saxlamağa, iqtisadi münasibətlər qurmağa (mübadilə etməyə),
gələcək həyatın zəruri tələbatını ödəmək üçün əlaqə yaratmağa
ehtiyac duymuşlar. Məsələn, Amerikada yaşayan “irokez qəbilələri
ayrı-ayrılıqda qarşılıqlı mübadilə ilə də məşğul olurdular. Lakin bu,
çox sadə və bəsit halda idi. Bir qəbilənin adamları öz malları ilə
qonşu qəbiləyə qonaq gedirdi. Qonşu qəbilələr qonaqların
gətirdikləri “bəxşişləri” alıb yerinə başqa şeylər qoyub yola
247
salırdılar” (10, 142). Aydındır ki, qəbilə daxilində insanlar bir-biri
ilə sıx surətdə bağlı olmuşlar. Müxtəlif qəbilələr arasındakı belə
bağlılıq onların tayfa ittifaqlarında birləşməsi ilə nəticələnmişdir.
Beləliklə, insanların tədricən bir-birinə gediş-gəlişi formalaş-
mış, nikah vasitəsilə qohumluq əlaqələri meydana gəlmişdir. Bu isə
öz növbəsində insanlar arasında yaxın münasibətləri zəruri etmiş və
nəticə etibarilə birgə əməyin labüdlüyü zərurətindən doğan kənd
iclmaları formalaşmışdır. İqtisadi münasibətlər və nikah əlaqələri
zəminində yaranmış gediş-gəliş qonaqpərvərliyin meydana gəlmə-
sinə gətirib çıxarmışdır. Deməli, qonaqpərvərliyin bünövrəsi məhz
bu zəmində qoyulmuşdu. Qeyd edək ki, Azərbaycanın coğrafiyaşü-
nas alimi Əbdürrəşid əl-Bakuvi (XIV əsrin II yarısı - XV əsrin I ya-
rısı) öz əsərində haqlı olaraq yazır: “Uca Allah insanı yer üzündə elə
xaliq edib ki, o heyvan kimi təkbaşına yaşaya bilməz və başqasıyla
təmasda olmağa ehtiyacı var. Buna görə də təmas əmələ gəlib və
bundan da insanın yeyəcəyi və geyimi asılıdır, bu isə öz növbə-
sində, çoxlu başqa, vaxtında hazırlanmışlardan asılıdır, çünki bütün
bunları önləyən işləri insan təkbaşına görə bilməz. Buna görə Alla-
hın müdrikliyi bu təması lazım bildi və hər bir insana təlqin olundu
ki, o, hazırlanmışlardan birini icra etsin ki, onlardan bəziləri başqa-
larının köməyilə faydalansın, çünki sənətlər çox hallarda bir-
birindən asılıdır” (1, 9).
Qonaqpərvərlik uzun bir inkişaf yolu keçmişdir və hansı dövrdə
icra edildiyindən asılı olmayaraq, insanların həyat normasına
çevrilmişdir. Təbii ki, qonaqpərvərliyə xas adətlər hər bir dövrə
müvafiq surətdə icra olunmuşdur. Bu baxımdan konkret dövrün
müvafiq qanunauyğunluqlarını nəzərdən qaçırmaq olmaz. Bunu
nəzərə almaq ona görə vacibdir ki, obyektiv şəraitdən doğan və hər
hansı bir dövrün tarixi mənzərəsinin yaratdığı lövhələri göz
önümüzdə daha dolğun canlandırmağa imkan yaranır.
İlk sinifli cəmiyyət və dövlətlərin yaranması qonaqpərvərlik
adətinə yeni çalarlar gətirmişdir. Belə ki, qonşu ölkələrlə daimi əla-
qələr saxlayan dövlət başçıları nəinki oradan gələn hökmdarları, elə-
cə də qasid və elçiləri də qəbul edərkən müəyyən qaydalara, qonaq-
248
pərvərliyə riayət etmişlər. Qədim mənbələrdə məhz qonaqpərvərlik
barədə məlumata təsadüf edilməsə də, Azərbaycan ərazisində möv-
cud olmuş ən qədim Aratta, Lullubi, Kuti və digər qonşu ölkələrlə
iqtisadi, siyasi əlaqələr quran dövlətlər haqqında bəhs olunur. Bu
əlaqələr zamanı heç şübhəsiz ki, müəyyən münasibətlər yaranmış və
özünəməxsus qəbul mərasimləri icra edilmişdir.
Mənbələrdə Manna hökmdarı Ullusunun II Sarqonu qəbul et-
məsi, ona xərac verməsi, hətta şərəfinə yazılı abidə qoyması barədə
məlumat verilir, eyni zamanda Sarqonun da Manna hökmdarına
şərəfli ziyafət verdiyi qeyd edilir (15, 353).
Yer üzünün əşrəfi sayılan insan mənəvi varlıqdır, buna görə də
o, başqalarına köməyi özünün başlıca vəzifəsi hesab edir. Dünya
xalqlarından “qədim yunanlar qərib adamları Zevsin himayəsində
olan qonaq kimi qəbul edir, onları çimizdirir, təzə paltar geyindirir,
yedizdirirdilər. Qədim Romada böyük tayfalar and içmək, müqavilə
bağlamaq, ayrı-ayrı şəxslər və ailələr isə müqəddəs və pozulmaz he-
sab olunan müqavilə (bu müqavilə rəsmən elan olunandan sonra
ləğv edilirdi) bağlamaq ilə qarşılıqlı qonaqpərvərliyi təmin edirdilər.
Qədim slavyanlarda qonağı qəbul etməyənin evi yandırılırdı (16,
203)
Azərbaycanın XII əsr görkəmli şairi Nizami Gəncəvi yazır:
Sən mənim qonağımsan, ey saf insan
Qonağı əziz tutmaq gərəkdir (2, 139).
Burada qonağa olan münasibət gərəkli bir iş kimi qələmə veri-
lir. Bu insanların psixoloji düşüncə tərzinə sirayət etmiş icrası zəruri
hesab olunan bir davranış nümunəsi kimi təqdim olunur. Fars
nəsrinin görkəmli əsəri olan «Qabusnamə»də Əbu-Şükürdən belə
misal çəkilir:
Qonaq ya dost olsun və yaxud düşmən,
Gərək layiqincə hörmət edəsən (77, 69).
249
Sinan İbn Bəttutə harada yaşadıqlarından asılı olmayaraq əxilə-
rin qonaqpərvərliyinə və comərdliyinə heyran olduğunu qeyd et-
mişdir. İki qrupun bir-birilə dava etdiyini görüb səbəbini öyrənmək
istədikdə tərcüməçi ona başa salır ki, bu onu qonaq etmək istə-
yənlərin, əxi qruplarının arasındakı mübahisədir. Sonra onların işi
həll edib, barışdıqlarını söyləyir (75, 409). O, əxilərin müsafirsevər-
liyini, qonaqlara göstərdikləri hörməti və qulluğu xüsusi qeyd edir.
Müəllif həm də göstərir ki, əxilər dostlarını təkkələrdə qonaq edir,
süfrə açır, sonra hamama götürürlər. Dönərkən yenidən süfrə açılır,
yeməklər, şirniyyatlar, meyvələr təqdim olunur. Sonra Quran oxu-
nur və səma rəqsi göstərirlər. Səyyaha görə əxilərin qonaqpərvərliyi
o qədər yüksək səviyyədədir ki, aralarında problem çıxmasın deyə
qaydalar qoymuşlar. Qonağı ilk hansı qrup görmüşsə, o da qarşı-
lamalı idi. Ona görə də o biri qrup heç bir iddia sürə bilməzdi. Qo-
naq qarşılamaqla sevinc hissləri duyurdular. Müsafirliyə nə qədər
əhəmiyyət verildiyini qeyd edən səyyah göstərir ki, getmək istə-
dikdə ona belə cavab verilir ki, şəhərdə etibarımızı yox etmiş olar-
sınız, çünki qonaqlıq ən aşağısı üç gün olmalıdır (75, 416;418).
Şərəfxan Bidlisi yazır ki, Şah Təhmasıb Hindistandan gələn
Mirzə Humayunla Əbharda görüşürlər. Təhmasibə 4 misqal ağırlı-
ğında almaz bəxş edən qonağına öz növbəsində hörmət və ehtiram
göstərməyə çalışaraq şah bir neçə gün yaylaqda (Surluq) layiqli
qonaqlıq və şənlik düzəltdirdi. Sürək ovu zamanı qəribə təsadüf
nəticəsində atılan ox Əbul Qasımı öldürdü. Bundan bərk əsəbiləşən
Təhmasib də Mirzə Humayunu öldürmək istəsə də, öz bacısının
müdaxiləsi nəticəsində qonağa yazığı gələrək fikrindən daşındı (13,
191-192). Bu xalqımıza xas olan qonağa həddindən ziyadə güzəştin
bariz nümunəsidir.
Ş.Bidlisi 1560–61-ci illərin hadisələrini qələmə alaraq göstərir
ki, Qəzvinə çoxsaylı bəxşişlərlə Sultan Bəyazidin elçiləri Əli paşa,
Həsən ağa gəldilər. Onları qızılbaşların əmirləri qarşılayıb hörmətlə,
ehtiramla şəhərə çatdırdılar. Onlar şaha at, məxmər, müxtəlif rəngli
Dəməşq ipəyi təqdim etdilər. Adətə və qonaqpərvərlik mərasiminə
riayət edərək Təhmasib elçiləri müşayiət etməyi Cəfər bəyə tapşırdı
250
və yola salmağa icazə verdi (13, 206). Ş.Bidlisi həmçinin qeyd edir
ki, Yasavur Sultan Məhəmməd Xudabəndənin yanına öz inanılmış
adamını çoxlu hədiyyələrlə göndərdi, çünki o Xorasanda qalmaq
istəyirdi. Sultan Məhəmməd də öz növbəsində onun elçisini xoş
qarşılayıb layiqli hədiyyələrlə yola salıb, hansı vilayətdə qalmaq
istəyirsə, orada qalmasına icazə verdiyini söyləyir (13, 57). Bu
yuksək səviyyəli dövlət adamları arasında olan münasibəti və onlara
göstərilən xüsusi mehmannəvazlığı nümayiş etdirir.
M.Membre şah Təhmasibin onu həvalə etdiyi adamların evlə-
rinə tez-tez baş çəkirdi. O qeyd edir ki, «Bütün bu adamlar mənimlə
söhbət etməkdən həzz alırdılar, məni öz evlərinə sərbəst şəkildə
aparır və mənə bəzən 15-20 gün qalmağa icazə verirdilər. Onlar
Avropadakı işlər barədə eşitməkdən məmnunluq duyurlar, çünki bu
ölkələr barədə heç nə bilmirlər» (3, 52). M.Membre qeyd edir:
«Onların yeməkləri türklərinkinə oxşayır, lakin onlar daha səxavətli
və ürəyiaçıqdırlar və insanlara osmanlılardan daha tez-tez öz evlə-
rində yemək verirlər» (3, 61). Bu fikir xalqımızın əsrlərdən bəri
gələn adət kimi qonaqpərvərliyinə işarədir. Artıq xalqın möhürüdür.
Məsələ burasındadır ki, məhs süfrə açmaq, müxtəlif yemək
çeşidlərilə onu bəzəmək qonaqpərvərliyin ilkin əlamətidir. Bu bir
növ çörəyini bölmək və başqasıyla bərabər paylaşmaq deməkdir.
Əbu Bəkr əl-Oütbi əl-Əhəri «şabanın 4-də (19.VI.1295) (Lar
Dəmavənd) yaxınlığında Arqunun taxtgahı olan köşkdə böyük
qonaqlıq təşkil etdilər. (Qazan xan) hamama getdi, qüsl etdi və Şeyx
Sədr əd-Din İbrahim Həməvi şəhadət kəlməsini təlqin etdi. Qazan
xan və bütün dövlət başçıları müsəlman oldular. Əbu Bəkr əl-Oütbi
əl-Əhəri də karvansarayın adını çəkmişdir (4, 23;53).
Rəsmi vergi olmasa da, salamanə orta əsrlərdə Yaxın Şərqin bir
sıra ölkələri kimi Azərbaycanda da hədiyyə şəklində təqdim olunan
vergi idi. Feodal əyan və məmurlar gələrkən onu salamlamaq məq-
sədilə yerli əhali tərəfindən verilirdi. Bu Səfəvilər dövründə ya-
yılmışdı.
Qətran Təbrizi yazır:
251
Həmişə qapısı açıq, süfrəsi başında qonağı vardır (6, 253).
Qonaqlıq məclisləri musiqinin müşayiəti ilə keçirilirdi. Bunu
miniatür rəsmləri də təsdiq edir. Təsvirlərdən aydın olur ki,
musiqiçilər üçün xüsusi guşə ayrılırdı. Elə bir yer ki, onların səsi
yaxşı eşidilsin, eyni zamanda müəyyən məsafədən dinlənilsin. Bu
əgər ev idisə, musiqiçilər aşağı mərtəbədə, çadır idisə, o zaman
onlar bir qədər aralı məsafədə oxuyurdular.
Qətran Təbrizi bu barədə yazır:
Məclisi mütrübdən və qonaqdan boş qalmaz (6, 260).
Tarixi inkişafın gedişi prosesində nəsillərdən yadigar qalan, xal-
qın məişət tərzində özünü büruzə verən, insanların mənəvi dünyası-
nın göstəricisinə çevrilən adət və ənənələr mühüm əhəmiyyət kəsb
edir. Həyatın müxtəlif sahələrilə sıx bağlı olan adətlər öz mahiyyəti-
lə, məzmunu ilə xalqın özünəməxsusluğunu təsdiqləyir. Belə adət-
lərdən biri də xalqın məişətinə daxil olaraq dərin köklər salan qo-
naqpərvərlik adətidir. Arif Ərdəbili əsərində qonaqpərvərlik adətinə
toxunaraq həmin adətin başlıca xüsusiyyətlərinə yer vermişdir. Bu
xüsusda N.Araslının əsərə istinadən irəli sürdüyü fikri maraq doğu-
rur. O yazır: «Əsərdə təbliğ edilən əxlaqi-tərbiyəvi nəsihətlər içəri-
sində səxavət, əliaçıqlıq haqqındakı fikirlər də mühüm yer tutur.
Şairə görə səxavət insanı yüksəldir. Hər kəs öz adına uyğun tərzdə
səxavət göstərməlidir. Verilən bəxşiş bağışlanılan adamın deyil, ba-
ğışlayanın adına layiq olmalıdır. Şair qonaqlıq məclislərini təsvir
edərkən səxavət, qonaqpərvərlik kimi gözəl ənənələr haqqında da
danışır, gülərüzlə qonaq qəbul etmək, qonağa ürəklə qulluq gös-
tərmək kimi adət- ənənələri öz əsərində əks etdirir» (7, 74). Qonaq-
pərvərlik xalqımızın mənəvi mədəniyyətində ən qiymətli incidir və
o, məişətimizdə qərarlaşıb sabitləşən adətlər içərisində mütərəqqi-
liyilə seçilir.
Nizami yaradıcılığında baş tutan və baş tutmayan elçilik haq-
qında ətraflı məlumat vardır. Şair «Leyli və Məcnun» əsərində bu-
252
nun hər ikisini incəliklərinə qədər təsvir etmişdir. Məsələn, oğlan
evinin ağsaqqallarla məsləhətləşməsi, elçi gedərkən qız evinə müəy-
yən hədiyyələr təqdim etməsi və qız evinin də yox cavabı verməsinə
baxmayaraq, gələn elçiləri bir qonaq kimi ləyaqətlə qarşılaması
kimi məsələlər öz əksini tapmışdır. Çünki «hələ qədim dövrlərdən
başlayaraq indiyədək davam edən qonaqpərvərlik adətinin, xüsusilə
elçilik, nişan və toy mərasimləri zamanı icrası daha diqqətəlayiqdir.
Belə ki, burada qonaqpərvərlik özünəməxsus tərzdə icra olunur. Qız
evinə oğlan evi hədiyyələr təqdim edir. Ev sahibi də gələn qonaqları
lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etməyə çalışır»
(12, 94). Qeyd etməliyik ki, elçilikdə mahiyyət etibarilə qonaqpər-
vərliyə xas olan əlamətlər özünü büruzə verir.
Qazi Bürhanəddin yazır ki, «Qapundan içərü girənə bir səlam
gərək» (8, 375). Bu qonaqpərvərliyin ilkin qarşılama anıdır. Salam
kəlməsi də Allahın adlarından biridir.
Zaqatalanın Car kəndində XIX əsrə aid (1865-66-cı illərdə
tikilmiş) mayor İsmayıllıya məxsus olan evin yazısında qeyd olunur
ki, ev hörmətli qonaqlar üçün tikilmişdir. Əgər ev yalnız mənim
üçün olsaydı, onda mənə kəfən bəs idi (9, 127). Bu yazı adi kəlmə-
lər yığını deyildir, real arzunun bariz nümunəsidir. Özü də bütöv bir
xalqın əsrlərdən bəri qanına və iliyinə hopmuş, etnopsixologiyasın-
dan süzülüb gələn gerçəkliyin əksidir.
Məlum olduğu kimi, İsgəndər Şərq əyanlarına xeyirxah müna-
sibət bəslədiyini göstərmək üçün çox vaxt məclislərə zəngin Midiya
geyimində gələrdi. Onun bu hərəkəti qarşısındakını necə yüksək
dəyərləndirdiyini bildirərdi. “İsgəndər Midiyaya gələrkən Atropat,
çarın yaxın adamları ilə birlikdə onun şərəfinə təşkil olunmuş
şənliklərdə iştirak etmişdi” (17, 57-58).
Avropalılar ilk dəfə Amerika qitəsinə qədəm qoyarkən yerli
əhali tərəfindən çox mehribanlıqla və qonaqpərvərliklə qarşılanmış-
lar. Türkdilli xalqlarda da qonaq müqəddəs sayılmışdır. Bu xüsusiy-
yət onların folklor nümunələrində də öz əksini tapmışdır. Türk xalq-
larının folklor yaradıcılığına müraciət edən E.Əlibəyzadə yazır:
“Ulularımızın öyüd-nəsihətincə, qonaqpərvərlik, qonağa hörmət və
253
qulluq göstərmək insani keyfiyyətdir; bu, xalqın daxili-mənəvi
üstünlüyü kimi qiymətləndirilə bilər, bununla fəxr etmək, öyünmək
gərək. Gələcək nəsillərə də bunu etmək gərək.
Qalmaq istəsə qonaq
Ver dəxi yemək-içmək.
Qarğış qılar qonaqlar
Zəif görüb hörməti.
Digər bir şerdə əliaçıqlığın, ürək genişliyi və səxavətliliyin,
dost-aşna ilə yeyib-içməyin, qonağa hörmət etməyin şərəfli, şöhrət
artıran iş olduğu fikri söylənilir:
Gözəl don sənin özünə,
Dadlı yemək özgəsinə,
Qonağa ağır hörmət et
Yaysın şöhrətini xalqa.
Üçüncü bir şerdə isə qapıya gələn qonağı hörmətlə qarşılamaq,
rahatlamaq üçün tələsmək, hətta onun atının da rahatlığının, arpa-
samanının qayğısına qalmağın vacib olduğu söylənilir:
Gəlsə qonaq tələsgil,
Keçsin ondan yorğunluq
Arpa-saman gətirgil,
Bulsun atı işıqlıq” (18, 413-414).
Buradan aydın görünür ki, ev yiyəsi qonaq qarşısında böyük
məsuliyyət daşıyır. Qonaqpərvərlik qaydalarının icrası geniş və çox-
cəhətlidir.
Xalqımızın məişətində əsrlərdən bəri kök salmış adətlərdən biri
olan qonaqpərvərlik hələ qədim zamanlardan başqa xalqlarda icra
olunduğu kimi, Azərbaycanda da geniş yayılmışdır. Qonaqpərvərlik
xalqımızın varlığını, gün-güzəranını, həyat tərzini, mənəvi dünya-
sını, mədəni səviyyəsini bütün çalarları ilə təqdim edən mütərəqqi
254
bir adətdir. Bu adət Azərbaycan ərazisində yaşayanların kimliyini,
nəyə qadir olduğunu açıqlamaqla yanaşı, onların mənəvi dünyasına
nüfuz etməyə də imkan yaradır.
Qonaqpərvərlik özünəməxsus xüsusiyyətlərə malik bir adətdir.
Bəşər tarixi mərhələlər üzrə inkişaf etdikcə qonaqpərvərlik adəti də
müəyyən qədər dəyişikliyə uğrayaraq yeni keyfiyyətlər qazanmış,
lakin öz mahiyyətini və ənənəvi cəhətlərini əsas etibarilə qoruyub
saxlamışdır.
Orta əsrlərdə qonaqpərvərlik adəti feodal münasibətlərinin
güclü təsiri altında olmuşdur. Azərbaycanda qonaqpərvərlik adəti-
nin necə icra olunduğu barədə məlumat almaq üçün həmin dövrdə
yaşamış müəlliflərin əsərləri xüsusi maraq doğurur. Bu müəlliflərin
əksəriyyəti Azərbaycanın siyasi-iqtisadi vəziyyəti, təbiəti, karvan
yolları, münbit torpaqları, buradakı bolluq və ticarət əlaqələri barə-
də geniş məlumatla yanaşı, yerli xalqa da qiymət verməyi unutma-
mışlar. Fikrimizi mənbələrin məlumatları da təsdiq edir. Böyük
əhəmiyyətə malik olan orta əsr mənbələri canlı müşahidələrə
əsaslandığı üçün dəqiq və səhih məlumatlarla zəngindir.
Orta əsr ərəb müəllifi əl-Müqəddəsi Azərbaycan haqqında mə-
lumatlarında yazır ki, buranın əhalisi fəsahətli və hörmətlidir (19,
130). Yaqut Həməvi isə Azərbaycan sakinlərinin gülərüz, həlim tə-
biətli və xoşrəftar olmaları ilə fərqləndiyini söyləyir (20, 125). Ərəb
xəlifəsinin Alban hökmdarı Cavanşiri təmtəraqla qarşılaması da ta-
rixi faktdır. Bu barədə məlumat verən Moisey Kalankatuklu
“Albaniya tarixi” əsərində Cavanşirin xəlifə I Müaviyyə tərəfindən
“öz böyük andları və hesabsız mükafatları ilə birlikdə öz yanına də-
vət etməsindən” bəhs etmişdir. Bu maraqlı hadisəni olduğu kimi
diqqətə çatdırmağı vacib bilirik: “Xəlifə (I Müaviyyə nəzərdə tutu-
lur - Ş.B.) öz əyanlarına əmr etdi ki, onlar Cavanşirin qabağına çı-
xıb ona özü mindiyi atları hazırlasınlar. Bax, belə bir fövqəladə eh-
tiramla Cavanşiri saysız-hesabsız əsgərləri olan düşərgəyə gətirdi-
lər... Cavanşiri yalnız çarlara layiq olan müstəsna təmtəraqla qəbul
etdilər və ona qədər burada heç kəs belə hörmət görməmişdi”.
Müəllif Cavanşirin qeyri-adi müdrikliyindən xoşlanan xəlifənin ona
255
və onunla gələnlərə hədiyyələr bağışladığını yazır. M.Kalankatuklu
xəlifənin yanına gedən Cavanşirin ikinci səfərini də qələmə almış-
dır. O göstərir ki, bu dəfə də şöhrətli hökmdar olan Cavanşir yenə
də böyük şan-şöhrətlə və şərəflə qarşılanır. Axşam yeməyində xəlifə
onu öz yanında oturdur. Xəlifə ona Hindistandan gətirilmiş fil ba-
ğışlayır. Belə hörmətin heç kəsə olunmadığını yazan M.Kalankatuk-
lu Cavanşirə və onun adamlarına bağışlanılan hədiyyələr haqqında
da söz açır; bunlara qızıl qınlı polad qılınc, mirvari ilə süstlənmiş
kaftan, qızıl xaçlar, ipək parçalar, əba və cürbəcür qiymətli ge-
yimlər, bəzəklər, 52 at və s. daxil idi (21, 135-136).
Azərbaycanlılar arasında qonağa hədsiz hörmət və ehtiram gös-
tərmək mühüm şərtlərdən hesab olunur. Bu xüsusiyyət yalnız Azər-
baycan üçün xas olmayıb, bütövlükdə Qafqazda yaşayan digər
xalqlara da məxsus olmaqla ümumqafqaz səciyyəsi daşıyır. Tə-
sadüfi deyil ki, Qafqaz xalqları öz qonaqpərvərliyi ilə də şöhrət qa-
zanmışlar. Bu barədə Aleksandr Düma yazır: “Azərbaycanda, eləcə
də bütün Qafqazda hər hansı bir qapını döyüb desəniz ki, mən əcnə-
biyəm, gecələməyə yerim yoxdur, ev sahibi o saat ən böyük otağını
sizə verəcəkdir. Özü isə ailəsi ilə kiçik otaqda yerləşəcək. Üstəlik,
onun evində qaldığınız, deyək ki, bir həftə, iki həftə, bir ay müddə-
tində sizə qayğı göstərəcək, korluq çəkməyə qoymayacaq” (22, 17).
Bu onu göstərir ki, Azərbaycan ərazisində qonaq müqəddəs sayıl-
mış, ona xüsusi hörmət edilməsinə ciddi surətdə riayət olunmuşdur.
Öz əsərlərində qonaqpərvərlik kimi nəcib bir adət haqqında
dönə-dönə söhbət açan dahi şair Nizami Gəncəvi “Yeddi gözəl”
əsərində yazır:
Bağ gülü kimi qonaq sevər idi,
Qönçədəki qızılgül kimi gülərdi.
Onun bir hazır qonaq sarayı vardı
Ki, boyu yerdən Sürəyyaya ucalırdı.
Süfrə açıb büsat qurardı,
Lütflə bəslənmiş xidmətçilər saxlardı.
Kim gəlsəydi, atının cilovunu tutardılar,
Qaydayla süfrə açardılar.
256
Ona layiq mehmannəvazlıq edərdilər,
Onun öz şanına görə qonaqlıq verərdilər (2, 120).
Göründüyü kimi, şair burada bir nəfərin simasında bütöv bir
xalqın qonaqsevərliyini tərənnüm etmiş, qonaqpərvərliyə xas olan
mühüm cəhətləri yığcam, lakin əsaslı şəkildə işıqlandırmışdır.
Şairin təsvirindən aydın olur ki, qonaqlar üçün məxsusi yer ay-
rılır, süfrə açılır, büsat qurulur. Evə təşrif buyuran qonağın xüsusi
hörmət əlaməti olaraq ayrıca otağa dəvət edilməsi məsələsinə to-
xunan Nizami Gəncəvi yazır:
Qonaqlar kimi içəriyə, eyvana apardı (23, 214).
Bu misra hər bir ailədə qonağın diqqət mərkəzində olduğunu
göstərir. Elə bu təsvirdə Nizami fikrinə davam edərək qonağın və
ev sahibinin bir-birinə hədiyyələr təqdim etməsindən söhbət açır.
Müəllifin, eyni zamanda qonaqların rahatlığı üçün ayrılmış güşənin
olduğunu qeyd etməsi o dövrün qonaqpərvərlik adətinə xas olan xü-
susiyyətləri anlamağımız üçün kifayət qədər əsas verir. Qonaqpər-
vərliyin geniş tətbiqinə meyli səciyyəvi bir hal kimi dəyərləndirən
Nizaminin əsərlərində qonaqlıq süfrəsinin təsvirinə tez-tez rast gəl-
mək olur.
Nizaminin əsərlərində qonaqlıq məclislərinin təsviri bununla
bitmir. Şair eyni zamanda “İsgəndərnamə”də Nüşabənin İsgəndəri,
“Xosrov və Şirin”də Məhin Banunun Xosrovu, “Leyli və Məc-
nun”da Leylinin atasının gələn elçiləri qarşılaması və s. bu kimi
təsvirlərə yer vermişdir. Nizami Gəncəvinin təsvirlərində qonaqpər-
vərlik Azərbaycan xalqının məişətində adi hal alan adət kimi açıq-
aydın nəzərə çarpır və şair ona böyük rəğbət bəslədiyini aydın
büruzə verir.
“Xosrov və Şirin” əsərində qonaqlar üçün açılan bol yeməklərlə
dolu süfrədən bəhs edərkən şair göstərir ki, yemək süfrəsində inək,
qoyun, quş və balıq ətindən hazırlanmış müxtəlif çeşidli yemək
növləri vardır (23, 218). “İsgəndərnamə” poemasında da qonaqlıq
257
süfrəsinin təsviri verilir. Burada müxtəlif çeşidli yeməklər, meyvə-
lər, badamlı halva, hətta şərab və s. olduğu təsvir edilir. Həmin əsər-
də həmçinin şair yenə də qonaqlıq süfrəsindən bəhs edərək burada
toğlu ətindən hazırlanmış yeməklər, süfrənin bərəkəti sayılan uzun
və dəyirmi çörəklər, məsus və riçal, paxlava, halva və şərbət
olduğunu göstərir. Orta əsrlərdə elə bir müəllif yoxdur ki, qonaqdan
Dostları ilə paylaş: |