalqlarının sünnət adəti uzun zaman məsafəsi keçən ən
qədim ayinlərdən biri olmuşdur. Müasir dövrdə Azərbaycanda
sünnət icra olunur və bu zaman «kiçik toy» mərasimi keçirilir.
QONAQPƏRVƏRLİK
Mənəvi münasibətlərdə aparıcı rola malik olan adət və ənənələr
yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin müxtəlif təbəqələri
üçün zəruri olan qaydalar məcmusudur. Hər bir insan cəmiyyətinin
qəbul olunmuş mənəvi dəyərləri, əxlaq normaları, onun bütün üzv-
ləri üçün mühüm əhəmiyyət kəsb edən davranış qaydaları mövcud-
dur. Təsadüfi deyildir ki, bu qaydalar sonralar qanunların işlənib ha-
zırlanmasında da mühüm əhəmiyyət kəsb etmiş, cəmiyyət daxilində
öz təsdiqini tapan və hamı tərəfindən qəbul olunan münasibətlər
normasına çevrilmiş, buna görə də əbədi yaşaya bilmişdir. Zaman
keçdikcə xalq özü mütərəqqi və köhnəlmiş adətləri süzgəcdən ke-
çirərək onların yaxşılarını qoruyub saxlamışdır.
Bəşər mədəniyyətinin maraq doğuran dəyərlərindən biri də
qonaqpərvərlikdir. Heç bir xalqın mənəvi dünyasını qonaqpərvərlik
adəti olmadan təsəvvür etmək mümkün deyil. Bu adət xalqın fəa-
liyyətini, eyni zamanda, əldə etdiyi uğurları əbədiləşdirən ədəb
xəzinəsidir. Milli xarakter, özünüdərk və digər milli dəyərlərin
məcmusu bu ədəb xəzinəsində çox aydın əks olunmuşdur.
Xalq öz həyatının canlı lövhələrini, məişət tərzini qonaqpərvər-
likdə yaşatmış və onu davam etdirməyə çalışmışdır. Qonaqpərvərli-
yin mahiyyətində dostluq, səmimiyyət, şəfqət, mehribanlıq, ehtiyacı
olana əl tutmaq, yardım etmək kimi yüksək insani keyfiyyətlər
durur. Bu kimi keyfiyyətlər müəyyən adət və ənənələrin icrası və
davranış qaydalarında öz əksini tapır. Bu isə ev sahibinin mənəvi-
246
əxlaqi keyfiyyətlərinin aynasıdır. Azərbaycanda qonaqpərvərlik
adəti hər zaman ən mükəmməl şəkildə yerinə yetirilmişdir.
Hər bir xalqın qonaqpərvərlik adəti özünəməxsus xüsusiyyətləri
ilə fərqləndiyi kimi, icra xüsusiyyətlərinə görə də seçilir. Lakin
bütün xalqlarda qonağa böyük diqqət yetirilməsi heç şübhəsizdir.
Qonaqpərvərlik xalqın qiymətli sərvətinə çevrilərək onun həyat
tərzini əks etdirən bir güzgü olmaqla yanaşı, həm də insanları
mənən zənginləşdirən mühüm amildir.
Avropa ilə Asiyanın ayrıcında yerləşən Azərbaycan gözəl tə-
biətə və zəngin sərvətlərə malik bir ölkədir. Ölkə ərazisinin əlverişli
təbii-coğrafi şəraiti, məhsuldar torpaqları, yerüstü və yeraltı sər-
vətləri burada ulu əcdadlarımızın yaşayıb-yaratması və zəngin irs
qoyub getməsinə hər cür şərait yaratmışdır. Məhz bu zəmin üzə-
rində xalqımız özünün maddi və mənəvi mədəniyyətini yaratmış və
inkişaf etdirmişdir. Bu zənginlik onun süfrə mədəniyyətində də
müşahidə olunur.
Qonaqpərvərlik adətinin tarixi haradan və nə vaxtdan başlanır?-
sualına cavab vermək maraqlı olduğu qədər də çətindir. Lakin onun
köklərinin qədim olduğu şübhəsizdir. İbtidai icma quruluşu
dövründə bütün insanlarda maddi və mənəvi mədəniyyət bir-biri ilə
sıx vəhdətdə idi. İnsanlar arasındakı münasibətlər də adətlərə və
vərdişlərə uyğun qurulurdu. Lakin zaman keçdikcə ibtidai icma
quruluşu dağıldı və ayrı-ayrı tayfalar müxtəlif həyat tərzi ilə bir-
birindən fərqlənməyə başladılar.
Qonaqpərvərliyin tarixi köklərini çox güman ki, qan qohumlu-
ğuna əsaslanan qəbilənin formalaşdığı və inkişaf etdiyi bir dövrdə
axtarmaq lazımdır. Çünki ayrı-ayrı qəbilələr bir-biri ilə ünsiyyət
Dostları ilə paylaş: |