187
insanın keçirdiyi daxili hisslərin təzahür formasıdır, özünü kifayət
qədər ifadə edə bilməsidir. Mənsub olduğu xalqın təmsilçisi kimi
şərəf və güclü ləyaqət hissinin olması əxlaqın sabit xətt üzrə inkişaf
etdiyini sübuta yetirir. Şah İsmayıl «Xətai əxlaqi keyfiyyətləri
müəyyənləşdirərək, buraya mərdliyi, qəhrəmanlığı, dostluğu, səda-
qəti, doğruçuluğu və başqa insani sifətləri daxil etmişdir. O xalqın,
vətənin mənafeyini müdafiəyə yönəldilmiş hər bir işə tərəddüdsüz,
cəsarətlə girişməyi bir iradi keyfiyyət kimi öz müridlərində görmək
istəyirdi. O, dost tapmaq üçün illərlə götür-qoy etməyi, hər yetənə
inanmamağı, dostu sınaqlardan çıxarmağı lazım bilirdi. Xətai yol-
daşlıq və dostluqda qeyri-sabit olanlardan, yalançı və riyakarlardan
uzaq olmağı məsləhət bilirdi» (41, 71).
Normal insanın əxlaqı meyarı tərəqqidir. İnsanın münasibətlərə
uyğun müvafiq qərarlar çıxarması onu fərdlərdən şəxsiyyətə doğru
yetişdirdiyi əxlaqa borcludur. O, milli adət və ənənələr ruhunda tər-
biyə alır, onlara əsaslanaraq fəaliyyət göstərir və müəyyən vərdişlər
əldə edir. Ailədəki birgə əmək onun üzvlərini bir-birinə nə qədər
bağlasa da mənəvi tellərlə bağlılıq daha sıx və dərin olmalıdır.
Daimi ünsiyyətdə olma, uşaqların məsuliyyətli olmasına çalışmaq
kimi vəzifələr qarşıda durur. Onda ailənin bütövlüyü, sağlam təməli
daha möhkəm olur. Ayıq-sayıq olmaq, özünü dərk etmək, səhvlərini
daha yaxşı anlamaq üçündür.
Məlumdur ki, hər bir şəxs əxlaqını onun öz daxili təbiətinə uyğun
tərzdə və vicdanının səsinə müvafiq həyata keçirir. Ə.Əhmədov
yazır: «ümumbəşəri əxlaq normalarının, nəcib mənəvi keyfiyyətlə-
rin, sağlam estetik zövqün faydalarından, insan həyatında rolundan
bəhs edən yazılara, estetika və etikanın ən mühüm kateqoriyaları-
nın, anlayışlarının mahiyyətini açıqlayan araşdırmalara, klassik
sənətkarlarımızın, ulularımızın, müdriklərimizin bu gün də öz
əhəmiyyətini itirməyən, bizi daim mənəviyyatca saflaşmağa, ülvi-
ləşməyə səsləyən hikmətli sözlərinin, öyüd və nəsihətlərinin şərhi-
nə, təbliğinə nə qədər böyük ehtiyac vardır» (33, 5).
Cəmiyyət inkişaf etdikcə əxlaqi keyfiyyətlərdə də müəyyən irə-
liləyiş özünü göstərir. Zamanın qanunauyğunluqlarından doğan də-
188
yişikliklər fərqli baxışların formalaşması kimi xüsusiyyətlər də orta-
ya çıxır. Lakin insanın dünyagörüşündəki ədalət, vicdan, rəhm, fə-
dakarlıq və s. kimi yüksək mənəvi dəyərlər əxlaqın dəyişməyən xü-
susiyyətləridir. Hər bir insan cəmiyyətdə öz əxlaqına görə qiy-
mətləndirilir. Bu qiymət də ona cəmiyyət tərəfindən vacib sayılan
tələblərə əməl edilməsilə verilir. İnsan haqqında fikir yürüdərkən
əqidə və inamı ilə yanaşı, həmçinin bilik və bacarığı, məsuliyyət
dərəcəsi əsas şərt kimi qəbul edilir, o, əməlinə görə dəyərləndirilir.
Vicdan insanın daxili aləminin tərəzisidir. O, psixoloji dərket-
mənin ifadəsidir və daxildən gələn həyəcanın təzahürüdür. Müsbət
və ya mənfi anlamda insanlar qaçıb vicdandan qurtara bilmir. Daxili
səs olduğu üçün vicdandan qaçmaq olmur. Öz əməllərinin mühaki-
mə mənbəyi insan ruhunun hakimi kimi istiqamətləndirici rola
malikdir. İnsanın təməl mahiyyəti mənəvi dəyərlərə münasibətdən
asılıdır. Bu da onun ideal səviyyəyə qalxmasını təmin edir.
Estetik tərbiyə də bütövlükdə övlad tərbiyəsinin tərkib hissəsi-
dir. Ə.Əhmədov yazır: «Ailə dolğun mədəni həyatla yaşadıqda onun
estetik maraqları geniş və rəngarəng olduqda, uşağın estetik hisslər
və təsəvvürlər aləmi asanlıqla, sanki nəzərə çarpmadan formalaşır.
Valideynlər üçün ailə tərbiyəsi hər şeydən öncə özünütərbiyədir.
Valideynlərin özünütərbiyəsi uşaq şəxsiyyətinin müvəffəqiyyətlə
formalaşdırılması üçün son dərəcə zəruridir. Estetik tərbiyə məsələ-
lərinə valideynlərin düzgün münasibəti, onların bu işdə fəal iştirakı
müvəffəqiyyətin rəhnidir» (33, 144–145). Bu xüsusda B.Qurbanov
qeyd edir ki, «Məlumdur ki, insanın estetik zövqü ən kiçik yaşların-
dan formalaşmağa başlayır. Uşağın predmetlər aləmi ilə tanışlığını
isə oyuncaqlarsız təsəvvür etmək olmur. Yaddan çıxarmamalıyıq ki,
oyuncaqlar uşaqların həyatında heç də yalnız əyləncə funksiyasını
daşımır. O, uşaqları gözəllik aləminə gətirir, gözəllik haqqında on-
lara ilk anlayışlar verir» (35, 55). K.Əzimov yazır ki, orta əsr müsəl-
man estetik təlimi üçün bütövlükdə aşağıdakı ideyalar xarakterikdir:
«1.Yaxşı və xeyirxah o adamdır ki, onun xoş zövqü xarici davranışı
ilə uyğun gəlir və nəticədə onun davranışı əla müəyyən edilir. 2.
İnsanın etik və estetik idealı-yüksək təhsilli, intellektual, elmin əsas-
189
larına sahib, tərbiyəli və mədəni. 3. Əla, aristokratik zövqə görə,
yaxşı orta əsr müsəlman bədii-estetik mədəniyyətində humanist və
demokratik xətt qəbuledilməzdir» (21, 47).
Orta əsr dövrünü araşdırarkən əldə olunan materiallar onu de-
məyə əsas verir ki, ailə və onun daxili ənənəsi sabit mənəvi dəyər-
lərə söykənməli və möhkəm olmalı idi. Böyüklərə hörmət və kiçik-
lərə qayğı prinsiplərini əsas götürərək münasibətlərin tənzim olun-
ması bir mühüm məsələ kimi bütün dövrlər üçün zəruridir. Əsl in-
san yaşadığı zaman kəsiyində özünə müəyyən bir yol cızır. Həyatın
sınaqlarına sinə gərərək bu yolda mətin addımlarla irəliləyir. Nə
olursa, olsun yüksək mənəvi dəyərlərini heç bir zaman çətin anda
belə itirmir. Cəmiyyət qanunauyğunluqlarının təsir dairəsi daha
güclü olmaqla əhəmiyyət kəsb edir. Çünki insan cəmiyyətin bir his-
səsidir, o, hərəkətilə və fəaliyyətilə istər-istəməz müəyyən qanun-
lara tabe olan bir varlıqdır. Cəmiyyətin inkişafı ilə insan da püxtə-
ləşir, təkmilləşir, yüksək inkişaf səviyyəsinə çatır.
Təhlillər onu deməyə əsas verir ki, orta əsrlərdə ənənəvi tərbiyə
üsulları bunlardan ibarət olmuşdur:
1. İnandırma və təsiretmə.
2. Alışdırma və vərdişetmə.
3. Rəğbətləndirmə və cəzalandırma.
Tərbiyə prosesində ən mühüm tərbiyə vasitəsi kimi inandırma
və təsiretməni qeyd etmək lazımdır. Bu da ünsiyyət vasitəsilə ger-
çəkləşir. Cəmiyyət içərisində yaşayıb ünsiyyət saxlamamaq müm-
kün deyildir. Bu insanlığın əsas tələbatından doğan və əhəmiyyətə
malik olan bir əlaqədir. Ünsiyyət ta qədim zamanlardan insanlar
arasında münasibətlərin səviyyəsini müəyyənləşdirir. Ünsiyyət vasi-
təsilə, danışmaqla bilavasitə qarşısındakının məqsədini, səyini və
düşüncəsini daha dəqiq anlamaq mümkün olduğuna görə o tərbiyə-
nin vacib məsələsidir. Bununla böyük təsiredici vasitələrdən istifadə
etmək olar. Məhz ünsiyyət vasitəsilə müəyyən məqsədə nail olmaq
olar. Belə ki, müəyyən dəyişikliyə müvəffəq olmaq üçün qarşısında-
190
kının vəziyyətinə daxil olmaq lazımdır, dərdini anlamaq zəruridir.
Bu və ya digər məsələyə münasibətini dəqiqləşdirdikdən sonra ün-
siyyəti genişləndirməklə, tarixi hadisələrdən gətirilən misallardan,
məişətin özünəməxsus qayda və qanunlarından ibrətverici örnəklər
gətirməklə böyük təsirə nail olmaq olar. Qeyd etdiyimiz kimi,
haqqında bəhs etdiyimiz orta əsrlər məişətdə islam dininin dərin
kök salıb geniş intişar tapdığı bir zaman olduğundan Quranda öz
əksini tapan və şəriətlə qanunlaşdırılmış davranış qaydalırı bu dövr
üçün əsas meyar sayılmışdır. Bununla yanaşı, əsrlərdən bəri inkişaf
edərək bu günümüzədək qorunub saxlanılan mütərəqqi adət və
ənənələrimiz də tərbiyə məsələsində mühüm əhəmiyyət kəsb edir.
Tərbiyədə təsir qüvvəsinin rolu böyükdür. Lakin bir şeyi nəzərə
almaq lazımdır ki, burada əsas məsələ ünsiyyətdə iştirak edənlərin
arasındakı qarşılıqlı inam və etibarın olmasıdır. İnsanlar arasında tə-
mas onların bir-birini daha yaxşı qavraması və anlamasında əhəmiy-
yət kəsb edir. Belə bir zəmin əsasında yaranan səmimi münasibət
dərdinə şərik olmaq insanları bir-birinə yaxınlaşdırır və tərəflər bir-
birini qiymətləndirir. Burada davranış və rəftaretmə xüsusi əhəmiy-
yət kəsb edir. Təsir edənlə təsir olunan arasındakı qarşılıqlı anlaşma
emosional vəziyyət anlayış göstərmə əsas xüsusiyyətlərdir. Bu da
şəxslər arası münasibətlərin effektivliyini təmin edən əsas amildir.
Məqsədi dəqiqləşdirmək əsas şərtdir. Hər bir insanın o andakı psi-
xoloji vəziyyətini düzgün dəyərləndirmək, qarşısındakını alçaltma-
mağa xüsusi səy göstərmək vacibdir. Burada həyat təcrübəsi,
şəraitin düzgün dəyərləndirilməsi, etik qanunlar və xalqın əsrlər bo-
yu formalaşan adət və ənənələri çərçivəsində hərəkət etmək güclü
təsir qüvvəsi yaratmağa kömək edir. Bütün bunları nəzərə almaqla
inandırma yolu ilə məqsədə nail olmaq olar. Ünsiyyətin səmərəliliyi
insanlar arasında düşüncə və əqidə birliyinin olması ilə bağlıdır.
Zəngin təcrübə əsasında ağsaqqalların müdrik nəsihətlərinin
çox mühüm təsirə malik olduğu Nizami Gəncəvi tərəfindən də qələ-
mə alınmışdır. «Kərpickəsən qocanın hekayəsi»ndə qoca deyir ki,
mən əlimi bu sənətə ona görə uzatmışam ki, heç kimin qabağında
dilənməyəm, öz zəhmətimlə ruzimi qazanam. Qocanın məzəmmətli
191
sözlərindən cavan oğlan ağlaya-ağlaya gedir. Burada şair tərbiyədə
ünsiyyət vasitəsilə inandıraraq təsiretmənin nə kimi əhəmiyyəti ol-
duğunu göstərməyə çalışmışdır. Bu cür fikirlərə Nizaminin əsərlə-
rində tez-tez rast gəlmək mümkündür. Məhinbanunun Şirinə öyüd-
nəsihəti də bu qəbildəndir. Məhinbanu Şirinə o qədər təsirli sözlər
deyir ki, axırda Şirin ona and içib dediklərini qulağında sırğa edir.
Burada şair ağıllı nəsihətin, məsləhətin təsiramiz rolunu qeyd edir.
O, fikirlərinin nə qədər tərbiyəvi əhəmiyyətə malik olduğunu söylə-
yir. Buradan çıxan nəticə odur ki, ailə və onun daxili ənənəsi sabit
mənəvi dəyərlərə söykənməli və möhkəm olmalıdır. Böyüklərə hör-
mət və kiçiklərə qayğı prinsiplərini əsas götürərək münasibətlərin
tənzim olunması bir mühüm məsələ kimi bütün dövrlər üçün zəruri-
dir. Yüksək mənəvi keyfiyyətlər olan şərəf, ləyaqət, abır-həya, is-
mət, hörmət, sədaqət və s. müsbət keyfiyyətlərin qiymətləndirilərək
başqalarına da aşılanması Azərbaycan ziyalılarının əsərlərində də öz
əksini tapıb. Nizami özü haqqında belə deyir:
Səndən kənarda (uzaqda) sənin keşiyini çəkən,
Daxili aləmini tərbiyə edən var.
O sənin qulaqlarına yaxşı nəsihət verəndir (20, 158).
Burada şair yazdıqları ilə şahlara ağıl dərsi verə biləcək bir
müdrik insan olduğunu vurğulamağa çalışır və eyni zamanda
müdrik nəsihətə diqqət yetirilməsi məsələsini vurğulayır.
Alışdırma və vərdişetmə uşaqlıq çağından tədriclə aşılanır.
Bununla yanaşı, tərbiyədə uşaqların rəğbətləndirilməsi bir işə sövq
etmək üçün onun əhəmiyyətinin vurğulanması əsas şərtlərdəndir.
Lakin məsuliyyətsizlik, laqeydlik, təsərrüfat işinin icra olunmaması,
tənbəllik kimi gərəksiz keyfiyyətlər qarşısında uşaqların danlanma-
sı, döyülməsi kimi cəzalandırma tədbirləri həyata keçirilirdi.
Orta əsrlərdə bir sıra cəza qaydaları tətbiq olunurdu. Məlumdur
ki, cəzanın məqsədi qorxutmaqdır. Cəza həm ailə daxilində, həm də
bütövlükdə cəmiyyətdə törədilən müəyyən hərəkətə görə dürüst
olması və düz yola gətirilməsi üçün insana tətbiq edilən tədbir
192
vasitəsidir. Orta əsrlərdə cəzanın döymək, şillə vurmaq, asmaq,
boyun vurmaq, dəri soymaq, qulaq kəsmək, heyvanlara yem etmək
kimi növləri olduğu məlumdur. Bunun mahiyyətində əslində o
dayanırdı ki, bu tədbir başqalarına görk olsun. O törənə biləcək yeni
lüzumsuz hərəkətlərin qarşısını almaq məqsədi daşıyırdı.
Tərbiyənin müvəffəqiyyəti ailədə əsas götürülən prinsiplərin zə-
ruri şərt kimi qəbul olunması və hər üzv tərəfindən tanınmasından,
yekdil qərarın alınmasından çox asılıdır. Bu sadalananlara ciddi
surətdə riayət olunması hərtərəfli düşünülmüş şəkildə yanaşılması
zəruri şərt hesab olunur. Burada həmçinin mövcud cəmiyyət qanun-
larının yönləndirilməsi də nəzərə alınmalıdır. Ailədə övladın mütilik
ruhunda tərbiyəsi mənfi nəticələr doğura bilər. Qayda və qanunlara
əməl etməyə yardım göstərmək ailənin vəzifə borcudur.
Mənlik şüurunun formalaşması onun nəyə qadir olduğunu və
özünü təsdiqetmə qabiliyyətinin realizə olunmasına xidmət edir.
Dolğun həyat tərzi keçirmək, mənalı ömür yolu yaşamaq, uşaqları
kor-koranə həyatın axınına buraxmaq, onların kortəbii şəkildə tər-
biyə almasına seyrçi qalmaq tərbiyə işində qəbul edilməyən bir ad-
dımdır və çox ağır nəticələri ola bilər. Çünki bu cür yanaşma sə-
mərə verə bilməz. Həlledici amil kimi ailə daxili münasibətlərlə
bərabər maddi vəziyyətin də qənaətbəxş olması ortaya çıxır. Ailədə-
ki şərait üzvlər arasındakı münasibət uşağa sirayət edir və onun hə-
yatında dərin izlər buraxır. Bu isə gələcəkdə onun həyatında sabit
xarakter alır. Ailə dayaqlarının sarsılmaması üçün birgə cəhdlərlə
onun qorunmasına səy göstərilir. Atalar məsəli də vardır: «əzizim
əzizdir, tərbiyəsi ondan da əzizdir.» Uşağın özünü həmişə başqa-
larının nəzarəti altında hiss etməsi də onu bezdirə bilər. Lakin bu
nəzarəti daim saxlamaq üçün də onu sezilməyəcək səviyyədə həyata
keçirmək lazımdır. Valideynlərin görüş dairəsinin çərçivəsi dar
olduqda, savad kasadlığı dünyagörüşünün məhdudluğu istər-istəməz
uşaqlara da öz təsirini göstərir.
İnsanlar nəcib sifətləri ilə qiymətləndirilirlər. Xüsusən dostluq
haqqında məlumat verən müəlliflər onları sadiq, səmimi və qayğı-
keş bir insan kimi təsvir edirlər. Dostluq insanların bir-birilə daha
193
yaxın olub doğmalaşmasına gətirib çıxaran hisslərdir. Dostluq sir-
daşlıq zəminində formalaşır. Orta əsr şairi Suli Fəqih kimsənin
sirrini faş etməyin doğru olmadığı barədə öyüd verir, sirri açmaqla
insanın özünün xar olduğunu qeyd edir (66, 10-11). Dost müəyyən
həyat yolunda seçilən ən sadiq insandır. Dostluq münasibətlərinin
əsasında təmizlik və təmənnasızlıq durur. İllərin sınağından keçən
adamlar arasında yaranan, insani hisslərin yüksək təzahürüdür. İn-
san münasibətlərinə dostluq yeni rəng, yeni çalarlar gətirir. Başqala-
rı ilə bölüşə bilmədiklərini yalnız onunla paylaşmaq, dərdini anladıb
şərik tapmaq insan həyatında mühüm rola malikdir. Məsələn, Məc-
nunun dostu, Xosrovun dostu və s. Dostluq nəcibliyin, səmimiyyə-
tin, hörmətin, xeyirxahlığın, fədakarlığın, sədaqətin rəmzidir. XVI
əsr şairi Həqirinin tərbiyə məsələlərinə dair verdiyi məlumatlarında
maraqlı fikirlər vardır ki, bu da ibrətamiz məsləhət kimi olduqca
əhəmiyyətlidir.
Dost olmaq istəsən bir gün birilə
Yaxşı, həm pisini gözündən keçir.
Xoş olsa rəftarı, ürəyi pakdır,
Onunla xoş bir gün ömründən keçir.
Yaman əhvallıdır gəlmir xoşuna,
Səlam əleyk eylə, qıraqdan keçir! (9, 384–385)
Şair burada olduqca maraqlı bir məqama toxunur. Belə ki, dost
seçərkən diqqət yetirilməsi gərəkli olan xüsusiyyətlərə fikir vermə-
yin vacibliyini söyləyir.
Leyli və Məcnun bir-birinə hüsn rəğbət bəsləyirlər. Bir yerdə
olduqlarından bir-birilərinə öyrəşirlər. Onların arasında yaranan
səmimi ünsiyyət xoş ülfətə çevrilir, nəticədə bircə dəqiqə belə ayrı
qala bilmədiklərini hiss edirlər. Gənclik çağlarının ilk məhəbbət
hissi saf dostluq zəminində pöhrə verir. Bir-biri üçün yarandıqlarını
dərk edirlər. Leyli və Məcnunda ilk məhəbbət bir-birinə bağlılıqda
özünü göstərir. Sevənlər arasında yalnız bir həqiqət vardır, o da
onların başqalarını görə bilməmələri. Məhəbbət dostluq, səmimiy-
yət və s. keyfiyyətlərin vəhdətini əks etdirir. Sevimli adam barədə
194
daim düşünmək. Leyli və Məcnun zamanın şərtlərinin fərqinə
varmadan öz hisslərini ölənəcən qoruyub saxlamağı bacarırlar.
Qonşuluq münasibətlərinin təməlində tarix boyunca yardımlaş-
ma, əl tutma və arxa durmaq kimi xüsusiyyətlər dayanmışdır. Qon-
şular müxtəlif olur. Xəstəlik zamanı əl tutan yaxın qonşu olur. Elçi-
lik, nişan, xınayaxdı və toy mərasimlərinin əsas iştirakçıları qonşu-
lar olur. Bununla bərabər qonşular dəfn mərasiminin də düşdüyü
ailələrə öz yardım əllərini uzadır, yas düşən evi mütəmadi ziyarət
etməklə, onun kədərinə şərik olduqlarını bildirərək dərdini azalt-
mağa çalışırlar.
Qonşulara bütün dövrlərdə böyük hörmət edilmişdir. Hətta bu
hörmət təbliğ və tərbiyə edilmişdir. Qonşudan evə ağsaqqal və ağ-
birçək gələndə ayağa qalxaraq onlara yer verilmiş, ilk növbədə hal-
əhval tutulmuş və bundan sonra ilk olaraq süfrə açılaraq çay təklif
edilmişdir. Qonşu özünü öz evindəki kimi hiss etmişdir. Qonşunun
qonaqdan fərqi onun ailə fərdlərilə daha yaxın olmasında, hər
zaman yaxınlığı qorumasında özünü göstərir.
Azərbaycan xalqının himayəçilik ruhu yüksək olmuşdur. Xüsu-
sən aztəminatlı ailələrin dolanması üçün, əmək qabiliyyəti olmayan-
lara yardım, ailə başçılarını itirən uşaqlara qohum-əqrəbanın sahib
çıxması kimi hallar təkcə bu günə xas keyfiyyət deyil, əsrlərin də-
rinliklərindən gəlir. Qoruyuculuq, qəyyumluq, arxa durmaq, huma-
nizmdən doğan keyfiyyətlərdir ki, bu Azərbaycan xalqına daha çox
xarakterikdir. Xüsusən də orta əsrlərdə qəyyumluq, himayədarlıq
insani münasibətlərdə müharibələrdən, xəstəlikdən və digər səbəb-
lərdən doğan zərurətə çevrilirdi. Burada təbii ki, mədəni tarixi xa-
rakter daşıyan hisslər də öz sözünü deyir. Azərbaycanda bu hisslər
orta əsrlər dövründə atabəylik institutunun formalaşmasında bilava-
sitə özünü göstərir. Göstərilən xüsusiyyətlər konkret cəmiyyətin
ayaqda qala bilməsinə və inkişafına xidmət edir.
Ailə tərbiyəsi probleminə cavab tapmaq üçün araşdırdığımız
orta əsrlər dövründə yaşayan şair və mütəfəkkirlərimizin yaradıcılı-
ğında verilən məlumatlara nəzər yetirmək vacibdir. Qeyd etməliyik
ki, «görkəmli şəxsiyyətlərin təlim-tərbiyə haqqında fikirlərinin
195
öyrənilməsi bir də ona görə zəruridir ki, onların ideya, mənəvi irsi
bu gün də öz əhəmiyyətini saxlayır» (31, 7). Orta əsrlərin müxtəlif
dövrlərinin şair və mütəfəkkirlərinin əsərlərində müəlliflər ümumiy-
yətlə, ailə səadəti və tərbiyə problemini ön plana çəkmişlər. Onlar
bununla bağlı öz zəmanələrinin mütərəqqi fikirlərini yaradıcılıqları
boyunca işıqlandırmağa çalışmış, sözügedən məsələyə öz şəxsi
münasibətlərini də bildirməyə üstünlük vermişlər. Eyni zamanda
Azərbaycan haqqında məlumat verən bir sıra əcnəbi mənbə
müəlliflərinin əsərlərində də ailə tərbiyəsi məsələsinə qismən də
olsa, yer verilmişdir.
Orta əsr müəlliflərinin əsərlərində yer alan dəyərli məsləhətlər
və nəsihətlər ənənəvi tərbiyə metodunun əsasını təşkil edir və böyük
tərbiyəvi əhəmiyyətə malikdir. İnsanların biliklərinin zənginləşmə-
sində mənən saflaşmasında, daxilən təmizlənməsində onların yara-
dıcılığının təsir gücü yüksəkdir. Mütəfəkkirlərin təbliğat xarakterli
fikirləri, xalq adət və ənənələrindən doğan tərbiyə məsələsinə diqqət
yetirmələri xüsusilə diqqətəlayiqdir. Bu əsərlər əsil tərbiyə örnəyi-
dir. Çünki onlar xalqın psixologiyasından doğur və gündəlik həyat-
da davranış tərzinin təzahürüdür.
Orta əsr müəlliflərinin əsərlərində xalqımıza xas humanizm
tərənnüm olunur. Məsələn, Xaqani yaradıcılığında humanist dünya-
görüşü özünü qabarıq şəkildə göstərir. Q.Kəndli–Herisçi göstərir ki,
Xaqani «humanizminin əsasında pislik qarşısında yaxşılıq et,
gözəlliyi və yaxşılığı müdafiəyə qalx, pisliyi, zülmü cəsarətlə, tərəd-
düdsüz rədd et, zülmə qarşı kəskin müqavimət göstər! Yoxsulları
müdafiə et, insanlar qardaşdırlar, dərvişlik və zənginlik mənəviyyat-
la bağlıdır, cəmiyyətdə zahirə yox, mənəviyyata fikir verilməlidir.
Bu, cəmiyyət üçün ölçü olmalıdır. Xaqaniyə görə, geyimlə yox,
yüksək və ülvi insani əməllərlə könül saflığına, insanlıq mərtəbəsi-
nə çatmaq olar» (24, 27; 32). Xaqaninin nəsihətamiz fikirləri örnək
alınasıdır. Xüsusən «gənclərə nəsihət»ində o, fitnə törətməkdən
uzaq olub nifaq salmamağa, vəfalı, dostluqda möhkəm olmağa,
haqq yolunda çalışmağa, böyüklük göstərməyə və hünərlə şöhrət
qazanmağa çağırır. O, eyni zamanda şərab içilməsinə qarşı da çıxır.
196
Xaqaninin insani dəyərlərə verdiyi qiyməti Q.Kəndli-Herisçi belə
şərh edir: «Xaqaniyə görə insanlığın mərtəbələri aşağıdakılardır:
Birinci mərtəbə düşkünlük – mənəvi yoxsulluq adlanır. Bu o
deməkdir ki, insana səmimiyyət göstərib, məhəbbət etdikdə o, pislik
və gözügötürməməzliyə yol verir. Bu, insanın mənəviyyatına yol
tapmış aldanma və şeytanlıq bəlgəsidir.
İkinci mərtəbə o deməkdir ki, insana yaxşılıq etdikdə yaxşılıq,
pislik etdikdə pislik etsin. Bu, bəşəriyyətin kökündən doğan bir
keyfiyyətdir.
Üçüncü mərtəbə o deməkdir ki, insana pislik etdikdə, o pislik
etməyir, ancaq pislik qarşısında yaxşılıq da göstərmir. Bu, əsl insani
sifətdir.
Dördüncü mərtəbə o deməkdir ki, insan pislik qarşısında yaxşı-
lıq etsin. İkiüzlülük qarşısında sədaqət göstərsin, müxalifət qarşısın-
da ülfət etsin, yalandan üzə gülməyi duysa da, ürəyində kin saxla-
masın... Bu, insanlığın insan şəxsiyyətinə ötkün kəsilməsinin son
həddidir. Bu o deməkdir ki, artıq insan mənəviyyatı ilə göylərə yük-
səlmiş, müqəddəs bir işıqla könlü işıqlanmışdır. İnsanlığın bu mər-
təbəsində düşüncənin axsayacağı və duracağı bir yer yoxdur» (24,
36). Bütün bu deyilənlər şairin həyat və insanlıq haqqında fəlsəfi
düşüncələridir. Qətran Təbrizi «sözü əvvəlcə ölç, sonra söylə» deyir
(54, 397). Xaqani yaradıcılığında ibrətamiz fikirlərindən və tövsi-
yələrindən biri də budur:
İstəsən güzgü tək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kinə, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk (16, 415).
Məhsətinin verdiyi məsləhət də diqqəti cəlb edir.
Boy-buxunu, çiyni nöqsanlıdan dad,
Namərd kişilərdən yaxşıdır arvad,
197
Bivəfa dostlardan düşmən yaxşıdır
Etimadsız dostu yadından çıxart (17, 24).
Nəsimi yaradıcılığında məhəbbət mövzusu ilə yanaşı, tərbiyəvi
əhəmiyyət kəsb edən şerlər də vardır. Onun aşağıdakı misrası
təqdirəlayiqdir:
Ey özündən bixəbər qafil, oyan,
Həqqə gəl, kim həqq deyil batil, oyan!
Olma fani aləmə mail, oyan,
Mərifətdən nəsnə qıl hasil, oyan!
Bulmuşam həqqi, «ənəl-həqq» söylərəm,
Həqq mənəm, həqq məndədir, həqq söylərəm!
Gör bu əsrarı nə muğlət söylərəm,
Sadiqəm qovmümdə səddəq söylərəm! (18, 32)
Şair ədalətsizliyə, zülmə etiraz edirdi. Onun şerləri bütün Yaxın
Şərq dünyasında geniş yayılmışdır. Nəsimi yaradıcılığından aydın
olur ki, şair azadfikirli bir şəxsiyyət kimi şöhrət qazanmışdır.
Hürufiliyin təbliği sahəsində sərbəst hərəkətinə görə çəkinmədən
mübarizə əzminə malik olması bir çox din xadimlərinin qəzəbinə
səbəb olurdu. Nəsimi lirikasının mahiyyəti fəlsəfi və dini baxımdan
daha çox tədqiqə yararlıdır. Amma bütün bunlara yanaşı, digər orta
əsr müəllifləri kimi Nəsimi də öz yaradıcılığında eşqə, ailə bağlılığı-
na, tərbiyəvi fikirlərə və s. yer vermişdir. Nəsimi ədalətli olmağa və
həqiqəti söyləməyə çağırır.
Tərbiyə problemində Arif Ərdəbilinin özünün ibrətamiz nəsi-
hətlərinin də rolu və əhəmiyyəti böyükdür. Şair tərbiyə problemini
işıqlandırmağı qarşısına məqsəd qoymasa da, insanı bir şəxsiyyət
kimi dəyərləndirərkən xüsusilə vurğulayır ki, insanlar arasında o
adam kişidir ki, ürəklə dostun qəm və kədərinə şərik olsun. Şair
göstərir ki, şadlıqda dostu ilə badə içən adam bərk ayaqda da kişi
kimi çalışmalıdır (27, 72).
198
İnsanların inkişaf mərhələsində keçdikləri yol uzundur. Bu yol-
da yaş həddi məsələsi də əhəmiyyət kəsb edir. İnsan psixologiyası-
nın formalaşmasında yaş həddinin rolu danılmazdır. Çunki insan
çox şeyi müəyyən zaman keçdikdən sonra dərk edir. Bu baxımdan
da tərbiyə məsələsinə hərtərəfli yanaşmaq məqsədəuyğundur. Qeyd
etməliyik ki, A.Mollayevin də göstərdiyi kimi «Xaqani 7 yaşa kimi,
evdə əmisinin köməyi ilə dünyaya göz açır, onun vasitəsilə
tərbiyələnir. Bundan sonra, yeddi yaşdan başlayaraq əlifba təliminə
qədəm qoyduğunu, yazı öyrəndiyini, sonra isə körpə məktəblərdə
olduğu kimi, «Quran»ı oxuyub sona çatdırır. «Quran»da qeyd
edilmiş elmləri birbəbir öyrənməyə başlayır. Maraqlı budur ki,
Xaqani yeddi yaşa qədərki dövrü ailə tərbiyəsi dövrü, sonrakı dövrü
isə təlim–tərbiyə dövrü kimi başa düşür. Nəhayət, yeddi il təlim
olunduqdan sonra, müstəqil olaraq digər elmləri öyrənməyə
başlayır.» Müəllif həmçinin, Xaqaninin yeddi il evdə təhsil aldıqdan
sonra yeddi il də kitabxanada təhsilini davam etdirib, 21 yaşında
təhsil və təlimini tamamladığını söyləyir (32, 29). Nizami də
Xosrova atasının məhz yeddi yaşında müəllim tutduğunu söyləyir
(38, 55). Buradan aydın olur ki, orta əsrlərin XII əsrində yeddi yaş
təhsilə ən uyğun hədd hesab olunmuşdur.
Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihətində deyilir:
Ey on dörd yaşlı gözümün işığı!
İki dünya elmlərində tam yetkin,
O gün ki yeddi yaşındaydın,
Çəməndəki gül kimi idin.
İndi ki on dördünə çatmısan,
Sərv kimi yüksəkliyə baş qaldırmısan,
Qafil oturma, oynamaq vaxtı deyil,
Hünər, başıucalıq vaxtıdır.
Bilik ardınca get, böyüklük öyrən ki,
Gündən-günə sənə yaxşı nəzərlə baxsınlar.
Ad və nəsəb (mənşə) kiçik yaşlı üçündür.
Böyük ağacın nəsli axtarılmaz.
199
O yerdə ki, böyük olmağın lazımdır,
Mənim oğlum olmağının sənə faydası yoxdur.
Aslan kimi özün ordu qıran ol!
Öz xislətinin övladı ol!
Səadət istəyirsənsə, səbəbini mühafizə et!
Allahın xalqı ilə ədəblə riayət et! (15, 51)
Nizaminin bu ibrətamiz fikirləri orta əsrlər dövründə tərbiyənin
nə qədər böyük rola malik olduğunu göstərir. Maraqlı cəhət budur
ki, şair bu fikirlərilə yaş həddinin fərqini də qeyd edir. Yeddi yaşla
on dörd yaşlının bir olmadığını göstərir.
Yaşla bağlı fikirlərə orta əsr müəlliflərinin əsərlərində yer veril-
məsi insanın inkişafı yolunda keçdiyi müəyyən mərhələlərin oldu-
ğunu təsdiq etmələri bir həyat həqiqətidir. Belə ki, müəyyən zaman
çərçivəsində uşaqlarda mənlik şüuru formalaşmağa başlayır. Bu
həm ailənin, həm də cəmiyyətin təsiri ilə formalaşır. Yaş həddi
insanın mənəvi simasının getdikcə kamilləşməsini əks etdirir. Bu
həmçinin zamanla daha da inkişaf edən insanın öz duyğularına,
tələbatına, qabiliyyətinə və s. şüurlu şəkildə yanaşmasıdır, münasi-
bət göstərməsidir. Bildiyimiz kimi, əqidə, ideal, maraq, meyl bütün
bunlar müəyyən yaş həddi boyunca formalaşır. Nizaminin fikri
maraq doğurur:
Ömür iyirmidən və ya otuzdan ki, keçdi,
Daha qafillər kimi yaşamaq yaramaz.
Ömrün şadlığı qırx ilədək olur,
Qırx yaşında qol-qanad tökülür.
Əllidən sonra sağlamlıq olmaz,
Göz kütləşər, ayaq susdalar.
Altmış ki, çatdı, oturmaq vaxtıdır,
Yetmiş olan kimi alət işdən düşür.
Səksənə, doxsana elə ki, yetdin
Dünyadan çoxlu məşəqqətlər görərsən.
200
Əgər oradan mənzili yüzə çatdırsan,
Zahirən diri olsan da ölü kimisən (38, 53).
Orta əsrlərdə müəyyən yaş həddi qızların davranışına olan tə-
ləbləri artırır, məzmununa müəyyən dəyişikliklər qatırdı. Buna
həddi-büluğa çatmaq deyirlər. Yeri gəlmişkən qeyd edək ki, həddi
büluğa çatmamış uşağa səğir deyilirdi. Qız ismətini qorumaq
Azərbaycan xalqının ən vacib tərbiyə məsələsidir. «Qızlar nikah
bağlanana və gərdək qurulanadək öz ismətlərini qorumalıdırlar. Ər
evinə qızların pak və alnıaçıq getməsi, ailə həyatının pozulmaz
qanunu, gələcək ailə təməlinin möhkəmliyi rəmzidir» (26, 104).
M.H.Naxçıvani ailə tərbiyəsində yaş xüsusiyyətlərinin mühüm
rol oynadığını qeyd etmişdir. O, bu barədə fikirlərini «Uşağın
anadan olması və nəşv-nüma etməsi haqqında» fəslində ətraflı
qələmə almışdır...Naxçıvani valideynlərin də tərbiyə elmindən baş
çıxarmalarını zəruri hesab edir və bunu tərbiyə işi üçün əsas qəbul
edirdi. Naxçıvani tərbiyədə hekayətlərin, maraqlı rəvayətlərin, bir
sıra şöhrətli dövlət ictimai xadimlərin sərgüzəştlərinin, nağılların və
s. və i.a. böyük rolu da olduğunu qeyd edir və valideynlərə bunları
bilməyi və övladlarını nümunə göstərməyi təklif edirdi» (32, 196).
Mollayev yazır: «Əvhədinin yaş dövrü aşağadakı kimidir:
1. İnsan cinsinin yaranması (rüşeym halından başlayaraq ta
doğulana qədərki 9 aylıq dövr.
2. Beşik dövrü (6 yaşadək)
3. Anlama dövrü (məktəb dövrü)
4. Elm, ədəb dövrü (müstəqil fəaliyyət dövrü) Bu dövrü həddi –
büluq dövrü də adlandırır» (32, 146–147).
Bütövlükdə insan anlayışına Xaqaninin münasibəti bəllidir.
Lakin onun nadan adamlar haqqında verdiyi xasiyyətnamə də nəzər
diqqəti cəlb edir. O yazır:
Məntiqsiz, dəlilsiz yalan danışmaq
Nadan adamların işidir ancaq (16, 44).
201
Göründüyü kimi, bir ağıl dərsi verən şair hər şeydən öncə deyi-
lən sözlərin, verilən ifadələrin müəyyən məntiqə sığdığını və dəlillə
əsaslandırılmasının əhəmiyyətini təsdiqləyir. İ.Mollayev Xaqani
haqqında yazır: «O, yalnız ağılla, «aləmə iti nəzərlə baxan» adam-
ları tərbiyəli və «daim irəli gedənlər» sırasına aid edirdi. İnsanda isə
saf və lüzumlu fikirlərin əmələ gəlməsindən, insanın özünün
püxtələşməsində müstəsna yeri müəllimə və onun fəaliyyətinə
verirdi» (32, 38).
Məktəb və mədrəsələrdə verilən təlim-tərbiyənin güclü vasitəsi
kimi mühüm əhəmiyyətə malikdir. Tərbiyə bir növ şəxsiyyətin for-
malaşmasıdır. Təlimlə tərbiyə daim vəhdətdədirlər. Tərbiyə mühitlə
əlaqədə olduğundan həmçinin mühitin də tərbiyəyə təsiri vardır.
Belə ki, cəmiyyətdə baş verən hadisələr və proseslər tərbiyəyə mən-
fi və müsbət mənada təsir edə bilər. Ailə ilə bərabər təhsil ocaqları-
nın da əhəmiyyəti məlumdur. Məhsəti mədrəsədən bəhs edir: «Gə-
lib mədrəsədə quraq intizam» - deyərkən onun mövcudluğunu təs-
diq etməklə yanaşı, həmçinin orada intizamın əsas şərtlərdən biri ol-
duğunu vurğulamışdır (17, 21). Q.Əhmədov Beyləqanda məktəb və
mədrəsələrin olduğunu qeyd etməklə yanaşı bu barədə məhz Məsu-
dun qeydlərinə əsaslanaraq yazır: «Məsudun «məktəbdən qayıdan
uşaqlardan», «məktəblilərin imla yazı lövhələrindən» söz açması
maraqlıdır. Məsudun məlumatından aydın olur ki, bu mədrəsələrdən
biri şəhərin qərbində, qala divarlarından xaricdə yerləşmişdir. Bizə
belə gəlir ki, Məsudun haqqında danışdığı mədrəsə came məscidi
sayılan Mil minarədə yerləşirdi. Məlumdur ki, orta əsrlərdə məs-
cidlərdə şənbə günündən başqa qalan günlərdə ictimai tədbirlərlə və
tədris işi ilə də məşğul olurdular» (11, 130). Qeyd edək ki, Şah
İsmayılın tərbiyəçisi və yürüşlərdə onun yaxın adamı olan qazi
Şəmsəddin Gilaninin mənbələrdə adı çəkilir (44, 193).
Yusif Məddah tərbiyə ilə bağlı məsələlərdə təhsil ocağının
(mədrəsələrin) bu xüsusda əhəmiyyətini belə izah edir:
Məktəbə verdilər ikisin belə
Ta bular elmü ədəb təlim qıla (29, 150).
202
Yusif Məddah məktəbdə elm, ədəb qaydaları və təlim öyrədildi-
yini vurğulayır. Tərbiyənin formalaşmasında bu sadalananların
əsaslı təsir qüvvəsinə malik olduğunu göstərir. Yusif Məddah yazır:
Hasil etdilər bular elmü ədəb.
Yazı yazmaq, oxumaq ögrəndilər,
Çünki yeddi yaşına dəgdi bular.
Verdi oğlunu silahşurə Humam
Ki, ərlik təbirin ögranə tamam.
On iki yaşına irdikcə tamam,
Qıldılar ol ikisin təlim müdam (29, 150–151).
Şair Əssar Təbrizi də öz yaradıcılığında təlim və tərbiyə məsə-
lələrinə yer vermişdir. Belə ki, o tərbiyə məsələsində xüsusən ustad
müəllim əməyinə yüksək qiymət verir, bilik xəzinəsini nur və işıq
adlandırır. Əsl müəllim haqqında fikirlərini o belə açıqlayır:
O möhtəşəm müəllimə, adlı-sanlı ustada,
Tapşırdılar uşaqları, alışdırsın həyata.
Uşaqların təliminə başladı o durmadan,
Açdı bilik qapısını üzlərinə mehriban.
Onlar dərsdən zövq aldılar ləyaqətlə hər səhər
Bilikləri hifz olundu hər gün birə on qədər.
Fəzilətin xəznəsinə idrakları nur saçdı,
Hər birisi bu nur ilə işıqlandı, dil açdı (29, 100–101).
Şair dediklərinə bir də onu əlavə edir ki, tənbəl olmaq olmaz.
Müəllif əzmlə çalışmağın tərəfdarıdır və bu xüsusda göstərir ki,
bilikli olmaq üçün əmək sərf etmək lazımdır.
Çalışmayan ən sadə bir məsələni anlamaz,
Bilik əmək tələb edir, tənbəl bilikli olmaz (29, 106).
203
Müəllimə yüksək qiymət verərkən onu kamil, fəzilətli bir ustad,
hər bir elmə vaqiflikdə ad çıxaran möhtərəm insan kimi təqdim edir.
Əssar Təbrizi orta əsrlərin tədris müəsisəsi olan mədrəsədən də bəhs
edir (29, 103). Marağalı Əvhədinin əsəri olan ««Cami–Cəm» hər
şeydən əvvəl elmə, biliyə, ağıla himn kimi səslənir... Əvhədiyə görə
tərbiyə olunası əxlaqi keyfiyyətlər bir-birindən təcrid olunmuş
şəkildə götürülməməlidir, əksinə, insanda bu keyfiyyətlərin birinin
tərbiyəsi o birinin də yaranmasına və təşəkkülünə səbəb olur. Necə
ki, düzlük və doğruçuluq tərbiyəsi hər şeydən əvvəl humanizm və
mərdlik tərbiyəsi ilə əlaqədardır» (41, 68). Xaqani tərbiyə ilə
yanaşı, təlim məsələlərinin də əhəmiyyət kəsb etdiyini, ustad
insanlara, öz işini yaxşı bilən müəllimlərə hörmətlə yanaşmağın
vacib olduğunu söyləyir:
Ustad qabağında əlibağlı dur,
Körpə uşaq kimi dilibağlı dur!
Məktəbdə elm oxu, fənn öyrən, dərs al,
Hər nə oxumusan bir-bir yada sal (16, 45).
Göründüyü üzrə, orta əsr müəlliflərinin çoxu kimi Xaqani də
müəllimə böyük qiymət verir. O, həmçinin məktəbdə dərs alan
uşaqların oxuduqları fənləri yenidən təkrar edərək yada salmalarını
da vacib sayır. Təkrar biliyin anasıdır fikrini bir daha təsdiqləyir.
N.Tusinin bir sıra dünya şöhrəti qazanmış filisof alimlərin fikir
və mülahizələrindən bəhrələnərək ərsəyə gətirdiyi «Əxlaqi-Nasiri»
əsəri tərbiyə probleminin ümdə məsələlərini əks etdirdiyinə görə
mühüm əhəmiyyət kəsb edir. Bu əsər özündə ehtiva etdiyi ali,
tərbiyəvi əhəmiyyət kəsb edən fikirlərilə olduqca yüksək dəyərlən-
dirilir. Ailə, əxlaq, tərbiyə, mənəviyyat və digər məsələlərin də yer
aldığı həmin əsərdə əks olunan dəyərli nəsihətlər indi də öz
əhəmiyyətini qoruyub saxlayır. Tusinin verdiyi məsləhətlər, qiymət-
li mülahizələr dərindən düşünmək üçün əsas verir, eyni zamanda
insanın mənəvi cəhətdən kamilləşməsinə xidmət edir. Nəsirəddin
Tusinin ailə haqqındakı fikirlərinin mahiyyətində dayanan mühüm
204
məsələlərə yığcam olaraq belə təhlil verə bilərik: 1. Ailə qurmağın
əhəmiyyət kəsb etməsi, 2. Ailə daxili münasibətlərdə müvazinətin
saxlanılmasi, 3. Tərbiyə problemi.
Nəsirəddin Tusi «Əxlaqi–Nasiri» əsərində göstərir ki, uşaq gö-
zəl işlərə meyl göstərirsə, ondan heç bir şeyi əsirgəməməli, istedadı-
nın sönməsinə yol verilməməlidir. Uşağı həmişə onun təbiətini kor-
laya biləcək adamlarla və şeylərlə oturub durmaqdan və oynamaq-
dan çəkindirmək lazımdır. Müəllif uşağa qarşı yetərincə həssas və
hörmətlə davranmağın tərəfdarıdır. Tusi uşaqlara adət və ənənələri,
davranış qaydalarını və dini vəzifələri öyrətməyi məsləhət bilir. O
qeyd edir ki, xeyirli işləri tərifləmək, zərərli işləri isə pisləmək la-
zımdır, uşaqlarda pis adətlərə və bəd əməllərə qarşı nifrət oyatmaq
zəruridir. Bunun üçün isə onları körpəlikdən tərbiyə etmək vacibdir,
çünki tənbeh və tərbiyə uşağa keçə bilər. Burada müəllif çox düz-
gün bir məsələyə toxunmuşdur ki, hər şeyin öz vaxtı var. Xoşagələn
hərəkəti varsa, tərifləyib həvəsləndirmək, əksinə bir pis iş görübsə,
o zaman bilməmək üzündən etdiyini demək yaxşıdır. Çox danlayıb
hər şeyi də qadağan etmək doğru deyil, çünki acığa düşüb haman işi
bir də görməyə sövq edər, bəlkə də incə hiylələrə əl atar. Elə etmək
lazımdır ki, yemək qaydalarını bilsin, yatağan olmasın və heç nəyi
gizlətməsin, oturub-durmaq qaydalarını, susub-danışmaq üsullarını
öyrətmək lazımdır. Bərkə-boşa öyrətməli ki, hər sınağa hazır olsun,
əziyyət çəkməyi adət etməlidir ki, dözümlü ola bilsin. O, özünə,
müəlliminə və yaşca böyük olanlara hörmət etməyi bilməlidir.
Yaxşı tərbiyə görmüş uşaqlar onunla bir məktəbdə oxumalıdır ki,
onlardan öyrənə bilsin, elmə həvəsi artsın.
Tusinin «Əxlaqi Nasiri» əsərində önə sürülən tərbiyəvi
məsələlərdən danışarkən müəllifin mühüm məsələyə toxunduğunu
da qeyd etmək lazımdır. Belə ki, uşağın daxili, mənəvi aləmi onun
gələcək inkişafını müəyyənləşdirir. Bəzən uşaqlar bu daxili dünyanı
büruzə verməkdən utanıb çəkinir. Bu cür uşaqlara qarşı daha həssas
yanaşılmalıdır. Hər bir uşaq ayrı–ayrılıqda fərqlidir, özünəməxsus
keyfiyyətlərə malikdir. Tərbiyəvi yanaşmada mütləq bu xüsusiyyət-
lərə diqqət yetirmək lazımdır (19).
205
Övlad gələcəyin qurucusudur. Onun xoşbəxtliyinin rəhni isə
valideyn qayğısı və nəvazişidir. Uşaqların həddindən çox əzizlən-
məsi, bütün hərəkətlərinin yerli-yersiz alqışlanması mənfi nəticələrə
gətirib çıxara bilər. Hər davranışına sərbəstlik verilməsi də yanlış-
dır. Yerli-yersiz tərifləmək rəğbətləndirmə sayıla bilməz. Uşaqları
qul ruhunda böyüdüb tam itaətkarlıq tələb etmək də doğru deyildir.
Orta əsr müəlliflərinin əsərlərində tərbiyə məsələlərinə dair
Nizami yaradıcılığının misilsiz rolu vardır. Buradakı tərbiyəvi sə-
ciyyə daşıyan müxtəlif istiqamətli (elmi, fiziki və s.) problemlərin
həllinə şairin nail olması bütövlükdə orta əsrlərdəki tərbiyə məsə-
ləsinə olan münasibətdir (1, 83–84). Ümumiyyətlə, orta əsr müəllif-
lərinin əsərlərində Azərbaycan xalqının ailə tərbiyəsinə dair verdiyi
məlumatları bu cür təsnif etmək olar: 1. Mənəvi – əxlaq tərbiyəsi
2. Maarifçilik ruhunun aşılanması.
Övlad tərbiyəsində ağıl, dözüm, dəyanət tələb olunur. İlk vaxt-
lar uşaq körpə ikən ətraf mühitə onun qayda və qanunlarına uyğun-
laşma prosesi başlayır. Bu zaman uşaq çox kövrək olur. Reallıqla
xəyali olanın çulğalaşdığı bir zamandan böyüyərək obyektiv aləmi
kəşf edir, sosial dünyaya atılır. Övladın erkən yaşlardan bütün hərə-
kətlərini izləmək lazımdır. Övladın sadə və təmiz dünyasına nüfuz
etməyə çalışmaq lazımdır. Ailə daxilindəki uzlaşma uyğunluq uşaq-
ların tərbiyəsinə təsir göstərir. Orta əsrlərdə bu uzlaşma haqqında və
onun övlad tərbiyəsində roluna dair maraqlı məlumata Nizami
Gəncəvi «Yeddi gözəl» əsərində rast gəlmək olar. Nizami «Yeddi
gözəl»də göstərir ki, sağlam bədənləri olsa belə, valideynlərin
əməllərində və düşüncələrində özünü büruzə verən nöqsanlar və
qüsurlar övladın şikəstliyinə gətirib çıxara bilər. Elə bu xüsusda da
şair belə məsləhət verir:
Hər ikiniz gərək düz danışasınız.
Onu bil ki, o düz danışıqdan
Bu tifilin xəstəliyi aradan qalxar (37, 159–160).
206
Şair burada şikəst bir uşaqdan bəhs edərkən təbii ki, əslində
üstüörtülü də olsa, onun mənəvi şikəstliyinə işarə etmişdir. O gös-
tərmək istəyir ki, ailə daxilində yalana yol vermək olmaz. Ailə
daxilində hər hansı məsələyə münasibətdə işlə sözün arasında
müəyyən bir uçurum varsa, o, uşağa da mütləq təsir göstərəcəkdir.
O, bir də ailə tərbiyəsindəki nöqsanları da vaxtında aradan qaldır-
maq lazım olduğunu vurğulamışdır. Şairin bu xüsusda bir fikri də
olduqca maraqlıdır. O yazır:
Sənin övladın səninlə necə rəftar eləsə, bil ki,
O da öz övladından haman rəftarı görəcək.
Övladın yaxşılığı, pisliyi haqqında qəm eləmə,
Sənə nə etsə, öz uşağından da onu görəcək (38, 60).
Nizami təlim və tərbiyənin məqsədyönlü və düzgün aparılması-
nı əsərləri boyu təbliğ edərək onu yüksək qiymətləndirir. O yazır:
Təlim-tərbiyə nəticəsində it belə nəciblik əldə edirsə,
Deməli adam oğlu mələk səviyyəsinə yüksələ bilər (37, 48).
XII əsrin nümayəndəsi olan Qivami Mütəərrizi də yaradıcılığın-
da ailə məsələlərinə cüzi də olsa, yer vermişdir. Müəllif yaradıcılı-
ğında «mürəbbi» sözünü işlətmişdir (12, 397). Bildiyimiz kimi, qə-
dim zamanlarda bəzi varlı ailələrdə uşaqların təlim və tərbiyəsi ilə
məşğul olmaqdan ötrü xüsusi tərbiyəçi müəllimlər tutulurdu ki, on-
ları da mürəbbi adlandırırdılar. Ailə tərbiyəsi məsələlərində örnək
olaraq tərbiyəvi əhəmiyyət kəsb edən fikirlər irəli sürən Qivami
Mütəərrizi gənclərə xitab edərək yazır:
Meyə uyan cavan, qocanı dinlə!
Vermə cavanlığı mey üçün yelə (12, 400).
Qazi Bürhanəddinin ərənlərə aşadıdakı kimi xitab etməsi tərbi-
yəvi əhəmiyyət kəsb edir.
207
Ərənlər öz yolunda ər tək gərək,
Meydanda ərkək kişi nər tək gərək,
Yaxşı – yaman, qatı – yumşaq olsa xoş
Sərvərəm deyən kişi ərkək gərək (29, 90).
Buradan belə bir fikir hasil olur ki, hər kim ki, cəsarətlə meyda-
na girirsə, özünü sərvər hesab edirsə, o halda əməlləri də ona uyğun
olmalıdır.
Orta əsrlərin tərbiyə problemini öz yaradıcılıqlarında əks
etdirməklə, şairlərimiz qeyd edirlər ki, bu məsələ düzgün qoyulmuş-
sa, deməli, ailə daxilində bu özünü mütləq hər sahədə göstərəcəkdir.
Təlim, tərbiyə və elmi biliklərin aşılanması – bütün bunlar insan
üçündür. İnsanın bir varlıq kimi qiymətləndirilməsi əsas məsələdir.
İnsanın tərbiyəvi xüsusiyyətləri, əxlaqi keyfiyyətləri onun nitqində,
təfəkküründə, ünsiyyətində yaşam tərzində büruzə verir və onun
mənəvi simasını əks etdirir. Zaman keçdikcə həmin keyfiyyətlər
yetkinləşir. Tərbiyə insanın cəmiyyətdə özünü təsdiq vasitəsi və bir
növ şəxsi möhürüdür.
İnsanların biliklərinin zənginləşməsində mənəvi saflaşmasında,
daxilən təmizlənməsində orta əsr müəlliflərinin yaradıcılığının təsir
gücü yüksəkdir. Mütəfəkkirlərin təbliğat xarakterli fikirləri, xalq
adət və ənənələrindən doğan tərbiyə məsələsinə diqqət yetirmələri
xüsusilə diqqətəlayiqdir. Bu əsərlər əsl tərbiyə örnəyidir. Belə ki,
«Bəşəriyyətin tarixi təkamül əsasında yaratdığı tərbiyə nəzəriyyə və
praktikasından tam faydalanmaq üçün artıq geniş imkan yaranmış-
dır. Bu imkanlardan biri də tərbiyənin metod və priyomları üzrə in-
diyə qədər istinad etdiyimiz elmi mənbələrin çoxalmasıdır. Həmin
mənbələrdən ən mükəmməli Qurani-Kərim, buna yazılmış təfsirlər,
Məhəmməd Nəsirəddin Tusi irsi, Nizami Gəncəvinin insansevərlik
nəzəriyyəsi, Şərq dünyasının böyük şəxsiyyətlərinin yaratdığı yazılı
abidələr, Qərb dünyasında qazanılmış təcrübədir» (5, 14). Bu əsər-
lərdə xalqımızın ailə məsələləri və mənəvi-psixoloji aləmi öz əksini
tapır.
208
K.Əzimov yazır ki, optimizm Nizaminin mənəviyyat təliminin
əsas prinsiplərindən biridir, həyat və insan haqqında mütəfəkkirlərin
bilavasitə əsas konsepsiyasına daxildir. Müəllif qeyd edir ki, Niza-
miyə görə optimizm – ləyaqətdir, ona görə mütəfəkkir onu müd-
rikliklə bağlayır hansı ki, dünyanın dərki işində o qədər lazımdır və
öz «mən»inin şəxsiyyətini təsdiq üçün vacibdir. Nizami yaradıcılı-
ğında insanın hər şeydən güclü olduğu tezisi təsdiq olunur (21,
119). K.Əzimov Nizami humanizminin «qızıl qayda» əsasında qu-
rulduğunu söyləyir. Yəni başqalarına qarşı elə davran ki, onların
səninlə necə davranmalarını sən istərdin. İnsanın fikir tarixində
«qızıl qayda»nın humanist mahiyyəti ondan ibarətdir idi ki, o hər
bir insanın xoşbəxtliyə, insanlara hörmət və məhəbbətə hüququnu
nəzərdə tutur (21, 123). Müəllif bir daha göstərir ki, Nizami huma-
nist idi. O, insan ləyaqətini vəsf edirdi, insanı dünyanın özəyi və
məqsədi kimi görürdü. O, ədalətin carçısı, yoxsul və evsizlərin
müdafiəçisi idi, xalqını hədsiz sevirdi (21, 132). Orta əsr müəllif-
lərinin əsərlərindəki fikirlər irəliyə doğru addım sayılmış və həyat
təcrubəsinin xeyli zənginləşməsini təmin etmişdir.
Marağalı «Əvhədi insanın öz hərəkət və davranışlarında məsu-
liyyətli olmasına böyük əhəmiyyət verirdi. Bu hər şeydən əvvəl,
mütəfəkkirin insana məxluqatın ən qiymətli varlığı kimi yanaşma-
sından irəli gəlirdi... Görkəmli mütəfəkkir təlim və tərbiyəni bədxah
əməllərin qarşısını almağın başlıca şərtlərindən biri kimi qiymət-
ləndirir və belə hesab edirdi ki, cəmiyyətin düzgün, təhlükəsiz yolla
inkişafında elm və maarifin rolu əvəzsizdir. Əvhədinin fikrincə,
cahil valideynlərdən törəmiş və uşaqlıqdan pis tərbiyə almış insan
ətrafdakılara heç vaxt hörmət etməyəcəkdir. Belə insan əxlaqi
cəhətdən səbatsız olacaq, özünü həmişə cəmiyyəti qarşı qoyacaq-
dır» (34, 34; 35–36).
Əssar Təbrizi yaradıcılığında humanizm təbliğ olunur, «Əssar
yaxşılığı insan üçün ən zəruri keyfiyyətlərdən biri hesab edirdi.
Onun fikrincə, yaxşılığı bacaran insan həmişə öz mərdanəliyi,
cəsarəti və məğrurluğu ilə seçilmiş, ətrafdakılara nümunə olmuş-
dur... İnsanpərvərlik, düzlük və təmizlik, möhkəm iradə və əqidə
209
dönməzliyi demokratik fikirli böyük mütəfəkkirin – cəsarətli Əssar
Təbrizinin əsl həyat idealı olmuşdur» (34, 53; 71).
Nəslin davamçısı kimi uşaqlara tərbiyə ilə bərabər təlimin də
aşılanması ailədə mühüm şərt kimi qabarıq şəkildə özünü göstərir.
Zahirən sadə görünsə də, əslində uzun illərin təcrübəsinə əsaslanan,
hər bir xalqın mənəvi dəyərlərinin göstəricisi tərbiyədir. Ata və ana
öz hərəkətləri ilə nümunə olurlar. Bir tək valideynlər deyil, tərbiyə
probleminə cəlb olunmuş müəllimlər, tərbiyəçilər və s. davranışları,
hərəkətləri, ümumiyyətlə bütün fəaliyyətlərilə nümunə olmalıdırlar.
Bəllidir ki, «insanın tələbatı cəmiyyətdə konkret tarixi şəraitdə for-
malaşır və inkişaf edir. Tələbatların məzmunu da, təmin olunma va-
sitələri də cəmiyyətin inkişaf səviyyəsi ilə şərtlənir. Uşaqların tərbi-
yə prosesinin əsas istiqamətlərindən biri də məhz bu cəhətdir» (26,
16).
Tərbiyə yalnız ailə daxilində deyil, cəmiyyət içində də verilir.
Bu proses üzvi surətdə bir-birilə bağlıdır. Dürüst və hərtərəfli
tərbiyə yolunda cəmiyyət içərisində insanın özünü necə apara bil-
məsi də zəruridir. Ətraf mühitlə, yəni cəmiyyətlə münasibət birdən-
birə formalaşmır, ailə daxilində böyüyən uşaqlar kənarda da özlərini
nə cür aparmalı olduqlarını ilk növbədə ailədən öyrənirdilər. Uşaq-
ların yaş və fərdi keyfiyyətləri əsas götürülür.
Dövrün inkişafını yığcam şəkildə belə qiymətləndirmək olar:
«artıq VII əsrin axırı, VIII əsrin əvvəllərində əl-Azərbaycani nisbəsi
ilə yazıb yaradan şairlər meydana çıxır. Bu dövrdə Musa Şəhavət,
İsmayıl ibn Yəsar, Əbül-Abbas əl-Əma kimi Azərbaycan şairlərinin
Mədinədə geniş şöhrət qazandığını görürük» (57, 26-27). Sonrakı
dövrlərdə «Azərbaycan şəhərlərində mədrəsələr və məhəllə məktəb-
ləri var idi ki, bu mədrəsələrdə sxolastik dini elmlərlə bərabər ərəb
dilinin sərf-nəhvi, fars şairlərinin əsərləri, eyni zamanda təbabət,
nücum elmləri keçilirdi. Azərbaycan ziyalıları ərəb və fars dillərinin
vasitəsilə Şərq, eləcə də qədim yunan mədəniyyəti ilə tanış olurdu-
lar. Əbutamam, Əbunəvas, İbni-Müqlə, İbni Hani kimi ərəb şairləri,
Rudəki, Dəqiqi, Ünsüri, Firdovsi, Xəyyam, Fəxrəddin Gurgani,
Əsədi Tusi kimi İran və Orta Asiyanın klassik şairləri Azərbaycan
210
ziyalılarına tanış idi. Azərbaycan şairləri öz müasirləri olan Əsiri,
Əxistəki, Rəşidəddin Vətvat kimi Orta Asiya şairləri ilə məktublaşır
və deyişirdilər» (28, 64–66). Bu məsələ orta əsr müəlliflərinin
yaradıcılığından da sezilir. Belə ki, onlar öz əsərlərində elmi, fəlsəfi,
dini, ədəbi, tarixi problemlərə yer verərkən özlərindən əvvəl yaşa-
mış dəyərli əsər müəlliflərinin fikirlərindən də bəhrələnmiş və bu
fikirlərin gözəl bilicilərinə çevrilmişlər.
Orta əsr müəlliflərindən olan və Nəsimi kimi şairin yetişməsin-
də əvəzsiz rolu olan Fəzlullah Nəiminin də yaradıcılığında tərbiyəvi
əhəmiyyət kəsb edən məsələlər İ.Mollayev tərəfindən belə şərh olu-
nur: «İstər Nəiminin hürufilik təriqətində və istərsə də bundan irəli
gələn fəlsəfi görüşlərində insan təkmil həssənat mücəssiməsi kimi
qiymətləndirilmişdir... Nəimi insana hər şeyi bilməyi, hər şeyi öy-
rənməyi təklif edərək, «oxuyub öyrənməyi» zəruri sayırdı... Bir söz-
lə, Nəimi insanı, onun idrakını, nəfsini, münasibətini, gözəl hisslə-
rini, əsl insani keyfiyyətlərini, eşqini, yoldaşlığını, dostluğu, əxla-
qını, fəaliyyətini, əməyini, zövqünü, xeyirxahlığını, cansızlara can
verməsini, yaradıcılığını, sirləri aşkar etmək üçün oxumasını, hər
şeydən baş çıxarmasını, ədalətsizliyini və s. və i.a. kimi keyfiyyətlə-
rini öz əsərlərində əxlaq nöqteyi-nəzərindən tərənnüm edərək, yal-
nız yaxşı sifətləri ilə ilahi bir qüvvə kimi nəzərə çarpdığını qeyd
edirdi» (32, 207–209).
İ.Mollayev yazır: «Öz dövrünün həyat təcrübələrini, dini fəlsəfi
baxışlarını, sufilik və hürufilik təsirindən real nəzərlərlə tərənnüm
edən Xətai qorxmazlıq, cəsurluq, iradə sahibi olmaq, səxavətlilik,
düzgünlük, «mərifət kəsb etmək», «özünü bilməz insanlardan uzaq
olmaq», «kamal sahibləri ilə dost olmaq», dostluq, sədaqətlilik və
etibarlılıq, yoldaşlıq, «zülmə boyun əyməmək» və i.a. kimi əxlaqi
keyfiyyətlərdən geniş bəhs etmiş və tərbiyənin məqsədini, «ağıllı,
müdrik, kamil, və əxlaqlı insan» yetişdirməkdə görmüşdür. Xətainin
elm, irfan, təlim, əql, idrak, zəka, kamillik, gözəlliyi qiymətlən-
dirməyi bacarmaq, fiziki, əqli, əxlaqi tərbiyə haqqında indi də
təravətli səslənən fikirləri vardır» (32, 291–292)
211
Qeyd edək ki, «Xalq yaradıcılığındakı ən gözəl əxlaqi keyfiy-
yətlər, nəcib davranış normaları, didaktik istiqamət Q.Təbrizinin,
Ə.Bəhmənyarın, Ə.Xaqaninin, X.Təbrizinin, N.Gəncəvinin, Ş.Xə-
tainin, M.Füzulinin, M.P.Vaqifin və b. əsərlərində yüksək pilləyə
qaldırılmış, inkişaf etdirilmiş və dərin məzmun almışdır. Onlar öz
əsərlərində böyüyən nəslin təlim-tərbiyə məsələlərinə geniş yer ver-
məklə maarifçi filosof və orijinal fikir sahibləri kimi şöhrət
tapmışlar» (58, 20). Qətiyyətlə demək olar ki, «orta əsr milli
tərbiyəşünaslığımızın beynəlxalq aləmdə nailiyyəti hesab edilən
N.Tusi yaradıcılığı bu gün də milli-mənəvi, elmi-pedaqoji irsimizin
qızıl fondunu təşkil edir» (41, 67). Nəsimi «əxlaq tərbiyəsi üçün,
hər şeydən əvvəl, mənəvi, maddi və fiziki çətinliklərə dözmək
qabiliyyətinin aşılanması yolu ilə şəxsiyyətdə bütün mənfi hisslərin
və sifətlərin ləğv olunmasına nail olmağı tələb etmişdir» (41, 70).
Orta əsrlərin müsəlman dünyasında tərbiyə problemində halal
və haram anlayışları mövcud idi. Ərəbcə həllə – yol verilmək anla-
mı kəsb edən halal sözü, islam dininə etiqadı olanlara icazə verilən
bir sıra hərəkətlər deməkdir. Hətta müsəlmanlar üçün bir sıra
heyvanların ətləri halal, bəzilərininki isə haram sayılmışdır. Halalın
əksinə olan haram isə bir sıra hərəkətlərə qadağa və məhrumiyyətlə-
rin qoyulmasıdır. Bunlar əsasən şərab içmək, tiryəkdən istifadə
etmək, qumar oynamaq, sələmçilik məqsədilə pul vermək, zina et-
mək və s. haram sayılmışdır. Sufi təriqətinin numayəndələri dili, əli
və beli bağlı olmağı təbliğ etmişlər. Dili bağlı, yəni qeybət
etməmək, əli bağlı, yəni oğurluq etməmək və nəhayət, beli bağlı
yəni başqasının qadınına göz dikməmək.
Müsəlman cəmiyyətinin qanunları fiqh vasitəsilə müəyyən olu-
nurdu. Fiqh hüquq qaydalarının prinsiplərini əks etdirən elmi bi-
liklər toplusudur. Cəmiyyətin bütün sahələrini əhatə edən hüququn
tənzimlədiyi bütün məsələlər fiqhdə izah olunur. Həyatın bütün sa-
hələrini cəmləşdirən hüquqi qanunlar (ailə, cinayət, inzibati, mülki
və s.) tənzimləmə xarakteri kəsb edir. Bu tənzimləmə isə adət və
ənənələrə, şəriətə söykənir. Bununla yanaşı, əsrlərin süzgəcindən
keçib gələn bir sıra qəti qərarlaşmış adət və ənənələr zamana öz mö-
212
hürünü vurmuşdur. Öz köklərilə qədimlərə gedən bu adətlər ürf ad-
lanır. Ürfdə əsasən ictimai rəy mühüm əhəmiyyət kəsb edir. Bunun-
la bərabər, qiyasın da müəyyən rolu vardır. Ərəbcə ölçü mənası bil-
dirən «qiyas məsələni Quranda və sünnədə olan müddəalara bənzət-
mək yolu ilə həll etməyə imkan verir. Qiyas islamın yayıldığı ilk
əsrdə, əhl-əl-hədis, yəni ənənəçilər, ancaq tarixi mənbələrə əsas-
lanma tərəfdarları ilə əhl əl-rəy, yəni məntiqi, rasional mənbədən
istifadə olunması, bu və ya digər məsələni müsəlmanın şəxsi rəyinin
köməyi ilə həll etməyin mümkünlüyü fikrinin tərəfdarları arasında
mübahisələr gedən vaxt meydana gəlmişdir» (59, 42-43).
Ailədə onun funksiyasının əsasını təşkil edən uşaqların doğul-
ması orta əsrlərdə planlaşdırılmayan bir iş idi. Nə qədər uşaq olursa-
olsun, onun qarşısının alınmasına səy göstərilmirdi. Öz zamanı üçün
bu işdə müəyyən planlaşdırma və qarşısı alınma yolları mümkün
deyildi. Ailələrdə uşaqların çoxalması ilə yanaşı, kütləvi yayılan
xəstəliklərin qarşısı alınmadığına görə ölüm hadisələri də çox
olurdu. Orta əsrlərdə hərbi yürüşlər zamanı törədilən qətlləri də
buna əlavə etsək, mənzərə daha da aydın olur.
1. Təsərrüfatda işçi qüvvəsi kimi baxılırdı.
2. Xalqın ənənəsi, artıb törəmək, varislik və bundan doğan
psixoloji düşüncə tərzi.
3. Say etibarilə böyük ailənin daha da güclü olmasını nümayiş
etdirirdi.
4. Ailənin daha da möhkəm olmasını təmin edirdi.
Həyatın uzun yollarında getdikcə təkmilləşən ailə münasibətlə-
rində köklü dəyişikliklər baş verir. Zamanla ailə üzvləri də yaşa
dolur.
Orta əsrlər dövründə Azərbaycan ailəsindəki tərbiyə problemini
araşdırarkən məlum oldu ki, ara-sıra çatışmayan cəhətlərinə bax-
mayaraq, bütövlükdə o, mütərəqqi xüsusiyyətlərə malikdir və bu
günümüzdə mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə
çatdırılmasında əvəzsiz vasitədir.
213
Uşağın daxili, mənəvi aləmi onun gələcək inkişafını müəyyən-
ləşdirir. Bəzən uşaqlar daxili dünyalarını büruzə verməkdən utanıb
çəkinir. Bu cür uşaqlara qarşı daha həssas yanaşılmalıdır. Hər bir
uşaq ayrı-ayrılıqda fərqlidir, özünəməxsus keyfiyyətlərə malikdir.
Tərbiyəvi yanaşmada mütləq bu xüsusiyyətlərə diqqət yetirmək
lazımdır. Ailənin daxili həyatında hər kəsin öz işi və fəaliyyəti qəti
olaraq müəyyənləşdirilirdi. Yaşından və cinsindən asılı olaraq hər
kəsin müəyyən vəzifələri vardı.
Orta əsr müəlliflərinin əsərlərində tərbiyə məsələlərinə dair
Nizami yaradıcılığının misilsiz rolu vardır. Buradakı tərbiyəvi
səciyyə daşıyan müxtəlif istiqamətli (elmi, fiziki və s.) problemlərin
həllinə şairin nail olması bütövlükdə orta əsrlərdəki tərbiyə məsələ-
sinə olan münasibətdir (1, 83–84). Ə.Əhmədov yazır: «Poemada
(Nizaminin «Sirlər xəzinəsi» nəzərdə tutulur. – Ş.B.) bol-bol rast
gəldiyimiz hikmətli sözləri, idiomatik ifadələri, öyüd və nəsihətləri
təqribən aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Mənfi insani keyfiyyətləri qamçılayan beytlər; Nizami belə
keyfiyyətlərdən uzaq olmağa çağırır.
2. Beytin bir sətrində, yaxud şer parçasının bir hissəsində insanı
eybəcərləşdirən mənəvi qüsurlardan söhbət gedir, digər sətrdə və ya
hissədə bu mənəvi qüsurların antipodu olan gözəl insani xüsu-
siyyətlərdən bəhs olunur. Təbiidir ki, Nizami öz həməsrlərində
məhz nəcib insani xüsusiyyətlər görmək istəyirdi.
3. Beytlərdə, yaxud şer parçalarında yalnız ali insani keyfiyyət-
lər tərənnüm olunur.
4. Ömrün yetkinlik çağının düşüncə və qənaətlərindən bəhs
edən öyüd və nəsihətlər» (33, 212).
Təlim, tədris, tərbiyə məsələləri də M.H.Naxçıvaninin diqqət
mərkəzində duran problemlər sırasındadır. O, öyrənməyi hər zaman
gərəkli hesab edirdi. Şərqin iri mədəniyyət mərkəzlərinin adlarını
qeyd edərək bunlarla mədəni və elmi əlaqələrin saxlanılmasını ön
plana çəkirdi, məsləhət görürdü və «M.H. Naxçıvani rəiyyəti başa
salmaq, həm də başa düşməkdə biliyə, aqilliyə malik olmağı əsas
sayırdı. O qeyd edirdi ki, qarşılıqlı müsahib danışanı, ərz və hökm
214
edəni başa düşmək üçün, müsahibi qədər də düşüncəyə malik olma-
lıdır ki, bu da mədrəsələrdə, darültəhsildə, xanəgahda və məscidlər-
də yerinə yetirilir» (32, 177). Belə ki, «Onun fikrincə, ata-anasını,
bacı-qardaşını, qohum və qövmini bilikli görən uşaqda istər-istəməz
tədərrüs və təlimə maraq oyanmalıdır. Naxçıvani bütün əsərlərində
yaşlıların təlim tərbiyəsindən geniş danışaraq «özlərində olarsa,
vələdlərinə də keçəcəyi»ni əsas sayırdı» (32, 179).
M.H.Naxçıvaninin məsləhətləri daha çox hökmdarlara yönəldil-
mişdir. Belə ki, verdiyi məsləhətlərində ölkənin əmin-amanlığını tə-
min etmək üçün əhalini də varlandırmaq, bilikli adamlar yetişdir-
mək, təsərrüfat və sənətkarlığa diqqət ayırmaq, tədrisi inkişaf etdir-
məyin zəruriliyini dönə-dönə vurğulayır, «M.H.Naxçıvani uşağa
öyrətməyi ananın, sonra isə atanın əsas vəzifəsi hesab edir və bunu
övlada süd ilə qana keçirtməyi məsləhət görürdü. Halal süd əmmiş
uşağın, halal əməklə məşğul olacağına şübhə etmirdi» (32, 184). O,
müəllimə yüksək qiymət verirdi və hesab edirdi ki, müəllim özünü
deyil, rəiyyəti fikirləşməlidir, özü üzərində daim çalışmalıdır,
ədalətli bilik sahibi olmalıdır, bir sözlə şəxsiyyət. Ailə tərbiyəsinə
böyük əhəmiyyət verərək o tərbiyənin təməlinin ailə daxilində qu-
rulduğunu qeyd edir: «Naxçıvani bütün müsbət insani xüsusiyyətlə-
rin mənbəyini ata və anaların pak əməyində, düz ürəyində, rəiy-
yətdə, vətənə və dinə olan etiqadında axtarırdı ki, bu da orta əsrlər
üçün çox səciyyəvi idi» (32, 190). M.H.Naxçıvaninin yazdığı
««Dəstur» bir tədris kitabı kimi həm yaşlılar, həm də uşaqlar üçün
maraqdan kənar deyildir. Görünür ki, M.H.Naxçıvani öz dövründə
fəaliyyət göstərən məktəb və mədrəsələrdə davam edən təlim
üsulları və prinsiplərini dərindən bilmiş və «Dəstur»un yazılması
prosesində sual-cavabdan, dialoqdan, müqayisədən, yaşa, gücə və
biliyə müvafiqlikdən, təlim materialının tərbiyələndirici prinsipin-
dən və s. geniş istifadə etmişdir» (32, 186). Orta əsr müəlliflərinin
yaradıcılığına belə yer verilməsi ona görədir ki, onların əsərlərində
Azərbaycanın tərbiyə məsələləri təsvir olunmuşdur.
M.H.Naxçıvani valideynlərə mal bölgüsündə ədalətli olmağa
çağırırdı. Mustafa Zərir atasının Yusifi başqa övladlarından daha
215
çox sevməsinin qalan qardaşlara mənfi təsiri olduğunu qeyd edir.
Əsərdə qeyd olunur ki, atası Yusifə 6 min qoyun, başqa oğlanlarına
isə 3 min qoyun verir (40, 212;216). Əziz övlada cigərguşə deyilir.
Ata-baba adətlərinə sadiq qalmağı təbliğ edən Mustafa Zərir
yazır:
Diləgüm ol kim, dinindən çıqmiyə,
Atəsi, dədəsi dinini yıqmiyə (40, 288).
Burada şair əsrlərdən bəri qorunan el adət və ənənələrinə
əhəmiyyət verdiyini göstərərək onları təbliğ edir. Burada onu da
qeyd etmək lazımdır ki, təbliğ olunan ideya sırf feodal cəmiyyətinin
mahiyyətini açıqlayır. Belə ki, orta əsrlər boyunca dədə-baba qayda-
larına sözsüz riayət etmək, əsli-nəsli ilə öyünmək, islam dininə qarşı
çıxmamaq kimi fikir və düşüncələr hakim idi.
Orta əsr müəlliflərinin əsərlərindən aydın olur ki, onlar forma-
laşmaqda olan gənc nəslin hərtərəfli inkişafını hər zaman düşün-
müşlər. Onların əsərlərində tərbiyəvi fikirlərə, elmə və tədrisə veri-
lən əhəmiyyət onların daxili təbiətindən doğur və bir zərurət kimi
təqdim edilir. Onların nöqteyi-nəzərincə cəmiyyətin inkişafında
təlim və təhsilin rolu böyükdür. Tərəqqini bunda görərək ən ali
məqsəd kimi əsərlərində dönə-dönə göstərməyə çalışmışlar. Orta əsr
müəlliflərinin əsərlərində əxlaq, mənəviyyat, cəmiyyət qanunları,
mədəniyyət tərbiyə və elmin əhəmiyyəti üzvü vəhdət təşkil edir.
Xüsusən antik dövrün filosoflarının dünyagörüşlərinə müraciət
etmələri onların insan, elm, həyat həqiqətləri barədə fikirlərindən
faydalanmaları orta əsr müəlliflərinin əsərlərini daha da zənginləşdi-
rir. Daim inkişafda olan bəşəriyyətin mühüm məsələsi kimi tərbiyə
prosesi hər bir xalqın ailə münasibətlərində əhəmiyyət kəsb edir.
Tərbiyə o vaxt səmərə verə bilər ki, ailə daxilində ədalət hökm
sürür. Əgər övlad ailə içərisində onun bütün üzvlərinə qarşı
böyüklər tərəfindən ədalətli mövqe görürsə, o zaman onun özü də
bundan dərs götürər.
216
Yüksək mənəvi keyfiyyətlər olan şərəf, ləyaqət, abır-həya, is-
mət, hörmət, sədaqət və s. müsbət keyfiyyətlərin qiymətləndirilərək
başqalarına da aşılanması Azərbaycan ziyalılarının əsərlərində də öz
əksini tapıb. F.Rüstəmov yazır: «Azərbaycanda pedaqoji fikrin çox
qədim tarixi vardır. İlk pedaqoji təsəvvürlərin təşəkkülü xalqın qə-
dim adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə
bağlı olmuşdur. Xalqın həyat müşahidələrinə və empirik təcrübəsinə
əsasən əldə edilən pedaqoji biliklər ilk növbədə şifahi xalq yara-
dıcılığında və bədii ədəbiyyat nümunələrində əks olunmuşdur. Tə-
lim-tərbiyə ilə bağlı Azərbaycan xalqının tarix boyu gündəlik müşa-
hidələrinin, əməli fəaliyyətlərinin nəticəsi kimi qazandıqları və folk-
lor nümunələrində, adət-ənənələrdə, etnoqrafik materiallarda, tarixi
sənədlərdə, maddi-mədəniyyət abidələrində, pedaqoji yönümlü əsər-
lərdə və akademik pedaqogikada sistemə salınıb inkişaf etdirilən pe-
daqoji ideyaların hamısı əvvəlcə xalq pedaqogikasında mövcud ol-
muşdur. Xalq pedaqogikası elmi pedaqoji fikrin və akademik peda-
qogikanın inkişafında mühüm rol oynayan ilkin məxəzdir» (58, 20).
Ağsaqqalların cəmiyyətdəki mühüm rolu əsrlər boyu davam et-
mişdir. Hələ «Kitabi-Dədə Qorqud» dastanında ağsaqqal dədə ob-
razı yaradılmışdır. Müdriklik rəmzi kimi təqdim olunan Dədə Qor-
qud el-oba içində ən mötəbər adam, uzaqgörən insan, etibarlı el ağ-
saqqalıdır. Məsləhət üçün məhz ona müraciət edilir. Azərbaycanda
ağsaqqallıq bütün dövrlərdə üstün sayılmışdır. Eldə bir dava və ya
qan düşəndə barışdırmaq məqsədilə böyük nüfuz sahibi olan ağsaq-
qallara müraciət edilib. Onlar da işi ədalətli şəkildə yoluna salmağa
çalışıblar. Bu cür insanları nurani qoca adlandırıblar. Böyük hörmə-
tə malik olmaları ilə seçilənlər sırasında olublar. Eləcə də ağbirçək-
lər ailə daxilində və el-obada sayılan söz sahibi, həyat təcrübələri
olan qadınlar idilər. Böyük kimi xeyir-şər işlərində onlar dəvət olu-
nardılar. Lakin bütövlükdə Tokarevin də yazdığı kimi, ailə mə-
nəviyyatında və cinslər arasındakı münasibətlərə islami baxışlarda
patriarxal nəsli quruluşun təsiri özünü əks etdirirdi. Qadın tabe olan
varlıqdır. Bununla yanaşı, Quranda qadının insani və vətəndaşlıq
217
hüquqları da tanınır. Kişinin qadına hədsiz zülmkarlığı qınanır,
mülki və irsi hüququnun olduğuna işarə edilir. (25, 527)
Mədəniyyətin etnomilli mahiyyəti qiymətləndirilərkən o reallı-
ğın mənəvi mənimsənilmə təcrübəsi, dil, milli psixologiya, etno-
milli özünü dərk, ənənəvi davranış qaydaları, həyat tərzi, milli incə-
sənət və s. kimi qeyd edilir. (49, 100) Beləliklə, islam dini bir sıra
xalqların məişət və mədəniyyətinə öz damğasını vurdu. O xilafətə
daxil olan müxtəlif xalqların həyat tərzini dəyişə bildi. Müasir Azər-
baycan ailəsində orta əsrlərə xas olan bir sıra ənənəvi xüsusiyyətlər
itmişdir.
Ailə ilə bağlı çoxlu atalar sözləri vardır. Məsələn, atalar
sözlərinin birində deyilir ki, söz götürənin ev oturanın. Burada bö-
yük hikmət əks olunmuşdur. Ev oturanın deməklə, ailənin qorunma-
sında möhkəm təməl yaradıb onu tərk etməmək, nəzərdə tutulur. Ev
onda ev olur ki, onun işığını yandıran, qoruyan vardır.
Dində əmr olunan bir sıra davranış qaydaları mövcuddur. Bun-
lar əsasən aşağıdakılardan ibarətdir: ilk növbədə insanları yoxdan
var edən bir olan Allahın varlığını qəbul edərək onu sevmək, insan-
lar üçün yaratdığı bütün nemətlər üçün şükr edərək ona çoxlu dualar
etmək, günahların bağışlanmasını diləmək, böyüklərə hörmət, ki-
çiklərə qayğı göstərmək, yardımsevər olmaq, ehtiyacı olanlara əl
tutmaq, savab qazanmaq, namaz qılmaq, oruc tutmaq, zəkat vermək,
maddi cəhətdən yoxsul olanlara kömək etmək, qonaqpərvər olmaq,
ədaləti qorumaq, insanlar arasında yaranan davaların yatırılmasında
vasitəçi olmaq, əmanətə xəyanət etməyərək onu öz malınız kimi
qorumaq, əhvedici olmaq, təvazökar olmaq, sözündə bütöv olmaq,
alicənab və nəzakətli olmaq, insanlar arasındakı münasibətlərdə
gülərüz və xoşniyyətli olmaq və s. Strabon qeyd edir ki, albanlarda
nəinki valideynlərə, eyni zamanda başqa qocalara da ehtiram
yüksək səviyyədədir (51, 477). F.R.Xuncinin də əsərində şəriət
qanunlarına sadiq qalmaq tövsiyəsi haqqında danışılır (13, 106). Dostları ilə paylaş: |